Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-51/2025 03.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8 və X1, Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış,Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatında olan və və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan-sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Şahid4 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Yanğınsöndürən vəzifəsinə işə düzəltmək adı ilə yalan vədlər verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2021-ci il tarixdə saat 18:45 dəqiqədə Gəncə şəhəri X30 prospektində yerləşən «Bazarstore» mağazasında quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə Şahid4 tərəfindən istintaqa məlum olmayan bank kartı hesabına göndərilmiş 5000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə saat 18:52 dəqiqədə Gəncə şəhəri X30 prospektində yerləşən «Bazarstore» mağazasında quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə Şahid4 tərəfindən istintaqa məlum olmayan bank kartı hesabına göndərilmiş 5000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə saat 19:05 dəqiqələrində Gəncə şəhəri X30 prospektində yerləşən «Bazarstore» mağazasında quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə Şahid4 tərəfindən istintaqa məlum olmayan bank kartı hesabına göndərilmiş 1000 (min) manat və 2022-ci ilin dekabr ayının ortalarında Şahid2 tərəfindən istintaqa məlum olmayan bank kartı hesabına göndərilmiş Zərərçəkmiş şəxs2 məxsus 2.000 (iki min) manat pulu ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 13.000 (on üç min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan-sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, heç bir səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Fövqəladə X12 Xidmətinə yanğın söndürən vəzifəsinə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə 2022-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu Təbriz və Ağa Neymətulla küçələrinin kəsişməsində yerləşən “Nərimanov” adına parkda 2.500 (iki min beş yüz) manat, 2022-ci ilin mart ayında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin qarşısında 5.000 (beş min) manat, 2022-ci ilin mart ayında Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən metronun “Qara Qarayev” stansiyası yaxınlığında 1.000 (bir min) manat, 07 oktyabr 2022-ci ildə ünvan 1 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 500 (beş yüz) manat, 07 noyabr 2022-ci ildə saat 13:25-də Yevlax şəhəri Heydər Əliyev prospekti 101 nömrəli ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 500 (beş yüz) manat, 07 noyabr 2022-ci ildə saat 15:38-də ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-nin «Nərimanov» filialında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 500 (beş yüz) manat və son dəfə 05 dekabr 2022-ci ildə Yevlax şəhəri Heydər Əliyev prospekti 101 nömrəli ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 3.500 (üç min beş yüz) manat məbləğdə pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs9 ümumilikdə 13.500 (on üç min beş yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan-sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, heç bir səlahiyyətləri olmadığı halda, Zərərçəkmiş şəxs10 oğlu X9 Azərbaycan Respublikası Fövqəladə X12 Xidmətinə yanğın söndürən vəzifəsinə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2022-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu Təbriz və Ağa Neymmətulla küçələrinin kəsişməsində yerləşən “Nərimanov” adına parkda 2.500 (iki min beş yüz) manat, 2022-ci ilin mart ayında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin qarşısında 5.000 (beş min) manat, 2022-ci ilin mart ayında Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsində yerləşən metronun “Qara Qarayev” stansiyası yaxınlığında 1.000 (bir min) manat, 07 oktyabr 2022ci ildə ünvan 1 ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 1.000 (bir min) manat, 07 noyabr 2022-ci ildə saat 13:25də Yevlax şəhəri Heydər Əliyev prospekti 101 nömrəli ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 500 (beş yüz) manat, 07 noyabr 2022-ci ildə saat 15:38-də ünvan 6 ünvanda yerləşən "xxxx" ASCnin «Nərimanov» filialında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 500 (beş yüz) manat və son dəfə 05 dekabr 2022-ci ildə Yevlax şəhəri Heydər Əliyev prospekti 101 nömrəli ünvanda yerləşən “Neptun” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Nizami Şahgəldiyevə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 3.400 (üç min dörd yüz) manat məbləğdə pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs10 ümumilikdə 11.000 (on bir min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 qohumu “Namiq” adlı şəxsi Fövqəladə Hallar Nazirliyində Yanğınsöndürən vəzifəsinə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri Yasamal rayonu metronun «Elmlər Akademiyası» stansiyasının yanında 10.000 (on min) manat məbləğdə pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs11 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid11 və Şahid12 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs6 övladı X4 5000 manat müqabilində guya tanışları vasitəsilə Şəki rayonu, Orta Zəyzid kənd orta məktəbinə müəllimə kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etmə yolu ilə 08 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 Şahid11 və sonuncunun Şahid12 vasitəsi ilə göndərdiyi 5.000 (beş min) manat məbləğdə pul vəsaitini eyni tarixdə ünvan 7 ünvanda yerləşən “Şəhidlər” parkında Şahid12 alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan-sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi vədini verib aldatmaqla, vahid neiyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 10 yanvar 2023-cü il tarixdə Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Ağsu filialında quraşdırılmış ödəmə terminalı vasitəsilə ona məxsus və həmin banka aid 4169 7388 7956 2381 nömrəli bank kartı hesabına köçürdüyü 1.500 (bir min beş yüz) manat, 24 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən "xxxx" ASC-nin Qubadlı filialında eyni bank kartı hesabına köçürdüyü 900 (doqquz yüz) manat, 24 yanvar 2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən «Army» marketdə quraşdırılmış «e-manat» ödəmə terminalı vasitəsilə eyni bank kartı hesabına köçürdüyü 100 (yüz) manat, Zərərçəkmiş şəxs3 atası Şahid6 28 yanvar 2023-cü il tarixdə Ağsu şəhəri Vidadi küçəsində yerləşən ərzaq mağazasında quraşdırılmış «e-manat» ödəmə terminalı vasitəsilə eyni bank kartı hesabına köçürdüyü 2.500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 5.000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyətləri olmadığı halda, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Fövqəladə X12 Xidmətinə sürücü vəzifəsinə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə 03 aprel 2023-cü tarixdə Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsində yerləşən “Əncir” restoranında 7.000 (yeddi min) manat məbləğdə pul vəsaitini alıb ələ keçirirək, Zərərçəkmiş şəxs5 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, heç bir səlahiyyətləri olmadığı halda, Zərərçəkmiş şəxs4 Şəki rayonu Çayqaraqoyunlu kəndində boruların yarasız olması barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən razılıq məktubu almasına köməklik edəcəyi adı ilə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə 08 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində yerləşən “Atatürk” adına parkda 10.000 (on min) manat, 09 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində yerləşən “Atatürk” adına parkda 7.500 (yeddi min beş yüz) manat, 11 aprel 2023-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr. S.S.Axundov küçəsi 6 yerləşən metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında yerləşən “Araz” marketdə quraşdırılmış ödəmə terminalından Şahid12 məxsus və istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 2.200 (iki min iki yüz) manat, 13 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində yerləşən “Atatürk” adına parkda 1.500 (bir min beş yüz) manat, 15 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu F.x.Xoyski küçəsində yerləşən metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Araz” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə onun məxsus və istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 300 (üç yüz) manat, 17 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən metronun “Nərimanov” stansiyası yaxınlığında quraşdırılmış terminalı vasitəsi ilə ona məxsus və istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 200 (iki yüz) manat, 19 aprel 2023-cü il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində yerləşən “Kərim” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə ona məxsus və istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 100 (yüz) manat, Zərərçəkmiş şəxs4 ümumilikdə 21.800 (iyirmi bir min səkkiz yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan-sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid13 ilə qabaqacadan əlbir olan bir qrup şəxs halında birləşərək, vahid niyyətlə əhatə olunan qəsdlə Qax rayonu Tasmalı kənd sakini Zərərçəkmiş şəxs1 oğlu Şahid14 Fövqəladə Hallar Nazirliyinin X21 Xidmətində işə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, etibarından sui-istifadə edib Şahid14 10 iyun 2023-cü il tarixdə Qax rayonu Tasmalı kəndində yerləşən “Banu” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə "xxxx" ASC_yə aid və tanışı Şahid13 adına olan 5243 7544 4211 0647 nömrəli kart hesabına göndərdiyi 1.300 (bir min üç yüz) manat və "xxxx" ASC-yə aid “Leobank” mobil tətbiq vasitəsilə istintaqa məlum olmayan bank kartı hesabına göndərdiyi 3.700 (üç min yeddi yüz) manat, 24 iyun 2023-cü il tarixdə Qax rayonu Tasmalı kəndində yerləşən “Banu” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə istintaqa məlum olmayan bank kartı hesabına göndərdiyi 1.000 (bir min) manat, 26 iyun 2023-cü il tarixdə Qax rayonu Qorağan kəndində yerləşən “Stop Shop” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə istintaqa məlum olmayan bank kartı hesabına göndərdiyi 2.000 (iki min) manat, 01 avqust 2023-cü il tarixdəi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsində yerləşən marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə istintaqa məlum olmayan bank kartı hesabına göndərdiyi 5.000 (beş min) manat və 02 sentyabr 2023-cü il tarixdə Qax rayonu Qorağan kəndində yerləşən “Stop Shop” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə istintaqa məlum olmayan bank kartı hesabına göndərdiyi 7.000 (yeddi min) manat məbləğdə pul vəsaitini ələ kençirib verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 20000 (iyirmi min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib onu Qax rayonunda yerləşən 103 X28 xidmətinə sürücü kimi işə düzəldəcəyinə yalan vəd verib aldadaraq, 2023-cü irlin iyul ayının əvvəllərində Qax şəhəri Heydər Əliyev prospektində yerləşən «Payız 74» adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsi ilə özünə məxsus və "xxxx" ASC-yə aid istintaqa məlum olmayan bank kartı hesabına köçürülmüş 4.000 (dörd min) manat məbləğdə pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində fəaliyyət göstərən X28 Stansiyasında sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 27 avqust 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən “Qobustan bazarı” adlanan yerin qarşısında 5.000 (beş min) manat, 20 gün sonra Yasəf adlı şəxsin vasitəsi ilə bank kartına köçürülmüş 500 manat, habelə 28 noyabr 2023cü il tarixdə Zərərçəkmiş şəxs8la Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr 1009 ünvanında yerləşən Tibbi Ərazi Bölmələrin İdarə etmə Birliyinin qarşısında görüşərək 1000 manat aldıqdan sonra pulun qalan hissəsinin tələb olunduğunu bildirərək həmin gün saaat 11:33-də Zərərçəkmiş şəxs8 qardaşı X2 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən SOCAR təlim mərkəzinin yaxınlılğındakı marketdən ödəmə terminalı vasitəsi ilə göndərdiyi 3000 manat, ümumilikdə X3 məxsus 9500 manat pulu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaqa verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, dələduzluq nəticəsində zərərçəkmiş şəxslərdən aldığı pulları öz ehtiyaclarına xərcləmişdir.İttihamda qeyd edilmiş epizodlarla razıdır.X17 21800 manat yox 17000 manat pul almışdır.Vurulmuş ziyandan bəzi zərərçəkmiş şəxslərə tam, bəzilərinə isə qismən ödənişlər etmişdir.Törətdiyi əməldən peşmandır.Himayəsində bir azyaşlı uşağı var.Ona yüngül cəza verilməsni xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Qəhraman oğlu ifadəsində Şahid4 onun oğludur. 2021-ci ilin sonlarında oğlu Sənanı işə düzəltmək istəmişdir. Qohumu Şahid2 15000 manat müqabilində Sənanı Təqsirləndirilən şəxs vasitəsilə Fövqaladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini demişdir. Məbləğin 11000 manatnı kart vasitəsi ilə göndərmiş, qalan pulu isə Şakirin vasitəsi ilə Kənana göndərmişdir.Ona vurulmuş ziyandan 5000 manat ödənilmişdir.Pulunu tam olaraq tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində fəaliyyət göstərən X28 Stansiyasında sürücü işləyən Vüqar Hilalovun vasitəsilə tanımış, Vüqarla dərin münasibətləri olmasa da, «salam-sağolu» olmuşdur. O, Vüqarın TTYS-da sürücü işlədiyini bilmiş, özü də orada sürücü kimi işləmək arzusunda olmuşdur. Vüqarın sürücü işləməsindən əlavə bir neçə şəxsə işlə bağlı köməklik etdiyi barədə onda məlumat olmuşdur. 26 avqust 2023-cü il tarixdə günorta saatlarında o, Qobustan qəsəbəsi ərazisində 11-ci Polis Bölməsinin yaxınlığında yerləşən Əliyusif adlı şəxsə məxsus kafedə tanışları ilə oturub yemək yemiş, bu zaman kafeyə Vüqar, Kənan və həmin şəxslərlə birlikdə bir nəfər tanımadığı şəxsin gəldiyini görmüşdür. Həmin şəxslər onların masanın yaxınlığında oturub yemək yeməyə başlamışlar, yaxın oturduqları üçün hal-əhval tutub söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Vüqarla Kənanın danışığından, həmin şəxslərin işə düzəltmə məslələri ilə bağlı imkanlarının və əlaqələrinin olmasını başa düşmüş, həmin vaxtı söhbət əsnasında Kənana “əgər imkan varsa, məni Vüqarın işlədiyi yerə sürücü kimi işə düzəlt” - demişdir. Kənan da ona “heç bir problem yoxdur, 10000 manata sənin işinin həll edə bilərəm, işin düzəlmə isə təxminən 30-40 gün çəkəcək” demişdir. O da, işinin alınacağından sevinib razılaşmışdır. Kənan ona “Sabah şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin şəklini çək və mənə göndər, bundan başqa pulun yarısını, yəni 5000 manatını da ilkin olaraq verməlisən, qalan hissəsini isə işə başlayan günü verəcəksən” - demişdir. O da, razılaşmışdır. Həmin günü axşam şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib Kənanın mobil nömrəsinə göndərmiş, fotoşəkli çəkib Kənanın mobil telefon nömrəsinə göndərdikdən sonra Kənan «whatsapp» tətbiqi vasitəsilə həmin nömrə ilə ona zəng edib “Fikrivi mənə dəqiq de, əgər fikrivi dəyişəcəksənsə, indidən mənə ,de mən də işimi dəqiq bilim, çünki səndən pulu alıb ora verdikdən sonra pulu geri qaytara bilməyəcəm, orada yer tutulur, ən yaxşı halda yerinə başqa bir adam göndərə bilərsən” demişdir. O da, Kənana fikrinin dəqiq olduğunu demiş, Kənan ona bir daha pulun yarısı verməli olduğunu xatırlatmışdır. O, sabah pulu çatdıracağını Kənana demiş, Kənan ona “İstəyirsənsə, kart göndərim, pulu ora göndər, ya da harada istəyirsənsə orada görüşək, pulu səndən götürüm” - demişdir. O, Kənana “Sabah Qobustanda olacam, orada görüşək, pulu əlbəəl sənə verəcəm” - demişdir. Kənan razılaşmış, ertəsi gün o, Kənanla saat təxminən 12 radələrində “Qobustan bazarı” adlanan yerin qarşısında görüşmüş və 5000 manat pulu Kənana əlbəəl xalası oğlu Şahid1 yanında vermişdir. Kənan bir daha ona işinin 30-40 gün ərzində həll olunacağını xatırlatmış və həmin müddət ərzində işə başlayacağını bildirmişdir. Eyni zamanda, Kənan ondan hərbi biletinin və digər sənədlərinin surətlərini hazırlamasını və sağlamlıq barədə arayış almasının vacib olduğunu bildirmişdir. O, həmin sənədlərin hər birini qısa müddət ərzində hazırlayacağını bildirmişdir. Onun Kənanla arasında olan danışığa əsasən, Kənan ondan alacağı 1.000 manat pulun bir hissəsinin «Həsən» adlı şəxsə, bir hissəsinin onun işlədiyi yerin mərkəzi ofisinə çatacağını, yalnız 2000 manatını isə özünə götürəcəyini bildirmişdir. Kənanın deməsinə görə, onun işini Kənanın tanışı olan «Həsən» adlı şəxs zəng edib 113 xidmətinə tapşırmalı idi. Bundan sonra orada onun işini həll edəcəkdilər. O, Kənana inanmış, çünki Kənanla Əliyusifin kafesində söhbət edən zaman Kənan onu geniş əlaqələrinin və təsir imkanlarının olmasına inandıra bilmişdir. Vüqarın mövqeyi bu məsələdə rol oynamış, pulu aldıqdan sonra Kənan çıxıb getmişdir. Bundan sonra o, Kənanla işi ilə bağlı arabir «whatsapp» sosial şəbəkəsi vasitəsilə danışmış, 5000 manat pulu verdikdən təxminən 3-4 gün sonra Kənanla danışıb pulun qalan 5000 manatını verməyə maddi imkanının olmadığını, 4000 manat düzəldib verə biləcəyini bildirmişdir. Kənan da ona həmin puldan ona cüzi hissəsinin qaldığını və ona 500 manat güzəşt edə biləcəyini bildirmişdir. O razılaşmış, 5000 manat pulu verdiyi gündən təxminən 20 gün sonra Qobustan qəsəbə sakini «Yasəf» adlı şəxsə ona verməli olduğu 500 manat pulu Kənanın ona göndərdiyi bank kartına göndərməsini xahiş etmişdir. Yasəf onun işindən xəbərdar olmamış, sadəcə olaraq Yasəfin ona borcu olmuş və pulu ona vermək istəmişdir. O da, Yasəfə 500 manat pulu həmin kart hesabına göndərməsini xahiş etmiş və Yasəf həmin pulu Kənana məxsus kart hesabına göndərmişdir. Bundan sonra o, Kənanla danışıb pulun kart hesabına göndərilibgöndərilmədiyini soruşmuş, Kənan pulun karta köçdüyünü onu demişdir. Kənaın ona söz verdiyi 30-40 gün müddət keçməsinə baxmayaraq, onun işi alınmamış, o, bununla bağlı Kəanan zəng edib danışmış, Kənan ona TƏBİB-də dəyişikliklər getdiyini və ona görə də, işinin yubandığını bildirmişdir. Həqiqətən də, həmin vaxtı TƏBİB-də dəyişikliklər getmiş və o, bu barədə məlumatlı olmuşdur. Ona görə də, bir qədər gözləməli olmuşdur. Lakin işi ilə bağlı yenə də Kənanla danışmışdır. O, 27 noyabr 2023-cü il tarixdə işi ilə bağlı Kənanla danışmış, Kənan telefonda ona “Sabah sənədlərivi və 4000 manat pulu götür, gəl, Yasamal rayonu ərazisində yerləşən TƏBİB-in 113 mərkəzinə” - demişdir. O da, hazırladığı sənədləri götürüb evdə bir kənara qoymuş və sabahı günü özü ilə götürüb Kənanın ona dediyi yerə getmişdir. O, əvvəlcə Kənanla telefonla danışmış, Kənan ondan pulu özü ilə gətirib-gətirmədiyini soruşmuşdur. O da, Kənana aralarında olan razılaşmanı xatırlatmış və işi həll olan günü pulu verəcəyini bildirmişdir. Kənan təkidlə ondan pulu istəmiş və həmin pulu verdikdən sonra 113 xidmətinə girib işi danışacağını bildirmişdir. O, Kənanın təkidlərini görüb öz kart hesabımda olan 1.000 manat pulu Kənanın ona göndərdiyi bank kartına göndərmiş, bundan əlavə, xalası oğlu Nüsrətə zəng edib yaşadığı evdən 3.000 manat pulu Kənanın kartına göndərməsini xahiş etmişdir. Nüsrət Sultanov da dərhal 3.000 manat pulu həmin hesaba göndərmişdir. Daha sonra o, Kənanla danışmış və Kənan pulun kart hesabına köçdüyünü bildirmişdir. Kənan ondan 113 xidmətinin yaxınlığında “ətçilər” adlanan yerdə olan kafedə oturmasını xahiş etmiş, eyni zamanda Vüqarın da həmin kafedə olduğunu bildirmişdir. O, həmin kafeni tapıb oraya getmiş, Vüqarın da kafedə olduğunu görüb orada oturmuşdur. Bir qədər sonra Kənan özü də oraya gəlib çıxmış, daha sonra o, Kənanla birlikdə 113 xidmətinə getmiş, Kənanla birlikdə içəri daxil olmuşdur. Kənan onu orada rəhbərlikdə təmsil olunduğunu iddia etdiyi İradə adlı xanımın yanına aparmış, onun sənədlərini İradə adlı xanıma vermişdir. İradə adlı xanım da onun sənədlərini götürüb baxmış və daha sonra ondan mobil telefon nömrəsini istəmişdir. Onun mobil telefon nömrəsini sənədlərinin üzərinə yazmış və ona “Sizə zəng olunacaq” demişdir. Kənan orada ona “Sənə zəng olunduqdan sonra geyim formasını götürməlisən və hərbidə qeydiyyatdan keçməlisən” - demişdir. O, artıq işinin düzəldiyini yəqin etmiş, Kənan ona yaxın 3-5 gün ərzində əmrimin veriləcəyini bildirmişdir. Lakin həmin müddət keçsə də, onun işindən heç bir xəbər çıxmamaış, o, Kənanla bu barədə telefonla danışmış, Kənan da ona yaxın vaxtda işinin həll olunacağını deyib onu aldatmışdır. Bundan sonra o, işimin həll olunmadığını görüb tez-tez Kənanla danışmağa başlamış, Kənan hər dəfəsində ona yalan vədlər verib aldatmışdır. Kənan hər dəfə bir bəhanə gətirmiş, beləcə vaxt qazanmışdır. Hətta bir dəfə o, Kənana zəng edib “Gedirəm, İradə xanımın yanına, mən pulumu ondan alacam” - demiş, Kənan da ona “Mən İradə xanıma pul verməmişəm” - demişdir. Bir sözlə, Kənan onu aldatmış və onun 9.500 manat pulunu ələ keçirmişdir. Kənan nə onun pulunu qaytarmış, nə də, verdiyi vədə əməl etmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 9500 manat pul almışdır.Ona dəymiş ziyan ödənilməmişdir və hal-hazırda ziyanı tələb edir.Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin əvvəllərində tanışı Zaur adlı şəxslə söhbət edən zaman demişdir ki, Şəki rayonu, Çayqaraqoyunlu kəndində Su meliorasiya nazirliyinə məxsus istifadəyə yararsız metal su boruları var, həmin nazirlikdə yararsız borularının istifadədən çıxarılması və həmin boruların yerləşdiyi yerin xəritəsini götürüb Əmlak komitəsinə verib qiymətləndirmə aktını alıb və qiymətləndirmə aktını Şəki Rayon İcra Hakimiyyətinə təqdim edib həmin boruları yerindən çıxarıb zavodlara satıb pul qazanmaq olar. Zaurun təklifi ona maraqlı gəlmiş və bu işlə maraqlanmağa başlamışdır. 2023-cü ilin aprel ayında Bakı şhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində çay evində təsadüfən Bəhruz adlı şəxslə tanış olmuş və söhbət zamanı onunla metal borular haqqında danışmışdır. Bəhruz ona demişdir ki, onun tanışı X22 köməkçisidir, onun işlərini görür, ondan xahiş edər köməklik edər. Həmin vaxtı onlar bir-birinin mobil telefonunu götürmüşlər. Təxminən bir günədn sonra o, həmin çay evində Bəhruzla görüşmüş və Bəhruz onu Raminlə mobil telefonda danışdırmışdır. Ramin ona demişdir ki, o, Robert Eyyubovun işlərini görür və bu işdə sənə köməlik edər. Təxminən 1-2 gündən sonra o, Bakı şəhəri, Nərimanov rayonu metronun “Gənclik” stansiyasının yaxınlığında olan “Atatürk” parkında Bəhruz və Raminlə görüşmüşlər. Görüş zamanı Ramin ona demişdir ki, bu məsələni qısa bir zamanda həll edəcək. Ramin ona nömrəsini vermişdir ki, əlaqə saxlaya bilsinlər. Bundan sonra onlar ayrılmış və həmin günü Bəhruz ona zəng vurub demişdir ki, Ramin deyir Robert Eyyubova qızıl saat alınıb veriləcək, Robert Eyyubovda bu işi tez bir zamanda həll edəcək. O, razılıq vermiş və Bərhuz ona demişdir ki, alınacaq saatın qiyməti 17500 manatdır. O, razılıq vermiş və Bəhruz ona demişdir ki, təcili pulu çatmış, saatı alıb verək. Səhəri gün yəni 08 aprel 2023-cü il tarixdə günorta saatlarında o, Bəhruzla “Atatürk” parkında görüşmüş və o, Raminə zəng vurub demişdir ki, sən yoxsan 10000 manatı Bəhruza versin ? Ramin demişdir ki, ver, gedib qızıl qol saat alacaqlar. O, Bəhruza 10000 manatı vermiş və demişdir ki, sabahda 7500 manatı düzəldib verəcək.. Bir neçə gün sonra 7500 manat düzlədib Bəhruzla “Atatürk” parkında görüşmüş və o, 7500 manat pulu Bəhruza vermişdir. Bəhruz demişdir ki, tez gedib qızıl qol saat alıb Robert Eyyuba verəcəklər ki, sənin işini tezləşdirsin. Təxminən 1-2 gündən sonra Bəhruz zəng vurub demişdir ki, kart hesabına 2200 manat pul göndər, işlə bağlı lazımdır. O, Bəhruza demişdir ki, onlar 17500 manat razılşamışlar, indi 2200 manat nəyə lazımdır ? Bəhruz demişdir ki, işlə bağlı lazımdır. O, razılıq vermiş və Bakı şəhəri, Binəqədi rayonu metronun “Azadlıq” stansiyasının yaxınlığında olan “Araz” marketdə olan terminaldan Bəhruzun ona göndərdiyi kart hesabına 2200 manat göndərmişdir.13 aprel 2023-cü il tarixdə Ramin ona zəng vurub demişdir ki, işlən alınıb, 1500 manat lazımdır, işləri surətləndirək. O, razılıq vermiş və Raminlə “Atatürk” parkında görüşmüşlər. O, 1500 manat pulu Raminə vermişdir. 1-2 gündən sonra Ramin ona zəng vurub demişdir ki, Robert Eyyubov deyir kasıb ailələrə kömək edirlər, 300 manat lazımdır. O, razılıq vermiş və Raminin kart hesabına metronun “Gənclik” stansiyasının yaxınlığında “Araz” marketdə olan terminalndan 300 manar Raminin kart hesabına göndərmişdir. 1-2 gündən sonra Ramin ona yenə zəng vurub demişdir ki, Robert Eyyubov deyir kasıb ailələrə kömək edirlər, 200 manat lazımdır. O, razılıq vermiş və Raminin kart hesabına metronun “Nərimanov” stansiyasının yaxınlığında terminaldan 200 manar Raminin kart hesabına göndərmişdir. 1-2 gündən sonra Ramin ona yenə zəng vurub demişdir ki, Robert Eyyubov deyir kasıb ailələrə kömək edirlər, 100 manat lazımdır. O, razılıq vermiş və Raminin kart hesabına Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Kərim” marketdə olan terminaldan 100 manar Raminin kart hesabına göndərmişdir. Bundan sonra o, Bəhruz və Raminə zəng vurub işinin nə yerdə olduğunu soruşmuşdur. Onlar demişlər ki, narahat olma, Robert Eyyubov deyir ki, tez bir zamanda aktı alıb verəcək. Bəhruz ona sonradan Kənan adlı şəxslə tanış etmiş və işlərini Kənanın görəcəyini bildirmişdir. Bu minvalla onu 11 ay aldatmışlar və 11 mart 2024-cü il tarixdə ondan məcbur olub onlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə “online” qaydada şikayət etmişdir. Bundan sonra onu Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov Rayon Polis İdarəsinə dəvət edib ərizəni və izahatını yazıb vermişdir.Ona dəymiş ziyan ödənilməmişdir və iş üzrə şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 il olar ki tanıyır. Kənanı dostu Eldənizin vasitəsilə tanımışdır. Kənanla 2022-ci ilin fevral ayında söhbət edən zaman Kənan ona Fövqaladə Hallar Nazirliyində işə adam düzəldə biləcəyini bildirmişdir. O Kənandan Namiq adlı qohumunu işə düzəltməsini xahiş etmiş və buna görə Kənana 10000 (on min) manat pul vermişdir.Həmin vaxtdan sonra Kənana işin nə yerdə qaldığını soruşmuş, lakin Kənan ona müxtəlif bəhanələr gətirərərk işi düzəldə bilmədiyini bildirmişdir. Kənan həmin vaxtdan 1 il sonra ona 2000 manat pul qaytarmış, lakin, qalan 8000 manat pulu ona qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində Laçın rayon Fərəcan kəndində qeydiyyatda olmasada, Sumqayıt şəhəri Xəzər bağları sürücülük məktəbinin yataqxanasında ailə üzvləri ilə birlikdə yaşadığını, ailəsi köçkün düşdükdən sonra Ağsu rayon Xanbulaq kəndində məskunlaşdığını, Sumqayıt şəhərində yaşasa da tez-tez Ağsu rayon Xanbulaq kəndinə ailəsinin yanına getdiyini, yenidən Sumqayıt şəhərinə qayıtdığını, hal-hazırda Sumqayıt şəhərində yerləşən şüşə sexində fəhlə kimi çalışdığını, lakin, aylıq qazancı onu qane etmədiyi üçün özünə münasib dövlət işi axtarmaq qərarına gəldiyini, bununla bağlı bir neçə dəfə rəsmi saytlarda yerləşdirilmiş iş elanları ilə tanış olduğunu, hətta xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyində polis orqanlarına qəbulla əlaqədar keçirilmiş seçim turunda iştirak etdiyini, lakin onu polisə ictimai dəstək verdikləri üçün bu işdən imtina etmək məcburiyyətində qaldığını, bundan sonra Fövqəladə Hallar Nazirliyində özünə münasib bir iş axtarıb tapmaq qərarına gəldiyini, daha sonra 2022-ci ilin noyabr ayında atasının yaxın tanışı Nizami adlı şəxsin atasına Fövqəladə Hallar Nazirliyində onu ucuz qiymətə münasib bir işə düzəldə biləcəyini, bu məqsədlə Təqsirləndirilən şəxs adında bir şəxsin olduğunu və ona işə düzəlməkdə Təqsirləndirilən şəxs köməklik edə biləcəyini dediyini, atası Şahid6 da bu barədə ona dediyini, bundan sonra Nizami ilə əlaqə saxlayıb Təqsirləndirilən şəxs mobil nömrəsini öyrəndiyini, 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxsla istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşdüyünü, Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini, əvvəlcə lazımi sənədləri hazırlamalı olduğunu, daha sonra onu işə düzəldəcəyi müqabilində onun "xxxx"a məxsus 4169 7388 7956 2381 saylı debet kart hesabına 7000 (yeddi min) manat pul ödəməli olduğunu dediyini, Təqsirləndirilən şəxsla razılaşdığını, xx.xx.2023-cü il tarixdə Ağsu rayonuna gələn zaman Ağsu şəhərində yerləşən "xxxx"-ın filialının qarşısında quraşdırılmış elektron ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs "xxxx"a məxsus 4169 7388 7956 2381 saylı debet kart hesabına 1500 (min beş yüz) manat pul ödədiyini, sonra isə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən "xxxx"-ın Qubadlı filialının qarşısında quraşdırılmış elektron ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs "xxxx"a məxsus 4169 7388 7956 2381 saylı debet kart hesabına 900 (doqquz yüz ) manat, bir neçə dəqiqə sonra isə 100 (yüz) manat pul ödədiyini, daha sonra xx.xx.2023-cü il tarixdə atası Şükürün Ağsu şəhəri Vidadi küçəsində yerləşən ərzaq məhsulları mağazasında quraşdırılmış elektron ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs "xxxx"a məxsus 4169 7388 7956 2381 saylı debet kart hesabına 2500 (iki min beş yüz) manat pul ödədiyini, həmin gündən sonra mən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsa da telefona cavab vermədiyinə görə əlaqə saxlaya bilmədiyini, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə aldadıldığıbı başa düşərək koməklik göstərilməsi üçün Bakı şəhər Prokurorluğuna müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənildiini bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs9 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. O, 2015-ci il tarixdə ünvan 11əktəbini Azərbaycan dilində bitirmiş və 2015-2017-ci illərdə həqiqi hərbi xidmət etmişdir. Bundan sonra təsərrüfatla məşğul olmağa başlamışdır. Sonra o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəyirmiş, buna görə həmkəndlisi və atası Yusifin qohumu Şahid7 müraciət etmişdir. Şahid7 demişdir ki, maraqlanar və 2021-ci ilin oktyabr ayının axırları Şahid7 14000 manat vermişdir ki, onun işə düzəlmə prosesində lazım olan sənədlərin və digər xərclər lazım olsa, istifadə etsin. 2022-ci ilin yanvar ayında Şahid7 ona demişdir ki, hazırlaş, işlə əlaqədar Bakı şəhərinə gedirik. Səhəri günü o, sonradan adını Hüseyn Əliyev bildiyi şəxs və Şahid7la Bakı şəhərinə getmişlər. Bakı şəhəri, Nərimanov yerləşən “Ştab” kafesində gəlmişlər və orada Namiq, Elşad və onların yanında olan bir nəfər şəxslə görüşmüşlər. Namiq və Elşad yanlarında olan şəxsi tanış etmişlər ki, tanış olun, Tövsüfdür. Şahid7 onu və Hüseyni Tövsüfə göstərib demişlər ki, bu uşaqları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək olar ? Tövsüf demişdir ki, problem deyl, onun orada adamı var, ona deyəcək, uşaqları işə düzəltməkdə onlara kömək etsin. Həmin vaxtı o və Hüseyn lazım olan sənədləri Tövsüfə vermişlər. Bundan sonra o və Hüseyn çölə çıxmışlar, Şahid7 Tövsüflə qalıb danışmış və Bəhrəma çölə çıxanda sonra demişdir ki, işin düzəlməsi üçün ilkin olaraq 5000 manat vermiş və Tövsüf söz vermişdir ki, uşaqların işi qısa müddətdə həll olunacaq. Bundan sonra onlar Bakı şəhərindən Yevlax rayonuna qaytmışlar. 2022-ci ilin fevral-mart ayında Şahid7 zəng vurmuşdur ki, işlə əlaqədar Bakı şəhərinə getmək lazımdır və üçü birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nərimanov” adına parka gəlib Tövsüfü gözləyirmişlər və Tövsüfdə axşam tərəfi əlib deyirmiş ki, bu gün alınmadı, deyəndə Bakı şəhərinə gəlib komissiyadan keçərsiniz. Bu minvalla o, Hüseyn və X23 rayonundan Bakı şəhərinə gəlib-gedirmişlər. 2022-ci ilin mart ayında o və Hüseyn Şahid7 demişlər ki, Tövsüfə de, onlar Bakı şəhərinə gedib-gəlməyə pulları yoxdur, onların hərəsinə 1000 manat versin. 2022-ci ilin mart ayının axırları o, Şahid7 və Hüseynlə Bakı şəhərinə gəlmişlər və Tövsüflə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına olan parkda görüşmüşlər və Tövsüf Şahid7 avtomobilə dəvət etmişdir. Həmin vaxtı Tövsüf ona və Hüseynə demişdir ki, 10-15 günə sizin işiniz düzələcək. Şahid7 Tövsüflə görüşüb gələndən sonra demişdir ki, sizin işlə əlaqədar 10000 manatı Tövsüfə vermişdir. Bundan sonra o və Hüseyn Yevlax rayonuna qayıdıb getmiş, Şahid7 isə Bakı şəhərində qalmış və demişdir ki, həkimə gedəcək. Təxminən 4-5 gündən sonra Şahid7 ona və Hüseynə demişdir ki, sizin işlə əlaqədar Tövsüfün kartına 1000 manat köçürmüşdür. Bundan sonra Şahid7 Tövsüflə dəfələrlə əlaqə saxlayırıb onların işi ilə maraqlanırmış. Tövsüf hər dəfə deyirmiş ki, narahat olma, işlər düzəlir. 2022-ci ilin avqust-sentyabr aylarında Şahid7 ona və Hüseynə demişdir ki, sizin işlə əlaqədar Tövsüfə 7000 manat vermişdir. Bir müddət keçəndən sonra Şahid7 Tövsüfə zəng vurub işlər barədə soruşmuş, Tövsüf demişdir ki, narahat olma, danışıb, işlər həll olunacaq, onun yaxın adımı Nizaminin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində adamı var, uşaqların işini o, həll edəcək. 2022ci ilin avqust-sentyabr ayların Şahid7 ona və Hüseynə demişdir ki, sizin işlə əlaqədar sabah Bakı şəhərinə gedək. Səhəri günü o, Hüseyn və Şahid7la birlikdə Bakı şəhəri, Xətai rayonunda yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsinin qarşısında Nizami və onun yanında bir nəfər kişi cinsli şəxslə görüşmüşlər. Nizami yanında olan şəxsi Ramil kimi təqdim etmişdir. Nizami və Ramil onlardan sənədlərini almış, Ramil kiminləsə danışmış, sonra o və Hüseyn Ramillə birlikdə Xüsusi Riskli Xilasetmə İdarəsinə daxil olmuşlar. Şahid7 və Nizami isə idarənin qarşısında qalmışlar. Ramil onu və Hüseyni idarənin gözləmə otağına gətirmiş və onlara demişdir ki, burada gözləyin və özü isə harasa getmişdir. Təxminən 15 dəqiqədən sona Ramil iki vərəq A4 vərəqi gətirmiş və onların işə qəbul olmaqları barədə ərizə yazdırmışdır. Bundan sonra Ramil onlardan ərizələri almış və demişdir ki, kadrlar şöbəsinə verir və getmişdir. Təxminən 5-10 dəqiqədən sonra Ramil gəlmiş və onlar birlikdə idarədən çıxıb Bəhrən Sultanov və Nizaminin yanına gəlmişlər. Bundan sonra Nizam və Ramil demişlər ki, sizi çağıranda gələrsiniz, sizin işiniz 3 ay müddətinə düzələcək. Bundan sonra onlar Yevlax rayonuna qayıdıb getmişlər. Təxminın 3 aydan sonra o və Hüseyn Şahid7 soruşmuşdur ki, onların işindən nə xəbər ? Şahid7 demişdir ki, Nizamigillə əlaqə saxlayıb, bir söz deyər. Şahid7 Nizami ilə danışandan sonra demişdir ki, Bakı şəhərinə gedəcəyik, komissiyadan keçəsiniz. Bundan sonra o, Hüseyn və Şahid7la birlikdə Bakı şəhərinə gəlmişlər və səhərdən axşamı kimi Nizamini gözləmişlər. Nizami demişdir ki, bu gün alınmadı, axşamı Bakı şəhərində qalın, sabah komissiyadan keçəcəksiniz. Səhəri günüdə işlər alınmadığı üçün Nizami bizi 8 gün Bakı şəhərində saxlamış və onlar bir nəfər üçünü günü 30 manatdan hoteldə qalmışlar. Bundan sonra Nizami demişdir ki, komissiya alınmadı, siz Yevlax rayonuna gedin, zəng vuranda gələrsiniz. Bu minvalla 6-7 dəfə o, Şahid7 və Hüseynlə birlikdə Bakı şəhərinə gəlib-getmiş, ancaq komissiyadan keçə bilməmişlər. 2022ci ilin oktyabr ayında Şahid7 ona və Hüseynə demişdir ki, sizin işinizin həll olunması üçün özündən 2000 manat vermişdir. 2022-ci ilin noyabr ayında Şahid7 demişdir ki, Nizami işlə əlaqədar yenə pul istəyir və sizin işinizin həll olunması üçün özündən 2000 manat vermişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Şahid7 demişdir ki, Nizami işlə əlaqədar yenə pul istəyir və sizin işinizin həll olunması üçün özündən 3400 manat vermişdir. 2022-ci ilin dekabr ayının ortaları Şahid7 demişdir ki, Nizami işlə əlaqədar yenə pul istəyir və sizin işinizin həll olunması üçün özündən 2000 manat vermişdir. 2022-ci ilin dekabr ayının axırı Şahid7 demişdir ki, Nizami işlə əlaqədar yenə pul istəyir və sizin işinizin həll olunması üçün özündən 10000 manat vermişdir. 2023-cü ilin fevral-mart ayında Şahid7 Nizamiyə zəng vurub demişdir ki, bu işlər düzələnə oxşamır, pulları qaytarın. 2023-cü ilin mart ayında Nizami və Ramil Yevlax şəhərinə gəlmişlər. O və Şahid7 Yexlav şəhərində Nizami və Ramillə görüşmüş və pulu geri tələb etmişlər. Nizami və Ramil demişlər ki, bir həftəyə siz işə çıxacaqsınız. O, demişdir ki, ona iş lazım deyil, pulu qaytarın. Bundan sonra o, ayrılıb Yevlax rayonu, Qoyunbinəsi kəndində getmişdir. Onun dalınca Şahid7, Nizami və Ramil Qoyunbinəsi kəndində gəlmişlər və atası Yusiflə görüşmüşlər. X24 və Ramildən pulu geri tələb etmişdir. Onlar demişlər ki, bir həftəyə iş düzələcək. Həmin vaxtı o və atası Yusif Nizami və Ramilə demişlər ki, evdə xəstə var, onu həkimə aparmaq üçün 1500 manat lazımdır. Nizami və Ramil demişdir ki, 1500 manat pulu kart vasitəsi ilə göndərəcəklər, ancaq göndərməmişlər. Təxminən 2-3 gündən sonra Şahid7 qardaşı Yaşar 1000 manat göndərmişdir ki, xəstənizi həkima aparın. Bundan sonra o Nizami və Ramilə zəng vurub işlə bağlı soruşmuş, onlar demişlər ki, gözlə, düzələcək. Görmüşdür ki, bunlar aldadır, o, da pulu Şahid7 verdiyi üçün ondan geri tələb etmiş, 2022-ci ilin mart ayında Şahid7 onun pulunu tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs9 məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənildiini bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. X18 onun doğma oğludur. 2021-ci il tarixdə oğlu Hüseyn Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəyirmiş. Bununla əlaqədar o, Yevlax şəhərində yaşayan Bəhram Sultanovdan xahiş etmişdir. Bəhrəma Sultanov razılıq vermiş və X19 Respublikası Fövqəladə Hallar Nazirliyi Yanğındn Mühafizə İdarəsinin Ağcabədi Rayon Şöbəsinə işə düzəldəcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayında o, Bəhram Sultanova özünə məxsus 11000 manat pulu vermişdir. Bundan sonra oğlu X25 Sultanovla 8-9 dəfə Bakı şəhərinə gedib-gəlmiş ancaq oğlu Hüseyn Əliyevin işi yubanırmış. 2022-ci ilin mart ayında Şahid7 Hüseyn Əliyevin Bakı şəhərinə tez-tez gəlibgetdiyi və xərci çıxdığı üçün Hüseyn Əliyevə 1000 manat vermişdir. Bundan sonra o, Şahid7 soruşmuşdur ki, bu işi kim düzəldir ? Bəhrəma Sultanov demişdir ki, Nizami adlı şəxs düzələdir və Nizami adlı şəxin mobil telefon nömrəsini ona vermişdir. O, Nizami adlı şəxsə zəng vurub demişdir ki, oğlu Hüseyn Əliyevin işi nə vaxt düzələcək? Nizami ona demişdir ki, tez bir zamanda düzələcək. Bundan başqa Nizami ilə danışığı olmamış və Nizami ilə görüşməmişdir. Bir il keçdi, oğlu Hüseyn Əliyevin işi düzəlmədiyi üçün verdiyi pulu Bəhrəma Sultanovdan geri istəmşdir. 2023-cü ilin fevral ayında Şahid7 hissə-hissə olmaqla ona 11000 manat pulu geri qaytamışdır. Zərərçəkmiş şəxs10 məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənildiini bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanda ailəsilə birlikdə yaşayır. 2012-ci il tarixdə o, Siyəzsən şəhəri 2 nömrəli tam məktəbini Azərbaycan dilində bitirmişdir. 2013-2015-ci illərdə həqiqi hərbi xidmət etmiş və 2022-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvəllərinin Yağından mühafizə komandasının sürücüsü vəzifəsində işləyir. Siyəzən şəhərində yaşayan və uşaqlıq dostu İlqar Eyvazovun vasitəsi ilə 2022-ci ilin axırlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs ona deyirmiş ki, o, Bəylər Eyyubovun bacısıoğlu Robert Eyyubovla münasibəti var və onun əli ilə müəyyən işləri görə bilir. Bundan sonra onun Təqsirləndirilən şəxsla münasibəti yaranmış və 2023-cü ilin mart ayının axırları o, Təqsirləndirilən şəxs demişdir ki, o, Hərbi Hava Qüvvəlləri Yanğından mühafizə komandasında sürücü vəzifəsində işləyir, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Yağından mühafizə bölməsində sürücü kimi işini dəyişə bilərsən ? Təqsirləndirilən şəxs demişdir ki, problem yoxdur və kiminləsə mobil telefonla danışıb demişdir ki, sənin işin alınar, sən əlavə sənəd yığmayacaqsan. O, razılıq vermiş və demişdir ki, bu iş neçə manata başa gələr ? Təqsirləndirilən şəxs demişdir ki, danışıb bir söz deyər. Təxminən 1-2 gündən sonra Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, sənin işin 10000 manata düzələr. O, demişdir ki, 10000 manata gücü çatmaz. Təqsirləndirilən şəxs dedi ki, sənə görə xahiş edər, qiymətdə aşağı düzələdərlər və o, razılıq vermişdir. Həmin günü 20-30 dəqiqədən sonra Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, sənin işini danışmış, 7000 manat düzəlir. O, Kənana razılıq vermiş və demişdir ki, pulu düzəltsin, sənə xəbər edəcək. 2023-cü ilin mart ayının axırları o, Xaçmaz şəhərində yerləşən “Bank Respublika”-nın Xaçmaz şöbəsindən 15000 manatı 24 ay müddətinə kredit götürmüş və həmin banka olan 7200 manat kreditini ödəmiş və ona 7500 manat qalmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, 7000 manat pulu hazırlamış, harada görüşək. Təqsirləndirilən şəxs demişdir ki, şənbə və bazara düşür, nazirlik işləmir. Birinci gün, 3 aprel 2023-cü il tarixdə görüşək. Təqsirləndirilən şəxs demişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində olan “Əncir” restoranına gələrsən, görüşərik. O, Kənana razılıq vermişdir. Bundan sonra o, İlqar Eyvazova demişdir ki, Təqsirləndirilən şəxsla danışmış, 03 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşüb 7000 manat ona verəcək ki, onun işini dəyişsin, onunla gedərsən ? İlqar Eyvazov ona razılıq vermiş və demişdir ki, səninlə gedib Təqsirləndirilən şəxsla görüşər. 02 aprel 2023-cü il tarixdə o, Siyəzən şəhərində əvvəllər qonşusu olan və Bakı şəhərində yaşayan Nazim Sultanov, Şahid10 və Rəfail Şirinova zəng vurub demişdir ki, 03 aprel 2023-cü il tarixdə Bakı şəhərinə gələcək, Yasamal rayonu, 2-ci Alatava ərazisində olan “Əncir” restoranına görüşərlər. Onlar razılıq vermiş və 03 aprel 2023-cü il tarixdə o, İlqar Eyvazovla birlikdə Siyəzən şəhərindən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində olan “Əncir” restoranına gəlmişlər. Onlar yolda olan zaman o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, Siyəzən şəhərindən çıxmışıq, Bakı şəhri, Yasamal rayonunda olan “Əncir” restoranına gəlirlər. Təqsirləndirilən şəxs demişdir ki, sən gəl otur, o, da gəlir. 03 aprel 2023-cü il tarixdə saat 11 radələrində o, İlqar Eyvazovla “Əncir” restoranına gəlib oturmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs tək gəlmiş və biz söhbət edən zaman restorana Şahid10, Nazim Sultanov və Rəfail Şirinov gəlib onların yanınında əyləşmişlər. Təqsirləndirilən şəxs söz vermişdir ki, sənin işini 2 ay müddətində dəyişəcək. O, razılıq vermiş və 7000 manat pulu orada olan uşaqların yanında sayıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alıb saymış və götürüb getmişdir. Bundan sonra onlar ayrılmış və X20 şəhərinə gəlmişlər. 3 ay keçəndən sonra o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, iş alınmırsa, onun 7000 manat pulunu qaytar. Təqsirləndirilən şəxs demişdir ki, qaytaracaq. Bundan sonra Təqsirləndirilən şəxs onun pulu qaytarmaq adı ilə Bakı şəhərinə 27 dəfə gətizdirsədə qaytarmamışdır. 2023-cü ilin noyabr ayının axırları o, Təqsirləndirilən şəxs demişdir ki, pulu vermirsənsə səndən şikayət edəcək. Bundan sonra Arif adlı şəxs ona zəng vurub demişdir ki, o, Təqsirləndirilən şəxs dayısıdır, həm də kirvəsi, özüdə Bakı Dövlət Universitetində müəllim işləyir, bir səbirli ol, Təqsirləndirilən şəxs sənin pulunu bir həftəyə qaytaracaq. O, razılıq vermiş və bir həftə keçmişdir. O, Arif adlı şəxsə zəng vurub demişdir ki, bəs bir həftə keçibdir, Təqsirləndirilən şəxs onun pulunu qaytarmadı. Həmin şəxs ona demişdir ki, özünüz bilərsiniz. 06 dekabr 2023-cü il tarixdə məcbur olub Siyəzən Rayon Polis Şöbəsinə gedib Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında dəqiq xatırlamadığı gündə Şəki rayonu Orta Zəyzid kəndində “dörd yol” adlanan yerdə yerləşən çayxanada tanışı Rasim İbramxəlilov ilə söhbət edərkən Rasim ondan qızı Gülşən Mustafayevanın işləyib-işləmədiyini soruşmuş, bu zaman o, qızının işləmədiyini demiş və Rasim nəyə görə qızının işləmədiyini soruşduqda həmin vaxt o, Rasimə qızı Gülşənin müəllimlik imtahanı verdiyini, lakin topladığı balın işləmək üçün kifayət etmədiyini, həmçinin hazırda da evli olduğu və uşaqları olduğuna görə imtahana hazırlaşmağa şəraiti olmadığını demişdir. Bu zaman Rasim İbramxəlilov ona oğlu Şahid11 Daxili İşlər Nazirliyində işlədiyini və yaxşı tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə qızı Gülşəni işə qəbul etdirə biləcəyini demiş və o, razılaşmışdır. Bundan bir neçə gün sonra Rasim İbramxəlilov ona oğlu ilə danışdığını, 12000 manata qızını kənddə olan məktəbdə müəllimə kimi işə qəbul etdirə biləcəyini, pulu verdikləri halda yeni dərs ilində, yəni 15 sentyabr 2022-ci il tarixdə qızının işə qəbul əmrinin veriləcəyini söyləmiş, həmin vaxt o, 12000 manatın çox olduğunu dedikdə Rasim 8000 manatı əvvəlcə, iş alındıqdan sonra isə 4000 manatı verə biləcəyini söyləmiş, o da Rasimlə razılaşmışdır. Bundan sonra təxminən 04 iyul 2022-ci il tarixdə Rasim ona zəng edərək pulu verə bilib-bilməyəcəyini soruşduqda o, hələ də pulu tapa bilmədiyini söyləmiş, Rasim isə ondan həmin pulu nə vaxta tapa biləcəyini soruşduqda o, bir neçə günə pulu tapa biləcəyini demiş, bu zaman Rasim ona oğlu Vüsalın ***-***-**-** saylı mobil nömrəsini verərək pulu tapdıqdan sonra oğlu ilə danışıb pulu oğluna verməsini bildirmişdir. O, pulun bir hissəsini borc, bir hissəsini isə kredit olmaqla 8000 manat pulu topladıqdan sonra 07 iyul 2022-ci il tarixdə Vüsala zəng edərək pulun hazır olduğunu, növbəti gün pulu vermək üçün Bakı şəhərinə gələcəyini demiş, növbəti gün, yəni 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8 kilometr bazarın yaxınlığına gələrək Şahid11 zəng edib olduğu yeri demiş və sonuncu ona həmin yerə gələcəyini bildirmişdir. Bundan sonra həmin gün saat 13 radələrində 8-ci kilometrlikdə olan “Köhnə Bakı” adlı kafedə Şahid11la görüşmüş, görüş zamanı o, qızı Gülşən Mustafayevanın diplomunun və şəxsiyyət vəsiqəsinin əsillərini, həmçinin 8000 manat pulu Vüsala vermiş, eyni zamanda pulu Vüsala verdikdə sonuncuya 15 sentyabr 2022-ci il tarixdə qızının əmri gəldikdən sonra qalan 4000 manatı da tapıb verəcəyini bildirmiş, həmin vaxt Vüsal ona narahat olmamasını, işin həll olunacağını demiş, və o, həmin gün Şəki rayonuna qayıtmışdır. Bundan sonra 2022-ci ilin avqust ayının sonlarında Vüsal ona zəng edərək qızı Gülşən Mustafayevanın Təhsil Nazirliyinə gəlməli olduğunu və müsahibədən keçməli olduğunu söyləmiş, bu səbəbdən də o, qızı Gülşən Mustafayevlə birlikdə 29 avqust 2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş və o, Vüsala zəng edib Bakı şəhərində olduğunu deyib haraya getməli olduğunu və kiminlə görüşməli olduğunu soruşmuş, bu zaman Vüsal ona Bəhruz və Ramil adlı şəxslərin nömrəsini verərək əlaqə saxlamasını və həmin şəxslərlə görüşəcəyini demiş, o da Bəhruza zəng edərək nömrəsini Vüsalın verdiyini deyərək haraya gəlməli olduğunu soruşmuş, Bəhruz isə ona 1 saata Təhsil Nazirliyinə gəlməli olduğunu demiş və o, həmin gün saat 11 radələrində nazirliyin qarşısında Bəhruz və Ramillə görüşmüşdür. Görüş zamanı Bəhruz qızı Gülşən Mustafayevanın diplomunun və şəxsiyyət vəsiqəsinin əsillərini aparıb surətlərini çıxardıqdan sonra sənədləri ona qaytarmış, eyni zamanda Ramil və Bəhruz görüş zamanı ona yeni dərs ilində, yəni 15 sentyabr 2022-ci ildə qızı Gülşənin işə başlaması ilə bağlı əmrinin veriləcəyini, qızının işə başlayacağını, narahat olmamalarını bildirmişlər. Lakin 15 sentyabr 2022-ci il tarixdə dərs ili başladıqdan sonra qızının işə qəbul olunmadığını, hər hansı əmrin gəlmədiyini gördükdə Şahid11 zəng edərək işinin nəyə görə alınmadığını soruşmuş sonuncu Bəhruzla əlaqə saxlayıb məlumat verəcəyini demiş və bir neçə dəqiqə sonra zəng edərək Təhsil Nazirliyindən Gülşən Mustafayevaya zəng edildiyini söyləmiş, o, qızından soruşduqda Gülşən həqiqətən də ***-***-**-** saylı mobil nömrədən özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən Tofiq adlı bir nəfərin zəng etdiyini, həmin şəxsin qarışıqlıq olduğu üçün işinin gecikdiyini, narahat olmamasını, tez bir zamanda işinin alınacağını dediyini söyləmişdir. Bundan sonra 2022-ci ilin təxminən oktyabr-noyabr aylarında dəqiq xatırlamadığı gündə o, Rasimə zəng edərək işin alınmadığını, Vüsal, Bəhruz və Ramilin hər dəfə bir bəhanə gətirdiyini, 8000 manat pul verdiyini, lakin hələ də işi həll edə bilmədiklərini dedikdə, Rasim ona Gülşənin şəxsiyyət vəsiqəsi ilə birlikdə Şəki rayonunda olan Təhsil şöbəsinə yaxınlaşmasını, həmin şöbədən ona qızının əmrinin surətini verəcəklərini, Gülşənin də həmin əmri məktəb direktoruna təqdim edəcəyini söyləmiş, lakin o, təhsil şöbəsinə getdikdə ona Gülşən Mustafayevanın adına hər hansı əmrin olmadığını demişlər, buna görə o, Rasimə zəng etdikdə Rasim maraqlanacağını demiş, lakin sonradan bir xəbər çıxmamışdır. Bundan sonra o, məktəbdə “Uşaq Birliyi rəhbəri” ixtisası üzrə iş olduğunu öyrənmiş və 2022-ci ilin dekabr ayında Rasimə zəng edərək qızı Gülşənin müəllim kimi işə qəbul məsələsinin çox uzandığını, artıq həll olunacağına inanmadığını deyərək, Şəki rayonunda Asim Kamil oğlu adına orta məktəbdə “Uşaq Birliyi rəhbəri” ixtisası üzrə texniki iş olduğunu, heç olmaya qızını həmin yerə işə düzəltmələrini söyləmiş, Rasim ona Bəhruz və Ramillə danışacağını demiş və sonradan zəng edərək razılaşdıqlarını bildirmiş, eyni zamanda onun özü də həmin məsələ ilə bağlı Ramillə danışmış və Ramil ona həmin məsələni həll edəcəyini söyləmişdir. Daha sonra 2023-cü ilin yanvar ayında qızı Gülşənin iş məsələsinin düzəlmədiyini görüb dəqiq xatırlamadığı tarixdə Vüsal və Rasimə zəng edərək işi düzəldə bilmədiklərini, buna görə də pulunu geri qaytarmalarını söyləmiş, lakin Rasim ona pulu qaytarmağın problem olmadığını, lakin qızı Gülşənin işləməsini istədiyini demiş və bununla da ona pulunu qaytarmamışdır. Buna görə də 2023-cü ilin fevral ayının sonları, mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə axşam saatlarında Ramil ona zəng edərək qızının işini özünün həll edəcəyini, verilən pulun özündə olduğunu, özünün də işlə bağlı bir neçə günə Şəki rayonuna gələcəyini söyləmiş, həmin vaxt Rasim də kənardan həmin işlə bağlı Bəhruz və Ramillə görüşdüyünü demişdir. Bundan bir neçə gün sonra dəqiq xatırlamadığı gündə, təxminən 2023-cü ilin fevral-mart aylarında Ramil ona zəng edərək Bəhruzla birlikdə Şəki rayonuna gəldiklərini və onunla görüşmək istədiklərini, gələrkən Gülşənin diplom və şəxsiyyət vəsiqəsini də gətirməsini demiş və onlar Şəki rayon Regional Təhsil İdarəsinin qarşısında görüşmüşlər. Görüş zamanı o, sənədlərin əslini Bəhruza vermiş, Bəhruz həmin sənədləri götürüb idarəyə daxil olmuş və işi danışıb qayıdacağını dedikdən bir neçə dəqiqə sonra qayıdaraq sənədlərin əslini ona qaytarmışdır. Həmçinin Bəhruz ona mart ayında imtahan olacağını, qızının imtahanda iştirak etməli olduğunu demiş, bu zaman o, qızının imtahan verməli olduğu halda, nəyə görə pul verdiyini söylədikdə onlar ona imtahana daxil olmasının vacib olduğunu bildirmişlər. Bundan bir neçə gün sonra təxminən 31 mart 2023-cü il tarixdə Ramil ona zəng edərək Şəki Regional Təhsil İdarəsinə gedərək imtahan üçün qızının qeydiyyatdan keçməli olduğunu demiş və o, qızı ilə birlikdə idarəyə getdikdə qeydiyyatın Şəki rayon təhsil şöbəsində olduğunu, həmçinin imtahana qeydiyyatın bitdiyini öyrənmiş, buna görə də o, təhsil şöbəsinə gedərək qızı Gülşənin imtahan üçün qeydiyyatdan keçmək istədiyini demiş, lakin şöbədə adını bilmədiyi qadın işçi ona imtahana qeydiyyatın artıq bitdiyini söyləmiş, bu səbəbdən də o, Ramilə zəng etmiş və ona qeydiyyatın bitdiyini dediklərini söyləmiş, bu zaman Ramil ona telefonu həmin qadına verməsini söylədikdə o, telefonu həmin qadına vermiş və Ramil həmin qadınla danışdıqdan sonra həmin qadın ona Pərviz adlı şəxsə yaxınlaşmalı olduğunu demiş, o, telefonu qadından geri götürdükdən sonra Ramil ona telefonu Pərviz adlı şəxsə verməsini demiş və o, Pərviz adlı şəxsin otağına gedib telefonu sonuncuya vermişdir. Ramil həmin şəxslə də danışdıqdan sonra qızının imtahana girməsi üçün imtahana buraxılış kağızı verilmiş, bundan sonra qızı imtahanda iştirak edib 33 bal toplamış, o, həmin nəticələri “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Ramilə göndərmiş, lakin Ramil həmin vaxt işin tezliklə həll olunacağını desə də, sonradan nə Ramil, nə Bəhruz, nə Vüsal, nə də Rasim onun zənglərinə cavab verməmişdir. Həmçinin o, dəqiq xatırlamadığı tarixdə Ramillə söhbət edərkən Ramil ondan nə qədər pul verdiyini soruşmuş, o da 8000 manat verdiyini dedikdə Ramil Vüsalın 5000 manat pul verdiyini demiş, lakin o, bu məsələni dəqiqləşdirmək üçün Vüsal və Rasimə zəng etsə də, sonuncular telefonları açmamışdır. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində 2023-cü ildə oğlu Şahid14 işə düzəltmək üçün Fövqəladə Hallar Nazirliyinə getdiyini, orada olan qeydiyyat şöbəsinə getdiyini, ona lazım olan sənədləri toplanmasının tapşırıldığını, lazım olan sənədləri topladığını, oğlu Hidayətlə oraya getdiyini, Hidayətin sənədləri orada olan poçt qutusuna salıb evə gəldiyini, 1-2 (biriki) gün sonra oğlu Hidayətə zəng gəldiyini, zəng edən şəxsin oğlu Hidayətə Şahid13 olduğunu və onu işə düzəltməyə kömək edəcəyini və yenidən əlavə sənədlər toplamağı tapşırdığını, Əkbərin həm də Hidayəti Bakıya çağırdığını, Hidayətində onunla Bakı şəhərində, Əhmədli qəsəbəsində çayxanada görüşdüyünü, görüş zamanı Şahid13in oğlu Hidayətə “sən sənədləri mənə ver, mənim Nazilikdə yaxınlarım var, sənin işini mən düzəldəcəyəm” dediyini, həmçinin, Şahid13 oğlu Hidayətə “20000 (iyirmi min) manat pul çatdırarsız, mənim orada adamlarım var, səni orada işə düzəltməyə kömək edəcəyəm” dediyini, Hidayətində evə gəldiyini, bu barədə ona danışdığını, Hidayətlə birlikdə sənədləri toplayıb Bakı şəhərinə getdiyini, Bakı şəhərində, Əhmədli qəsəbəsində yerləşən tanımadığı çayxanada Şahid13la görüşdüyünü, Şahid13 söhbət zamanı ona “mənim Fövqəladə Hallar Nazirliyində olan bir neçə generalla münasibətim var və onlardan xahiş edib sənin oğlunu Fövqəladə Hallar Nazirliyində X15 Xidmətində işə düzəldəcəyəm” dediyini, Əkbərin bu iş üçün 25000 manat tələb olunduğunu, lakin 20000 manata düzəldəcəyəni dediyini, Əkbərə pulun kimə çatacağını soruşduğunu, Əkbərin ona “bu sənin işin deyil, mən bu işi həll edəcəyəm” dediyini, Əkbərə inandığını, Əkbərin ondan pulu göndərməsini dediyini, oğlu Hidayətin nömrəsinə whatsapp vasitəsilə özünə məxsus "xxxx"a məxsus kart hesabını göndərdiyini, ilk növbədə Əkbərin kart hesabına 2023-cü ilin iyun ayının əvvələrində borc pul alıb 5000 manat pul göndərdiyini, daha sonra 24 iyun 2023-cü il tarixdə “Access” Bankdan 20000 manat kredit götürdüyünü, həmin 20000 manat puldan 5000 manat borcunu qaytarıb, qalan 15000 manat puluda 2023-cü ilin iyunavqust ayları ərzində Əkbərin ona göndərdiyi kart hesabına göndərdiklərini, həmin pulları oğluna verdiyini, oğlu Hidayətin isə Əkbərin kart hesabına Qax şəhərində pulu göndərib qəbzləri özündə saxladığını, Şahid13 20000 manat pulu tam alıb qurtardıqdan sonra ona və oğlu Hidayətə hər gün müxtəlif bəhanələr gətirərək işin düzələcəyini dediyini, lakin, Əkbərin oğlu Hidayəti işə düzəltmədiyini, belə olan halda Əkbərin onu aldatdığını anladığını, ondan pulunu geriyə tələb etdiyini, Əkbərin ona “bu gün qaytaracam, sabah qaytaracam” deyib onu aldatmağa başladığını, 2023-cü ilin sentyabr ayının axırlarında həmin puldan 5000 manatını geri aldığını, lakin, yerdə qalan 15000 manat pulunu Əkbərin qaytarmadığını, Əkbərin onun telefon zənglərinə cavab vermədiyini, Əkbərdən pulunu geri tələb edən vaxtı Ramin adlı şəxsin ona zəng edərək pulları bank faizi ilə birlikdə geri qaytaracağını ona dediyini, lakin, pulunun geri qaytarılmadığını, Ramin adlı şəxsə pul vermədiyini, pulların hamısını Əkbərə verdiyini, Ramin adlı şəxsin Əkbərdən pulunu tələb edən zaman ortaya çıxdığını və ona zəng edərək pulunun qaytarılacağını dediyini, lakin, pulunun geri qaytarılmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 əlavə ifadəsində özünü Ramin kimi təqdim edən, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, Təqsirləndirilən şəxs Şahid13 onunla və oğlu Hidayətlə 2023-cü ilin may ayında Bakı şəhərində tanış etdiyini, Əkbərin ona özünü Ramin kimi təqdim edən, Təqsirləndirilən şəxs oğlu Hidayətin işini düzəldəcəyini bildirdiyini, 2023-cü ilin may və iyun aylarında Bakı şəhərində təxminən 2-3 dəfə oğlu Hidayətin Təqsirləndirilən şəxsla görüşdüyünü, özünündə 1 dəfə Bakı şəhərində, Yasamal rayonu, Hüseyin Cavid parkında oğlu Hidayətlə birlikdə Kənanla görüşdüyünü, Təqsirləndirilən şəxs ona Əkbərin ondan aldığı puldan onada çatdığını, işini qısa müddət ərzində həll edəcəyini dediyini, Əkbərin onu aldatdıqdan sonra Təqsirləndirilən şəxs ona və oğlu Hidayətə zəng edərək pulu qaytaracağını desə də, lakin, qaytarmadığını, Təqsirləndirilən şəxs ona oğlu Hidayətin işini Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə həll edəcəyini dediyini, özünü Ramin kimi təqdim edən şəxsin, yəni, Təqsirləndirilən şəxs özü haqqında ona hər hansı bir məlumat vermədiyini, pulu Əkbərə verdiyi üçün ilkin ifadəsində Təqsirləndirilən şəxs haqqında ətraflı ifadə vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayət-tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaqa verdiyi ifadəsində 2023-cü ilin iyun ayında Qax rayonunda yerləşən 103 X28 xidmətində sürücü kimi işə düzəlmək istədiyini, ona görə də bu barədə əvvəllər tanıdığı Bəhruz adlı şəxsə dediyini, ondan bu işi həll edə bilən tanışlarının olub-olmamasını soruşduğunu, Şahid12 ona bir nəfər tanışının olduğunu, onunla danışıb xəbər edəcəyini dediyini, Bəhruza danışıb ona bir söz deməsini bildirdiyini, Bəhruzunda yaxın günlərdə xəbər edəcəyini dediyini, daha sonra 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhərində, Binəqədi rayonu ərazisində Bəhruzla görüşdüyünü, Bəhruzun yanında adı ona həmin vaxtı məlum olan Təqsirləndirilən şəxs ilə tanış olduğunu, Bəhruzun ona Təqsirləndirilən şəxs onun işini düzəldəcəyini dediyini, Kənanın ona bu işi yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə həll edəcəyini, pul lazım olacağını, pulun məbləğini Bəhruza deyəcəyini bildirdiyini, Kənanla razılaşdığını, bundan sonra oradan çıxıb Qax rayonuna gəldiyini, bir neçə gün sonra Bəhruzun ona zəng edərək Kənanın ona zəng edib bu işi həll edəcəyini, 4000 (dörd min) manat pul lazım olacağını, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının şəklini ona göndərməsinin dediyini, Bəhruzun Kənana göndərməsi üçün ona dediyi şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının şəklini çəkib Vhatsapp vasitəsilə Bəhruza göndərdiyini, daha sonra Bəhruza pulu hazır edib xəbər edəcəyini dediyini, pulu hazır etdikdən sonra Bəhruza zəng edərək pulun hazır olduğunu bildirdiyini, Bəhruzun ona kart atacağını, pulu karta vurmasının dediyini, bundan sonra Bəhruzun ona Kapital Banka məxsus dəqiq hesab nömrəsi yadında qalmayan kart hesabı atdığını, 2023-cü ilin iyul ayının əvvəllərində dəqiq günü yadında qalmayan vaxtda Qax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Payız 74” mağazasında olan milliön vasitəsilə Bəhruzun ona göndərdiyi Kapital Banka məxsus dəqiq hesab nömrəsi yadında qalmayan kart hesabına 4000 (dörd min) manat pul göndərdiyini, daha sonra Bəhruzla əlaqə saxladığını, Bəhruzun ona pulun ona çatdığını və Kənana verəcəyini dediyini, daha sonra Kənanla danışan zaman Kənanın ona 4000 manat pulun çatdığını, işini həll edəcəyini dediyini, həmin vaxtdan bir müddət keçdikdən sonra Kənanla danışanda Kənanın ona narahat olma, yaxşı olacaq dediyini, lakin, Kənanın onu aldatdığını, işini düzəltmədiyini, bundan sonra bu barədə Qax RPŞ-yə ərizə ilə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini və ona qarşı şikayət-tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında qohumu Zərərçəkmiş şəxs2 ona oğlu Sənanı işə düzəltmək istədiyini demişdir.O Nərimana Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və Sənanı işə düzəldə biləcəyini bildirmiş və Kənanın nömrəsini ona vermişdir. Bir müddət sonra Nəriman Ukraynadan ona zəng edərək Kənanın, oğlu Sənanı işə düzəldəcəyini və 15000 manat pul istədiyini bildirmiş və 11000 manat pul göndərərək Kənana çatdırmasını xahiş etmiş və o həmin pulu Kənana məxsus bank kartına atmışdır.Bundan sonra Kənan əlavə olaraq 4000 manat pul istəmiş və o, həmin pulun 2000 manat hissəini Kənana göndərmiş, qalan hissəsini isə özündə saxlamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayından X8 vasitəsilə tanımış və Kənanla dostluq münasibətinin yaranmışdır. Kənan 2021-ci ilin yay aylarında ondan 5000 (beş min) manat borc pul istəmiş və 1 ay müddətində borcunu qaytaracağını bildirmişdir. Həmin pulu ona verdiyindən 1 ay müddət keçdikdən sonra pula ehtiyacı olduğu üçün Kənandan pulunu istəmiş, Kənanın ondan kart göndərməsini xahiş etmiş və pulu karta vuracağını demişdir.O, dostu Şahid5 adına olan Kapital Banka məxsus kartı Kənana göndərmiş, Kənan ona zəng edib pulu karta vurduğunu demişdir. Elmibəyin həmin karta olan mədaxil və məxaricdən xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdi ki, 2021-ci ilin əvvəllərində Tərtər rayonunda yerləşən Kapital Bankın filialından özünə kart sifariş vermişdir.Sonradan həmin kartı işlətmək üçün dostu Namiqə vermişdir və həmin karta mədaxil olan və məxaric olan köçürmələrdən xəbərinin olmamışdır. Təqsirləndirilən şəxs tanımır və ona məxsus karta 5000 manat pul köçürülməsindən xəbərinin olmamışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o 2021-ci ilin oktyabr ayında həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs9 və dostu Tofiqin bacısı oğlu X18 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlmələri üçün ona müraciət etmişlər. Hüseyn işə düzəlməsi üçün ona 11000 manat, Eldəniz Hilalı isə 14000 manat vermişlər, o, Eldəniz və Hüseyninin işə düzəltmək üçün adam axtarırmış. 2022-ci ilin yanvar ayında tanışı Namiq ona zəng vurub demişdir ki, gəl Bakı şəhərinə, bir adam var sənin onunla tanış edəcək, Eldəniz və Hüseynidə Bakı şəhərinə gətir, onların işini həll etsin. Bundan sonra o, Eldəniz və Hüseynlə birlikdə Yevlax rayonundan Bakı şəhərinə gəlmişlər və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Ştab” kafesində o, Namiq, Namiqin tanışı Elşad və onların yanında olan bir nəfər şəxslə görüşmüşlər. Namiq və Elşad yanlarında olan şəxsi tanış etmişlər ki, tanış ol, Tövsüfdür. O, Tövsüfdən soruşmuşdur ki harada işləyirsə ? Tövsüf demişdir ki, həm Təhsil Nazirliyində, həm də ali məktəbdə müəllim işləyir, əlaqələri genişdir, hara lazımdır, adam düzəldə bilər. O, Eldəniz və Hüseyni Tövsüfə göstərib demişdir ki, bu uşaqları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək olar ? Tövsüf demişdir ki, problem deyil, onun adamı var, ona deyəcək, uşaqların işini hər birini 10000 manata düzəldəcək. Tövsüf ondan uşaqların sənədlərini istəmiş, o, da Eldəniz və Hüseynin sənədlərini surətini Tövsüfə vermişdir. Həmin vaxtı Tövsüf ona demişdir ki, ilki olaraq 5000 manat ver, işə başlasınlar, sonra qalan pulu verərsə. O, Tövsüfə razılaşmış, Namiq və Elşadın yanında Tövsüfə 5000 manat vermişdir. Tövsüf demişdir ki, uşaqların işi qısa müddətə həll olunacaq və o, Tövsüfün nömrəsini götürmüşdür. Bundan sonra onlar Tövsüf, Namiq və Elşad ayrılıb Yevlax şəhərinə gəlmişlər. Bundan sonra o uşaqların işi ilə əlaqədar Tövsüflə əlaqa saxlayırmış. 2022-ci ilin fevral-mart aylarında Tövsüf uşaqların həkim komissyasından keçmək üçün Bakı şəhərinə dəfələrlə çağırmış və o, uşaqları dəfələrlə Bakı şəhərinə gətirmiş, Tövsüf hər dəfə bir bəhanə gətirib uşaqları komissiyadan keçirməmişdir. 2022-ci ilin mart ayının axırları Tövsüf ona zəng vurub demişdir ki, Bakı şəhərinə gələrsən, pulun qalan hissəsini vermək lazımdır. O, bu barədə Eldəniz və Hüseynə demiş, onlar demişlər ki, Tövsüf bizi 15 dəfə Bakı şəhərinə gətizdirib, pulları yoxdur, sən Tövsüfə de, ona verilən puldan hərəsinə 1000 manat versin. 2022-ci ildə mart ayının axırları o, Eldəniz və Hüseynlə Bakı şəhərinə gəlmiş və Tövsüflə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına olan parkda görüşmüş və Tövsüf onu avtomobilə dəvət etmişdir. Uşaqlar parkda gözləmiş və o, avtomobilin içində Tövsüfə 20000 manat vermək istəyən zaman, Tövsüf demişdir ki, 10000 manat ver, qalan pul hələlik səndə qalın, deyəndə gətirib verərsən. O, Tövsüfə demişdir ki, uşaqları 15 dəfə Bakı şəhərinə gətizdiribsən, onların pulları yoxdur, uşaqların hər biri 1000 manat istəyirlər. Tövsüf ona demişdir ki, səndə olan puldan hər birinə 1000 manat verərsən. Bundan sonra o, Eldəniz və Hüseynin pullarının üzərində 2000 manat götürmüş və hər birinə 1000 manat vermişdir. Bundan sonra Tövsüf Eldəniz və Hüseynlə görüşmüş və onlara söz vermişdir ki, 10-15 günə işləriniz həll olunacaq. Bundan sonra o, uşaqları rayona yola salmış, özüm isə Bakı şəhərinə qalmışdır, çünki həkimə gedib yoxlamadan keçməli imiş. Təxminən 2-3 gündən sonra Tövsüf ona zəng vurub demişdir ki, uşaqların işi ilə bağlı 1000 manat onun kartına göndərərsən. O, Namiqlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində ola "xxxx"a gəlmiş və o, Tövsüfün kartına 1000 manat köçürmüşdür. Bundan sonra o, Tövsüflə dəfələrlə əlaqə saxlayırmış ki, uşaqların işi nə oldu ? Tövsüf hər dəfə deyirmiş ki, narahat olma, işlər düzəlir. 2022-ci ilin avqust-sentyabr aylarında Tövsüf zəng vurub demişdir ki, səndə qalan 7000 manat gətir, uşaqların işi tez həll olusun. Bundan sonra o, 7000 manatı götürüb Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində Tövsüflə görüşmüşdür. Tövsüf onu gəldiyi taksiyə əyləşdirmiş və ona demişdir ki, sənin bir nəfərlə tanış edəcək, onun adamları var, o, bu işi tezləşdirəcək. Bundan sonra o, Tövsüflə birlikdə taksi ilə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən “Sevinc” kino-teatrının arxa tərəfinə gəlmiş və Tövsüf ondan 7000 manat pulu istəmişdir. O, orada Tövsüfə 7000 manat pulu vermişdir. Bundan sonra Tövsüf kiməsə zəng vurmuş və ona demişdir ki, həmin şəxs telefona cavab vermir. Tövsüf ona demişdir ki, narahat olma, həmin şəxslə görüşüb, işləri tezləşdirəcək. Bir müddət küçəndn sonra o, Tövsüfə zəng vurub işlər barədə soruşmuş, Tövsüf demişdir ki, narahat olma, danışıb, işlər həll olunacaq. Həmin vaxtı Tövsüf ona ***-***-**-** və ***-***-**-** nömrələri vermiş və demişdir ki, bu onun yaxın adımı Nizamidir, onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində adamı var, uşaqların işini o, həll edəcək. 2022-ci ilin avqust-sentyabr ayların o, Nizamiyə zəng vurmuş və demişdir ki, sizin nömrəni Tövsüf veribdir. Nizami ona demişdir ki, uşaqları görtür Bakı şəhərinə gəl, uşaqlara bir sənəd çıxarıb gətir. O, yenə uşaqlara aid sənədlərin surətini götürmüş, Eldəniz və Hüseynlə birlikdə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsinin qarşısında Nizami və onun yanında bir nəfər kişi cinsli şəxslə görüşmüşlər. Nizami yanında olan şəxsi Ramil kimi təqdim etmişdir. Nizami və Ramil ondan uşaqların sənədlərini almış, Nizami və Ramil Xüsusi Riskli Xilasetmə İdarəsində kiminləsə danışmış, sonra Nizami, Ramil, Eldəniz və Hüseynlə birlikdə idarəyə daxil olmuşlar. Bundan sonra Nizam və Ramil demişlər ki, sizi çağıranda gələrsiniz, bu məsələ 3 ay müddətinə düzələcək. 2022-ci ilin sentyabr ayının axırları Nizami ona zəng vurub demişdir ki, Tövsüfü tutublar, Tövsüf ona pul verməyib və sizin uşaqların işini həll etsin. O, soruşmuşdur ki, bu iş necə olacaq ? Nizami ona demişdir ki, bir uşağın işə düzəlməsi üçün 13000-14000 manata lazımdır, 25000 manat olsa iki uşağın işini düzəldər. O, Nizamiyə demişdir ki, Tövsüf deyibdir ki, bu işə görə Nizamiyə pul verib. Nizami demişdir ki, Tövsüf uşaqların işinə görə 8000 manat verib, 8000 manat işlər düzəlmir, sən pul tap, uşaqların işini düzəldək, Tövsüf gələndən sonra pulu sənə qaytarar. O, uşaqları işinin düzəlməsi üçün Nizamiyə razılıq vermişdir. 07 oktyabr 2022-ci il tarixdə o, 2000 manat düzəltmiş və Nizaminin göndərdiyi karta ünvan 13 ünvanda yerləşən “Neptun” marketdə olan terminaldan 2000 manat göndərmiş və qəbzin şəkilini WhapsApp ani müsajlaşma sistemi ilə Nizaminin mobil telefonuna göndərmişdir. 2022-ci ilin noyabr ayının əvvəlləri Nizami ona zəng vurub demişdir ki, uşaqların işinə görə 2000 manat lazımdır, həmin karta 1000 manat göndərərsən. Oğlu Nicat həmin günü saat 14 radələrində 1000 manat pulun Nizaminin kartına köçürdüyü qəbzi WhapsApp ani müsajlaşma sistemi ilə göndərmişdir. O, həmin qəbzə baxanda görmüşdür ki, 07 noyabr 2022-ci ildə saat 13:25də Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 nömrəli ünvada yerləşən “Neptun” marketdən Nizaminin kartına 1000 manat köçürülmüşdür. O, həmin qəbzin şəkilini “WhapsApp” tətbiqi ilə Nizaminin mobil telefonuna göndərmişdir. Nizami ona zəng vurmuşdur ki, 1000 manat azdır, 1000 manatda göndər. O, həmin günü saat 15:38-də Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində olan "xxxx"-dan Nizaminin kartına 1000 manat pul göndərmüş və qəbzin şəkilini “WhapsApp” tətbiqi ilə Nizaminin mobil telefonuna göndərmişdir. 2022-ci ilin noyabr ayında Nizami demişdir ki, əlavə 1000 manatda vermək lazımdır. Namiq Bakı şəhərində olduğu üçün o, Namiqə demişdir ki, Nizamiyə 1000 manat ver, sənə verər. Namiq razılıq vermiş və sonra zəng vurub demişdir ki, Nizamiya 1000 manat vermişdir. Bundan sonra o, Nizamidən soruşmuşdur ki, 1000 manatı Namiq sənə verdi? Nizami təsdiq etmişdir ki, Namiq ona 1000 manat veribdir. 2022-ci ilin noyabr ayının axırları Nizami zəng vurub demişdir ki, əlavə 1000 manatda vermək lazımdır. Namiq Bakı şəhərində olduğu üçün o, Namiqə demişdir ki, Nizamiyə 1000 manat ver, sənə verər. Namiq razılıq verdi və sonra zəng vurub demişdir ki, Nizamiya 1000 manat verdi. Bundan sonra o, Nizamidən soruşmuşdur ki, 1000 manatı Namiq sənə verdi ? Nizami təsdiq etmişdir ki, Namiq ona 1000 manat veribdir. Bakı şəhərinə gələn zaman Namiqin 2000 manat pulunu özünə qaytarmışdır. 2022-ci ilin dekabr ayının əvvəlləri Nizami ona zəng vurub demişdir ki, 3400 manat göndər, uşaqların işi yekunlaşır. O, Nizamiyə razılıq vermiş və 05 noyabr 2022-ci ildə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 nömrəli ünvanda yerləşən “Neptun” marketdən Nizaminin kartına özünə məxsus 3400 manat pul göndərmiş və pulun göndərilməsi qəbzin şəkilini WhapsApp ani müsajlaşma sistemi ilə Nizaminin mobil telefonuna göndərmişdir. 2022-ci ilin dekabr ayının ortalarında o, Namiqlə birlikdə Nizami ilə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən “Sevinc” kino-teatrının arxasında görüşmüş və Nizami ona demişdir ki, Tövsüf hələ azad olmayıb, sənin verdiyin pula uşaqların işini həll edə bilmir, 10000 manat ver, Ramillə danışıbdır, uşaqların işini tez bir zamanda həll etsin. 2022-ci ilin dekabr ayının axırları o, 10000 manat düzəltmiş və Nizami ilə Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən “Sevinc” kino-teatrının arxasında görüşmüş və 10000 manat pulu Nizamiyə vermişdir. Nizami 10000 manat pulu alıb demişdir ki, Ramillə danışmış, tez bir zamanda işlər həll olunacaq. 2023-cü ilin yanvar ayında Nizami ona zəng vurub demişdir ki, Tövsüf azad olub və Tövsüfün istifadə etdiyi təzə ***-***-**-** nömrəsini vermişdir. O, Tövsüfə zəng vurub demişdir ki, onu niyə pis vəziyyətə salıbsan ? Tövsüfdə demişdir ki, Nizami yalan danışır, o, Nizamiyə 20000 manat, sonra demişdir ki, 8000 manat veribdir. Bundan sonra o,Tövsüfə, Nizami və Ramilə zəng vurub işlər barədə soruşan zaman onlar demişlər ki, narahat olma, yaxın vaxtlarda uşaqların işi düzələcək. 2023-cü ilin mart ayında o, Nizamiyə zəng vurub demişdir ki, bu işlər düzələnə oxşamır, pulları qaytarın. 2023-cü ilin mart ayında Nizami və Ramil Yevlax şəhərinə gəlmişlər, o və Eldəniz Yevlax şəhərində Nizami və Ramillə görüşmüş və Eldəniz Nizamidən pulunu geri tələb etmişdir. Nizami və Ramil söz vermişlər ki, bu məsələni qısa müddətə həll edəcəklər. Bundan sonra o, Nizami və Ramili Eldənizin atası Yusiflə Yevlax rayonu, Qoyunbinəsi kəndində görüşdürmüşdür. O, Eldəniz və Yusiyə demişdir ki, sizdən aldığı pulu Tövsüf və Nizamiyə vermişdir. Nizami və Ramil söz vermişlər ki, bu məsələni qısa müddətə həll edəcəklər. Sonra Eldəniz və Yusif demişlər ki, evdə xəstə var, onu həkimə aparmaq üçün 1500 manat lazımdır. Nizami və Tövsüf 1500 manat pulun göndərilməsi barədə söz versələrdə, göndərməmişlər, o, 1000 manat pul düzəltmiş, Yusif Hilallıya vermişdir. Bundan sonra o, Tövsüf, Nizami və Ramildən pulu geri tələb etməyə başlamışdır. 2023-cü ilin mart ayında Hüseynin pulunu özü pul düzəldib tam şəkildə qaytarmışdır. 2023-cü ilin aprel-may aylarında Nizami onun kartına 1500 manat göndərmişdir. O, dəfələrlə Tövsüf, Nizami və Ramildən pulu geri tələb etsə də onlar hər dəfə bir bəhanə gətirib pulu qaytarmamışlar. O, məcbur olub Tövsüf, Nizami və Ramildən 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 2023-cü ilin iyun ayının axırları Eldənizin pulunu özü düzəldib tam şəkildə qaytarmışdır. Məhkəmə iclasında Şahid12 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında dəqiq xatırlamadığı gündə Şahid11 ona zəng edərək Şəki rayonu, Orta Zəyzid kəndində qonşusu və qohumu olan Zərərçəkmiş şəxs6 adlı bir nəfərin qızını məktəbdə müəllimə kimi işə qəbul etdirmək istədiyini deyib ondan həmin işi həll edə bilib-bilməyəcəyini soruşmuş, bu zaman o, Vüsala həmin işi özünün həll edə bilməyəcəyini deyərək bir nəfərdən maraqlanıb xəbər edəcəyini bildirmiş, bundan sonra adını Ramin olaraq bildiyi, sonradan əsl adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi tanışına zəng edib həmin məsələni sonuncuya danışmış və Zərərçəkmiş şəxs6 qızını məktəbdə müəllim kimi işə qəbul etdirə bilib-bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs ona maraqlanıb xəbər edəcəyini demiş və bir neçə saat sonra ona zəng edərək həmin şəxsin diplomu, ixtisası, anket məlumatları və digər məlumatlarını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərməsini söyləmişdir. O da Vüsala zəng edərək işə qəbul olunmaq istəyən şəxsin diplomu, ixtisası, anket məlumatları və digər məlumatlarını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərməsini dedikdən sonra sonuncu həmin şəxsin məlumatlarını ona göndərmiş, həmin vaxt o, işə düzəlmək istəyən şəxsin X7 olduğunu öyrənmiş və sonuncunun məlumatlarını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs6 qızını müəllim kimi məktəbdə işə düzəldə biləcəyini deyib həmin məsələni 5000 manata həll edə biləcəyini, lakin iş alındıqdan sonra şirinlik kimi özünə və ona 1000 manat verəcəklərini söyləmiş, o da yenidən Vüsala zəng edərək Təqsirləndirilən şəxsla danışdığını Raminin həmin işi 5000 manata həll edə biləcəyini, iş alındıqdan sonra 1000 manat şirinlik verəcəklərini söyləmiş və Vüsal onunla razılaşdıqdan sonra o, əlaqə saxlaması üçün Təqsirləndirilən şəxs nömrəsini Vüsala vermişdir. Bundan sonra 08 iyul 2022-ci il tarixdə Şahid11 ona zəng edərək Zərərçəkmiş şəxs6 5000 manat pulu götürdüyünü, onunla görüşmək istədiyini və pulu ona verməsi üçün Xətai rayonunda yerləşən “Sevgililər” parkı adlanan yerə gəlməsini demiş və o, həmin gün təxminən saat 15-16 radələrində qeyd olunan yerdə həmin vaxt idarə etdiyi və ona məxsus olan, sonradan isə satdığı qara rəngli “Hyundai” markalı, “** UA ***” dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmiş və Vüsalla görüşmüşdür. Görüş zamanı Şahid11 ona 01 ədəd zərfdə pulu və Gülşən Mustafayevanın diplomu ilə şəxsiyyət vəsiqəsini vermiş və getmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edərək Vüsaldan zərfdə pulu və sənədləri götürdüyünü dedikdə Kənan ona zərfin açıq olduğu təqdirdə pulu saymasını demiş, buna görə də o, zərfə baxdıqda zərfin açıq olduğunu gördüyü üçün pulu saymış və zərfdə 5000 manat pul olduğunu dəqiqləşdirmiş və Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, Təqsirləndirilən şəxs da ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən YAP-nin binasının yaxınlığında olan “Şəhidlər” parkına gəlməsini demiş və o, təyin olunan yerə gedərək həmin yerdə 5000 manat pulu və Gülşən Mustafayevanın diplomu ilə şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs vermişdir. Daha sonra 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək Təhsil Nazirliyində işləyən Almaz adlı vəzifəli tanışının olduğunu, X6 qəbuluna aparılmalı olduğunu demiş, buna görə də o, Vüsala zəng edərək Gülşən Mustafayevanın Təhsil Nazirliyinə gəlməli olduğunu söyləmiş, daha sonra 29 avqust 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs6 və qızı Gülşən Mustafayeva Təhsil Nazirliyinin qarşısında görüşmüşdür.Görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 və qızı Gülşən Mustafayevaya 15 sentyabr 2022- 15 oktyabr 2022-ci il tarixləri arasında müəllimlik ixtisasları üzrə qəbul imtahanı olacağını, Gülşənin imtahanda iştirak etdikdən sonra müəllim kimi işə qəbul olunacağını dedikdə, Zərərçəkmiş şəxs6 pul verdiyi halda, nəyə görə Gülşənin imtahan verməli olduğunu soruşmuş, bu vaxt Təqsirləndirilən şəxs Elxana imtahanı Almazın həll edəcəyini, lakin Gülşənin mütləq imtahana girməli olduğunu söyləmişdir. Sonra Təqsirləndirilən şəxs onların yanında Almaz adlı tanışına zəng edərək Gülşən Mustafayevanın yanında olduğunu, qəbuluna gəldiyini dedikdə, Almaz qəbul etməyəcəyini, Şəki rayonuna qayıtmasını, məktəb direktoru ilə özünün danışacağını, Gülşəni həmin məktəbdən çağıracaqlarını demiş, Elxan və Gülşən Şəki rayonuna qayıtmış, həmçinin Təqsirləndirilən şəxs həmin vaxt əlaqə saxlaması üçün öz nömrəsini Elxana vermişdir. Bundan sonra o, 2022-ci ilin sentyabr ayında həqiqətən Elxanın qızı Gülşənə Təhsil Nazirliyindən zəng edildiyini öyrənmişdir. 2022-ci ilin oktyabr-noyabr aylarında Vüsal ona dəfələrlə zəng edərək, “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq, verilən 5000 manatı Zərərçəkmiş şəxs6 geri istədiyini demiş, buna görə də o, Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 zəng edib danışdıqda Zərərçəkmiş şəxs6 pulunu geri istəmədiyini, lakin işin tez bir zamanda alınmasını istədiyini söyləmişdir. Daha sonra 2022-ci ilin dekabr ayında dəqiq xatırlamadığı gündə Rasim İbramxəlilov ona zəng edərək, Elxanın artıq qızını müəllim kimi işə düzəltmək istəmədiyini, lakin məktəbdə texniki iş sayılan “Uşaq Birliyi rəhbəri” ixtisası üzrə iş olduğunu, qızını heç olmasa, həmin yerə düzəltmək istədiyini, həmin işi həll edə bilib-bilməyəcəyini soruşmuş, bu zaman o, Kənanla danışıb xəbər edəcəyini dedikdə, Rasim ondan Kənanın nömrəsini istəyərək, özünün danışacağını demiş və o, Kənanın nömrəsini Rasimə vermişdir. Daha sonra 2023-cü ilin yanvar ayında Şahid11 ona zəng edərək, Zərərçəkmiş şəxs6 artıq “Uşaq Birliyi rəhbəri” işini də istəmədiyini, buna görə də Zərərçəkmiş şəxs6 iş müqabilində verdiyi 8000 manat pulu geri qaytarmalarını istədiyini söyləyərək, ona 8000 manat pul verməsini demiş, bu zaman o, iş müqabilində ona 8000 manat deyil, 5000 manat verdiyini dedikdə Vüsal ona 8000 manat verdiyini söyləmiş, bu zaman o, Vüsala ona 5000 manat verməsi ilə bağlı səs yazılarının olduğunu dedikdə Vüsal müxtəlif bəhanələr gətirərək ona 8000 manat pul verdiyini bildirmişdir. Bundan sonra o, qeyd olunan söhbətləri Təqsirləndirilən şəxs danışaraq Vüsalın səs yazılarını göndərmiş, Kənan da Vüsalın ona 5000 manat verdiyini bildiyini söyləmişdir. 2023-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək Rasim və Vüsalla həmin gün saat 20 radələrində Yasamal parkında görüşəcəklərini demiş və qeyd olunan tarixdə və yerdə Kənan, o, Rasim İbramxəlilov və Şahid11 görüşmüş, görüş zamanı Vüsal yenidən ona 8000 manat verdiyini söyləmiş və o, buna etiraz etdikdə aralarında mübahisə yaranmış, lakin Vüsal yenə də yalandan ona 8000 manat verdiyini demişdir. Eyni zamanda həmin söhbət zamanı Kənan Vüsalın atası Rasimə Vüsalın ona 5000 manat verdiyini dedikdə Rasim bu barədə məlumatı olmadığını söyləmişdir. Bundan sonra Kənan Zərərçəkmiş şəxs6 zəng edərək səs ucaldıcını aktiv etmiş və Elxana işi özünün həll edəcəyini, Vüsalın verdiyi pulun da özündə olduğunu deyərək bir neçə günə həmin işlə bağlı Şəki rayonuna gələcəyini demişdir. Bundan təxminən 3 gün sonra 2023-cü ilin mart ayının əvvəllərində o və Kənan birlikdə Şəki rayonuna gedərək Şəki rayon Regional Təhsil İdarəsinin qarşısında Zərərçəkmiş şəxs6lə görüşmüş, görüş zamanı Elxan qızının diplom və şəxsiyyət vəsiqəsini Kənana vermiş, Kənan da sənədləri götürüb idarəyə daxil olmuş, həmin vaxt o və Elxan yaxınlıqda olan çayxanada oturub Kənanı gözləmiş, təxminən 1 saat sonra Kənan onların yanına gələrək Elxana sənədlərin əslini qaytarmış və işi danışdığını, mart ayında imtahan olacağını, qızı Gülşənin imtahanda iştirak etməli olduğunu demiş, bundan sonra isə onlar Bakı şəhərinə qayıtmış, daha sonradan o, Kənandan Gülşənin imtahana girdiyini öyrənmiş, lakin digər məsələlərdən məlumatı olmamışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 22 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə, ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, 02 sentyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 15 mart 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Laçın Ədilov tərəfindən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrılaraq icraata qəbul edilib ibtidai istintaqı aprılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlməkdən boyun qaçırdığı üçün onun barəsində 15 aprel 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan olunması barədə qərar qəbul olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, Kənan Nəbi oğlu xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində saxlanılaraq Qax RPŞ-nin İstintaq Qrupuna təqdim olunmuş, həmin tarixdə Qax RPŞ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən iş üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə, saat 09:50-də tərəfimdən ittiham elan olunması üçün şəxsin tutulması haqqında protokolla tutulmuşdur. İş materiallarından görünür ki, 15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qax RPŞnin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 17 may 2024-cü il tarixdə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Qax rayon məhkəməsinin qərarı ilə 2 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 15 may 2024-cü il tarixdə Qax rayon prokurorluğu vasitəsilə Qax RPŞ-yə göndərilmiş və həmin cinayət işi 16 may 2024cü il tarixdə müstəntiq Laçın Ədilov tərəfindən icraata qəbul edilmiş və 17 may 2024-cü il tarixdə həmin cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, ********* nömrə ilə istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 21 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 15 may 2024-cü il tarixdə Qax rayon prokurorluğu vasitəsilə Qax RPŞ-yə göndərilmiş və həmin cinayət işi 16 may 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən icraata qəbul edilərək, istintaqı aparılmışdır. İş materiallarından görünür ki, 17 may 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən ********* nömrəli cinayət işi icraatında olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, X5 barəsində və Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 07 iyun 2024-cü il tarixdə Qax rayon prokurorluğu vasitəsilə Qax RPŞ-yə göndərilmiş və həmin cinayət işinin icrası 08 iyun 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Laçın Ədilova həvalə edilmişdir. Həmin cinayət işi 08 iyun 2024-cü il tarixdə müstəntiq Laçın Ədilov tərəfindən icraata qəbul edilmiş və 08 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə, ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 11 iyun 2024-cü il tarixdə Qax rayon prokurorluğu vasitəsilə Qax RPŞ-yə göndərilmiş və həmin cinayət işi 12 iyun 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, 12 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi müstəntiq Laçın Ədilov tərəfindən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarından görünür ki, 10 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılması üçün Qax rayon prokurorluğuna vəsatət verilmiş, Qax rayon prokuroru vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərarı ilə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində Yasamal rayon məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 1(004)-35/2024 nömrəli hökmü ilə seçilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının olması iş üzrə nəzərə alınması göstərilmişdir. İş materiallarından görünür ki, 17 iyul 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Qrupunun müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının seçilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, 18 iyul 2024-cü il tarixdə Qax RPŞ-nin İstintaq Qrupunun müstəntiqi polis kapitanı Laçın Ədilov tərəfindən ********* nömrəli cinayət işi 24003606 nömrəli cinayət işinə birləşdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə 10 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 11 dekabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materillarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərin miqdarını və zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü elan edilən tarixədək, yəni xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 14 (on dörd) gün müddət və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında olduğu 02 gün müddət ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın əvvəlindən, 01 iyul 2024-cü il tarixdən hesablanmaldır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs11 dəymiş ziyanla bağlı , məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 10 (on) saata görə 110 (bir yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və tutma altında olduğu və 01 (bir) ay 16 (on altı) gün nəzərə alınmaqla üzərində qəti olaraq 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs11 dəymiş ziyanla bağlı , məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 10 (on) saata görə 110 (bir yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-51/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-51/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver