Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-52/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Füzuli rayonu Aşağı Veysəlli kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Füzuli rayonu Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi İlə xx.xx.2022-ci il tarixdə saat 00.00 radələrində idarə etdiyi Chevrolet Aveo markalı **-MV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinə gələrək bazara daxil olmuş, orada vətəndaş Zərərçəkmiş şəxs məxsus X3 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin nəzarətsiz saxlanıldığını görüb, həmin avtomobilin üzərində olan hər birinin qiyməti 320 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 640 (altı yüz qırx) manat dəyərində 02 ədəd “Mutlu” markalı, 12V 190 AH gücündə akkumlyatoru gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, günü 20 manat olmaqla icarəyə Chevrolet Aveo markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşın götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Son vaxtlar maddi vəziyyəti aşağı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə, gecə radələrində o, Meyvəli bazarına getmiş və orada olarkən X3 yük markalı avtomaşın görmüşdür. Düşünmüşdür ki, onun akkumlyatorları işlək vəziyyətdə olar. Buna görə də Meyvəli bazarında dayanmış vəziyyətdə olan X3 yük markalı avtomaşına yaxınlaşmış və orada heç kimin olmadığını görmüşdür. Bu zaman o, həmin avtomaşının sol tərəfində yerləşən akumlyatoriarı görmüş və əli ilə iki ədəd akkumlyatoru açıb çıxartmış və qucağına alaraq öz maşınına tərəf aparıb, maşınının arxa yük yerinə qoyub səhər saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsində yolun kənarında metal qəbulu yerinə 90 manata satmışdır, Əldə etdiyi pulun bir hissəsi ilə maşının yağını dəyişmiş, qalan pulu isə özü üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində avtomaşınla hərəkət edərkən polis əməkdaşları onu saxlamış və polis bölməsinə gətirmişlər. Bundan sonra da o, hadisəni törətdiyini boynuna almışdır. Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır.Evlidir və himayəsində üç azyaşlı uşağı var.İlk dəfədir cinayət əməli törədir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus X3 markalı yük avtomobili ilə Meyvəli bazarında dayanıb sifariş əsasında ərzaq məhsulları daşıyır. O, işləyib qurtardıqdan sonra hər gün evə gedəndə yük avtomobilini Meyvəli bazarında saxlayırmış. xx.xx.2022-ci il tarixdə saat təxminən 20.00 radələrində o, avtomobilini Meyvəli bazarında saxlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə, səhər radələrində avtomobilinin yanına gəlib onu idarə etmək üçün mühərriki yandırmaq istəyərkən avtomaşınının üzərində olan hər iki akumlyatorun oğurlandığını aşkar etmişdir. Bunu bilən kimi o, dərhal Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid verdiyi ifadəsində göstərmişdir ki, O, Xəcahəsən qəsəbəsi yolunun üzərində yerləşən metal qəbulu yerini icarə götürərək işlədirmiş. Tarixini unutduğu vaxtda bir nəfər tanımadığı şəxs onun işlədiyi metal qəbulu yerinə gəlib özünə məxsus olan iki ədəd akumlyatoru satmaq istədiyini demişdir. Bundan sonra o, həmin şəxsdən akumyatorların kimə məxsus olmasını soruşmuş , həmin şəxs ona narahat olmamasını, həmin akumlyatorların özünə məxsus olduğunu demişdir. O həmin şəxsin qaçqınlıq vəsiqəsinin fotoşəklini çəkmiş, bundan sonra özündə qeyd edərək həmin vəsiqəni qeydiyyata salmışdır. Bundan sonra o, işlədiyi yerdə olan tərəzi vasitəsilə həmin akumlyatorları ölçmüş və həmin iki ədəd akumlyatorlar təxminən 25 kq çəkidə gəlmişdir. Bundan sonra o, ona həmin akumlyatorların qarşılığında 90 manat pul vermiş, o da onunla razılaşıb çıxıb getmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2022-ci il tarixli 9/8490 saylı rəyindən görünür ki, 01 ədəd “Mutlu” markalı, 12V 190 Ah gücündə akkumlyatorlarun orta istismar parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 320,00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixldə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini əməli etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, evli olaraq himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış Şahid təqdim etdiyi fotoşəkil iş materillarında saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 9 (doqquz) saata görə 54 (əlli dörd) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 gün və həbsdə olduğu 09 gün həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 11 (on bir) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsn barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə 50 (əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid təqdim etdiyi fotoşəkil iş materiallarında saxlanılsın . Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 9 (doqquz) saata görə 54 (əlli dörd) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-52/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-52/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver