Məhkəmə qərarları › İş №1(002)-52/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-52/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-52/2025 03.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Biləsuvar rayonu, İsmətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz girməklə, özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 07 iyul 2024-cü il tarixdə gecə saat 04:00 radələrində ünvan 2 ünvanda yerləşən və Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz girməklə, evin yataq otağında olan dolabın üzərində olmuş mücrünün içərisindən Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat məbləğdə nağd pulu, digər yataq otağındakı dolabın üzərində olan 40 (qırx) manat dəyərində bir ədəd qol saatını və həmin yataq otağında olan paltar dolabından asılmış paltonun cibindən həmin tarixə olan milli məzənnə ilə 1.146 (bir min yüz qırx altı) manat təşkil edən 60.000 (altmış min) rus rublu məbləğdə pul vəsaitini götürüb yataq otağından çıxmaq istədiyi vaxt Zərərçəkmiş şəxs yuxudan oyanaraq onu görüb qışqıraraq, otaqdan qaçıb çıxdığını gördükdən sonra digər yataq otağına keçib pəncərədən həyətə çıxaraq, hadisə yerindən qaçıb uzaqlaşmaqla, Zərərçəkmiş şəxs məxsus pul vəsaitini və bir ədəd qol saatını açıq talayıb sonuncuya ümumilikdə 1.986 (bir min doqquz yüz səksən altı) manat məbləğdə maddi ziyan vurmaqla, soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Sənəm xanımgilin evində təxminən bir neçə il bundan qabaq kirayədə qalmışdır. Həmin evi ona görə tanımışdır. Evə girən zaman evdə heç kim olmamış və işıqlar sönülü olmuşdur. Evə mətbəxin pəncərəsindən girmişdir. Evdən altı manat pul və bir ədəd sadə qol saatı götürdüşdən sonra evdən çıxıb getmişdir. Həmin vaxt onu heç kim görməmişdir. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, evə mətbəxin pəncərəsindən daxil olmuşdur. Evə daxil olan vaxt mətbəxin pəncərəsində olan dəmir barmaqlıqlar qırıq vəziyyətdə yerdə olmuşdur. O pəncərədə olan dəmir barmaqlıqları qırmamış pəncərəni açaraq içəri daxil olmuşdur. Mətbəxə girib altı manat pul və bir ədəd sadə qol saatı götürdükdən sonra qayıdıb pəncərədən çıxıb getmişdir. Digər otaqlara keçməmişdir. Hadisə zamanı onu heç kim görməmişdir. Zərərçəkmiş şəxsin təqdim etdiyi video görüntüdə oln şəxsin özü olduğunu təqsdiq etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşiman olduğunu, heç bir maddi imkanı olmadığı üçün vurulmuş ziyandan ödəniş edə bilməyəcəyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ailə vəziyyətini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı müdafdiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, günəmuzd işlərdə işləyib dolanışığını təmin etmişdir. O, 06 iyul 2024-cü il tarixdə 01 həftədən çox idi ki, iş tapıb işləyə bilmədiyi üçün pulu qurtarmış və özünə yemək ala bilməmişdir. Həmin gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində bir neçə ünvana gedib iş üçün müraciət etməsinə baxmayaraq, heç yerdə işə qəbul edilməmişdir. Hava qaraldıqdan sonra günün bitdiyinin fərqinə varmış, ondan sonra pul qazana bilməyəcəyini başa düşmüş və qərara gəlmişdir ki, bir neçə il əvvəl Lökbatan qəsəbəsi ərazisində “yerazlar məhəlləsi” kimi ərazidə kirayə yaşadığı evə gedib oradan oğurluq etsin. Ona görə, piyada yeriyərək, həmin ünvana tərəf getmişdir. 07 iyul 2024-cü il tarixdə saat 02:00 radələrində sözügedən evin qarşısına çatmış və həyət qapısının açıq olmasından istifadə edib həyətə daxil olmuşdur. Həmin vaxt evin işıqları sönülü olmuş, evdən heç bir səs gəlməmişdir. O, həyətdə bir qədər dayanıb gözlədikdən sonra evdə heç kimin olmadığına əmin olmuş və evin pəncərəsindən içəriyə daxil olmaq qərarına gəlmişdir. Ona görə də, pəncərəyə yaxınlaşıb oraya bərkidilmiş dəmir barmaqlığı əli ilə dartıb aralamış və pəncərənin açıq olmasından istifadə edərək evin içərisinə daxil olmuşdur. Evdə qonaq otağındakı masanın üzərində 06 (altı) manat pulu və bir ədəd qol saatını aşkar edib götürmüş, cibinə qoyduqdan sonra gəldiyi qaydada, yəni pəncərədən çıxaraq həyətə düşmüşdür. Daha sonra o, həyətdən qapıdan çıxaraq məhəllədə heç kimin olmadığına əmin olduqdan sonra oradan uzaqlaşmış və yaşadığı kirayə evə getmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 06 manat pulu 07 iyul 2024-cü il tarixdə yolpulu edib işləmək üçün Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən daş karxanasına getmiş, saatı lazımsız və dəyərsiz hesab etdiyi üçün yolun kənarına tullamışdır. O, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisəsini təkbaşına törətmiş, oğurluq etməsi barədə nə əvvəl, nə də sonra heç kimə məlumat verməmiş və bundan başqa heç bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anası ilə birlikdə yaşayır, uzun illərdir, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 3 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibb bacısı işləyir. 07 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində evdə yatdığı vaxt qəfildən evdən səs gəldiyini eşitmiş, yuxudan oyanıb görmüşdür ki, evdə bir nəfər tanımadığı şəxs onların yatqdığı otaqda yerləşən dolabların içini axtarır, qorxudan var gücü ilə qışqıraraq yerindən atılaraq, çölə çıxmaq üçün evin giriş qapısına tərəf qaçmışdır. O, zənn etmişdir ki, evin giriş qapısı açıq qaldığı üçün evə kimsə daxil olmuşdur, lakin qapıya çatanda görmüşdür ki, qapı bağlıdır. Hadisə vaxtı onun anası da həmin otaqda onunla birlikdə yatmış və o, qorxmuşdur ki, evə daxil olan şəxs anasına nə isə edər. O, evin giriş qapısını açıb qapının arxasında olan döşəmə ağacını götürərək, yataq otağına geri qayıtmış, otağa daxil olub işığı yandıranda otağın dağınıq olduğunu və digər yataq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. O, pəncərəyə yaxınlaşan vaxtı görmüşdür ki, pəncərəyə bərkidilmiş dəmir barmaqlıq sındırılmışdır və evinə daxil olan şəxsin məhz pəncərənin açıq olmasından istifadə edərək, dəmir barmaqlığı sındıraraq, evə girdiyini başa düşmüşdür. Sonra o, anasının yuxudan oyandığını görmüş və evə kiminsə daxil olduğunu anasına demişdir. Bundan sonra isə o, dərhal DİN-in 102 xidmətinə zəng edərək, məlumat vermişdir. O, həmin vaxtı evdən oğurluq edilibedilmədiyini müəyyənləşdirə bilməmiş, bir qədər sonra evinə getmiş polis əməkdaşları ilə birlikdə evinə baxış keçirmiş və müəyyən etmişdir ki, yataq otağında olan dolabın üzərindəki mücrünün içərisindən ona məxsus olan 800 (səkkiz yüz) manat pulu, digər yataq otağındakı dolabın üzərində olan markasını dəqiq bilmədiyi və dəyəri 40 (qırx) manat təşkil edən bir ədəd sarı rəngli qulplu qol saatı, həmin yataq otağında olan paltar dolabının içərisindəki paltonun cibindən həmin tarixə olan milli məzənnə ilə 1.146 (bir min yüz qırx altı) manat təşkil edən 60.000 (altmış min) rus rublu məbləğdə pul oğurlanmış, həmin 60.000 Rus rublu pulu ona hadisədən bir neçə ay əvvəl Rusiya Federasiyasının Tula şəhərində yaşayan qardaşım X5 qonaq qismində gələndə ona hədiyyə etmiş, o, həmin pulu dolabda olan paltosunun cibinə qoymuşdur. Hadisə nəticəsində ona ümumilikdə 1.986 (bir min doqquz yüz səksən altı) manat məbləğdə maddi ziyan dəymişdir. Hadisə vaxtı otaq qaranlıq olduğu üçün o, evinə qanunsuz daxil olmuş şəxsin xarici görünüşünü tam aydın görə bilməmiş, buna baxmayaraq, həmin şəxsi əvvəllər tanıdığı və onların həyətdə kirayə yaşayan «Hüseyn» adlı şəxsə bənzətmişdir. O, konkret olaraq, evinə qanunsuz daxil olmuş şəxsin hər hansı bir əşyanı əlində olduğunu və ya nəyi isə götürüb özü ilə apardığını görməmiş, lakin sonradan evindən 800 manat, 60.000 rus rublu nağd pulun və bir ədəd qol saatının oğurlandığını aşkar etmişdir. Hadisə zamanı evdə ondan başqa, anası Şahid da olmuş, hadisə zamanı evinə qanunsuz daxil olmuş şəxs ona və ya anasına qarşı heç bir formada zor tətbiq etməmişdir, o, uca səslə qışqırdığı zaman həmin şəxs yataq otağından çıxıb qaçmaq istəyərkən, ona dəymişdir, lakin bu zaman o, heç bir xəsarət almamışdır. Sonra o, anası Şahid soruşduqda, öyrənmişdir ki, həmin şəxs otaqdan çıxıb qaçarkən, anası oyanmışdır və həmin şəxsin qaçıb pəncərədən bayıra tullandığını görmüş, lakin qorxduğu üçün səsini çıxartmadığından, həmin şəxs anasına heç bir formada zor tətbiq etməmişdir. O, öz ifadəsində hadisədən sonra onların yaşadığı mənzilə gedən yolda yerləşən qonşunun həyətində videokamera olduğunu, həmin kameranın video görüntüsünün əldə edildiyini, həmin görüntüyə baxan zaman Təqsirləndirilən şəxs həqiqətəndə 07 iyul 2024-cü il tarixdə gecə saat 03:48 radələrində təkbaşına onların yaşadığı mənzilə tərəf gəldiyi və həmin gün gecə saat 04:13 radələrdə onların evindən çıxaraq qaçdığı əks olunmuşdur. O əlavə olaraq bildirmişdir ki, hadisə nəticəsində ona vurulmuş ziyandan heç bir ödəniş edilməmiş və təqsirləndirilən şəxsə qarşı şikayətçidir ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, qızı Zərərçəkmiş şəxs ilə birgə yaşayır, təqaüdçüdür və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs bir müddətdir, onun qızı Sənəmlə yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilidə kirayədə yaşadığı üçün tanıyır, Təqsirləndirilən şəxs ilə heç bir münasaibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Hüseyn maddi imkanının zəif olduğunu dediyi üçün o, bir müddət Hüseyndən kirayə pulu almadan, yaşamasına icazə vermiş, lakin bir müddət sonra Hüseyn Bakı şəhərində pul qazana bilmədiyini deyərək, öz rayonuna qayıtmaq istədiyini bildirdiyi üçün onların həyətdən çıxıb getmiş, bundan sonra o, Təqsirləndirilən şəxs heç vaxt görməmişdir. O, 07 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində qızı Zərərçəkmiş şəxs ilə birlikdə evdə onun yataq otağında yatdığı vaxt qəfildən qızı Sənəmin qışqırıq səsinə oyanmış və tam ayılmamış vəziyyətdə qızının nəyə görə qışqırdığını ayırd etmək istəyərkən, qızı Sənəmin otaqdan çıxıb giriş qapısına tərəf qaçdığını görmüşdür, lakin nə baş verdiyini anlamadığına görə, yatağından durmamışdır. Lakin qızı Sənəmin qışqırmasından ona aydın olmuşdur ki, yatdığı vaxt evə kimsə qanunsuz girib oğurluq etmişdir. Qızı Sənəm otağa qayıdaraq, elektrik cərəyanını yandırmış, oğrunun ona nə isə zor tətbiq edib-etmədiyini, xəsarət yetirib-yetirmədiyini soruşmuş, o da, həmin şəxsin ona heç bir xəsarət yetirmədiyini, ona qarşı zor tətbiq etmədiyini bildirmişdir. Bundan sonra qızı Sənəm Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra evlərinə getmiş polis əməkdaşları ilə birgə Sənəm və o, evdə nələrin talandığını axtarmağa başlamışlar. Bu vaxt məlum olmuşdur ki, evə digər yataq otağının açıq qalmış plastik pəncərəsinə quraşdırılmış dəmir barmaqlıqları sındıraraq, qanunsuz daxil olmuş şəxs yataq otağında olan dolabın üzərindəki mücrüdən qızı Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat məbləğdə pulu, digər yataq otağındakı dolabdan asdığı paltonun cibində saxladığı və oğlu X2 yaşadığı Rusiya Federasiyasının Tula şəhərindən Sənəmə pay kimi gətirdiyi 60.000 (altmış min) Rus rublu məbləğdə pul vəsaitini və dolabın üzərindəki sarı rəngli metal qulpu olan qol saatını talamışdır. Hadisə zamanı ona məxsus heç bir əmlak talanmamış, yalnız qızı Sənəmə məxsus təxminən 2.000 manata yaxın məbləğdə pul vəsaiti və bir ədəd qiymətini və markasını bilmədiyi qol saatı talanmışdır. Hadisə vaxtı qızı qışqırdığı üçün o oyansa da, tam ayıla bilməmiş, yataq otağında heç kimi və nələrin oğurlandığını görə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 16 dekabr 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 05 sentyabr 2024cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərərək, bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək, bu barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 21 iyul 2024-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs da ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yeri olan yaşadığı evdə əyani şəkildə göstərərək, daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək, protokoluna əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 16 dekabr 2024-cü il tarixli “şəxsi tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs tanınması üçün təqdim olunmuş və o, Təqsirləndirilən şəxs tanıyaraq, 07 iyul 2024-cü il tarixdə gecə saat 04 radələrində ona məxsus evə qanunsuz daxil olaraq, pul vəsaitlərini və qol saatını talamış şəxs olduğunu, Təqsirləndirilən şəxs bir müddət əvvəl evinin həyətyanı sahəsində yerləşən tikilidə kirayədə yaşamış şəxs olduğunu və sonuncunu zahiri əlamətlərinə görə dərhal tanıya bildiyini göstərmişdir. Tanınma istintaq hərəkəti keçirilərkən çəkilmiş fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07 iyul 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və protokola əlavə edilən fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İİİ yaşayış massivi ev 140 saylı evdir, ev iki otaqdan ibarətdir və evin Zərərçəkmiş şəxs məxsus yataq otağına aid plastik pəncərəsinin dəmir barmaqlıqları çıxarılmış vəziyyətdədir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tərəflərin mübahisələndirmədiyi DVD diskin içərisində olan iki ədəd videogörüntüyə baxış keçirilən zaman da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətəndə 07 iyul 2024-cü il tarixdə gecə saat 03:48 radələrində zərəçəkmiş şəxsin yaşadığı mənzilə tərəf təkbaşına sərbəst yerişlə gəldiyi və həmin gün gecə saat 04:13 radələrdə isə əks istiqamətinə qaçaraq vəziyyətdə geri qayıtdığı müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 180.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən verilmiş ifadələri müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs öz ifadəsində qeyd olunan mənzilə daxil olarkən mənzildə heç kəsin olmadığını bildirsədə iş materiallarında olan sənədlərdən aydın olur ki, zərərçəkmiş şəxs tərəfindən bu barədə DİN-nin “102” xidmətinə məlumat 07 iyul 2024-cü il tarixdə saat 04:24-də yəni hadisədən dərhal sonra verilmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsin hadisə vaxtı yaşadığı mənzildə olmaması iddiası tam əsassızdır. Bundan başqa Təqsirləndirilən şəxs öz ifadəsində qeyd olunan mənzilə daxil olarkən mənzildə heç kəsin olmadığını və yalnız evin mətbəxində olduğunu bildirsədə iş materiallarında olan sənədlərdlən, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan, foto şəkillərdən və zərərçəkmiş şəxsin təqdim etdiyi video görüntüdəndə aydın olur ki, təqsirləndirilən şəxs qeyd olunan mənzilin digər otaqlarında da olmuş və hadisədən sonra hadisə yerini qaçaraq təlaşlı vəziyyətdə tərk etmişdir. Buda bir daha onu göstərir ki, təqsirləndirilən şəxs qeyd olunan mənzildə olarkən zərərçəkmiş şəxslə qarşılaşmış və zərərçəkmiş şəxs onu görmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və çox gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanla bağlı hər hansı bir ödəniş etməməklə zərərçəkmiş şəxslə barışıq əldə etməməsini və bunadan hər hansı bir formada cəhd belə göstərməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 20 iyul 2024-cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuş və 22 iyul 2024-cü il tarixdə saat 12:10-da təqsirləndirilən şəxs kimi dindirməsi başa çatdıqdan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 03 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərəçəkmiş şəxsə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar