Məhkəmə qərarları › İş №1(002)-53/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-53/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-53/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1988-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla öz iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 avqust 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış sahəsi olan evin plastik pəncərəni vintburanla açaraq evin içərisinə qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən paltar dolabının içində olan gödəkçənin iç cibindən 700 manat pulu gizli yolla talamaq istəyərkən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 20 avqust 2020-ci il tarixdə axşam saat 22 radələrində evə gedən zaman qonşuluqda yerləşən evin işığının sönülü olduğunu görmüş, ona görə də evdə heç kimin olmadığını ehtimal etmişdir. O, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, onun səhhəti ilə əlaqədar olaraq 700 manat pula ehtiyacı olmuşdur. O, həmin həyət evinə küçə tərəfdən hasardan tullanaraq daxil olmuşdur. Həyətdə olan zaman bağın içərisindən irəliləyərək plastik pəncərəyə yaxınlaşmışdır. O, həmin pəncərəni əlində olan vintburanla itələyərək açmışdır. O, pəncərədən evin içərisinə düşən zaman artıq evin içində olduğu zaman evin yiyəsi, tanıdığı yaşlı kişi onu görmüş və ona sən kimsən, burda nə gəzirsən ifadələrini işlətmişdir. O da həmin kişiyə bildirmişdir ki, “məni tanıyırsız, bir səhvdir etmişəm, məni buraxın gedim, lazımdırsa üzürxahlığa atamı gətirim”. Lakin həmin kişi onun evə oğurluq məqsədi ilə gəldiyini bilib tutub saxlamağa çalışmışdır. Ev sahibi Səhrəddin onu tutub saxlayan zaman o da Səhrəddinin əlindən çıxıb qaçmağa çalışmış, bu zaman aralarında dartışma olmuş və Səhrəddin onun əllərindən tutmağa çalışarkən həmin vintaçan əlindən yerə düşmüşdür. Vintaçandan pəncərəni açmaq məqsədi ilə istifadə etmişdir. O, həmin yaşlı kişi ilə bir yerdə dartışan zaman yerə yıxılmışdır. Evdə olan qadın kişi ilə birlikdə onu digər otağa aparmaq istəsələr də apara bilməmişlər. Evdə olan qadın digər otağa gedərək polis çağırmağa gedərkən yoldaşına onu bərk tutub saxlamasını söyləmişdir. Lakin o, həmin kişinin əlindən çıxaraq oradan qaçmışdır. Lakin oğurluğa girdiyi evin pəncərəni açmaq üçün istifadə etdiyi vintaçan isə oğurluq etmək istədiyi evdə düşərək qalmışdır. O, evdən qaçan zaman gəldiyi yol ilə geri qayıtmışdır. Həmin hadisədən dərhal sonra o, Müşfiqabad qəsəbəsini tərk etmişdir. O, qəsəbədə yerləşən Şok marketin yaxınlığında taksiyə minərək Koroğlu metrostansiyası tərəfə getmişdir. Gecəni orada yerləşən körpünün altında keçirtmişdir. Səhər açılandan sonra Qala qəsəbəsində gedərək ayı 100 manata kirayə ev tutaraq orada qalmışdır. Həmin evə pul oğurlamaq məqsədi ilə girdiyini, evdən pul tapsaydı 700 manatını götürəcəyini, həmin evdən başqa heç bir qiymətli əşya oğurlamayacağını söyləmişdir. O öz ifadəsində daha sonra hal-hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanla bağlı ödənişlər edə biləcəyini, lakin zərərçəkmiş şəxsin həmin ödənişi qəbul etmək istəmədiyini göstərmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 avqust 2020-ci tarixdə bütün gün ərzində əri X2 ilə yaşadıqları ünvan 2 ünvanındakı evdə hər ikisi olmuşdur. Saat təxminən 20 radələrində Səhrəddin onların yataq otağındakı özünün yatdığı çarpayıda uzanıb televizora baxmağa başlamışdır. O, həmin vaxtı evin həyətinə çıxıb bağda saxladığı toyuqları hininə salıb yenidən evə qayıtmışdır. Ayaqları bağda toz olduğundan evin içərisində olan hamamda ayaqlarını yuyub və özünə bir stəkan çay süzüb mətbəx otağında oturub çayını içmişdir. Bundan sonra qalxıb evin içərisində olan bütün işıqları söndürüb yataq otağına getmiş və oradakı televizoru da söndürmüşdür. Televizoru söndürdükdən sonra yataq otağında olan öz çarpayısının qarşısında dayanıb paltarlarını dəyişmiş və yatmaq üçün çarpayıya uzanmışdır. Onların yaşadıqları və ona məxsus olan ev ümumilikdə beş otaqdan ibarət olmuşdur. Birinci mətbəx otağı, ikinci böyük yataq otağı, üçüncü kiçik yataq otağı, dördüncü yenədə kiçik yataq otağı və beşinci qonaq otağından ibarət olmuşdur. Evin ölçüləri 15x10 metr, həyətin ümumi ölçüləri 20x40 metr təşkil edir. Evin həyətində üç əl damı və üç toyuq hinləri vardır. O, çarpayıya uzandıqdan sonra evin pəncərəsindən çölə baxmış və oradan evin içərisinə düşən ayın işığını görüb özdüyündə bu gecənin yaman aydınlı olmasını fikirləşmişdir. Elə həmin vaxtı onların yataq otaqlarının pəncərəsindən tıqqıltı səsi gəldiyini eşitmiş, dərhal əri Səhrəddinə pəncərədən tıqqıltı səsi gəlməsini eşitdiyini bildirmişdir. Səhrəddin isə cavabında Solmaz yat heçnə yoxdur sözlərini demişdir. Bundan sonra o, həmin pəncərəyə kiçik bir işığın yaxınlaşıb uzaqlaşdığını görmüş, ancaq Səhrəddinə bunu əsəbləşməməsi üçün deməmişdir. Təqribən 03 dəqiqədən sonra evin qonaq otağından bərk tıqqıltı səsi gəlmiş və həmin vaxtı Səhrəddin yerindən qalxıb demişdir ki, qonaq otağından səs gəlir və daha sonra həmin otağa getmişdir. Səhrəddin otağa gedib çatanda orada uca səslə qışqıraraq evə oğru girməsini demişdir. O, dərhal yastığının altında saxladığı kiçik ölçülü narıncı rəngli əl fənərini götürüb yandırmış və qonaq otağına getmişdir. Ora çatanda əvvəlcə sayca dördüncü olan kiçik yataq otağının işığını yandırmış və sayca beçinci olan qonaq otağına daxil olmuş və orada əri Səhrəddini bir nəfər tanımadığı şəxsi tutub saxladığını, həmin şəxsin isə Səhrəddinin əlindən çıxıb qaçmağa çalışdığını gömüş, bu vaxt həmin tanımadığı şəxs əri Səhrəddinə onu tanıdığını söyləmiş və Səhrəddindən on buraxmağını xahiş etmişdir. Həmin şəxs təxminən 25-30 yaşlarında, uca boylu və orta bədən quruluşlu, saçları qara və üzü də qarayanız şəxs olmuşdur. Onun hər iki gözü zəif gördüyü üçün bu səbəbdən eynəkdən istifadə edirmiş və həmin vaxt eynək gözündə olmadığından həmin şəxsi tam görə bilməmişdir. Səhrəddin həmin oğrunu tutub saxlamağa çalışarkən o, həmin oğrunun sağ əlində nəsə olduğunu görmüş, həmin əşyanın bıçaq olduğunu zənn etsə də daha sonra həmin əşyanın vintaçan olduğunu görmüşdür. Bundan sonra Səhrəddin həmin oğrunu tutub saxlamağa çalışarkən aralarında dartışma olmuş və hər ikisi yerə yıxılmışdır. Həmin vaxtı əri Səhrəddinə həmin bu oğrunu dartıb böyük yataq otağına aparmalarını bildirmişdir. Əri ilə köməkləşib həmin şəxsi tutub digər otağa dartıb aparmağa çalışmış, lakin qapı kəndarından hər üçü içəriyə keçə bilmədikləri üçün o qabaqda getmiş və tez mətbəx otağına qaçmışdır ki, orada olan mobil telefonu götürüb polisə zəng edib məlumat versin. Həmin vaxtı Səhrəddinə də oğrunu tutub saxlamasını demişdir. Həyəcanlı olduğundan mətbəx otağında mobil telefonu tapa bilməmiş və təqribən 2 dəqiqədən sonra geri qayıtmışdır. O geri qayıdanda sayca dördüncü olan kiçik yataq otağında Səhrəddinin yerə bükülmüş vəziyyətdə tək oturduğunu görmüşdür. Dərhal ona yaxınlaşıb yerdən qaldırmış və oğrunun harada olduğunu soruşmuşdur. Əri Səhrəddin də ona oğrunun onu yerə yıxdıqdan sonra qaçıb getməsini demişdir. O əri Səhrəddinə köməklik etmiş və Səhrəddini böyük yataq otağına gətirmişdir. Orada onu öz çarpayısına otuzdurmuş və gedib mətbəxdən su gətirib ona içirtmişdir. Səhrəddin isə qarın boşluğunu iki əli ilə tutub bükülmüş vəziyyətdə oturmuşdur. O, əynini geyinib ***-**-** nömrəli ev telefonlarından ilk öncə səhvən 112 nömrəsinə zəng vurmuş və orada ona 102-yə zəng edib məlumat verməsi bildirilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra isə qızı Nağıyeva Esmiraya evlərinə zəng edib hadisə barədə bildirmişdir. Qızı Esmira onların evinə yaxın yaşadığı üçün onlar kürəkəni Nağıyev Nahidlə birlikdə bir neçə dəqiqədən sonra onların evinə gəlmişlər. O, həmin vaxt çıxıb onlara qapını açıb qayıtdıqda Səhrəddinin ağzından köpük gəldiyini görmüş və qızına təcili yardıma zəng etməsini bildirmişdir. Həmin vaxt Səhrəddinin burnundan qan gəldiyini görmüş və qızı mətbəxdən kiçik qazan gətirərək onun burnuna tutmuşdur. O, uzun müddət təcili yardımda tibb bacısı işlədiyindən artıq anlamışdır ki, əri rəhmətə getmişdir. Bundan sonra təcili yardım gəlmiş və polis əməkdaşları onların evinə gəlmişdir. Həkim onun əri Səhrəddini müayinə etdikdən sonra onun öldüyünü bildirmişdir. Sonra o, evin mətbəx otağına keçəndə orada pəncərənin miçərtkənin cırıldığını görüb oğrunun oradan qaçıb çıxdığını anlamışdır. Hadisə zaman ona məxsus olan evdən hər hansı əşya və ya əmlak oğurlanmamışdır. Hadisə zamanı oğru ona məxsus evə daxil olarkən sayca beçinci olan qonaq otağının pəncərəsini əlində özü ilə gətirdiyi vintaçanla qırıb içəriyə daxil olmuş və bununlada pəncərəni yararsız vəziyyətə salmışdır. Nəticədə ona 120 manat maddi ziyan dəymişdir. Həmçinin oğru evdən qaçıb çıxanda mətbəx otağında olan miçərtkəni cırmış və nəticədə ona 5 manat maddi ziyan vurmuşdur. Hadisə zamanı ona məxsus olan evə oğurluq məqsədi ilə qanunsuz daxil olan şəxs tərəfindən ona ümumilikdə 125 manat maddi ziyan vurulmuşdur. Hadisə baş verdikdən sonra əri Səhrəddin hələ ölməmişdən əvvəl o ərindən həmin şəxsi tanıyıb-tanımaması ilə maraqlanmış, Səhrəddin isə cavabında həmin şəxsi, eləcə də atasını tanıdığını, həmin şəxsin isə onların evindən biraz yuxarıda yaşadıqları barədə də məlumat vermiş, hadisənin sabahısı günü onun yadına düşmüşdür ki, həmin şəxsi o da tanıyır. Təqribən hadisədən 20 gün əvvəl əri Səhrəddin yaşadıqları evin darvazasının qarşısında tökdürdükləri kubik daşlarını sıraya düzəndə o da yanında dayanmışdır. Həmin vaxt küçə ilə gedən bir nəfər cavan oğlan Səhrəddinə müraciət edərək, yorulmayasan ay dayı və işin irəli olsun sözlərini söyləmişdir. Onun gözü yaxşı görmədiyindən o, onun sifətini tam aydın görə bilməmiş, ancaq həmin şəxsin səsi onun yadında qalmışdır. O da əri Səhrəddindən həmin oğlanın kim olduğunu soruşmuş və Səhrəddin isə cavabında onu da atasını da tanıdığını, yuxar məhəllədə yaşadıqlarını demişdir. Onların evlərinə oğurluğa girən həmin oğlan olmasını demişdir. O, həmin oğlanın səsini dəqiq yadında saxlamışdır. Hadisə 20 avqust 2020-ci il tarixdə saat 22 radələrində baş vermiş və təxminən 40 dəqiqə davam etmişdir. Hadisə yerinin müayinəsi zamanı evlərinin qonaq otağından döşəmənin üzərindən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş bir ədəd sarı dəstəkli vintaçan onların evə girən oğru özü ilə gətirmiş, ancaq narıncı əl fənəri ona məxsusdur. Sadəcə hadisə günü o, srtess vəziyyətində olduğundan bunu deməyi unutmuşdur. Hadisənin sabahısı günü evi yığışdıran zaman sayca üçüncü olan kiçik yataq otağında qapının kəndarından bir ədəd kiçik ölçülü üzərində qırmızı rəngli sap olan paltar düməsi oğrunun paltarından düşmüşdür. Çünki, hadisə günü onun əynində tünd göy rəngli cins şalvar və qırmızı rəngli qısa qol köynək olmuşdur. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı hər hansı bir ödəniş qəbul etməyəcəyini bildirərək təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli hökmü ilə CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3 və 67.1-ci maddələri ilə qəti olaraq 02 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı ilə Qaradağ rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq olunmasına dair müddəa və bununla bağlı göstərişlər hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 mart 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2017-ci il tarixdən hesablanmışdır. Daha sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş 04 ay 17 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müsəssisəsinin məumatlarından görünür ki, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkdiyi müddətdə 3000 manat cərimə cəzasından 711 manat 10 qəpik dövlət nəfinə ödəniş etmişdir. Cəza çəkib qutardıqdan sonra icra vərəqəsi icra olunması üçün qeydiyyatda olduğu Ağsu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin 10 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası ilə bağlı onlara hər hansı göstəriş daxil olmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı ödəniş etməyə cəhd göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 02 noyabr 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxs istintaqdan yayındığına görə 26 noyabr 2020ci il tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulması barədə qərar qəbul edilmiş, 13 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİnin MSY-nə yerləşdirilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təqdimat qismən təmin edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Qaradağ rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalmış 2288,90 (iki min iki yüz səksən səkkiz manat doxsan qəpik) manat məbləğində cərimə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2288,90 (iki min iki yüz səksən səkkiz manat doxsan qəpik) manat cərimə təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 13 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar