Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-53/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə 16 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, İqor Ağayev küçəsi, ev 97, mənzil 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2023-cü il tarixdə saat 02 radələrində idarə etdiyi "Mercedes Benz" markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən fərdi evin qarşısına gəlib, orada saxlanılmış Zərərçəkmiş şəxs3 istifadəsində olan "Kamaz" markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin qiyməti 300 manat olmaqla iki ədəd 190 amperlik akumlyatorları söküb idarə etdiyi avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 600 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2023-cü il tarixdə saat 02 radələrində idarə etdiyi "Mersedes Benz" markalı, **-UM- *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısına gəlib, orada saxlanılmış, Zərərçəkmiş şəxs2 istifadəsində olan "Man" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin qiyməti 300 manat olmaqla iki ədəd 190 amperlik akumlyatorları söküb idarə etdiyi avtomobilǝ yükləyib aparmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 600 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2023-cü il tarixdə saat 02 radələrində idarə etdiyi "Mersedes Benz" markalı, 10- UM-034 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4 ünvanında yerləşən fərdi evin qarşısına gəlib, orada saxlanılmış, Zərərçəkmiş şəxs5 məxsus "Kamaz" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin qiyməti 300 manat olmaqla iki ədəd 190 amperlik akumlyatorları söküb idarə etdiyi avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 600 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2023-cü il tarixdə saat 03 radələrində idarə etdiyi "Mersedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Massiv 1 A, Təzə yurdda fərdi evin qarşısına gəlib, orada saxlanılmış Zərərçəkmiş şəxs1 istifadəsində olan "Daf" markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin qiyməti 350 manat olmaqla iki ədəd 225 amperlik akumlyatorları söküb idarə etdiyi avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 700 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2023-cü il tarixdə saat 03 radələrində idarə etdiyi "Mersedes Benz" markalı, 10- UM-034 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən fərdi evin qarşısına gəlib, orada saxlanılmış Zərərçəkmiş şəxs4 istifadəsində olan "Kamaz" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən bir ədəd dəyəri 300 manat olan 190 amperlik akumlyatoru və bir ədəd dəyəri 170 manat olan 100 amperlik akumlyatorları söküb idarə etdiyi avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 470 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 2021-ci ildə Sabunçu Rayon Məhkəməsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Mart ayında vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Heç bir yerdə işləmir. Maddi cəhətdən çətinlik çəkir. Buna görə də pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. O 19 avqust 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində idarə etdiyi "Mercedes Benz" markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsindən müştəri götürüb sifarişla Qaradağ rayonu, Sənqəçal qəsəbəsinə gəlmişdir. Müştərini düşürəndən sonra küçələrdə yolun kənarında dayanmış vəziyyətdə olan üç ədəd "Kamaz" və "Man" markalı yük avtomobillərindən hər birindən iki ədəd olmaqla ümumilikdə altı ədəd akumlyatorları oğurlayıb idarə etdiyi avtomobilə yükləmişdir. Sonra Qobustan qəsəbəsinə gələrək bir qədər əvvəl etdiyi kimi idarə etdiyi "Mercedes Benz” markalı avtomobili küçədə dayanmış “Kamaz” markalı avtomobillərin yanında saxlamış, maşından düşüb iki ədəd “Kamaz” markalı yük avtomobilindən hər birindən iki ədəd olmaqla dörd ədəd akumlyator oğurlamışdır. Həmin gecə 10 ədəd akumlyator oğurlamışdır. Oğurladığı akumlyatorlardan altı ədədini həmin günün səhəri Xətai rayonu ərazisində maşın bazarı adlanan yerə öz şəxsiyyət vəsiqəsi ilə 560 manata satmışdr. Qalan dörd ədəd akumlyatoru isə aparıb yaşadığı evin həyətinə qoymuşdur. Onunla yaşayan atasının və ailə üzvlərinin onun oğurluq etməyindən məlumatları olmamışdır. 2023-cü ilin avqust ayında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində saxlanmışdr. Polis əməkdaşları onunla oğurluqlar barədə sorğu sual etmişlər. O da 19 avqust 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi və Səngəçal qəsəbələrində yük maşınlarından oğurluq etdiyini demişdir. Dörd ədəd akumlyatoru yaşadığı evin həyətində saxladığını demiş və polis əməkdaşlarına könüllü təqdim etmişdir. Bundan sonra o, tutulacağından qorxaraq qaçmış və ikinci dəfə 2023-cü ilin sentyabr ayında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən axtarışda olduğu üçün tutulmuşdur. O, qeyd etdiyi oğurluqları tək etmişdir. Yanında başqa adam olmamışdır. Maşın bazarında akumlyatorları satarkən özünə aid olmasını demişdir. Oğurlamağı barədə məlumat verməmişdir. Şəxsiyyət vəsiqəsi ilə satmışdır. Akumlyatorları avtomobilində olan maşın açarları ilə açmışdır və bundan başqa əlində olan kəsici alət rezakla naqilləri kəsib akumlyatorları götürmüşdür. Hadisə zamanı tək olmuş, yanında heçkim olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, ailə üzvlərindən biri xəstə olduğu üçün min manat pula ehtiyacı olmuşdur deyə bu əməli törətməyə məcbur olmuşdur. Hal-hazırda vurulmuş ziyanların hamısının ödənildiyini, ona qarşı zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını və rəsmi olaraq boşansada bir azyaşlı uşağına görə aliment ödəməsini nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 1a, Təzə yurd ünvanında yaşayır. Onun özünə məxsus istifadəsində olan "DAF" markalı, **- LG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin yük avtomobilini adətən yaşadığı evin qarşısında saxlayır. 17 avqust 2023-cü il tarixdən günorta saatlarından idarə etdiyi "DAF" markalı yük avtomobilini evinin qarşısında saxlamışdır. 19 avqust 2023-cü il tarixdə səhər saatlarında evdən çıxıb yük avtomobilinə yaxınlaşanda akumlyatorların yerində olmadığını görmüş və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Daha sora isə hadisə barədə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə yazaraq izahat vermişdir. Ona maxsus oğurlanan akumlyatorların hər birinin qiyməti 400 manat olmaqla ikisi 800 manat təşkil edir. Akumlyatorlardan ikisi də 225 amperlik olmuşdur. "DAF" markalı avtomobilindən iki ədəd akumlyatordan başqa heçnə oğurlanmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o "Etalon" şirkətinə məxsus "Man" markalı **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Buna görə ona şirkət tərəfindən yol vərəqəsi verilmişdir. İdarə etdiyi avtomobillə sifariş əsasında müştərilərə quru sement satışın hayata keçirir. Satış alıcı və satıcı arasındakı müqavilə əsasında tənzimlənir. O, sadəcǝ olaraq sifarişləri yerinə yetirir. İş saatı sifariş əsasında olur. Sifariş olmayanda o, nəqliyyat vasitəsini yaşadığı ünvanda Sənqəçal qəsəbəsi, Dəmiryolçular küçəsi bina 4, manzil 11-də saxlayır. Yaşadığı bina Bakı-Ələt magistral yolunun sağ tərəfində yerləşir. 19 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində o, sifariş əsasında sement apardığı Göygöl rayonundan Ələt qəsəbəsinə qayıtmışdır. Avtomobili yaşadığım binanın qarşısında saxlayaraq evə qalxmışdır. 19 avqust 2023-cü il tarixdə səhər saat 09 radələrində evdən çıxıb nəqliyyat vasitəsinə yaxınlaşmışdır. Kabinǝyǝ daxil olub mühərriki işə salmaq istəyəndə görmüşdür ki, iki ədəd 190 amperlik akumlyatorlar yerində yoxdur. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Oğurlanan akumlyatorların qiyməti hər biri 350 manat olmaqla 700 manat təşkil edir. Hadisədən sonra o, Qaradağ RPİ-nin 11-ci PB-nǝ arizə ilə müraciət etmiş və izahatı alınmışdır. "Man" markalı **-JF-*** dövlət qeydiyyat nişanlı yük avtomobil "Etalon” şirkətinə məxsus olsa da, oğurlanan iki ədəd akumlyator ona məxsus olmuşdur. Oğurluqdan sonra nəqliyyat vasitəsinin xəttə çıxması üçün şirkət avtomobilə iki ədəd akumlyator vermişdir. İdarə etdiyi "Man" markalı yük avtomobilindən 350 manat dəyərində 2 oğurlanmamışdır. Baş vermiş oğurluq nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 5, ev 48-də yaşayır. Baş etibarnamə ilə alıb istifadə etdiyi "Kamaz" markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin yük avtomobilini o, Qaradağ rayonu, Sənqǝçal qəsəbəsində yaşayan Şahid1 idarə etmək üçün 2023-cü ilin iyun ayında etibarnamə ilə vermişdir. Sehran ona məxsus "Kamaz" markalı avtomobili yaşadığı evin qarşısında saxlayır. 19 avqust 2023-cü il tarixdə səhər saatlarında Sehran ona zəng edib idarə etmək üçün ona verdiyi yük avtomobilini 19 avqust 2023-cü il tarixdə axşam saat 02 radələrində yaşadığı evin qarşısında saxladığını və 19 avqust 2023-cü il tarixdə saat 08 radələrində evdən çıxıb işə getmək üçün avtomobilə yaxınlaşanda akumlyatorların yerində olmadığını gördüyünü və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verməsini bildirmişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sehran isə hadisə barədə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə yazaraq izahat vermişdir. Ona məxsus oğurlanan akumlyatorların hər birinin qiyməti 400 manat olmaqla ikisi 800 manat təşkil edir. Akumlyatorlardan biri 190 amperlik, digəri isə 100 amperlik olmuşdur. Bir daha bildirirəm ki, o, "Kamaz" markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 2023cü ilin may ayında almışdır. Baş etibarnamə ilə ona məxsusdur. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, təqsirləndirilən şəxsə heç bir qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi massiv 3, ev 1-də yaşayır. Baş etibarnamə əsasında ona məxsus olan "Kamaz" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili var. O da həmin yük avtomobilini etibarnamə ilə idarə etmək üçün əmisi oğlu Şahid2 vermişdir. Nahid ona məxsus yük avtomobilini Səngəçal qəsəbəsində yaşadığı evin qarşısında saxlayır. İndiyədək heç bir Xoşagəlməz hal baş verməmişdir. 16 avqust 2023-cü il tarixdə axşam saat 21 radələrində Nahid idarə etdiyi Kamaz markalı yük avtomobilini yaşadığı evin qarşısında saxlamışdır. 19 avqust 2023-cü il tarixdə günorta saat 14 radələrində evdən çıxıb işə getmək üçün avtomobilə yaxınlaşanda akumlyatorların yerində olmadığını görüb bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Baxış zamanı fotoşəkillər də çəkilərək protokola əlavə edilmişdir. Bundan sonra gedib hadisə barədə Qaradağ RP1-nin 11-ci PB-nə ərizə yazmış və izahatı alınmışdır. Oğurlanan akumlyatorların hər birinin qiyməti 350 manat olmaqla ikisi 700 manat təşkil edir. Akumlyatorlar 190 amperlik olmuşdur. Zərərçəkmiş şəxs5 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Zərərçəkmiş şəxs4 27 fevral 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayır. Bacısı oğlu X5 baş etibarnamə ilə "Kamaz” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini almışdır. Həmin yük avtomobilini hərdən oğlu Şahid4 idarə etmək üçün verir. Həmin maşınla oğlu fərdi qaydada işləyir. Sement və qum daşıyır. X13 adətən yaşadıqları evin qarşısında saxlayır. 18 avqust 2023-cü il tarixdə axşam saat 22 radələrində oğlu "Kamaz" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadıqları evin qarşısında saxlayaraq evə gəlmişdir. 19 avqust 2023-cü il tarixdə səhər saat 08 radələrində evdən çıxıb maşına yaxınlaşanda görmüşdür ki, Kamazda olan iki ədəd akumlyator yerində yoxdur. Həmin akumlyatorlardan biri 190 amperlik, digəri isə 100 amperlik olmuşdur. Onlar akumlyarorların oğurlanmasını bilən kimi DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişlər. Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları hadisə yerinə gǝlub baxış keçirərək fotoşəkillər çəkmişlər. Oğlu 11-ci PB-nə ərizə yazıb izahat vermişdir. Kamaz markalı yük maşını bacısı oğlu Eyvaz Balacayevin mülkiyyətində olsa da, baş etibarnamə ilə ona məxsusdur və maşındakı iki ədəd akumlyatoru o, özü alıb öz vəsaiti hesabına maşına qoymuşdur. Oğlu da idarə etmişdir. Ona görə də hadisə nəticəsində ona maddi ziyan dəymişdir. 190 amperlik akumlyatoru 350 manata, 100 amperlik akumlyatoru isə 200 manata almışdır. Məhkəmə iclasında Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən maşın bazarında akumlyator alqı-satqısı ilə məşğul olur. 19 avqust 2023-cü il tarixdə iş yerində olarkən tanımadığı bir nəfər şəxs dükana yaxınlaşaraq işlənmiş akumlyatorları satdığını bildirmişdir. Həmin şəxs "Mercedes Benz" markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Ondan akumlyatorları haradan əldə etməsini soruşanda adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs həmin əşyaların onun atasına və dayısına məxsus olmasını bildirmişdir. Talıb avtomobilində olan altı ədəd akumlyatoru neçəyə alacağını soruşmuşdur. O Taliba 500 manata alacağını bildirmişdir. Lakin Talıb razılaşmayaraq 560 manat verməyimi istəmişdir. O da razılaşmışdır və 560 manat verib Talibdan altı ədəd akumlyator almışdır. O, dükanın qarşısında Talıbın avtomobilinin şəklini çəkmişdir. Eyni zamanda şəxsiyyət vəsiqəsinin şəklini çəkib mobil telefon nömrəsini yazmışdır. Bundan bir neçə gün sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları onun işlədiyi dükana gəlmişlər. Onunla sorğu-sual etmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs adlı şəxsdən 19 avqust 2023-cü il tarixdə altı ədəd akumlyator aldığını demişdir. Həmin akumlyatorlar “Kamaz” markalı yük avtomobillərinə maxsus olmuşdur. O, akumlyatorları polisə könüllü təqdim etmişdir. Akumlyatorların oğurluq olmasını bilməmişdir. Talıbın idarə etdiyi avtomobilin foto şəklini və şəxsiyyət vasiqəsinin fotoşəklini çəkmişdir. Şahid X7 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi Suvorov küçəsi 49-da yaşayır. Etibarnamə ilə Zərərçəkmiş şəxs3 məxsus "Kamaz" markalı, 90-EU- 474 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Yük avtomobilini yaşadığım evin qarşısında saxlayır. 19 avqust 2023-cü il tarixdə axşam saat 02 radələrində idarə etdiyi Kamaz markalı yük avtomobilini yaşadığım evin qarşısında saxlamışdır. 19 avqust 2023cü il tarixdə saat 08 radələrində evdən çıxıb işə getmək üçün avtomobilə yaxınlaşanda akumlyatorların yerində olmadığını görmüşdür. Bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı fotoşəkillər də çəkilmişdir. Hadisə barədə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə yazmış və izahatı alınmışdır. Oğurlanan akumlyatorların hər birinin qiyməti 400 manat olmaqla ikisi 800 manat təşkil edir. Akumlyatorlar 190 amperlik olmuşdur. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sənqǝçal qəsəbəsi Sabir küçəsi 7-də yaşayır. Etibarnamə ilə əmisi oğlu Zərərçəkmiş şəxs5 məxsus "Kamaz" markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Yük avtomobilini yaşadığı evin qarşısında saxlayır. 16 avqust 2023-cü il tarixdə axşam saat 21 radələrində idarə etdiyi Kamaz markalı yük avtomobilini yaşadığım evin qarşısında saxlamışdır. 19 avqust 2023cü il tarixdə günorta saat 14 radələrində evdən çıxıb işə getmək üçün avtomobilə yaxınlaşanda akumlyatorların yerində olmadığını görmüşdür. Bu barədə DİN-in 102 xidmətinə zəng dərək məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Baxış zamanı fotoşəkillər də çəkilmişdir. O, hadisə barədə Qaradağ RPİ-nin 11-ci PB-nə əriza yazmış və izahatı alınmışdır. Oğurlanan akumlyatorların hər birinin qiyməti 350 manat. olmaqla ikisi 700 manat təşkil edir. Akumlyatorlar 190 amperlik olmuşdur. "Kamaz" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil əmisi oğlu Zərərçəkmiş şəxs5 məxsusdur. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayır. Atası Zərərçəkmiş şəxs4 məxsus "Kamaz" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə edir. Bibisi oğlu X10 həmin "Kamaz" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini atama baş etibarnamə ilə vermişdir. Həmin maşınla fərdi qaydada işləyir. Sement və qum daşıyır. O, Kamazı adətən yaşadığı evin qarşısında saxlayır. 18 avqust 2023-cü il tarixdə axşam saat 22 radələrində o, "Kamaz" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı evin qarşısında saxlamışdır. 19 avqust 2023-cü il tarixdə səhər saat 08 radələrində evdən çıxıb maşına yaxınlaşmışdır. Görmüşdür ki, Kamazda olan iki ədəd akumlyator yerində yoxdur. Həmin akumlyatorlardan biri 190 amperlik, digəri isə 100 amperlik olmuşdur. O, akumlyarorların oğurlanmasını bilən kimi DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər və fotoşəkillər çəkdmişlər. O, 11-ci PB-nə ərizə yazıb izahat vermişdir. Onun idarə etdiyi Kamaz markalı yük maşını bibisi oğlu Eyvaz Balacayevin mülkiyyətində olsa da, maşındakı iki ədəd akumlyatoru atası Vahid alıb öz vəsaiti hesabına maşına qoymuşdur. O da idarə etmişdir. Ona görə də hadisə nəticəsində atasına maddi ziyan dəymişdir. 190 amperlik akumlyatorun qiyməti 350 manat, 100 amperlik akumlyatorun qiyməti isə 200 manatdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli, 9/7209 saylı rəyindən görünür ki, ekspertiza təyini haqında qərarda göstərilən akumlyatorların (10 ədəd müxtəif adda olan) 2023-cü ilin avqust ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2970,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 16 sentyabr 2023cü il tarixli “baxış və götürmə haqqında” protokoldan aydın olur ki, 19 avqust 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 8-ci km ərazisində altı ədəd akumlyatoru satdığı Şahid3 təqdim etdiyi foto şəkilləri götürüb baxış keçirilmişdir. Şəkillərdən birində Təqsirləndirilən şəxs maxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi, digərində isə onun idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobil çəkilmişdir. Şahid3 19 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona altı ədəd akumlyator satarkən həmin avtomobillə gəlməsini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, akumlyatorları Təqsirləndirilən şəxs alarkən avtomobilin və şəxsiyyət vəsiqəsinin şəklini də mobil telefonla çəkmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 22 avqust 2023-cü il tarixli “götürmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs altı ədəd akumlyatoru satdığı Şahid3 həmin akumlyatorları könüllü olaraq təqdim etdiyi üçün götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-262/2019 saylı 10 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, 20 sentyabr 2018-ci il tarixdən başlayaraq 15 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdeh Təqsirləndirilən şəxs tutularaq X1 ödəliməsi qət edilmişdir. İş materiallarında olan tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsi tərəfindən təyin edilmiş cəzanın çəkilməmiş 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, bir azyaşı uşağa görə aliment ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 14 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirildilməsi başa çatdıqdan sonra barəsində, “həbs” qətimkan tədbiri seçilməsi məqsədi ilə Qaradağ rayon Məhkəməsinə təqdimat verilmiş və Qaradağ rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış on ədəd akumlyatorun sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd akumlyatorun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-53/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-53/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver