Məhkəmə qərarları › İş №1(002)-54/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-54/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-54/2022 27.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 2000-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olununmamış, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 12.10.2021-ci il tarixdə, saat təxminən 19:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Puta-Korgöz istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, eləcə də “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə sürməli olduğu halda bunlara əməl etməmiş və təxminən 90-95 km/saat sürətlə hərəkətdə olarkən idarəetməni itirirək, yolu soldan sağa doğru piyada qismində keçmək istəyən X8 avtomobilin qarşı hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş A.D.Ağayevə xarici qanaxma, sol baldırın geniş sahəli əzilmiş-cırılmış yarası, hər iki baldır sümüklərinin yuxarı 1/3-nin açıq, yerinidəyişmiş sınıqları, qarnın öz divarının geniş sahəli sıyrığı ilə müşayiət edilən və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa “AĞİR” zərər vuran bədən xəsarətləri yetirməklə hadisə yerində zərərçəkmiş X7 ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edir. Həmin nəqliyyat vasitəsini atası alaraq öz adına qeydiyyata salmasına baxmayaraq, əslində özü avtomobilin faktiki sahibidir. 12.10.2021-ci il tarixində, saat təxminən 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarı tərəfdən üzü Qızıldaş qəsəbəsi istiqamətində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə təxminən 90-95 km/saat sürətlə hərəkətdə olmuşdur. Puta-Korgöz yolunda, təxminən “Korgöz” kafesinin qarşısında yolun əks hərəkət istiqamətində piyada qismində hərəkətdə olan tanımadığı bir nəfər kişi cinsli şəxsin yolu əks istiqamətdə keçmək istədiyini görmüşdür. Həmin şəxs yolu keçmək istəyərkən yolun birinci hissəsini keçmiş, yolun ortasında bir qədər dayanmış və onun hərəkətdə olduğunu görmüşdür. Buna baxmayaraq, həmin şəxs onun hərəkətdə olmasına məhəl qoymayaraq yolu soldan sağa doğru keçməyinə davam etmiş və elə bu zaman idarə etdiyi nəqliyyat vasitəsinin qarşı sol hissəsi həmin şəxsin bədəninin sağ hissəsinə dəymişdir. Zərbənin təsirindən həmin şəxs təxminən 60 metr irəliyə tullanmışdır. O, dərhal idarə etdiyi avtomobili həmin yerdə saxlamış və avtomobildən yerə düşmüşdür. Bu zaman idarə etdiyi avtomobil ilə vurduğu şəxsin kişi cinsli, tanımadığı yaşlı bir şəxs olduğunu görmüşdür. Həmin zaman hadisə yerinə toplaşmış digər tanımadığı şəxslər idarə etdiyi avtomobil ilə vurduğu şəxsin öldüyünü ona bildirmiş və mobil telefon vasitəsilə X3 zəng vurmuşlar. Elə bu vaxt Qaradağ RPİ-nin əməkdaşı özünü təqdim edərək, onu həmin yerdən uzaqlaşdırmış və baş vermiş hadisə ilə bağlı canlı radiotelefon vasitəsilə məlumat ötürmüşdür. Bir qədər sonra hadisə yerinə Qaradağ RPİ DYPŞ-nin əməkdaşları da gələrək onu Qaradağ RPİ-yə dəvət etmişlər. Onun idarə etdiyi «Toyota Prado» markalı ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobili hadisə baş verdiyi zaman texniki cəhətdən tam saz vəziyyətdə olmuş, avtomobildə heç bir problem olmamışdır. Avtomobilinin hansı sürətlə hərəkət etdiyini xatırlamır. Hadisə zamanı avtomobildə tək olmuşdur. Bildirmişdir ki, onun «Toyota Prado» markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə baş verən gün o, spirtli içki qəbul etməmişdir. O, özü baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsilə birlikdə qeydiyyatda olmaqla yaşayır. 12.10.2021-ci il tarixdə, saat 19:30 radələrində “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Bakı şəhəri, Qaradağ rayonu, Puta-Korgöz yolunda hərəkətdə olarkən idarəetməni itirirək yolu piyada qismində keçmək istəyən qardaşı, 12.10.1961-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan X8 vuraraq hadisə yerində ölümünə səbəb olmuşdur. Hadisə baş verən gün, saat təxminən 19:50 radələrində o, özünə məxsus avtomobil ilə evinə getdiyi zaman yolun kənarında çoxlu adamların toplaşdığını görmüşdür. Avtomobili saxlayıb, orada nə baş verdiyini öyrəndiyi zaman adını dəqiq xatırlamadığı qəsəbə sakinlərindən biri ona Ağagülün avtomobil tərəfindən vurulmasını bildirmişdir. O, qardaşı Ağagülə yaxınlaşdığı zaman Ağagül artıq ölmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Ağagülün meyiti Qaradağ rayonu Məhkəmə- Tibbi Ekspertiza və X5 aparıldıqdan sonra onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs ilə bu vaxta kimi heç bir ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2016-cı ildən DİO-da və həm də tutduğu vəzifədə, polis serjantı rütbəsində xidmət edir. 12.10.2021-ci il tarixində, saat təxminən 19:25 radələrində “6752” çağırışlı avtopatrul üzrə polis nəfəri, polis serjantı X11 ilə birlikdə xidmətdə olduğu zaman Bakı şəhəri, Qaradağ rayonu, Puta-Korgöz yolu ilə hərəkət edərkən təxminən “Korgöz” kafesinin qarşısındakı yolda çoxlu sayda insanların yola toplaşdığını görmüşdür. Onlar orada nə baş verdiyini aydınlaşdırmaq üçün dərhal həmin yerə yaxınlaşmışlar. Həmin zaman ağ rəngli, “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin piyadanı vuraraq ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətdiyini görmüşlər. Onlar dərhal radiostansiya vasitəsilə Qaradağ RPİ NH-yə məlumat vermiş və bundan əlavə hadisə yerinə təcili yardım qrupu çağırmışlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 Qaradağ rayon şöbəsinin 02 noyabr 2021-ci il tarixli, 87 №-li rəyindən görünür ki:

1. X2 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – xarici qanaxma, sol baldırın geniş sahəli əzilmiş-cırılmış yarası, hər iki baldır sümüklərinin yuxarı 1/3-nin açıq, yerinidəyişmiş sınıqları, qarnın öz divarının geniş sahəli sıyrığı. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 12.10.2021-ci il tarixdə bərk küt əşya(lar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum A.D.Ağayevin ölümünə səbəb hər iki baldır sümüklərinin açıq, yerinidəyişən sınıqları nəticəsində xarici qanaxma fonunda inkişaf edən zədə şoku olmuşdur.

3. Mərhum A.D.Ağayevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər.

4. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum A.D.Ağayevin ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (12.10.2021-ci il tarixdə, saat 22:45-də) 4-6 saat əvvəl baş vermişdir.

5. Mərhum A.D.Ağayevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3327/K saylı, 25.10.2021ci il tarixli AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 8/2987 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən:

1. “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. Sürücü Təqsirləndirilən şəxs “Toyota Prado” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 90-95 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan 13.10.2021-ci il tarixli, 2/14684 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə zamanı 12.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BDYP-nin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13.10.2018-ci il tarixdə (13.10.2028-ci il tarixədək müddətə etibarlı olan) “AD 199158” seriya nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınmamışdır. İşdə olan 12.10.2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən və sxemdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Puta-Korgöz avtomobil yolunda yerləşir və hadisə yerinin həmin yer olması nəzərə alınmışdır. İşdə olan 12.10.2021-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobili zədələnmiş və nasaz vəziyyətdədir. İş üzrə “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 13 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobilib sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prado” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobilib sahibinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar