Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-54/2024 27.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri İ.Qayıbov küçəsi ev 17-də qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən 58,9-cu kilometrində idarə etdiyi «Mercedes Benz E200» minik markalı, 90MN876 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə 80 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bunu etməyib «X5» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, qarşıdakı piyada keçidinin sağ kənarından piyada keçidinə daxil olub adi qaçışla 8 metr məsafə qət etmiş öndə gedən 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və arxasınca ondan 0,5 metr aralı olan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə-ənsə sərhədinin, başın alın-təpə sərhədinin əzilmiş yaraları və burun sümüklərinin sınığı, hər iki ağciyərlərin kontuziyası və atelektaz sahələri, sol qasıq-oturaq sümüklərinin qapalı, yerdəyişən sınıqları və sol baldır sümüklərinin qapalı, qəlpəli yerinidəyişən sınığı xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına və Zərərçəkmiş şəxs2 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın alın-təpə sümüklərinin xətti sınığı, sağ dirsək oynağının əzilmiş yarası, başın alın, sol bazu oynağı, sağ qaş, sağ əlin arxa səthi, sol qalça nahiyəsi və sol diz oynağı nahiyələrinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus avtomobil ilə Lənkəran-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olur. 02 sentyabr 2023-cü ildə Lənkəran şəhəri ərazisində idarə etdiyi avtomobilə 3 nəfər tanımadığı şəxsləri sərnişin qismində mindirərək Bakı şəhərinə gəlmək üçün yola düşmüşdür. Axşam radələrində Bakı-Qazax yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sol zolağı ilə hərəkətdə olan zaman yolda qarşıda olan piyada keçidinə çatmağına az qalmış yük avtomobilinin qarşısından iki nəfər kişi və qadın piyadaların qaçaraq yolu keçdiklərini görmüşdür Piyadaları vurmamaq üçün ayağını əyləcə atmış, lakin məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ hissəsi ilə kişi və qadın piyadaları vurmuşdur. Bundan sonra avtomobili yolun hərəkt hissəsində saxlayaraq avtomobildən düşüb piyadalara yaxınlaşmışdır. Piyadaların hər ikisinin ciddi xəsarət alıb yerdə hərəkətsiz vəziyyətdə qaldıqlarını görüb özü və hadisə şahidləri təcili tibbi yardıma məlumat vermişlər. Az sonra hadisə yerinə təcili tibbi yardım avomobili və polis əməkdaşları gəlmişlər. Hadisədən sonra ailə üzvləri Zərərçəkmiş şəxs2 yas mərasimində iştirak etmiş, xəsarət almış Zərərçəkmiş şəxs1 müalicə xərclərinə köməklik göstərmişdir.Hal-hazırda onların şikayət və tələbləri yoxdur.Törətdiyi əməldən səmimi peşmandır.Xərçəng xəstəliyindən əziyyət çəkir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı vəfat edən Zərərçəkmiş şəxs2 onun atasıdır. 02 sentyabr 2023-cü ildə atası şəxsi işi ilə əlaqədar yaşadıqları Qobustan qəsəbəsi ərazisinə getmişdir. Axşam radələrində qohumları ona zəng edərək, atasının Bakı-Qazax yolunda yolu piyada keçərkən avtomobillə vurulduğunu və xəstəxanaya aparılarkən yolda öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxs qohumları onun atasının yas mərasimində iştirak etmişlər. Sürücü Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurlmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02 sentyabr 2023cü ildə Bakı-Qazax yolunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsindəki piyada keçidindən yolun əks tərəfinə keçərkən Bakı şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu və onun önündəki piyadanı vurmuşdur. Nəticədə digər piyada ölmüş, özü isə xəsarət almışdır. Asif və qohumları onun müalicə xərclərinə köməklik etmişlər. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurlmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid məhkəmyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 02 sentyabr 2023-cü ildə, saat 17:30 radələrində Lənkəran şəhəri ərazisindən arvadı İlahə Kərimova və 2023cü il təvəllüdlü qızı Esma ilə birlikdə sonradan adını bildiyi Lənkəran-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olan Asif adlı şəxsin idarə etdiyi «Mercedes Benz E200» minik markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şhərinə qayıtmaq üçün yola düşmüşlər. Saat 19:30 radələrində sərnişini olduğu avtomobil Bakı-Qzax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən öz mobil telefonuna baxırmış. Qəflətən tormoz səsinə yola baxdıqda görmüşdür ki, Asif idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru keçən piyadaları vurmuş və avtomobili bir qədər qarşıda yolun sol zolağında saxlmışdır. Sürücü ilə birlikdə avtomobildən düşüb piyadalara yaxınlaşmış, həmin qadın və kişi piyadanın hər ikisinin ciddi xəsarət alıb yerdə hərəkətsiz vəziyyətdə qaldıqlarını görüb tez təcili tibbi yardım stansiyasına məlumat vermişlər. Həmin piyadalar yerdə olan piyada zolağı ilə yolu sağdan sola doğru keçərkən avtomobillə vurulmuşdur. Az sonra hadisə yerinə təcili tibbi yardım avomobili və polis əməkdaşları gəlmişlər. Həkimlər piyadaları təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 75 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın alın-təpə sümüklərinin xətti sınığı, sağ dirsək oynağının əzilmiş yarası, başın alın, sol bazu oynağı, sağ qaş, sağ əlin arxa səthi, sol qalça nahiyəsi və sol diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir ölümlə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın alın-təpə nahiyəsinin xətti sınığı olmuşdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 712 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə-ənsə sərhədinin, başın alın-təpə sərhədinin əzilmiş yaraları və burun sümüklərinin sınığı, hər iki ağciyərlərin kontuziyası və atelektaz sahələri, sol qasıq-oturaq sümüklərinin qapalı, yerdəyişən sınıqları və sol baldır sümüklərinin qapalı, qəlpəli yerinidəyişən sınığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsiri nəticəsində törənmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2023-cü il il tarixli, 8/2907 №-li rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində «Mercedes Benz E200» minik markalı, 90MN876 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azaybaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2/31264 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-ci il tarixli, 3-13-16/2- 122612/2023 nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə xx.xx.2026-cı il tarixədək müddətə etibarlı olan AC 528298 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz E200» minik markalı, 90MN876 dövlət qeydiyyat nişanlı avtomobilin, sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X2, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz E200» minik markalı, 90MN876 dövlət qeydiyyat nişanlı avtomobilin, sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X2, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-54/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-54/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver