Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-54/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (2 azyaşlı uşağı olan), həbs edilənədək ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1166/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 (beş) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd “X7” markalı smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan, üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içkini əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və istifadə etmiş, xx.xx.2024-cü il tarixdə saat 23:10-də Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisənin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində sonuncuya məxsus yataq yerindən açıq aşkar şəraitdə saxladığı həmin əşyalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:10-da Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisənin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində aşkar edilmiş 1 ədəd “Samsung” markalı planşet və 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcığı sonuncu dəfə ailə görüşü olarkən azyaşlı qızı tərəfindən onun əşyaları arasına qoyulmuş, o, həmin əşyaları ailə üzvləri getdikdən sonra aşkar etmiş, növbəti görüş zamanı qaytarmağı düşündüyü üçün müəssisə əməkdaşlarına bu barədə məlumat verməmişdir. Bu məqsədlə həmin əşyaları öz qaldığı otaqda deyil, həmin təsərrüfat təyinatlı otaqda saxlamış və həmin əşyalardan hər hansı üsulla istifadə etməmişdir. 1 ədəd elektrik qidalandırıcısı olan “X7” markalı smart saatdan uzun müddətdir ki, idman edərkən hərəkətləri ölçmək məqsədilə istifadə etmişdir. “Nokıa WİFİ” markalı router 13 saylı cəzaçəkmə müəssisəsinə məxsus olmuş, həmin vaxt dolabda olan, üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli butulka ona məxsus deyil, kimə məxsus olması, kimlərin istifadə etməsi barədə məlumatı yoxdur. Onunla görüşə gələn şəxslərə qadağan olunmuş əşya sifariş verməmişdir. O, 1 ədəd “Samsung” markalı planşet və 1 ədəd “X7” markalı smart saatla mobil və internet danışıqlar aparmamışdır. 1 ədəd “Samsung” markalı planşet sim danışıq kartı yeri olmadığından mobil cihaz kimi istifadə etmək mümkün olmamışdır. “Aşkar edilmiş həmin əşyalar müəssisə əməkdaşları tərəfindən onun və hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Qəfləti axtarış-baxış tədbirləri ilə əlaqədar cəzaçəkmə müəssisəsinə gəlmiş Penitensiar Xidmətin Əməliyyat- Rejim İdarəsinin əməkdaşları təsərrüfat otağının açarını götürmək üçün ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, müdafiəçisinin çıxışı ilə razılaşdığını və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə cinayət işinin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində rəis müavini vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə növbətçi olduğu vaxt Penitensiar Xidmətin əməkdaşları müəssisəyə daxil olmuş, növbətçi zabit kimi dərhal Nəzarət-Buraxılış Məntəqəsinə tərəf gedərək əməkdaşları qarşılamışdır. Penitensiar Xidmətin əməkdaşları ona yaxınlaşaraq müəssisənin ərazisində olan təsərrüfat otağının açarını tələb etmişlər, açarın Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyindən əməkdaşlar tərəfindən açar gətirilmiş, az sonra məhkum Təqsirləndirilən şəxs da həmin təsərrüfat təyinatlı otağa gətirilmişdir. Keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində məhkum Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd “X7” markalı smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan, üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içki aşkar edilərək götürülmüşdür. Baş vermiş əməliyyatda iştirak etmiş, tərtib edilmiş akt və protokolları imzalamışdır. Əlavə olaraq onun iştirakı təmin edilərkən Təqsirləndirilən şəxs həmin əşyaların ona məxsusluğu barədə sual verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində RNŞ-nin inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:10-da müəssisənin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerindən qadağan edilmiş əşyalar aşkar edilərək götürülmüşdür. Baş vermiş əməliyyatda iştirak etməmişdir. Hadisə baş verən günün sabahı yəni xx.xx.20224-cü ildən işə gəldiyi vaxt bu hadisənin baş verdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində RNŞ-nin inspektoru vəzifəsində işləyən Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin baş inspektoru, rəisin növbətçi köməkçisi vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə növbətçi olduğu vaxt Penitensiar Xidmətin əməkdaşları müəssisəyə daxil olmuş və o, Nəzarət-Buraxılış Məntəqəsinə tərəf gedərək əməkdaşları qarşılamışdır. Penitensiar Xidmətin əməkdaşları təsərrüfat otağına yaxınlaşmış və həmin təsərrüfat otağının açarı Təqsirləndirilən şəxs olduğu üçün ondan götürülmüş, biraz sonra məhkum özü də həmin otağa gətirilmişdir. Keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, sonuncunun sol qolundan 1 ədəd “X7” markalı smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan, üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içki aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin Rejim-Nəzarət şöbəsinin baş inspektoru vəzifəsində işləmiş, hazırda Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisənin rəis müavini vəzifəsində işləyən Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:10-da Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin Rejim-Nəzarət şöbəsinin baş inspektoru vəzifəsində işlədiyi müddətdə Texniki-Təminat Şöbəsinin inspektoru Natiq Orucov, Əməliyyat-Rejim İdarəsinin inspektoru Elçin Məmmədov ilə birlikdə 13 saylı cəzaçəkmə müəssisəsində qəfləti axtarışbaxış keçirmişlər. Müəssisəyə daxil olduqdan sonra inzibati binanın yaxınlığında yerləşən təsərrüfat təyinatlı otağın açarı müəssisə əməkdaşları tərəfindən onlara təqdim edilərkən həmin otaqda məhkum Təqsirləndirilən şəxs tərəfindən görüş keçirildiyindən otağın açarlarının sonuncuda olması onlara bildirilmişdir. Keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində həmin otaqda 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan, üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içki aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd “X7” markalı smart saat da götürülmüşdür. Aşkar edilmiş əşyalar maddi sübut kimi protokola əlavə edilmiş, baş vermiş hadisə ilə bütün iştirakçılar protokolla tanış olaraq imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəvi sürücüsüdür. Məhkum Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə mütəmadi olaraq yanına görüşə getmiş və ona əşyalar aparmış, lakin apardığı əşyalara baxış keçirməmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi yerdə qadağan olunmuş əşyaların aşkar edilməsi barədə xəbəri olmamış və sonuncu ona qadağan olunmuş əşya gətirməyini sifariş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs onun dostudur. O, məhkum Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə mütəmadi olaraq yanına görüşə getmiş, lakin sonuncunun cəza çəkdiyi yerdə qadağan olunmuş əşyaların aşkar edilməsindən xəbəri olmamış, sonuncu ondan qadağan olunmuş hər hansı əşya gətirməsini xahiş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şahid9, Şahid12, Şahid16, Şahid13 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Təqsirləndirilən şəxs ilə 13 saylı cəzaçəkmə müəssisəsində olarkən görüşə getdiklərini, ona hər hansı qadağan olunmuş əşya aparmadıqlarını və sonuncunun da onlardan belə bir xahişləri olmadığını bildirmişlər. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 7-8-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:10-da Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində həmin otaqda olan yataq yerindən 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan, üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içki aşkar edilərək götürülmüşdür. Eyni zamanda məhkum Təqsirləndirilən şəxs sol qolundan 1 ədəd 1 ədəd “X7” markalı smart saat, 1 ədəd “X7” markalı smart saat aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 15-20-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və 127-128-ci vərəqələrdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 01 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar məhkum Təqsirləndirilən şəxs cəza təyin edilməmiş, ona həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin iş üzrə həbsdə olduğu 1 (bir) il 02 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 26-cı vərəqəsində olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyaların siyahısı Təqsirləndirilən şəxs elan olunmuş və sonuncu həmin siyahı ilə tanış olduqdan sonra iltizamı imzası ilə təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/2441 saylı, 23 may 2024cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsi Zərflər üçün” dairəvi möhür əksi olan “xx.xx.2024-cü il tarixdə 13 saylı Cəzaçəkmə müəssisəsinin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş üzərində “Glenmorangie The original scotch whisky” göstəricisi olan 1 litr həcmli şüşə butulkanın içərisində 750 ml həcmində tamlığı pozulmuş halda olan maye orqanoleptik xüsusiyyətinə görə şəffav, çöküntüsüz, viskiyə spesifik iyə malik, fiziki-kimyəvi xüsusiyyətlərinə əsasən tərkibində etil spirtinin həcm payı 39,1 % olan viski məhluluna uyğundur. Təqdim edilmiş üzərində “Glenmorangie The original scotch whisky”göstəricisi olan 1 litr həcmli şüşə butulkanın içərisində 750 ml həcmində olan spirttərkibli mayenin tamlığı pozulduğundan onun zavod və ya kustar üsulla hazırlanmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,0 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2”na 11-ci əlavəsindən görünür ki, spirtli içkilərin bütün növləri, mobil telefon aparatı, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular məhkumlara saxlanması qadağan olunmuş əşyadır. Cinayət işinin 1-ci cildinin 66-67-ci vərəqələrində olan Penitensiar Xidmətin 12/i nömrəli, xx.xx.2024-cü il tarixli Əmrindən görünür ki, fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlar, o cümlədən xx.xx.2024-cü il tarixdə xidmətin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 13 saylı cəzaçəkmə müəssisəsinin inzibati ərazisində yerləşən təsərrüfat təyinatlı otaqda qadağan olunmuş əşyaların aşkar edilməsi faktı üzrə xidməti araşdırma ilə müəssisənin ərazisinə yuxarıda qeyd edilən qadağan olunmuş əşyaların müəssisəyə dail olmasının qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməməsinə görə, məhkumlar üzərində lazımi qaydada nəzarəti təşkil etmədiyinə görə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə-polkovniki leytenantı Şahid7 Ədliyyə Nazirliyi üzrə xx.xx.2024cü il tarixli, 233-K nömrəli əmrlə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş, vəzifə borclarını qüsurla yerinə yetirərək fəaliyyətində nöqsanlara yol verdiyinə görə 13 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə baş leytenantı Şahid1 və nəzarətçi ədliyyə giziri Şahid3 töhmət, həmin müəssisənin Əməliyyat şöbəsinin böyük inspektoru ədliyyə mayoru Şahid2 xəbərdarlıq elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 70-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin «5/638» nömrəli, 03 iyul 2024-cü il tarixli rəyindən məlum olmuşdur ki, təqdim edilmiş sensor ekran və “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “X6 A9+” markalı “SM-X210” modelli planşet halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Tədqiqat zamanı planşetin yaddaşında olan müvafiq bölmələrə baxış keçirildikdə həmin cihazın “İMEİ” kodu müəyyən edilməmişdir. Təqdim edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “G-1425G-B” modelli “Router” tipli şəbəkə qurğusu standart prosedurlarla işə salındıqda onun müxtəlif funksionallığını göstərən lövhəsində müvafiq işıqların yanması müəyyən edildi. Tədqiqat zamanı qeyd edilən şəbəkə cihazının elektrik qəbul edərək işə salınmasına baxmayaraq həmin cihazdan texniki imkanlara görə təyinatı üzrə istifadə edilməsi (internet şəbəkəsinə daxil olma) mümkün olmamışdır. Bu səbəbdən həmin şəbəkə cihazı işə salınmağına baxmayaraq təyinatı üzrə istifadə edilməsinin mümkün olmaması səbəbindən yararlı olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “X7” markalı “A2684” modelli “**********68041” “imei” kodlu “smart” qol saatı hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Apple AirPods” markalı “A2031” modelli qulaqcığın işlək vəziyyətdə olması müəyyən edilmişdir. Təqdim edilmiş “X6 A9+” markalı “SM-X210” modelli planşetin yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar müəyyən olunmuş, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-638” adlı qovluqda iki ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Tədqiq zamanı “X7” markalı “A2684” modelli “smart” qol saatı yaddaşında mövcud olan (kontaklar, “SMS” mesajlar, foto, və sairə) məlumatlar müəyyən olundu. Lakin “Rəyin tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürdərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Tədqiqat işləri nəticəsində müəyyən olunmuş texniki xüsusiyyətlərə və “X6 A9+” markalı “SM-X210” modelli planşetin quraşdırılmış video kameraya əsasən belə nətisəyə gəlindi ki, həmin cihazda foto və videoçəkiliş xidmətləri mövcuddur. Təqdim edilən “X7” markalı “A2684” modelli “smart” qol saatının texniki xüsusiyyətlərinə baxış keçirilərkən onda foto və videoçəkiliş imkanının olmaması müəyyən olunmuşdur. Təqdim olunmuş 1 ədəd “Samsunq” markalı planşetin və 1 ədəd “X7” markalı smart saat təyinatı üzrə işlək vəziyyətdə olub-olmaması rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində cavablandırılmışdır. Tədqiq olunan “X6 A9+” markalı “SM-X210” modelli planşetin və “X7” markalı “A2684” modelli “smart” qol saatının texniki parametrlərini nəzərə alaraq onlar vasitəsi ilə internetə qoşulma texniki cəhətdən mümkündür. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/3077 nömrəli, 02 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3-16-16/2-6/2441 nömrəli, 23 may 2024-cü il tarixli ekspert rəyinin nətivcəsinə əsasən üzərində “Glenmorangie The original scotch whisky”göstəricisi olan 1 litr həcmli şüşə butulkanın içərisində 750 ml həcmində tamlığı pozulmuş halda olan maye orqanoleptik xüsusiyyətinə görə şəffaf, çöküntüsüz, viskiyə spesifik iyə malik, fiziki-kimyəvi xüsusiyyətlərinə görə əsasən tərkibində etil spirtinin həcm payı 39,1% olan viski məhluluna uyğundur. Təqdim edilmiş üzərində “Glenmorangie The original scotch whisky” göstəricisi olan 1 litr həcmli şüşə butulkanın içərisində 750 ml həcmində olan spirttərkibli mayenin tamlığı pozulduğundan onun zavod və ya kustar üsulla hazırlanmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 1-ci cildinin 95-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,0 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 99-101-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması və cinayət işinə əlavə edilməsi haqqında qərardan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının 03 iyul 2024-cü il tarixli, «5/638» nömrəli rəyi və 2 ədəd SD diski, ”Spirt tərkibli maddələrin tədqiqi” məhkəmə ekspertizasının 02 iyul 2024-cü il tarixli,3-16-16/2-6/3077 nömrəli rəyi, məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerindən 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd “X7” markalı smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan, üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içki cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 149-150-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 152-153-cü və 204-cü vərəqələrində olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən ünvanlanmış məktublardan görünür ki, “**********68041” imei kodlu cihazda həmin şəbəkələrdən istifadə edilməmişdir. Cinayət işinin 1-ci cildinin 154-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 163-173-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilməsi qərara alınmış və təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cildinin 187-188-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 202-203-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 5(005)-2660/2024 saylı qərarından və 205-206-cı vərəqələrdə olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 24 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə 3 saylı istintaq təcridxanasında saxlanılır. Cinayət işinin 1-ci cildinin 207-208-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 3 saylı təcridxanada saxlanıldığı müddətdə rejim qaydalarına riayət etmiş, özünü müsbət xarakterizə olunan məhkum kimi aparmışdır. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs övladları X3 xx.xx.2013-cü il tarixdə və X1 xx.xx.2016-cı il tarixdə doğulmuşlar. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək təsərrüfat otağından aşkar olunaraq götürülmüş əşyaların, üzərində olan “X7” markalı “A2684” modelli “smart” qol saatı və həmin saata aid elektrik qidalandırıcı xaric, bir qisminin ailə üzvlərinə aid olduğunu bildirsə də orada aşkarlanan spirtli içkinin ümumiyyətlə ona aid olmadığını qeyd etmişdir. Lakin, məhkəmənin ünvanlandığı suala cavab olaraq o, həmin otağa aid açarların yoxlama zamanı ondan təhvil alındığını qeyd etmişdir. Təsərrüfat otağına aid açarların Təqsirləndirilən şəxs üzərində olması onun oradan mütəmadi olaraq istifadə etməsini göstərir. Belə olduğu halda isə digər məhkumların təsərrüfat otağına onun məlumatı olmadan özlərinə məxsus əşyaları yerləşdirmələri az inandırıcıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2 azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin ediləcək cəza Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 05 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 29 gün hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd “X7” markalı smart saat, 2 ədəd elektrik qidalandırıcı, 1 ədəd “Nokıa WİFİ” markalı router hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içki hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 183,65 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 05 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 29 gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 fevral 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd “X7” markalı smart saat, 2 ədəd elektrik qidalandırıcı, 1 ədəd “Nokıa WİFİ” markalı router hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və üzərində “Glenmorangie” göstəricisi olan 1 litr həcmli şüşə butulkada spirtli içki hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 183,65 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-54/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-54/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver