Məhkəmə qərarları › İş №1(002)-55/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-55/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-55/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1988-ci ildə Yardımlı rayonu, Hamarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində iki azyaşlı uşağı olan), məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, 2-ci qrup əlil olan, Yardımlı rayonu, Hamarkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, habelə özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya “Qaradağ” ərazisində yerləşən 74 ünvanında Zərərçəkmiş şəxs ilə 40 manat pul müqabilində cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs iki saatdan artıq müddət keçdiyini bildirərək getmək istədiyi söyləyərkən öz etirazını bildirmiş və aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əli ilə boyun nahiyyəsindən tutub sıxmış, sifət nahiyyəsindən vurmuş, masanın üzərindəki soyuq silah olmayan mətbəx bıçağı ilə sifət və qol nahiyyəsini zədələmiş, nəticədə Zərərçəkmiş şəxs alt çənin hərəkət məhdudluğu ilə müşayiət olunan sol yanaq nahiyyəsinin şişkinliyi halında əzilməsi və qançırı, boynun sol arxa-yan səthinin dərialtı hematoması, sağ yanağın, alt çənədə solda və sol saidin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra o, Zərərçəkmiş şəxs məxsus boz rəngli qadın əl çantasının içərisində olan bir ədəd dəyəri 10 manat olan açıq boz rəngli uzun formalı pul qabını və içərisində olan 140 manat pulunu açıq yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 150 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128 və 180.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Yardımlı rayonu, Hamarkənd kəndində qeydiyyatdadır. Hazırda Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya “Qaradağ” ərazisində yerləşən 74 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə günorta vaxtlarında Binə qəsəbəsində yaşayan bacısıgilə getmiş, həmin gün yaşadığı ünvana qayıtmaq üçün Binə qəsəbəsindəki taksilərdən biri ilə 20 yanvar metrostansiyası yaxınlığına gəlmişdir. Həmin vaxt saat təxminən 22 radələri olmuşdur. O, bir qədər gəzdikdən sonra istəmişdir ki, pivə içsin elə bu vaxt ondan bir qədər aralıda görmüşdür ki, 20 yanvar metrostansiyasının yaxınlığında onun getdiyi istiqamətdə sonradan adını öyrəndiyi Zəminə adlı qadın yolun kənarında dayanmışdır. O, Zəminənin yanından keçərkən Zəminə ondan siqaretinin olub-olmamasını soruşmuşdur. O da Zəminəyə siqaretinin olduğunu söyləmişdir. Zəminə ondan bir ədəd siqaret istəmişdir. Zəminə bir ədəd siqaret vermiş, həmin vaxt aralarında münasibət yaranmışdır. Münasibət yarananan sonra Zəminəyə təklif etmişdir ki, onunla cinsi əlaqədə olmaq istəyir. Zəminə də bildirmişdir ki, 2 saat ərzində onunla cinsi əlaqədə olmaq 60 manat təşkil edəcəkdir. O, həmin məbləğə Zəminə ilə razılaşmış və yaxınlıqda dayanmış Vaz 2107 minik markalı dövlət qeydiyyat nişanını xatırlmadığı taksi avtomobilinə yaxınlaşmışdır. O, taksi sürücüsü ilə danışıb 10 manata razılaşmışdır ki, onları Sahil qəsəbəsinə aparsın. Daha sonra o qabaq oturacaqda Zəminə isə arxa oturacaqda oturub Sahil qəsəbəsinə gəlmişlər. Yolda yemək üçün bir-iki ərzaq məhsulu və pivə almış, görmüşdür ki, dükanlar bağlıdır. Fikirləşmişdir ki, başqa hər hansı bir ərzaq məhsulu lazım olarsa gecə vaxt qəsəbədə yerləşən açıq dükanlardan birindən alar. Onlar birlikdə onun yaşadığı ünvana gəlmişlər və taxtadan olan küçə qapısını açıb həyətə daxil olduqdan sonra isə evinin taxta qapısını açıb evin içinə keçmişlər. Onlar birlikdə evin içində aldıqları ərzaq məhsullarından bir qismini yedikdən sonra o, pivə içməyə başlamışdır. Daha sonra isə Zəminə ilə bir dəfə könüllü cinsi əlaqədə olmuşdur. Zəminə ilə cinsi əlaqədə olduqdan sonra Zəminə ondan pulunu tələb etmişdir. O da Zəminəyə söyləmişdir ki, üzərində cəmi 20 manat pulu qalmış, gecəni qalsın sabah 40 manatını da verər. Onun bu sözlərindən sonra Zəminə əsəbləşib üstünə qışqırmağa və onun pulunu verməyi tələb etməyə başlamışdır. Bu zaman aralarında mübahisə yaranmış, Zəminəni sakitləşdirmək üçün onun baş nahiyyəsindən tutub sıxmış və əsəbiləşdiyi üçün Zəminən boz rəngli qadın əl çantasının içindəki pul qabısını pəncərədən bayıra atmışdır. Sonra isə görmüşdür ki, Zəminə sakitləşmir, ona demişdir ki, çıxıb bayıra 40 manat tapıb qalıq qalan pulunu verər. O üzərində olan 20 manat pulu evin içində masanın üstünə qoyub Zəminə ilə razılığa gəlmişdir ki, evin içində onu gözləsin və o da pul tapmaq məqsədi ilə evdən çıxmışdır. Həmin vaxt Zəminənin mobil telefonu ilə öz telefonuna zəng etmişdir ki, Zəminənin mobil nömrəsi onun mobil telefonuna düşsün. Elə bu vaxt pul tapmaq məqsədi ilə yaxınlıqda yaşayan bibisi Tuğragilə getmişdir. Baş verənlər barədə bibisi Tuğraya danışmışdır. Bibisi onun istifadəsində olan telefonla Zəminə ilə əlaqə saxlayaraq Zəminəyə bildirmişdir ki, çıxıb getsin evinə, Zəminədə bibisi Tuğraya söyləmişdir ki, pulunu istəyir, heç bir yerə getməyəcəkdir. Zəminə ilə bibisi Tuğra 3-4 dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Zəminə pulunu verməyəcəyi təqdirdə baş verənlər barədə polisə məlumat verəcəyini söyləmişdir. Bir qədər keçmişdir ki, bibisi ilə birlikdə onun yaşadığı ünvana getmişdir. Həmin vaxt yaşadığı ünvanda heç kim olmamışdır. Səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-dən ona zəng olunaraq bildirmişlər ki, Zəminə onun barəsində şikayət etmişdir, buna görə də polis bölməsinə gəlməlidir. O da həmin gün polis bölməsini gedib baş verənlər barədə bildirmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, həyat yoldaşı ilə barışmaqla hal-hazırda iki azyaşlı uşağı ilə birlikdə yaşayırlar. Həyat yoldaşı heç bir yerdə işləməməklə ailədə yeganə qazanc gətirən şəxsdir. Bundan başqa özü də xəstə olmaqla 2-ci qrup əlildir. Törətdiyi əməlindən çox peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, göstərilən ünvanda az yaşlı övladı və anası ilə birlikdə yaşayır. Təxminən üç aydır ki, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “Kontakt Home” yaxınlığında kişi cinsindən olan müxtəlif insanlarla pul müqabilində və razılaşma yolu ilə cinsi əlaqədə olur. O, həftədə 2-3 dəfə həmin əraziyə gəlib müxtəlif insanlarla pul müqabilində cinsi əlaqədə olub pul qazanmışdır. Bildirmək istəmişdir ki, Nizami adlı şəxslə 2020-ci ilin iyul ayının əvvəllərində tanış olmuşdur. Həmin vaxt Nizami ilə cinsi əlaqədə olmuşdur. Bundan başqa Nizami ilə ilk dəfə cinsi əlaqədə olarkən Nizamı adının Kənan olduğunu söyləmişdir. O, Nizami ilə bir dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan sonra Nizamini görməmişdir. Qaradağ RPİ-nin 38-ci PB-nə müraciət etdikdən sonra adının Nizami, soyadının isə Şəkərov olduğunu öyrənmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 22 radələrində “Kontakt Home” yaxınlığında dayanıb müştəri gözləmişdir. Həmin vaxt təsadüfən Nizaminin ona yaxınlaşdığını görmüşdür, Nizami ilə əvvəllcədən görüş təyin etməyi barədə heç bir söhbəti olmamışdır. Görüşləri sırf təsadüf nəticəsində baş vermişdir. Həmin vaxt Nizami ona yaxınlaşıb onunla cinsi əlaqədə olmağı təklif etmişdir. O, Nizamini tanıdığı üçün 1 saat cinsi əlaqədə olmağının qiymətinin 40 manat təşkil etdiyini söyləmişdir. Onlar bir qədər söhbət etmişlər və söhbət zamanı Nizami bildirmişdir ki, yaşadığı ünvan Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşir. O, Nizami ilə 40 manata razılığa gələrkən bildirmişdir ki, əgər Nizaminin yaşadığı ünvana gedirsə cinsi əlaqədə olandan sonra onu taksi avtomobili ilə geri qaytarmaldır. Nizami də ona söz vermişdir ki, narahat olmasın, cinsi əlaqədə olandan sonra taksi avtomobili ilə onu yola salacaqdır. Həmin vaxt Nizami bir qədər aralıda saxlanılmış ağ rəngli dövlət qeydiyyat nişanına fikir vermədiyi taksi avtomobilinə yaxınlaşmışdr. Nizami ondan qabaqda gedib həmin taksi avtomobilinə yaxınlaşaraq taksi avtomobilin sürücüsü ilə təxminən 5-6 dəqiqə söhbət etdikdən sonra onu yanına çağırmış və o da Nizaminin yanına gəlmişdir. Nizami taksi avtomobilində qabaq oturacaqda oturmuş, o isə arxa oturacaqda oturub həmin taksi avtomobili ilə Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişlər. Taksinin pulunu Nizami vermişdir. Sahil qəsəbəsinə çatdıqda görmüşdür ki, kimsəsiz bir yerdə bir mərtəbəli evdir, həmin evin həyətinə girmək üçün taxta qapı vardır. Onlar birlikdə həmin həyətə daxil olub sonra isə evin içinə girmək üçün taxta qapını açıb içəri daxil olmuşlar. Ev bir otaqdan ibarət idi, otaqın kənarında çarpayı da mövcud olmuşdur. Evin içində olarkən Nizamiyə söyləmişdir ki, birinci pulunu versin, sonra isə cinsi əlaqədə olsun. Nizami ona 1 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinazları vermişdir. Nizamidən aldığı həmin məbləği boz rəngli qadın əl çantasının içərisində olan bir ədəd açıq boz rəngli uzun formalı pul qabının içinə qoymuşdur. Bundan başqa da həmin pul qabının içində 1 ədəd 100 manatlıq əskinazı da olmuşdur. Həmin vaxt Nizami bildirmişdir ki, acmışdır gedib yeməyə bir şey alsın. O da Nizami ilə razılaşmış, elə bu vaxt Nizami ona demişdir ki, mobil telefon nömrəsini desin, o da Nizamiyə ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Nizami onun mobil telefon nömrəsini öz telefonuna qeyd edib sonra isə onun mobil telefonuna çağırış atmışdır. Bundan sonra Nizami ərzaq almaq üçün evdən çıxıb getmişdir. Təxminən 10-15 dəqiqə keçmişdir ki, Nizaminin əlində 2 ədəd pivə, 1 ədəd araq və ərzaq məhsulları ilə evin içinə daxil olmuşdur. Nizami gətirdiyi ərzaq məhsullarından yeyərək spirtli içkiləri qəbul etmişdir. Bir qədər keçmişdir ki, Nizami ilə öz arzusu ilə bir dəfə cinsi əlaqədə olmuş, bundan sonra görmüşdür ki, 2 saat keçib Nizamiyə söyləmişdir ki, taksi avtomobili çağırıb onu yola salsın. Elə bu zaman Nizami ona heç bir yerə getməyəcəyini və gecə onunla qalmasını tələb etmişdir. O da qala bilməyəcəyini bildirmişdir. Bu zaman Nizami ilə aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Nizami əli onun saçlarının arxasından tutmuşdur, o da qışqırmağa başlamış, Nizami görmüşdür ki, o qışqırır, onun boyun nahiyyəsindən tutaraq sıxışmışdır ki, qışqırmasın. Daha sonra Nizami evin içində olan masanın üstündən əlamətlərini xatırlamadığı kiçik formalı mətbəx bıçağını götürüb onun sifət nahiyəsini və qolunu bıçaqla zədələmişdir. Daha sonra o, Nizamini özündən aralaşdırmaq üçün əlindən tutarkən Nizaminin əlindəki kiçik formalı əlamətlərini xatırlamadığı mətbəx bıçağı yerə düşmüşdür. Bıçaq yerə düşdüyü üçün Nizami masanın üstündəki burğunu götürüb onun üzərinə hücüm çəkmişdir. O da özünü müdafiə etmək üçün Nizaminin sinəsindən arxaya itələmişdir. Nizami sol əlində burğu ilə onu hədələyərək sağ əli ilə saçlarından, sonradan boyun nahiyyəsindən tutaraq söyləmişdir ki, ona verdiyi 40 manat pulu, bundan başqa da onu həmin ünvana gətirmək üçün 40 manat xərci çıxdığını deyərək həmin məbləği ondan tələb etmişdir. O da Nizamiyə demişdir ki, cəmi 40 manat pul vermişdir, onun müqabilində Nizami ilə cinsi əlaqədə olmuşdur. Elə bu vaxt Nizami boz rəngli qadın əl çantasının içərisində olan bir ədəd açıq boz rəngli uzun formalı pul qabısını götürüb pəncərədən həyətə atmışdır. Sonra isə Nizami söyləmişdir ki, evin içində gözləsin, həyətə çıxıb gedib onun pul kisəsini gətirəcəkdir. Nizami evdən həyətə çıxıb boş şüşə qablarının yanından pul kisəsini götürüb həyətdən çıxıb getmişdir. O fikirləşmişdir ki, Nizami geri qayıdar, evin içində təxminən 5-10 dəqiqə gözləmişdir, lakin görmüşdür ki, Nizami gəlmədi. Bundan sonra o qapıya yaxınlaşıb açmaq istəyərkən görmüşdür ki, qapı açılmır. O, güc toplayıb qapını açmış və görmüşdür ki, evin qapısının arxasına ağır daş parçası vardır. O, belə hesab etmişdir ki, həmin daş parçasını Nizami ona görə qapının arxasına yerləşdirib ki, o evdən çölə çıxa bilməsin. O güc tətbiq edib qapını açıb evdən həyətə çıxmışdır. Həyətə çıxandan sonra Nizamiyə zəng etmişdir. Lakin Nizami telefonun açıb ona cavab verməmiş, təxminən 5 dəqiqə keçmişdir ki, Nizaminin mobil telefon nömrəsindən onun mobil telefon nömrəsinə zəng gəlmiş və həmin şəxs Nizaminin bibisi olduğunu bildirmiş, evdən çıxmadığı təqdirdə evdən çıxmağı üçün adamlar gətirəcəyini söyləmişdir. O da həmin qadına bildirmişdir ki, Nizami həmin vaxt məsuliyyətdən yaxa qurtarmaq və pulu ona qaytarmamaq üçün bibisindən istifadə etmişdir. Həmin vaxt Nizaminin bibisi həmin ünvana gəlməmiş və bundan sonra o, həyətdən küçəyə çıxıb baş verənlər barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər keçdikdən sonra Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları onunla əlaqə saxlayaraq onlarla görüşüb polis əməkdaşlarını hadisənin baş verdiyi ünvana aparmışdır. Onuda qeyd etmişdir ki, Nizami adlı şəxs onun pul qabından ümumilikdə 140 manat pul götürmüş, pul qabısında əlavə pulu olmamışdır. Bundan başqa həmin pul qabının qiyməti də 10 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadələrində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, qızı X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Nizami ilə münasibəti normaldır. Nizami ondan bir qədər aralıda Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya “Qaradağ” ərazisində yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2020-ci il tarixdə təxminən gecə 04 radələrində Nizami onun yaşadığı ünvanda gəlmişdir. O, görmüşdür ki, Nizami spirtli içki qəbul edib, bundan başqa Nizami özünü narahat aparmışdır. Nizamidən nə baş verdiyini soruşmuşdur, Nizami də bildirmişdir ki, Binə qəsəbəsində yaşayan bacısı Kəmaləgildən gələrkən 20 yanvar metrostansiyası yaxınlığında yolun kənarında bir qızla tanış olub. Tanış olduqdan sonra həmin qızla 40 manata cinsi əlaqədə olmaq üçün razılaşaraq o qızı yaşadığı ünvana gətirmişdir. Nizami bildirmişdir ki, qıza 40 manat pul vermişdir. Lakin qız Nizami ilə cinsi əlaqədə olmamış, elə bu vaxt Nizamidə həmin qızdan pulunu tələb edib qıza verdiyi həmin məbləği geri almışdır. Həmin vaxt Nizami ondan xahiş etmişdir ki, öz telefonu ilə həmin qızın nömrəsinə zəng edəcək və o da onunla danışıb Nizaminin yaşadığı ünvandan çıxıb getməyini söyləsin. O da Nizami ilə razılaşıb Nizaminin istifadəsində olan mobil telefon vasitəsi ilə həmin qızla danışıb ona Nizaminin yaşadığı ünvandan çıxıb getməyini bildirmişdir. Həmin qız da ona söyləmişdir ki, Nizami ilə 40 manat pul müqabilində cinsi əlaqədə olmağa razılaşıblar, Nizami ilə onun yaşadığı ünvana gəlmişlər. Bundan sonra Nizami həmin qıza vermiş olduğu 40 manat pulu geri tələb edərək qızdan almışdır. O da həmin qıza demişdir ki, Nizami içkili vəziyyətdədir, yaşadığı ünvana qayıdacaq onda aranızda problem olar və buna görə həmin ünvandan çıxıb getsin. Bir qədər keçmişdir ki, o təkrar həmin qızla əlaqə saxlayıb Nizaminin yaşadığı ünvandan çıxıb-çıxmadığını soruşmuşdur. O da bildirmişdir ki, Nizaminin yaşadığı ünvandan çıxıb getmişdir. Səhər saat təxminən 06 radələrində Nizami demişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət mərkəzinə getməlidir və buna görə də Nizami onun yaşadığı ünvandan çıxıb getmişdir. Təxminən 2 gündən sonra öyrənmişdir ki, Nizami Qaradağ RPİnin 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Qaradağ RPİ-də öyrənmişdir ki, Nizami yaşadığı ünvana gətirdiyi, habelə 40 manat pul müqabilində cinsi əlaqədə olmaq istədiyi həmin qızın adı Zəmindədir. Zəminə adlı qızı o görməmiş, Zəminə ilə Nizaminin istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin Zəminə adlı qızla onun heç bir ədavəti, nədə ki, düşmənçiliyi olmamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə vaxtı orda olmamış, nədəki onların mübahisəsini görməmişdir. Nizaminin dediyinə görə həmin Zəminə adlı qıza 40 manat pul vermiş, lakin qız onunla cinsi əlaqədə olmamış, elə bu vaxt Nizamidə həmin qızdan pulunu tələb edib və qıza verdiyi həmin məbləği geri almışdır. Nizaminin qızdan pul geri aldığı zaman orda olmamış, ona görədə baş vermiş mübahisə vaxtı Nizaminin Zəminə adlı qızdan dəqiq nə qədər pul geri aldığını dəqiq deyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və X9 Hüquqi Şəxsinin xx xxxxxx 2020-ci il tarixli 578 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənin hərəkət məhdudluğu ilə müşayiət olunan sol yanaq nahiyyəsinin şişkinliyi halında əzilməsi və qançırı, boynun sol arxa-yan səthinin dərailtı hematoması, sağ yanağın, alt çənədə solda və sol saidin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Lakin xəsarətlərdən sağ yanağın, alt çənədə solda və sol saidin sıyrıqları şəxsin müayinə zamanı deməsinə görə və qərarın təsviri hissəsində göstərildiyi kimi (ola bilsin bıçaq) təsirindən törənə bilərdilər. Vət. Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərdən xarakter və lokalizasiyalarına görə şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və X9 Hüquqi Şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli 439-MTKŞ/2020 saylı rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur.

2. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı vintaçan alətdir və soyuq silah hesab olunmurlar.

3. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin forması, xarakteri, ölçüləri və morfoloji əlamətlərini və ekspertizaya təqdim edilmiş bıçaq və vintaçan alətin konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsində, alt çənədə solda və sol saidin ön səthində aşkar edilmiş sıyrıqların ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin uc hisssəsi, eləcə də vintaçan alətin işçi metalik hissəsinin hər iki sərbəst ucunun kənarları ilə törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və X9 Hüquqi Şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli, 667/-MTBŞ-2020 saylı rəyindən görünür ki, təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yardımlı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli arayışından məlum olur ki, Yardımlı rayon, Hamarkənd kənd sakini Təqsirləndirilən şəxs filialın qeydiyyatında ümumi xəstəliklə 2-ci qrup əlil olmaqla sosial müavinət alır. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Hamarkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Hamarkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 384 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Quliyeva Fəridə Söhbət qızından (işləmir), oğlu 2012-ci il təvəllüdlü X3 və qızı 2014-cü il təvəllüdlü X2 ibarətdir. Maddi sübut kimi tanınmış 01 ədəd məişət təyinatlı mətbəx bıçağı və 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı vintaçan saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli “cinayət işi üzrə icrata xitam verilməsi haqqında” qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətsə də CPM-in 39.1.11-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128 və 180.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 01 ədəd məişət təyinatlı mətbəx bıçağı və 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 72 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X4 tərəfindən 20 iş saatı və Müdafiəçi tərəfindən 16 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 128-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 01 ədəd məişət təyinatlı mətbəx bıçağı və 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar