Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-55/2022 19.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayətinə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: X7 məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X4, X9 və X8 barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddələrdə nəzərdə tutulan cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, X5 10 sentyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş,2002-ci ildə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 saylı məktəbin birinci sinfinə daxil olub, 2012-ci ildə 319 saylı məktəbi bitirmişdir. 2012-2014-cü illərdə Sosial-iqtisadi Kollecdə təhsil almışdır. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrin “N” saylı hərbi biussəsidə müddətli həqiqi xidmətdə olmuş, 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Şaiq hərbi xidmətdən qaytdıqdan sonra beynindən ənməliyyat olunmuş həkim hərbi xidmətə yararsıq olduğu barədə kağız versə də , Şaiq həmin kağızları gizlətmiş və 2020-ci ilin 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan İşğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində kəşfiyyatçı kimi iştirak etmişdir. X5 15 oktyabr 2020-ci il tarixdə 2-ci X6 istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Oğlunu Lökbatan qəbirstanlıqda dəfn etmişik. Oğlum şəhid olandan sonra “Google” və “İstiqram” sosial şəbəkələrdə jurnalist Tural Müseyibov adlı şəxs tərəfindən oğlumun “LGBT” üzvü olması barədə qeydlər etmiş, sonradan başqa ölkə mətbuatında və eləcə də ölkəmizdə yaşayan blogerlər bu yazıdan istifadə edərək şəhid oğlumun adını ləkələyən ifadələr işlətmişlər. xx.xx.2020-ci ildə Tural X1 və X8 ilə birlikdə bizim evə gəlmişdir. İiəmin xanımlarda oğlumun adının hallandırlımasmda jurnalist Turala yardımçı olmuş və oğlumun barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətmişlər.Oğlu şəhid olmuş, 2016-cı ilin aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmiş, kəşfiyyatçı olmuş və qəhrəmancasına həlak olmuşdur. Belə bir oğlun barəsində sosial şəbəkələrdə işlədilən nəlayiq ifadələr böhtan deyilmi? Şəhidə qarşı edilən çox böyük hörmətsizlikdir.Azərbaycan Respublikası CM-nin 147,1-ci maddəsində göstərilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayətidir.Həmin maddənin 147.2-ci maddəsində göstərilir ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi xahiş olunur. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayəti icraata qəbul edilməsini və X4, X9 və X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 şikayətin cinayət-prossesual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyini bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə, X2 xüsusi ittham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək və eləcədə şikayət ərizəsinin forma və məzmununa riayət edilməməsini nəzərə alaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsinlərin adnı və soyadını ərizədə qeyd etsədə ünvanını ərizədə qeyd etməmiş və bu barədə ərizəyə hər hansı bir sübut əlavə etməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4, X9 və X3 əməllərinin nədən ibarət olmasını hər hansı bir formada əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası CPMnin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materiaların hazırlanmasını hayəta keçirmək xüsusi ittihamçısının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-ci maddəsində göstərilir ki, cinayət işi üzrə yazılı şikayətdə: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Xüsusi ittiham bu tələblərə cavab vermədikdə, CPM-nin 302.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilib məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4, X9 və X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148 -ci maddələri ilə təqsirli bilinmələri barədə X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən İmli ilə düzdür. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-55/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-55/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver