Məhkəmə qərarları › İş №1(002)-55/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-55/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-55/2024 18.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1980-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda cəza çəkən , evli (himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan), ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış,subay, ünvan 2 ünvanda yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1991 -cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 321.1 və 180.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş , Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən cəzadan 10 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2011-c il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, evli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ndə həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcdan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi “Toyota-Prius” markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus yük avtomaşınına aid 500 manat dəyərində bir ədəd sürətlər qutusunu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcdan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində idarə etdiyi “Toyota-Prius” markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 məxsus “Shacman” markalı ** CN *** dövlət nömrə nişanlı yük avtomaşınına aid ümumi dəyəri 1050 manat olan üç ədəd yayı (resor) gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcdan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota-Prius” markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus yük avtomaşınına aid 500 manat dəyərində bir ədəd sürətlər qutusunu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcdan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota-Prius” markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 məxsus “Shacman” markalı ** CN *** dövlət nömrə nişanlı yük avtomaşınına aid ümumi dəyəri 1050 manat olan üç ədəd yayı (resor) gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcdan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota-Prius” markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus yük avtomaşınına aid 500 manat dəyərində bir ədəd sürətlər qutusunu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcdan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota-Prius” markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 məxsus “Shacman” markalı ** CN *** dövlət nömrə nişanlı yük avtomaşınına aid ümumi dəyəri 1050 manat olan üç ədəd yayı (resor) gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. Təxminən 2023-cü ilin iyul ayının sonlarında idarə etdiyi avtomaşınla Şirvan şəhərinə müştəri aparmışdır. Günorta saatlarında Şirvan şəhərinə çatmış, müştərini düşürmüş, dayısıgilə getmiş, lakin dayısı oğlu evdə olmadığından onlarda qalmamışdır. Həmin vaxt Daşqın adlı tanışıyla rastlaşmışdır. Daşqın və onun tanışı İsmayıl ilə birlikdə çayxanaların birinə gəlmiş, çay içib söhət edərkən Daşqın ona “işsizəm Bakı şəhərində iş olsaydı gəlib işləyərdim” sözlərini demiş, o da Daşqına “gedək Bakı şəhərinə mənə sənə kömək edəcəm” demişdir. Bundan sonra onlar Bakı şəhəri, Qobustan qəsəbəsinə gedib oradan metal əşyalar oğurlayıb Şirvan şəhərində satmağa qərar verib birlikdə Qobustan qəsəbəsinə gəlmişlər. Qobustan qəsəbəsində polis bölməsinin binasını bir qədər keçdikdən sonra yaşayış evinin qarşısında küçədə bir ədəd yük avtomaşınına aid sürüətlər qusunu yerə qoyulmasını görüb, avtomaşını həmin yerdə saxlamış, həmin sürətlər qutusunu götürüb, maşının yük yerinə qoyub, Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində metal qəbulu məntəqəsinə gedib, sürətlər qutusunu satıb pulu öz aralarında bölüşdürmüş və özünə çatan məbləği götürüb yaşadığı evə qayıtmışdır.Bir gün sonra onlar yenidən birlikdə Qobustan qəsəbəsinə gəlmişlər. Qobustan qəsəbəsi ərazisinə çatarkən Qobustan qəsəbəsində yerləşən “Socar” məktəbinin qarşısından mağazaya gedib su almaq üçün qəsəbə daxili yola dönmüşdür. Qəsəbə daxili yolla gedərkən yola yaxın evin qarşısında yük avtomaşına aid yayların yığılmasını görmüşlər. Hər üçü belə qərara gəlmişdirlər ki, yayları götürüb aparıb metal qəbulu məntəqəsinə satıb xərclik pulu çıxarsınlar. Onlar 03 ədəd yük maşınlarına aid dəmir materiallarından olan yayları götürüb idarə etdiyi avtomaşının yük yerinə qoyub Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə gəlib, dəmir yayları satıb pulunu aralarında eyni məbləğdə bölüşdürmüş və o Bakı şəhərinə evinə qayıtmışdır. Törətdiyi əməldən peşmandır.Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişdir.Evlidir himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var.Uşağından biri onkoloji xəstəlikdən əziyyət çəkir. .Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin iyul ayının sonlarında Şirvan şəhərində yerləşən Fəhlə bazarı adlanan yerdə çayxanada çay içirmiş. Bu zaman tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla onun oturduğu çayxanaya yaxınlaşmış, onu yanına çağırmış, o, Elşənin yanına gəlmiş, idarə etdiyi avtomaşına əyləşmişdir. Söhbət zamanı Elşən ondan nə işlə məşqul olmağını soruşmuş, o da Elşənə “günəmuzd fəhlə işlədiyini demişdir. Elşən ona “gedək Bakı şəhəri, Qobustan qəsəbəsin orada küçələrdə metallar var onları yığıb sataq pul qazanaq” sözlərini demiş, Elşəndən həmin əşyaların kimə məxsus olmasını, istifadə edilibedilmədiyini soruşduqda Elşən metlalların istifadəyə yararsız olmasını, küçələrə atılmasını bildirmişdir. Sonra Elşən ona “əgər razısansa bir nəfərdə lazım olacaq çünki götürəcəyimiz metal əşyalar ağır ola bilər, ağır metal əşyaları götürüb maşına qoymaq ikimiz üçün çətin olar” sözlərini demişdir. O da Elşənlə razılaşmış, oturub çay içdiyi çayxanaya qayıtmış, çayxana çay içməyə gəlmiş dostu İsmayılı maşına çağırmış, İsmayıl da ora gəlib maşına əyləşmişdir. İsmayıla bu barədə demiş demiş, İsmayıl da razılaşdıqdan sonra həmin gün Qobustan qəsəbəsinə gəlmişlər. Qobustan qəsəbəsində yaşayış evinin birinin qarşısında paslanmış sürətlər qutsunu yerdən çıxarıb, Elşənin idarə etdiyi maşınımın yük yerinə qoyub, Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə gedib, sürətlər qutusunu satıb pulunu öz aralarında bölmüşlər.Bir gün sonra onlar yenidən Qobustan qəsəbəsinə getmişlər.Qobustan qəsəbəsində mağazalar istiqamətinə getdikdən sonra, körpüdən aşağıya düşən kimi sağa dönüb yaşayış məhəlləsinə gəlmişlər. Həmin vaxt yerdə 03 ədəd yük avtomaşınlarına məxsus yay olduğunu gördükləri üçün Elşən maşını orada saxlamış, 03 ədəd yük maşınlarına aid dəmir materiallarından olan yayları götürüb Elşənin idarə etdiyi avtomaşıın yük yerinə qoyub Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə gəlib, dəmir yayları satıb pulunu öz aralarında bölüşdürmüşlər.Törətdiyi cinayət əməlindən peşamandır.Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişdir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 isə sonradan tanımışdır. Belə ki, 2023-cü ilin iyul ayının sonlarında Şirvan şəhərində yerləşən Fəhlə bazarı adlanan yerdə çayxanada Daşqınla birlikdə çay içirmiş. Bu zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla oturduqları çayxanaya yaxınlaşmış, Daşqını yanına çağırmış, Daşqında Elşənin yanına getmiş, bir qədər sonra Daşqın onuna yanına gəlmiş, ona “Bakı şəhəri, Qobustan qəsəbəsi ərazisində dəmir var, gedək onu götürüb bura gətirək və satıb pul qazanaq” sözlərini demiş o da razılaşmışdır. Bundan sonra onlar Qobustan qəsəbəsinə gəlmişlər. Qobustan qəsəbəsində yaşayış evinin birinin qarşısında paslanmış sürətlər qutsunu yerdən çıxarıb, Elşənin idarə etdiyi maşınımın yük yerinə qoyub, Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə gedib, sürətlər qutusunu satıb pulunu öz aralarında bölmüşlər.Bir gün sonra onlar yenidən Qobustan qəsəbəsinə getmişlər.Qobustan qəsəbəsində mağazalar istiqamətinə getdikdən sonra, körpüdən aşağıya düşən kimi sağa dönüb yaşayış məhəlləsinə gəlmişlər. Həmin vaxt yerdə 03 ədəd yük avtomaşınlarına məxsus yay olduğunu gördükləri üçün Elşən maşını orada saxlamış, 03 ədəd yük maşınlarına aid dəmir materiallarından olan yayları götürüb Elşənin idarə etdiyi avtomaşıın yük yerinə qoyub Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində yerləşən metal qəbulu məntəqəsinə gəlib, dəmir yayları satıb pulunu öz aralarında bölüşdürmüşlər.Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, özünə məxsus “Shagman” markalı avtomaşınla yük daşımaqla məşqul olur. Bir neçə ay əvvəl özünə məxsus avtomaşında yay (resor) hissələrində nasazalıq yaranmışdır. Avtomaşını ustaya göstərmiş, usta ona yayları dəyişdimək lazım olduğunu bildirmişdir. Ona görə də yaşadığı evin qaşısında maşının yaylarını təzələmiş, maşının üzərindən çıxmış köhnə yaylar ağır olduğundan həyətə aparmamış, həyətinin qarşısında bir kənara yığmışdır. xx.xx.2023-cü il tarixdə işdə olan zaman axşam radələrində bibisi oğlu Davud telefonla zəng edərək ona “qırmızı rəngli Pirus markalı avtomaşın sizi məhlədə dayanıb yerdə dəmir yığırdı, mən də onlara irad bildirdim, dəmirləri yerə atıb getdilər” sözlərini demişdir. xx.xx.2023-cü il tarixdə saat günorta radələrində evinə gəlmiş, həmin vaxt həyətinin qarşısına yığdığı 04 ədəd yayın (resor) 03 ədədinin yerində olmadığını, bir ədədinin isə yerində qaldığını görmüşdür. Bundan sonra ona qırmızı rəngli Pirus markalı avtomaşınında olan şəxslərin onun avtomaşınına məxsus 03 ədəd yayları oğurlamaları ona məlum olmuşdur. Bir neçə gün həmin avtomaşının kimə məxsus olması barədə sorqalaşma aparmış, sonradan qırımızı rəngli Pirus markalı avtomobildə olan şəxslərin Qobustan qəsəbəsinin digər yerlərində də Yük avtomaşınlarına aid ehtiyat hissəslərini oğurlamaları ona məlum olmuşdur. Həmin maşının sürücüsünü tapa bilmədiyi üçün polis bölməsinə müraciət etmiş, hadisə nəticəsində ona 1050 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstrmişdir ki, əvəllər özünə məxsus Kraz markalı avtomaşınla yük daşımaqla məşqul olmuşdur. Kraz markalı avtomaşını 1990-ci ildə almış, həmin vaxtdan Kraz markalı avtomaşını 2010-cu ilədək işlətmişdir. Kraz markalı avtomaşının sürətlər qutusunda nazaslıq olduğundan 2010-cu ildə həmin sürətlər qutusunu söküb həyətinin qarşısında qoymuşdur. Həmin sürətlər qutusu istifadəyə yararlı olmuş, lakin təmirə ehtiyacı olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdə olmuş, həyətində təmir işlərinə hazırlıq görürmüşlər. Həmin vaxt həyətin çölündə olan Kraz markalı avtomaşının sürətlər qutusu yerində olmamış, bir qədər axtarmış, lakin tapa bilməmişdir. Həmin gün yağışlı hava olduğu üçün həyətinin qarşısında sürətlər qutusunu qoyduğu yerdə avtomaşının təkərinin izlərini aşkar etmiş, bundan sonra naməlum şəxslər avtomaşınla onun həyətinin qarşısına gələrək avtomaşınına aid 500 manat dəyərində sürətlər qutusunu oğurlaması ona məlum olmuşdur. Sürətlər qutusunu axtaran zaman yaxınlıqda olan qəsəbə sakinlərindən biri, onlara xx.xx.2023-cü il tarixdə axşam saatlarında qırımızı rəngli Pirus markalı avtomaşının həmin küçədə dayandığını sonra isə getdiyini gördükləri barədə məlumat vermişdirlər. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, hal-hazırda Şirvan şəhərində metal qəbul məntəqəsini işlədir.Təxminən 2023-cü ilin iyul ayının sonlarında dəqiq günün xatırlamadığı vaxtda axşam radələrində metal qəbulu məntəqəsində işdə olmuşdur. Həmin vaxt Daşqın kimi tanıdığı şəxs ona yaxınlaşmış dəmir resorları satmaq istədiyini bildirmişdir. O, onlara “bu yayları haradan almısınız, kimə məxsusdur” kimi suallar vermiş, Daşqın isə cavab olaraq ona “yaylar mənimdir, şəxsi yük avtomaşnımdan sökmüşəm, ziyanımız çoxdur xahiş edirəm həmin malları baha qiymətə bizdən al” sözlərini demişdir. Razılaşdıqdan sonra resorlara görə Daşqına 190 manat pul vermişdir. Bir neçə gün sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları ona yaxınlaşmış, Qobustan qəsəbəsindən resor və digər yük avtomaşınına aid olan ehtiyat hissələrin oğurlanmasını bildirib, həmin ehtiyat hissələrinin ona satılıbsatılmamasını soruşmuşlar. O da polis əməkdaşların bir neçə gün əvvəl ona 03 ədəd yük avtomaşına aid yay satılmasını bildirib, gördüyü iş barədə polis əməkdaşlarına məlumat verdikdən sonra, bağlamalardan söküb ayırdığı dəmirləri polis əməkdaşlarına təhvil vermişdir. İşdə olan 09 avqust 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri Qaradağ rayonu, ünvan 6 ünvanının qarşısıdır. İşdə olan 31 iyul 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri Qaradağ rayonu, ünvan 7 ünvanının qarşısıdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 avqust 2023-cü il tarixli 9/6283 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş eni 10 sm, qalınlığı 9 mm uzunluğu 169 sm olan yay-12,00 manat, 02 ədəd eni 10 sm, qalınlığı 9 mm uzunluğu 172 sm, olan yay-24,00 (2 əd x 12 man) manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 134 sm olan yay-6,50 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 126 sm yay-6,00 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluqu 114 sm olan yay-5,50 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 122 sm olan yay-6,00 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 90 sm olan yay-5,00 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 78 sm olan yay- 4,50 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 66 sm olan yay-4,00 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 54 sm olan yay-3,50 manat, eni 10 sm, qalınlığı 9 mm uzunluğu 42 sm olan yay-3,00 manat və eni 10 sm, qalınlığı 9 mm uzunluğu 30 sm olan yay-2,50 manatdır. İş materiallarında olan Məhkəmə-Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2335 saylı ekspert rəyindən görünür ki, yoxalnılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi pozulması, kəmağıllıq və. s. psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxalnılan şəxs Təqsirləndirilən şəxs2 içtimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında omuşdur. Buna görə də İƏ.Ağayev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Yoxalnılan şəxs Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Şaqman markalı yük avtomaşına aid 03 ədəd yaylar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar və xx.xx.2023-cü il tarixdə barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ MSY-dən azad edilmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 09.11 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və və xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barsində axtarış elan edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 özü könüllü olaraq istintaqa gəlmiş və həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə axtarış nəticəsində tutulmuş və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutularaq təcridxanaya təhvil verilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bəsii-dən tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzanın əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bəsii-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bəsii-dən verilmiş tələbnamədən görünür ki, Ağayev X6 Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 321.1 və 180.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş , Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən cəzadan 10 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2011-c il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf edərək peşman olması, vurulmuş ziyanı ödəyərək zərəçəkmiş şəxslərin ona qarşı şikayət-tələbin olmaması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayət əməlini əməlini etiraf edərək peşman olması, vurulmuş ziyanı ödəyərək zərəçəkmiş şəxslərin ona qarşı şikayət-tələbin olmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs3 oğlunun əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edərək peşman olması,vurulmuş ziyanı ödəyərək zərəçəkmiş şəxslərin ona qarşı şikayət-tələbin olmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzasının, Təqsirləndirilən şəxs1 barəsində isə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutma altında və həbsdə olduqları 05 (beş) ay 20 (iyirmi) gün, Təqsirləndirilən şəxs1 tutma altında olduğu 3 (üç) gün onlara qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edlmiş cəzanın əvvəlindən, yəni 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd bağlamada yük avtomaşınına aid yayın (resor) saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətiə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında olduğu 03 gün – nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü-ci il tarixli hökmü ilə təyin edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Həbsetmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutma altında və həbsdə olduğu 5 ay 20 gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edisin. Təqsirləndirilən şəxs3 üzərinə Şirvan şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutma altında və həbsdə olduğu 5 ay 20 gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edisin. Təqsirləndirilən şəxs2 üzərinə Şirvan şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd bağlamada yük avtomobilinə aid yayın (resor) saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar