Məhkəmə qərarları › İş №1(002)-56/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-56/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-56/2021 23.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzə yurd yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, 30.07.2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massivdə yerləşən ərzaq mağazasının yaxınlığında X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 10 manata əldə edib üzərində saxlamaqla daşımış, 30.07.2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən dəmir yol xəttinin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Qaradağ RPİ-nin 11-ci PB-in inzibati binasına gətirələrək üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddə qəbul etmiş və narkotik vasitə qəbul etdiyi üçün əvvəllər məhkum olunmuşdur. 30.07.2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2-də yerləşən ərzaq dükanının qarşısından keçib gedərkən Qobustan qəsəbə sakini kimi tanıdığı Zöhrab adlı şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Zöhrab ona narkotik vasitə olan kakos almağı təklif etmişdir. O da narkotik vasitə qəbul etdiyi üçün, Zöhrabın bu təklifi ilə razılaşmış və sonuncudan 10 manat pul müqabilində 01 ədəd siqaretin qara rəngli kağız kəsiyinə yığılmış halda narkotik vasitə olan kakos almışdır. Aldığı narkotik vasitəni əynindəki qara rəngli cins şalvarının sağ arxa cibinə qoymuşdur. 30.07.2020-ci il tarixdə saat 20:30 radələrində narkotik vasitəni qəbul etmək üçün yaşadığı evdən çıxıb dəmiryolu xəttinə tərəf getmişdir. Dəmiryolu xəttinin yanında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək 11-ci PB-in əməkdaşları olduqlarını bildirmişlər, ondan özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim etdikdən sonra, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, 11-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə gəlmiş, inzibati binada onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edib video çəkiliş aparılacağını bildirmişlər. Bundan sonra üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişlər. O da əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd siqaretin qara rəngli kağız kəsiyindəki bükümü masanın üzərinə qoyaraq, həmin bükümdə narkotik vasitə olan kakos adlandırdığı heroin olduğunu bildirmişdir. Həmçinin onunla aparılan sorğu-sual zamanı narkotik vasitəni özü istifadə etməsi üçün 30.07.2020-ci il tarixdə saat 18.00 radələrində Qobustan qəsəbəsi massiv 2-də yerləşən ərzaq mağazasının qarşısında Zöhrab adlı şəxsdən 10 manata alıb üzərində saxladığını, həmin narkotik vasitəni satmaq və ya başqa şəxsə vermək niyyətinin olmadığını bildirmişdir. Həmin büküm açılmış, zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə onların iştirakı ilə protokol tərtib olunmuşdur. O, zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, Ağciyər vərəmindən və bir sıra yanaşı xəstəliklərdən əziyyət çəkdiyini, ailə vəziyyətini, yəni himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in Cinayət Axtarış üzrə sabiq əməliyyat müvəkkili Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq dövründə şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində görünür ki, o 2010-cu ilin iyun ayından DİO-da, 2017-ci ilin iyul ayından isə tutduğu vəzifədə, yəni Qaradağ Rpi-nin 11-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30.07.2020-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, təzə yurd deyilən ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşınması və saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o Qaradağ RPİ-nin 11-ci PB-in rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin 11-ci PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan Şahid2 ilə birlikdə 30 iyul 2020-ci il tarixdə saat 20.30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yerləşən dəmir yol xəttinin yanına gəlmişlər. Qobustan qəsəbəsi, massiv 1-də yerləşən dəmir yol xəttinin yaxınlığında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs də, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar tərəfindən Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 11ci PB-nə gətirilmişdir. PB-də məlum olmuş ki, həmin şəxs xx.xx.1981-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, təzə yurd deyilən ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra istintaq araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükülünü təqdim edərək bildirmiş ki, bükümün içərisində narkotik vasitə olan “kakos” vardır. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan “Zöhrab” adlı şəxsdən 10 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və müstəntiq tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Bundan başqa istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı “Zöhrab” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq PB-nə gətirilməsindən ötrü yenidən əməliyyat qrupu təşkil olunmuşdur. Zöhrab adlı şəxsin 17.08.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanında qeydiyyatda olan X9 olması müəyyən olunmuş və əməliyyat qrupuna daxil olan iştirakçılar ilə birlikdə 31.07.2020-ci il tarixdə saat 23.30 radələrində Qobustan qəsəbəsi, Torağay yolu küçəsində yerləşən 11 saylı evin qarşısına gəlib bir nəfər şəxsin Zöhrab Abbasova bənzədiyini görüb Zöhraba yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs, X9 olduğunu bildirmiş və onlar tərəfindən Zöhrab Abbasova narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra istintaq araşdırmasına başlanılmışdır. Araşdırma zamanı X9 müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə xidməti otaqda Zöhrab Abbasovun üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Zöhrab Abbasova təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Zöhrab Abbasov əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş 03 ədəd bükülünü təqdim edərək bildirmiş ki, bükümlərin içərisində narkotik vasitə olan “kakos” vardır. Bundan başqa Zöhrab Abbasovun üzərinə baxış keçirilmiş, Z.Abbasovun üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Zöhrab Abbasov üzərində aşkar olunmuş 03 ədəd bükümü və 01 ədəd Təqsirləndirilən şəxs satdığı bükümləri 30.07.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesində yerləşən “avtobaza” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatları barədə heç bir məlumatı olmadığı şəxsdən hər bükümünü 8 manata aldığını bildirmişdir. Zöhrab Abbasovdan götürülmüş 03 ədəd büküm açılmış, hər bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəklində, kəskin spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkar olunmuş, həmin bükümlər müstəntiq tərəfindən zərfə qoyulmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ceyhun və Zöhrab onlar tərəfindən saxlanılarkən heç bir tabesizlik göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab etmiş, habelə Şahid3 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq dövründə şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində görünür ki, o, Qaradağ RPİ-nin 11-ci PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 30.07.2020-ci il tarixdə Polis bölməsində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bunun üçün videoçəkiliş aparmasını bildirmişlər. O da etiraz etməmiş və Polis Bölməsində otaqların birində Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X8 və polis əməkdaşları Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PB-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Müstəntiq Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükülünü təqdim edərək bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Zöhrab adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənmiş və müstəntiq tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Bundan başqa istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı “Zöhrab” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq PB-nə gətirilməsinə gətirilmiş, üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Zöhrab Abbasova təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Zöhrab Abbasov əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş 03 ədəd bükülünü təqdim edərək bildirmişdir ki, bükümlərin içərisində narkotik vasitə olan “kakos” vardır. Bundan başqa Zöhrab Abbasovun üzərinə baxış keçirilmiş, Z.Abbasovun üzərindən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Zöhrab Abbasov üzərində aşkar olunmuş 03 ədəd bükümü və 01 ədəd Təqsirləndirilən şəxs satdığı bükümləri 30.07.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesində yerləşən “avtobaza” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatları barədə heç bir məlumatı olmadığı şəxsdən hər bükümünü 8 manata aldığını bildirmişdir. Zöhrab Abbasovdan götürülmüş 03 ədəd büküm açılmış, hər bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəklində, kəskin spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkar olunmuş, həmin bükümlər müstəntiq tərəfindən zərfə qoyulmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 30 iyul 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 16, 25) Şəxsi axtarış və götürmə aparılması haqqında 30 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd büküm çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, həmin narkotik vasitəni 30.07.2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massivdə yerləşən ərzaq mağazasının yaxınlığında “Zöhrab adlı tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd bükümün içərisinə baxış keçirildikdə tünd qəhvəyi rəngli, toz şəklində kəskin spesifik iyə malik olan, narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin qara rəngli kağızında olan narkotik maddəyə oxşar kütlə 01 ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 223 saylı möhürlə möhürlənərək götürülmüş, əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. (i.v. 34- 35) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 1/4030 saylı, 31 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı OPİ (opif) və AMP (amfetamin) qrupu preparatları aşkar olundu. (i.v. 77) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2020-ci il tarixli, 6/1430 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... X4 ...” sözləri olan zərfdəki (zərf № 1) üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,091 qr., 1,043 qr., 1,234 qr., ümumi təmiz çəkisi 3,368 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “... Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki (zərf № 2) bir ədəd bükümdə təmiz çəkisi 0,500 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 və 2 №-li zərflərdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, 1 №-li zərfdəki heroinin ümumi təmiz çəkisi – 3,368 qram, tədqiqata sərf olundu – 0,090 qram, qalıq – 3,278 qram. 2 №-li zərfdəki heroinin təmiz çəkisi – 0,500 qram, tədqiqata sərf olundu – 0,030 qram, qalıq 0,470 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 manat təşkil edir. (i.v. 78-83) Qaradağ Rayon Məhkəməsinin 01 avqust 2020-ci il tarixli, 4(002)-89/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 iyul 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 143-144) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01.09.2020-ci il tarixli cavabından və Salyan Rayon Məhkəməsinin 7(057)-301/2013 saylı, 24 iyun 2013-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, CM-nin 69.3cü maddəsinin tələbləri nəzərə alınmaqla 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə cəzasının çəkilməmiş 01 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v 182, 226-227) Qaradağ Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 4(002)-137/2020 saylı qərarından görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1ndə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəto 01 ay, yəni 30 noyabr 2020-ci il tarixədək uzadılmışdır. (i.v. 221-222) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X10-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 10 sentyabr 2020-ci il tarixli, 2493 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 223-224) Sübutların qiymətləndirilməsi barədə 05 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham qüvvədə saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi- 0,500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və X4 aşkar edilərək götürülmüş ümumilikdə 03 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlərdə ümumi təmiz çəkisi – 3,368 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin narkotik vasitə olan heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 3,278 və 0,470 qram kağız bükümün içərisindəki hissəsi saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. X5 Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair toplanmış ********* nömrəli cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəzərə alınmışdır. (i.v. 238-248) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 tərəfindən məhkəməyə təqdim edilmiş 01 dekabr 2020-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasından “Ağciyər vərəmi” diaqnozu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1nə daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda son kliniki diaqnoz “Sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi, infiltrasiya mərhələsində, VM (+) pozitiv. İİV infeksiya, İİİ klinik mərhələ. İkincili anemiya. Generalizə olunmuş limfoadenopatiya. “C” viruslu hepatit, subklinik mərhələ” təsdiqlənmişdir. Xəstə 12.08.2020-ci il tarixdə 1-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmişdir. Halhazırda xəstənin müalicəsi proqram üzrə davam etdirilir, ümumi vəziyyəti orta ağırdır. Ölkədə COVİD-19 pandemiyasının davam etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs müəssisədən göndərilməsi məqsədəuyğun hesab edilmir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəndəsi 23 mart 2019-cu il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ağciyər vərəmi və hepatit “C” xəstəliyindən əziyyət çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi və onun əvvəllər satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni üzərində saxlamaqla daşımasına görə məhkum olunması isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 30 iyul 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 iyul 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməlidir (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq ibtidai istintaq dövründə 75 (yetmiş beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 75 (yetmiş beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 450 (dörd yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,470 qram qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81,82 (səksən bir manat, səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 75 (yetmiş beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 450 (dörd yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar