Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-56/2022 24.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, X5 müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 şikayətinə məhkəmənin binasında, açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X5 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair şikayətinin məhkəmənin icraatına qəbul edilərək məhkəmə baxışına təyin edilməsini, X5 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətində göstərmişdir ki, o, hazırda ünvan 1 ünvanında yerləşən E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində tərbiyəçi işləyən X11 06 yanvar 2022-ci il tarixdə saat 08:30 radələrində ünvan 2 ünvanında yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbin İİ korpusunda dəhlizdə kütləvi çıxışda, yəni 10-a yaxın müəllim və tərbiyəçinin yanında onu '“(X3) əxlaqsız, rüşvətxor, pul yığan və korrupsiyoner adlandıraraq şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və yalan olduğunu biləbilə onu ağır cinayətin törədilməsində ittiham etmək kimi böhtan xarakterli məlumatları qəsdən yaymışdır. Belə ki, X5 həmin hərəkəti törətməsi zamanı müəllim heyətindən X28 '(***-***-**-**), X12 (***-***-**-**), X15 (051-932-543-03), X8 (***-***-**-**), X17 (***-***-**- **), X13 (***-***-**-**), tərbiyəçilərdən X6 (***-***-**-**), X22 (***-***-**-**), X14 (***-***-**- **), uşaq birliyinin rəhbəri X9 (***-***-**-**), təsərrüfat işləri üzrə direktor müavini X7 (***- ***-**-**) və digərləri olmuşdur. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, X11 tərəfindən Ombudsmana şikayət ərizəsi ünvanlanmış, həmin şikayət ərizəsi aidiyyatı üzrə Təhsil Nazirliyinə göndərilmiş, həmin ərizə ilə əlaqədar olaraq Təhsil Nazirliyinin əməkdaşı tərəfindən çağırılaraq ondan izahat verməsi tələb edilmiş, izahat verməsinə səbəb kimi isə X5 yazdığı ərizədə onun rüşvət alması halının qeyd olunması göstərilmişdir. X2 tərəfindən yazılmış ərizədə göstərilən xüsusatlar heç bir fakta əsaslanmamış, ona şər və böhtan atılmış, bununla da onun işgüzar nüfuzuna xələl yetirilmişdir. Həmin ərizə 11.01.2022-ci il tarixdə pedoqoji şuranın iclasında da elan və müzakirə olunmuşdur. Həmin iclasda da iştirak edən bütün həmkarları akt ilə təsdiq etmişlər ki, o heç kimdən rüşvət almamışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəməyə yazılı ərizə təqdim edərək X11 ilə barışdığına görə xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş X11 öz izahatında şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, o, sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində tərbiyəçi işləyir. Onun 30 illik iş stajı vardır. Qeyd olunan 9 nömrəli xüsusi internat məktəbində keçən ilin ortalarında rəhbərlikdə dəyişiklik olmuş və yeni direktor təyin olunmuşdur. Həmin Afaq xanım adlı direktor vəzifəyə gəldikdən sonra işçilərin iş saatlarını azaltmışdır. Tarixi yadında qalmayan bir gün onun iştirak etmədiyi iclasdan sonra digər həmkarları tərəfindən ona məlumat verilmişdir ki, onun da iş saatı azaldılacaqdır. O da imkanı olmadığı üçün qorxuya düşmüş və Afaq xanımın otağına getmişdir. Afaq xanım onu qəbul etdikdən sonra aralarından anlaşılmazlıq olmuş, o işdən çıxarılmasından qorxduğu üçün hüquqlarını qorumaq məqsədilə Ombudsmana şikayət yazmış və həmin şikayət ərizəsində işlədiyi yerin rəhbərliyi haqqında qeyri-etik ifadələr yazmışdır. Bundan sonra həmin şikayətdə adını çəkdiyi X4 ilə aralarında gərginlik yaşanmış, lakin o, Pənah Nəcəfquliyevə qarşı heç bir təhqiredici, şər və böhtan xarakterli ifadələr işlətməmiş, daha sonra ərizəsində göstərdiyi halları inkar edən ərizə yazmış və Təhsil Nazirliyinə ünvanlamışdır. O, izahatında son olaraq xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə, X1 xüsusi ittiham qaydasında verdiyi şikayəti və barışıq ərizəsini, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X11 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə tərəflər barışdığına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 39.1.8.-ci maddəsinin tələbindən aydın olur ki, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.7-ci maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinin tələbindən aydın olur ki, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməklə iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-56/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-56/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver