Məhkəmə qərarları › İş №1(002)-56/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-56/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-56/2023 02.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 09 avqust 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanının mətbəx otağında ailə-məişət mübahisəsi zəmnində aralarında yaranmış münaqişə zamanı döşəmə taxtası ilə arvadı Zərərçəkmiş şəxs qollarına və sağ ayağına vurmuş, daha sonra döş qəfəsinə yumruq zərbəsi vurduqdan sonra mətbəx bıçağını götürüb sonuncunun qarın nahiyyəsinə bıçaqla bir dəfə vurub Zərərçəkmiş şəxs döş qəfəsin ön səthinin, sağ bazu və sağ bud nahiyələrinin qançırları, qarnın ön səthinin səthi kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, habelə sol said nahiyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, onların nikahdan iki övladı olmuş, bir övladları rəhmətə getmiş, bir azyaşlı övladı da hazırda onun himayəsindədir, psixoloji qüsuru vardır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində o, işdən yaşadığı ünvana gəlmişdir. O, bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün səhər evdən çıxanda həyat yoldaşı Şərqiyyəyə demişdir ki, paltarlarını yuyar. O, Şərqiyyənin paltarlarını yumadığını görüb əsəbiləşmiş və Şərqiyyədən soruşmuşdur ki, nə üçün paltarlarını yumamışdır. Şərqiyyə isə ona demişdir ki, yuyucu toz olmadığı üçün onun paltarlarını yumamışdır. Həmin vaxt arvadı Şərqiyyə yemək hazırlayırmış, əlində bıçaq olmuş və əlindəki bıçağı yerə atmışdır. Bu mövzuda onların arasında sözlə mübahisə yaranmış və o, əsəblərini cilovlaya bilməyib mətbəxdə olan pol taxtasını götürüb Şərqiyyənin üstünə yeriyib bir dəfə sağ, bir dəfə sol qoluna, bir dəfə də sağ ayağına vurmuşdur. Bundan sonra o, pol taxtasını kənara atıb bir dəfə də onun döş qəfəsinə yumruq vurmuşdur. Şərqiyyə mübahisəni davam etdirdiyi üçün o, Şərqiyyənin yerə atdığı mətbəx bıçağını götürüb onun qarın nahiyyəsinə bıçaqla yüngül zədə yetirmişdir. Buna görə də Şərqiyyə ondan şikayət etmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, dava-dalaş yaşadıqları evdə, yəni Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanının mətbəxində baş verib, həmin vaxt mətbəxdə ikisindən başqa heç kim olmamışdır. Dava-dalaşa səbəb Şərqiyyə ilə arasında yaranan sözlə mübahisə olub. Dava-dalaş təxminən 3-4 dəqiqə davam etmiş və səs-küyə qonşulardan heç kim yaşadıqları evə gəlməmişdir. Arvadı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi pol taxtasının və bıçağın harada olmasını dəqiq bilmir, onun bildiyinə görə Şərqiyyə dava-dalaşdan sonra həmin əşyaları zibilliyə tullamışdır. Arvadı Zərərçəkmiş şəxs onun paltarlarını yumadığı üçün ona iradını bildirmişdir, Şərqiyyə ona kobud cavab verdiyi üçün o da onu söymüşdür. O, rəsmi qaydada heç bir yerdə işləməsə də Lökbatan dairəsində qeyri-rəsmi olaraq avtomaşınların hərəkətini nizamlayır, əldə etdiyi pulun bir hissəsini ailəsinə, bir hissəsini isə spirtli içkiyə verir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3-də ailəsi ilə birlikdə yaşayır. O, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların nikahından hazırda bir azyaşlı övladları vardır, övladlarının psixoloji qüsuru vardır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər tezdən Pərviz yaşadıqları evdən çıxıb işə getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində əri Pərviz işdən yaşadıqları ünvana gəlmişdir. Pərvizin spirtli içki qəbul etməsi açıq-aydın hiss olunurmuş. O, mətbəxdə yemək hazırlayırmış. Pərviz heç bir səbəb olmadan onun və ölənlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O isə Pərvizə demişdir ki, onu və ölən qohumlarını nahaq yerə nalayiq sözlərlə təhqir edir, ona dediyi söyüşlər öz əzizlərinə getsin. Həmin vaxt o, yemək hazırlayırmış, əlində bıçaq var imiş, o, əlindəki bıçağı yerə atmışdır ki, Pərvizin sözlərinə özünü saxlaya bilməyib bıçaqla ona xəsarət yetirər. Bu mövzuda onların arasında sözlə mübahisə yaranmış və Pərviz mətbəxdə olan pol taxtasını götürüb onun üstünə yeriyib bir dəfə sağ, bir dəfə sol qoluna, bir dəfə də sağ ayağına vurmuşdur. Bundan sonra Pərviz pol taxtasını kənara atıb bir dəfə də döş qəfəsinə yumruq vurmuşdur. Daha sonra Pərviz yerə atdığı mətbəx bıçağını götürüb onun üstünə gəlib qarın nahiyyəsinə bıçaqla bir dəfə xəsarət yetirmişdir. O da buna görə DİN-nin 102 xidmətinə zəng vurub Pərvizin onu döyməsini bildirmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə əri Pərviz Baxşıyev onu yaşadıqları evin mətbəxində döymüşdür, həmin vaxt mətbəxdə ikisindən başqa heç kim olmamışdır. Dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir və səs-küyə qonşulardan heç kim yaşadıqları evə gəlməmişdir. O, sağ və sol qolundan, döş qəfəsindən, sağ ayağından qarın nahiyyəsindən xəsarət almışdır. X6 xəsarət yetirdiyi pol taxtasını və bıçağı dava-dalaşdan sonra yeri yadında qalmayan zibilliyə tullamışdır. Əri tez-tez spirtli içki qəbul etməklə mütəmadi olaraq evdə dava-dalaş yaradaraq onu incidir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 15 avqust 2022-ci il tarixli 576 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər-döş qəfəsin ön səthinin, sağ bazu və sağ bud nahiyələrinin qançırları, sol said nahiyəsinin dərialtı hematoması, qarnın ön səthinin səthi kəsilmiş yarası. Göstərilən xəsarətlərdən döş qəfəsin ön səthinin, sağ bazu və sağ bud nahiyələrinin qançırları və sol said nahiyəsinin dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən, qarnın ön səthinin səthi kəsilmiş yarası isə deşici-kəsici əşya (alət) təsirindən, müayinədən 3-5 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür, dərəcəsinə görə sol said nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, döş qəfəsin ön səthinin, sağ bazu və sağ bud nahiyələrinin qançırları, qarnın ön səthinin səthi kəsilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş Baxışzadə Muradın atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 14 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 84 (səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 84 (səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar