Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-57/2024 16.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X14 İslah oğlunun sədrliyi,Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 İsmyıl qızı və Zərərçəkmiş şəxs2 qızının iştirakları ilə, xx xxx 1975-ci ildə Salyan Rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 avqust 2011 -ci il tarixdən başlayaraq hər ay 80,00 manat sabit pul məbləğində alimenti övladları 17 aprel 2000-ci il təvəllüdlü X8 və 18 sentyabr 2001-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs1 xeyrinə ödəməsinə dair Neftaçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 avqust 2011 -ci il tarixli, 2(053)-413/2011 saylı qətnaməsinin və 13 may 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 70,00 manat, iki uşağa cəmi 140,00 manat sabit pul məbləğində alimenti övladları 05 dekabr 2008-ci il təvəllüdlü X7 və 29 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə Zərərçəkmiş şəxs2 qızının xeyrinə ödəməsinə dair Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 avqust 2015-ci il tarixli, 2(050)-1249/2015 saylı məhkəmə aktının icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 3(002)-149/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat və Bakı Apelyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(103)-1814/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğlərində inzibati cərimə edilməsinə, məhkəmə qətnamələrini icra etməsi ilə əlaqədar ona 17 avqust 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 07 sentyabr 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə 6026,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və 10320,00 manat aliment borcunu Zərərçəkmiş şəxs2 qızına ödəməmiş, habelə sonunculara maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, müxtəlif ünvanlarda usta işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ədilova llhamə İsmayıl qızı ilə 1999-cu ildə evlənmiş, birgə nikahlarından X12 və X6 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2009-cu ildə nikahlarına xitam verilmiş və övladları sonuncunun himayəsinə verildiyi üçün Zərərçəkmiş şəxs1 aliment tələbinə dair Neftçala Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 26 avqust 2011-ci il tarixli, 2(053)- 413/2011 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 03 avqust 2011-ci il tarixdən hesablanmaqla hər ay 80,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 17 aprel 2000-ci il təvəllüdlü Əli Ədilovun və 18 sentyabr 2001-ci il təvəllüdlü Nazənin Ədilovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün llhamə Ədilovanın xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 qızı ilə 2008-ci ildə qeyri rəsmi evlənmiş, birgə nikahlarından X10 və X9 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ondan ayrıldığı üçün 2015-ci ildə aliment tələbinə dair Masallı Rayon Məhkəməsində Zərərçəkmiş şəxs2 tərəfindən ona qarşı iddia qaldırılmış, məhkəmənin 07 avqust 2015-ci il tarixli, 2(050)-1249/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 13 may 2015-ci il tarixdən hesablanmaqla 05 dekabr 2008-ci il təvəllüdlü Ə.Xamiyevin və 29 oktyabr 2010-cu il təvəllüdlü E.Xamiyevin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 70,00 manat, iki uşağa cəmi 140,00 manat sabit pul məbləğində aliment ondan tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan əlavə ifadəsində bildirmişdir ki, atası dünyasını dəyişən vaxtadək yəni, 2015-ci ildən 2020-ci ilədək sonuncunun pensiyasından çıxılaraq hər ay stabil olaraq 100 manat pul Zərərçəkmiş şəxs2 xeyrinə ödənilmişdir, bundan əlavə, 2022-ci ildən bu günə kimi sonuncunun anasının pensiyasından çıxılaraq hər ay stabil olaraq 50 manat pul Zərərçəkmiş şəxs2 xeyrinə ödənilmişdir, lakin sonradan məlum olmuşdur ki, həmin pullar aliment borcunun silinməsinə yönəlməmişdir. O, uzun müddət Rusiyada yaşamış, lakin valideyinlərinin pensiyasından pul çıxıldığı üçün borcunun bu qədər yığılmasından xəbəri olmamışdır. Atasının vəfatından sonra Bakıya gəlmiş və Zərərçəkmiş şəxs2 2000 manat pul vermişdir. Aliment borcunu ödəməkdən boyun qaçırmadığını, ödəmək istədiyini, hazırda maddi vəziyyətinin pis olduğunu və məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində onun qərəzli şəkildə aliment borcunu ödəməkdən yayınmaması kimi göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslər, şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1999-cu ildə evlənmiş, birgə nikahlarından X12 və X6 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2008-ci ildə Mahirə qarşı nikahlarına xitam verilməsinə Neftçala Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 09 yanvar 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladları onun himayəsinə verildikdən sonra Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün sonuncuya qarşı aliment tələbinə dair həmin məhkəmədə iddia qaldırmış, məhkəmənin 26 avqust 2011-ci il tarixli, 2(053)-413/2011 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 03 avqust 2011-ci il tarixdən hesablanmaqla hər ay 80,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 17 aprel 2000-ci il təvəllüdlü Ə.Ədilovun və 18 sentyabr 2001-ci il təvəllüdlü N.Ədilovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 3(002)-149/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat və Bakı Apelyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(103)-1814/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi təqdirdə məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş digər Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə qeyri rəsmi evlənmiş, birgə nikahlarından X10 və X9 doğulmuş, sonra birgə yaşamaqları mümkün olmadığından onlar ayrılmış, Mahir övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün Təqsirləndirilən şəxs qarşı aliment tələbinə dair Masallı Rayon Məhkəməsində iddia qaldırmışdır, məhkəmənin 07 avqust 2015-ci il tarixli, 2(050)-1249/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 13 may 2015-ci il tarixdən hesablanmaqla 05 dekabr 2008-ci il təvəllüdlü Əli Xamiyevin və 29 oktyabr 2010-cu il təvəllüdlü Eşqin Xamiyevin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 70,00 manat, iki uşağa cəmi 140,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, lakin sonuncu alimenti ödəməkdən bir mənalı imtina etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 3(002)-149/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat və Bakı Apelyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(103)-1814/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan əlavə ifadəsində bildirmişdir ki, icra məmuru Şahid1 Təqsirləndirilən şəxs rəsmi iş yerinin olmadığı üçün Mahir məşğulluq idarəsinə müraciət edərək ona köməklik etməsini, borcunu ödəmək imkanın yaranmasını bildirsədə, sonuncu icra məmurunun təklifini rədd etmiş və bu da bir daha ona dəlalət etmişdir ki, Təqsirləndirilən şəxs aliment ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Öz aliment borcunu tam tələb edir. Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi təqdirdə isə məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsində böyük icra məmuru vəzifəsində işləyir. 17 aprel 2000-ci il təvəllüdlü X8 və 18 sentyabr 2001-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli 03 avqust 2011-ci il tarixdən hesablanmaqla hər ay 80,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Ədilova llhamə İsmayıl qızının xeyrinə ödənilməsinə dair Neftaçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 avqust 2011-ci il tarixli, 2(053)- 413/2011 saylı və 05 dekabr 2008-ci il təvəllüdlü X7 və 29 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar 13 may 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 70,00 manat, iki uşağa cəmi 140,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 qızının xeyrinə ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 avqust 2015-ci il tarixli, 2(050)-1249/2015 saylı qətnamələri icra üçün Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş, icra sənədləri icraata qəbul edilərək 24 oktyabr 2011-ci il və 12 oktyabr 2015-ci il tarixlərdə icraata başlanma haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildirişlər təqdim edilməsinə baxmayaraq o, alimenti ödəmədiyi üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 3(002)-149/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat və Bakı Apelyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(103)-1814/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmiş, qətnamələri icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətsizliyini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsində icra məmuru işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nefçala Rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)- 413/2011 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 03 avqust 2011ci ildən başlayaraq 17 aprel 2000-ci il təvəllüdlü X8 və 18 sentyabr 2001-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 80 manat sabit pul məbələğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş materiallarında olan 24 oktyabr 2011-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Nefçala Rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)-413/2011 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan 24 oktyabr 2011-ci il tarixli “Tələbin könüllü olaraq icrası haqqında” bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Nefçala Rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)-413/2011 saylı qətnaməsini könüllü icra etməsi təklif edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 06 yanvar 2012-ci il tarixli, 8(002)-640/2012 saylı qərarından görünür ki, Qaradağ Rayon icra şöbəsinin təqdimatı təmin edilərək Təqsirləndirilən şəxs məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(050)- 1249/2015 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 05 dekabr 2008-ci il təvəllüdlü X7 və 29 oktyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbələğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs2 qızına ödənilməlidir. İş materiallarında olan 12 oktyabr 2015-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 07 avqust 2011-ci il tarixli, 2(050)-1249/2015 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan 12 oktyabr 2015-ci il tarixli “Tələbin könüllü olaraq icrası haqqında” bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 07 avqust 2011-ci il tarixli, 2(050)-1249/2015 saylı qətnaməsini könüllü icra etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin qəbzindən görünür ki, Ədilov X2 Çinarə Səbri qızının adına olan 410100D**********113 saylı kart hesabına 2000( iki min ) manat ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-149/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Ədilov X4 Rayon Məhkəməsinin 26 avqust 2011 -ci il tarixli, 2(053)-413/2011 saylı və Masallı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(050)-1249/2015 saylı qətnamələrini icra etmədiyi üçün 500 ( beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(002)-28/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş “SMS bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30:58-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə “cinayət məsuliyyətinə cəlb olunması barədə” xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin 01 mart 2022-ci il tarixli bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-149/2022 saylı qərarı icra etmək bildirilmiş, əks halda CM-nin 306-cı maddəsi ilə məsuliyyət barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-596/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1814/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-596/2022 saylı qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1814/2022 saylı qərarı icra emək bildirilmiş, əks halda CM-nin 306-cı maddəsi ilə məsuliyyət barədə xəbərdar olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən də olsa etirafedici ifadəsi zərərçəkmiş şəxslərin və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə qərar və qərardadları, habelə digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Ədilov X3 Rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)-431/2011 saylı və Masalı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(050)-1249/2015 saylı icra vərəqələrini icra etməməyə görə iki dəfə inzibati qaydada cərimə edilmişdir, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədlərini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 23.11. 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eyni xarakterli əməlin onun tərəfindən yenidən törədilməsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs borcunun aliment borcu olmasını, yəni yetkinlik yaşına çatmayan uşaqların maddi mənafeyi ilə bağlı olmasını, borcun kifayət qədər miqdarda olmasını, hər iki zərər çəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 noyabr 2023-ci il tarixdən 23 noyabr 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir, barəsində seçilmiş baqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilİ Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 ( iyirmi doqquz ) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(002)-57/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-57/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver