Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-57/2025 28.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Şirvan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin tarixli qərarı ilə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə saat 18:40-da narkotik vasitə və psixotrop maddələrdən istifadə nəticəsində sərxoşluq halında, idarə etdiyi “Hyundai Grandeur” markalı AZ ** NA *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov və Z.Qasımov küçələrinin kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət yolunda «Dayanmadan keçmək qadağandır» yol nişanının olmasını nəzərə almalı, avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, soldan baş yol ilə yolayırıcına daxil olan avtomobilin hərəkətinə üstünlük verərək ona yol verməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, avtomobili «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib nəqliyyat vasitəsini dayandırmadan 80 km/saat sürətlə yolayrıcına daxil olaraq baş yolla, yəni M.Seyidov küçəsi ilə hərəkət edən, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 190” markalı AZ ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Mercedes Benz 190” markalı AZ ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobil idarəolunmaz vəziyyətdə fırlanaraq, yol kənarında olan divara çırpıldığından, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün qapalı yerdəyişmiş sınığı, sol dirsək oynağının arxa səthinin və sol kürək sümük proyeksiyasının sıyrıqları ilə müşayiət edilən və ümumilikdə sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında “Hyundai Grandeur” markalı Az ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və 22 avqust 2024-cü il tarixdə həmin avtomobillə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 21-ci məhəllə küçəsi ilə hərəkətə başlayıb, təxminən 80 km/saat sürətlə mərkəzi küçəyə doğru hərəkətini davam etdirmişdir. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov və Z.Qasımov küçələrinin kəsişməsində hərəkətdə olarkən həmin yolda ona nəzərən soldan gələn “Mercedes Benz” markalı Az ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra avtomobilinin arxa hissəsi yolun kənarındakı “TŞ Təhlükəsiz Şəhər” kamerasının dirəyinə çırpılmışdır. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, hadisə günü narkotik vasitə marixuanadan istifadə etmişdir. O, özünü qismən təqsirli bilməsinin səbəbini isə hadisənin ehtiyatsızlıqdan baş verməsi ilə əlaqələndirir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, DVD diskdəki görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 22 avqust 2024cü il tarixdə saat 18:40-da idarə etdiyi “Mercedes Benz 190” markalı Az ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən “İrşad” mağazasının yanındakı yol ayrıcında ona nəzərən sağdan, ikinci dərəcəli yol olan Z.Qasımov küçəsi ilə sürətlə gələn “Hyundai Grandeur” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil ona yol verməli olduğu halda, yolayrıcına daxil olmuş və onun idarə etdiyi avtomobilə çırpılmışdır. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil fırlanıb yolun solunda səkiyə çırpılmış, o, huşunu itirmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, zərbənin təsirindən yol kənarında olan Şahid1 dəymiş, hazırda isə hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 avqust 2024-cü il tarixdə saat təxminən 18:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “İrşad Telecom” adlı mağaza ilə üzbəüz səkidə dayanb avtobus gözləyərkən qəfildən səs eşitmişdir. O, səs gələn tərəfə baxarkən görmüşdür ki, “Mercedes Benz” markalı açıq boz rəngli avtomobil fırlanıb onun dayandığı səkiyə dəymiş, o, qaçmağa fürsət tapmamış, avtomobilin və ya avtomobildən qopan hansısa detalın ona dəydiyini hiss etmişdir. Hadisə nəticəsində alnının sol tərəfində yüngül xəsarət olmuş, həmin yer qanamışdır. Daha sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası onu 1 saylı X7 aparmış, orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Mercedes Benz 190” markalı Az ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil sənədlə ona məxsus olsa da, həmin avtomobili Zərərçəkmiş şəxs satmışdır. Yol-nəqliyyat hadisəsini şəxsən özü görməmiş, bu barədə oğlu ona telefon vasitəsilə məlumat vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BB204921 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və 19-cu vərəqəsində olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Hyundai Grandeur” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 mülkiyyətində olmaqla etibarnamə əsasında idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan 23 avqust 2024-cü il tarixli, 1/7327 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr- «Kanabinoidlər (THC(+)), psixotrop maddələr-«Amfetamin (AMP(+)), Metamfetamin (MET(+))» sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinin 40–42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 04 sentyabr 2024-cü il tarixli 550 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ körpücük sümüyünün qapalı yerdəyişmiş sınığı, sol dirsək oynağının arxa səthinin və sol kürək sümük proyeksiyasının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X7 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, idarə etdiyi minik avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 46-48-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx.xx.2024-cü il tarixli, 3/2-21490/24 saylı məktubla əldə edilmiş DVD diskdən, cinayət işinin 54-57-ci vərəqələrində olan DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Verbatim DVD-R 4.7 GB 16x speed 120 min.” yazılı diskdə aşağıdakı 04 (dörd) ədəd fayl yerləşir: “TŞ11-018 2-2024-08-22_18h37min00s000ms”, “TŞ11-058 1-2024-08-22_18h40min00s000ms”, “TŞ11-058 2-2024-08-22_18h40min00s000ms” və “TŞ11-058 3-2024-08-22_18h40min00s000ms”. Həmin fayllara bir-bir baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ilk “TŞ11- 018 2-2024-08-22_18h37min00s000ms” adlı fayl “.mp4” formatlı videofayldır. Videofayl 0:04:01 dəqiqə müddətdə davam edir və 22 avqust 2024-cü il tarixdə saat 18:36:59-dan 18:40:59-dək olan müddəti əhatə edir. Videogörüntüdə əks olunan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Rəsul Men” marketin qarşısından keçən Z.Qasımov və 21-ci məhəllə küçələrinin kəsişdiyi yoldur. Həmin videogörüntünün 00:56 saniyəsində, yəni saat 18:37:56-da Təqsirləndirilən şəxs 21-ci məhəllə ilə üzü Z.Qasımov küçəsinə istiqamətdə yaşayış binasının arxa tərəfi ilə asta sürətlə hərəkət edərək, binanın qarşısından Z.Qasımov küçəsinə dönür və oradan da binanın qarşısına tərəf dönərək, videogörüntüdən itir, daha sonra həmin videogörüntünün 03:46 saniyəsində, yəni saat 18:40:45-də idarə etdiyi “Hyundai Grandeur” markalı AZ ** NA *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə binanın qarşısından yüksək sürətlə çıxaraq, yolu Z.Qasımov küçəsi ilə sol tərəfə dönür və 03:54-də gözdən itir. Həmin anda videogörüntüdə ətrafda olan şəxslərin Z.Qasımov ilə M.Seyidov küçələrinin kəsişdiyi yerə qaçdıqları müşahidə olunur. Videogörüntü 0:04:01 saniyədə başa çatır. Qeyd edilən görüntü “Təhlükəsiz Şəhər - TŞ11- 018 2” nömrəli videokamera ilə lentə alınmışdır. Daha sonra “TŞ11-058 1-2024-08-22_18h40min00s000ms” fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, fayl “.mp4” formatlı videofayldır. Videofayl 0:05:01 dəqiqə müddətdə davam edir, 22 avqust 2024-cü il tarixdə saat 18:39:58-dan 18:45:00-dək olan müddəti əhatə edir. Videogörüntüdə əks olunan ərazi Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsidir. Videogörüntünün saat 18:40:11-dən 18:40:44-dək olan müddəti ərzində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 190” markalı AZ ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi ilə hərəkətdə olması müşahidə olunur. Bundan sonrakı bir neçə saniyə videogörüntüdə qeyri-adekvat hərəkətlilik və görüntü pozuntusu müşahidə olunur. Sonra videogörüntünün 01:10 saniyəsində, yəni saat 18:41:08-dən etibarən “Mercedes Benz 190” markalı AZ ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin Z.Qasımov küçəsində yerləşən “Zəfər” marketlə üzbəüzdə, yolun sol istiqamətində, sağ yan tərəfi, arxa tərəfi, arxa sağ təkəri və ön tərəfi əzilmiş vəziyyətdə dayandığı, ondan təxminən 10-12 metr arxada bir neçə qadının yığışdığı, bir nəfər (xəsarət alma ehtimalı olan) qadının başını, sağ qolunu və sağ ayağını tutaraq, yolun kənarında olan hasara söykəndiyi, həmçinin ətrafdakı çoxsaylı şəxslərin “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin içərisində olan şəxsə köməklik göstərməyə çalışmaları, yolun içərisində (asfalt örtük üzərinə) çoxsaylı sınmış və qopmuş avtomobil ehtiyat hissələrinin dağıldığı, bir neçə dəqiqədən sonra orada xüsusi geyimdə olan polis nəfərlərinin qaçaraq yaxınlaşdıqları, həm yol kənarında dayanmış xəsarət alan qadına, həm də “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin içərisində olan şəxsə yardım göstərib həmin avtomobildən çıxarmağa çalışdıqları, sonda isə videogörüntünün 04:35 saniyəsində, yəni saat 18:40:33-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Grandeur” markalı AZ ** NA *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin “Təhlükəsiz Şəhər” kamerasına aid metal dirəyə arxası ilə dəyib yolun hərəkət istiqaməti ilə perpendikulyar vəziyyətdə durması, ön və arxa tərəflərin əhəmiyyətli dərəcədə əzilmələri, ətrafda sınmış və qopmuş halda avtomobil ehtiyat hissələrinin dağıldığı, ətrafda çoxsaylı şəxslərin yığıldığı və müşahidə etdikləri görünür. Videogörüntü 0:05:01 saniyədə başa çatır. Qeyd edilən videogörüntü “Təhlükəsiz Şəhər - TŞ11-058 1” nömrəli videokamera ilə lentə alınmışdır. Daha sonra “TŞ11-058 2-2024-08-22_18h40min00s000ms” adlı fayla baxış keçirilərkən müəyyən olunmuşdur ki, fayl “.mp4” formatlı videofayldır. Videofayl 0:05:01 dəqiqə müddətdə davam edir və 22 avqust 2024-cü il tarixdə saat 18:39:58-dan 18:45:00dək olan müddəti əhatə edir. Videogörüntüdə əks olunan ərazi Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsidir. Videogörüntünün saat 18:40:43-də Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Grandeur” markalı ** NA *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə binanın Z.Qasımov küçəsində yerləşən binanın qarşısında həyətindən yüksək sürətlə çıxaraq, üzü M.Seyidov küçəsi istiqamətdə hərəkət etdiyi və videogörüntünün 00:53 saniyəsində, yəni saat 18:40:51-də M.Seyidov küçəsi ilə kəsişmədə, həmin küçə ilə yolun sol zolağı ilə hərəkət edən “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə toqquşduğu, toqquşma anında “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin idarəetməni itirərək, yolun asfalt örtüyü üzərində bir neçə dəfə qeyri-ixtiyari hərəkələ fırlanıb yolun sağ zolağında dayanmış piyada qadını vurduğu, özünün təxminən 10-12 metr məsafəni irəliyə doğru qeyri-müəyyən formada hərəkət edib hasara çırpılaraq, yolun sol tərəfində yerləşən “Zəfər” marketlə üzbəüz saxlandığı müşahidə olunur. Videofaylın sonrakı bir neçə dəqiqəsindəki görüntüyə görə, hadisə anında “Təhlükəsiz Şəhər” kamerasına aid metal dirək silkələnir, ətrafda olan şəxslər həm xəsarət almış piyada qadına, həm də “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin içərisində sürücüyə kömək etmək üçün qaçırlar, xəsarət alan qadın başını, sağ qolunu və sağ ayağını tutur, yolun içərisində (asfalt örtük üzərinə) çoxsaylı sınmış və qopmuş avtomobil ehtiyat hissələri dağılmış vəziyyətdədir, yolun asfalt örtüyündə yanacaq izləri müşahidə olunur, həmçinin bir neçə dəqiq sonra hadisə yerinə çatmış xüsusi geyimli olan polis nəfərləri qaçaraq, həm yol kənarında dayanmış xəsarət alan qadına, həm də “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin içərisində olan sürücüyə yardım göstərib avtomobildən çıxarmağa çalışırlar. Videogörüntü 0:05:01 saniyədə başa çatır. Qeyd edilən görüntü “Təhlükəsiz Şəhər - TŞ11-058 2” nömrəli videokamera ilə lentə alınmışdır. Sonda “TŞ11-058 3-2024-08-22_18h40min00s000ms” adlı fayla baxış keçirilərkən müəyyən olunmuşdur ki, fayl “.mp4” formatlı videofayldır. Videofayl 0:05:01 dəqiqə müddətdə davam edib 22 avqust 2024-cü il tarixdə saat 18:39:59-dan 18:44:59-dək olan vaxtı əhatə edir. Videogörüntüdə əks olunan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov və Z.Qasımov küçələrinin kəsişdiyi ərazidir. Vidoegörüntünün 00:45 saniyəsindən etibarən “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin yüksək sürətlə öndəki avtomobili ötmə əməliyyatı edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi ilə hərəkət etdiyi, daha sonra həmin videogörüntünün sol aşağı küncündə, 00:52 saniyəsində, yəni saat 18:41:51-də yolun sol tərəfində həmin avtomobillə perpendikulyar istiqamətdə, Z.Qasımov küçəsi ilə yüksək sürətlə hərəkət edən “Hyundai Grandeur” markalı ** NA *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə toqquşduğu, həmin anda “Hyundai Grandeur” markalı ** NA *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin qeyri-ixtiyari formada, hərəkəti tənzimləmədən yerində bir neçə dəfə fırlanması və “Təhlükəsiz Şəhər” kamerasına aid metal dirəyin silkələndiyi görünür, “Mercedes Benz 190” markalı ** XY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobil videogörüntüdə toqquşma anından sonra gözdən itir, ətrafda (asfalt örtük üzərinə) çoxsaylı sınmış və qopmuş avtomobil ehtiyat hissələri dağılmış vəziyyətdədir və yolun asfalt örtüyündə yanacaq izləri müşahidə olunur, daha sonra ətrafdakı şəxlər hadisə yeri olan toqquşma ərazisinə qaçırlar. Videogörüntü 05:00 dəqiqədə başa çatır. Qeyd edilən videogörüntülər “Təhlükəsiz Şəhər - TŞ11-058 3” nömrəli videokamera ilə lentə alınmışdır. Hər bir videogörüntüdə yol kənarlarında «Dayanmadan keçmək qadağandır» və «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanları dirəkləri vardır. Cinayət işinin 64-65-ci vərəqələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2564 saylı, 18 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Hyundai Grandeur markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz 190 markalı 99XY430 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Cinayət işinin 63-cü vərəqəsində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli 48/2-2613/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) verilmiş BB204921 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 12:20) Cinayət işinin 106-108-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 132-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 daxil olmuş 10 dekabr 2024-cü il tarixli, 15061 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən, həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 136-148-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və iş materialına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığına görə xx.xx.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsi tərəfindən məhkəməyə 3-13-48/2-4648/2025 nömrəli məktub ünvanlanaraq təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı üçün barəsində axtarış işi açılmadığı bildirilmişdir. Müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məkhəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin digər cinayət işi ilə bağlı həbsdə olduğunu nəzərə alaraq, xx.xx.2025-ci il tarixdə cinayət işinin icraatının təzələnməsi və 10 mart 2025-ci il tarixli, 1(002)-57/2025 saylı qərarla seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, o, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, DVD diskdə olan görüntülər və digər iş materialları ilə onun Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci bəndinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci bəndinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 28 aprel 2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. 01 ədəd DVD disk iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. İbtidai istintaq dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmü aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-57/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-57/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver