Məhkəmə qərarları › İş №1(002)-58/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-58/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-58/2025 03.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü ildə Sabirabad rayonu, Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü ildə saat 23:55 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Sənqəçal qəsəbəsi ərazisindən keçən 47-ci kilometrində idarə etdiyi “X18” markalı 99HL416 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin hərəkət hissəsi ilə təhlükəsiz hərəkətini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, diqqətini yol şəraitindən yayındıraraq idarə etdiyi avtomobilin qabaq sol təkəri yolayrıcı beton piltəyə çırpılıb piltəni yerindən oynadaraq avtomobil idarəetmədən çıxıb yellənərək sola istiqamətlənib nəqliyyat vasitələrinin Bakı şəhəri istiqamətinə hərəkəti üçün nəzərdə tutulan hissəsinə daxil olaraq Bakı şəhəri istiqamətində Şahid1 Çinqiz oğlunun 30 km/saat sürətlə idarə etdiyi “DAEWOO NEXİA” minik markalı 99VN336 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşub həmin avtomobili yolqoruyucu metal çəpərə sıxmuş, nəticədə ehtiyatsızlıqdan “DAEWOO NEXİA” minik markalı avtomobildə olan sərnişinlər 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ümumilikdə insan həyatı üçün təhlükəli olan hər iki ağciyərlərin kontuziyası, hər iki plevra boşluğunun pnevmatoraksı və sağ plevra boşluğunun hematoraksı ilə müşayiət olunan döş qəfəsinin sağdan 3-4-5-6-7-8-9-10-cu, döş qəfəsinin soldan 2-3-4-5-6-7-ci qabırğalarının qapalı yerinidəyişən sınıqları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan sol İ.İİ, sağ İİ,İİİ və V qabırğaların sınıqları, ənsə sümüyü qabarının yerdəyişmiş sınığı, sol qalça və hər iki qasıq sümüyünün sınıqları və çanaq boşluğunda hematoma xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına və 2023-cü il təvəllüdlü X6 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün basılmış, qəlpəli sınığı və ənsə sümüyünün xətti sınığı xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhərindən Qazax rayonu istiqamətində hərəkətdə olan zaman hadisə baş vermişdir. Hadisənin baş vermə səbəbi onun diqqətsizliyi ucbatından olmuşdur. Hadisənin qarşısını almağa cəhd etsədə ancaq buna nail ola bilməmişdir. O, öz ifadəsində əlavə olaraq ilk dəfə cinayət əməli törətdiyini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olduğunu, törətdiyi əməldən çox peşman olmaqla zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 26 avqust 2024-cü ildə saat 23 radələrində Bakı şəhərindən etibarnamə əsasında idarə etdiyi “X18” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksüz və sərnişinsiz yaşadığı Sabirabad rayonuna yola düşmüşdür. Həmin gün saat 23:50 radələrində idarə etdiyi avtomobillə Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Sənqəçal qəsəbəsi ərazisindən keçən 47-ci kilometrində yolun Qazax rayonu istiqamətinə olan hissəsinin sağ tərəfi ilə Qazax rayonu istiqamətində 50-55 km/saat sürətlə hərəkət etmişdir. Yolun Bakı şəhəri istiqamətinə olan hissəsində təmir işləri getdiyi üçün Bakı şəhəri istiqamətinə gələn avtomobillər də yolun Qazax rayonu istiqamətinə olan hissəsinin sol tərəfi hərəkət etmişlər. Ani olaraq fikri dağınıq olduğundan diqqəti yayınmış və idarə etdiyi avtomobilin qabaq sol təkəri yolayrıcı beton piltəyə çırpılaraq piltəni yerindən oynadıb avtomobil idarəetmədən çıxaraq yellənib sola istiqamətlənib əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin yoluna daxil olmuşdur. Bu anda qarşıda Bakı şəhəri istiqamətində hərəkətdə olan “DAEWOO NEXİA” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 2-3 metr məsafədə olduğumu görmüşdür. Toqquşmamaq üçün heç bir tədbir görə bilməmişdir. Ayağını tormoz pedalına qoymuş, sürət müəyyən qədər azalsa da idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa sol hissəsi ilə toqquşmuş və avtomobili yolqoruyucu metal çəpərə sıxmışdır. Bundan sonra hər iki avtomobil toqquşma yerində dayanmışlar. Avtomobildən düşdükdən sonra məlum olmuşdur ki, həmin avtomobildə olan sərnişinlər xəsarət alıb və azyaşlı qız uşağı hadisə yerində ölmüşdür. Xəsarət alanlar xəstəxanaya yola salınmışdır. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində hər iki avtomobil əzilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, mərhumə X9 onun qızıdır. Məryəm xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuşdur və onun himayəsində yaşamışdır. 26 avqust 2024-cü ildə arvadı Zərərçəkmiş şəxs1 azyaşlı uşağı Məryəm və digər qızı 2013-cü il təvəllüdlü X13 ilə Lənkəran rayonun Nərimanabad qəsəbəsindən qayını arvadının əmisi oğlu Şahid1 idarə etdiyi “DAEWOO NEXİA” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə qayıdarkən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Sənqəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qızı Məryəm ölmüşdür, Nuranə və Əsnad isə xəsarət almışdır. Məryəmin meyiti ekspert tərəfindən müayinə olunaraq ona təhvil verilmişdir və aparıb Bakı şəhəri, Bül-bülə qəbiristanlığında dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməninin 18 fevral 2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək məhkəməyə ərizə təqdim etmiş, ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 avqust 2024-cü ildə saat 21 radələrində Lənkəran rayonun Nərimanabad qəsəbəsindən qayını arvadının əmisi oğlu Şahid1 idarə etdiyi “DAEWOO NEXİA” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında Əlinin arvadı Şahid2 qızı, arxa oturacaqda sol tərəfdə qaynı arvadı Zərərçəkmiş şəxs2, qucağında isə özünün bir yaş həddində olan 2023-cü il təvəllüdlü qızı X9, ortada özü və sağ yanında 2013-cü il təvəllüdlü qızı X2 qismində oturaraq Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 23:55 radələrində sərnişini olduğu avtomobl Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Sənqəçal qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətdə hərəkətdə olarkən yuxuda olmuş və həmin vaxt əks tərəfə hərəkət edən avtomobil sərnişini olduğu avtomobillə toqquşması nəticəsində ağır dərəcəli bədən xəsarəti alaraq huşsuz vəziyyətdə xəstəxanaya aparılmışdır. Qızı Məryəm həmin hadisə nəticəsində ölmüşdür, digər qızı Əsnad isə xəsarət almışdır. Hadisə baş verərkən yuxuda olduğuna görə hadisənin necə baş verdiyini bilməmişdir. Zərərçəkmiş şəxs2 Firdovi qızına məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. O məhkəməyə 01 aprel 2024-cü il tarixdə teleqram ünvanlayaraq, şikayətçi olmadığını, səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs2 Firdovi qızı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 avqust 2024-cü ildə saat 21 radələrində Lənkəran rayonun Nərimanabad qəsəbəsindən qohum Şahid1 idarə etdiyi “DAEWOO NEXİA” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında Əlinin arvadı Şahid2 qızı, arxa oturacaqda sol tərəfdə özü, qucağında qaynı arvadı Zərərçəkmiş şəxs1 bir yaş həddində uşağı olan 2023-cü il təvəllüdlü X9, ortada Zərərçəkmiş şəxs1 və onun sağ yanında 2013-cü il təvəllüdlü qızı X2 qismində oturaraq Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 23:55 radələrində sərnişini olduğu avtomobl Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Sənqəçal qəsəbəsi ərazisindən keçən hissədə Bakı şəhəri istiqamətdə hərəkətdə olarkən yuxuda olmuş və bu zaman əks tərəfə hərəkət edən avtomobil sərnişini olduğu avtomobillə toqquşması nəticəsində ağır dərəcəli bədən xəsarəti alaraq huşsuz vəziyyətdə xəstəxanaya aparılmışdır. Məryəm həmin hadisə nəticəsində ölmüşdür, Nuranə və Əsnad isə xəsarət almışdır. Hadisə baş verərkən yuxuda olduğuna görə hadisənin necə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2024-cü ildə ona xx.xx.2034-cü ilədək etibarlı olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 26 avqust 2024-cü ildə saat 21 radələrində Lənkəran rayonun Nərimanabad qəsəbəsindən etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan “DAEWOO NEXİA” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında arvadı Şahid2 qızı, arxa oturacaqda sol tərəfdə əmisi qızı Zərərçəkmiş şəxs2, qucağında isə baldızı Zərərçəkmiş şəxs1 bir yaş həddində olan 2023-cü il təvəllüdlü qızı X9, ortada Zərərçəkmiş şəxs1 və sağ yanında 2013-cü il təvəllüdlü uşağı X2 qismində oturaraq Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 23:55 radələrində idarə etdiyi qeyd olunan avtomobillə faraların yaxın işıqlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Sənqəçal qəsəbəsi ərazisindən keçən 47-ci kilometrində yolun Bakı şəhəri istiqamətinə olan hissəsində təmir işləri getdiyi üçün Bakı şəhəri istiqamətinə gələn avtomobillər də yolun Qazax rayonu istiqamətinə olan hissəsinin sağ tərəfi hərəkət etməli olduğundan özü də idarə etdiyi avtomobillə yolun həmin hissəsinə çıxaraq sağ zolaqla 30 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Bu anda görmüşdür ki, təxminən 30-40 metr qarşıda sol tərəfdə hərəkətdə olduğu yola “Mercedes-Benz Axor” yük markalı 99HL416 dövlət qeydiyyat nişanlı avtomobil sola burulmuş və hərəkəti davam edərək onun idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. “Mercedes-Benz Axor” yük markalı avtomobil onun hərəkətdə olduğu yola burulduğu anda hərəkəti üçün təhlükə yaranmışdır. Lakin məsafə az, sağ tərəfimdə yol qoruyucu metal çəpər olduğundan və sol tərəflə Qazax rayonu istiqamətinə nəqliyyat vasitələri hərəkət etdiyi üçün toqquşmamaq üçün heç bir tədbir görə bilməmişdir. Toqquşma nəticəsində idarə etdiyi avtomobil deformasiyaya uğrayaraq metal konstruksiyalı çəpərə sıxılmışdır. Hadisə nəticəsində körpə uşaq X9 ölmüş, digər sərnişinlər xəsarət almışlar və avtomobili əzilərək özünə madddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X10 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 26 avqust 2024-cü ildə əri Şahid1 idarə etdiyi “DAEWOO NEXİA” minik markalı 99VN336 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonundan çıxıb Bakı şəhərinə yola düşmüşlər. Özü qabaq sağ oturacaqda, qohumları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Xankişiyeva Əsnad və Xankişiyeva Məryəm isə arxa oturacaqda oturmuşlar. Saat 23:50 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə hərəkətdə olduqları vaxt üzbəüz gələn yük avtomobili onların üstünə gələrək sol tərəfdən onların avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər xəsarət almışlar və hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 Qaradağ rayon şöbəsinin 16 sentyabr 2024-cü il tarixli 83 №-li rəyindən görünür ki:

1. X1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, sol gicgah sümüyünün açıq, qəlpəli, basılmış sınığı, ənsə sümüyünün xətit sınığı. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə sərnişini olduğu avtomaşında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum M.A.Xankişiyevanın ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün basılmış, qəlpəli sınığı və ənsə sümüyünün xətti sınığı olmuşdur.

3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum M.A.Xankişiyevanın ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2024- cü il tarixdə saat 11:15-da) 8-12 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 Qaradağ rayon şöbəsinin 21 oktyabr 2024-cü il tarixli 614 №-li rəyindən görünür ki:

1. Vǝtəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - hər iki ağciyərlərin kontuziyası, hər iki plevra boşluğunun pnevmatoraksı və sağ plevra boşluğunun hematoraksı ilə müşayiət olunan döş qəfəsinin sağdan 3- 4-5-6-7- 8-9-10-cü, döş qəfəsinin soldan 2-3-4-5-6-7-ci qabırğaların qapalı, yerinidəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zǝrǝrvurmaya aid edilir.

2. Vǝt. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu minik avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 Qaradağ rayon şöbəsinin 21 oktyabr 2024-cü il tarixli 615 №-li rəyindən görünür ki:

1. Vǝtəndaş, 2013-cü il təvəllüdlü X7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - kəllə beyin travması, baş beyin silkələnməsi və boyun bağının gərilməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir.

2. Vǝt. Ə.A.Xankişiyevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində xarakteri göstərilən şəraitdə yəni, sərnişini olduğu minik avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X22 15 noyabr 2024cü il tarixli 524/MEŞ №-li rəyindən görünür ki: 1.2. Zərərçəkmiş şəxs2 Firodovsi qızının bədənində qeyd olunan xəsarətlər - sol İ,İİ, sağ İİ,İİİ vǝ V qabırğaların sınıqları,ənsə sümüyü qabarının yerdəyişmiş sınığı, sol qalça və hər iki qasıq sümüyünün sınıqları, çanaq boşluğunda hematoma bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zǝrǝrvurmaya aiddilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 yanvar 2025-cü il tarixli 8/2839 saylı rəyindən görünür ki, 1a,2a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes-Benz Axor markalı 99HL416 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b,2b. İstintaq tərəfindən göstərilən şəraitdə “Daewoo Nexia” markalı 99VN336 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil etmişdir. İş materiallarında olan 27 avqust 2024-cü il tarxli 2/46484 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 05 sentyabr 2024-cü il tarixli 3-13- 16/2-143779/2024 nömrəli məktubdan məlum olur ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək müddətə etibarlı olan olan) «B, C və CE» kateqoriyalı BD seriyalı 518523 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Sabirabad rayon İcra Hakmiyyəti Başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla orada yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Sabirabad rayon, İcra Hakimiyyəti Başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaratəpə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, 03 aprel 2017-ci ildə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə beş ildən aşağı müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və məqsədə müvafiqdir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, gələcəkdə hökmün vaxtında və dəqiq icrasının təmin edilməsi məqsədilə onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “X18” markalı **- HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Şahid1 Çinqiz oğlunun etdiyi “Daewoo Nexia” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 03 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “X18" markalı **- HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Şahid1 Çinqiz oğlunun etdiyi “Daewoo Nexia” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirlənidirilən şəxs tərəfindən isə hökmün surətinin ona rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar