Məhkəmə qərarları › İş №1(002)-59/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-59/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-59/2023 18.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev5a, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 01 sentyabr 2022-ci il tarixdə, sааt 09:00 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21074» markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində “Salyan yolu” küçəsi istiqamətində 30-35 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin küçədə avtoyuma məntəqəsinin yaxınlığında yolun sağ çiynində dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, baş beynin əzilməsi və ödəmi, başın alın-təpə nahiyəsinin və sağ dirsək oynağının arxa səthinin sıyrıqları, sağ çiyin qurşağının qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həmin xəsarətlərdən 02 sentyabr 2022-ci il tarixdə saat 12:50-də Bakı şəhəri 1 saylı X9 ölməsi ilə yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 sentyabr 2022-ci il tarixdə saat 09:00 radələrində əmisi oğlu Vüqar Tərlanova məxsus “Vaz-2107” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə dərman almaq məqsədilə Qobustan qəsəbəsində yerləşən aptekə getmişdir. Sürücülük vəsiqəsinin olmasına baxmayaraq, qeyd olunan nəqliyyat vasitəsini idarə etməsi üçün müvafiq etibarnaməsi olmamışdır. O, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi istiqamətində təxminən saatda 30-35 km sürətlə hərəkətdə olarkən, yolun əks istiqamətində hərəkətdə olan “Mercedes Benz” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı nəqliyyat vasitəsinə, avtomobil yolunun ensiz olması səbəbindən yol vermək üçün idarə etdiyi nəqliyyat vasitəsini nisbətən sağ yol çiyninə olan istiqamətə çəkmiş, bu zaman yolun sağ tərəfində dayanan, adını sonradan öyrəndiyi piyada Zərərçəkmiş şəxs adlı yaşlı kişi onun avtomobilinin yaxınlığına çatan zaman büdrəmiş, avtomobilin ön sağ kənarına çırpılmış, baş nahiyəsi isə avtomobilin ön alın şüşəsinin sağ tərəfinə dəymiş və yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış və yerə düşmüşdür. Zərərçəkmiş şəxs yerdən qalxarkən ona köməklik etmiş, xəstəxanaya aparmaq məqsədilə onu avtomobilinə mindirmişdir. Hadisənin baş verməsi anında o, nəqliyyat vasitəsində tək olmuş, xəstəxanaya gedərkən isə dostu Şahid zəng edib hadisə barədə məlumat vermiş və onu Qobustan qəsəbəsində yerləşən xəstəxanaya çağırmışdır. Xəstəxanaya çatdıqdan sonra Zərərçəkmiş şəxs xəstəxananın təcili tibbi yardım şöbəsinə aparmışdır. Onlar xəstəxanaya çatdıqda Zərərçəkmiş şəxs huşu başında olmuşdur. Bundan sonra həkim Zərərçəkmiş şəxs müayinə etmiş və onun “X12” X14 aparılmasını tövsiyə etmişdir. O da Zərərçəkmiş şəxs dostu və özünü onların olduğu xəstəxanaya çatdırmış Zərərçəkmiş şəxs oğlu ilə birlikdə təcili tibbi yardım maşını ilə “X12” PHŞ-yə aparmış və müalicəsinin aparılması məqsədilə reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs “X12” PHŞ-də vəfat etdiyini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, o, nəqliyyat vasitəsini idarə edərkən spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, eyni zamanda hadisə zamanı özü heç bir xəsarət almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini və onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır, onun heç bir xəstəliyi olmamış, özü ünvan 1 ünvanında yaşasa da mərhum atası Zərərçəkmiş şəxs anası ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 01 sentyabr 2022-ci il tarixdə təxminən saat 10:00 radələrində yaşadığı evdə olan zaman istifadə etdiyi mobil telefonuna anası Esmira Cəfərova zəng edib atasının yol-nəqliyyat hadisəsində xəsarət aldığına görə xəstəxanaya aparıldığını demişdir. Bu xəbəri aldıqdan dərhal sonra o, həmin xəstəxanaya getmiş atasının baş nahiyəsində sarğı olduğunu görmüşdür. Daha sonra təqsirləndirilən şəxslə bərabər atasını “X12” PHŞ-yə aparmışlar və orada reanimasiya şöbəsinə yerləşdirilmişdir. Atasının vəziyyətinin ağır olmasına baxmayaraq, onunla danışmış, ünsiyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə isə atası Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən “X12” PHŞ-də vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə xəstəxanada olan zaman ona məlum olmuşdur ki, atası Zərərçəkmiş şəxs həmin tarixdə səhər saatlarında evdən çıxıb aptekə gedərkən yolu keçmək istəyən zaman VAZ-2107 markalı nəqliyyat vasitəsini idarə edən şəxs, Təqsirləndirilən şəxs tərəfindən vurulmuşdur. Təqsirləndirilən şəxs hadisədən zərərçəkmiş onun mərhum atası Zərərçəkmiş şəxs xəstəxanaya çatdırmış, sonuncu bir gün “X15” PHŞ-də qaldıqdan sonra vəfat etmişdir. Təqsirləndirilən şəxs həm özü həm də ailəsi tərəfindən onlara dəfn xərclərində və yas mərasiminin keçirilməsində köməklik göstərilmişdir. Əlavə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi R.Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs hadisə yerindən qaçmadığını, hadisədən sonra aralarında barışıq əldə olunmasını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla bir məhəllədə böyümüş və münasibətləri normaldır. 01 sentyabr 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində Vasif onun mobil telefonuna zəng edərək bildirmişdir ki, əmisi oğlu Vüqarın “VAZ 21074” markalı ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə küçədə yerləşən avtoyuma məntəqəsinin yaxınlığında piyadanı vurmuşdur. O, dərhal həmin ünvana gəlmiş, Vasiflə köməkləşib həmin şəxsi yerdən qaldırmış, Vasifin idarə etdiyi avtomaşına əyləşdirib hadisə yerinin yaxınlığında yerləşən TTYS-na aparmışlar. Həmin vaxt mərhum Zərərçəkmiş şəxs huşu başında olmuşdur. Orada onu müayinə etdikdən sonra “X12” PHŞ-yə aparılmasını məsləhət görmüşlər. Zərərçəkmiş şəxs “X12” PHŞ-yə apardıqdan sonra Vasifin artıq hadisənin təsirindən çıxdığını görmüş və evə getmişdir. 02 sentyabr 2022-ci il tarixdə Vasifin yolnəqliyyat hadisəsi zamanı vurduğu piyadanın ölməsi barədə məlumat almışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 92-ci vərəqəsində olan 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 111-112-ci vərəqələrində olan 16 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş BB 206688 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi 19 aprel 2031-ci il tarixədək etibarlıdır. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən verilmiş 01 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işi materialına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 06 dekabr 2019-cu il tarixdə verilmiş AD seriyalı 663889 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. Cinayət işi materialına əlavə olunmuş nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin surətindən görünür ki,xx.xx.2022-ci il tarixdə 10 il müddətinə VAZ 21074 markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üzrə səlahiyyət həmin nəqliyyat vasitəsinin sahibi X8 tərəfindən X3 verilmişdir. Cinayət işinin 79-84-cü vərəqələrində olan 16 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi üçün onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsinin tələblərinə uyğun olaraq tədbir görülməsi üçün cinayət işindən material ayrılaraq Qaradağ RPİ-nin DYPŞ-yə göndərilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs oğlu R.Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 54-57-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X2 02 sentyabr 2022-ci il tarixli 84 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunmuş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sol gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın alın, sol gicgah, sol almacıq, alt çənə, qarın və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, hər iki gözətrafı nahiyələrinin qançır şişkinliyi, sağ baldır sümüyünün qapalı, yerdəyişən sınığı olmuşdur. Habelə, qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən, piyada qismində hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının əzilməsi baş beyib toxumasına və beyin qişalarına qansızma ilə müşahidə olunan başın küt travması və başın alın-təpə nahiyəsinin sıyrıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il, saat 12:50-də “X16” PHŞ-də baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 02 sentyabr 2022-ci il tarixli, 2/29326 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 noyabr 2022-ci il tarixli 8/2916 nömrəli rəyindən görünür ki, «VAZ-21074» markalı ** GN *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi R.Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini və onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut yoxdur. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən ibtidai istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 150 (bir yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar