Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-59/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Przidentinin 16 mart 2019-cu il tarixi, 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3-cü maddəsinə əsəsn qəti olaraq 01 il 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə kirayədə yaşamış, hazırda ƏN-nin PX-nin 12 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 08 sentyabr 2023-cü il tarixdə saat 17:10-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Nənəmin təndiri” mağazasının qarşısında, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq saat 17:25-də 10cu PŞ-nin inzibati binasına gətirilmiş və orada müdafiəçinin iştiraki ilə və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinin üstündə olan balaca cibindən 02 ədəd siqaretin göy kağızındakı bükümlərdə təmiz çəkiləri 0,064 qram və 0,115 qram olmaqla ümumi təmiz çəkisi 0,179 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni küstar üsulla hazılanmış narkotik vasitə-heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayon, Şıxov qəsəbəsi ərazisində yerləşən dayanacağın yaxınlığında əvvəlcədən adını bilmədiyi şəxsdən 10 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan “kakos” almışdır. Təqsirləndirilən şəxs aldığı narkotik vastəni özü üçün istifadə etmək məqsədilə iki hissəyə bölüb siqaretin göy rəngli kağızına bükərək əynimdə olan tünd göy rəngli cins şalvarın sağ yan balaca cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:10 radələrində Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində olduğu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları xidməti vəsiqələrini təqdim edib göstərdikdən sonra Təqsirləndirilən şəxs anket məlumatlarını və harada yaşamağını soruşmuşlar. Təqsirləndirilən şəxs onların suallarını cavablandırdıqdan sonra onu Qaradağ RPİ-nin 10-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul edib həmin şəxslərlə birlikdə Qaradağ RPİ-nin 10-cu Polis şöbəsinə getmişdir. Üzərində olan narkotik vasitəni isə polis nəzarətində olduğu üçün heç yerə ata bilməyib üzərində saxlamışdır. 08 sentyabr 2023-cü il tarixdə polis şöbəsində xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan balaca cibində göy rəngli siqaretin kağızına bükülmüş 02 ədəd bükümü masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitələri 08 sentyabr 2023-cü il tarixdə Səbail rayon, Şıxov qəsəbəsi ərazisində tanımadığım şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırımış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, xəstə anasının olmasını nəzərər alaraq ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiq edərək bildirmişdir ki, 08 sentyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10cu polis şöbəsində xidmətdə olduğu zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat PŞ rəhbərliyinə məruzə edildikdən sonra onun və bölmənin baş əməliyyat müvəkkili polis kapitanı X5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. Həmin gün Şahid E.Məmmədovla birlikdə Lökbatan qəsəbəsində müşahidələr aparmağa başlamışdır. Saat 17:10 radələrində Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Nənəmin Təndiri” mağazasının qarşısında olması və üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun iştirakçısı Emin Məmmədovla birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs 10-cu PŞ-nə dəvət etmişlər. həmin tarixdə PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinin üstündəki balaca cibdən iki ədəd göy rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılarkən içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, həmin bükümlərin içərisində olan kütlənin narkotik vasitə hesab edilən “kakos “ olduğunu və həmin bükümləri 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən dayanacağın yaxınlığında əvvəlcədən qoyulmuş yerdən götürdüyünü bildirdi. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması qanunla qadağan edilən digər heç bir maddə, vasitə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir və şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº222... "dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər, Təqsirləndirilən şəxs -imza, iştirakçılar: dörd- imza, Tərtib etdi: Emil Seyidbəyov-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri-0,064 qram, -0,115 qram, ümumi təmiz çəkisi-0,179 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinlərin ümumi təmiz çəkisi-0,179 qram, tədqiqata cəmi sərf edildi-0,04 qr, (hər birində-0,02 qram) qalıq-0,139 qr. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 21 noyabr 2023-cü il tarixli, 7623 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin video görüntüdə 08 sentyabr 2023-ci il tarixdə saat 18:35-də Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati otaqlarının birində qeydə alınıb, şəxsi axtarış və götürmənin aparılması Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Emin Məmmədov, mobil telefon vasitəsilə çəkiliş aparan 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid, 10 saylı vəkil bürosunun vəkili X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov tərəfinən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur, o, əynindəki tünd göy rəngli cins şalvarın sağ cibininin üstündə olan balaca cibindən çıxardığı siqaretin göy rəngli kağızına bükülmüş 2 ədəd bükümü masanın üzərinə qoyaraq bildirir ki, həmin bükümün içərisindəki maddə "kakos" adlanan narkotik vasitədir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Şıxov adlanan ərazidə yerləşən dayanacağın yanında əvvəlcədən tanımadığı şəxsin qoyduğunu və özünün də bunun müqabilində oraya 10 manat pul qoyduğunu bildirmişdir. Həmin bükümlər açıldı və içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olundu. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılır və zərfin üzərinə imzalar edilir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri-0,064 qram və 0,115 qram, ümumi təmiz çəkisi-0,179 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroin 04 dekabr 2023-cü il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra narkotik vasitə olan heroinin 0,139 qram qalıq çəkisi cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəcamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilməklə cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmünə münasibətdə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 08 sentyabr 2023-cü il tarixdə, saat 17:10-da şübhəli şəxs qismində saxlanılmış, 10 sentyabr 2023-cü il tarixdə saat 12:00-da təqsirləndirilən şəxs qismində dindirildilməsi başa çatdıqdan sonra barəsində, “həbs” qətimkan tədbiri seçilməsi məqsədi ilə Qaradağ rayon Məhkəməsinə təqdimat verilmiş və Qaradağ rayon Məhkəməsinin 10 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 12 sentybr 2023-cü il tarixli hökmündən aydın olur ki, Təqsirləndirilən şəxs həmin iş üzrə 01 gün şübhəli şəxs kimi tutulmuşdur. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,139 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs birinci hökm üzrə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət və hazırki iş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət, cəmi 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,139 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-59/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-59/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver