Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-59/2025 01.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nın 69.3 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4 və 36-cı bəndlərinə əsasən xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nın 67.5-ci maddəsinə əsasən qəti olaraq 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrumetməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə əlavə cəzasının müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, 31 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 noyabr 2023-cü il tarixdə , saat 01.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, Nadir Hüseynov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz 4 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsindəki pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub 2-ci mərtəbədə divara bərkidilmiş 1 ədədinin qiyməti 100 manat təşkil edən 200 manat dəyərində 2 ədəd su sayğacını, evin 2-ci mərtəbəsində təmir edilən otaqlardan birində 1 qutusunun qiyməti 25 manat təşkil edən 250 manat dəyərində 10 qutu “Nilson” markalı divar üçün nəzərdə tutulmuş işıq keçiriciləri, 1 ədədinin qiyməti 20 manat olan 60 manat dəyərində 3 ədəd elektrik açarlarını, 100 metrinin qiyməti 450 manat təşkil edən 900 manat dəyərində 200 metr elektrik kabelini, 1 ədədinin qiyməti 18 manat təşkil edən 90 manat dəyərində 5 ədəd boru ağızlıqları üçün nəzərdə tutulmuş metal hissələrini və 1 ədəd 500 manat dəyərində 24-lük velosipedini ümumilikdə zərərçəkmiş şəxsə məxsus 2000 manat əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 01.00 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi metal tullantıların qəbulu məntəqəsi hesab edilən obyektin giriş qapısının kilidini əli ilə sındırıb obyektə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 130 manat dəyərində elektron dreli və 1 ədəd 150 manat dəyərində lazer ölçü cihazını ümumilikdə zərərçəkmiş şəxsə məxsus 280 manat əmlakı gizli olaraq taladıqdan sonra, təkrarən daxil olduğu obyektin divarındakı pəncərəyə bərkidilmiş taxta löhvəni təpiklə vurub yerə aşıraraq Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi plastik qapıpəncərə sexinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 500 manat dəyərində istifadə olunmuş, üzərində “Özçelik 230 V” yazıları olan Frez aparatını, 1 ədəd 100 manat dəyərində istifadə olunmuş, üzərində “X4 Tools” yazıları olan Frez aparatını, 1 ədəd 40 manat dəyərində istifadə olunmuş, üzərində “Makita” yazısı olan balaca dreli, 1 ədəd 40 manat dəyərində istifadə olunmuş, üzərində “Ural Zil” yazısı olan balaca dreli, 1 ədəd 40 manat dəyərində uzun müddət istifadə olunmuş, boz rəngli, balaca dreli, 1 ədəd 140 manat dəyərində istifadə olunmuş, üzərində “Bosch GCH 2-26 RE” yazıları olan preparatoru, 1 ədəd 120 manat dəyərində uzun müddət istifadə olunmuş, üzərində “Professional” yazısı olan preparatoru, 1 ədəd 40 manat dəyərində balaca laqondanı və 40 manat dəyərində 30 metr uzunluğunda elektrik kabelini ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1060 manat əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, işləmədiyi üçün maddi cəhətdən çətinlik çəkir. xx.xx.2024-cü il tarixdə gecə radələrində Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən obyektlərə baxırmış. Bu zaman metal qəbulu məntəqəsi kimi fəaliyyət göstərən obyektə yaxınlaşmış və fikirləşmişdir ki, həmin obyektə girib içərisində hər hansı bir əşya olarsa oğurlayar. Bu səbəbdən həmin obyektin qapısının kilidini əli ilə burub sındırmış və obyektə daxil olmuşdur. Həmin vaxt obyektin içərisindəki masanın üzərində 1 ədəd elektron drel və lazer ölçü cihazını görmüş, əşyaları obyektdə olan boş torbaya yığmışdır. Həmin obyektə birləşmiş plastik qapı pəncərə sexinin divarında pəncərə olmuş, fikirləşmişdir ki, pəncərə quraşdırılmış taxta lövhəni yerə aşırmaqla daxil olduğu obyektdən qapı-pəncərə sexinə keçib oradan da əşya oğurlasın. Bu səbəbdən pəncərəyə vurulmuş taxta lövhəni təpiklə vurub yerə aşırmış və qapıpəncərə sexinə daxil olmuşdur. Oradan 1 ədəd böyük Frez aparatı, 1 ədəd kiçik Frez aparatı, 3 ədəd balaca drel, 1 ədəd preparator, 1 ədəd kiçik ölçülü preparator, 1 ədəd balaca laqonda və 30 metr uzunluğunda elektrik kabeli oğurlamışdır. Həmin gün saat günorta radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açdıqda polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra oğurluq hadisəsi törədibtörətmədiyini soruşmuş, o, da polis əməkdaşlarına səmimi olaraq bildirmişdir ki, gecə saatlarında Nizami küçəsindəki metal qəbulu məntəqəsindən və qapı-pəncərə sexindən oğurluq etmişdir. Oğurladığı əşyaları da yaşadığı evdə saxlayır. Polis əməkdaşları onun razılığı əsasında əşyalara baxdıqdan sonra onu 10-cu polis şöbəsinə dəvət etmişdir. Bundan başqa o, təxminən 2023-cü ilin noyabr ayının 23-dən 24-nə keçən gecə, saat 01 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən heç kimin yaşamadığı 4 mərtəbədən ibarət fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsini açıb evə daxil olmuş, həmin vaxt evin 2-ci mərtəbəsinin dəhlizində divara bərkidilmiş 2 ədəd sayğacı yerindən çıxartmış, daha sonra evin 2-ci mərtəbəsində otaqların birindən 10 qutu işıq keçiriciləri, 3 ədəd elektrik açarları, 2 top elektrik kabeli, 5 ədəd boru ağızlıqları və 1 ədəd velosipedi oğurlamışdır. Oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən bazarda tanımadığı şəxslərə satıb qazanc əldə etmişdir. O öz ifadəsində son olaraq əməlini etiraf edərək səmimi peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. ünvan 4 ünvanında yerləşən obyekti icarə əsasında götürüb işlədir. Həmin obyekti metal tullantıların qəbulu məntəqəsi kimi işlədir. Onun icarə əsasında işlətdiyi obyektlə yanaşı Zərərçəkmiş şəxs2 plastik qapı pəncərə sexi işlədir. Onun obyektinin içərisində pəncərədən həmin obyektə keçmək mümkündür. Lakin oinlar həmin pəncərəni taxta lövhə ilə bağlamışlar. 09 yanvar 2024-cü il tarixdə səhər radələrində icarə əsasında işlətdiyi obyektə gəlmişdir. Həmin vaxt obyektin giriş qapısının kilibinin sınmasını və qapının açıq olduğunu görmüşdür. Obyektə daxil olduqda ona məxsus əşyaların yerində olmadığını və Zərərçəkmiş şəxs2 işlətdiyi obyektin divarındakı pəncərəyə vurduqları taxta lövhənin yerə aşırılmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 280 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın qaytarıldığını və Təqsirləndirilən şəxs şikayət-tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən nömrəsiz 4 mərtəbədən ibarət yaşayış evi vardır. Həmin evdə tikinti işləri getdiyi üçün yaşamır. Lakin buna baxmayaraq evinin mərtəbələrində müxtəlif məişət əşyaları vardır. xx.xx.2023-cü il tarixdə saat səhər radələrində qonşusu Rauf onun mobil telefonuna zəng vurub bildirmişdir ki, ona məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsi açıq vəziyyətdədir. Dərhal həmin əraziyə gəlib evinə baxış keçirmiş, baxış zamanı evinin giriş qapısının kilidi yerində olmadığını görmüşdür. Evə baxış zamanı müəyyən etmişdir ki, evinin 2-ci mərtəbəsində dəhlizdə divara bərkidilmiş 2 ədəd su sayğacı yerində olmamışdır. Evin 2-ci mərtəbəsində təmir edilən otaqlardan birində onun özü tərəfindən elektrik avadanlıqları yığılmışdır. Həmin əşyaların içərisindən 10 qutu “işıq keçiricilər, 3 ədəd elektrik açarları, 2 top elektrik kabeli, 5 ədəd boru ağızlıqları üçün nəzərdə tutulmuş metal hissələr və 1 ədəd velosiped oğurlanmışdır. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng vurub evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 2000 manat ziyan dəymişdir.Dəymiş ziyan ona ödənilməmişdir və ona görə Təqsirləndirilən şəxs şikayətçidir. Müdafiə tərəfi, Zərərçəkmiş şəxs2 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir müəssisədə və təşkilatda işləmir, lakin fərdi əməklə məşğul olur. ünvan 4 ünvanında yerləşən obyekti icarə əsasında götürüb işlədir. Həmin obyektdə plastik qapı pəncərə düzəldir. 09 yanvar 2024-cü il tarixdə saat 09 radələrində icarə əsasında işlətdiyi obyektə gəlmiş, həmin vaxt obyektin giriş qapısını kilidlə açıb içəri daxil olmuş, içəri daxil olan zaman obyeti ilə birləşmiş Zərərçəkmiş şəxs3 tərəfindən icarə əsasında işlədilən obyektin pəncərəsinə vurulmuş taxtanın yerə düşdüyünü görmüşdür. Obyektə nəzər saldıqda orada olan onun özünə məxsus 1 ədəd böyük Frez aparatının, 1 ədəd kiçik Frez aparatının, 3 ədəd balaca drellərin, 1 ədəd preparatorun, 1 ədəd kiçik ölçülü preparatorun, 1 ədəd balaca laqondanın və 30 metr uzunluğunda elektrik kabelinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, obyektdə oğurluq hadisəsi baş vermişdir. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng vurub evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar məlumat vermişdir. Onun məlumatından sonra hadisə yerinə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları gəlib baxış keçirtmişlər. O, verilən suallara cavab olaraq icarə əsasında işlətdiyi obyektdən 1 ədəd 500 manat dəyərində böyük Frez aparatı, 1 ədəd 100 manat dəyərində kiçik Frez aparatı, hər birinin qiyməti 40 manat təşkil edən 3 ədəd 120 manat dəyərində balaca drellər, 1 ədəd 140 manat dəyərində preparator, 1 ədəd 120 manat dəyərində kiçik ölçülü preparator, 1 ədəd 40 manat dəyərində balaca laqonda və 40 manat dəyərində 30 metr uzunluğunda elektrik kabeli oğurlanmışdır. Ümumilikdə həmin oğurlanmış əşyaların dəyəri 1060 manat təşkil edir. Beləliklə oğurluq hadisəsi nəticəsində ona konkret olaraq 1060 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs şikayət-tələbinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:20-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, HK-1/3616 nömrəli material xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin X3 azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Qaradağ rayon prokuroru, tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar ləğv edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş əşyaların tanınmaya təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aşkar edilərək götürülmüş 1 ədəd böyük Frez aparatı, 1 ədəd kiçik Frez aparatı, 3 ədəd balaca drellər, 1 ədəd preparator, 1 ədəd kiçik ölçülü preparator, 1 ədəd balaca laqonda və 30 metr uzunluğunda elektrik kabeli Zərərçəkmiş şəxs2 təqdim edilmiş, sonuncu həmin əşyaları tanımışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş əşyaların tanınmaya təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aşkar edilərək götürülmüş 1 ədəd elektron dreli və 1 ədəd lazer ölçü cihazı Zərərçəkmiş şəxs3 təqdim edilmiş, sonuncu həmin əşyaları tanımışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 30 iyul 2024-cü il tarixli 3-16-16/2-9/4477/2024 nömrəli rəyindən görünür ki, 1 ədəd istifadə olunmuş, üzərində “X4 Tools” yazıları olan frez aparatı 100 manat;1 ədəd istifadə olunmuş, üzərində “Özçelik 230 V” yazıları olan frez aparatı 500 manat;1 ədəd istifadə olunmuş, üzərində “Makita” yazısı olan balaca drel 20 manat;1 ədəd istifadə olunmuş, üzərində “Ural Zil” yazısı olan balaca drel 20 manat;1 ədəd uzun müddət istifadə olunmuş, boz rəngli, balaca drel 20 manat;1 ədəd istifadə olunmuş, üzərində “Bosch GCH 2-26 RE” yazıları olan preparator 70 manat;1 ədəd uzun müddət istifadə olunmuş, üzərində “Professional” yazısı olan preparator 60 manat;1 ədəd istifadə olunmuş, üzərində “Bosch GWS 8-115” yazıları olan laqonda 40 manat;1 ədəd istifadə olunmuş, 30 metr uzunluğunda elektrik uzadıcı 35 manat;1 ədəd uzun müddət istifadə olunmuş, batareykalı drel 30 manat;1 ədəd uzun müddət istifadə olunmuş, lazer ölçü cihazı 70 manat.Ekspertiza tədqiqatına təqdim edilən 11 adda malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 965 manat müəyyən edilir. İstintaq zamanı 1 ədəd böyük Frez aparatı, 1 ədəd kiçik Frez aparatı, 3 ədəd balaca drellər, 1 ədəd preparator, 1 ədəd kiçik ölçülü preparator, 1 ədəd balaca laqonda və 30 metr uzunluğunda elektrik kabeli xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İstintaq zamanı 1 ədəd elektron dreli və 1 ədəd lazer ölçü cihazı xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nın 69.3 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4 və 36-cı bəndlərinə əsasən xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nın 67.5-ci maddəsinə əsasən qəti olaraq 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrumetməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə nəqliyyat vasitərini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti 01 avqust 2022-ci il tarixdə bitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin təhlükəli residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarından göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 09 yanvar 2024-cü il tarixdə saat 20.20-də şübhəli şəxs qismində tutulmuş və 11 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında olduğu 02 (iki) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın əvvəlindən, yəni 06 may 2024-cü il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin təhlükəli residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd böyük Frez aparatı, 1 ədəd kiçik Frez aparatı, 3 ədəd balaca drellər, 1 ədəd preparator, 1 ədəd kiçik ölçülü preparator, 1 ədəd balaca laqonda və 30 metr uzunluğunda elektrik kabelinin saxlanılması üçün Zərərçəkmiş şəxs2, 1 ədəd elektron dreli və 1 ədəd lazer ölçü cihazının saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki qaydada dəymiş zərəri tələb etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə isə Müdafiəçi tərəfindən xx.xx.2025-ci il tarixədək göstərilmiş 33 iş saatı hüquqi xidmətə görə 198 (bir yüz doxsan səkkiz), xx.xx.2025-ci il tarixdən (yəni qərarın dərc edildiyi gündən) etibarən isə göstərilmiş 2 (iki) iş saatı hüquqi xidmətə görə 22 (iyirmi iki) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə hazırki cəza ilə qismən toplanılmaqla ona 03 (üç) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd böyük Frez aparatı, 1 ədəd kiçik Frez aparatı, 3 ədəd balaca drellər, 1 ədəd preparator, 1 ədəd kiçik ölçülü preparator, 1 ədəd balaca laqonda və 30 metr uzunluğunda elektrik kabelinin saxlanılması üçün Zərərçəkmiş şəxs2, 1 ədəd elektron dreli və 1 ədəd lazer ölçü cihazının saxlanılması üçün Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki qaydada dəymiş zərəri tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə isə Müdafiəçi tərəfindən xx.xx.2025-ci il tarixədək göstərilmiş 33 iş saatı hüquqi xidmətə görə 198 (bir yüz doxsan səkkiz), xx.xx.2025-ci il tarixdən (yəni qərarın dərc edildiyi gündən) etibarən isə göstərilmiş 2 (iki) iş saatı hüquqi xidmətə görə 22 (iyirmi iki) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-59/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-59/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver