Məhkəmə qərarları › İş №1(002)-6/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-6/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-6/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X10, Zərərçəkmiş şəxs3, X13, Zərərçəkmiş şəxs5, X8 və Zərərçəkmiş şəxs7, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1986-cı ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay (himayəsində üç azyaşlı uşağı olan), işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, bina 19, ev 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, əri X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X9 qızı Şahid2 «tibb kollecinə» daxil olmasına köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Ağbəniz Kərəmovanın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində sonuncunun 3000 manat pulunu, həmin ərəfələrdə X7 Ziyad Habil oğlunu mühafizə polisinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Ağbəniz Kərəmovanın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində Ağbəniz Kərəmovanın 3000 manat pulunu, Şahid2 «tibb kollecinə» daxil olması məsələsinin həlli ilə bağlı xx.xx.2018-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında Şahid2 vasitəsilə Ağbəniz Kərəmovanın 350 manat pulunu, xx.xx.2018-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında eyni işə görə Ziyad Kərəmovun vasitəsilə Ağbəniz Kərəmovanın 350 manat pulunu, Şahid2 qiyabi təhsilə keçirtməsi və işə düzəldəcəyi adı ilə xx.xx.2018-ci il tarixdə Ağbəniz Kərəmovanın yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evində Ağbəniz Kərəmovanın 1500 manat pulunu, xx.xx.2018-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında eyni işə görə Şahid2 vasitəsilə Ağbəniz Kərəmovanın 300 manat pulunu, Ziyad Kərəmovun mühafizə polisinə işə düzəlməsi ilə bağlı əlavə olaraq xx.xx.2018-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Mərkəzi Poçt”un qarşısında Şahid2 vasitəsilə Ağbəniz Kərəmovanın 1500 manat pulunu alıb zərərçəkmiş şəxs X9 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa o, əri X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X8 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən əri X14 Cəzaçəkmə müəssisəsindən azad etdirəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində Sürəyya Sultanovanın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evində qrupun üzvü olan əri X37 Sultanovanın 2100 manat pulunu, xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində həmin ünvanında eyni işə görə Sürəyya Sultanovanın 1400 manat pulunu, xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində həmin ünvanında eyni işə görə Sürəyya Sultanovanın 1000 manat pulunu, xx.xx.2018-ci il tarixdə təxminən saaat 20 radələrində həmin ünvanında eyni işə görə Sürəyya Sultanovanın 1000 manat pulunu alıb zərərçəkmiş şəxs X8 ümumilikdə 5500 manat məbləğində xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “xxxx” yaşayış kompleksində ipoteka yolu ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal - Abşeron 1” yaşayış kompleksində yerləşən 8 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Hünkar Sofrası” adlanan restoranda Zərərçəkmiş şəxs1 5000 manat pulunu, xx.xx.2019-cu il tarixdə həmin ünvanda eyni işə görə Zərərçəkmiş şəxs1 2000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs1 7000 manat xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X15 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “xxxx 1” yaşayış kompleksində ilkin ödəniş etmədən mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal - Abşeron 1” yaşayış kompleksində yerləşən 8 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Hünkar Sofrası” adlanan restoranda X10 800 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “xxxx 1” yaşayış kompleksində aşağı faiz ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx xxxx 2019-cu il tarixdə ünvan 4 ünvanında Qəribova Səlimovanın 4000 manat pulunu, xx xxxx 2019-cu il tarixdə eyni ünvanda eyni işə görə Zərərçəkmiş şəxs3 2000 manat pulunu sonuncunun oğlu Şahid4 vasitəsilə qrupun üzvü olan əri Zamiq Mayılov alaraq ümumilikdə Zərərçəkmiş şəxs3 6000 manat xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Bundan başqa o, X2 X6 borc verdiyi 6000 manat pulu X4 hüquqi yardım göstərməklə məhkəmə yolu ilə geri almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə Xəyalə Əliyevanın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-ünvan 6 ünvanında X13 1400 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əri X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “xxxx 1” yaşayış kompleksində aşağı faiz ilə mənzil almaqda köməklik edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 satıcı işlədiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək TM-nin Elit Zonası, 5-ci sıra, 15 nömrəli mağazasında Zərərçəkmiş şəxs5 1000 manat pulunu, bundan sonra 10 gün ərzində xx.xx.2019-cu il tarixə kimi olan müddət ərzində eyni işə görə hissə-hissə olaraq eyni ünvanda Zərərçəkmiş şəxs5 4000 manat pulunu, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan” adlanan parkda eyni işə görə qrupun üzvü olan əri X38 Zeynalovanın 1000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs5 6000 manat xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2018-ci ilin noyabr ayında hər ikisinin ortaq tanışı Xədicə adlı qadının vasitəsi ilə tanımışdır. Söhbət əsnasında Fidan ona ipoteka yolu ilə ev almaq istədiyini və ilkin ödənişi də az olan ev axtardığını bildirmişdir. O da Fidanı aldadaraq ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “xxxx” yaşayış massivindən ipoteka yolu ilə ev düzüb qoşa biləcəyini bildirmişdir. Bundan sonra Fidan tanışı Raul adlı bir şəxslə birlikdə onunla görüşmüş və onlar Bakı şəhəri Binəqədi rayonu, ərazisində yerləşən “xxxx” yaşayış kompleksinə getmişlər. Həmin yerdə Fidan binanın 16-cı mərtəbəsində olan 3 otaqlı 108.9 kvadrat metrlik mənzili bəyənmişdir. O da bundan istifadə edərək Fidana həmin mənzilə görə ilkin olaraq 5000 manat pul lazım olduğunu bildirmiş, Fidan da onunla razılaşmışdır. Daha sonra xx xxxxxx 2018-ci il tarixdə Fidan tanışı Raulla birlikdə onun yaşadığı “xxxx-1” yaşayış kompleksinin yaxınlığında olan “Hünkar” restoranında ona 5000 manat pul vermiş və o da Fidana tez bir zamanda evin açarını ona verəcəyini bildirib 5000 manat pulu Fidandan almağı barədə qəbz yazıb Fidana vermişdir. Bir müddət keçdikdən sonra o, Fidana zəng vurmuş və evin təmiri ilə bağlı 2000 manat da pul lazım olduğunu demişdir. Fidan da ona etiraz etməmiş və yenə də həmin yerdə, yəni “xxxx-1” yaşayış kompleksinin yaxınlığında olan “Hünkar” restoranında Raulun yanında xx.xx.2019-cu il tarixdə ona 2000 manat pul vermişdir. O da yenə də Fidanı aldadaraq yalandan demişdir ki, yaxın vaxtda evin açarlarını təqdim edəcək. Lakin onun Fidana ev almaq niyyəti olmamışdır, o, ümümilikdə Fidandan aldığı 7000 manat pulu əri Zamiq Mayılovla birlikdə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, X15 qarşı da dələduzluq edib onun 800 manat pulunu ələ keçirmişdir. Belə ki, onun Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx 1” yaşayış kompleksinin ərazisində hüquqi xidmət barədə ofisi olmuşdur, onun hüquq təhsili olduğu üçün o, insanlara hüquqi xidmət göstərib qazanc əldə edirmiş. X20 da onun Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx 1” yaşayış kompleksinin ərazisində yerləşən ofısində onun işçisi olub. Söhbət əsnasında Nilufər ilkin ödəniş olmadan “xxxx 1” yaşayış kompleksindən daxili kredit yolu ilə ev almaq istədiyini bildirmişdir. O da ona bu işdə köməklik edə biləcəyini bildirmiş və buna görə də ilkin olaraq 800 manat pul lazım olacağını Nilufərə demiş, Nilufər də onunla razılaşmışdır. Lakin Nilufərin ev almaq məsələsinə köməklik etmək barədə onun niyyəti olmamış, o, asan yol ilə qazanc əldə etmək istəyirmiş. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Nilufər ilə Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx 1” yaşayış komleksində yerləşən “Hünkar” restoranında görüşmüş və Nilufər ona 800 manat pul vermişdir ki, o, onun ev məsələsini həll etsin. Həmin vaxt əri Zamiq də onun yanında olmuşdur. Bir müddət keçdikdən sonra Nilufər işin nə yerdə olduğunu soruşduqda o da yalandan işin həll olunacağını və yaxın vaxtlarda evə köçəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra o, işlədiyi ofisi bağlayaraq həmin yerdən çıxıb getmiş və telefonlarını da söndürmüşdür. Nilufərdən aldığı 800 manat pulu da əri Zamiqlə birlikdə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 qarşı da dələduzluq edib onun 6000 manat pulunu ələ keçirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs3 əvvəllər kirayədə yaşadığı Abşeron rayonu, xxxx 1 yaşayış kompleksindən tanıyır. Bir dəfə Qəribə onun həmin ərazidə olan hüquq xidmətləri ofisinə gəlmişdir. Qəribə söhbət əsnasında ipoteka yolu ilə “xxxx 1” yaşayış kompleksindən mənzil almaq istədiyini və ilkin ödənişin az olmasını ona danışanda o da ona həmin məsələ ilə bağlı ev tapa biləcəyini demişdir. Bundan sonra o, Qəribəyə ipoteka yolu ilə ev almaq üçün bina rəhbərliyi ilə danışdığını və ona görə ilkin olaraq 4000 manat pul lazım olduğunu demişdir. Qəribə də onunla razılaşaraq xx xxxx 2019-cu il tarixdə yaşadığı ünvan 4 ünvanında onunla görüşərək 4000 manat pulu ona vermişdir. O da Qəribəyə narahat olmamasını və ev məsələsini tez bir zamanda həll edəcəyini bildirmişdir. O, Qəribəni aldatdıqdan sonra 4000 manat pulu əri Zamiqlə birlikdə xərcləmişdir. Daha sonra əri onunla Qəribənin arasında olan söhbəti bildiyi üçün ona Qəribədən yenə də pul almağını demişdir. O da Zamiqə utandığını demişdir. Zamiq də bilirmiş ki, o, Qəribəyə qarşı dələduzluq edərək 4000 manat pulu almışdır və ona görə də Zamiq ona demişdir ki, o, Qəribəni aldadaraq həmin evə görə 2000 manat da lazım olduğunu ona bildirsin. Beləliklə o, Qəribə ilə telefon əlaqəsi saxlayıb ev məsələsinin həll olunması üçün əlavə 2000 manat pul lazım olduğunu bildirmiş, Qəribə onunla razılaşmışdır. xx xxxx 2019-cu il tarixdə Zamiq özü də Qəribənin oğlu Anarla görüşərək yalandan həmin mənzilə görə əlavə olaraq 2000 manat da pul lazım olmasını deyib və həmin günü də Qəribənin oğlu Anarı aldadaraq 2000 manat pulu yaşadıqları ünvan 8 ünvanında Anardan almışdır. O və Zamiq Qəribədən aldıqları ümumilikdə 6000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Onu da qeyd etmişdir ki, o, hazırda ünvan 4 ünvanında yaşamır. Bundan başqa o, X16 qarşı da dələduzluq edib onun 1400 manat pulunu ələ keçirmişdir. Belə ki, o, Xəyaləni Abşeron rayon Polis İdarəsinin sahə rəisi polis kapitanı Mahir Hüseynovun vasitəsi ilə tanımışdır. Belə ki, o, sahə rəisi Mahir Hüseynovun iş otağında olanda Xəyalə Əliyeva da sahə rəisinin iş otağına şikayətə gəlmişdir. Mahir də Xəyaləyə onun hüquqşünas olduğunu bildirmişdir. Xəyalə X1 6000 manat borca pul verdiyini, lakin həmin şəxsin borcu qaytarmadığını demişdir. O da Xəyaləyə həmin məsələdə hüquqi yardım göstərəcəyini və məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin pulları alaraq Xəyaləyə qaytaracağını bildirmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə şifahi razılaşma əsasında o, Xəyalədən 1400 manat pulu onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-ünvan 9 ünvanında almışdır. Lakin o, Xəyaləni aldatmış, belə ki, Xəyaləyə heç bir hüquqi yardım göstərməmiş, ona görə ki, onun məhkəmələrə çıxmaq hüququ yoxdur, o, Vəkillər Kollegiyasının üzvü deyil. Ona görə də Xəyaləni aldatdıqdan sora o, həmin ofisi bağlayaraq həmin yerdən uzaqlaşaraq getmişdir. Onu da qeyd etmək istəyir ki, o, həmin puldan 300 manat Xəyaləyə qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs5 qarşı da dələduzluq edib onun 6000 manat pulunu ələ keçirmişdir. Belə ki, o, Aynurəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət mərkəzindən tanıyır, o, Sədərək TM-də alış-veriş edərkən Aynurəni tanımışdır. O, Aynurədən alış-veriş edərkən söhbət əsnasında Aynurə ona ipoteka yolu ilə ev almaq istədiyini və ilkin ödənişi də az olan ev axtardığını bildirmişdir. O da Aynurəni aldadaraq ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “xxxx 1” yaşayış kompleksindən ipoteka yolu ilə ev düzüb qoşa biləcəyini bildirmişdir. Bundan sonra Aynurə onunla görüşmüş və o, əri Zamiqin idarə etdiyi “Hyundai” markalı avtomobil ilə Xırdalan şəhərində yerləşən “xxxx 1” yaşayış kompleksinə getmişdir. O, həmin yerdə olan evlərin bir neçəsini orada işləyən işçilərin xəbəri olmadan Aynurəyə göstərmişdir. Aynurə də həmin binada olan 2 otaqlı evi bəyənmiş və o da ilkin olaraq ona 6000 manat pul lazım olduğunu bildirmişdir. Onun Aynurəyə ev almağa köməklik etmək niyyəti olmamışdır. Aynurə onun təklifi ilə razılaşmış və o, 2019-cu ilin iyun ayının 3-də Aynurənin satıcı işlədiyi Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Sədərək TM- yerləşən mağazasında Aynurə ilə görüşmüş və Aynurə ona 1000 manat pul vermişdir. Daha sonra 10 gün ərizində Aynurə ona Sədərək TM-də satıcı işlədiyi mağazada bir neçə dəfəyə 4000 manat, ümumilikdə 5000 manat pul vermişdir. O da Aynurəyə narahat olmamasını və tez bir zamanda məsələnin həll olunacağını bildirmişdir. O, Aynurədən ümumilikdə 5000 manat pulu aldıqdan bir neçə gün keçdikdən sonra əri Zamiqə demişdir ki, Aynurə ilə ev almaq məsələsinin həllini 6000 manat pula danışmışdır, Aynurəyə zəng vuraraq 1000 manat pulu ondan alsın. X35 ilə danışıb yerdə qalan 1000 manat pulu verməsini bildirmişdir. Zamiq də Aynurə ilə 2019-cu ilin iyun ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Cırtdan” parkında görüşüb 1000 manat pulu Aynurədən almışdır. O və Zamiq Aynurəni aldadaraq almış olduqları 6000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, X11 qarşı da dələduzluq edib onun 5500 manat pulunu ələ keçirmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə o, Sürəyyanın qardaşı arvadı ilə birlikdə Sürəyyanın Xırdalan şəhərində yaşadığı evə qonaq getmişlər. Həmin gün Sürəyyanın qardaşı arvadının qızının doğum günü olmuşdur. Söhbət əsnasında Sürəyya ona bildirmişdir ki, onun əri Bəybala Cəzaçəkmə müəssisəsində cəza çəkir. O da Sürəyyadan əri Bəybalanın hansı tarixdən həbsdə olduğunu, barəsində neçə il azadlıqdan məhrum etmə cəzası verilməsi barədə soruşmuşdur. Sürəyya ona əri Bəybalanın 14 il müddətinə azadlıqdan məhrum edilməsini, 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. O da Sürəyyaya demişdir ki, narahat olmasın, o, vəkil işləyir, onun ərini Cəzaçəkmə müəssisəsindən çıxartdıracaq, bunun müqabilində ona 3500 manat pul verməlidir. Sürəyya onunla razılaşmış və xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində o, əri Zamiq Mayılov ilə birlikdə Sürəyyanın yaşadığı ünvan 10 ünvanına getmişdir. Sürəyya anası Ragülün yanında əri Zamiqə 2100 manat pul vermiş və bildirmişdir ki, yerdə qalan 1400 manat pulu əri Bəybalanın sənədlərini düzəltdikdən sonra verəcək. xx.xx.2018-ci il tarixdə o, Sürəyyanın yaşadığı ünvan 10 ünvanına gedib 1400 manat pulu ondan almış və Sürəyyaya demişdir ki, narahat olmasın, 20 gündən sonra əri Bəybala həbsdən azad ediləcəkdir. Lakin onun Sürəyyanın əri Bəybalanı həbsdən azad etdirmək niyyəti olmamışdır və bunu edə də bilməzmiş. 1400 manat pulu aldıqdan təxminən 1 ay sonra Sürəyya onunla telefon əlaqəsi saxlayıb ərinin nə vaxt azadlığa buraxılacağını soruşmuşdur. O, Sürəyyaya demişdir ki, əri Bəybalanın həbsdən azad edilməsində problem yaranmışdır, belə ki, ərinin barəsində 2015-ci ildə yenidən məhkəmə hökmü çıxmışdır, əlavə 2000 manat da pul düzəltmək lazımdır ki, ərinin Cəzaçəkmə müəssisəsindən buraxılması məsələsini həll etsin. Beləliklə xx.xx.2018-ci il tarixdə Sürəyya yaşadığı ünvan 10 ünvanında anası Ragülün yanında ona 1000 manat pul verib bir neçə günə də yerdə qalan 1000 manat pulu verəcəyini demişdir. xx.xx.20018-ci il tarixdə o, Sürəyya ilə telefon əlaqəsi saxlayıb yerdə qalan 1000 manat pulun lazım olduğunu bildirmiş və həmin gün təxminən saat 20 radələrində Sürəyyanın yaşadığı ünvan 10 ünvanına gedib 1000 manat pulu Sürəyyadan almışdır. O, Sürəyyadan aldığı pulu əri Zamiq ilə şəxsi ehtiyaclarına xərcləmişdir. Onu da qeyd etmək istəyir ki, 2020-ci ilin mart ayının əvvələrində o, Zərərçəkmiş şəxs3 510 manat, Zərərçəkmiş şəxs5 isə 400 manat pul qaytarmışdır. Xəyalə Əliyevaya isə bir neçə ay bundan əvvəl 300 manat pul qaytarmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığından dələduzluq cinayətlərini törətmişdir. O, törətdiyi dələduzluq cinayətlərinin bir çoxunu tək törəmişdir. Lakin bir neçə dələduzluq cinayətində əri Zamiqin iştirakı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs3 qarşı törətdiyi cinayət əməlində Zamiq iştirak edib və pulun 2000 manat hissəsini Qəribənin oğlu Anardan alıb. Bundan başqa Zərərçəkmiş şəxs5 qarşı tördiyi cinayət əməlində Zamiqin iştirakı olub və sonuncu 1000 manat pulu Aynurədən Zamiq almışdır. Bundan başqa Zərərçəkmiş şəxs6 2100 manat pulu Zamiq almışdır və Sürəyyadən əldə etdiyi 5500 manat pulu birlikdə xərcləmişlər. O, öz ifadəsində daha sonra göstərmişdir ki, hazırda heç bir yerdə işləməməklə maddi imkanı yoxdur. Lakin zərərçəkmişlərə vurduğu ziyandan müəyyən ödənişlər etməklə qısa müddətdə işləyib qalan borcunu ödəyəcəkdir. Hazırda himayəsində üç azyaşlı uşağı olmaqla sonuncu uşağını xx.xx.2021-ci ildə doğmuşdur. Bundan başqa bacısının iki azyaşlı uşağını da himayəsinə götürmüşdür. Törətdiyi əməldən çox peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 11 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Bildirmişdir ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayında Xədicə adlı tanışının vasitəsi ilə tanımışdır. Xədicə adlı tanışı vasitəsi ilə Ülkər adlı qadınla tanış olmaqda məqsədi onun Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “xxxx” yaşayış komplesində daxili kredit şərtləri ilə mənzil almaqda köməklik etməsi olmuşdur. O, bu məqsədlə Ülkər ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin həyətində görüşmüş və həmin vaxt Ülkərin yanında tanımadığı bir qadın da olmuşdur. Daha sonra Ülkər onu və tanışı Şahid5 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinə aparmışdır. Ülkər həmin binada komendatla birlikdə onlara bir neçə mənzil göstərmiş və müxtəlif qiymətlərə həmin mənzilləri daxili kredit ilə ona təşkil edə biləcəyini demişdir. O və tanışı Raul həmin binanın 16-cı mərtəbədə olan 3 otaqlı 108.9 kvadrat metrlik mənzili bəyənmişlər. Ülkər onlara həmin binada mənzillərin kvadrat metrinin 1700 manata olduğunu, lakin özü “xxxx” MTK-nın hüquqşünası olduğu üçün ona 1-2 mənzili güzəştli ipoteka ilə ucuz qiymətə satmaq icazəsi verildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun bəyəndiyi mənzili kvadrat metrini 1000 manata təşkil edə biləcəyini demişdir. Daha sonra xx xxxxxx 2018-ci il tarixdə Ülkər bu məqsədlə onlardan 7000 manat pul istəmişdir. O, ilkin olaraq Ülkərə xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, xxxx 1-də yerləşən “Hünkar restoranında” 5000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən binanın 16-cı mərtəbəsində olan mənzilin alınması ilə bağlı ipoteka sənədlərini düzəltməsi üçün vermişdir. Həmin vaxt Ülkər özü bununla bağlı qəbz yazmışdır. Həmin qəbzi də o, ilkin araşdırma zamanı Abşeron rayon polis idarəsinə təqdim etmiş və həmin qəbz hal-hazırda iş materiallarında öz əksini tapır. Bundan sonra əlavə olaraq xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal- Abşeron 1-də yerləşən “Hünkar restoranında” 2000 manat pulu evin təmirə başlaması üçün vermişdir. Lakin bundan sonra aradan uzun müddət keçməsinə baxmayaraq, Ülkər onun pulunu qaytarmamış və verdiyi sözə əməl etməmiş və ona qarşı dələduzluq edərək 7000 manat pulunu ələ keçirtmişdir. O da məcbur qalıb bu barədə şikayət etmişdir. O öz ifadəsində daha sonra vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X20 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış komleksi bina 20, mənzil 6-da ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onu aldatması barədə Abşeron rayon polis idarəsinə şikayət ərizəsini o, yazmışdır və ərizəsini təsdiq edir. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin axırlarında yaşadığı Kristal Abşeron yaşayış komleksində tanış olmuşdur. Həmin tanışlıq zamanı Təqsirləndirilən şəxs özünü vəkil kimi ona təqdim etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs onun “Kristal Abşeron 1” yaşayış komleksindən mənzil almaq istədiyini öyrəndikdən sonra o, ona bu işdə ilkin ödəniş etmədən mənzil almaqda kömək edəcəyini söz verib bunun müqabilində 800 manat pul istəmişdir. O, Ülkərin dediklərinə inanıb xx.xx.2019-cu il tarixdə yaşadığı Kristal Abşeron komleksində onun istədiyi 800 manat pulu ona vermişdir. Həmin vaxt Ülkər kompleksin həyətində tikilməkdə olan binanı ona göstərərək 2019-cu ilin avqust ayında həmin binadan ona alacağı mənzili göstərəcəyini və ona təhvil verəcəyini söz vermişdir. Sonuncu dəfə o, Ülkəri 2019-cu il may ayında görən zaman o, dediyi vədə əməl edəcəyini bir daha ona söz vermişdir. xx.xx.2019-cu il tarixdə və ondan sonra müxtəlif vaxtlarda o, bir neçə dəfə Ülkərlə əlaqə saxlamağa çalışsa da onun nömrələrinə zəng çatsa da, Ülkər onun zənglərinə cavab verməmişdir. O da Ülkərin yaşadığı ünvana getdikdə onun həmin ünvandan köçdüyünü bildikdən sonra Ülkərin onu aldatdığını başa düşmüşdür. Bundan sonra o, eşitmişdir ki, Təqsirləndirilən şəxs bir neçə şəxsi də dələduzluq edərək aldatmışdır. O öz ifadəsində daha sonra vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, xxxx 1 yaşayış kompleksində ailəsi ilə birlikdə yaşayır. O, 2015-ci ildə Şəki rayonundan Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşdür. O, Kristal-ünvan 12 həmin ünvana ailəsi ilə birlikdə köçmüşdür. O, hər ay 740 manat qalıdığı evə görə ipoteka krediti ödəyir. O, 2019-cu ilin fevral ayının axırlarında xxxx 1 yaşayış komleksinin yaxınlığında hüquq xidmətləri ofisi olan Təqsirləndirilən şəxs tanımışdır. Söhbət əsnasında o, qaldığı mənzilə görə yüksək faizlə ipoteka krediti ödədiyini Ülkərə danışmışdır. Ülkər isə həmin 740 manat pulun çox olduğunu və ona aşağı faizlə xxxx 1 yaşayış kompleksində ipoteka yolu ilə ev təşkil edə biləcəyini demiş və buna görə də 4000 manat pul lazım olacağını ona bildirmişdir. O da Ülkərin bu fikri ilə razılaşmış və 2019-cu ilin mart ayının əvvəllərində xxxx 1 yaşayış kompleksinin yaxınlığında 4000 manat pulu Ülkərə vermişdir. Bir neçə gündən sonra Ülkər ona zəng vuraraq həmin işə görə 2000 manat da pul lazım olduğunu və həmin pulu əri Zamiqə verməyini bildirmişdir. O da xx xxxx 2019-cu il tarixdə 2000 manat pulu oğlu Anara vermiş və oğlu Anar da həmin pulu xxxx-1 yaşayış komleksinin yaxınlığında Ülkərin əri Zamiqə vermişdir. Ülkər və Zamiq məsələnin iki həftəyə həll olunacağını ona və oğlu Anara bildirmişlər. O, həmin müddət keçdikdən sonra hər dəfə Ülkərdən işin nə yerdə olduğunu soruşduqda Ülkər və Zamiq məsələnin tezliklə həll olunacağını bildirmişdir. O, xx xxxxxx 2019-cu il tarixdən sonra Ülkərə nə qədər zəng vursa da telefonlarına zəng çatmamışdır. Bundan sonra o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs və Zamiq Mayılov ona qarşı dələduzluq etmişlər. O öz ifadəsində daha sonra ona vurulmuş ziyandan 500 manat ödənildiyini, qalan məbləğin isə ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X24 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, İmişli şəhərində qeydiyyatda olsa da 4 ildir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 1” yaşayış komleksində 11 yaşında olan qızı ilə yaşayır. Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsini o yazmışdır və ərizəsini təsdiq edərək bildirmək istəyir ki, 2018-ci ilin iyun ayının axırlarında yaşadığı binada qonşusu olan X12 əri X32 ilə birlikdə gələrək atasının xəstə olduğunu və ona 3000 manat atasının müalicəsinə görə pul lazım olduğunu bildirmişdir. O da Sevincə yazığı gəldiyi üçün ona əri Raufun yanında 3000 manat pul vermişdir. Həmin hadisədən təxminən bir həftə sonra Sevinc yenidən əri Raufla birlikdə onun yaşadığı mənzilə gələrək atasının müalicəsinin davamı üçün 3000 manat pul yenidən lazım olduğunu demişdir. O da ona inanaraq 3000 manat pul vermişdir. Beləliklə o, ümumilikdə Sevinc Mehdiyevaya və əri Rauf Fərəcova 6000 manat pul vermişdir. Bundan sonra o, öyrənmişdir ki, Sevinc və Raufun ondan almış olduğu 6000 manat pulu atasının müalicəsinə xərcləməmiş və onlar həmin pulları başqa şəxslərə faizə vermişdir. O, bu məlumatı öyrəndikdən sonra Sevinc və Raufdan pullarını tələb etsə də onlar onun pulunu hər dəfə verməkdən boyun qaçırmışlar. Bundan sonra o, bu barədə müxtəlif orqanlara müraciət etmək qərarına gəlmişdir. Daha sonra onun yaşadığı ərazinin polis sahə rəisi olan Mahir Hüseynov onun işi ilə maraqlandıqda ona köməklik göstərəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Mahir Hüseynov ona bir nəfər qadın vəkil olduğunu və adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona köməklik edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs ilə söhbət edərkən Təqsirləndirilən şəxs 1400 manat pul verəcəyi təqdirdə ona köməklik göstərəcəyini bildirmişdir. O, da 2019-cu ilin aprel ayının əvvəllərində 1400 manat pulu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış komleksinin qabağında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onunla söhbət edərkən özünün Vəkillər Kollegiyasının üzvü olduğunu bildirmişdir. Bundan sonra o, hər dəfə Ülkərdən işinin nə yerdə olduğunu soruşduqda Ülkər hər dəfə müxtəlif bəhanələr gətirərək həmin pulu Samir adlı polis əməkdaşına verdiyini və Samirin bu işlə məşğul olacağını demişdir. Bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vurduqda həmin nömrə zəng çatmadığını görmüşdür. Daha sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadaraq 1400 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. O, Təqsirləndirilən şəxs 1400 manat pulu verəndə yanlarında ikisindən başqa heç kim olmamışdır. O öz ifadəsində daha sonra ona vurulmuş ziyandan 300 manat ödənildiyini, qalan məbləğin isə ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi ev 31, mənzil 20-də uşaqları ilə birlikdə yaşayır. O, 2014-cü ildə ərindən boşanmışdır. O, ərindən boşandıqdan sonra qardaşının evində qalmağa başlamışdır. Uşaqları böyüdüyü üçün ev almaq məcburiyyətində qalmışdır. O, övladlarını dolandırmaq üçün X22 satıcı işləyir. 2019-cu ilin iyun ayının əvvəllərində işdə olduğu zaman müştəri qismində mağazaya gələn, tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qadınla tanış olmuşdur. Münasibətləri yaranmışdır. O, özünü xxxx MTK-nin vəkili kimi təqdim etmişdir. Hətta onların evinə də qonaq gəlmişdir. Ülkər onun evsiz olduğunu bilib onu inandırmışdır ki, xxxxdan ona ipoteka yolu ilə və aşağı faizlə ev alacaq. Bunun üçün ilkin olaraq 5000 manat pul lazım olduğunu bildirmişdir. Hətta Ülkər həyat yoldaşı Zamiqin ağ rəngli Hyundai markalı, nömrələrini xatırlamadığı maşını ilə onu Xırdalan şəhərində yeni tikilən binaya aparıb evi də göstərmişdir. O, ona inanmış və 5000 manatı hissə-hissə on gün ərzində iş yerində, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində əri Zamiqin yanında Ülkərə vermişdir. Ülkər 5000 manatı aldıqdan bir neçə gün sonra bildirmişdir ki, iş alınmır və ona görə də 1000 manat əlavə pul lazımdır. O, sonuncu dəfə 1000 manatı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Cırtdan” parkında Təqsirləndirilən şəxs yanında Zamiqə vermişdir. Ülkər və Zamiq məsələnin avqust ayının 5-nə kimi həll olunacağını bildirmişdir. O, xx xxxxxx 2019-cu il tarixdən sonra Ülkərə nə qədər zəng vursa da telefonlarına zəng çatmamışdır. Bundan sonra o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs və Zamiq Mayılov ona qarşı dələduzluq etmişlər. Zərərçəkmiş şəxs5 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, xxxx 1” yaşayış komleksində ipoteka yolu ilə və aşağı faizlə mənzil almaqda köməklik göstərəcəyini vəd verərək ilk dəfə 5000 manatı hissə-hissə on gün ərzində iş yerində, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində əri Zamiqin yanında Ülkərə vermiş, sonuncu dəfə 1000 manatı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Cırtdan” parkında Təqsirləndirilən şəxs yanında Zamiqə vermişdir. O, bu barədə onu deyə bilər ki, ona ipoteka yolu ilə ev almaq vədini konkret olaraq Təqsirləndirilən şəxs və Zamiq Mayılov vəd vermiş daha sonra isə 6000 manat pulunu alaraq ona qarşı dələduzluq etmişlər. O öz ifadəsində daha sonra ona vurulmuş ziyandan 250 manat ödənildiyini, qalan məbləğin isə ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 13 ünvanında qeydiyyatdadır, ünvan 10 ünvanında övladları və anası Ragül ilə birlikdə yaşayır, onun iki övladı vardır. Bildirir ki, onun əri X21 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib, barəsində 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. İşin mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarnda tanımışdır. Belə ki, Ülkər onun qardaşı arvadının bibisi gəlinidir. xx.xx.2018-ci il tarixdə qardaşı Seymurun qızı Ragülün doğum günü olmuşdur. Həmin gün qardaşının ailəsi Kürdəmir rayonundan onun yaşadığı evə qonaq gəldikləri üçün Ragülün doğum günü onun yaşadığı evdə keçirilmişdir. Təqsirləndirilən şəxs həmin gün qardaşı arvadı ilə birlikdə onların yaşadıqları evə gəlmişdir. Həmin gün Ülkər söhbət əsnasında bilmişdi ki, onun əri Bəybala Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ülkər ondan əri Bəybalanın hansı tarixdən həbsdə olduğunu, barəsində neçə il azadlıqdan məhrum etmə cəzası verilməsi barədə soruşmuşdur. O, Ülkərə əri Bəybalanın 14 il müddətinə azadlıqdan məhrum edilməsini, 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. Ülkər ona demişdir ki, narahat olmasın, o, vəkil işləyir, onun ərini Cəzaçəkmə müəssisəsindən çıxartdıracaqdır, bunun müqabilində ona 3500 manat pul verməlidir. O, Ülkərin sözlərinə inanmış və 2100 manat borc pul tapmışdır. xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində Ülkər əri Zamiq Mayılov ilə birlikdə onun yaşadığı ünvan 10 ünvanına gəlmişdir. O, anası Ragülün yanında Ülkərin əri Zamiqə 2100 manat pul vermiş və bildirmişdir ki, yerdə qalan 1400 manat pulu əri Bəybalanın sənədlərini düzəltdikdən sonra verəcək. Zamiq 2100 manat pulu sayıb cibinə qoyub daha sonra Ülkər ilə birlikdə evdən çıxıb getmişdir. Bir neçə gün sonra Ülkər onu Bakı şəhərində yerləşən 6 saylı Vəkil Bürosuna aparmışdı və oradan əri Bəybalanın barəsində olan məhkəmə hökmünü götürmüşdür. xx.xx.2018-ci il tarixdə Ülkər onun mobil telefonuna zəng edib demişdir ki, 1400 manat pulu da düzəltsin, gəlib götürəcəkdir. O, həmin gün 1400 manat borc pul tapmış və xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində Ülkər əri Zamiq Mayılov ilə birlikdə onun yaşadığı ünvan 10 ünvanına gəlmiş, Zamiq küçədə Ülkəri gözləmiş, o, anası Ragülün yanında Ülkərə 1400 manat pulu vermiş və Ülkər ona demişdir ki, narahat olmasın, 20 gündən sonra əri Bəybala həbsdən azad ediləcəkdir. Daha sonra Ülkər evdən çıxıb getmişdir. Ülkərə 1400 manat pulu verdikdən təxminən 1 ay sonra əri Bəybalanın həbsdən buraxılmadığını görüb onunla telefon əlaqəsi saxlayıb ərinin nə vaxt azadlığa buraxılacağını soruşmuşdur. Ülkər ona demişdir ki, əri Bəybalanın həbsdən azad edilməsində problem yaranmışdır, belə ki, ərinin barəsində 2015-ci ildə yenidən məhkəmə hökmü çıxmışdır, əlavə 2000 manat da pul düzəltmək lazımdır ki, ərinin Cəzaçəkmə müəssisəsindən buraxılması məsələsini həll etsin. O da məcbur olub yenidən 2000 manat borc pul tapıb xx.xx.2018-ci il tarixdə təxminən saaat 20 radələrində yaşadığı ünvan 10 ünvanında anası Ragülün yanında həmin pulun 1000 manatını Ülkərə verib bir neçə günə də yerdə qalan 1000 manat pulu verəcəyini demişdir. Ülkərin əri Zamiq də həmin vaxt küçədə Ülkəri gözləyirmiş. xx.xx.20018-ci il tarixdə Ülkər onunla telefon əlaqəsi saxlayıb yerdə qalan 1000 manat pulun lazım olduğunu bildirmiş və həmin gün təxminən saaat 20 radələrində Ülkər yaşadığı ünvan 10 ünvanına gəlmişdir. Ülkərin əri Zamiq də həmin vaxt küçədə Ülkəri gözləyirmiş. O, anası Ragülün yanında 1000 manat pulu Ülkərə vermiş və Ülkər pulu alıb ona demişdir ki, əri Bəybala 20 gün ərzində azadlığa buraxılacaq. Lakin bir ay keçdikdən sonra ərinin azadlığa buraxılmadığını görüb Ülkərin mobil telefonuna zəng vursa da onun mobil telefonuna zəng çatmamışdır. 2019-cu ilin əvvəllərində o, Ülkəri çətinliklə tapmış və Ülkər yenə də onu arxayın salıb demişdir ki, narahat olmasın, ərinin sənədləri düz olmadığı üçün bu iş bir qədər yubanıb, yaxın vaxtlarda azadlığa buraxılacaqadır. Beləliklə bu minvalla Ülkər hər dəfə onu aldadırmış. Sonradan o, başa düşmüşdür ki, Ülkər onu aldadıb və ona verdiyi 5500 manat pulu ondan tələb etməyə başlamışdır. Lakin Ülkər ona 5500 manat pulunu qaytaracağına söz versə də həmin pulu qaytarmamışdır. O öz ifadəsində daha sonra vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı Sədaqətin gəlinidir. Şahid2 və X29 isə övladlarıdır. Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və ya qərəzli münasibət yoxdur. 2018-ci ilin avqust ayının 20-də baldızı oğlu X28 arvadı Ülkərlə birlikdə onların yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evə gəlmişdir. Bu zaman söhbət əsnasında Ülkər qızı Məleykənin nə işlə məşğul olduğunu soruşmuş, o, isə Məleykənin tibb kollecinə hazırlaşdığını, lakin kifayət qədər bal toplaya bilmədiyi üçün bu günə qədər qəbul olmadığını bildirmişdir. Həmin vaxt Ülkər tanışının olduğunu və qızı Məleykəni kollecə düzəldə biləcəyini bildirmişdir. O, isə fikirləşib ona cavab verəcəyini söyləmişdir. Bundan bir müddət sonra 2018-ci ilin sentyabr ayının əvvəllərində Ülkər və Zamiq yenidən onlara gəlmişlər. Söhbət əsnasında o, qızı Məleykəni tibb kollecinə düzəltməsini Ülkərdən xahiş etmişdir. Ülkər də onunla razılaşmış və 3000 manat ondan pul istəmişdir. O, da həmin pulu onunla razılaşdıqdan sonra Ülkərə vermişdir. Pulu verən zaman qızı Məleykə yanında olmuşdur. Ülkər pulu aldıqdan sonra qısa zamanda qızı Məleykəni kollecə düzəldəcəyini bildirmişdir. Daha sonra isə qızı Ülkəri yaşadığı Xırdalan şəhərinə aparmışlar. Bir müddət qızı Məleykə onlarla birlikdə qalmışdır. 2018-ci ilin sentyabr ayının 3-də Zamiq və Ülkər yenidən yaşadıqları evə gəlmişlər. Onlar nigah müqaviləsi bağlamaq üçün Kürdəmir rayonuna gəldiklərini söyləmişlər. Ülkər oğlu Ziyadın da nə işlə məşğul olduğunu ondan soruşduqda o, şəxsi işləri ilə əlaqədar Rusiya FR-na gedib-gəldiyini və heç bir işinin olmadığını söyləmişdir. Ülkər isə oğlu Ziyadın yaşı və digər anket məlumatlarını ondan soruşmuş və oğlu Ziyadı mühafizə polisinə işə düzəldəcəyini ona vəd etmişdir. O, da onun sözünə inanıb “işə düzəldə bilsə çox yaxşı olar” demişdir. Ülkər isə 3000 manat pul verəcəyi təqdirdə qısa zamanda oğlu Ziyadı polisə düzəldəcəyini ona bildirmişdir. O, da razılaşmışdır və iki gün Ülkərgilin bizdə qaldığı müddətdə 3000 manat pulu düzəldib ona vermişdir. Həmin vaxt oğlu Ziyad yanında olmuşdur. xx.xx.2018-ci il tarixdə Ülkər və Zamiq oğlu Ziyadı da götürüb yaşadıqları Xırdalan şəhərində yerləşən evə aparmışlar. Daha sonra isə ayrı- ayrı vaxtlarda qızı Məleykə vasitəsilə Ülkər ona söz göndərərək vəd verdiyi işlərin düzəlməsi üçün müxtəlif məbləğdə pullar istəmişdir. Bu səbəbdən o, xx.xx.2018-ci il tarixdə 350 manat, xx.xx.2018ci il tarixdə 350 manat qızı Məleykənin adına pul göndərmişdir. 2018-ci ilin 4 oktyabr tarixində Ülkər Zamiqlə birlikdə onun yaşadığı evə gəlmişlər. Ülkər qızı Məleykəni qiyabi təhsilə keçirdib işə düzəldəcəyini vəd etmişdir. O, da yenidən onunla razılaşmışdır. Ülkər qızı Məleykəni işə düzəltmək üçün ondan 1500 manat pul istəmişdir. O, da onunla razılaşmışdır və evində 1500 manat pulu Ülkərə vermişdir. Həmin vaxt yanında qızı Məleykə olmuşdur. Pulu aldıqdan sonra xx.xx.2018-ci il tarixdə yenidən qızı Məleykəni də götürüb özləri ilə aparmışlar. xx.xx.2018-ci il tarixdə qızı Məleykə yenidən ona zəng edərək Ülkərə işləri üçün 300 manat pul lazım olduğunu söyləmişdir və o, yenidən qızı Məleykənin adına 300 manat pul göndərmişdir. Qızı Məleykə də həmin pulu Xırdalan şəhərində yerləşən “Bank of Baku” fılialından götürərək Ülkərə vermişdir. Bir müddət sonra isə xx.xx.2018-ci il tarixdə Ülkər yenidən ona zəng edərək oğlu Ziyadın işinin düzəlməsi üçün 1500 manat pul lazım olduğunu bildirmiş, bu səbəbdən o, yenidən qızı Məleykənin adına 1500 manat pul göndərmişdir. Məleykə də həmin pulu Abşeron rayonu Mərkəzi poçtundan götürərək Xırdalan şəhərində Ülkərə vermişdir. Bundan bir müddət sonra isə qızı Məleykənin təhsil aldığı “ASİS” kursunun rəhbərindən təhsili ilə bağlı ödəniş olunubolunmadığı, Ülkər adlı qadını tanıyıb-tanımadığını soruşmuş, nəticədə kurs rəhbəri Ülkər adlı şəxsi tanımadığını və ona heç bir ödəniş edilmədiyini söyləmişdir. Bu barədə deyilənləri Məleykə ona söylədikdə o, Ülkərlə əlaqə saxlamışdır. Ülkər isə məsələni gizli saxlamaq üçün kurs rəhbərinin elə dediyini bildirmiş və əlavə olaraq kursu bitirdikdən sonra qızı Məleykəyə tibb kollecinin diplomunu verəcəyini söyləmişdir. O, isə yenidən ona inanmışdır. Bir müddət sonra isə Ülkərin oğlu Ziyadı işə düzəltmədiyini, qızı Məleykədən kursda aylıq pulu istənildiyini gördükdə Ülkərin onu aldatdığını başa düşmüşdür. Daha sonra ondan pulunu istəmiş, o, isə yenidən qısa zamanda işin düzələcəyini söyləyərək onu aldatmışdır. Həmin gündən sonra müxtəlif bəhanələr gətirdiyini gördüyü üçün şikayət etmək qərarına gəlmişdir. Ülkər ona qarşı dələduzluq edib, ümumilikdə ondan 10 000 manat pul almışdır. O, Ülkərə borc adı ilə pul verməmişdir. O öz ifadəsində daha sonra vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Nəsimi rayonu, 5-ci mikrorayon, M.Cəfərov küçəsi ev 16, mənzil 138-də yaşayır. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayında tanışının vasitəsi ilə tanımışdır. Bildirmişdir ki, Ülkərlə tanış olmaqla məqsədləri onun, tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “xxxx” yaşayış komplesində daxili kredit şərtləri ilə mənzil almaqda köməklik etməsi olmuşdur. Bu məqsədlə Fidanla o birlikdə Ülkər ilə görüşmüşlər. Ülkər bildirmişdir ki, o, “xxxx” yaşayış kompleksinin işçisidir. Ona görə də Fidana ona ev almaqda köməklik edə bilər”. Bu məqsədlə o, Fidandan 7000 manat pul istəmişdir. Fidan ilkin olaraq Ülkərə xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, xxxx 1-də yerləşən “Hünkar restoranında” 5000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən binanın 16-cı mərtəbəsində olan mənzilin alınması ilə bağlı ipoteka sənədlərini düzəltməsi üçün vermişdir. Həmin vaxt Ülkər özü bununla bağlı qəbz yazmışdır. Bundan sonra əlavə olaraq xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, xxxx 1-də yerləşən “Hünkar restoranında” 2000 manat pulu evin təmiri üçün vermişlər. Lakin bundan sonra aradan uzun müddət keçməsinə baxmayaraq, Ülkər Fidanın pulunu qaytarmamış və verdiyi sözə əməl etməmişdir. Fidan da məcbur qalıb bu barədə şikayət etmişdir. Xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görsünlər və Fidana dəymiş ziyanın ödənilməsinə köməklik göstərsinlər. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Fidan Ülkərə ilk dəfə xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, xxxx 1-də yerləşən “Hünkar restoranında” 5000 manat pulu Bakı şəhəri, Binəqədi rayon'u, S.S.Axundov küçəsində yerləşən binanın 16-cı mərtəbəsində olan mənzilin alınması ilə bağlı ipoteka sənədlərini düzəltməsi üçün vermişdir. Həmin vaxt Ülkər özü bununla bağlı qəbz yazmışdır. Həmin qəbzi də Fidan təqdim etmişdir. Bundan sonra əlavə olaraq xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, xxxx 1-də yerləşən “Hünkar restoranında” 2000 manat pulu evin təmiri üçün vermişdir. Həmin vaxtı o, Fidanın yanında olmuşdur. Ülkər pulu ödəməkdən boyun qaçırdıqdan sonra onun həyat yoldaşı Zamiq ona vəd etmişdir ki, pulu qaytaracaq. Lakin o da verdiyi sözə əməl etməmişdir. Zamiq ilə aralarında olan “whatsapp” yazışmalarını da təhqiqata təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi Sədaqətin gəlinidir. X18 anasıdır. Şahid2 isə bacısıdır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya qərəzli münasibət yoxdur. O, 2018-ci ilin senytabr ayının 4-də Rusiya FR-dan yaşadığı evə geri qayıtmışdır. Həmin gün bibisi oğlu Zamiq və arvadı Ülkər onların evinə gəlmişlər. Söhbət əsnasında onun nə işlə məşğul olduğunu soruşan Ülkərə “Rusiya FR-da fərdi işlə məşğul olduğunu və yenicə oradan qayıtdığını” söyləmişdir. Bu zaman Ülkər anası Ağbənizə onu polisə düzəltmək üçün tanışlarının olduğunu bildirmişdir. Anası Ağbəniz isə onu polisə düzəldəcəyi təqdirdə neçə manat pul lazım olacağını soruşmuşdur. Ülkər isə 4000 manat pul istəmişdir. Anası Ağbəniz isə cəmi 3000 manat pul tapa biləcəyini söylədikdə Ülkər “qohumuq eybi olmaz düzəldərəm” cavabını vermişdir. Həmin gün razılaşmadan sonra anası Ağbəniz onun və bacısı Məleykənin yanında Ülkərə 3000 manat pul vermişdir. Ertəsi gün xx.xx.2018-ci il tarixdə Ülkər və Zamiq onlardan çıxıb getmişlər. xx.xx.2018-ci il tarixdə Zamiq yenidən Kürdəmir rayonuna gəlmiş və onu da yaşadığı evə aparmışdır. Ülkərlə onun yaşadığı evdə olan zaman onun işi ilə bağlı kimlərləsə görüşüb görüşməyəcəyini soruşduqda “özüm həll edəcəm görüşmək lazım deyil” cavabını vermişdir. Bir müddət sonra isə anası Ağbəniz Ülkərin bacısı Məleykəni kollecə və işə düzəlmək barədə verdiyi vədlərin yalan olduğunu anlamışdır. Həmin vədlərlə bağlı anası Ülkərə 4500 manat pul vermişdir. Ülkərin onu aldatdığını anladıqdan sonra isə anası Ağbəniz Ülkərdən ona verdiyi pulları tələb etmişdir. Ülkər isə müxtəlif bəhanələr gətirərək bu günə qədər nə vədinə əməl etmiş, nə də pulları geriyə qaytarmışdır. Sonuncu dəfə onun işi ilə bağlı Ülkər anasından 1500 manat pul istəmiş anası həmin pulu poçt vasitəsilə bacısı Məleykənin adına göndərmişdir. Məleykə isə pulu götürüb Xırdalan şəhərində yerləşən poçtun binasının qarşısında Ülkərə vermişdir. Hadisə nəticəsində Ülkər anasından 10.000 manat pul almışdır. Həmin pulları isə bacısı Məleykə və onun işə düzəlməyi barədə müxtəlif yalan vədlər verərək anasından almışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 14 ünvanında qeydiyyatdadır, ünvan 10 ünvanında qızı Sürayə və bir nəvəsi ilə birlikdə yaşayır. O, bildirir ki, qızı Sürayənin əri X21 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib, barəsində 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarnda tanımışdır. Belə ki, Ülkər onun gəlininin bibisi gəlinidir. xx.xx.2018-ci il tarixdə oğlu Seymurun qızı Ragülün doğum günü olmuşdur. Həmin gün oğlunun ailəsi Kürdəmir rayonundan onların yaşadıqları evə qonaq gəldikləri üçün Ragülün doğum günü onların yaşadıqları evdə keçirilmişdir. Təqsirləndirilən şəxs da həmin gün gəlini ilə birlikdə onların yaşadıqları evə gəlmişdir. Həmin gün Ülkər söhbət əsnasında bilmişdir ki, Sürayənin əri Bəybala Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ülkər Sürəyyadan əri Bəybalanın hansı tarixdən həbsdə olduğunu, barəsində neçə il azadlıqdan məhrum etmə cəzası verilməsi barədə soruşmuş, Sürəyya Ülkərə əri Bəybalanın 14 il müddətinə azadlıqdan məhrum edilməsini, 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. Ülkər Sürəyyaya demişdir ki, narahat olmasın, o, vəkil işləyir, onun ərini Cəzaçəkmə müəssisəsindən çıxartdıracaqdır, bunun müqabilində ona 3500 manat pul verməlidir. Sürəyya Ülkərin sözlərinə inanmış və 2100 manat borc pul tapmışdır. xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində Ülkər əri Zamiq Mayılov ilə birlikdə onların yaşadıqları ünvan 10 ünvanına gəlmişdir. Qızı Sürəyya onun yanında Ülkərin əri Zamiqə 2100 manat pul vermişdir və bildirmişdir ki, yerdə qalan 1400 manat pulu əri Bəybalanın sənədlərini düzəltdikdən sonra verəcəkdir. Zamiq 2100 manat pulu sayıb cibinə qoyub daha sonra Ülkər ilə birlikdə evdən çıxıb getmişdir. xx.xx.2018-ci il tarixdə Ülkər Sürayənin mobil telefonuna zəng edib demişdir ki, 1400 manat pulu da düzəltsin, gəlib götürəcəkdir. Sürayə həmin gün 1400 manat borc pul tapmış və xx.xx.2018-ci il tarixdə təxminən saat 20 radələrində Ülkər əri Zamiq Mayılov ilə birlikdə onların yaşadıqları ünvan 10 ünvanına gəlmiş, Zamiq küçədə Ülkəri gözləmiş, Sürəyya onun yanında Ülkərə 1400 manat pulu vermiş və Ülkər Sürəyya demişdi ki, narahat olmasın, 20 gündən sonra əri Bəybala həbsdən azad ediləcəkdir. Daha sonra Ülkər evdən çıxıb getmişdir. Sürəyya Ülkərə 1400 manat pulu verdikdən təxminən 1 ay sonra Bəybalanın həbsdən buraxılmadığını görüb onunla telefon əlaqəsi saxlayıb ərinin nə vaxt azadlığa buraxılacağını soruşmuş, Ülkər ona demişdir ki, Bəybalanın həbsdən azad edilməsində problem yaranmışdır, belə ki, Bəybalanın barəsində 2015-ci ildə yenidən məhkəmə hökmü çıxmışdır, əlavə 2000 manat da pul düzəltmək lazımdır ki, Bəybalanın Cəzaçəkmə müəssisəsindən buraxılması məsələsini həll etsin. Sürəyya məcbur olub yenidən 2000 manat borc pul tapıb xx.xx.2018-ci il tarixdə təxminən saaat 20 radələrində yaşadıqları ünvan 10 ünvanında onun yanında həmin pulun 1000 manatını Ülkərə verib bir neçə günə də yerdə qalan 1000 manat pulu verəcəyini demişdi. Ülkərin əri Zamiq də həmin vaxt küçədə Ülkəri gözləyirmiş. xx.xx.20018-ci il tarixdə təxminən saat 20 radələrində Ülkər yaşadıqları ünvan 10 ünvanına gəlmişdi. Ülkərin əri Zamiq də həmin vaxt küçədə Ülkəri gözləyirmiş. Sürəyya onun yanında 1000 manat pulu Ülkərə vermiş və Ülkər pulu alıb demişdir ki, Bəybala 20 gün ərzində azadlığa buraxılacaq. Lakin bu günki günə qədər Bəybala azadlığa buraxılmayıb, qızı Sürəyya ona verdiyi 5500 manat pulunu geri istədikdə hər dəfə yalandan yaxın vaxtlarda 5500 manat pulu qaytacağına söz versə də həmin pulu qaytarmamışdır. Şahid1 ona verilən sualları cavablandırıb bildirmişdir ki, qızı Sürəyya Təqsirləndirilən şəxs 5500 pulu Bəybalanın Cəzaçəkmə müəssisəsindən azadlığa buraxılması məsələsinin həll olunması üçün yaşadıqları ünvan 10 ünvanında onun yanında vermişdir. Lakin birinci dəfə 2100 manatı verəndə Ülkərin əri Zamiq də yaşadıqları evə gəlmiş, hətta 2100 manat pulu Sürəyyadan Zamiq almışdır. xx.xx.2020-ci il tarixdə qızı Sürəyya Ülkərin yanında Zamiqə 2100 manat pulu verəndə Zamiq Sürəyyaya demişdir ki, Bəybala 20 günə inşallah azadlığa çıxacaqdır, qurbanlığı özü kəsəcəkdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun anasıdır. O, anası Qəribə və ailəsi ilə birlikdə ünvan 15 ünvanında yaşayır. İşin mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs və əri Zamiq Mayılovu anası Zərərçəkmiş şəxs3 vasitəsilə tanımışdır. Belə ki, anası Zərərçəkmiş şəxs3 2019-cu ilin fevral ayının axırlarında xxxx 1 yaşayış komleksinin yaxınlığında hüquq xidmətləri ofisi olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında anası Zərərçəkmiş şəxs3 yaşadığı mənzilə görə yüksək faizlə ipoteka krediti ödədiyini Ülkərə danışmışdır. Ülkər isə 740 manat ipoteka pulunun çox olduğunu və ona aşağı faizlə xxxx 1 yaşayış kompleksində ipoteka yolu ilə ev təşkil edə biləcəyini və buna görə də 4000 manat pul lazım olacağını bildirmişdir. X39 Ülkər adlı qadının aşağı faizlə xxxx 1 yaşayış kompleksində ipoteka yolu ilə ev almaq məsələsini həll edəcəyi barədə söhbət etmişdir. Anası Zərərçəkmiş şəxs3 Ülkərin bu fikri ilə razılaşmış və xx xxxx 2019-cu il tarixdə Ülkərin yaşadığı ünvan 4 ünvanında Ülkərə 4000 manat pulu vermişdir. Bir neçə gündən sonra Ülkər anası Zərərçəkmiş şəxs3 zəng vuraraq həmin işə görə əlavə olaraq 2000 manat da pul lazım olduğunu və həmin pulu əri Zamiqə verməyini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə anası Zərərçəkmiş şəxs3 Ülkərə aparıb vermək üçün ona 2000 manat pulu vermiş və o, həmin gün təxminən saat 20 radələrində Ülkərin yaşadığı ünvan 4 ünvanına getmişdir. Ülkərin əri Zamiq və uşaqları da evdə olmuşlar. O, 2000 manat pulu Ülkərə vermək istəyəndə Ülkər ona demişdir ki, 2000 manat pulu əri Zamiqə versin və o, 2000 manat pulu Zamiqə vermişdir. Daha sonra isə evdən çıxıb öz yaşadığı evinə getmişdir. Bir müddətdən sonra onlara məlum olmuşdur ki, Ülkər və əri Zamiq onları aldadıblar və aşağı faizlə xxxx 1 yaşayış kompleksində ipoteka yolu ilə ev almaq məsələsini həll edəcəyini vəd edib anasına məxsus 6000 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 anası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 anası Təqsirləndirilən şəxsdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş “X43” tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə doğulmuş oğlan cinsli uşağın anası Təqsirləndirilən şəxsdır. İşdə olan tələbnamədən, hökmün surətindən və Azərbaycan Respublikası Bakı şəhər Probasiya İdarəsinin xx xxxxxx 2021-ci i tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-15/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxxx 2021-ci il tarixə onun çəkilməmiş cəzası 01 il 05 ay 24 gün müddət təşkil edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmadığını, cəzasını yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb, onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı olmaqla sonuncusu xx.xx.2021-ci il təvəllüdlü oğlan uşağı var və o, həmin uşağı təkbaşına böyüdür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edərəkən onun himayəsində on dörd yaşına çatmayan uşaqlarının, o cümlədən xx.xx.2021-ci il təvəllüdlü uşağının olmasını nəzərə alaraq həmin cəzanın uşağın on dörd yaşına çatanadək təxirə salınmasını daha ədalətli və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində üç azyaşlı uşağının, o cümlədən sonuncu xx.xx.2021-ci ildə doğulmuş uşağının mənafeyini nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasının azyaşlı uşaq on dörd yaşına çatanadək təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx xxxxxx 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 22 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 312 (üç yüz on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş hazırki cəza, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(006)- 15/2020 saylı hökmü ilə təyin edilmiş 1 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudulaşdırılmasının iki günü bərabər tutulmaqla 8 ay 27 gün təşkil edən azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən himayəsində olan xx xxxxxx 2021-ci ildə doğulmuş oğlan cinsli uşağının 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə izah edilsin ki, cinayət nəticəsində onlara vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı hökm qanuni qüvvəyə mindikdən sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 312 (üç yüz on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar