Məhkəmə qərarları › İş №1(002)-6/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-6/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-6/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 07.00 radələrində yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 68 nömrəli mənzilin qonaq otağında əri Zərərçəkmiş şəxs onu xəyanət etməkdə günahlandırıb döyməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı divanın üstündə olan, Zərərçəkmiş şəxs məxsus soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan səyahət bıçağını götürüb Zərərçəkmiş şəxs iki dəfə zərbə vurmaqla döş qəfəsinin sağ və sol yarısının boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlə yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə səhər radələrində həyat yoldaşı Fərid mobil telefonu xarab olduğu üçün ondan mobil telefonu istəmiş və o da telefonu Fəridə vermişdir.Bir qədər sonra Fərid onunla iş yoldaşı Rəhman adlı şəxsin yazışmasını görmüş və ondan yazışdığı adamın kim olmasını soruşmuşdur.O Fəridə həmin şəxsin iş yoldaşı Rəhman olduğunu və aralarında heç nə olmadığını bildirmişdir.Bundan sonra Fərid əsəbləşərək ona sillə vurmuş və siyirmədən bıçaq və “beşbarmağını” götürərək Rəhmanı gedib öldürəcəyini bildirmiş və telefonu götürüb qapını arxadan bağlayaraq cıxıb getmişdir.Fərid günorta radələrində evə gəlmiş və açarları verərək uşaqları baxçadan götürməyini bildirmiş və yenidən çıxıb getmişdir.Gecə radələrində Fərid evə çox pis vəziyyətdə gəlmiş və biraz uşaqla oyanayıb zalda divanda yatmışdır.Yatmamışdan əvvəl Fərid ona səhər boşanmaq üçün “Asan Xitmət”-ə gedəcəklərini və uşaqların onda qlacağını bildirmişdir.O Fəridin hirsli olduğunu görüb cavab verməmiş və sabah danışacaqlarını bildirmişdir.O səhər tezdən oyanmış və uşaqları baxçaya yola salmaq üçün hazırlaşmışdır.Bu zaman Fərid yuxudan oayanaraq əsəbi halda onunla mübahisə etməyə başlamış uşaqları bağçaya özünün aparacağını bildirmiş, ona bir neçə zərbə vurmuş saçından tutub dartmış, əlinə bıçaq alaraq “işə girəndən sənin dilin çox uzanıb onu kəsmək lazımdı” demişdir.Mübahisə zamanı o, qəflətən Fəridin əlindən bıçağı almış və onu qorxutmaq istəyən zaman Fəridin sinə nahiyyəsindən vurmuşdur.Sonradan Fərid ondan bıçağı zor tətbiq edib alan zaman bıçaq ikinci dəfə ona dəymişdir.Bundan sonraFərid onu evdən çıxarıb çölə atmışdır. O Fəridin xəsarət aldığını görüb ölməyindən qorxmuş, yan qonşunun qapısını döymüş, qonşudan telefon alıb təcili tibbi yardıma və polisə məlumat vermişdir.O son olaraq çıxışında əməlindən peşman olduğunu bildirmiş və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstrəmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə ona məxsus mobil telefonun ekranı xarab olduğundan Zərrinin telefonunu ani götürmüş, bu hərəkətindən Zərri narahat olmuşdur. O telefonu götürüb hamama getmişdir. Hamamda olarkən Zərrinin mobil telefona baxmış, instqram sosial şəbəkə hesabında “virtual sevgi” videolarının bir nəfər tərəfindən Zərriyə göndərildiyini, aralarında yaxın münasibət olması ilə bağlı yazışmalarını aşkar etmişdir. O bu barədə Zərridən soruşanda özünü itirmiş, doğru-düzgün danışa bilməmişdir. O Zərri ilə danışıb ona xəyanət etdiyini demişdir. Hamamdan çıxıb telefonu şarja taxmış, Zərrini də qonaq otağına aparıb söhbət etmişdir. Zərrinin ona xəyanət etməsini qəbul edə bilməmiş, ona çox ağır gəlmişdir. Zərri isə xəyanət etməsini qəbul etməmiş, müxtəlif bəhanələr gətirmişdir. O Zərriyə telefonunu gətirməsini demiş, telefon yataq otağında olmuşdur. Zərri telefonu gətirmək üçün getmiş, biraz gec gəldiyini, kiminləsə yazışdığını hiss etmişdir. Qışqırırb tez çağırmış, Zərri də gəlmiş, o telefonu Zərrinin əlindən telefonu tez almışdır. Zərri “whatsapp” vasitəsilə sms gəlmişdir. O sms yazışmalarını oxuyanda görmüş ki, “Amoda rəhbər” adlı şəxs yazmışdır ki, “harda tutub?, kim tutub?”. O Zərrini çağırıb bir yerdə otuzdurmuş, ona xəyanət etdiyini demişdir. Zərir ona düzünü danışacağını desə də, lakin ona xəyanət etmədiyini demişdir. O isə yazışmalarından başa düşmüşdür ki, ona xəyanət etmişdir. O Zərriyə demişdir ki, “mən bu gün bu söhbətin axırına çıxacam, gedib telefonu düzəltdirim, səni də göndərəcəm atanın evinə”. O gedib telefonu düəltdirmişdir. O telefonu düzəltdirib evə qyıdan zaman Zərri ona zəng edib demiş ki, “məni bağışla, uşaqları da götürüb 13-cü mərtəbədən aşağı atacam”. O Zərriyə demiş ki, “uşaqlara nəsə eləsən, sənin başına oyun açacam, sənə heç nə etməyəcəm”. O yol boyu Zərrini sakitləşdirib evə gəlib çatmışdır. Evdə qızı Zeynəblə biraz oynamış, Zərriyə demiş ki, “apar uşağı yatızdır, gəl oturub söhbət edək. Zərri Zeynəbi yatırmış, onun yanına gəlmişdir. Zərriyə demiş ki, “paltarını yığ, taksi sifariş edirəm, gedirsən atanın evinə, atan bu vaxtı tək gəlməyinin səbəbini soruşanda özün açıqlama verərsən”. Zərri ona yalvarmış ki, “bu gün uşaqlarla yatmağa mənə icazə ver, sabah səhər gedərəm”. O Rəhman adlı şəxsə zəng etmiş, ona demiş ki, “Zərri ilə danışmışam, Zərrinin evli olduğunu bilmirdim, bağışla məni”. O Rəhman adlı şəxsdən ona məkan göndərməsini istəmiş, lakin göndərməmiş, nömrəni bloka atmışdır. Zərrini çağırıb demiş ki, “Rəhmanla danışdım, səninlə danışdığını boynuna aldı, mənə yalvarırdı”. “Səni gecə yola saqlacaqdım, amma etmirəm, sabah səhər göndərəcəm” demişdir. Bundan sonra o evdən çıxıb Lökbatan qəsəbəsində xəstə ziyarətinə getmişdir. Saat 02 radələrində evə qayıtmış, çimmiş, səhər saat 07.00-a zəngli saat qurmuş, saat 05 radələrində yatmışdır. O qonaq otağında divanda yatmışdır. Saat 06.30 radələrində bıçaq zərbəsinə ayılmış, görmüş ki, Zərri bıçaqla onun sinə nahiyəsindən 2 dəfə zərbə vurmuş, sinəsindən qan axmışdır. Zərri 3-cü dəfə zərbə vurmaq istəyəndə sol əli ilə bıçağı tutmağa çalışan zaman barmaqları kəsilmişdir. O bıçağı Zərridən alıb kənara atmış, Zərrinin də saçından tutub sifət nahiyəsindən bir neçə dəfə zərbə vurub evdən çölə atmışdır. Daha sonra o, dostu Rasimə və Coşquna zəng edib çağırmışdır. Təcili tibbi yardım gəldikdən sonra onu Respublika Kliniki Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o 15 saylı TTTYS-də həkim vəzifəsində çalışır. 10 oktyabr 2023-cü il tarixdə saat səhər radələrində 103 zəng xidmətindən gələn çağrışı qəbul etmişdir. Çağırışda Lökbatan qəsəbəsində yerləşən Cənub-Qapısı yaşayış kompleksində hadisə baş verməsi barədə məlumat qeyd olunmuşdur. O feldşer Şahid2 ilə birlikdə məlumatda göstərilən, hadisə baş verən ünvana getmişlər. Binanın giriş qapısı şifrəli olduğundan qapını bir nəfər gənc qız açmış, həmin qızın üzü qan içində olmuş və onlara demiş ki, “mən ərimi bıçaqlamışam”. Onlar dərhal binanın lift ilə yuxarı mərtəbəyə, hadisə baş verən mənzilə qalxmışlar.O mənzilin qapısını döymüş, içəridən bir nəfərin qışqırıq səsləri gəlmişdir. O özünü təqdim edərək TTY-dən həkim olduğunu və yardım etmək üçün gəldiyini bildirmişdir. Lakin mənzildəki xəsarət alan şəxs qışqıraraq demişdir ki, “sizi bura kim çağırıb, sizə kim məlumat verib?”. O mənzilin içərisindəki xəsarət alan şəxsdən qorxduğu bundan sonra dərhal 10-cu PB-nə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları hadisə baş verən yerə gəlmişlər. Polis əməkdaşları mənzilə çatan ərəfədə bir nəfər cavan oğlan qapını döyüb dostu olduğunu bildirmiş və mənzildəki şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs qapını açmışdır. Onlar mənzilə daxil olmuşlar, Fəridin əynində qara rəngli mayka olmuşdur. Mayka qan içərisində olmuşdur. Onlar dərhal Fəridin əynindəki kəsib kənara atmışlar, Fəridin sinə nahiyəsində kəsilmiş-deşilmiş 2 ədəd yara olduğunu görmüş, həmin yaralardan qan gəlməmiş, dayanmışdır. Xəstəyə təcili ilkin müdaxilə olunmuş, hər iki yaralar təmizlənmiş və yaralara aseptik sarğılar qoyulmuşdur. Həmin vaxt polis əməkdaşları hadisə yerini müayinə etmişlər və onlar xəstəni təcili tibbi yardım avtomobili ilə Respublika Kliniki Xəstəxanasına aparıb təhvil vermişlər. Məhkəmə iclasında şahid Vəliyeva X2 Pərvin Bəhram qızı ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır və münasibətləri yaxşıdır. 2023-cü ilin oktyabr ayında səhər radələrində yaşadığı evdə olan zaman Fəridin ona zəng etdiyini görüb cavab vermiş, Fərid ona demişdir ki, “tez gəl bizə, həyat yoldaşım məni bıçaqla vurub”. O tez Fəridin yaşadığı bloka getmiş və Fəridin yaşadığı mənzilə qalxmışdır. O həmin yerə çatanda, Fəridin yaşadığı mənzil qarşısında həkimlərin dayandığını görmüşdür. Həkimlər Fəridin yaşadığı mənzilin qapısını döymüşlər, lakin açmamışdır. O qapıya yaxınlaşıb qapını döymüş, Fərid qapını döyənin kim olduğunu soruşanda “mənəm, Rasimdir” demiş, daha sonra Fərid qapını açmış, iki nəfər qadın həkimlə o içəri daxil olmuşdur. Həkimlər Fəridə tibbi yardım göstərmişlər. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 14 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 19 mart 2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 847 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zaman aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin sol yarısında bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş – kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yarısında bir ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş – kəsilmiş yarası, sol əlin İİ barmağının orta falanqasının kəsilmiş yarası. Zərərçəkmiş şəxs xəsarət alması barədə göstərdiyi şəraitlə təqsirləndirilən şəxsin göstərdiyi şərait arasında müəyyən ziddiyyət olduğundan, eləcə də qərarda qoyulmuş sualların çox hissəsi mürəkkəb ekspertizaya aid olduğundan məhkəmətibbi ekspertiza qarşısında qoyulmuş sualların dəqiq cavabı Birliyin müvafiq şöbəsinə göndərilməklə həllini tapa bilər. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 820/2023-MTBŞ nömrəli rəyindən görünür ki, təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O (1) – dir.Ekspertizaya təqdim olunmuş bıçaq üzrəində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qan qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O(1) qrupun əsasını təşkile dir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 609-2023/MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan səyahət bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2024-cü il tarixli, T 50/2024 nömrəli rəyindən görünür ki, vətəndaş F.N.Canbaxışovda döş qəfəsinin sol və sağ yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş, sol əlin İİ barmağının kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər iti uclu və ya kənarlı alətin (alətlərin) təsirindən törətmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə döş qəfəsinin sol və sağ yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərərvurmayan xəsaətlərə aid olduğundan dərəcəsi təyin edilmir.Döş qəfəsinin sol yarısının daxilə nüfuz edən yarası diaqnozunun təstiqləndirilməsi üçün cərrah tərəfindən yara kanalı genişləndirilməli və yara təftiş olunmalı, onun daxilə nüfuz etməsini təsdiq edən yaranın nəfəs alması və ya ətrafında dərialtı emfizema aşkar edilməli, eləcə də ilkin və təkrar intrumental yaranın daxilə nüfuz edən kimi qiymətləndirilməsi düzgün deyil. İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının 05 mart 2024-cü il tarixli, 57 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına Respublika Klinik Xəstəxanasında tərtib edilmiş ******* saylı xəstəlik tarixinin və 847, 519/MEŞ və 150/2024 nömrəli ekspert rəylərinin təhlilinə və yazılanlara əsasən, təyin edilmiş diqanozun klinik, laborator və instrumental müayinələrinin dinamik göstəricilərinə uyğunsuzluğunu, deşilmişkəsilmiş yaraların nəfəs almadığını, zədə ətrafında emfizemanın olmadığı, əməliyyatönü və postoperasion dövrdə döş və qarın boşluqlarında psottravmatik dəyişikliklərin aşkarlanmamasını nəzərə alaraq, döş qəfəsinin sol yarısında olan yaranın daxilə nüfuz edən kimi öz təsdiqini tapmadığından döş qəfəsinin sol və sağ yarısının deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilir, sol əlin İİ barmağının kəsilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, istintaq zamanı hadisə baş verən evdən götürülmüş, hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və Azərbaycan Respublikası CM-in 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə tərəflərin fikrini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə Təqsirləndirilən şəxsnun törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Müdafiəçi2, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Müdafiəçi2, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar