Məhkəmə qərarları › İş №1(002)-60/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-60/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-60/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1965-ci ildə Qazax rayonu, Tatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağstafa rayonu, Tatlı kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq təkrarən talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi, 100 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri olan tövlə kimi istifadə olunan vaqonun məftil ilə bağlanmış qapısını açaraq vaqona qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus 01 başının dəyəri 200 manat təşkil edən 600 manat dəyərində yerli cins, dişi, bir aya bala verəcək, diri vəziyyətdə çəkisi 50 kiloqram olan, iki illik, iki dəfə bala vermiş, 3 baş xırdabuynuzlu heyvanı (qoyunu), 01 başının dəyəri 150 manat təşkil edən 300 manat dəyərində yerli cins, dişi, diri vəziyyətdə çəkisi 35 kiloqram olan, iki illik, iki dəfə bala vermiş 2 baş xırdabuynuzlu heyvanı (qoyunu), 300 manat dəyərində yerli cins, erkək, üç illik, diri vəziyyətdə çəkisi 65 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanı (qoçu) gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi, 106 nömrəli fərdi yaşayış evinin həyətinin arxa hissəsində yerləşən saxlanc yeri olan yay tövləsi kimi istifadə olunan dəmir tor ilə hasara alınmış ərazisinin taxtadan olan iplə bağlanmış qapısını açaraq həmin əraziyə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus 01 başının dəyəri 210 manat təşkil edən 2100 manat dəyərində yerli cins, dişi, bir neçə aya bala verəcək, diri vəziyyətdə çəkisi 55 kiloqram olan, 4 dəfə bala vermiş, dörd illik, 10 baş xırdabuynuzlu heyvanı (qoyunu), 01 başının dəyəri 210 manat təşkil edən 2520 manat dəyərində yerli cins, dişi, bir neçə aya bala verəcək, bir ədədinin diri vəziyyətdə çəkisi 55 kiloqram olan, iki dəfə bala vermiş, iki illik, 12 baş xırdabuynuzlu heyvanı (qoyunu), 01 başının dəyəri 220 manat təşkil edən 1760 manat dəyərində yerli cins, dişi, bala verməmiş, bir neçə aya bala verəcək, bir ədədinin diri vəziyyətdə çəksi 55 kiloqram olan, ilk dəfə bala verəcək, bir illik 08 baş xırdabuynuzlu heyvanı (qoyunu), 365 manat dəyərində yerli cins, erkək, iki illik, diri vəziyyətdə çəkisi 70 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanı (qoçu), 160 manat dəyərində yerli cins, erkək, diri vəziyyətdə çəkisi 35 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanı (keçini), 01 başının dəyəri 140 manat təşkil edən 980 manat dəyərində yerli cins, dişi, diri vəziyyətdə çəkisi 35 kiloqram olan 07 baş xırdabuynuzlu heyvanı (keçini) gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda-ümumilikdə 7885 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2015-ci il tarixdə Ağstafa rayon Məhkəməsinin hökmünə əsasən 05 il müdətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə 02 ay 11 gün müddətinə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışdır ki, oğurluq edib qazanc əldə etsin. O, təxminən xx.xx.2020-ci il tarixdə Ağstafa rayonundan Bakı şəhərinə gəlirmiş. Onun əyləşdiyi avtomobil Bakı şəhəri, Ələt qəsəbəsi ərazisindən keçərkən yolun kənarındakı fərdi yaşayış evinin yaxınlığında bir nəfər tanımadığı şəxsin xırdabuynuzlu heyvanları otardığını görmüş və belə qərara gəlmişdir ki, həmin şəxsin otardığı heyvanları yaxın günlərdə gedib oğurlasın. xx xxxxxxx 2020-ci il tarixdə o, Lökbatan dairəsinə, sonra isə oradan marşrut avtobusu ilə Ələt qəsəbəsinə gedib xırdabuynuzlu heyvanları gördüyü evin yaxınlığında düşmüşdür. Həmin vaxt təxminən saat 20 radələri olarmış. Ətrafa nəzər yetirəndə görmüşdür ki, sözü gedən fərdi yaşayış evinin arxa hissəsində tövlə, tövlənin qarşısında isə yay tövləsi kimi istifadə edilən dəmir tor ilə hasara alınmış taxtadan qapısı olan yerdə təxminən 40 başa yaxın qoyun vardır. Vaxt tez olduğundan o, oradan uzaqlaşıb yolun qarşı tərəfində olan avtobus dayanacağının arxasındakı oturacaqlarda əyləşib gecənin düşməsini gözləmişdir ki, evdə yaşayan adamlar yatsın və heyvanları oradakı tövlədən rahat çıxara bilsin. O, 13 oktyabr gecə saat 03 radələrində evin işıqlarının artıq bir neçə saat əvvəl söndüyünü görüb və evdə yaşayan adamların yatdığına əmin olduqdan sonra yolun digər tərəfinə keçib evin arxasındakı dəmir tor ilə əhatəyə alınmış üstü açıq tövlə kimi istifadə olunan əraziyə yaxınlaşmışdır. Evin həyətində it olmadığına arxayın olduqdan sonra həmin ərazinin taxtadan olan qapısını açmışdır. Qapını açmaq onun üçün çətinlik yaratmamış, çünki həmin qapı sadəcə iplə bağlanmışdır. O, həmin yerə daxil olmuş və oradakı xırdabuynuzlu heyvanları çölə çıxartmışdır. Heyvanları çölə çıxardıqdan sonra tez oradan uzaqlaşdırmaq üçün otararaq yolun digər tərəfinə keçirib avtomobil yolundan aralıda olan dəmir yolunun kənarı ilə Səngəçal qəsəbəsi istiqamətində aparmışdır. Bir neçə saatdan sonra hava işıqlaşmağa başlamış və o, oğurladığı heyvanları sayıb görmüşdür ki, onlardan 30 başı qoyun, 01 başı qoç, 08 başı isə keçidir və anlamışdır ki, ümumilikdə 39 baş xırda buynuzlu heyvan oğurlamışdır. O, xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Səngəçal qəsəbəsində yerləşən dəmiryol xəttinin kənarı ilə heyvanları otararaq keçib gedərkən bir nəfər 28-30 yaşlarında olan tanımadığı və əvvəllər görmədiyi oğlan ona yaxınlaşıb salam vermiş, salamlaşdıqdan sonra kim olduğunu, hardan gəlib, hara getdiyini maraqlanmış, o, həmin oğlanın sualına cavab vermədən dərhal qaçıb oradan uzaqlaşmağa çalışmışdır. Ancaq həmin tanımadığı şəxs onu təqib etməyə başlamışdır. O, bir qədər qaçıb dəmiryol xəttinin üstündən keçib uzaqlaşmağa çalışdıqda sol ayağı dəmiryol relsinə ilişmiş və o, sifəti üstə ikinci relsin üzərinə çırpılmışdır. Yıxılarkən sifəti və başı dəmiryol relsinə bərk dəydiyindən şiddətli ağrı hiss etmişdir. Onu təqib edən adını bilmədiyi şəxs isə arxasınca qaçaraq gəlib ona çatmış və yerdən qalxmağına köməklik etmişdir. Yerdən qalxdıqda hiss etmişdir ki, burnundan və sol gözünün ətrafından qan axır və xəsarətlər aldığını anlamışdır. Sonradan həmin şəxs onu avtopatrul avtomobili ilə gələn polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları onu və onun arxasınca qaçıb onu saxlayan şəxsi polis bölməsinə aparmışlar və o, polis bölməsində etiraf etmişdir ki, saxlanıldığı yerdə otardığı qoyunları Ələt qəsəbəsi ərazisindəki nömrəsini və ünvanını dəqiq bilmədiyi evlərdən birinin həyətindəki yay tövləsi kimi istifadə olunan yerdən oğurlamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ona oğurluq cinayətini törətməyə heç kim kömək etməyib. xx.xx.2020-ci il tarixdə xırdabuynuzlu heyvanları oğurlayan zaman gecə vaxtı olduğundan həmin vaxt onu heç kim görməmişdir. xx.xx.2020-ci il tarixdə o, oğurladığı 39 baş xırdabuynuzlu heyvanları Səngəçal qəsəbəsi ərazisindən Lökbatan qəsəbəsi istiqamətinə aparan zaman ona yaxınlaşıb hara getməyini, adını soruşan şəxs həmin heyvanların oğurluq olmasını bilmirmiş, həmin şəxs elə bilmişdir ki, o, erməni casusudur, o özü də elə bilmişdir ki, həmin şəxs polis əməkdaşıdır. O, ifadəsində göstərdiyi oğurluq cinayətdən başqa hər hansı bir cinayət əməli törətməmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi, 100 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yerindən heç bir oğurluq etməmişdir. Həmin cinayət hadisəsinin olmasından onun heç bir xəbəri olmamış, həmin hadisənin törədilməsində iştirak etməmiş və həmin oğurluq hadisəsinin kimin tərəfindən törədilməsi barədə onda heç bir məlumat olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə etdiyi oğurluq hadisəsi ilə əlaqədar polis bölməsində olarkən polis əməkdaşı Şahid5 ona bir nəfər şəxsin altı baş qoyunun oğurlandığını və həmin şəxsin heç bir şikayəti olmadığını, bu səbəbdən də həmin cinayəti boynuna aldığı halda onu ev dustaqlığına buraxacaqlarını və cəzasında kömək edəcəklərini vəd etmişdir. O da oğlu əsgər gedərkən yanında ola bilmək üçün həmin cinayəti törətdiyini ifadəsində göstərmişdir. O öz ifadəsində əlavə olaraq onu da göstərmişdir ki, nə onun tərəfindən, nə də onun hər hansı bir qohumu tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid5 öz ifadəsində bildirdiyi kimi onun Gəncə-Qazax bölgəsində yaşayan, hər hansı bir kafedə işləyən bacısı yoxdur. O bacısı və bütün qohumları ilə əlaqə saxlamış, lakin onlar tərəfindən hər hansı bir məbləğdə pul ödənilmədiyi aşkar olunmuşdur. O öz ifadəsində daha sonra göstərmişdir ki, arvadı X3 2011-ci ildə vəfat etmiş, yetkinlik yaşına çatmayan qızı X6 onun himayəsindədir. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev fərdi yaşayış evidir, evinin həyətinin arxasında tövlə vardır. Tövlənin qarşısında isə dəmir tordan hasar çəkmişdir. Dəmir tor olan sahənin taxtadan qapısı vardır. Həmin tövlədə və tövlənin qarşısındakı dəmir tor ilə əhatəyə aldığı sahədə o, özünə məxsus xırda buynuzlu heyvanları saxlayır. Onun yaşadığı fərdi yaşayış evi Bakı-Ələt avtomobil yolunun yaxınlığında yerləşir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin sentyabr əvvələrində o, 30 ədəd dişi olmaqla yerli cins xırda buynuzlu doğar qoyun, 01 ədəd qoç, 08 ədəd keçi almışdır. Həmin qoyunlar bir neçə aya bala verəcəkmişlər. Həmin qoyunların bir ədədinin diri vəziyyətdə çəkisi 55 kiloqram olmuşdur. Qoyunların 10 ədədi 4 qarın bala vermiş, 12 ədədi iki dəfə bala vermiş, 08 ədədi bala verməmiş və ilk dəfə bala verəcəkmişlər, 01 ədədi erkək olmaqla yerli cins heyvan olmaqla iki illik imiş və çəkisi diri vəziyyətdə 70 kiloqram imiş. 08 keçinin 01 ədədi erkək olmaqla yerli cins imiş, diri vəziyyətdə çəkisi 35 kiloqram olmuşdur. Digər 07 ədəd keçilər dişi olmaqla yerli cins imiş, diri vəziyyətdə çəkiləri 35 kiloqram olmuşdur. Həmin heyvanları o, adətən yaşadığı evin yaxınlığında çöllük ərazidə otarır. xx.xx.2020-ci il tarixdə o, həmin heyvanları gündüz saatlarında yaşadığı evin yaxınlığında çöllük ərazidə otarmış, axşam təxminən saat 19 radələrində gətirib yaşadığı evin həyətindəki tövlənin qarşısında dəmir tor ilə əhatəyə aldığı sahəyə salıb qapısını iplə bağlamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 01 radələrində o, yaşadığı evin arxa hissəsindəki dəmir tor ilə əhatəyə aldığı sahəyə nəzər yetirəndə qoyunlar və keçilər yerində olmuşlar. Bundan sonra o, evə keçib yatmış, səhər saat 06 radələrində yuxudan ayılıb həyətə çıxanda görmüşdür ki, qoyun və keçilər yoxdur. O, ətraf çöllük əraziyə nəzər yetrmiş, lakin qoyun və keçilər orada da olmamışlar. O, başa düşmüşdür ki, 30 ədəd qoyun, 01 qoç və 08 ədəd keçilərini naməlum şəxs və ya şəxslər oğurlamışlar. O, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir az sonra polis əməkdaşları gəlib qoyun, qoç və keçilərinin oğurlandığı yerə baxış keçirtmişlər və şikayət ərizəsi yazmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində onun mobil telefonuna bir nəfər şəxs zəng vurub xırda buynuzlu heyvanlarının tapıldığını və 11-ci PB-nə gəlməyini bildirmişdir. O da 11-ci PB-nə getmiş və orada ona məlum olmuşdur ki, onun xırda buynuzlu heyvanlarını Şahin adlı şəxs oğurlayıb və Qaradağ rayonu, Səngəçal qəsəbəsində tutulub 11-ci PB-nə gətirilmişdir. O, həmin gün polis əməkdaşları ilə birlikdə Səngəçal qəsəbəsinə getmiş və xırda buynuzlu heyvanlarının yolun kənarında olduğunu görmüşdür. O,həmin heyvanları saymış, 30 ədəd qoyun, 01 ədəd qoç və 08 ədəd keçi yerində olmuşlar. Polis əməkdaşları xırda buynuzlu heyvanlarını saxlanması üçün ona təhvil vermişlər və o, yük avtomobili ilə həmin heyvanları yaşadığı evin qarşısına gətirmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, həmin xırda buynuzlu heyvanlardan 30 ədədi dişi olmaqla yerli cins qoyun olmuşlar. Həmin qoyunlar bir neçə aya bala verəcəkmişlər. Həmin qoyunların bir ədədinin diri vəziyyətdə çəksi 55 kiloqram olmuşdur. Qoyunların 10 ədədi 4 qarın bala vermiş, dörd illik imişlər, 01 ədədini 150 manata almışdır. 12 ədəd qoyun iki dəfə bala vermiş, 02 illik imişlər, 01 ədədini 180 manata almışdır. 08 ədəd qoyun bala verməmiş və ilk dəfə bala verəcəkmişlər, bir illik imişlər, 01 ədədini 200 manata almışdır. 01 ədəd erkək qoç isə yerli cins heyvan olmuş, iki illik imiş, diri vəziyyətdə çəkisi 70 kiloqram olmuş, 350 manata almışdır. 08 ədəd keçinin 01 ədədi erkək olmaqla yerli cins imiş, diri vəziyyətdə çəkisi 35 kiloqram imiş, 01 ədədini 100 manata almışdır. Digər 07 ədəd keçilər dişi olmaqla yerli cins imişlər, diri vəziyyətdə çəkiləri 35 kiloqram olmuş, 01 ədədini 100 manata almışdır. Beləliklə xx.xx.2020-ci il tarixdə onun 6410 manat dəyərində xırda buynuzlu heyvanı oğurlanmışdır. O, Qaradağ RPİ-nin İŞ-də verdiyi ifadəsində ona məxsus xırda buynuzlu heyvanları ümumilikdə 6410 manata aldığını göstərmişdir. Lakin o, həmin heyvanları ucuz qiymətə almışdır və aldıqdan sonra da həmin heyvanları otarıb qulluq etmişdir. Ona görə də o, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/4597 saylı rəyində ona məxsus 39 baş xırdabuynuzlu heyvanların ümumi dəyərinin 7885 manat qiymətləndirilməsi ilə razıdır. Belə olan olan halda xx.xx.2020-ci il tarixdə ona məxsus oğurlanmış 39 baş xırdabuynuzlu heyvanların ümumi dəyəri 7885 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı evin həyətində qoyun saxlayır. O, yaşadığı evin həyətinin bir hissəsi mişar daşı ilə digər bir hissəsi də dəmir tor ilə hasara alınmışdır. Həyətin qapısının kənarı taxtadan, orta hissəsi isə dəmir tordandır. Həmin qapını da o, məftil ilə bağlayır. Belə ki, onun 13 baş qoyunu olmuş, həmin qoyunlardan 3 başı boğaz imiş və sentyabr ayında doğmalı imiş. O, həmin heyvanları həyətində olan tövlə kimi istifadə etdiyi vaqonda saxlayırmış. Vaqonun qapısının kilidi olmadığına görə qapını məftil ilə bağlayır. xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində həmin qoyunları otlaqdan gətirib tövlə kimi istifadə etdiyi vaqona salmışdır. O, həmişə olduğu kimi xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində heyvanları havaya çıxartmış və təxminən 15 dəqiqədən sonra yenə də vaqona salmışdır. O, xx.xx.2020-ci il tarixdə təxminən saat 06 radələrində heyvanları saxladığı vaqona gəlib nəzər yetirəndə ona məlum olmuşdur ki, vaqonun qapısını bağladığı məftil açılmış və vaqonun içərisində olan qoyunlardan 6 başı naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurlanmış qoyunlardan 3 başının diri vəziyyətdə çəkisi 50 kiloqram olmuş, dişi olmaqla yerli cins imiş, iki dəfə bala vermiş, iki illik imiş, bir aya bala verəcəkmiş, hər birinin dəyəri 200 manat təşkil edirmiş, digər 2 başının diri vəziyyətdə çəkisi 35 kiloqram olmuş, dişi olmaqla yerli cins imiş, iki dəfə bala vermiş, iki illik imiş, bir aya bala verəcəkmiş, hər birinin dəyəri 150 manat təşkil edirmiş, 01 baş qoçun dəyəri 300 manat təşkil etməklə çəkisi 65 kiloqram, erkək olmaqla yerli cins, 3 illik imiş. Həmin heyvanların ümumi dəyəri 1200 manat olmuş və ona 1200 manat maddi ziyan dəymişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ərizə və izahat yazan zaman qoyunların qiymətini təxminən göstərmişdi. Lakin dəqiq olaraq həmin qoyunların bazar qiyməti 1200 manatdır. Ona oğurluq nəticəsində 1200 manat maddi ziyan dəymişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, təxminən 2020-ci ilin oktyabr ayında Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində çalışan Şahid5 onu polis bölməsinə çağırmış və ona məxsus oğurlanmış heyvanların Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən oğurlandığını bildirmiş, Şahinin bacısı tərəfindən dəymiş ziyana görə 300 manat pul gətirildiyini, qalan məbləğin isə sonradan ödəniləcəyini demişdir. Bundan sonra Şahid5 tərəfindən ona 300 manat pul verilmiş və ondan xahiş edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində şikayəti olmamağı ilə bağlı ərizə yazsın. Oda Şahid5 sözünə inanaraq bu barədə istintaqda ərizə yazmışdır. Lakin ona dəyən ziyanın qalanı ödənilməmişdir. Hazırki məhkəmə gedişatı dövründə yenidən Şahid5 tərəfindən polis bölməsinə dəvət edilib ona vurulmuş ziyanla bağlı daha 200 manat ödənilmişdir. Şahid5 ziyanı Təqsirləndirilən şəxs qohumlarının ödədiyini ona bildirmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, istintaq gedişatında təqsirləndirilən şəxslə onun arasında hər hansı bir üzləşdirmə keçirilməmiş, eləcə də təqsirləndirilən şəxs tərəfindən ifadənin yerində yoxlanılmasında onun iştirakı təmin edilməmiş və ümumiyyətlə onun həyətindən edilən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı onda dəqiq hər hansı bir inandırıcı məlumat olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödəndiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtiadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayonu, Hacıqədirli kəndində qeydiyyatdadır, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 21a-da ailəsi ilə birikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində o, Səngəçal qəsəbəsində “xxxx” yarımstansiyasının yaxınlığında yerləşən bankomat aparatından pul çıxarmaq üçün gəlmişdir. O, görmüşdür ki, təxminən 50 metr aralı məsafədə dəmiryolunun kənarı ilə bir nəfər kişi təxminən 40 başa yaxın qoyun və keçini otararaq Səngəçal Terminalı istiqamətinə tərəf gedir. Ölkədə müharibə şəraiti olduğu üçün o, həmin şəxsdən şübhələnmiş, fikirləşmişdir ki, o erməni diversantı ola bilər. “xxxx” yarımstansiyasında mühafizəçi işləyən Səxavət adlı şəxsə demişdir ki, qoyunları otaran şəxs onda şübhə yaratmışdır, həmin şəxsə yaxınlaşıb kim olmasını soruşacaqdır. O, qoyunları otaran şəxsə yaxınlaşıb onun dayanmasını deyəndə həmin şəxs əlində olan çubuğu ona tərəf atıb dəmiryolunun kənarı ilə qaçmağa başlamışdır. O da həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Həmin şəxs təxminən 1 kilometr məsafəni qaçmış, sonra isə dəmiryolunun digər tərəfinə keçmək istəyəndə üzü üstə dəmiryolu relsinin üzərinə yıxılıb xəsarət almışdır. O, həmin şəxsə çatıb onu yaxalamışdır. O, həmin şəxsdən kim olduğunu soruşsa da ona cavab verməmişdir. O, elə bilmişdir ki, o həqiqətəndə erməni diversantıdır, ölkədə təxribat törətmək istəyir. Həmin şəxs onun əlindən çıxıb qaçmaq istəyirmiş. O, həmin şəxsi çətinliklə tutub saxlamışdır. Təxminən 10 dəqiqə sonra Səngəçal qəsəbəsində xidmət edən polis əməkdaşları avtopatrul avtomobili ilə gəlib həmin şəxsi və onu Qaradağ RPİ-nin 11-ci PB-nə aparmışlar. 11-ci PB-də məlum olmuşdur ki, həmin şəxsin adı Şahindir, o, Ələt qəsəbəsi, Şıxlar küçəsindən qoyunlar oğurlamışdır. O, 11-ci PB-də izahat yazdıqdan sonra evə getmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, sonradan adı ona məlum olan Şahin adlı şəxs qoyunları otara-otara gedərkən onu səsləyəndə o əlindəki çubuğu ona tərəf atıb qaçmağa başlamış, lakin həmin çubuq ona dəyməmişdir. Eləcə də Təqsirləndirilən şəxs qoyunları otardığı yerdə qoyub qaçaraq oradan uzaqlaşmaq istəmiş, lakin o yerə yıxıldığı üçün ona çatıb onu yaxalamışdır. O, Təqsirləndirilən şəxs yaxalayarkən ona hər hansı bir xəsarət yetirməmiş, Şahin dəmiryolu relsinin üzərinə yıxıldığından xəsarət almış, eləcə də Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməmişdir. Sadəcə olaraq o, Təqsirləndirilən şəxs çatıb yaxasından tutduğu zaman Şahin onun əlindən çıxıb yenidən qaçmaq istəyirmiş. Lakin o, Şahinin yaxasını buraxmamış, polis əməkdaşları gəlib onu 11-ci PB-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtiadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, “xxxx” ASC hərbiləşdirilmiş mühafizə dəstəsində atıcısı vəzifəsində işləyir. O, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin giriş hissəsində yerləşən “xxxx” ASC-nin modul tipli yarımstansiyasında işləyir, onun işi həmin yarımstansiyanın nəzarət buraxılış məntəqəsində giriş-çıxışa nəzarət etməkdən ibarətdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18:00-da o, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin giriş hissəsində yerləşən “xxxx” ASC-nin modul tipli yarımstansiyasında işə başlamış, xx.xx.2020-ci il tarixdə saat 08:00-da iş vaxtı bıtəcəkmiş. O, Səngəçal qəsəbəsində yaşayan Məqalət adlı şəxsi tanıyır. Məqalət həmin gün təxminən saat 18:50 radələrində işlədiyi “xxxx” yarımstansiyasının qarşısındakı “Kapital” bankın bankomat aparatından pul çıxartmağa gəlmişdir. O, Məqalət ilə söhbət edirmiş. Onlar görmüşlər ki, yarımstansiyadan təxminən 40-50 metr aralı məsafədə dəmiryolunun kənarı ilə bir nəfər kişi təxminən 40 başa yaxın qoyun və keçini otararaq Səngəçal Terminalı istiqamətinə tərəf gedir. Ölkədə müharibə şəraiti olduğu üçün onlar həmin şəxsdən şübhələnib fikirləşmişlər ki, o erməni diversantı ola bilər. Məqalət ona demişdir ki, qoyunları otaran şəxs onda şübhə yaratmışdır, həmin şəxsə yaxınlaşıb kim olmasını soruşacaqdır. Məqalət yarımstansiyanın çöl tərəfindən həmin şəxsə yaxınlaşmağa başlamış, o isə yarımstansiyanın içəri tərəfindən dəmir barmaqlıqlardan həmin kişiyə səslənib dayanmasını, hara getməsini və kim olmasını soruşmuşdur. Həmin şəxs ona demişdir ki, Ağstafa rayonundan gəlir, Lökbatan qəsəbəsinə gedir. Həmin şəxsin danışığı onda şübhə yaratmışdır. Həmin vaxt Məqalət də qoyunları otaran kişiyə yaxınlaşıb dayanmasını deyəndə, həmin şəxs əlində olan çubuğu Məqalətə tərəf atıb dəmiryolunun kənarı ilə “Səngəçal Terminal” istiqamətində qaçmağa başlamışdır. Məqalət də həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Səngəçal qəsəbəsində xidmət edən polis əməkdaşları hər hansı bir şübhəli məqamla rastlaşanda dərhal onlara məlumat verməyini ona demişlər. O da dərhal polis serjantı Vidadinin mobil telefonuna zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Məqalət həmin şəxsin arxsınca təxminən 1 kilometr qaçmışdır. Hava qaranlıq olduğu üçün onları görmək mümkün olmamışdır. Bir neçə dəqiqə sonra polislər avtopatrul avtomobili ilə gəlib yarımstansiyanın yanından keçib Məqalət ilə həmin şəxsin getdikləri istiqamətdə getmişlər. Bir neçə dəqiqə sonra polis əməkdaşları avtopatrul avtomobili ilə işlədiyi yarımstansiyanın qarşısına gəlmişlər. Qoyunarı otaran şəxs və Məqalət avtopatrul avtomobilindən düşmüşlər, qoyunları otaran şəxsin sifəti qanamış, polis əməkdaşları həmin şəxsə su verib üzünü yumağa kömək etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, qoyunları otaran şəxs qaçarkən dəmiryolunun digər tərəfinə keçmək istəyəndə üzü üstə dəmiryolu relsinin üzərinə yıxılıb xəsarət almışdır. Vidadi ona bildirmişdir ki, ətrafda olan qoyun və keçiləri bir yerə yığsın, daha sonra polis əməkdaşları qoyunları otaran şəxsi və Məqaləti Qaradağ RPİ-nin 11-ci PB-nə aparmışlar. Sözü gedən qoyun və keçilər isə işlədiyi yarımstansiyadan bir qədər aralı məsafədə saxlamışlar. Onun işlədiyi yerdən qoyunlar görünürmüş. Təxminən iki saat sonra işdə olduğu zaman həmin qoyun və keçiləri başqa polis əməkdaşları bir neçə nəfər mükli adamlarla birlikdə gəlib aparmışlar. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o, iş yerini tərk edə bilmədiyi üçün qoyunları otaran şəxs ilə Məqalətin arxasınca getməmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün o, qoyunları otaran Təqsirləndirilən şəxs dəmiryolu relsinin üzərinə yıxılıb xəsarət almağını görməmişdir. Lakin sonradan polis əməkdaşları Şahini yarımstansiyanın qarşısına gətirəndə sifətinin qanlı olduğunu görmüş və həmin vaxt Məqalətdən nə baş verdiyini soruşanda ona demişdir ki, qoyunları otaran şəxs qaçarkən dəmir yolu relsinin üzərinə yıxılıb xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin manqa komandiri Şahid1 öz ifadəsində ibtiadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2000-ci il tarixdən Qaradağ RPİ-nin PPXB-də xidmət edir, rütbəsi polis serjantıdır. xx.xx.2020-ci il tarixdə səhər saat 08:00-da o 67-56 çağırışlı, ** AP *** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobili ilə xidmətə başlamışdır. Post yoldaşı Şahid2 Aydın oğlu imiş, xidməti əraziləri Səngəçal qəsəbəsi ərazisi olmuşdur. Ölkədə olan hərbi vəziyyət ilə əlaqədar onlar Səngəçal qəsəbəsində tanıdıqları şəxslərə öz mobil telefonunu verib hər hansı bir şübhəli məqamla rastlaşarkən məlumat verməsini bildirmişlər. xx.xx.2020-ci il tarixdə təxminən saat 18:45 radələrində Səngəçal qəsəbəsinin giriş hissəsində yerləşən elektrik yarımstansiyasının qarşısından keçərkən həmin yarımstansiyada mühafizəçi işləyən Səxavətlə rastlaşmışlar və Səxavətə bir daha bildirmişlər ki, Səngəçal Terminalı yaxınlıqda yerləşir, düşmən təxribat yarada bilər, hər hansı bir şübhəli məqamla rastlaşarkən ona məlumat versin. Onlar Səxavətdən uzaqlaşıb Səngəçal qəsəbəsinin mərkəzinə tərəf getmişlər. Həmin gün saat 19:02-də Səxavət onun mobil telefonuna zəng vurub demişdir ki, bir nəfər tanımadığı qoyunları otaran şəxs özünü şübhəli aparıb Səngəçal Terminalına tərəf qaçmış, Məqalət adlı Səngəçal qəsəbə sakini isə onun arxasınca qaçmışdır ki, onu saxlasın. Onun post yoldaşı Şahid2 dərhal avtomobili Səxavətin dediyi istiqamətə sürmüş və onlar dəmir yolunun kənarında həmin şəxslərə çatmışlar. Onlar həmin yerə çatanda sonradan adının Məqalət olduğunu bildiyi şəxs Şahin adlı şəxsin paltarının yaxasından tutub onu saxlamış, Şahin isə onun əlindən çıxmaq istəyirmiş, eləcə də Şahin sifət nahiyəsindən xəsarət almışdır. Onlar Şahinin sifətindəki xəsarətin yaranma səbəbini soruşanda bildirmişdir ki, dəmir yolunun kənarı ilə qaçarkən və dəmir yolunun digər tərəfinə keçmək istəyəndə dəmir yol relsinin üzərinə yıxıldığından xəsarət almışdır. Onlara orada məlum olmuşdur ki, Şahin adlı şəxs qoyunları oğurlamışdır. O, Səxavət adlı şəxsə bildirmişdir ki, ətrafda olan qoyun və keçiləri bir yerə yığsın. Daha sonra o, post yoldaşı Səbuhi ilə birlikdə Şahin və Məqalət adlı şəxsi Qaradağ RPİ-nin 11-ci PB-nə aparmışdır. 11-ci PB-də məlum olmuşdur ki, xəsarət alan şəxs Əsgərov X4 rayonu, Ələt qəsəbəsindən qoyun və keçilər oğurlamışdır. Onlar 11-ci PB-də raport yazıb Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verib xidməti ərazilərinə getmişlər. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o və post yoldaşı Şahid2 Səngəçal qəsəbəsində dəmiryolunun kənarında Məqalət və Təqsirləndirilən şəxs yaxınlaşanda Məqlətin Təqsirləndirilən şəxs paltarının yaxasından tutduğunu, Şahinin isə Məqalətin əlindən çıxmaq üçün dartındığını görmüşlər. Lakin hər hansı bir dava-dalaşın şahidi olmamışlar. Təqsirləndirilən şəxs sifətindəki xəsarət barədə soruşanda isə dəmir yol xəttinin üzərinə yıxıldığı üçün xəsarət aldığını demişdir. Ola bilər ki, raport yazanda fikirlərini düzgün ifadə edə bilməmişlər. O və post yoldaşı Şahid2 birlikdə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə apararkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin PPXB-nin manqa komandiri Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs tutulmasında iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğurluq etdiyini görən şəxslər onlara məlumat vermiş, hava qaralarkən o digər əməkdaşlar ilə birlikdə hadisə yerinə getmiş, akt tərtib edilmiş, bundan sonra xırdabuynuzlu heyvanlar sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi, 100 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri olan tövlə kimi istifadə olunan vaqonun məftil ilə bağlanmış qapısını açaraq vaqona qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus heyvanları və xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi, 106 nömrəli fərdi yaşayış evinin həyətinin arxa hissəsində yerləşən saxlanc yeri olan yay tövləsi kimi istifadə olunan dəmir tor ilə hasara alınmış ərazisinin taxtadan olan iplə bağlanmış qapısını açaraq həmin əraziyə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus heyvanları oğurladığını etiraf etmişdir. Bundan bir müddət sonra tanımadığı bir qadın polis bölməsinə gələrək ona yaxınlaşmış, Təqsirləndirilən şəxs bacısı olduğunu bildirmiş, dəqiq yadından qalmasa da Gəncə-Qazax rayonundan gəldiyini, kafedə işlədiyini və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı 300 manat ödəniş etmişdir. O həmin qadının şəxsiyyət məlumatlarını bilməmiş, sadəcə qadının dediyi kimi Şahinin bacısı olduğunu düşünmüşdür. Bundan sonra 2021-ci il fevral ayının əvvəllərində həmin qadın ona taksi ilə yenidən 200 manat göndərmiş və o, həmin pulu zərərçəkmiş şəxsə vermişdir. Bundan başqa heç bir şeydən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4597 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7885,00 manat müəyyən edilir. O cümlədən: -yerli cins, dişi, bir neçə aya bala verəcək, bir baş xırda buynuzlu heyvan diri vəziyyətdə çəksi 55 kq olan, 4 qarın bala vermiş, 4 yaşlı, 10 baş xırdabuynuzlu heyvan - 2100,00 (10x210) manat, -yerli cins, dişi, bir neçə aya bala verəcək, bir baş xırdabuynuzlu heyvanın diri vəziyyətdə çəksi 55 kq olan, iki dəfə bala vermiş, 2 yaşlı, 12 baş xırda buynuzlu heyvan - 2520,00 (12x210) manat, - yerli cins, dişi, bala verməmiş, bir necə aya bala verəcək, bir baş xırdabuynuzlu, diri vəziyyətdə çəkisi 55 kq olan, ilk dəfə bala verəcək, 1 yaşlı 08 baş xırdabuynuzlu heyvan- 1760,00 (8x220) manat, -yerli cins, erkək, 2 yaşlı, diri vəziyyətdə çəkisi 70 kq olan 01 baş qoç -365,00 manat, -yerli cins, erkək, diri vəziyyətdə çəkisi 35 kq olan 01 baş keçi - 160,00 manat, -yerli cins, dişi, diri vəziyyətdə çəkisi 35 kq olan 07 baş keçi - 980,00 (7x140) manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirimiş və müəyyən edilmişdir ki, həmin video görüntüdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının Zərərçəkmiş şəxs1 məxsus 39 baş xırdabuynuzlu heyvanların Zərərçəkmiş şəxs1 təhvil verilməsi qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 bildirir ki, xx.xx.2020-ci il tarixdə yaşadığı evin həyətinin arxasındakı yay tövləsi kimi istifadə etdiyi yerdən oğurlanmış 39 baş xırda buynuzlu heyvanı, yəni 31 baş qoyun cinsli, 8 baş keçi cinsli heyvanı normal vəziyyətdə təhvil aldı. Bu barədə heç bir tələbi yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı 39 baş xırdabuynuzlu heyvanlar iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx xxxxxxxx 2003-cü il tarixdə doğulmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi, 100 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri olan tövlə kimi istifadə olunan vaqonun məftil ilə bağlanmış qapısını açaraq vaqona qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvanları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə” dair ittiham verilsə də məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin qeyd olunan epizod üzrə oğurluq etməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd olunan epizod üzrə yeganə sübut növü kimi nəzərə alınmış Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, ifadənin yerində yoxlanılması zamanı hər hansı bir audio və ya video çəkiliş və yazıdan istifadə edilməmiş, ifadənin yerində yoxlanılmasından əvvəl təqsirləndirilən şəxsin hadisə yerini zərərçəkmiş şəxsin iştirakı ilə düzgün təsvir etməsinə dair ətraflı ifadəsi alınmamış, hadisə yerinin müayinəsi zamanı hər hansı bir əl-barmaq izləri götürülməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən sübuta yetməyən oğurluq epizodu üzrə oğurlanmış xırdabuynuzlu heyvanların, yəni maddi sübutların taleyi ümumiyyətlə araşdırılmamış və bu istiqamətdə hər hansı bir istintaq hərəkətləri də həyata keçirilməmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs guya ibtidai istintaq zamanı verdiyi ifadəsində oğurladığı həmin qoyunları Maştağa qəsəbəsindəki bazarda tanımadığı bazar alverçisinə satdığını bildirmişdir. Həqiqətdə bu ifadə real olsaydı, təqsirləndirilən şəxs oğurladığı heyvanların hansı formada, necə və kimlərə satılması barədə istintaqa daha ətraflı ifadə verməklə onların taleyi barədə müəyyən aydınlıq gətirərdi. Bundan sonra isə heyvanların tapılması istiqamətində real əməliyyat-axtarış tədbirləri həyata keçirilərdi. Göründüyü kimi həmin ifadə real olaraq alınmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkil, polis mayoru Şahid5 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvanların oğurlanması faktı üzrə bağlı qalmış cinayətin açılması məqsədilə həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istiqamətində qeyriprosessual hərəkətlərə yol verilmişdir. Beləliklə də iş üzrə Təqsirləndirilən şəxs həmin cinayət hadisəsini törətməsi heç bir mötəbər sübutlarla əsaslandırılmamışdır. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və X1 Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ haqqına) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan epizod üzrə oğurluq etməsi öz təsdiqini tapmamaqla ittihamın bu hissəsi əsaslandırılmamış ittiham kimi qəbul edilməli və Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 351.3.4-cü maddəsində də göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi, 106 nömrəli fərdi yaşayış evinin həyətinin arxa hissəsində yerləşən saxlanc yeri olan yay tövləsi kimi istifadə olunan dəmir tor ilə hasara alınmış ərazisinə daxil olaraq oğurluq etməsinə dair epizod üzrə sübuta yetməklə onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməlidir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əsgərov X5 rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona Ağstafa rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplanılaraq üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırki cəzaya hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2015-ci il tarixdən hesablanmış, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə 02 ay 11 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlunun hazırki əməli cinayətin residivini yaratmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğurladığı 39 baş xırdabuynuzlu heyvanların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 oğlu tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğurladığı 39 baş xırdabuynuzlu heyvanların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar