Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-60/2022 17.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 13 avqust 1987-ci il tarixdə Rusiya Federasiyası, Tambov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,844 qram çəkidə psixotrop maddə - metamfetamini əldə edib daşıyaraq saxlamış, 19 noyabr 2021-ci il tarixdə, saat 13:30 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə qəbiristanlıq adlanan yerdə idarə etdiyi Mercedes markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində saxlanılaraq polis bölməsinə gətirilmiş, idarə etdiyi “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış istintaq hərəkəti keçirilən zaman, avtomobilin ön oturacaqlarının arasındakı qoltuqaltı saxlanc yerindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq idarə etdiyi avtomobildə saxladığı bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 1,844 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Lökbatan qəsəbəsində avtomobil təmiri ustası kimi fəaliyyət göstərir. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan metamfetamini çəkmək yolu ilə qəbul etmişdir. Təxminən hadisədən dörd gün əvvəl sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Həmin şəxsə hal-hazırda xatırlamadığı hesab nömrəsinə “milli ön” ödəmə terminalı vasitəsilə 30 (otuz) manat pul göndərmişdir. Həmin şəxslə Lökbatan qəsəbəsində görüşüb bir ədəd sellofan bükümdə, şəxsi istifadəsi üçün narkotik vasitə - metamfetamini ondan götürmüşdür. Həmin narkotik vasitəni satmaq üçün deyil, öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə-metamfetamin bir ədəd sellofana bükülmüş bükümdə şəxsi avtomobili olan – ** OX *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı minik avtomobilinin, ön oturacaqlarının aralıq hissəsində yerləşən, qoltuqaltı yer olan saxlanc yerində saxlamışdır. 19.11.2021-ci il tarixdə, saat 13:30 radələrində idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda olmuşdur. Həmin vaxt avtomobildə özündən başqa qeyri-rəsmi münasibətdə olduğu bir nəfər xanımla söhbət edən zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona izah edib Qaradağ RPİnin 10-cu PB-nə dəvət etmişlər. Həmin vaxt həyəcanlı olduğu və qorxduğu üçün avtomobildə, qoltuqaltı yerdə narkotik vasitə saxladığını bildirməmişdir. Polis əməkdaşları ilə birlikdə 10-cu PB-nə gəlmişdir. Polis bölməsində bir daha narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu ona izah edilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərində qanunsuz hər hansı bir əşya olub-olmadığı soruşulmuşdur. Üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra 10-cu PBdə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə hər hansı bir qanunsuz əşya olub-olmadığı ondan soruşulmuş, polis əməkdaşlarına avtomobildə ön oturacaq yerlərinin arasında olan qoltuqaltı deyilən yerdə narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Həmin yerə baxış keçirilmiş və oradan bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində nə olduğu və haradan əldə etdiyi soruşulmuşdur. Həmin bükümün içərisindəkinin narkotik vasitə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün ifadəsində göstərdiyi şəraitdə 30 manat pul müqabilində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra protokol tərtib edilmişdir. Bütün iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, ailəli olmaqla 70 yaşlı anasının xərçəng xəstəsi olmaqla onunla yaşadığını, arvadının heç bir yerdə işləmədiyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. 19 noyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati ərazisi olan Lökbatan qəsəbəsi, 6cı massiv deyilən ərazidə 10-cu PB-nin əməkdaşları Şahid2, X11 və X21 ilə birlikdə xidmətdə olan zaman qəbiristanlıq deyilən ərazidə tünd göy rəngli, “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayandığını görmüşdür. Kənardan baxdıqda həmin avtomobildə iki nəfər şəxsin əyləşdiyini görmüşdür. Avtomobilin və içərisində olan sərnişinlərin həmin vaxt qəbiristanlıqda olduğundan şübhələndikləri üçün yaxınlaşmışdır. Həmin vaxt avtomobildə sürücü yerində bir nəfər kişi cinsli şəxs, sərnişin yerində isə bir nəfər xanım əyləşmişdir. Özlərini təqdim etdikdən sonra avtomobilin sürücü yerində əyləşən şəxsin hərəkətləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi yaratdığından onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Bundan sonra birlikdə 10-cu PB-nə gəlmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra onun Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Ə.Ağayev tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tutulmuşdur. Ona təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunsuz hər hansı bir əşya olduğu halda təqdim etmək lazım olduğu izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində qanunsuz hər hansı bir əşya olmadığını, idarə etdiyi “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis bölməsinin inzibati binasının həyətyani sahəsində təhqiqatçı, müdafiəçi, Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona idarə etdiyi avtomobildə hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin avtomobilin, ön sərnişin yerlərinin arasında, qoltuqaltı deyilən yerdən bir ədəd sellofan torba götürüb avtomobilin üzərinə qoyub təqdim etmişdir. Həmin sellofan torbanın içərisində bir ədəd sellofana bükülmüş ağ rəngli, kristal şəkilində kütlə də olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulduqda, o, metamfetamin olduğunu, şəxsi istifadəçisi olduğunu, 3-4 gün əvvəl sosial şəbəkə vasitəsilə tanımadığı şəxsdən 30 (otuz) manat pul müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştiraçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. 19 noyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati ərazisi olan Lökbatan qəsəbəsi, 6cı massiv deyilən ərazidə 10-cu PB-nin əməkdaşları Şahid1, X11 və X21 ilə birlikdə xidmətdə olan zaman qəbiristanlıq deyilən ərazidə tünd göy rəngli, “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayandığını görmüşdür. Kənardan baxdıqda həmin avtomobildə iki nəfər şəxsin əyləşdiyini görmüşdür. Avtomobilin və içərisində olan sərnişinlərin həmin vaxt qəbiristanlıqda olduğundan şübhələndikləri üçün yaxınlaşmışdır. Həmin vaxt avtomobildə sürücü yerində bir nəfər kişi cinsli şəxs, sərnişin yerində isə bir nəfər xanım əyləşmişdir. Özlərini təqdim etdikdən sonra avtomobilin sürücü yerində əyləşən şəxsin hərəkətləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi yaratdığından onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Bundan sonra birlikdə 10-cu PB-nə gəlmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra onun Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Ə.Ağayev tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tutulmuşdur. Ona təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunsuz hər hansı bir əşya olduğu halda təqdim etmək lazım olduğu izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində qanunsuz hər hansı bir əşya olmadığını, idarə etdiyi “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis bölməsinin inzibati binasının həyətyani sahəsində təhqiqatçı, müdafiəçi, Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona idarə etdiyi avtomobildə hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin avtomobilin, ön sərnişin yerlərinin arasında, qoltuqaltı deyilən yerdən bir ədəd sellofan torba götürüb avtomobilin üzərinə qoyub təqdim etmişdir. Həmin sellofan torbanın içərisində bir ədəd sellofana bükülmüş ağ rəngli, kristal şəkilində kütlə də olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulduqda, o, metamfetamin olduğunu, şəxsi istifadəçisi olduğunu, 3-4 gün əvvəl sosial şəbəkə vasitəsilə tanımadığı şəxsdən 30 (otuz) manat pul müqabilində aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştiraçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Şahid Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2021-ci il tarixli, 6/5134 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,844 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 1,844 qram, tədqiqata sərf edilmişdir – 0,05 qram, qalıq – 1,794 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X2 04 dekabr 2021-ci il tarixli, 4873 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intokisasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 19 noyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,844 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 1,794 qram psixotrop maddə olan metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 19 noyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır, Lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya olmadığını müəyyən olunduqda Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olmadığını, idarə etdiyi “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis bölməsinin inzibati binasının həyətyani sahəsində təhqiqatçı, müdafiəçi, Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı minik avtomobilində axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona idarə etdiyi avtomobildə hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin avtomobilin, ön sərnişin yerlərinin arasında, qoltuqaltı deyilən yerdən bir ədəd sellofan torba götürüb avtomobilin üzərinə qoyub təqdim etmişdir. Həmin sellofan torbanın içərisində bir ədəd sellofana bükülmüş ağ rəngli, kristal şəkilində kütlə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RİHBnin Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11.02.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Əskərov X14 qəsəbəsi, massiv 2, keçid 3, ev 7 ünvanında qeydiyyatda olmaqa yaşayır. Ailə üzvləri: anası-1952-ci il təvəllüdlü X1, yoldaşı-1991-ci il təvəllüdlü X8 (işləmir), oğulları-2010-cu il təvəllüdlü X18 və 2011-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RİHBnin Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11.02.2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ RİHB-nin Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət materialı daxil olmamışdır. İş materialların əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 arasında 03.10.2009-cu il tarixdə nikah bağlanmışdır. İş materialların əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 19.08.2010-cu il tarixdə doğulmuş X12 və 09.10.2011-ci il tarixdə doğulmuş X7 ataları Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, psixotrop maddənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 19 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 21 noyabr 2021-ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Daha sonra 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş, 29 noyabr 2021-ci il tarixdə tutulmuş, 01 dekabr 2021-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,794 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 03 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 75 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 450 (dörd yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 06 (altı) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,794 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 450 (dörd yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-60/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-60/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver