Məhkəmə qərarları › İş №1(002)-62/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-62/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-62/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxxxxx 1983-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 60 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 17:42 radələrində Təqsirləndirilən şəxs, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4-də yerləşən nömrəsiz fərdi evdə, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərinin pozulması zəmnində, aralarında yaranmış münaqişə zamanı, sonuncunu əl zərbələri ilə qəsdən vuraraq, sol gözün konyuktiva qişasına qansızma ilə müşayiət olunan, gözün üst qapağının qançırı müəyyən edilmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Rəqsanə keçmiş həyat yoldaşıdır, onunla beş il evli olmuşdur, birgə nikahdan bir az yaşlı qız övladı var. Əvvəllər münasibətləri yaxşı olub, aralarında heç bir dava-dalaş olmayıb. O, həmişə əziyyətlə, fəhləliklə pul qazanıb evini dolandırmışdır. Son bir ildə demək olar ki, həyat yoldaşı Rəqsanə onu qətiyyən fikirləşmir, öz başına hərəkətlər edir, qərarlar verir, o ailədə nə baş verirsə sonradan öyrənir, belə şeylər ona çox pis təsir edirmiş. Ona görə də son vaxtlar mütəmadi olaraq aralarında mübahisələr olurmuş, onlar yola getmədiyi üçün 2019-cu il də rəsmi olaraq boşanmışlar. Buna baxmayaraq, o rəsmi olaraq Rəqsanədən boşansa da uşağına görə ona hər zaman maddi cəhətdən dəstək olmuşdur. Uşağının və Rəqsanənin bütün xərclərini qarşılamışdır. Onlar hər ikisi Lökbatan qəsəbəsində yaşayırlar. O uşağını çox istədiyi üçün hər iki-üç gündən bir Rəqsanənin yaşadığı evə gedib, uşağını görürmüş. Rəqsanə hazırda bacısı ilə birlikdə yaşayır, o hər dəfə ora gedəndə bacısı da onların arasını vurur, Rəqsanə də bacısını eşidir, onun onlara gəlib-getməyini istəməmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində o uşağını görmək üçün Rəqsanəgilə getmişdir. Onu Rəqsanə qarşılamış, o uşağını görmüş, sonra Rəqsanə ona demişdir ki, “sən uşağa bax mən 15 dəqiqəyə gəlirəm”, o ondan hara getdiyini soruşmuşdur. Rəqsanə demişdir ki, anasının qəbrini ziyarət etməyə gedir. O demişdir ki: “eybi yox mən uşağa baxaram amma tez gəl” bundan sonra Rəqsanə getmiş və gec gəlmişdir, buna görə o əsəbləşmiş, Rəqsanənin bacısı Pərvanəyə zəng vurmuşdur. Demişdir ki, “bacın uşağı atıb üstümə özü çıxıb gedib” bundan bir az keçmişdi ki, Pərvanə gəlmiş, onlar oturmuşlar, o Pərvanə ilə bu haqda söhbət eləmişdir. Təxminən yarım saat sonra Rəqsanə evə gəlmişdir. O Rəqsanəyə öz iradını bildirmiş və demişdir ki, "sən nə üçün körpə uşağı evdə tək qoyub harasa gedirsən, gedəndə 15 dəqiqə dedin bir saatdı yoxsan”. Rəqsanə onun sözünə cavab olaraq demişdir ki, “əcəb edirəm, uşaq mənimdi özüm bilərəm”. Bu sözlərdən sonra aralarında mübahisə yaranmış, Rəqsanə onun ünvanına nalayiq ifadələr işlətmiş, o onun bu sözlərinə dözə bilmədiyi üçün əsəbləşmiş və Rəqsanənin sifətinə bir-iki sillə zərbəsi vurmuşdur. Həmin vaxt Rəqsanənin bacısı Pərvanə onları ayırmışdır. O, onlardan çıxıb getmişdir. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Kamran keçmiş həyat yoldaşıdır. Əvvələr münasibətləri yaxşı olub, aralarında heç bir dava-dalaş olmayıb. O. Kamranla 2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir az yaşlı qız övladı vardır. Son bir ildə Kamran mütəmadi olaraq evdə mübahisə yaradırdı. Heç bir səbəb olmadan onu söyürmüş və döyürmüş. Onlar tez-tez küsüb barışırmışlar. O ailəsinin dağılmaması xatirinə hər dəfə Kamranı bağışlayırmış. Kamran söz verirmiş ki, bir daha belə hərəkətlər etməyəcək, lakin barışdıqdan qısa müddət sonra yenə də eyni hərəkətləri təkrar edirmiş. Bu səbəbdən münasibətləri pozulmuş və o 2019-cu ildən Kamrandan rəsmi olaraq ayrılmışdır. Az yaşlı qızının nitqində qüsur var. Ona görə həkimlər demişdir ki, “icazə verim atasını tez-tez görsün bu uşağa xeyirdi”. O da buna görə Kamrana heç bir məhdudiyyət qoymamışdır. O, ürəyi istəyən zaman onlara gəlir, uşağın ehtiyaclarını qarşılayır, uşaqla görüşürmüş. O, çalışmışdır ki, qızı onların ayrılığımını hiss etməsin. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində keçmiş həyat yoldaşı Kamran onlara gəlmişdir. O, uşaqla oynamağa başlamışdır. Əvvəlcə hər şey yaxşı imiş. Həmin gün o çox kövrəlmişdir. Anasının məzarını ziyarət etmək istəyirmiş. Kamranın onlarda olmasından istifadə etmiş, uşağı onun yanında qoymuş və özü Lökbatan qəsəbəsində yerləşən məzarlığa getmişdir. O evdən gedən zaman Kamran ona heç bir söz deməmişdir. O, mən getdikdən sonra bacısı Pərvanəyə zəng vurub demişdir ki, “bacın uşağı mənim üstümə atdı getdi” bundan sonra bacım tez-tələsik bizə gəlmişdir. Təxminən 15 dəqiqədən sonra o evə qayıtmışdır. Həmin vaxt görmüşdür ki, bacısı Pərvanə ilə keçmiş həyat yoldaşı Kamran evdə oturublar, söhbət edirlər. O, evə daxil olan kimi Kamran ona demişdir ki, “nə üçün uşağı tək qoyub getmisən?” oda cavab olaraq ona demişdir ki “uşaq tək deyil sənin yanında idi, uşaq mənim uşağımdır, bunun sənə heç bir dəxli yoxdur.” Onun bu sözündən sonra aralarında mübahisə yaranmışdır. Kamran üzərinə hücum çəkmiş, əl zərbələri ilə onun sifətinə, başına və bədəninə zərbələr vurmuşdur. Bu zaman bacısı Pərvanə onları ayırmışdır. Buna görə də o, tez polisə müraciət etmişdir. Kamran onun polis çağırdığını görən kimi evdən qaçıb getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X6 X4 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 792 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün konyuktiva qişasına qansızma ilə müşayiət olunan, gözün üst qapağının qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar