Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-62/2023 05.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvan 2 ünvanında qonaq otağında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət mübahisəsi zəminində yaranmış münaqişə zamanı yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub, itələyib yıxaraq sonuncunun sağlamlığına, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, hər iki bazu və sol baldır nahiyələrinin qançırları ilə müşayət edilən xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə rəsmi nigahla evlidir və birgə nigahdan bir azyaşlı övladı var. Aralarında mütamadi olaraq ailə məişət zəminində mübahisələr baş verir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı o, küsərək yaşadıqları ünvan 1 ünvanını tərk edib, anasının yaşadığı ünvanına getmişdir. xx.xx.2022-ci il tarixdə övladını görmək üçün həmin ünvana getmək qərarına gəlmiş, həmin gün təxminən saat 20:30 radələrində ünvan 2 ünvanına daxil olmuş, bu zaman Zərərçəkmiş şəxs onun və anasının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Bu zaman əsəblərini cilovlaya bilməyib, həmin evin qonaq otağına daxil olmuş, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri endirmiş, daha sonra isə onu sinə nahiyyəsindən itələmişdir. Hal-hazırda zərərçəkmiş şəxs, yəni arvadı ilə barışıb.Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, hal-azırda ünvan 2 ünvanında yaşayır, 6 nömrəli uşaq sanatoriyası, tərbiyəçi kimi işləyir. Təqsirləndirilən şəxs ilə 5(beş) ildir ki, rəsmi nigahla evlidir və birgə nigahdan 1(bir) azyaşlı övladı var. Aralarında mütamadi olaraq ailə məişət zəminində mübahisələr baş verir. Sonuncu dəfə xx.xx.2022- ci il tarixdə Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq evə gec və spirtli içkinin təsiri altında gəldiyi üçün yenidən aralarında mübahisə yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs onu döydüyü üçün yaşadıqları ünvan 1 ünvanını tərk edərək, elə həmin gün anasının yaşadığı ünvan 2 ünvanına getmiş və orada anası ilə yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında olan zaman Təqsirləndirilən şəxs təxminən saat 20:30 radələrində spirtli içkinin təsiri altında evə gələrək onun ünvanına nalayiq ifadələr işlədib, onu söyüb təhqir etməyə başlamışdır. Daha sonra isə həmin evin qonaq otağında üzərinə hücum çəkərək baş və bədəninin müxtəlif nahiyyələrinə yumruq ilə vurmuş, bu zaman başı qonaq otağının divarına dəymişdir. Baş verən hadisə zamanı, sağ gicgah nahiyyəsindən və hər iki ayağından müxtəlif xəsarətlər almışdır. Daha sonra anası Şahid DİN-in 102 Xidmətinə məlumat verəcəyini bildirmiş və Təqsirləndirilən şəxs dərhal evi tərk edərək oradan uzaqlaşmışdır. Daha sonra Anası Şahid dərhal DİN-in 102 Xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 5- 10 dəqiqə aralığında baş vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsi və məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin 26 avqust 2022-ci il tarixli 614 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, hər iki bazu və sol baldır nahiyələrinin qançırları bərk küt əşya(əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-62/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-62/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver