Məhkəmə qərarları › İş №1(002)-63/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-63/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-63/2021 18.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Musatafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmiş, ünvan 1 mənzil 23 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park yaşayış kompleksi, ev 9, mənzil 84 ünvanında yaşamış, barəsində “həbs” qətmkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə edib saxlayaraq daşımış, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Qobu yolunda yerləşən, Qobu Park 2 yaşayış kompleksində, polis məntəqəsinin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilərək üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan ağ rəngli "Winchester" markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 2,610 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən etibarən narkotik vasitə qəbul etmiş və buna görə də əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Əksər vaxtlar narkotik vasitə olan tiryək, ara bir “kakos” qəbul etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində yaşadığı “Qobu Park 2” yaşayış kompleksində polis məntəqəsinin yaxınlığında bir nəfər ona yaxınlaşıb xidməti vəsiqəsini təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişdir. Polis bölməsində xidməti otaqların birində ona hüquqları izah edilmiş və ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışdır. Axtarışa başlamazdan əvvəl ona üzərində olan əşyaları masanın üzərinə qoyması təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli “Winchester” siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutu açılarkən içərisində 02 ədəd siqaret və şəffaf sellofan torbaya bükülmüş maddə aşkar olunmuşdur. Polis əməkdaşları həmin maddənin nə olduğunu, hansı məqsəd üçün hardan əldə etdiyini soruşmuşlar. O da cavabında həmin maddənin narkotik vasitə olan tiryək olduğunu, saxlanılmazdan 2 saat əvvəl tanımadığı şəxsdən internet vasitəsilə online 30 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa üzərindən hər hansı qanunla qadağan olunan əşya olmamışdır. Təqdim etdiyi 01 ədəd şəffaf sellefon büküm onun və vəkilinin iştirakı ilə zərfə yerləşdirilib qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, ailə vəziyyətini, yəni atasının birinci dərəcəli əlil olmasını, həmçinin bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30-da polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə inzibati ərazidə xidmətdə olarkən Qaradağ rayonu, Lökbatan-Qobu yolunda yerəşən “Qobu Park 2” yaşayış kompleksində polis məntəqəsinin yaxınlığında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olduğunu görüb ona yaxınlaşmış, həmin şəxsin hərəkətlərindən şübhələndiklərinə görə özlərini həmin şəxsə təqdim edib onu10-cu polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Bölməsində xidməti otaqların birində şübhəli şəxs kimi Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə vvideoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli "Vinçester" siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin siqaret qutusunu açarkən içərisində 02 ədəd siqaret və 1 ədəd şəffaf selofan bükülüdə içərisində qara rəngli, spesifik iyə malik, bərk halda narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, hansı məqsədlə haradan əldə etməsi soruşulduqda, sonuncu həmin maddənin narkotik vasitə tiryək olduğunu, narkotik vasitəni həmin gün onlayn qaydadatanımadığı şəxsdən 30 manat pul verib özü istifadə etməsi üçün aldığını bildirmişdir. Axtarış zamanı Ruslan Yusifovun üzərindən "Redmi" markalı mobil telefon və 5 (beş) manat pul aşkar edilmiş və həmin pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf selofan büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və sonra zərfin üzərində bütün iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs üzəridə şəxsi axtarış aparılarkən Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmış və çəkiliş videodaşıyıcıya köçürülərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 5, 15) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyulması təklif olunmuş və o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarən sol yan cibindən ağ rəngli “Winchester” siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu açılarkən içərisində 02 ədəd siqaret və şəffaf sellofan bükülüdə qara rəngli, spesifik iyə malik, bərk halda narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən tiryək olduğunu, bu gün online formada tanımadığı şəxsdən 30 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş, büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 24-25) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 6/1939 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,610 qram maddə, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə -tiryəkdir. Tiryək xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tiryəkin təmiz çəkisi – 2,610 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 2,510 qram təşkil etmişdir. Ekspertiza tədiqatının dəyəri 108,46 manat təşkil edir. (i.v. 38-42) Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(002)-120/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 68-70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx xxxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs halhazırda ödənilməmiş məhkumluğu yoxdur. (i.v 81-82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X7-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3056 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 94-95) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol və ona əlavə edilmiş 01 ədəd CD disk, məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1939 saylı, məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3056 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 2,610 qram çəkidə narkotik vasitə - tiryək maddi sübut kimi tanınmış və 0,1 qram tədqiqata sərf edildiyindən qalan 2,510 qram qalıq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 97-101) Qaradağ Rayon Məhkəməsinin 1(002)-327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş AA seriyalı 372014 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Yusifov X4 rayonundan məcburi köçkündür. Səbail rayon ƏSMM tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 036264 nömrəli vəsiqənin surətindən görünür ki, X3 1-ci qrup əlildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz halda 0,5 qram tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, məcburi köçkün olmaqla, atasının birinci dərəcəli əlil olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllərdə dəfələrlə məhkum edilməsi isə onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun xx xxxxxxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxxxx 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməlidir (CPM-132),ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 70 (yetmiş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 16 (on altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 16 (on altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 2,510 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 108,46 (yüz səkkiz manat, qırx altı qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 16 (on altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar