Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-63/2024 22.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olan, orta təhsilli, Hacıqabul rayonu, Atbulaq ərazi dairəsi, Atbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda yerləşən bibisi Şahid2 məxsus evin həyətində işləyərkən «Lalələr» mahnısını oxuduğuna görə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs həmin mahnının qızı Laləyə görə oxunduğunu düşünüb ona iradını bildirərək yanına gəlib oxumağı dayandırmasını tələb etdiyinə görə aralarında yaranmış münaqişə zamanı sol əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən bir yumruq zərbəsi endirərək yıxmaqla Zərərçəkmiş şəxs - sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağ gözətrafı nahiyyəsinin hematoması, sağ qaş nahiyyəsinin qançırı və əzilmiş yarası, hər iki said nahiyələrinin qançır, sıyrıqları - ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində bibisi Şahid2 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, M.Ə.Sabir küçəsi yerləşən 14 saylı evin həyətində təkbaşına iş görərkən Lalələr mahnısını oxumuşdur. Bu zaman qonşuluqda yerləşən həyətdə yaşayan Zərərçəkmiş şəxs çəpərin əks tərəfindən həyəti tərəfdən boylanıb ona irad tutaraq qızı Lalənin adına mahnı oxumamasını bildirmişdir. Oxuduğu mahnının onun qızı Lalənin adı ilə hər hansı əlaqənin olmadığını demişdir. Zərərçəkmiş şəxs isə çəpərin üzərindən onun olduğu həyətə keçmiş üzərinə hücum çəkmiş əlləri ilə onu itələmişdir. O da əsəbləşərək sol əli ilə onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O həmin ünvanı tərk edərək yaşadığı Hacıqabul rayonuna getmişdir. Münaqişə təxminən 1-2 dəqiqə davam etmişdir. Həmin zaman o, sərxoş olmuşdur. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin onunla barışmamasının səbəbi bibisinin ailəsi ilə zərərçəkmiş şəxsin ailəsi arasında uzun müddət ərzində davam edən münaqişə ilə bağlı olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində olarkən qonşu həyətdə yaşayan Şahid2 qardaşı oğlu Təqsirləndirilən şəxs çəpərdən onların həyətinə boylanmış, qızının adının Lalə olmasından istifadə edərək uca səslə davamlı olaraq «Lalələr» mahnısını oxumuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs çəpərdə dayanmamasını və mahnı oxumasını dayandırmasını tələb etmişdir. Lakin, Təqsirləndirilən şəxs onun dediklərinə məhəl qoymayaraq mahnı oxumağa davam etmişdir. O, da sonuncunun hərəkətlərindən əsəbləşərək çəpərə yaxınlaşmış yenidən ondan çəpərin üzərindən bibisinin həyətinə düşməsini istəmişdir. Lakin, Təqsirləndirilən şəxs çəpərin üzərindən enməmiş və onunla əlbayaxa olmuşlar. Daha sonra çəpərin üzərindən hər ikisi təqsirləndirilən şəxsin bibisinə məxsus həyətə aşmışlar, həmin vaxt Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Zərbənin təsirindən o, qolları üstə yerə yıxılmış,. Təqsirləndirilən şəxs isə oradan qaçıb getmişdir. Qaş, göz ətrafından və hər iki qollarından xəsarətlər almışdır. Münaqişə təxminən 1-2 dəqiqə davam etmişdir. O, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Bundan əlavə zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışmayacağını bildirərək ona ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində olarkən qonşu həyətdə yaşayan Şahid2 qardaşı oğlu Təqsirləndirilən şəxs çəpərdən həyətlərinə boylanaraq onları qıcıqlandırmaq məqsədilə bacısı Lalənin adına uca səslə davamlı olaraq «Lalələr» mahnısını oxumuşdur. Atası Zərərçəkmiş şəxs ondan çəpərdən enməsini və mahnı oxumasını dayandırmasını istəmişdir. Lakin, Təqsirləndirilən şəxs deyilənə məhəl qoymayaraq eyni mahnını oxumağa davam etmişdir. Bu vəziyyətdən gərginləşən atası Zərərçəkmiş şəxs öz həyətləri tərəfdən çəpərin üzərinə çıxmış, onlar Təqsirləndirilən şəxsla əlbayaxa olmuşlar, daha sonra sonuncunuun bibisinə məxsus həyətə yıxılmışlar. O, qışqıraraq kömək istəsə də təqsirləndirilən şəxsin bibisi kömək etmək üçün yaxınlaşmamış, Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbəsi vurmuş və qaçmışdır. Zərbənin təsirindən atası qolları üstə yerə yıxılmış və xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sabir küçəsində yerləşən 14 saylı evin həyətində təkbaşına iş görərkən sərxoş olduğu üçün mahnı oxumuşdur. Bu zaman qonşu həyətdə yaşayan Zərərçəkmiş şəxs çəpərin əks tərəfindən onların həyətinə baxmış, irad tutaraq sözlərində qızı Lalənin adı olan mahnı oxumasını dayandırmağı tələb etmişdir. Təqsirləndirilən şəxs da ona qızı Lalə ilə oxuduğu mahnının onun hər hansı əlaqəsinin olmadığını demişdir. Zərərçəkmiş şəxs çəpəri aşıb Təqsirləndirilən şəxs üstünə hücum edərək əlləri ilə onu itələmişdir. Təqsirləndirilən şəxs özünü qorumaq məqsədilə Zərərçəkmiş şəxsla baş-başa dəymiş, bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmış və Təqsirləndirilən şəxs qorxduğu üçün qaçıb getmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2023-cü il tarixli 41/483 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağ gözətrafı nahiyyəsinin dərialtı hematoması, sağ qaş nahiyyəsinin qançırı və əzilmiş yarası, hər iki said nahiyyələrinin qançır, sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin 41-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs kimi tutulmasından ötrü axtarış elan edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 47-ci vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Qaradağ RPİ-nin MSY-na təhvil verilmişdir. (saat 13:30) Cinayət işinin 48-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə icraatı dayandırılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (saat 10:35) Cinayət işinin 78-79-cu vərəqələrində olan qətimkan tədbiri seçilməsi barədə 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan təqsirləndirilən şəxsi MSY-dən azad etmə haqqında 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 86-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli 3178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 89-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 90-95-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs “Abdurəhman” kimi qeyd olunmuş ata adı Əbdül kimi oxunması qərara alınmışdır. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla cinayət əməli törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin onlara qarşı qanunsuz hərəkətlərinin əvvəllər də baş verməsi barədə ifadələr məhkəmə iclasında zərərçəkmiş şəxsin özü və şahid qismində dindirilmiş qızı tərəfindən səsləndirilmişdir. Lakin, qonşuluq münasibətləri və təqsirləndirilən şəxsin gənc olması nəzərə alınaraq şikayət etməmişlər. Həmçinin, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs cinayətkar əməlini gənc olduğu halda 70 yaşlı şəxsə qarşı törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs və ya qohumları tərəfindən barışıq əldə olunması istiqamətində hər hansı səy göstərilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və sonuncunun 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 40 iş saatı hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək yəni 02 (iki) gün həbsdə olma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-63/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-63/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver