Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-64/2020 28.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü ildə Gürcüstan Respublikası, Qardabani rayonu, Qaracalar kəndində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatsız kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2019-cu il tarixdə saat 10:30-da Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı-Qazax magistral yolunun 59-cu kilometrliyində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, «Şıxlar» bağlar yaşayış massivinin girişindən 20 metr sol tərəfdə yerləşən «Taleh» marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilərkən əynində olan qara rəngli pencəyin sol iç cibindən 01 ədəd siqaretin göy rəngli kağızına bükülmüş təmiz çəkisi 0,264 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Gürcüstan Respublikasının vətəndaşı olmasına baxmayaraq Gürcü dilini bilmir, etnik mənsubiyyəti azərbaycanlıdır, Gürcüstan Respublikasında yerləşən orta məktəbdə Azərbaycan dilində orta təhsil almış, Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst oxuyub yaza bilir. Rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Bakı şəhərində qeydiyyatsız yaşadığına görə hər üç aydan bir ölkə sərhəddini keçərək Gürcüstan Respublikasına gedir, orada bir-iki gün qalandan sonra Bakı şəhərinə qayıdır. Heç bir zaman ruhi-əsəb xəstəliyi keçirməmişdir. Təxminən hadisədən iki ay əvvəl olarmış ki, narkotik vasitə olan kakos, yəni heroin qəbul edir, narkotik vasitəni ineksiya yolu ilə qəbul etmir, heroini çəkir, əvvəllər məhkum olunmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 09:20-də yaşadığı evdən çıxaraq iş axtarmaq üçün tanımadığı yol maşını ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə gəlmişdir. Ələt qəsəbəsində yerləşən Dəmiryol vağzalının yaxınlığında tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə olan kakos, yəni heroin satdığını bildirmişdir. Tanımadığı şəxsə 10 manat pul vermiş, tanımadığı şəxs ona 1 ədəd siqaretin göy rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin vermiş və almış olduğu heroini əynindəki qara rəngli pencəyin sol iç cibində gizlətmişdir. Həmin vaxt yanlarında ikisindən başqa heç kim olmamışdır. Bir qədər Ələt qəsəbəsini gəzib-dolaşdıqdan sonra yaşadığı evlərinə qayıtmaq üçün yola çıxmışdır. Tanımadığı yol maşını ilə Bakı şəhəri, Qobustan qəsəbəsi istiqamətinə gələn zaman yolun kənarında “Şıxlar” bağlar yaşayış massivi adlanan yerdə ağaclıq sahədə yerləşən kafedə çay içmək üçün avtomobildən düşmüşdür. Saat 10:30 radələrində həmin yerdə yerləşən “Taleh” marketə tərəf yaxınlaşan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və ondan adının Şaban olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirmişlər. Ona vəkillərin siyahısı təqdim olunmuş, vəkillərin siyahısından X4 hüquqlarının müdafiə edilməsindən ötrü seçmişdir. Bundan sonra vəkil X11 RPİ-nə dəvət edilmiş, vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş və vəkili X3 iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının xidməti otaqların birində video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoyulması təklif edilmiş, o, könüllü olaraq əynində olan qara rəngli pencəyinin sol iç cibindəki içərisində narkotik vasitə heroin olan bir ədəd siqaretin göy rəngli kağızına bükülmüş bükümü, pencəyinin sağ yan cibindəki bir qutu “Vest” siqaretini, bir ədəd kibriti, əynindəki qara rəngli pencəyin üst sol cibindən 01 ədəd 10 manatlıq, 08 ədəd 01 manatlıq, yəni ümumilikdə 18 manat pul əskinazını masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir, heroin özünündür, həmin heroini xx xxxxxx 2019-cu il tarixdə, saat 09:20-də Ələt qəsəbəsindəki Dəmiryol stansiyasının yanında tanımadığı şəxsdən 10 manat alıb üzərimdə saxlamışdır. Baxış zamanı üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı üzərindən aşkar edilmiş “Vest” siqareti, 01 ədəd kibrit və 18 manat pul əskinazı ona qaytarılmışdır. Siqaretin göy rəngli kağızı açılmış, bükülünün içərisində narkotik vasitə olan siqaretin göy rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, baxış zamanı video çəkilişdən istifadə olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin ona məxsusdur, öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş, həmin narkotik vasitəni kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Gürcüstan Respublikası tərəfindən ona verilmiş pasportunda adı, ata adı və soyadı X2 yazılmasına baxmayaraq Azərbaycan Respublikasında ona verilmiş bütün sənədlərində adı, soyadı və ata adı Təqsirləndirilən şəxs kimi yazılmasını söyləmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2010-cu il tarixdən X6, 2017-ci il tarixdən isə tutduğu vəzifədə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxxxxx 2019-cu il tarixdə ona Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə sakini “Şaban” adlı şəxsin narkotik vasitənin qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektorları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə bölmənin rəhbərliyinə raportla məruzə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağlar yaşayış massivi ərazisində tərəflərindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 10:30-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağlar yaşayış massivi, “Taleh” marketin qarşısında əməliyyat tədbirləri keçirilərkən bir nəfər şəxsin əməliyyat məlumatında göstərilmiş zahirən “Şaban” adlı şəxsə oxşar şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olmalarını həmin şəxsə bildirmişlər. Bundan sonra ondan adının “Şaban” olub-olmamasını soruşmuşlar, həmin şəxs özünü onlara təqdim edərək ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Bundan sonra ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və o, tərəflərindən Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş, o, vəkillərin siyahısından X4 hüquqlarının müdafiə edilməsindən ötrü seçmişdir. Bundan sonra vəkil X11 RPİ-nin 11-ci PB-nə dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil X3 iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının xidməti otaqların birində video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoyulması təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli pencəyinin sol iç cibindəki içərisində narkotik vasitə heroin olan bir ədəd siqaretin göy rəngli kağızına bükülmüş bükümü, pencəyinin sağ yan cibindəki bir qutu “Vest” siqaretini, bir ədəd kibriti, əynindəki qara rəngli pencəyin üst sol cibindən 01 ədəd 10 manatlıq, 08 ədəd 01 manatlıq, yəni ümumilikdə 18 manat pul əskinazını masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir, heroin özünündür, həmin heroini xx xxxxxx 2019-cu il tarixdə, saat 09:20-də Ələt qəsəbəsindəki Dəmiryol stansiyasının yanında tanımadığı şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Vest” siqareti, 01 ədəd kibrit və 18 manat pul əskinazı ona qaytarılmışdır. Bundan sonra siqaretin göy rəngli kağızı açılmış, bükülünün içərisində narkotik vasitə olan siqaretin göy rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, baxış zamanı video çəkilişdən istifadə olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Qətilağa oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru vəzifəsində işləyir. 2003-cü il tarixdən X6, 2019-cu il tarixdən isə tutduğu vəzifədə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxxxxx 2019-cu il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməliiayt müvəkkil Şahid1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə sakini “Şaban” adlı şəxsin narkotik vasitənin qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə mən, Qaradağ RPİ-nin 11-ci PBnin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə Şahid1 tərəfindən bölmənin rəhbərliyinə raportla məruzə edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağlar yaşayış massivi ərazisində tərəflərindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx xxxxxx 2019cu il tarixdə, saat 10:30-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağlar yaşayış massivi, “Taleh” marketin qarşısında əməliyyat tədbirləri keçirilərkən bir nəfər şəxsin əməliyyat məlumatında göstərilmiş zahirən “Şaban” adlı şəxsə oxşar şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olmalarını həmin şəxsə bildirmişlər. Bundan sonra ondan adının “Şaban” olub-olmamasını soruşmuşlar, həmin şəxs özünü onlara təqdim edərək ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Bundan sonra ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və o, tərəflərindən Bakı şəhəri, Qaradağ RPİnin 11-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş, o, vəkillərin siyahısından X4 hüquqlarının müdafiə edilməsindən ötrü seçmişdir. Bundan sonra vəkil X11 RPİ-nin 11-ci PB-nə dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil X3 iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının xidməti otaqların birində video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoyulması təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli pencəyinin sol iç cibindəki içərisində narkotik vasitə heroin olan bir ədəd siqaretin göy rəngli kağızına bükülmüş bükümü, pencəyinin sağ yan cibindəki bir qutu “Vest” siqaretini, bir ədəd kibriti, əynindəki qara rəngli pencəyin üst sol cibindən 01 ədəd 10 manatlıq, 08 ədəd 01 manatlıq, yəni ümumilikdə 18 manat pul əskinazını masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir, heroin özünündür, həmin heroini xx xxxxxx 2019-cu il tarixdə, saat 09:20-də Ələt qəsəbəsindəki Dəmiryol stansiyasının yanında tanımadığı şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Vest” siqareti, 01 ədəd kibrit və 18 manat pul əskinazı ona qaytarılmışdır. Bundan sonra siqaretin göy rəngli kağızı açılmış, bükülünün içərisində narkotik vasitə olan siqaretin göy rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, baxış zamanı video çəkilişdən istifadə olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə bamayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı öz ifadəsində Şahid1 və Şahid3 Qətilağa oğlunun verdiyi ifadələrə uyğun ifadə vermiş və onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 27433 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs aşkar..............” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 0,264 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,264 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,214 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx xxxxxx 2019-cu il tarixli, 2735 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokola əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan və diskə baxışdan aydın olur ki, iş üzrə təqsirləndirilən şəxs İsayev X7 RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən Bakı- Qazax yolunun 59-cu kilometrliyində, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağlar yaşayış massivinin girişindən 20 metr sol tərəfdə yerləşən “Taleh” marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Saban İsayevə üzərində olan əşyaları masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynində olan qara rəngli pencəyinin sağ yan cibindən 01 qutu “Vest” markalı siqareti, 01 ədəd kibrit qutusunu, əynində olan qara rəngli pencəyinin üst sol cibindən ümumilikdə 18 manat pulu və əynində olan qara rəngli pencəyinin sol iç cibindən 01 ədəd siqaretin göy rəngli kağızına bükülmüş bükülünü masanın üzərinə qoyaraq bükülüdə narkotik vasitə kakos olduğunu və həmin narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən aldığını bildirmiş, büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,264 qr olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,214 qram olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxxxxx 2019-cu il səhər saatlarında yəni, 10:30radələrində saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2019-cu il tarixdə saat 16:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdırılmış və bundan sonra xx xxxxxx 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması müddəti 24 saatdan artıq davam etmişdir. Belə olan halda məhkəmə hesab edirik, bu hal təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə iki gün kimi cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə xx xxxxxxxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,214 qramı çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə eyni zamanda CM-nin 52.1-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma tətbiq edilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,214 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-64/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-64/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver