Məhkəmə qərarları › İş №1(002)-64/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-64/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-64/2021 29.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1957-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsi, 29 nömrəli binanın, 3 nömrəli mənzilində qeydiyyatda olub faktiki həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 1 (003) -752/2021 saylı, 10 iyun 2021-ci il tarixli Qərarına əsasən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, 27.08.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən "xxxx" yatağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, kənar şəxslərin yanında, onların rahatlığını pozmaqla, ümumqəbul edilmiş əxlaq normalarına və cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs nalayiq şəkildə təhqir edib zor işlətmək iqtidarında olmasını qərəzli şəkildə nümayiş etdirərək silah qismində istifadə etdiyi əlindəki çəliklə və yerdən götürdüyü daş parçası ilə zərərçəkmiş Zərərçəkmiş şəxs baş və ayaq nahiyələrindən qəsdən vuraraq ona başın sağ təpə-gicgah sərhədində səthi əzilmiş yara ilə müşayiət olunan dərialtı hematoması və sağ ayağın birinici barmağın drınaq falanqasının səthi əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o "xxxx" MMC-nin rəhbəri olmaqla 20 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən Şahqaya adlanan ərazidə olan "xxxx" yatağında daş istehsalı və satışı ilə məşğul olur. Onunla qonşuluqda yerləşən daş karxanasının sahibi olan Şahid2 ilə şərik olandan sonra Müharib onun pulunu kəsdiyindən münasibətləri korlanmış, həmçinin aralarında torpaq sahəsi üstündə uzun müddətdir ki, davam edən mübahisələri olmuşdur. Belə ki, onun icarə əsasında işlətdiyi karyerin ərazisinin 4.8 hektar sahəsini Müharib saxta xəritə əsasında zəbt etmişdir. Aralarında olan torpaq mübahisəsini həll etmək və ərazinin hüdudlarını müyyən etmək üçün Azərbaycan Respublikası ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət etmişdir ki, icarə əsasında işlətdiyi "xxxx" MMCnin ərazi hüdudlarını müəyyən etsinlər. 27 avqust 2020-ci il tarixdə, saat 12 radələrində "xxxx" MMC-nin nümayəndələri "xxxx" yatağına gələrək mübahisəsi gedən torpaq sahəsinin kimə, hansı MMC-yə məxsus olduğunu müəyyən etməli idilər. Həmin sahənin ölçümü aparılan zaman o, MMC-nin təsisçisi Elbrus ilə sonuncuların yanına getmişdir. Sahənin ölçümü aparılan zaman o, "xxxx"-nın əməkdaşlarından nəyin əsasında ölçü apardıqlarını soruşmuşdur. O, əlində olan xəritəni ETSN-in mütəxəssislərinə göstərmiş və onların Müharibin onlara təqdim etdiyi korrdinatlar əsasında ölçü aparıldığının şahidi olmuşdur. Həmin vaxtı Müharibə məxsus daş karxanasının icarədarı olan Zərərçəkmiş şəxs onlara tərəf gəlib, təxminən 10 metr aralıda dayanıb onları müşahidə etmiş, daha sonra isə ona,- “sən axırda mənim əlimdə öləcəksən, cəhənnəm ol buradan” deyə təhdid etmişdir. Bundan sonra Səməd öz sözləri ilə kifayətlənməyib yanında olan əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Qədir adlı şəxslə üzərinə gələrkən o, sonunculara əməliyyat olunduğunu, üstünə gəlməmələrini, ondan uzaq olmalarını xəbərdarlıq edərək bildirmişdir. Bütün bu prosesləri də Qədir özü də mobil telefonu ilə videoya çəkərək lentə almışdır. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs onun üzərinə gələrək onu geriyə itələmiş, o da daşın üstünə yıxılmışdır. Özü bir təhər ayağa durduqdan sonra Səməd tanışı ilə yenə də üstünə gəlmək istəyəndə o, özünü qorumaq məqsədi ilə əlində olan çəliyi fırlatmış və bu zaman çəlik Səmədin başından dəymişdir. Bundan sonra Elbrus və orada olan şəxslər onları ayırmışlar. Bundan sonra Səməd əlinə daş götürərək onu daşlamağa və təhqir etməyə başlamışdır. O, da cavabında Səmədi söyməyə başlamış və Səmədə daş atmışdır. Səmədin atdığı daşlardan biri onun dirsəyinə, biri sol dizinə, biri də sağ ayağına dəymişdir. Bu dəfə də o, yerə yıxılmış və Elbrus ilə "xxxx" MMC-nin əməkdaşları ona ayağa qalxmağa köməklik göstərmişlər. O, ayağa qalxdıqdan sonra ətrafda olan şəxslərin köməyi ilə yaranan mübahisə sakitləşdirilmiş və hər ikisi oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ETSNin topoqraflarını o dəvət etmişdir. Bununla bağlı o, 5 dəfə ərizə yazmış, mübahisəli ərazini ölçmək üçün çağırmışdır. Karxana ərazisinə gəldikdən sonra elə mütəxəssislər onu çağırmış və o da oraya getmişdir. Qədir mübahisəni mobil telefonla videoya çəkmiş, mübahisə müddətində o, Səmədə qarşı heç bir söyüş işlətməmiş, yalnız Səmədin onu söyüb təhqir etməsindən sonra onun söyüşlərinə cavab vermişdir. Onun ETSN-in əməkdaşlarının ölçmə işlərini görmələrinə maneçilik törətmək kimi bir fikri olmamış, əksinə o elə uzun müddətdir davam edən bu problemin həllini arzu etmişdir. Təqsirləndirilən şəxs son olaraq əmələinin CM-nın 128-ci maddəsinə tövsif olunmasını, barəsində həmin əmələ görə cəza təyin edilməsini və barəsində cəza təyin edilərkən törətdiyi əməldən peşman olduğu, yaşlı olmaqla ürək xəstəsi olması nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 4 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən Şahqaya adlanan ərazidə olan "xxxx" yatağında daş istehsalı və satışı ilə məşğul olur. Həmin "xxxx" MMC-nə məxsus daş karxanasını Şahid2 icarəyə götürmüşdür. Orada onunla qonşuluqda yerləşən daş karxanasının sahibi olan Təqsirləndirilən şəxs ilə torpaq sahəsi üstündə uzun müddətdir ki, davam edən mübahisələri olmuş, belə ki, Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi karyerin əslində onlara məxsus olan ərazisinin də ona məxsus olduğunu iddia etmişdir. İbtidai istintaq zamanı ifadə verdiyi dövrdə belə aralarında olan mübahisəyə dair Qaradağ RPİ-nin İstintaq şöbəsində cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Aralarında olan torpaq mübahisəsini həll etmək və ərazinin hüdudlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət etmişlər. 27 avqust 2020-ci il tarixdə, saat 12 radələrində "xxxx" MMC-nin 4 nəfər nümayəndəsi "xxxx" yatağına gələrək mübahisəsi gedən torpaq sahəsinin hansı MMC-yə məxsus olduğunu müəyyən etməli olmuşlar. Həmin sahənin ölçümü aparılan zaman Təqsirləndirilən şəxs oraya gələrək onunla heç bir əsaslı səbəb olmadan mübahisə etməyə başlamışdır. Həmin vaxt orada o, Qədir, Rəşid, Elbrus və iki nəfər ETSN-in əməkdaşı olmuşdur. Bu zaman o, Rəşidə sahənin ölçümünə mane olmamasını, orada uzaqlaşmasını, ümumiyyətlə onun həmin yerə gəlməsinin düzgün olmadığını bildirmişdir. Rəşid oradan uzaqlaşmadığından ona “sən axırda mənim əlimdə öləcəksən” sözlərini demiş, bundan sonra Rəşid onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən də, əli ilə Rəşidi itələyərək oradan çıxıb getməsini bildirmişdir. Lakin, Rəşid gözləmədiyi anda dayandığı yerdən, yəni orada olan Elbrus Hacıyevin arxasından çıxaraq əlindəki çəliklə onun baş nahiyyəsinə qəsdən iki dəfə vuraraq ona xəsarət yetirmiş və zərbənin təsirindən onun başından qan axmağa başlamışdır. Bundan sonra o, özünü müdafiə etmək və Rəşidi özündən uzaqlaşdırmaq məqsədi ilə yerdən daş götürərək ona atmış, lakin Rəşid ondan aralı olduğu üçün daş ona dəyməmişdir. Daha sonra Rəşid yerdən daş götürərək ayağı istiqamətində atmış və daş onun ayağına dəymişdir. Daha sonra ətrafda olan şəxslərin köməyi ilə yaranan mübahisə sakitləşdirilmiş və hər ikisi oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi ərazi əslində onlara məxsus olmuşdur. Ümumiyyətlə onlara məxsus olan sahə ilə Təqsirləndirilən şəxs işlətdiyi ərazi arasında fiziki olaraq ayırıcı hasar və s. yoxdur. O, Təqsirləndirilən şəxs qarşı kobud hərəkət etməmiş, Təqsirləndirilən şəxs ona qarşı nəlayiq ifadə işlətdiyi üçün itələmişdir. Rəşidin atdığı daş onun ayağına dəymişdir. O, başının qanadığını gördükdə yerdən daş götürüb Rəşidə atmışdır. Onun başına Rəşidin vurduğu çəlik iki dəfə dəymiş, onlardan biri daha bərk dəymiş və başı qanamışdır. Mübahisə ümumilikdə cəmi 5-10 dəqiqə ərzində baş vermişdir. İttihamda qeyd olunandan başqa xəsarəti yoxdur. Elan edilməklə ona təqdim edilmiş “zərərçəkmiş şəxs qismində” dindirilməsi haqqında 28.09.2020-ci il tarixli protokol ona tanışdır. Həmin ifadənin onun tərəfindən verildiyini təsdiq edir və həmin ifadəsini hazırda da təsdiq edir. Hazırda məhkəmə iclasında Təqsirləndirilən şəxs çəliklə onun başından iki dəfə vurduğunu bildirdiyi halda, ibtidai istintaq zamanı verdiyi ifadəsində Rəşidin çəliklə onu bir dəfə vurmasını bildirməsi ona aydındır. Onların mübahisə etdikləri ərazidə ifadəsində göstərdiyi şəxslərdən başqa adam olmamış, Şahid2 ETSN-in digər işçiləri ilə bir qədər onlardan aralıda olmuşdur. Karxanada işləyən fəhlələr isə onlardan təxminən 300 metr kənarda olmuşlar. Sonda zərərçəkmiş şəxs X6 Təqsirləndirilən şəxs bağışlamadığını, onunla barışmadığını və ona qarşı şikayətçi olduğunu nəzərə alınaraq ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışı olmaqla, təxminən 3-4 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən Şahqaya adlanan ərazidə olan "xxxx" yatağında daş istehsalı və satışı ilə məşğul olur. Onunla qonşuluqda yerləşən daş karxanasının sahibi olan Təqsirləndirilən şəxs ilə torpaq sahəsi üstündə uzun müddətdir ki, davam edən mübahisələri olmuşdur. 27 avqust 2020-ci il tarixdə saat 12 radələrində Səməd ilə görüşmək üçün həmin karxanaya getmiş və Səmədlə görüşərək söhbət etmişlər. Həmin vaxt da Azərbaycan Respublikası ETSN-in 4 nəfər əməkdaşı karxanaya gəlmiş, onardan 2 nəfəri içəri otağa keçmiş, 2 nəfər isə karxana ərazisində ölçü işləri aparmışlar. Səməd ilə o, həmin mütəxəssislərə yaxınlaşdıqları zaman, sonuncuların yanında Elbrus və Təqsirləndirilən şəxs görmüş, Rəşid mütəxəssislərdən nə üçün gəldiklərini soruşub, onların işinə təxminən 1 saat mane olmuşdur. Səməd Rəşidə bildirmişdir ki, sən sahənin ölçüsünün aparılmasına mane olma, buradan uzaqlaş. Buna baxmayaraq Rəşid oradan getməyək gözləmədikləri anda heçnədən əlindəki “çəliklə Səmədin baş nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona xəsarət yetirmiş, onlar isə hər ikisini ayırmışlar. Bundan sonra Səməd və Rəşid bir-birilərini nalayiq ifadələrlə söyməyə başlamışlar. Daha sonra isə Rəşid yerdən daş götürərək Səmədin ayağı istiqamətində atmış, Səməd də yerdən daş götürərək ona Rəşidə tərəf atmışdır. Rəşid yerə yıxılıb səs-küy salmağa başlamışdır. Səmədin atdığı daşın Rəşidə dəyib-dəymədiyini dəqiq olaraq görməmişdir. Daha sonra ətrafda olan şəxslərin və onun köməyi ilə yaranan mübahisə sakitləşdirilmiş və onlar oradan uzaqlaşaraq çıxıb getmişdirlər. Şahid1 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, mütəxəssislər ölçü apardıqları zaman o və Səməd sonuncuları müşahidə etmiş, Rəşid isə oraya gələrək mütəxəssislərə,- “siz kimsiniz, niyə ölçürsünüz” deyə bildirmiş, buna cavab olaraq isə Səməd Rəşidə yer ölçdüklərini bildirmişdir. Bundan sonra Rəşid təxminən 1 saat mütəxəssislərin fəaliyyətinə maneçilik törədərək, işlərini icra etmələrinə imkan verməmişdir. Rəşidlə Səməd arasında münaqişə yaşananadək Səməd, o, Rəşid, Elbrus Hacıyev və 2 nəfər mütəxəssis bir-birinin yanında olmuş, Müharib isə onlardan uzaqda “butka” tipli karxananın otağında olmuşdur. Müharib hadisə yerinə gəldiyi zaman Zərərçəkmiş şəxs başı artıq qanamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələməsini görməmiş, Rəşid heç kimi gözləmədiyi anda Səmədi əlindəki çəliklə vurmuşdur. Daş atılması ilə bağlı bildirir ki, Rəşid və Səməd arasında məsafə təxminən 5- 6 metr olmuş və ilk öncə Rəşid Səmədə daş atmış, yalnız bundan sonra Səməd də Rəşidə daş atmışdır. Ümumi münaqişə təxminən 5-10 dəqiqə çəkmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 39-42-ci vərəqlərində olmaqla şahid qismində dindirilməsi barədə 12.10.2020-ci il tarixli protokol ona tanışdır. Həmin ifadə onun tərəfindən müstəntiqə verilmişdir. Hazırda məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələməsini görməməsi, Rəşidin qəfildən Zərərçəkmiş şəxs vurmasını göstərdiyi halda, ibtdiai istintaq zamanı verdiyi ifadəsində Rəşidin Səmədi təhqir etdiyi üçün Səmədin əli ilə Rəşidi geri itələyərək buradan çıxıb getməsini bildirdiyi, buna baxmayaraq Rəşid oradan getməyək gözləmədikləri anda əlindəki “çəlik”lə Səmədin baş nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona xəsarət yetirdiyini bildirməsi ona aydındır. Həmin hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və Geodeziya və Kartoqrafiya MMC-də topoqrafiya üzrə mühəndis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Əbdül oğlu ilə Təqsirləndirilən şəxs arasında “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanalarında torpaq sahələrinin kəsişdiyi hissələrlə bağlı sərhəd mübahisələri olmuşdur. Bu barədə müraciət daxil olduqdan sonra, həmin ərazinin sənəd üzərində müəyyən edilmiş koordinatlarını ölçmək məqsədilə Azərbaycan Respublikası ETSN-in göndərişi ilə həmin əraziyə getmişlər. 27 avqust 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən "xxxx" yatağında digər iş yoldaşı Şahid4 ilə xidməti vəzifələrini icra edib, ölçü işləri aparmışlar. Onlar öz fəaliyyətlərini ilk öncə Zərərçəkmiş şəxs olduğunu bildikləri ərazidən başlamış, bir qədər sonra Təqsirləndirilən şəxs onları görərək yaxınlaşmışdır. Sonradan Zərərçəkmiş şəxs da onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs nə isə demiş və sonuncular öz aralarında mübahisə etməyə başlamışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəqiq olaraq necə itələməsini göməsə də, Təqsirləndirilən şəxs yerə yıxıldığını görmüşdür. Ayağa qalxıdqdan sonra Təqsirləndirilən şəxs əlində “kapron” olan çəliklə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yerdən daş götürərək atmasını da görmüş, lakin daşın Təqsirləndirilən şəxs dəyib-dəymədiyini görməmişdir. Daha sonra onlar oradan uzaqlaşaraq çıxıb getmişlər. Mübahisənin baş verdiyi yer yolun kənarından görünməmiş, ətrafda olan daşlar buna imkan verməmişdir. Şahid3 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, tərəflər arasında əvvəlcə sözlə mübahisə yaranmış, lakin həmin vaxt kiminsə söyüş ifadələri işlətdiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaqla, Geodeziya və Kartoqrafiya MMC-də topoqrafiya üzrə mühəndis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında "Şahqaya" adlanan ərazidə yerləşən daş karxanalarında sərhəd mübahisələri olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası ETSN-in göndərişi ilə 27.08.2020-ci il tarixdə həmin ərazinin sənəd üzərində müəyyən edilmiş koordinatlarını ölçmək məqsədilə həmin əraziyə getmişlər. O, əlindəki sənədlərlə bağlı GPS aparatından istifadə etməklə ölçü işləri görmüş, nöqtələr üzrə hesablamalar aparmışdır. Şahid4 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, O, gördüyü işlə 2 ərazinin toqquşduğu sahədə koordinatlar müəyyən edib, yerlərini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini hazırda tam olaraq xatırlamasa da, hadisənin baş verməsi onun yadındadır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Hadisə vaxtı ərazidə 5-6 nəfər olmuşlar və onunla birlikdə Geodeziya və Kartoqrafiya MMC-dən oraya Şahid3 da gedərək işini görmüşdür. Onlara ilk növbədə Təqsirləndirilən şəxs təklikdə onlara yaxınlaşaraq gördükləri iş barədə maraqlanıb, uzun müddət onlarla söhbət edib nəsə göstərmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs onlara tərəf gəlib, Təqsirləndirilən şəxs onların gördüyü işə mane olmamalarını, Rəşidin çıxıb getməsini sərt şəkildə bildirmişdir. O bu ərəfədə artıq işini tamamlamış, baş vermiş hadisə onun fəaliyyətinə və ümumən görməli olduğu işin başa çatıdırılmasına heç bir maneçilik törətməmişdir. Sonradan hər iki şəxs bir-birinə qarşı nalayiq ifadələr işlətmiş və ani bir şəraitdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələyərək yerə yıxmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs yerdə olduğunu görmüşdür. Həmin vaxt Şahid2 hadisə yerində olmamış, yalnız sonradan oraya gəlmişdir. Hadisə özü isə ümumi sözlü mübahisənin başlanmasından etibarən 5-10 dəqiqə çəkmişdir. Hadisə yerindən Təqsirləndirilən şəxs hansı avtomaşın və kimlər tərəfindən aparıldığını hazırda xatırlamır. Səmədlə Rəşid sözlü mübahisə etdikləri vaxt, Səməd Rəşidə yaxınlaşıb,- “sənə dedim rədd ol, əlimdə öləssən” deyə bildirmiş, bundan sonra da mübahisə davam etmiş və Səməd Rəşidi itələyrək yerə yıxmışdır. Hadisənin baş verdiyi yer neytral ərazi olmuş, heç kimin ərazisi olmamışdır. Onun özü Rəşidin yanında olmuş və Rəşidin də Zərərçəkmiş şəxs ayaq nahiyəsinə daş atmasını görmüşdür. Şahid2 hadsinən baş verdiyi zaman orada olmamış, yalnız hadisədən sonra gəlmişdir. Təqsirləndirilən şəxs ölçü işləri apardıqları vaxt yaxınlaşıb sadəcə olaraq nə ilə ölçdüklərini soruşmuşdur. Daha sonra Zərərçəkmiş şəxs da onlar tərəfə gəlib Təqsirləndirilən şəxsla mübahisə etmişdir.O, özü də tərəfləri aralaşdırmışdır. Tərəflərin arasında baş vermiş mübahisə onların fəaliyyətinə heç bir təsir göstərməmiş və onlar öz işlərini tam olaraq baş çatdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, ona məxsus olan “daş karxanasını” Səmədə icarəyə vermişdir. Rəhbərlik etdiyi "xxxx" MMC-ni istifadəsində olan daş karxanası Qaradağ rayonu ərazisində yerləşən Sahil əhəng daşı yatağında təşkil olunmuşdur. Əvvəlki illərdə qonşuluqda yerləşən və onlara məxsus karxana ilə yerləşmə baxımından qonşu olan ərazidə təxminən 1999-cu ildən tanıdığı Təqsirləndirilən şəxs da daş karxanası işlətmiş, bununla bağlı torpaq sahəsi üstündə uzun müddət ərzində aralarında çoxsaylı məhkəmə mübahisələri olmuş, eyni zamanda bir sıra xoşagəlməz hadisələr də yaşanmışdır. Belə ki, ona məxsus olan karyerin ərazisinin Rəşid özünə məxsus olduğunu, onlara məxsus xəritələrin saxta olduğunu iddia etmişdir. O isə hər dəfəsində Rəşidə cavab olaraq onların xəritələrinin saxta olduğunu sübut etməsini, özündə olan həqiqi zənn etdiyi xəritələri təqdim etməsini bildirmişdir. Bununla belə Təqsirləndirilən şəxsla aralarında düşmənçilik olmasa da, məhz mübahisə edilən ərazi ilə əlaqədar olaraq ədavət yaranmışdır. Zərərçəkmiş şəxs onun uzaq qohumudur və sonuncu təxminən hadisədən 4 il əvvəldən ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən Şahqaya adlanan ərazidə olan "xxxx" yatağında daş istehsalı və satışı ilə məşğul olur. Belə ki, Zərərçəkmiş şəxs həmin ərazini ondan icarəyə götürmüşdür. Aralarında olan mübahisə müdddətində hətta 2017-ci ildə Təqsirləndirilən şəxs bir neçə nəfər şəxslə onlara məxsus sahəyə keçərək MMC-yə məxsus olan dəzgahları özü ilə aparımış, bununla bağlı müraciətləri əsasında polisdə araşdırma da aparılmışdır. O, torpaq mübahisəsini həll etmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə ərazi hüdudlarını müyyən edilməsi üçün müraciət etmişdir. 27 avqust 2020-ci il tarixdə "xxxx" MMC-nin 4 nəfər nümayəndəsi "xxxx" yatağına gələrək mübahisəsi gedən torpaq sahəsinin hansı MMC-yə məxsus olduğunu müəyyən etməli olmuşlar. Həmin gün saat 12 radələrində "xxxx" MMC-nin 4 nəfər nümayəndəsi gəldikdən sonra o, karyerin içərisində yerləşən otaqda yer ölçənlərin 2 nəfər nümayəndəsi ilə söhbət etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs karxana ərazisinə gəlib, ölçü işləri aparan mütəxəssislərlə söhbət etməsini görmüşdür. Bundan təxminən 25 dəqiqə sonra otaqda digər mütəxəssislərlə söhbət etdiyi zaman otağın pəncərəsindən onların olduğu yerdən təxminən 150 metrdən bir qədər çox olmaqla aralıda mübahisə baş verdiyinin şahidi olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başından əlindəki altı dəmir olan çəliklə vurduğunu görmüşdür. O, dərhal otaqdan çıxaraq hadisə yerinə doğru getmiş, oraya çatdıqda Zərərçəkmiş şəxs başından qan axdığını müşahidə etmiş, elə bu vaxt Səməd özünü yerə yıxmışdır. Mübahisə ümumilikdə 1 saat davam etmiş və məhz hadisə səbəbindən karxananın fəaliyyəti bir saat dayanmışdır. Şahid2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Hadisə baş verdiyi zaman yaxında Səməd və Rəşiddən başqa Şahid1, Elbrus Hacıyev və iki nəfər mütəxəssis olmuşdur. Sonradan həmin şəxslərdən də maraqlandığı zaman şahid olan şəxslərin bəzisi Rəşidin Səmədi bir dəfə, bəzisi isə 2 dəfə vurduğunu demişdir. Hadisə yerinə gəldikdən sonra özü də DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İbtidai istintaq zamanı ifadə verərkən hadisənin baş verməsindən təxminən 4-5 ay vaxt keçmiş, həmçinin istintaqdakı ifadəsini təsdiq etsə də, elə indi məhkəmədə ifadəsində göstərdiyi kimi o zaman da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başından iki dəfə çəliklə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxsla sonradan söhbət etdikdə, sonuncu ona Təqsirləndirilən şəxs bir dəfə altı dəmirlə örtülü olan çəliklə başından vurdğunu, bir dəfə isə daş ataraq ayağına xəsarət yetirdiyini bildirmişdir. Sonradan hadisənin baş verməsi səbəbi ilə əlaqədar Səməddən soruşduğu zaman sonuncu ona, Təqsirləndirilən şəxs oraya gələrək heç bir əsaslı səbəb olmadan onunla mübahisə etməyə başladığını, Rəşidə sahənin ölçüsünün aparılmasına mane olmamasını və buradan uzaqlaşmasını dediyini, lakin Rəşidin oradan getməyək əlindəki “çəlik”lə baş nahiyyəsinə qəsdən bir dəfə vurduğunu, bir dəfə də onu daşla vuraraq xəsarət yetrdiyini bildirmişdir. O, Səmədi götürüb otağa aparmış, Rəşid isə çıxıb getmişdir. Bir daha bildirir ki, hadisəni dəqiq olaraq öz gözləri ilə görmüşdür. Hadisə baş verən anda o, hadisənin baş verdiyi yerdən 150 metrdən bir qədər aralıda yerləşən otaqda olmuşdur. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə vaxtı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çəliklə vurmamışdan qabaq itələşmə olmasını görməmişdir. Hər iki şəxs bir-birinə münasibətdə üz-üzə dayanmış vəziyətdə olmuşdur. Rəşid hadisə zamanı özü yerə yıxılmış, eləcə də bunu bəhanə edərək guya onun daşla vurulduğunu bildirmişdir. O, otaqda olduğu zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs və digər şəxslər arasında baş tutan dialoqları ümumiyyətlə eşitməmiş, lakin Təqsirləndirilən şəxs hiddətini sonuncunun hərəkətlərindən müşahidə etmişdir. Daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Rəşid Eldəniz adlı biri ilə birlikdə 2011-ci ildən onun MMC-sində işləmiş, sonradan aralarında problem yaranmışdır. O, həmin karxana ərazisini Zərərçəkmiş şəxs təxminən 3-4 ildir ki, icarəyə vermişdir. Hadisə baş verən zaman o, karxanada yerləşən otağın pəncərəsindən müşahidə etmişdir. Rəşid çəliklə Səmədi vurandan sonra, Səməd Təqsirləndirilən şəxs itələmişdir. Həmin hadisəni aydın olaraq pəncərədən görmüşdür. Təqsirləndirilən şəxs daş atılmamışdan əvvəl yerdə olmuş, Təqsirləndirilən şəxs heç bir daş dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi elan olunmuş, bu zaman müəyyən edilmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra Cəmiyyət) 19 mart 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış «Namin» müəssisəsinin hüquqi varisidir və hazırki adını təsisçinin 18.10.2011-ci il tarixli qərarına və 26.10.2011-ci il tarixli dövlət qeydiyatına əsasən almışdır. MMC təsis olunarkən qanuni təmsilçilik funksiyası malik direktor olmuşdur. MMC-nin istifadəsində olan daş karxanası Qaradağ rayonu ərazisində yerləşən Sahil əhəng daşı yatağında təşkil olunmuşdur. Karxana təsərrüfatının təşkili notariat qaydasında təsdiq edilmiş razılaşma protokolu ilə Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 11.11.1991-ci il tarixli 246 saylı Qərarı ilə «Azerbaycana erogeodeziya» İB-nin «Azad» KM-yə ayrılmış 4.5 ha torpaq sahəsi və Qobu qoyunçuluq savxozu ilə bağlanmış 1998-cı il tarixli icarə müqaviləsi (ilə 4.5 ha torpaq sahəsi «Namin» KM-nin istifadəsinə verilmişdir. 1995-ci ilin dekabr ayından etibarən «Azad» KM-yə ayrılmış sahəni götürüb 1996-cı ildən həmin sahədə fəaliyyətə başlamışdır. Əvvəllər də bu fəaliyyət sahəsi sahə ilə bağlı müəyyən təcrübəsi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs karxanaya təxminən 1998-ci ildə gəlmişdir. O, Lətifə Nəsibovaya məxsus daş karxanasıda işçi kimi işləməyə başlamış, bir müddət orada işləmiş, sonra təbii ehtiyat bitdiyindən və aralarında narazılıq olduğundan sahədə fəaliyyət dayanmış və oranı tərk etmişlər. L.Nəsibovaya məxsus sahənin qonşuluğunda Eldəniz adlı şəxsə məxsus yataq sahəsi olduğunu bildirmişdir. R.X5 ayrıldıqdan sonra Eldəniz onunla sahəni birgə işlətmək barədə razılığa gəlimişlər. Bu razılaşmaya əsasən Eldəniz sahəni verirmiş, Təqsirləndirilən şəxs kəsimlə bağlı texnikanı təmin edirmiş. Bir müddət işlədikdən sonra Təqsirləndirilən şəxsla Eldəniz arasında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Eldənizdən tələb etmişdir ki, ona verilən pul onu qane etmir, texnikanın arendasını ödəməlidir. Bu əsasla aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs satışdan əldə olunan pulu Eldənizə vermək istəmirmiş, daha sonra Eldənizlə mübahisə zəminidə Rəşid və qardaşı zorla sahədən çıxarılmış, qardaşının qolu qırılmış, özünün də qılçasına linglə vurulmuşdur. Mal-material isə sahədə qalmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs 10 nəfərə yaxın dəstə ilə gecə sahəyə daxil olub sahəni mühafizə edən şəxslərin qaldığı vaqonun qapısını qıfıllayıb, sahədəki mal-materialı daşıyaraq gecə saatlarında ona məxsus sahənin kənarına yerləşdirmişlər. Onların arasındakı mübahisə ilə bağlı polisdə araşdırma başlanmışdır. Rəşidə sahəni boşaltmasını bildirmişdir. O, da ona polis araşdırmanı bitirdikdən sonra ərazini boşaldacağını demişdir. Daha sonra israrla ona birlikdə işləmək təklif etmiş, lakin buna baxmayaraq onun bu fikiri ilə razılaşmamışdır.Onların birgə fəaliyyəti 2011-ci ilin təxminən avquts ayından başlamışdır. İlk vaxtlar hər şey qaydasında getmişdir. Sahə ona məxsus olmuş, işləyən texnikalar isə onlara məxsus texnikalar olmuşdur. 2012-ci ildə hiss etmişdir ki, rəsmiyyətdə sənədlərdə onun adının olmasından Rəşidin sui-istifadə ehtimalı var. Ona görə də 2013-cü ilin fevral ayında rəsmiləşdirmə aparmaqla sahəni ona təhvil vermiş, artıq həmin tarixdən etibarən Təqsirləndirilən şəxs məsuliyyət daşıyırmış. Bu təhvil vermə aktla təşkil edilmiş və Təqsirləndirilən şəxs MMCyə direktor təyin edilmişdir. O, hər il səhhəti ilə əlaqədar xarici ölkələrə gedirmiş. Növbəti dəfə 2013-cü ilin yay aylarında xaricə ölkəyə getmiş, geri qayıdarkən ailə üzvləri ona demişlər ki, pul almaq üçün Təqsirləndirilən şəxs yanına getmişlər, o Şahid2 buranı ona satdığını bildirmiş, lakin buna baxmayaraq 300 manat yardım təklif etmişdir. O, bunu eşidən kimi dərhal sahəyə verilən elektrik enerjisinin kəsilməsini təmin etmiş, vergi orqanına müraciət edərək MMC-nin fəaliyyətini dayandırdığını bəyan etmişdir. Bir müddət sonra, daha doğurusu oktyabr ayında Rəşidin sahədə işləməyə başladığını eşitmiş, fiziki şəxs kimi VÖEN almaqla işə rəhbərlik etdiyini öyrənmiş və karxanaya elektrik enerjisi verlişini fəaliyyətini dayandırmış, Orxan-RQ firmasının adına olan sayğacdan təmin edir. Bundan sonra polis orqanlarına müraciət etmişdir. Ona bildirmişlər ki, bu mülki xarakterli məsələdir, məhkəməyə müraciət edilməlidir. O, da 2014-cü ilin əvvələrində Təqsirləndirilən şəxs qarşı təsisçisi olduğu MMC-nin adından iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 1559/2014 saylı, 13 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı iddiası təmin edilərək cavabdehin Cəmiyyətə məxsus avadanlıqlar da daxil olmaqla iddiaçıya məxsus Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Çuxur-ağıl” adlanan sahil əhəng daşı yatağında yerləşən torpaq sahəsindən çıxarılması, iddiaçıya məxsus və 25 yanvar 2013-cü il tarixli təhvil-təslim aktı ilə cavabdehə verilmiş dəzgah və avadanlıqların geri qaytarılması və tərəflər arasında bağlanmış 2011-ci ilin mart tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı cavabdeh iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edərək, tərəfindən MMCyə və Şahid2 qarşı cavabdehlə aralarında bağlanmış 25 yanvar 2013-cü il tarixli icarə müqaviləsinin və həmin tarixli təhvil-təslim aktının bağlandıqları andan etibarsız sayılması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs vəsatəti təmin edilərək işin icraatı dayandırılmışdır. "xxxx" MMC-nin iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində icraat zamanı izahat verən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 ona işləməyə imkan verməmiş, ona görə müstəqil işləməyə başlamış, daş kəsdiyi torpaq sahəsindən istifadə üçün İcra Hakimiyyətindən şifahi razılıq almışdır (əslində belə bir razılıq mövcud deyil). Daş kəsilməsi üçün istifadə edilən avadanlığın bir qismi MMC-yə bir qismi ona məxsusdur. Cavadeh (Təqsirləndirilən şəxs) MMC-yə məxsus texnika və avadanlıqlardan istifadə etdiyini etiraf etmişdir. Həmin məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətində də işlədiyi sahə ilə bağlı İcra Hakimiyyətindən icazə aldığını və işlətdiyi avadanlıqların bir qisminin ona bir qisminin MMC-yə məxsus olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi vəsatətdə və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, “Şahid2 mənə daş kəsilməsi üçün 2013-cü il yanvar ayında guya aktda göstərilən avadanlıqlarlı təhvil verə bilməzdi. Bu avadanlıqları o, 2011-2012-ci illər ərzində hissə-hissə alıb sahəyə gətirib işləmişdir. Aralarında olan birgə fəaliyyət haqqında müqaviləyə görə, həm də cavabdehin verdiyi iddia ərizəsinə əsasən də o, həmin MMC-nin fəaliyyətinin genişləndirilməsi, bunun üçün maliyyə və texniki dəstək verilməsi məqsədi ilə bu işə qoşulmuşdur. Yəni, bu işə mayanı o, qoyurmuş, texnika və avadanlığı o, alırmış, sahəni işlədirmiş, rəhbərliyi özü edirmiş və cavabdehlə qazancı bölürmüş. Təqsirləndirilən şəxs eyni məsələ ilə bağlı (avadanlıqların və mal metrailın kimə məxsus olması) bir-birinə ziddiyət təşkil edən izahatlar vermiş, məhkəmələr tərəfindən araşdırma nəticəsində mal-material və avandalıqların məhz MMCyə məxsus olduğu, hənçinin Təqsirləndirilən şəxs işlədiyi sahənin MMC-yə məxsus olduğu öz təsdiqini tapmışdır. Məhkəmə qərardadının icrası zamanı da Təqsirləndirilən şəxs işlədiyi sahənin MMC-yə məxsus olmamasını israr etmiş, nəticədə icra icraatı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyası tərəfindən GPS aparatı vasitəsi ilə müəyyən edilmişdir ki, barəsindən mübahisə edilən sahə "xxxx" MMC-yə məxsudur. Təqsirləndirilən şəxs işlədiyi sahənin ona məxsus olması barədə əsassız tələblər irəli sürərək 3 il müddətində MMC-yə məxsus sahədən qanunsuz istifadə etmişdir. Bundan Təqsirləndirilən şəxs işin icraatı zamanı imzaların ona məxsus olmasını etiraf etmiş, lakin möhürün saxtalaşdırıldığını iddia etsə də iş üzrə təyin edilmiş ekspertiza tədqiqatı zamanı möhürlərin eyni olduğu müəyyən edilmişdir. Buradan belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs iddia etdikləri şər-böhtan xarakterli olmaqla, həqiqəti əks etdirməyən uydurma iddialar olmuş, MMC-yə məxsus torpaq sahəsindən qanunsuz bəhrələnməyi davam etdirmək olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs iddiası üzrə Sumayıt İnzibati- İqtisadi Məhkəməsində başlanmış iş üzrə aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş 16.03.2016-cı il tarixli qətnamə ilə iddia qismən təmin edilmiş 25 yanvar 2013-cü il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən narazı qalan "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25.06.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.03.2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.11.2015-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra "xxxx" MMCnin iddiası üzrə başlanmış və Bakı Apellyasiya Məhkəməsinin baxışında olan işin icraatı təzələnmiş, apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş 17 fevral 2016-cı il tarixli qətnamə ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1559/2014 saylı, 13 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsni xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 17 fevral 2016-cı il tarixli qətnaməsi qismən, birgə fəaliyyət barəsində müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı iddiası üzrə iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına olan zaman iddianı təmin etmə tədbiri barədə ərizə verərək Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus torpaq sahəsində fəaliyyət göstərməyin qadağan edilməsi barədə qərrardad çıxarılmasını xahiş etmişəm. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 iyun 2014-cü il tarixli qərardadına əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək Qaradağ rayonu, inzibati ərazisinə daxil olan Sahil əhəng daşı yatağında yerləşən "xxxx" MMC-yə məxsus torpaq sahəsində fəaliyyət göstərmək Təqsirləndirilən şəxs qadağan edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin qərardadın icrasını təmin etməyərək torpaq sahəsinin ona məxsus olmasını bildirmiş, ancaq icra icraatı zamanı təyin edilmiş ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, onun fəaliyyət göstərdiyi sahə ilə MMC-yə məxsus sahənin kardinatları üst-üstə düşür. Bu sübut olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs daş kəsməkdə davam etmişdir. Nəticədə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində çıxarılmış qərarlara əhəmiyyət verməmiş, icra məmuru tərəfindən dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar edilməsinə baxmayaraq, Cəmiyyətə məxsus ərazidə fəaliyyətini davam etdirmiş, nəticədə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancından dövlət nəfinə 10% məbləğində pul tutularaq 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs və məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarından tərəflər kassasiya şikayəti verilmədiyindən qərar qanuni qüvvəsini almışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2014-cü il tarixli qətnaməsi Qaradağ rayon icra şöbəsi tərəfindən 09 dekabr 2016-ci il tarixdə icra edilmiş, cavabdeh həmin tarixdə ərazidən çıxarılmış və torpaq sahəsi MMC-yə təhvil verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2014-cü il tarixli icra sənədi (iddianı təmin etmə tədbiri barədə) dərhal icra edilməli olduğu halda borclu Təqsirləndirilən şəxs 09.12.2017-ci il tarixədək ərazidə fəaliyyət göstərməklə, Cəmiyyətə maddi ziyan vurmuşdur. Bunu əsas alan MMC-nin iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs "xxxx" MMC-nin xeyrinə 45676,8 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirimədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən də kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 19.06.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə bu günədək icra edilməmişdir. Torpaq sahəsi bizə təhvil verildikdən sonra 06 iyul 2017-ci il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs təxminən 20 nəfər adamla bizə məxsus sahəyə basqın edərək MMC-yə məxsus olan dəzgahları özü ilə aparımış, bununla bağlı müraciətimiz əsasında polisdə araşdırma aparılmış, çox təəssüf ki, işin təşkilatçısı Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda saxlanılmış, ancaq onun bacısı oğlu məsuliyyətə cəlb edilməklə, barəsində hökm çıxarılmışdır. 27 avqust 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı onu göstərə bilərəm ki, Zərərçəkmiş şəxs uzaq qohumumdur. Səməd 4 ildir ki, mənə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən Şahqaya adlanan ərazidə olan "xxxx" yatağında daş istehsalı və satışı ilə məşğul olur. Belə ki, o həmin ərazini ondan icarəyə götürmüşdür. Qonuşuqda yerləşən daş karxanasının sahibi olan Təqsirləndirilən şəxs ilə torpaq sahəsi üstündə uzun müddətdir ki, davam edən mübahisələri vardır. Belə ki, ona məxsus olan karyerin ərazisinin Rəşid özünə məxsus olduğunu iddia etmişdir. O, torpaq mübahisəsini həll etmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə ərazi hüdudlarını müyyən edilməsi üçün müraciət etmişdir. 27 avqust 2020-ci il tarixdə saat 12 radələrində "xxxx" MMC-nin 4 nəfər nümayəndəsi "xxxx" yatağına gələrək mübahisəsi gedən torpaq sahəsinin kimə hansı MMC-yə məxsus olduğunu müəyyən etməli idilər. O, həmin zaman karyerin içərisində yerləşən otaqda yer ölçənlərin rəhbərləri ilə söhbət etmiş, həmin sahənin ölçüsü aparılan zaman onlar çöldən səs-küy gəldiyini eşidib bayıra çıxmışlar. O, bayıra çıxdıqda görmüşdür ki, Səmədin başından qan axır və nə baş verdiyini soruşmuşdur. Səməd demişdir ki, Təqsirləndirilən şəxs ora gələrək heç bir əsaslı səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Səməd Rəşidə sahənin ölçüsünün aparılmasına mane olmamasını və buradan uzaqlaşmasını demişdir. Lakin Rəşid oradan getməyək əlindəki “çəlik”lə Səmədin baş nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona xəarət yetirmişdir. O, Səmədi götürüb otağa aparmış, Rəşid isə çıxıb getmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən Şahqaya adlanan ərazidə olan "xxxx" yatağında yerləşən daş istehsalı və satışı ilə məşğul olan "xxxx" MMCnin təsisçisidir. Təqsirləndirilən şəxs isə onun təmsilçisidir. Onlarla qonşuluqda yerləşən daş karxanasının sahibi olan Şahid2 ilə torpaq sahəsi ilə bağlı uzun müddətdir ki, davam edən mübahisələri var və dəfələrlə aralarında bununla bağlı məhkəmə mübahisələri olmuşdur. Belə ki, karyerin ərazisinin 4.8 hektar sahəsini Müharib saxta xəritə əsasında zəbt etmişdir. Arada olan torpaq mübahisəsini həll etmək üçün hadisə günündən bir müddət əvvəl Rəşid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət etmişdir ki, sonuncuların mütəxəssisləri gəlib ərazinin hüdudlarını, yəni "xxxx" MMC-nin ərazi hüdudlarını müəyyən etsinlər. Bununla da Rəşid qonşu müəssisələr arasında mövcud olan problemi həll etməyə çalışmışdır. 27 avqust 2020-ci il tarixdə, saat 12 radələrində "xxxx" MMC-nin nümayəndələri Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən "xxxx" yatağına gələrək mübahisəsi gedən torpaq sahəsinin kimə, hansı MMC-yə məxsus olduğunu müəyyən etməli olmuşlar. Həmin sahənin ölçümü aparılan zaman o, Rəşid ilə oraya getmişdir. Sahənin ölçümü aparılan zaman Rəşid "xxxx"-nın əməkdaşlarından nəyin əsasında ölçü apardıqlarını soruşmuşdur. Bu zaman Rəşid əlində olan xəritəni oradakı mütəxəssislərə göstərdikdə sonuncuların Müharibin onlara təqdim etdiyi kordinatlar əsasında ölçü apardığını görmüşdür. Həmin vaxtı Müharibə məxsus daş karxanasının icarədarı olan Zərərçəkmiş şəxs onlardan 10 metr aralıda dayanmışdır. Sonuncu yaxına gələrək Rəşidə,- "sən axırda mənim əlimdə öləcəksən, burada rədd ol" deyə bildirmişdir. Bu sözündən sonra Səməd Rəşidin üzərinə gəlməyə davam etdiyi üçün Rəşid Səmədə “əməliyyat olunduğunu” xəbərdarlıq edərək xatırlatmışdır. Bu zaman Səməd Rəşidin sözünə fikir verməyib üzərinə gələrək, Rəşidi itələmiş və Rəşid yerə yıxılmışdır. Rəşid yerdən qalxdıqdan sonra əlindəki çəliklə özünü qorumaq məqsədi ilə Səməd tərəfə yelləmiş, lakin həmin vaxt Səmədi vurub-vurmadığını görə bilməmişdir. O və orada olan digər şəxslər sonuncuları araladıqdan sonra Səməd yerdən daş götürərək Rəşidi daşlamağa başlamışdır. Həmin daşların Rəşidə dəqiqə dəyib-dəymədiyini görməmiş, həmin vaxt Rəşid yenə də yerə yıxılmışdır. Daha sonra ətrafda olan şəxslərin köməyi ilə yaranan mübahisə sakitləşdirildi və Rəşidlər birlikdə oradan uzaqlaşmışlar. Şahid E. Hacıyev ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə cəmi 2-3 dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxs "xxxx"-nın əməkdaşlarına heç bir müqavimət göstərməmiş, onların fəaliyyətinə mane olmamışdır. Rəşid yalnız həmin şəxslərə özündə olan xəritəni göstərmiş, bu zaman Səməd olduğu yerdən Rəşidə müdaxilə edib, onu ifadəsində göstərdiyi sözlərlə təhdid etmiş və üzərinə doğru gələrək Rəşidi itələmişdir. Səməd Rəşidi itələyənədək sonuncular arasında yalnzı sözlə mübahisə olmuş, gözləmədiklər halda Səməd Rəşidi itələyib yerə yıxmışdır. Təqsirləndirilən şəxs özü uzun müddətdir ki, çəliklə gəzir. Bildiyinə görə hadisə günü "xxxx"-nın əməkdaşlarının mübahisəli əraziyə gəlmələrinə səbəb elə Rəşidin özünün məsələyə aydınlıq gətirilməsi üçün dövlət qurumlarına etdiyi müraciət olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 25.09.2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Kamran Zülfiqarov tərəfindən toplanmış ilkin material əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. (cild 01, iş vər. 01) Qaradağ RPİ-nin 38-ci PB-nin məsul növbətçisinin həmin bölmənin rəisinə olan 27.08.2020-ci il tarixli raportundan görünür ki, məsul növbətçi məruzə edərək 27.08.2020ci il tarixdə saat 12.41-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Şahid2 DİN-in 102 xidmətinə müraciət edərək ona məxsus daş karxanasının icarədarı olan Zərərçəkmiş şəxs qonşuluqda yerləşən daş karxanasının sahibi-Təqsirləndirilən şəxs tərəfindən döyülərək baş nahiyəsindən xəsarət alması barədə məlumat verdiyini bildirmişdir. (cild 01, iş vər. 05) 27.08.2020-ci il “Şifahi ərizə protokolu”ndan görünür ki, X1 RPİ-nin 38-ci PB-nin təhqiqatçısına şifahi ərizə ilə müraciət edərək Qaradağ rayonu, Sahil Əhəng yatağında daş karxanasında daş çıxarmaqla məşğul olduğunu, onunla qonşu daş karxanasını işlədən Təqsirləndirilən şəxs ilə aralarında yer ilə əlaqədar anlaşılmazlıq olduğunu, 27 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun üzərinə gələrək onunla mübahisə etməyə başladığını, sonradan əlində olan taxta çəliklə baş nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini qeyd edib, həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdiyini bildirmişdir. (cild 01, iş vər. 06) Zərərçəkmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısına olan 27.08.2020-ci il tarixli izahatından görünür ki, Zərərçəkmiş şəxs Qaradağ rayonu, Sahil Əhəng yatağında daş karxanasında daş çıxarmaqla məşğul olduğunu, onunla qonşuluqda yerləşən daş karxanasını sahibi Təqsirləndirilən şəxs adlı şəxslə torpaq sahəsi üstündə uzun müddətdir davam edən mübahisələrinin olduğunu, bu müddətdə həmin mübahisə barəsində halhazırda da cinayət işinin davam etdiyini, həmin mübahisəli torpağın ölçümü üçün səlahiyyətli şəxsləri həmin ünvana dəvət etdiklərini, həmin sahələrin ölçümü zamanı Təqsirləndirilən şəxs oraya gələrək onunla mübahisə etməyə başladığını, daha sonra onun həmin şəxsə oradan uzaqlaşmağını, ölçümə mane olmamasını tələb etdiyini, həmin şəxsin onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başladıqdan sonra onun həmin şəxsi sinəsindən itələdiyini, daha sonra həmin şəxsin əlindəki çəliklə onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, daha sonra onun özünün də əsəblərini cilovlaya bilməyib yerdən daş götürərək onu vurmaq istədiyini, ancaq atdığı daşın həmin şəxəs dəyib-dəymədiyindən xəbərinin olmadığını, daha sonra ətrafda olan şəxslərin köməyi ilə yaranan mübahisənin sakitləşdirildiyini və hər ikisinin oradan uzaqlaşdığını bildirmişdir. (cild 01, iş vər. 07) Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin rəisinə ünvanlanmış 27.08.2020ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Qaradağ ryaonu, Şahqaya adlanan ərazidə daş karxanası sahibi olmaqla daş emalı ilə məşğul olduğunu, həmin ərazidə onunla qonşuluqda daş karxanasının sahibi ilə uzun müddət davam edən mübahisələrinin olduğunu, həmin şəxsin daş karxanasını icarəyə götürərək işlədən Zərərçəkmiş şəxs 27.08.2020-ci il tarixdə onun ünvanına nalayiq ifadələr işlətdiyini, onun sinə nahiyəsindən itələdiyini, yerdən daş götürərək onun tərəfə atdığını və onun sol ayağının bud nahiyəsindən ona xəsarət yeytirdiyini bildirmiş, odur ki, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 01, iş vər. 09) Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısına olan 27.08.2020-ci il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayonunda yerləşən Şahqaya adlanan ərazidə daş karxanasında daş emalı ilə məşğul olduğunu, onunla qonşuluqda yerləşən daş karxanasının sahibi ilə uzun müddət davam edən mübahisələrinin olduğunu, bu mübahisəli torpağın ölçüü üçün səlahiyyətli şəxsləri həmin ünvana dəvət etdiklərini, həmin sahələrin ölçümü zamanı həmin daş karxanasının icarədarı olan Zərərçəkmiş şəxs oraya gələrək onunla mübahisə etməyə başladığını, daha sonra əli ilə onun sinəsindən itələdiyini və nəticədə yerə yıxıldığını, daha sonra əsəblərini cilovlaya bilməyib əlindəki çəliklə özünü qorumaq məqsədi ilə həmin şəxsi vurduğunu, daha sonra həmin şəxsin onu daş ilə vuraraq sağ ayağının bud hissəsindən xəsarət yetirdiyini, daha sonra ətrafda olan şəxslərin köməyi ilə yaranan mübahisənin sakitləşdiyini və hər ikisinin oradan uzaqlaşdıqlarını bildirmişdir. (cild 01, iş vər. 10) Şahid3 Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısına olan 27.08.2020-ci il tarixli əlyazma izahatından görünür ki, Şahid3 izahatında ETSN-in "xxxx" MMC-də topoqrafiya üzrə mühəndis vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Şahqaya adlanan ərazidə yerləşən daş karxanalarında sərhəd mübahisələrinin olduğunu, bununla əlaqədar həmin ərazinin sənəd üzərində müəyyən edilmiş koordinatları ölçmək məqsədi ilə həmin əraziyə getdiklərini, Zərərçəkmiş şəxs daş karxanasında olan zaman aralarında mübahisə yarandığını, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsindən itələdiyini, hər ikisinin aparılan ölçümə mane olduqlarını dediyini, buna qəzəblənən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsindən əlində olan çəliklə vuraraq xəsarət yetirdiyini, daha sonra Zərərçəkmiş şəxs yerdən daş parçası götürərək Təqsirləndirilən şəxs vurmaq istədiyini, ancaq atdığı daş parçasının Təqsirləndirilən şəxs dəymədiyini, daha sonra onların oradan uzaqlaşdıqlarını bildirmişdir. (cild 01, iş vər. 11) Şahid4 Asif oğlunun Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısına olan 27.08.2020-ci il tarixli əlyazma izahatından görünür ki, Şahid4 izahatında ETSN-in "xxxx" MMC-də topoqrafiya üzrə mühəndis vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Şahqaya adlanan ərazidə yerləşən daş karxanalarında sərhəd mübahisələrinin olduğunu, bununla əlaqədar həmin ərazinin sənəd üzərində müəyyən edilmiş koordinatları ölçmək məqsədi ilə həmin əraziyə getdiklərini, Zərərçəkmiş şəxs daş karxanasında olan zaman aralarında mübahisə yarandığını, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsindən itələdiyini, hər ikisinin aparılan ölçümə mane olduqlarını dediyini, buna qəzəblənən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsindən əlində olan çəliklə vuraraq xəsarət yetirdiyini, daha sonra Zərərçəkmiş şəxs yerdən daş parçası götürərək Təqsirləndirilən şəxs vurmaq istədiyini, ancaq atdığı daş parçasının Təqsirləndirilən şəxs dəymədiyini, daha sonra onların oradan uzaqlaşdıqlarını bildirmişdir. (cild 01, iş vər. 12) “Hadisə yerinə baxış keçirilməsi barədə” 27.08.2020-ci il tarixli protokoldan və əavə edilmiş fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı tərəfindən dəvət edilmiş hal şahidlərinin və Zərərçəkmiş şəxs Əbdül oğlunun iştirakı ilə Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya adlanan ərazidə yerləşən daş karxanasına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən ərazi ictimai yer deyil. Hadisə yerinə baxış zamanı bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək həmin protokola əlavə edilmişdir. (cild 01, iş vər. 13-14) Məhkəmə-tibbi ekspertizasının 29.08.2020-ci il tarixli 585 saylı rəyindən görünür ki, həkim müyinəsi zamanı Zərərçəkmiş şəxs 27.08.2020-ci il tarixdə, təqribən saat 12 radələrində özünə məxsus rəhbərlik etdiyi Daş karxanası ərazisində əvvəllər tanıdığı Rəşid adlı şəxslə aralarında mübahisə olduğunu, onu köməkçi (kastel) qoltuqaltı ağacla baş nahiyəsnə vuraraq xəsarət yetirdiyini və həmin vaxt başında ağrı və qanaxma olduğunu, tibbi yardım üçün heç bir tibb müəssisəsinə müraciət etmədiyini bildirmişdir. Ekspert tərəfindən təqdiqat nəticəsində aşağıdakı rəyə gəlinmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- başın sağ təpə-gicgah sərhəddində səthi əzilmiş yara ilə müşayiət olunan dərialtı hematoması, sağ ayağın İ barmağın dırnaq falanqasının səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsaətlər bərk küt əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 27.08.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilə və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. (cild 01, iş vər. 18-21) Məhkəmə-tibbi ekspertizasının 29.08.2020-ci il tarixli 586 saylı rəyindən görünür ki, həkim müayinəsi zamanı Təqsirləndirilən şəxs 27.08.2020-ci il tarixdə, təqribən saat 13 radələrində özünə məxsus Daş karxanasında əvvəllər tanıdığı Səməd adlı şəxslə aralarında mübahisə olduğunu, sonuncunun onu daşla sol qoluna və sol buduna vuraraq xəsarət yetirdiyini, tibbi yardım üçün heç bir tibb müəssisəsinə müraciət etmədiyini bildirmişdir. Ekspert tərəfindən müayinə olunanın qoltuqaltı ağac vasitəsi ilə hərəkət etdiyi qeyd edilmişdir. Ekspert tərəfindən təqdiqat nəticəsində aşağıdakı rəyə gəlinmişdir. Təqsirləndirilən şəxs sol saidin və sol budun qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 27.08.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (cild 01, iş vər. 19-24) “Şübhəli şəxs barəsində axtarış elan olunması və tutulması barədə” 26.10.2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması məqsədi ilə onun Qaradağ RPİ-nin İŞ-nə dəvət olunmasına köməklik göstərilməsi üçün barəsində məcburi gətirilmə qərarı çıxarlsa da, görülmüş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs yerini müəyyən edib onunla istintaq hərəkətləri aparılması mümkün olmadığından, Təqsirləndirilən şəxs istintaqdan gizlənmçəklə çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (cild 01, iş vər. 60-61) “Cinayət işinin icraatının dayandırılması haqqında” 28.10.2020-ci il tarixli qərardan görünrür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib istintaqa təhvil verilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (cild 01, iş vər. 63) Qaradağ RPİ-nin 38-ci PB-nin 30.10.2020-ci il tarixli, 072-11949-1220 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə axtarışda olan şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq dindirilməsi üçün Qaradağ RPİ-nin İŞ-nə təqdim edilmişdir. (cild 01, iş vər. 67) “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 30.10.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 68) “Qətimkan tədbiri seçilməsi barədə” və “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 31 oktyabr 2020-ci il tarixli qərarlardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməklə o, Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. (cild 01, iş vər. 105, 106-107, 108) “Sübutların qiymətləndirilməsi barədə” 18.11.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 04.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 01, iş vər. 113-121) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 1(009)-30/2021 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(103)-752/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi vəzifəli şəxs olmaqla, ********** nömrəli VÖEN ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, cavabdeh kimi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 45.676,8 manat pulun və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli ödənilməsi barədə qanuni qüvvəyə minmiş 29 may 2018-ci il tarixli, 2-2(81)-59/2018 nömrəli qətnaməsinə əsasən verilmiş 07 avqust 2019-cu il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə Səbail Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 3(009)-1979/2019 nömrəli qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edildikdən sonra həmin Məhkəmənin 28 dekabr 2019-cu il tarixli, 8(009)-333/2019 nömrəli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına və ona icra məmuru tərəfindən 17 yanvar 2020-ci il tarixli məktubla icra üçün yeni müddət təyin olunub məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, bunlardan nəticə çıxarmayıb özünün qanunsuz hərəkətlərini davam etdirməklə, məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyib, təqdimatın verildiyi 18 fevral 2020-ci il tarixə qədər olan müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 45.686,8 manat borcunu ödəməkdən qəsdən boyun qaçıraraq ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Apellyasiya Məhkəməsinin 3(103)-477/2014 nömrəli, 03.09.2014-cü il tarilxi qərarının təsviri əsaslandırıcı hissəsindən görünür ki, birinci instansiya məhkəməsində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Elşən Mirzəyev izahatında göstərmişdir ki, icra sənədi icraata daxil olduqdan sonra icraata başlama barədə qərar qəbul edib tələbin könüllü icrası haqqında bildirişi 10 iyun 2014-cü il tarixdə borcluya təqdim etmiş və həmin tarixdə hal şahidlərinin iştirakları ilə “Sahil” əhəng daşı yatağında akt tərtib olunmaqla borcluya bu ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olacağı halda məsuliyyətə cəlb olunacağı izah edilmiş, sonradan tələbkar 16.06.2014-cü ildə rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək borclunun qərardadın icrasına məhəl qoymadığını və ərazidə fəaliyyət göstərməsini bildirdiyindən 17.06.2014-cü ildə tərəfindən borcluya bildiriş ünvanlanıb mübahisəli sahədə fəaliyyəti dayandırması tələb edilmişdir. Borclu mübahisəli ərazidə deyil, digər sahədə fəaliyyət göstərdiyini bildirmiş, həmin tarixdə rayonun “Sahil” əhəng daşı yatağında yerləşən "xxxx" cəmiyyətinə məxsus ərazinin xəritə üzrə sərhədlərinin müəyyən edilib göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi barədə qərar çıxarılıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət yer quruluşu üzrə layihə institutuna göndərilmişdir. 30.06.2014-cü ildə onun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquq şöbəsinin məsləhətçisi Etibar Əliyev və hal şahidlərinin iştirakı ilə ərazidə baxış keçirilib ölçülər aparılmış və koordinatların müvafiq əraziyə düşüb-düşməməsi barədə müvafiq rəyin veriləcəyi bildirildiyindən, qərardadın icrasını təmin etmək mümkün olmamışdır. 24 iyul 2014-cü ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət yer quruluşu üzrə layihə institutu, mütəxəssislər, hər iki tərəfin və hal şahidlərinin iştirakı ilə təkrar mübahisəli ərazidə olaraq, mütəxəsssislər borclunun fəaliyyət göstərdiyi həmin ərazinin "xxxx" MMCnin ərazisi daxilində olmasını bildirmişlər. Bu barədə akt tərtib edilmiş, borclu aktda qeyd edilənlərlə razı olmadığını bildirməklə, 24.07.2014-cü ildə ərizə ilə müraciət edərək, düzgün nəticəyə gəlinmədiyini göstərib aktdakı torpaq sahəsinin yer quruluşu sxeminin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verildiyindən həmin təşkilatın mütəxəssisinin cəlb edilib həmin sahəyə baxış keçirilərək fikirlərinin alınması zərurətinin yaranmasını bildirmişdir. 25.06.2014-cü il tarixdə bu barədə qərar qəbul edilərək “Sahil” əhəng daşı yatağında yerləşən "xxxx" MMC-nin torpaq sahəsinin xəritə üzrə sərhədlərinin müəyyən edilərək göstərilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 tapşırılsa da cavab olmamışdır. 04.08.2014-cü ildə arayışa əsasən, "xxxx" MMC-nə məxsus torpaq sahəsinin xəritə üzrə sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. 05.08.2014-cü ildə borlcu icra şöbəsinə dəvət edilib izahatında tələbkarın ərazisində deyil, öz ərazisində fəaliyyət göstərdiyini və işlədiyi ərazinin tələbkara aidiyyətinin olmadığını bildirdiyi üçün, onun tərəfindən borclunun İXM-in 313-1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyini hesba etməklə protokol tərtib edərək məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.11.2014-cü il tarixli, 3(103)-611/2014 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1559/2014 nömrəli, 04.06.2014-cü il tarixli qərardadını (həmin qərardada əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək Qaradğ rayonu inzibati ərazisinə daxil olan “Sahil” əhəng daşı yatağında yerləşən "xxxx" MMC-yə məxsus torpaq sahəsində Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsi qərara alınmışdır) üzrlü səbəb olmadan icra etmədiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.09.2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 1559/2014 nömrəli, 13.06.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMCnin cavabdeh Təqsirləndirilən şəxs (VÖEN **********) qarşı müqavilənin etibarsız hesab edilməsinə, avadanlıqların geri qaytarılmasına və torpaq sahəsindən çıxarılmaya dair iddia tələbi təmin edilərək, Təqsirləndirilən şəxs ona məxsus avadanlıqları da daxil olmaqla, "xxxx" MMC-yə məsus Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşə “Çuxur-ağıl” adlanan sahil əhəngdaşı yatağında yerləşən torpaq sahəsindən çıxarılması, "xxxx" MMC-yə məxsusvə 25 yanvar 2013-cü il tarixli təhvil-təslim aktı ilə Təqsirləndirilən şəxs verilmiş dəzgah və digər avadanlıqların geri qaytarılması, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış 2011-ci il mart tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-06/16 nömrəli, 17.02.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 293/2016 nömrəli, 12.10.2016-cı il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-06/16 nömrəli, 17.02.2016-cı il tarixli qətnaməsi qismən, birgə fəaliyyət barəsində müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 59/2018 nömrəli, 29.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul tələbi”nə dair iddia tələbi qismən təmin edilərək cavabdeh Təqsirləndirilən şəxs 45.676,8 manat pul və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-488/2018 nömrəli, 28.11.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 225/2019 nömrəli, 19.06.2019-cu il tarixli qərarı ilə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-488/2018 nömrəli, 28.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 638/2017 nömrəli,11.05.2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul tələbi”nə dair iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsi qismən təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs adına olan “KAMAZ 5511” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-420/2017 nömrəli, 19.06.2017-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-333/2019 nömrəli, 28.12.2019-cu il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək Təqsirləndirilən şəxs tələbkar "xxxx" MMC-yə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-59/2018 nömrəli, 07.08.2019-cu il tarixli icra sənədinə əsasən ödəməli olduğu pulu tam ödəyənə kimi ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1468/2018 nömrəli, 07.12.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə, üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Departamentinə və "xxxx" MMC-yə qarşın əmrin ləğv edilmsəi tələbi təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 14.10.2015-ci il tarixli, 010/Ü saylı əmri ləğv edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1141/2019 nömrəli, 04.06.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 30/2015 nömrəli, 25.06.2015-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-2(85)-30/2015 saylı, 16.03.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh "xxxx" MMC-yə qarşı 25.01.2013-cü il tarixli icraə müqaviləsi və həmin tarixli təhvil-təslim aktının bağlandıqları andan etibarsız sayılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.11.2015-ci il tarixli, 2-2(102)-334/2015 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-42/2021 nömrəli, 04.03.2021-ci il tarixli qərardadından görünür ki, Zərərçəkmiş şəxs özgənin əmlakını qəsdən zədələmə məqsədilə 10 iyul 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Sahil” əhəng daşı yatağında vətəndaş Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında işlətdiyi daş karxanasının ərazisində olan bir mərtəbəli tikilinin qarşısında sonuncunun qonşu ərazidə onun əhəng daş istehsal etmək üçün istifadə etdiyi şırım açan texnikasını traktorla zədələməsi səbəbindən həmin daş karxanasında işləyən Təqsirləndirilən şəxs oğlu X11 məxsus “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələri, qapıları, güzgüsü, spoyleri, stoykası, buferi və damını əlində olan dəmir parçası ilə qəsdən vurmaqla zədələmiş, nəticədə zərərçəkmiş şəxs Rza Həsənova 6310,00 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, məhkəmənin qərarı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30.09.2020-ci il tarixli cavabından, məhkəmə hökmlərinin və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.09.2003-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.01.2016-cı il tarixli, 1(002)-21/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-838/2017 nömrəli, 12.06.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanmış və 29.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.06.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. (cild 01, iş vər. 111-112) Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(103)-752/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.02.2021ci il tarixli, 1(009)-30/2021 saylı hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müdddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10.06.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqlaq Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarının müddəalarından da irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə həm 27.08.2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün zəruri olduğunu qeyd edir. Bu baxımdan məhkəmə gəldiyi nəticə ilə bağlı iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün qeyd edir ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisəsinin şahidlərini tərəflərlə mövcud olan şəxsi münasibətlər baxımından müdafiə tərəfinin, zərərçəkmiş tərəfin və qeyd olunan münasibətlərdən asılı və cinayət prosesində şəxsi marağı olmayan neytral tərəfin şahidləri kateqoriyasına bölmək olar. Belə ki, hazırkı halda şahidlərdən Şahid1 və Şahid2 (Şahid2 özünün Təqsirləndirilən şəxsla aralarında mübahisəli torpaq sahəsi ilə bağlı ədavət olmuş) Zərərçəkmiş şəxs tanışları olmaqla zərərçəkmiş tərəfin, X7 Təqsirləndirilən şəxs tanışı olmaqla müdafiə tərəfinin şahidlərinə, Şahid3 və Şahid4 isə cinayət prosesində şəxsi marağı olmayan şahidlər kimi qəbul edilməli və adıçəkilən şahidlərin verdiyi ifadələrin həqiqiliyi isə həm qarşılıqlı şəkildə, həm də cinayət işi üzrə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Məhkəmə kollegiyası ilk növbədə 27.08.2020-ci il tarixdə baş vermiş hadisədən əvvəl tərəflər arasında torpaq sahəsi ilə əlaqədar uzun müddət davam edən mübahisə olduğunu, bununla əlaqədar olaraq yuxarıda sadalanan məhkəmə qərarları ilə müəyyən edildiyi kimi tərəflərin çoxsaylı məhkəmə mübahisələrinin mövcudluğunu, göstərilən amilin 27.08.2020-ci il tarixdə törədilmiş cinayət əməlinin hüquqi tövsifinə, xüsusilə də hadisənin baş vermə səbəblərinin, eləcə də təqsirləndirilən şəxsin qanunsuz hərəkətlərinin motivinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən qeyd etməyi zəruri hesab edir. Bununla yanaşı xüsusilə vurğulanmalıdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarından göründüyü kimi, Zərərçəkmiş şəxs özgənin əmlakını qəsdən zədələmə məqsədilə 10 iyul 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Sahil” əhəng daşı yatağında vətəndaş Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında işlətdiyi daş karxanasının ərazisində olan bir mərtəbəli tikilinin qarşısında sonuncunun qonşu ərazidə onun əhəng daş istehsal etmək üçün istifadə etdiyi şırım açan texnikasını traktorla zədələməsi səbəbindən həmin daş karxanasında işləyən Təqsirləndirilən şəxs oğlu X11 məxsus “Toyota Hilux” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələri, qapıları, güzgüsü, spoyleri, stoykası, buferi və damını əlində olan dəmir parçası ilə qəsdən vurmaqla zədələmiş, nəticədə zərərçəkmiş şəxs Rza Həsənova 6310,00 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, məhkəmənin qərarı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsməsi qərara alınmışdır. Qeyd olunan qərarın məzmunundan göründüyü kimi hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs hazırki iş üzrə hadisənin baş verməsindən (27.08.2020-ci il tarixdən) 01 ay 17 gün öncə Təqsirləndirilən şəxsla məhz mübahisəli torpaq sahəsi ilə əlaqədar olaraq aralarında davam edən mübahisə zəminində sonuncunun oğluna məxsus avtomobilə qəsdən xeyli miqdarda ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 10.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən törədilmiş hadisə də, hazırki cinayət işi üzrə 27.08.2020-ci il tarixdə yaşanmış mübahisə və münaqişənin uzun müddətdir pozulmaqda olan şəxsi münasibətlər zəminində baş verdiyinə dəlalət edir və bu da öz növbəsində 27.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs qəsdinin məhz şəxsi münasibətləri pozulmuş və faktiki olaraq ədavətli olduğu Zərərçəkmiş şəxs (onun həyat və sağlamlığına) qarşı yönəldiyini bir daha təsdiq edir. 27.08.2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı, ekspertiza rəyləri nəzərə alınmaqla həm ibtidai araşdırma materiallarının, həm məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin) müqayisəli tədqiqi nəticəsində müəyyən olunur ki, tərəflər arasında mübahisə yalnız torpaq ölçümü ilə məşğul olan mütəxəssislərin onların fəaliyyət göstərdiyi “daş karxanasına” gəlməsindən sonra başlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin sonrakı qanunsuz hərəkətlərinin obyektini təşkil edən münasibətlərin müəyyən edilməsi, bununla bağlı olaraq da əməlinin hüquqi tövsifi baxımından həmçinin "xxxx" MMC-nin nümayəndələrinin hadisə yerinə gəlmələrinin səbəbinin də müəyyən edilməsini zəruri hesab edir. "xxxx" MMC-nin nümayəndələrinin həmin tarixdə oraya gəlmələrinə səbəb olmuş müraciətlə əlaqədar təqsirləndirilən şəxs özünün dəfələrlə müraciət etdiyini, zərərçəkmiş şəxs də özünün müraciət etdiyini ifadələrində bildirmiş, məhkəmədə dindirilən nümayəndələr Şahid3 və Şahid4 isə ETSN-in tapşırığı əsasında həmin gün hadisə yerinə gəldiklərini bildirmişlər. Bununla yanaşı məhkəmə yuxarıda qeyd olunmuş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-477/2014 nömrəli, 03.09.2014-cü il tarilxi qərarının təsviri əsaslandırıcı hissəsindən mübahisəli torpaq sahəsi ilə bağlı tərtib edilmiş aktda qeyd olunanlara borclu Təqsirləndirilən şəxs razı olmadığını bildirməklə, 24.07.2014-cü ildə ərizə ilə müraciət edərək, düzgün nəticəyə gəlinmədiyini göstərib aktdakı torpaq sahəsinin yer quruluşu sxeminin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verildiyindən həmin təşkilatın mütəxəssisinin cəlb edilib həmin sahəyə baxış keçirilərək fikirlərinin alınması zərurətinin yaranmasını bildirməsi halını obyektiv göstərici olaraq qəbul edərək hesab edir ki, həqiqətən də Təqsirləndirilən şəxs həmin ərazinin qeyd olunduğu kimi ETSN-in mütəxəssisləri tərəfindən təkrarən ölçülməsində maraqlı olmuş və bu istəyini aşkar şəkildə ifadə etmişdir ki, göstərilən halı təkzib edən hər hansı bir sübut olmadığından məhkəmə 27.08.2020-ci il tarixdə "xxxx" MMC-nin mütəxəssislərinin hadisə yerinə gəlib fəaliyyət göstərmələrinin təşəbbüskarı olaraq Təqsirləndirilən şəxs qəbul edir. Məhkəmə həmçinin yuxarıda gəldiyi qənaətin eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi qanunsuz hərəkətlərinin yönəldiyi obyekt olaraq ETSN-in mütəxəssislərinin normal fəaliyyətinə heç bir formada yönəlmədiyini də qeyd edir ki, göstərilən hal həmçinin özlüyündə məhkəmədə dindirilmiş şahidlər Şahid3 və Şahid4 ifadələrində baş vermiş hadisələrin onların fəaliyyətinə heç bir təsir göstərmədiyini, onların öz işlərini tam olaraq baş çatdırdıqlarını bildirmələri öz təsdiqini tapır. Məhkəmə kollegiyası 27.08.2020-ci il tarixdə baş vermiş hadisənin ümumi axarı ilə bağlı qeyd edir ki, həm ibtidai araşdırma materialların, həm məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində müəyyən olunur ki, 27 avqust 2020-ci il tarixdə, saat 12 radələrində "xxxx" MMC-nin nümayəndələri "xxxx" yatağına gələrək mübahisəsi gedən torpaq sahəsinin kimə, hansı MMC-yə məxsus olduğunu müəyyən etmək üçün sahənin ölçümünü aparmış, həmin vaxt Təqsirləndirilən şəxs Elbrus Hacıyevlə sonuncuların yanına gedib, nəyin əsasında ölçü apardıqlarını soruşmuş və əlində olan xəritəni sonunculara göstərmiş, bu zaman Zərərçəkmiş şəxs onlara tərəf gəlib, müşahidə etmiş və daha sonra isə Təqsirləndirilən şəxs “sən axırda mənim əlimdə öləcəksən, cəhənnəm ol buradan” deyə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında sözlü mübahisə olmuş, onlar bir-birinə qarşı nalayiq ifadələr işlətmiş, sonrasında isə sözlü mübahisə artıq münaqişəyə çevrilməklə ilk olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələyərək yerə yıxmışdır. Münaqişənin gedişatında Təqsirləndirilən şəxs ayağa durduqdan sonra çəliklə Səmədin başından bir dəfə vurmuşdur. Bundan sonra Elbrus və orada olan şəxslər onları ayırmış, lakin Səməd əlinə daş götürərək ona tərəf atmış, həmçinin Rəşid də yerdən daş götürərək Səmədə atmışdır. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah sərhədində səthi əzilmiş yara ilə müşayiət olunan dərialtı hematoması və sağ ayağın birinici barmağın drınaq falanqasının səthi əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almış, eləcə də Təqsirləndirilən şəxs özü sol saidin və sol budun qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri almışdır. (Məhkəmə-tibbi ekspertizasının 29.08.2020-ci il tarixli 586 saylı rəyi) Məhkəmə kollegiyası zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin məhz yuxarıda müəyyən olunan şəraitdə cərəyan etməsinə dəlalət edən sübutları qeyd etməyi, bu sübutlardan işin mahiyyəti üzrə həllinə təsir edən halların bir qismini ayrı-ayrılıqda təhlil etməyi zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı aralarında heç bir mübahisə getmədiyi halda “sən axırda mənim əlimdə öləcəksən, cəhənnəm ol buradan” məzmunda ifadə işlətməsi, tərəflər arasında sözlü mübahisə olması və daha sonra Zərərçəkmiş şəxs ilk olaraq gəlib Təqsirləndirilən şəxs itələməsi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahid Elbrus Hacıyevin ifadələri ilə yanaşı, hadisənin birbaşa şahidi olmuş cinayət işində marağı olmayan şahidlər Şahid3 və Şahid4 ifadələri, həmçinin iş üzrə keçirilmiş məhkəmətibbi ekspertizalarının rəyləri ilə də təsdiq olunur. Bununla yanaşı məhkəmə özlüyündə obyektiv olaraq hadisənin üzərindən az müddət keçməklə, daha yaxşı yaddaşda qalması və hadisənin ümumən qavranılması baxımından mühüm əhəmiyyət kəsb edən şahidlər Şahid3 və Şahid4 27.08.2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısına verdikləri izahatlarınında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir və hər iki izahatda şahidlərin Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Şahqaya adlanan ərazidə yerləşən daş karxanalarında sərhəd mübahisələrinin olduğunu, bununla əlaqədar həmin ərazinin sənəd üzərində müəyyən edilmiş koordinatları ölçmək məqsədi ilə həmin əraziyə getdiklərini, Zərərçəkmiş şəxs daş karxanasında olan zaman aralarında mübahisə yarandığını, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsindən itələdiyini, buna qəzəblənən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsindən əlində olan çəliklə vuraraq xəsarət yetirdiyini, daha sonra Zərərçəkmiş şəxs yerdən daş parçası götürərək Təqsirləndirilən şəxs vurmaq istədiyini, ancaq atdığı daş parçasının Təqsirləndirilən şəxs dəymədiyini bildirmələrini xüsusilə vurğulayır. Göründüyü kimi, 27.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə heç də səbəbsiz yaranmamış, sonuncuların arasında uzun müdddətdir torpaq sahəsi ilə bağlı mübahisələrindən, eləcə də Zərərçəkmiş şəxs tərəfindən 10.07.2020-ci il tarixdə törədilmiş hadisədən qaynaqlanmış, hadisə günü də mübahisənin yaranmasına və münasqişəyə çevrilməsinə səbəb Zərərçəkmiş şəxs işlətdiyi ifadə və Təqsirləndirilən şəxs itələyib yerə yıxmaqla müşayiət olunan qanunsuz hərəkətləri olmuşdur ki, bu da hadisələrin baş verməsinə təşəbbüskarın məhz Zərərçəkmiş şəxs özünün olduğunu təsdiq edir. Bununla bağlı qeyd olunmalıdır ki, xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs "xxxx" yatağında ölçü işləri apararkən nə həmin mütəxəssislərin işini pozmaq istəməmiş, eləcə də aralarında zərərçəkmiş şəxsin yuxarıda qeyd olunan hərəkətləri səbəbindən mübahisə başlayanadək həmin mübahisənin başlanması üçün hər hansı qanunsuz hərəkət törətməmişdir ki, bu amil də sonuncunun etdiyi hərəkətlərinin məqsədinin xuliqanlıq cinayətini xarakterizə edən qərəzli hərəkətlər etmək və məhz bu niyyətlə Zərərçəkmiş şəxs xəsarət yetirmək olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, həmin mübahisə məhz şəxsi münasibətlər zəminində başlamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Cinayət işinin materiallarından isə təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrini qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Bununla yanaşı xüsusilə qeyd olunmalıdır ki, hadisənin baş verdiyi yer olan "xxxx" yatağının bir hissəsinin ictimai yer olmaması, bununla əlaqədar olaraq hər hansı ictimai qaydanın mövcudluğu və cəmiyyətin üzvlərinə qarşı hər hansı qanunsuz hərəkətlərin törədilməsinin qeyri-mümkünlüyü həm təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxs və həm də şahidlərin ifadələri, eləcə də xüsusilə “Hadisə yerinə baxış keçirilməsi barədə” 27.08.2020-ci il tarixli protokoldan göründüyü kimi, Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən edilmiş “hadisə baş verən ərazinin ictimai yer olmamasının” müəyyən edilməsi ilə tam təsdiqini tapır. Məhkəmə həmçinin hadisənin baş verdiyi yeri xarakterizə edərkən məhkəmədə dindirilmiş tərəflərin və şahidlərin ifadələri əsasında və eləcə də yuxarıda qeyd olunan “Hadisə yerinə baxış keçirilməsi barədə” 27.08.2020-ci il tarixli protokola əlavə edilmiş fotoşəkillər əsasında qeyd edir ki, hadisənin baş verdiyi yer faktiki olaraq iki müəssisənin heç birinin fəaliyyət göstərmədiyi, heç bir müəssisənin çalışanlarının iş görmədiyi bir növ neytral ərazi olmuş, eləcə də həmin ərazinin ətrafında iri daş parçaları olmaqla vizual olaraq kənar şəxslər tərəfindən müşahidə edilməsi mümkün olmayan bir ərazi olmuşdur ki, orada baş vermiş cinayət hadisəsinin ictimai qaydaya və cəmiyyətə qarşı bir hərəkətlər olaraq qiymətləndirilməsinə dəlalət edən təkzibolunmaz sübutların mövcud olmadığı şəraitdə, xuliqanlıq əməli kimi tövsif edilməsi cinayət qanunun tələbinə görə yolverilməzdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır.» Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Rəşid Həəsnovun konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. İstintaq orqanı tərəfindən həmin halın “əsaslandırılması üçün” Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında qeyd olunan hərəkətləri xarakterizə edən “öz qanunsuz əməllərini davam etdirərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, kənar şəxslərin yanında, onların rahatlığını pozmaqla, ümumqəbul edilmiş əxlaq normalarına və cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına zidd olaraq onun ünvanına nalayiq ifadələr işlədərək” kimi təklikdə ifadə verən iki nəfər şəxsin bir-biri ilə eynilik təşkil edən ifadələr işlədilməklə uğursuz cəhd edilmişdir ki, hazırki məhkəmə istintaqının nəticəsində qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Məhkəmə hazırda qeyd etdiyi mövqeyi əsaslandırarkən ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə münasibətdə ilkin günlərdən qərəzli mövqe tutumuş olmasına dəlalət edən iş materiallarından aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda qeyd olunan “Şübhəli şəxs barəsində axtarış elan olunması və tutulması barədə” 26.10.2020-ci il tarixli qərardan göründüyü kimi, müstəntiq tərəfindən barəsində axtarış elan edilməsi və tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınarkən, Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması məqsədi ilə onun Qaradağ RPİ-nin İŞ-nə dəvət olunmasına köməklik göstərilməsi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılmış olması, görülmüş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs yerini müəyyən edib onunla istintaq hərəkətləri aparılması mümkün olmadığından, Təqsirləndirilən şəxs istintaqdan gizlənməklə çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığı bu qərarın qəbul edilməsi üçün əsas olduğuna istinad edilmişdir. Halbuki məhkəmə tərəfindən iş materialları öyrənilərkən həmin qərarın yerləşdiyi cinayət işinin birinci cildinin 60-61-ci vərəqinədək müstəntiqin istinad etdiyi və Təqsirləndirilən şəxs məcburi gətirilməsi barədə qərara, sonuncunun istintaqa çağırılmasını təsdiq edən hər hansı bildiriş və ya digər sənədə, eləcə də onun məcburi gətirilməsinin qeyri-mümkünlüyünə dair hər hansı rəsmi sənədə rast gəlinməmişdir ki, bu hal özlüyündə ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə münasibətdə qərəzli mövqe tutmasına və yekun nəticədə daha ağır cinayət əməli ilə ititham edilməsinə meyilli olmasına dəlalət edir. Bu isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından yolverilməzdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və silah qismində çəlikdən istifadə olunmaqla qərəzli xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxslə zərərçəkimş şəxs arasında uzun müdddətdir aralarında davam edən torpaq mübahisəsindən qaynaqlanan şəxsi münasibətlərin pozulması zəminində, zərərçəkmiş şəxsin özünün təşəbbüskarı və səbəbkarı olduğu mübahisə yaranmış və baş vermiş cinayət hadisəsi də həmin mübahisədən qaynaqlanmışdır. Məhz zərərçəkmiş şəxsin təhrikedici hərəkətləri, təqsirləndirilən şəxsi təhdid edərək oradan çıxıb getməsini bildirməsi və eyni zamanda təqsirləndirilən şəxsi itələyərək yıxması ilə əlaqədar təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisə edərək ona yüngül bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret şəxs – Zərərçəkmiş şəxs olmuş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və silah qismində çəlikdən istifadə etməklə xuliqanlıq törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 27.08.2020-ci il tarixdə saat 12 radələrində işlətdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən "xxxx" yatağında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı qəsdən əlindəki çəliklə və yerdən götürdüyü daş parçası ilə zərərçəkmiş Zərərçəkmiş şəxs baş və ayaq nahiyələrindən qəsdən vuraraq ona başın sağ təpə-gicgah sərhədində səthi əzilmiş yara ilə müşayiət olunan dərialtı hematoması və sağ ayağın birinici barmağın drınaq falanqasının səthi əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vuran xəsarətlər yetirmişdir. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özününün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar ilə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını, 60-dan çox yaşının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab edir. Bakı Apellyasiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(103)-752/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 1(009)-30/2021 saylı hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müdddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə cinayət əməlini Təqsirləndirilən şəxs onun barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 1(009)-30/2021 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, X12 Bakı Apellyasiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(103)-752/2021 nömrəli qərarı ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və həmin əvvəlki hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli Bakı Apellyasiya Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(103)-752/2021 nömrəli qərarı ilə cəzaçəkmə müddətinin əvvəli olaraq müəyyən edilmiş 10 iyun 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci il tarixindən 31 oktyabr 2020-ci il tarixinədək tutulduğu cəmi 01 gün müddət təyin olunacaq cəza müdddətindən çıxılmalı (69.3), Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzfiələr tutmaq hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalı (CM-68.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-752/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saat cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə baxışı zamanı dövlət hesabına göstərilən hüququ yardım barədə hesabatdan görünür ki, məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 işə qoşularaq məhkəmə baxışı zamanı 52 (əlli iki) iş saat Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 150 (bir yüz əlli) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 52 (əlli iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 312 (üç yüz on iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-752/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərar ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzfiələr tutmaq hüququndan məhrum edilməklə 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci il tarixindən 31 oktyabr 2020-ci il tarixinədək tutulduğu cəmi 01 gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzfiələr tutmaq hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın və Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-752/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 150 (bir yüz əlli) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 52 (əlli iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 312 (üç yüz on iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar