Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-64/2025 29.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 Oqtay qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 19,03.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "Socar YDM-də operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivi, nömrəsiz evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M Ü Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikaha daxil olaraq toy mərasimi keçirib, axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivində yerləşən evinə gətirərək 15 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında evinin yataq otağında gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək on dörd yaşma çatmış lakin on altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ailəsinin və özünün istəyi ilə, onlarla qonşuluqda yaşayan İranənin və anasının razılığı əsasında ailə həyatı qurmuşlar. İranə onlarla qonşuluqda yaşayır. Ağıllı və tərbiyəli qız olduğu üçün onunla ciddi münasibətlər qurmuşdur. Qardaşının xəstə olması səbəbilə onlar belə qərara gəlmişlər ki, tez bir zamanda toy etsinlər. 14 oktyabr 2024-cü il tarixdə yaxın qohumlarının iştirakı ilə “Qobustan” şadlıq sarayında toy məclisi təşkil etmişlər. Toy mərasimi birdikdən sonra İranə onlara, onun yaşadığı evə gəlin köçmüşdür. Həmin günün gecəsi o, İranə ilə cinsi əlaqədə olmuşlar və İranə, onlarla birlikdə yaşamağa başlamışdır. Bir neçə gün sonra polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslə evləndiyi üçün onu bölməyə dəvət etmişlər.Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir.Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunub.İlk dəfədir cinayət əməli törədir.İranə ilə faktiki ailə münasibətləri mövcudur.Qeyd edilənlərə əsasən ona həbslə əlaqəli olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Şahid1 ilə birlikdə yaşayır. 9-cu sinifi bitirmişdir, işləmir və heç bir fərdi əmək fəailləyəti ilə məşğul olmur. 14 oktyabr 2024-cü il tarixdə anasının və öz istəyi ilə eyni zaman da onlar ilə qonşuluqda yaşayan Ziyadın və onun ailəsinin razılığı ilə ailə həyatı qurmuşlar.Ziyad onlar ilə qonşuluqda yaşayır.Bir müddət əvvəl onlar bir-birlərini tanımış və sevmişlər. İlk öncə onlar bir müddət nişanlı qaldıqdan sonra ailə qurmaq üçün qərar vermişlər. Lakin Ziyadın valideyinləri xəstə olduğundan belə qərara gəlmişlər ki, qeyri rəsmi nigaha daxil olsunlar və ailə kimi yaşasınlar. Onlar qərara gəldikdən sonra Ziyadın anası onların evinə onu istəməyə gəlmiş və anası ilə onları tanıdığından onlara etiraz etməmişdir.Böyüklərin razılığı əsasında yaxın qohumların iştirakı ilə “Qobustan” şadlıq evində toy etmişlər. Toy mərasimi birdikdən sonra o, Ziyad gilin evinə gəlin köçmüşdür. Həmin günün gecəsi Ziyad ilə əlaqədə olmuşlar və o, onlarla birlikdə yaşamağa başlamışdır. Bir neçə gün sonra ona, eləcə də Ziyada qohumları bidirmişlər ki, onun yaşı az olduğundan Ziyadın onunla ailə qurması məsuliyyət yaradır. O, da Ziyadın tutulmasından qorxduğu üçün o, onunla belə qərara gəlmişlər ki, o, 18 yaşı tamam olanadək anası ilə birlikdə yaşasın və hazırda anası ilə birlikdə yaşayır, Ziyad ilə ailə münasibətlərində olsalar da ər-arvad kimi bir yerdə yaşamırlar. İbtidai istintaq zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid1 Oqtay qızı məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi iştirak etdiyindən cinayət-prossesual qanunvericiliyin tələblərinə əsasən onun məhkəmə iclasında şahid qismində dindirilməsi mümkün olmamışdır. Müdafiə tərəfi, Şahid2 Sübhan oğlunun məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidin ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Sübhan oğlu ifadəsində göstərmişdir ki, İranə Cəbrayılova onun Şahid1 ilə rəsmi nagahılarından dünyaya gələn 3cü övladıdır. Onlar Şahid1 ilə 5 İlə yaxındır ki, rəsmi qaydada boşanmışlar və özü halhazırda Astara rayonu, Ərçivan kəndində tək yaşayır, və 2-ci qrup əlildir. Övladları, keçmiş həyat yoldaşı Şəlalə ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar kəndidə birlikdə yaşayırlar. Belə ki, o, yetkinik yaşma çatmayan uşaqların ailə qurmasına qarşı olduğu üçün qızı İranənin evlilik xəbərini eşidən kimi dərhal DİN-nin 102 zəng mərkəzinə istifadəsində olan mobil telefon ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 19 oktyabr 2024-cü il fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Qaradağ MSY-nə yerləşdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Qarayev X2 RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham elan edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edlmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədibiri seçilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 5017 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır.Vizual olaraq bədən səthi üzərində sperma və qan izləri aşkar edilmədi.. Hamiləliyin təyini, son aybaşı tskilindən 4 həftə keçdikdən sonra təyin olunur, həmçinin Zərərçəkmiş şəxs son menstruasiya tsiklindən (xx.xx.2024-cü il) az müddət keçdiyini nəzərə alaraq hamiləliyin təyini məqsədəuyğun sayılmadı.U. Cəbrayılzadənin arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla bir neçə dəfə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizanın xx.xx.2024-ci il tarixli, 11/14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli inkişafında psixi xstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. O, psixi cəhətdən normal inkişaf etmişdir. Zərərçəkmiş şəxs kifayət qədər lüğət ehtiyatına malik olmaqla, öz fikirlərini başqalarına adekvat olaraq çatdıra bilir. Zərərçəkmiş şəxs hafizəsi və ixtiyarı yaddasaxlaması normal inkişaf etmişdir. Zərərçəkmiş şəxs senror-perseptiv (duyğu və qavrayış) proseslərinin inkişafı normaldır. Onun fərdi-psixoloji xüsusiyyətlərində və təsəvvürlərində qadınlıq və kişilik haqqında etolon və psixoseksual inkişafı normal olub, hal-hazırda cinslərarası İntim həyatın bioloji, etik- əxlaqı cəhətlərini, cinsi münsibətlərin sosial-psixoloji məzmununu güzəra bilikləri səviyyəsində başa düşür. Zərərçəkmiş şəxs hal-hazırda kişi ilə qadın arasındakı seksual münasibətlər, intim həyata hansı yaş dövründən başlamağın cəmiyyətdə qəbul edilmiş normaları, cinsi əlaqənin nəticələri, uşaqların necə doğulması, hamiləlik və ondan qorunmanın yolları və s. haqqında yaşına və əqlə inkişafına uyğun olaraq kifayət qədər məlumatlara malikdir. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri üzə çıxmır.Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və pisxi inkişafına görə ona qarşı edilən hərəkətləri qaramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir.Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs yaş və fərdi- psixoloji xüsusiyyətlərinə, əqli və pisxi inkişafına görə ona qarşı edilən hərəkətləri qaramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materillarında olan DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin saksiyasında nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilərək ona qarşı şikayət-tələbin olmamasını, zərərçəkmiş şəxslə faktiki ailə münasibətlərində olmasını və bir təsərrüfatda yaşamalarını, gəncliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilərək ona qarşı şikayət-tələbin olmamasını, gəncliyini, zərərçəkmiş şəxslə faktiki ailə münasibətlərində olmasını və bir təsərrüfatda yaşamalarını, cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prossesual qanunvericiliyi ilə müəyyən edilmiş prossesual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən vəzifələrdən birini, yəni onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə maddi sübut kimi tanınmış toy mərasimi görüntülərini əks etdirən 02 ədəd fotoşəkil iş materillarında saxlanılmalıdır. İş üzrə 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməsi təklif edilən əmlak və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə, sinaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış toy mərasimi görüntülərini əks etdirən 02 ədəd fotoşəkil iş materillarında saxlanılsın. İş üzrə 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə müsadirə edilməsi təklif edilən əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-64/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-64/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver