Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-65/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 04 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli (himayəsində iki azyaşlı uşağı olan), işləməyən, İİ qrup əlilliyi olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 17.12.2021-ci il tarixdə saat 16:20-də Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən 12 nömrəli binanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 17:35-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli sağ ayaqqabısının içərisindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, bir il olar ki, psixotrop maddə metamfetamin qəbul edirmiş. O, psixotrop maddə metamfetamini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. Psixotrop maddə metamfetamin qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 16.12.2021-ci il tarixdə saat 18:00 radələrində o, Bakı şəhərində yerləşən “20 Yanvar dairəsi” deyilən ərazinin yaxınlığında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq psixotrop maddə metamfetamin satdığını, ona psixotrop maddə metamfetamini almağını təklif etmişdir. O da psixotrop maddə metamfetamin qəbul etdiyi üçün tanımadığı şəxsin təklifi ilə razılaşmış, 20 manat müaqbilində həmin şəxsdən 01 ədəd qızılı rəngli kağıza bükülmüş halda psixotrop maddə metamfetamin almış, üzərində saxlamış, lakin qəbul etməmişdir. Daha sonra həmin bükümü sağ ayaqqabısının içliyinin altında gizlətmişdir. 17.12.2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı ünvan 1 ünvanından çıxıb binanın qarşısında dayanmışdır. Təxminən 20 dəqiqə sonra mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu 38-ci PB-nə gətirmişlər. 38-ci PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki tünd göy rəngli şalvarının qabaq sol yan cibindəki üzərində “ZORRO” yazılmış dəmir alışqanı, içində 13 ədəd siqaret olan “Winçestr” markalı siqaret qutusunu, 20 manat pulu masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə sağ ayaqqabısının içindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülü aşkar edilmişdir. Ondan həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “patı” vardır, həmin narkotik maddəni Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi deyilən ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli maddə aşkarlanmışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Daha sonra içində 13 ədəd siqaret olan “Winçestr” markalı siqaret qutusu da digər zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin onundur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş 01 büküm psixotrop maddə metamfetamini 16.12.2021-ci il tarixdə Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi deyilən ərazidə təxminən 35 yaşında, qarabuğdayı, orta bədən quruluşlu tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində almışdır. O, üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları onu saxlayıb 38-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olsa da heç vaxt satışı ilə məşğul olmamışdır. O, psixotrop maddə metamfetamini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, İİ qrup əlilliyi olduğunu, himayəsidə iki azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2012-ci ildən DİO-da, 2018-ci ilin sentyabr ayından tutduğu vəzifədə xidmət edir, rütbəsi polis baş leytenantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin 38-ci PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3, Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 və Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı polis mayoru X9 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 17.12.2021-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən 12 nömrəli binanın yaxınlığına gedib kənarda dayanıb ətrafa nəzarət etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə sonra M.Seyidov küçəsində yerləşən 12 nömrəli binanın qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sol yan cibindəki üzərində “ZORRO” yazılmış dəmir alışqanı, içində 13 ədəd siqaret olan “Winçestr” markalı siqaret qutusunu, 20 manat pulu masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləndə sağ ayaqqabısının içindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “patı” vardır, həmin maddəni Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi deyilən ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürləndi. Həmçinin 01 ədəd siqaret qutusu da zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərflərin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki maddə psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin 38-ci PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3, Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı polis mayoru X9 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə 17.12.2021-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən 12 nömrəli binanın yaxınlığına gedib kənarda dayanıb ətrafa nəzarət etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə sonra M.Seyidov küçəsində yerləşən 12 nömrəli binanın qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üstüstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə o, özü aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sol yan cibindəki üzərində “ZORRO” yazılmış dəmir alışqanı, içində 13 ədəd siqaret olan “Winçestr” markalı siqaret qutusunu, 20 manat pulu masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləndə sağ ayaqqabısının içindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “patı” vardır, həmin maddəni Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi deyilən ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürləndi. Həmçinin 01 ədəd siqaret qutusu da zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərflərin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki maddə psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin digər əməkdaşları Şahid1 və Şahid2 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2021-ci il tarixli 6/5537 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,294 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,294 qram, tədqiqata sərf edilmişdir – 0,05 qram, qalıq – 0,244 qramdır. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2021-ci il tarixli 7/1292 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki “Winchester” adlı siqaret qutusunda sayı 13 (on üç) ədəd eyni adlı siqaretlərdə olan tütünün tərkibində narkotik vasitə hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 24 dekabr 2021-ci il tarixli 5270 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X5 X12 29 dekabr 2021-ci il tarixli 3113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi üzrə 17.12.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,244 qram psixotrop maddə metamfetmin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 17.12.2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sol yan cibindəki üzərində “ZORRO” yazılmış dəmir alışqanı, içində 13 ədəd siqaret olan “Winçestr” markalı siqaret qutusunu, 20 manat pulu masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləndə sağ ayaqqabısının içindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükülü aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşulduqda bükümün içərisində narkotik vasitə “patı” vardır, həmin maddəni Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi deyilən ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirir. Bundan sonra həmin büküm açılır, bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli maddə aşkarlanır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənir. Həmçinin 01 ədəd siqaret qutusu da zərfə qoyularaq möhürlənir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 18.04.2012-ci il tarixdə doğulmuş X4 və 28.11.2014-cü il tarixdə doğulmuş X3 ataları Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, İİ qrup əlilliyi olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 17 dekabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 19 dekabr 2021-ci il tarixdə Qaradağ rayon prokurorunun 19 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,244 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 192,82 (yüz doxsan iki manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 46 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,244 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 192,82 (yüz doxsan iki manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-65/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-65/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver