Məhkəmə qərarları › İş №1(002)-65/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-65/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-65/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli (himayəsində iki azyaşlı uşağı olan), Biləsuvar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Xanməmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xanməmmədov Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Qaradağ RPİ-nin 11-ci PB-nin və Biləsuvar RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə axtarışda olan və narkoloji sərxoş olmasında şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə 07 sentyabr 2022-ci il saat 20:15 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd ağ kağız kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.799 qram, 0.733 qram, 0.101 qram, 0.144 qram ümumi təmiz çəkisi 1.777 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd falqa bükümdə təmiz çəkisi 0.029 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Xanməmmədov Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CMnin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, psixotrop maddələrin istifadəçisidir. Üstündə psixotrop maddələr olub, polis əməkdaşları yaxınlaşıb. Üzərindən həmin maddələr çıxıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, uzun müddətdir ki, patı, yəni psixotrop maddə olan metamfetamin istifadə edir. Şəxsi istifadəsi üçün heroini ayrı-ayrı şəxslərdən əldə edir. Sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində evlərinin yaxınlığında küçədən keçərkən yerdə siqaret qutusu diqqətini çəkmiş və qutunu götürüb açmış, içərisində 05 ədəd ağ kağız kəsiyinə bükülmüş psixotrop maddə patı olduğunu görmüşdür. Psixotrop maddə qəbul etdiyi üçün həmin bükümləri götürmüş, bükmədəkinin birini qəbul etmiş, qalan 04 bükümü isə əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində yaşadığı evin yaxınlığdan gedərəkən 04 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və o da qorxduğu üçün yadında qalmayan kəsici alətlə sol qolunun dirsəyə qədər olan iç hissəsini bir neçə dəfə kəsmişdir. Daha sonra ona özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuş, o da hərəkətləri dayandırmış və onlara bildirmişdir ki, o Xanməmmədov Təqsirləndirilən şəxsdur. Bundan sonra ona Biləsuvar RPŞ-də axtarışda olmağı bildirilmiş və onu 11 -ci PB-yə gətirmiş, 11 -ci PB-nə gələrkən könüllü olaraq üzərində psixotrop maddə olan patı olmasını bildirmiş, PB-də üzərinə şəxsi axtarış keçirilərkən, könüllü olaraq, üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən, 04 ədəd ağ kağız kəsiyində və 01 ədəd falqaya bükülmüş bükümləri masanın üzərinə qoyaraq həmin bükümlərdəkinin psixotrop maddə olan patı olmasını, özünə məxsus olmasını xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində evlərinin yaxınlığında küçədə yerdə tapdığını, bükmlərdəkinin birini qəbul etdiyini, qalanını isə üzərində saxladığını bildirmişdir. Həmin bükümlər açılmış, 04 ədəd kağız kəsiyindəki bükümdən ağ rənkli kristal kütlədən ibarət psixotrop maddə metamfetaminə oxşar, 01 ədəd falqada isə əridilmiş halda olan patıyə oxşar kütlə, aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirmişdir ki, psixotrop maddə olan patı onundur, öz istifadəsi üçün saxlamış, həmin narkotik vasitələri satmaq və ya kiməsə pay vermək kimi niyyəti olmamışdır. O, öz ifadəsində daha sonra bildirmişdir ki, o, yazıb-oxuya bilmədiyindən onun mobil telefon nömrəsinə daxil olan sms mətnlərindən xəbərdar olmamaqla həmin şəxslərə heç bir cavab da verməmişdir. O, narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, son olaraq CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, xəstə olmaqla həbsdə olduğu müddətdə cərrahi əməliyyata məruz qaldığını və hal-hazırda da tibbi müalicə və müayinələrə ehtiyacının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Xanməmmədov Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə o, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Biləsuvar RPŞ-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Biləsuvar RPŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli 690125 saylı axtarış işi olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Xanməmmədov Təqsirləndirilən şəxs saxlanılıb Biləsuvar Rayon Məhkəməsinə təhvil verilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirtmək üçün Qaradağ rayon, Qobustan qəsəbəsində yerləşən 11-ci PB-nə yaxınlaşmış və burada həmin bölmənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə Qobustan qəsəbəsi ərazisində əməliyyataxtarış tədbirləri keçirdərək, həmin gün saat 18 radələrində ünvan 5 ünvanının qarşısında axtarışda olan Xanməmmədov Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona Biləsuvar RPŞ-də axtarışda olduğunu demiş və həmin şəxsi 11-ci PB-nə gətirmişlər. Bundan sonra 11-ci PB-nin baş təhqiqatçısı Qüdrət Əliyev tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, vəkilin, onun, 11-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Biləsuvar RPŞ-nin sahə polis nəfəri, polis serjantı Şahid3 və mobil telefon ilə çəkiliş aparan 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Möhübbətzadə Rəşadın iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Xanməmmədovun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı baş təhqiqatçı X5 Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmiş, bundan sonra Z.Xanməmmədov əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ kağız kəsiyinə bükülmüş və 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Xanməmmədov bükümlərin içərisindəkinin patı, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığında küçədə siqaret qutusuna yığılmış halda tapdığını, qutunun içərisində 05 ədəd bükümdə psixotrop maddə olan patı olduğunu və onlardan birin gümüş falqaya yığaraq qəbul etdiyini, qalan 04 büküm isə öz istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra Z.Xanməmmədovun üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə hər hansı qanunsuz əşya yaxud predmet aşkar edilməmiş, bundan sonra həmin bükümlər bir ədəd zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Biləsuvar RPŞ-nin sahə polis nəfəri, polis serjantı Şahid3 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək şahid Biləsuvar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Xanməmmədov Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə o, xidmətdə olan zaman Biləsuvar RPŞ-nin əməkdaşları, yəni, Biləsuvar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru X3, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Biləsuvar RPŞ-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ona yaxınlaşaraq Biləsuvar RPŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli 690125 saylı axtarış işi olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Xanməmmədov Təqsirləndirilən şəxs saxlanılıb Biləsuvar Rayon Məhkəməsinə təhvil verilməsi lazım olduğunu bildirmişlər. O da onlarla birlikdə Qobustan qəsəbəsi ərazisində əməliyyat-axtarış tədbirləri keçirdərək, həmin gün saat 18 radələrində ünvan 2 ünvanının qarşısında axtarışda olan Xanməmmədov Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona Biləsuvar RPŞ-də axtarışda olduğu deyilmiş və 11-ci PB-nə gətirmişlər. Bundan sonra 11-ci PB-nin baş təhqiqatçısı Qüdrət Əliyev tərəfindən o, şübhəli şəxs qismində tutulmuşdur. Vəkilin, onun, Biləsuvar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Fikrət İsgəndərovun, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Biləsuvar RPŞ-nin sahə polis nəfəri, polis serjantı Şahid3 və mobil telefon ilə çəkiliş aparan 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Möhübbətzadə Rəşadın iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Xanməmmədovun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı baş təhqiqatçısı X5 Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Bundan sonra Z.Xanməmmədov əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ kağız kəsiyinə bükülmüş və 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm çıxarıb masanın üzərinə qoydu. Həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Xanməmmədov bükümlərin içərisindəkinin şüşə, yəni psixatrop maddə olan metamfetamin olduğunu, həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığında küçədə siqaret qutusuna yığılmış halda tapdığını, qutunun içərisində 05 ədəd bükümdə psixotrop maddə olan şüşə olduğunu və onlardan birini gümüş falqaya yığaraq qəbul etdiyini, qalan 04 büküm isə öz istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra Z.Xanməmmədovun üzərində şəxsi axtarış davam etdirilsə də əlavə hər hansı qanunsuz əşya yaxud predmet aşkar edilməmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, 6/4889 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №223” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs Xanməmmədovdan aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,799 qram, 0,733 qram, 0,101 qram, 0,144 qram ümumi təmiz çəkisi 1,777 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponenet tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,029 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi-1,777 qram, tədqiqata sərf edildi-0,12 qram, qalıq-1,657 qr. Heroinin təmiz çəkisi-0,029 qram, tədqiqata sərf edildi-0,01 qram, qalıq- 0,019 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 08 oktyabr 2022-ci il tarixli, 5889 saylı rəyindən görünür ki, Xanməmmədov Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 4/04 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, cinayət işinin 171-ci vərəqində olan 03 dekabr 2022-ci il tarixli Cinayət prosessi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolun "Təqsirləndirilən şəxs: Xanməmmədov Təqsirləndirilən şəxs" qrafasındakı imza, 172-ci vərəqində olan 03 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə məlumat vermək haqqında protokolun "Təqsirləndirilən şəxs:" qrafasındakı imza, 173-cü vərəqində olan 03 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolun "Təqsirləndirilən şəxs:" qrafasındakı imza, 175-ci vərəqində olan 03 dekabr 2022-ci il tarixli məktubun sonunda "Təqsirləndirilən şəxs" qrafasındakı imza - Xanməmmədov Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 172-ci vərəqində olan 03 dekabr 2022ci il tarixli təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə məlumat vermək haqqında protokolun "Təqsirləndirilən şəxs:" qrafasındakı "Z.Xanməmmədov" əlyazması, 173-cü vərəqində olan 03 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolun "Təqsirləndirilən şəxs:" qrafasındakı "Z. Xanməmmədov" əlyazması, 175-ci vərəqində olan 03 dekabr 2022-ci il tarixli məktubun sonunda "Təqsirləndirilən şəxs" qrafasındakı "Z.Xanməmmədov" əlyazması - Xanməmmədov Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

3. Ekspertizaya təqdim edilmiş, 172-ci vərəqində olan 03 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə məlumat vermək haqqında protokolun "Təqsirləndirilən şəxs:" qrafasında "Z.Xanməmmədov" əlyazmasında, 173-cü vərəqində olan 03 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolun "Təqsirləndirilən şəxs:" qrafasında "Z. Xanməmmədov" əlyazmasında, 175-ci vərəqində olan 03 dekabr 2022-ci il tarixli məktubun sonunda "Təqsirləndirilən şəxs" qrafasında Xanməmmədov" əlyazmasında - əlyazmaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. Ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat təşkil edir. Cinayət işinin materiallarından görünür ki, 07 sentyabr 2022-ci il tarixli protokolla Xanməmmədov Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd ağ kağız kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.799 qram, 0.733 qram, 0.101 qram, 0.144 qram ümumi təmiz çəkisi 1.777 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd falqa bükümdə şəxsi istifadəsi üçün saxladığı təmiz çəkisi 0.029 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq çəkisi 1.657 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0.019 qram narkotik vasitə heroin təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilməsi iş üzrə nəzərə alınmışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında dəvət edilmiş Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs Xanməmmədov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan hüquq-vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Xanməmmədov Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ kağız kəsiyinə bükülmüş və 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində ağ kristallik maddə psixotrop maddəyə oxşar kütlə aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs Xanməmmədovdan həmin bükümün içərisindəkinin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs Xanməmmədov da həmin bükümün içərisindəkinin patı, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığında küçədə siqaret qutusuna yığılmış halda tapdığını, qutunun içərisində 05 ədəd bükümdə psixotrop maddə olan patı olduğunu və onlardan birin gümüş falqaya yığaraq qəbul etdiyini, qalan 04 büküm isə öz istifadəsi üçün üzərində saxladığını bildirir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş sms məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Xanməmmədov Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***- **-** saylı mobil telefon nömrəsində aşağıdakı məzmunda mesaj mətnləri mövcud olmuşdur: “xala oğlu 20 manat var yarı düzəlir zəng vur bir kəlmə de işimi bilim”, “20 varda gərək başqasına verim?”, “müəllim gec alınacaqsa, gedim, maşın yüklüdü”, “10 manat varımdı, bibioğlu gözdüyürəm, 10 manat almışam, gəlim qaqa”, “qaqa başına dönüm məni bunların yanında düşmən etmə alınmıyacaqsa bunu verim bunlara mən yetiməm bilmirsən?”, “ay bibi oğlu məni bu millətə qatma çalışdığım qədər pulla gəlirəm yanına sənsə həmişə məni qırırsan, qaqa mən gedim evə hə yox dedə mənə alınmırsa 10 manatım var”, “belə etmədə ağrıda qalmışam axı, boşluq elə gəlim, bir dənə çet verdə mənə”, “yekə oğlansan camaat məni gözləyir, pulunu alıb gəlmişəm, mənə deyirsən gözlə, indidə telefonu söndürürsən”, “mən kişi sözü deyirəm, gəlim bidənə çet ver, saat 6-da 20 manat verərəm atamın qəbri, qardaşlıq elə zülü və s.” “sənin zasluqan odu, onu da axıracan eləməlisən, ya dayan vapşe satma satırsansa elə eləmə ki... davay svyaza çıx” və s. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xanməmmədov Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından Müalicə müəssisəsinə köçürülmüşdür. Daxil olan zaman halzılıq, zəiflik, nəciz ifrazı zamanı qanaxma olduğunu bildirmişdir. O, klinik, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən müayinə olunmuş, nəticədə “Xroniki qanayan babasil. İkincili anemiya. Xroniki qarışıq mənşəli (virus, toksiki) hepatiti" diaqnozu müəyyən edilərək planlı qaydada hemorroidektomiya cərrahi əməliyyatı məsləhət görülmüşdür. Xəstədə dinamik aparılan laborator müayinələr zamanı anemiya izləndiyi üçün əməliyyat önü müalicə aparılmışdır. Xəstə üzərində xx.xx.2023-cü il tarixdə Hemorroidektomiyya cərrahi əməliyyatı icra edilmişdir. əməliyyat və sonrakı dövr fəsadsız keçmişdir. Hazırda vəziyyəti nisbi kafidir, tibbi tədbirlər davam etdirilir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş Xanməmmədov Sədyar Təqsirləndirilən şəxs oğlunun və xx.xx.2017-ci il tarixdə doğulmuş Xanməmmədova Yağmur Təqsirləndirilən şəxs qızının atası Xanməmmədov Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Xanməmmədov Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Məcəlləsinin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Xanməmmədov Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarından da aydın olur ki, Xanməmmədov Təqsirləndirilən şəxs müxtəlif mobil nömrələrdən dəfələrlə “xala oğlu 20 manat var yarı düzəlir zəng vur bir kəlmə de işimi bilim”, “20 varda gərək başqasına verim?”, “müəllim gec alınacaqsa, gedim, maşın yüklüdü”, “10 manat varımdı, bibioğlu gözdüyürəm, 10 manat almışam, gəlim qaqa”, “qaqa başına dönüm məni bunların yanında düşmən etmə alınmıyacaqsa bunu verim bunlara mən yetiməm bilmirsən?”, “ay bibi oğlu məni bu millətə qatma çalışdığım qədər pulla gəlirəm yanına sənsə həmişə məni qırırsan, qaqa mən gedim evə hə yox dedə mənə alınmırsa 10 manatım var”, belə etmədə ağrıda qalmışam axı boşluq elə gəlim, 1 dənə çet verdə mənə”, yekə oğlansan camaat məni gözləyir, pulunu alıb gəlmişəm, mənə deyirsən gözlə, indidə telefonu söndürürsən”, mən kişi sözü deyirəm, gəlim bidənəö çet ver, saat 6-da 20 manat verərəm atamın qəbri, qardaşlıq elə zülü və s.” “sənin zasluqon odu, onu da axıracan eləməlisən, ya dayan vapşe satma satırsansa elə eləmə ki... davay svyaza çıx” və s. tipli mesaj mətnlərinin dəfələrlə atılması müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi təqsirləndirilən şəxs Xanməmmədov Təqsirləndirilən şəxs 04 ədəd ağ kağız kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.799 qram, 0.733 qram, 0.101 qram, 0.144 qram ümumi təmiz çəkisi 1.777 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd falqa bükümdə təmiz çəkisi 0.029 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və həmin maddələr şəxsi istehlak miqdarından kifayət qədər çox olmuşdur. Bundan başqa “sms” mətnlərinin məzmunundan da göründüyü kimi təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən yazışmalar mövcuddur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Xanməmmədov Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Xanməmmədov Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Xanməmmədov Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və həbsdə olduğu müddətdə cərrahi əməliyyata məruz qalmaqla hal-hazırda da tibbi-müayinə və müalicələrə ehtiyacının olmasını xəstə olmaqla cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Xanməmmədov Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Xanməmmədov Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Xanməmmədov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Xanməmmədov Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 07 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. Xanməmmədov Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1.657 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0.019 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 190 (yüz doxsan) manat ekspertiza xərci Xanməmmədov Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Xanməmmədov Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Xanməmmədov Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs Xanməmmədov Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Xanməmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Xanməmmədov Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Xanməmmədov Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1.657 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0.019 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 190 (yüz doxsan) manat ekspertiza xərci Xanməmmədov Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Xanməmmədov Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar