Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-66/2023 17.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1980-cıil Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Füzuli şəhəri Azadlıq küçəsi 45-də qeydiyyatda olmaqla, Qaradağ rayonu Müşfiqabad Qaçqınlar qəsəbəsi 5 mənzil 84 yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs olan heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 22 sentyabr 2022-ci il tarixdə saat 12:40 radələrində Qaradağ rayon Müşfiqabad qəsəbəsi Qaçqınlar şəhərciyində yol kənarında Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilmiş, polis bölməsində videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,195 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, təxminən 22 sentyabr 2022-ci il tarixdə şəxsi istifadəsi üçün Kubinka adlanan ərazidən adını bilmədiyi bir şəxsdən 10 manata bir büküm heroini almış və əynində olan şalvarının sağ cibinə qoymuşdur. Həmin gün günorta radələrində yaşadığı Qaradağ rayonu Müşfiq qəsəbəsi Qaçqınlar şəhərciyinə gedərkən orada yol kənarında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər.Polis bölməsində onun üzərində şəxsi axtarış aparılmış vı axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibində olan bir büküm heroini (kakos) çıxarıb təqdim etmişdir.Əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, o Qaradağ RPİ-nin 10-cu PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirmiş. 22 sentyabr 2022-ci il tarixdə xidməti ərazidə xitmət yoldaşı Şahid2la xidmət apararkən Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyində yol kənarında iki nəfər şəxsin özlərini şübhəli aparmalarını və narkotik təsiri altında olduqlarını hiss edib onlara yaxınlaşmışlar və özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərin üzərində heç bir sənəd olmadığı üçün onları polis bölməsinə dəvət edərək gətirmişlər. Polis bölməsində məlum olmuşdur ki, onlardan biri Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkil dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır.Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması olan əşyanın olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən siqaretin kağızına bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxış keçirlən zaman içərisində tünd qəhvəyi rəngli iysiz maddə aşkar edilmişdir. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 22 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində 10-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 oölunun və 10-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiaatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamsı soruşulur. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən siqaretin kağızına bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyur. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli , toz şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş həmin 1 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükümdəki “kakos” (heroindir) və həmin heroini və “Kübinka” adlanana ərazidən tanımadığı şəxsdən aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 6/5453 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “... Vət.Təqsirləndirilən şəxs (imza)....”yazı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.195 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6634 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0.195 qram narkotik vasitə heroin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 0,145 qram narkotik vasitə heroin təqsirləndirilən şəxsə təqdim edildikdən sonra Qaradağ RPİnin saxlancına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, səmimi peşmançılığı cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,145 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 88 (səksən səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,145 qram narkotik vasitə olan heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-66/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-66/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver