Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-67/2025 12.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə, Müdafiəçi Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Lerik rayonu, Xanaga kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, işsiz, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhduldaşdırılması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 oktyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, Lerik Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünə əsasən CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, 25 avqust 2024-cü il tarixdə, saat təxminən 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Velopark” inzibati binasının qarşısına gələrək üzərində gəzdirdiyi mismar çıxaran dəmir lingi binanın giriş qapısının arasına yerləşdirərək fiziki güc tətbiq etməklə açıb saxlanc yerinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd dəyəri 7000 manat olan «Cube One 72 pro 29» markalı velosipedini, dəyəri 1900 manat olan bir ədəd «XGimi Halov» markalı projektor avadanlığını, dəyəri 700 manat olan bir ədəd səsgücləndirici avadanlığını və dəyəri 150 manat bir ədəd olan qaynaq aparatını, 300 manat dəyərində səs sistemi kabellərini, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 10050 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 25 avqust 2024-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü massiv, 39-cu küçə fərdi yaşayış evinin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs4 məxsus dəyəri 180 manat olan bir ədəd göy rəngli “24-lük” velosipedi gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 25 avqust 2024-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü massiv ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobildən dəyəri 50 manat olan 1 ədəd maqnitofonu, avtomobilin dəyəri 80 manat olan sükanını, avtomobilin mühərrik hissəsində olan 170 manat dəyərində 60 k/vat tutumuna malik 1 ədəd akkumlyatoru və hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində iki ədəd qabaq faralarının qabarit işıqlarını, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 320 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, saat təxminən 02 radələrində Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 20-ci küçə ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus «Hyundai Sonata» markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilinin sol ön qapısının şüşəsini üzərində gəzdirdiyi mismar çıxaran dəmir linglə sındırıb qapını açaraq avtomobilin bardaçokunda olan 900 manat pulu, avtomobilin qoltuqaltından dəyəri 100 manat olan bir ədəd «Denum» markalı ətirini, pul kisəsinin içərisində 85 manat ekvivalentində 50 ABŞ dolları və 28,515 manat ekvivalentində 15 Avro pulu, gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 1113,515 manat məbləğində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 19-cu küçə ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs7 məxsus «Toyota Prius» markalı, ** NJ *** dövlət nömrə nişanlı avtomobilinin sağ ön qapısının şüşəsini üzərində gəzdirdiyi mismar çıxaran dəmir linglə vurub sındıraraq avtomobilin qapısını açıb qoltuqaltı qutuda olan 150 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 İsgəndər oğlunaa məxsus «Kia Karnival» markalı, ** XP *** dövlət nömrə nişanlı avtomobilinin sağ ön qapısının şüşəsini aşağı endirərək qapını açıb avtomobildə olan qoltuqaltı qutudan məişətdə istifadə üçün nəzərdə tutulmuş 10 manat dəyərində olan alət dəstini, dəyəri 50 manat olan pul kisəsini habelə içərisində 340 manat ekvivalentində 200 ABŞ dolları pul, ümumilikdə zərərçəkmiş şəxs Pəviz Nağıyevə məxsus 400 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 18-ci küçədə saxlanılmış, Zərərçəkmiş şəxs8 məxsus «Hundai Elantra» markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının şüşəsini aşağı endirərək qapını açıb avtomobilin “bardaçok”unda içərisində 80 manat pul olan 320 manat olan pul kisəsini ümumilikdə Zərərçəkmiş şəxs8 400 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus «Renault Megane» markalı, ** RE *** dövlət nömrə nişanlı avtomobilinin sağ ön qapısının şüşəsini aşağı endirərək avtomobilin qapısını açıb salonda olan dəyəri 60 manat olan videoregistratoru, dəyəri 160 manat olan usb kabelini ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 220 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 12 sentyabr 2024-cü il tarixdə, saat 04 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 Mürsəl oğluna məxsus mağazanın qarşısına gələrək mağazanın jalüzünü və ümumi giriş qapısını üzərində gəzdirdiyi mismar çıxaran dəmir linglə qırıb açaraq binaya qanunsuz daxil olub Zərərçəkmiş şəxs9 mağazada quraşdırdığı müşahidə kamerasının 100 manat dəyərində yaddaş qurğusunu, habelə saxlanc yeri hesab olunan kassadan 800 manat nağd pul olmaqla ümumilikdə 900 manat dəyərində əmlakını, mağazanın divarına bərkidilmiş "xxxx" MMC-yə məxsus 01687 nömrəli «Milliön» ödəniş terminalı aparatını söküb özü ilə gətirdiyi əl arabasına yükləyərək bir qədər kənara aparıb açıq sahədə həmin terminal aparatını sındırıb, 210 manat dəyərində pul kasetini və içərisidə "xxxx" MMC-yə məxsus 13625 manat pulu ümumilikdə 13835 manat dəyərində əmlakı gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, birinci epizot üzrə aparatura və velosiped oğurlamış, velospeti sürə-sürə biraz getdikdən sonra onu yolun kənarında yerləşən yarım tikilidə qoyub getmişdir. Həmin velospetin yerini daha sonra polislərə göstərsədə velosiped orada tapılmamışdır. Oğurladığı malların içərisində projektor və qaynaq aparatı olmamışdır. İkinci epizot üzrə qeyd olunmuş bir ədəd 180 manat dəyərində “24-lük” velosipedi o oğurlamamışdır. Üçüncü epizotda qeyd olunan “VAZ-2107” markalı maşına daxil olmuş həmin maşından maqnitofon, sükan və akumlyatoru oğurlamış ancaq digər ittihamda qeyd olunanı əşyanı oğurlamamışdır. Dördücü epizot olan “Hyundai Sonata” markalı maşından 290 manat pul və ətir götürmüş başqa şeyləri o oğurlamamışdır. Beşinci epizotda göstərilən “Toyota Prius” markalı nəqliyyat vasitəsinə daxil olmamış və o maşından oğurluq etməmişdir. Altıncı epizotda qeyd olunan “Kia” markal maşına daxil olsada orada heç nə tapmamışdır. Yeddinci epizotda göstərilən “Hyundai Elantra” markalı maşına girməsini dəqiq xatırlamır. Səkkizinci epizotda qeyd olunan “Megane” markal nəqliyyat vasitəsinə daxil olmuş ancaq orda pul olmadığı üçün heç nə götürməmişdir. Sonuncu dəfə isə Korgöz qəsəbəsində yerləşən marketə daxil olmuşdur. O oğurluq etmək məqsədi ilə Qaradağ rayonu, Korgöz qəsəbəsi adlanan əraziyə getmişdir. Ərazidə gəzən zaman orada market olduğunu görmüş və ora daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Marketin jalüzünü qıraraq içəri daxil olmuş, kassanın altından 800 manat pul götürmüş daha sonra orada olana "xxxx" MMC-ə məxsus ödəniş aparatını əl arabasında mindirərək aparmış və kənarda onu qıraraq içərisində olan təxminən on dörd min manata yaxın pulu oğurlayaq oradan uzaqlaşmışdır. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, mağazanın qarşısında dəmir sexi olmuş həmin sexə daxil olaraq oradan aparatın qapağını qırmaq üçün laqonda götürmüşdür. Həmin laqonda vasitəsi ilə götürdüyü aparatı açaraq içərisində olan pulları götürmüşdür. Tanınmamaq üçün başına sellfon torba keçirib üstündəndə papaq qoymuşdur. Marketin gizli kamerasının yaddaş kartınıda oğurlamışdır. Marketin yaxınlığından tapdığı əl arabası ilə aparatı götürərək marektdən 20-30 metr uzaqlıqda olan boş əraziyə apararaq orada açmışdır. Hadisə zamanı orada tək olmuş ondan başqa heç kəs olmamışdır. O əldə etdiyi pulların bir hissəsini, yəni təxminən 11000 manatını “topaz” mərc oyununda uduzmuş, bir hissəsini isə öz istirahəti üçün xərcləmişdir. O öz ifadəsində əlavə olaraq verlmiş mülki iddianı qəbul etdiyini, lakin ödəniş etmək üçün heç bir imkanının olmadığını, törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını, maddi imkanı olmadığı üçün vurulmuş ziyanlardan ödəniş edə bilmədiyini, zərərçəkmiş şəxslərin bir hissəsinin ona qarşı bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Qaradağ və Quba rayon Məhkəmələrinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə isə Lerik rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il sınaq müddəti şərti məhkum edilmişdir. Sonra ailəsini dolandırmaq məqsədilə Bakı şəhərinə gəlmiş və müxtəlif ünvanlarda 2024-cü ilin avqust ayına kimi tikinti işləri ilə məşqul olmuşdur. Həmin işlərdən qazandığı pulla ailəsini dolandıra bilmədiyindən qərara gəlmşdir ki, Badamdar qəsəbəsi ərazisində evlərin kənarında saxlanılmış avtomaşınlardan oğurluq etsin və əldə etdiyi pulu, qiymətli daşdarı satmaqla əldə etdiyi pullarla ailəsini dolandırsın. Bu məqsədlə 25 avqust 2024-cü il tarixdə, gecə saatlarında Səbail rayonu Şıxov qəsəbəsi, Salyan şossesi32 ünvanın qarşısından Veloparkın bir mərtəbəli şüşəli inzibati binasını görüb həmin binaya yaxınlaşıb çöldən görüb ki, şüşəli otaqda bir neçə velosiped vardır, həmin velosipedlərdən birini oğurlamaq qərarına gəlmiş və ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra üzərində gəzdirdiyi mismar çıxaran dəmir parçasını binanın ümumi giriş qapısının arasına yerləşdirərək bir qədər fiziki güc tətbiq etməklə qapını açıb içəri daxil olmuşdur, orada velosipedlərdən başqa digər əşyalar da var imiş. O həmin otaqda olan bir ədəd səsgücləndirici avadandığı, bir ədəd XGimi Halo markalı, tünd boz rəngli projektor avadanlığını, səs sistemi kabellini, bir ədəd göy rəngli qaynaq aparatını oğurlayaaq həmin yerdən təxminən 1-2 km aralıda sahibsiz yerdə gizlətmiş və yenidən həmin yerə qayıdıb otaqda olan «Cube one» 72 pro 29 markalı qara rəngli velosipedi sürərək oğurlayıb həmin oğurladığı əşyaların yanında gizlətmişdir. Bundan sonra həmin tarixdə gecə saatlarında yenidən oğurluq etmək məqsədi ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü massiv, 19-cu küçə ünvanının qarşısında saxlanılmış «Renault Meqane» markalı avtomobilə yaxınlaşıb ətrafa baxaraq heç kimin olmadığını görüb oğurduq etmək məqsədi ilə üzərində gəzdirdiyi mismar çıxaran dəmir alətlə avtomobilin sağ ön qapısının şüşəsini aşağı endirərək qapını açıb salona daxil olmuş və salonda olan videoregistatoru, usb kabelini sökərək oğurlamış və həmin oğurladıqlarını Qobustan qəsəbəsində tanımadığı şəxsə 100 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra yenidən oğurluq etmək məqsədi ilə həmin gün, gecə saatlarında Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 39-cü küçədə olan fərdi yaşayış evinin divarına söykədilmiş 1 ədəd 24 ölçülü göy rəngli velosipedin olduğunu görüb həmin velosipedi oğurlamaq qərarına gəlmiş və ətrafa baxıb heç kimin olmadığını görüb həmin velosipedi oğurlamış və oradan bir az aralıda sahibsiz yerdə saxlamışdır. Yenə də həmin tarixdə və gecə saatlarında yenidən oğurluq etmək məqsədi ilə Badamdar qəsəbəsi, 3-cü massivdə, fərdi evin qarşısında saxlanılmış ağ rəngli VAZ 2107 markalı avtomoğbildən oğurluq etmək məqsədi ilə həmin avtomobilə yaxınlaşmış və ətrafa baxıb görən olmadığına əmin olaraq avtomobilin açıq olan sol ön qapısından salona daxil olub qabaq örtüyünü açaraq mühərrik hissəsində olan 60 k/vatlıq akumlyatoruna söküb çıxarmaqla, avtomobilin salonundan sükanı çıxarmaqlda, avtomobilin maqnitofonunu, qabaq faraların iki dədə qabarit işıqlarını çıxararaq onları oğurlamış və sonra həmin əşyaları əlində saxlamaqla oğurlayıb gizlətdiyi velosipedin yanına gəlmiş, akkumlyatoru velosipedin arxa oturacağına qoyaraq, sükanı da əlində tutub velosipedi sürərək yaşadığı Qobustan qəsəbəsinə gəlmiş və oğurladığı əşyaları, velosipedi yaşadığı evin həyətində olan saxlanc yerinə qoyub gizlətmişdir. Səhərisi günü velosipedi Qobustan qəsəbəsində tanımadığı şəxsə 70 manata satmışdır, həmin pulu şəxsi ehtiyaclarına xərcləyib, akkumlyator isə gizlətdiyi yerdədir, avtomobilin sükanını isə qardaşı Misirə məxsus və onun tərəfindən idarə olunan Tofaş markalı avtomaşının sükanı ilə əvəz etmişdir, maqnitofon və işıq qabaritlərini Qobustan qəsəbəsində tanımadığı şəxsə 40 manata satmışdır. Bundan sonra yenidən oğurluq etmək məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında Badamdar qəsəbəsi, 3-cü massiv, 20-ci küçə ünvanına gəlmiş və orada olan fərdi yaşayış evinin qarşısında «Hyundai Sonata» markalı avtomobil saxlanıldığını görüb həmin avtomobildən oğurluq etmək qərarnna gəlmişdir, avtomobilə yaxınlaşıb ətrafa baxaraq adam olmadığını görüb üstündə gəzdirdiyi mismar çıxaran dəmir alətlə avtomobilin sol ön qapısının şüşəsini aşağı endirərək qapını açıb içəri girərək avtomobildə olan 900 manat pulu, «Denim» adlı ətiri, pul qabından 50 ABŞ dolları və 15 Avro pulu oğurlayıb oradan getmişdir. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Denim markalı ətiri isə Qobustan qəsəbəsində tanımadığı şəxsə 20 manata satmışdır. Bundan başqa 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında yenidən avtomobillərdən oğurluq etmək məqsədi ilə Badamdar qəsəbəsi, 3-cü massivə gəlmiş və fərdi yaşayış evinin qarşısında «Toyota Prius» markalı avtomobil saxlanıldığını görüb həmin avtomobildən oğurluq etmək qərarnna gəlmiş, avtomobilə yaxınlaşıb ətrafa baxaraq adam olmadığını görüb üstündə gəzdirdiyi mismar çıxaran dəmir alətlə avtomobilin sağ ön qapısının şüşəsini sındıraraq qapını açıb içəri girmiş avtomobildə olan 150 manat pulu oğurlamış, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenidən oğurluq etmək məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında Badamdar qəsəbəsi, 3-cü massiv, 20-ci küçə ünvanına gəlmiş və orada olan fərdi yaşayış evinin qarşısında «Kia Karnival» markalı avtomobil saxlanıldığını görüb həmin avtomobildən oğurluq etmək qərarnna gəlmiş və avtomobilə yaxınlaşıb ətrafa baxaraq adam olmadığını görüb üstündə gəzdirdiyi mismar çıxaran dəmir alətlə avtomobilin sağ ön qapısının şüşəsini aşağı endirərək qapını açıb içəri girərək salonda olan qoltuqaltından içərisində sürücülük vəsiqəsi, 340 manat ekvivalentində 200 ABŞ dolları, bank kartları olan pul kisəsini və məişətdə istifadə olunan alətlər dəstini oğurlamış, sənədləri, bank kartlarını və alətlər dəstini kənara atmış, 200 ABŞ dolları pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra yenidən oğurluq etmək məqsədi ilə 27 avqust 2024-cü il tarixdə, gecə saatlarında Badamdar qəsəbəsi, 3-cü massivdə fərdi yaşayış evinin qarşısında saxlanılmış «Hyundai Elantra» markalı avtomobilin ön sol qapısının şüşəsini üstündə gəzdirdiyi mismar çıxaran dəmir alətlə aşağı endirərək qapını açıb içəri girərək salonda olan qoltuqaltından, içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, 80 manat pul, bank kartları olan pul kisəsini oğurlayıb oradan uzaqlaşmış, bir az kənarda sənədləri tullamış, 80 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra sonuncu dəfə 12 sentyabr 2024-cü il tarixdə gecə saatlarında Lökbatan qəsəbəsinə gəlmiş, oradan isə taksi ilə Korgöz qəsəbəsinə gettmişdir. Korgöz qəsəbəsinə getməsinin səbəbi, təxminən 3 ay əvvəl orada mağazaların birində gördüyü ödəniş aparatını oğurlamaq olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində qarşısına mağaza çıxıb, həmin mağazanın üstündə «MARKET» yazısı var imiş, mağazanın jalüzünün iki qıfılını əlindəi dəmir parçası ilə sındırmış və jalüzü yarıya qədər qaldırıb görmüş ki, mağazanın plastikdən giriş qapısı var, qapıda iki qıfılla bağlıdır, həmin qıfılları da əlindəki dəmir parçası ilə sındırmış və içəri girib görmüş ki, mağazada bir ədəd «MİLLİÖN» ödəmə aparatı var, həmin aparatı oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt mağazada olan kassa aparatından təxminən 800 manat pulu götürüb cibinə qoyub, sonra mağazada quraşdırılmış kameraların yaddaş qurğularını götürmüşdür, həmin yaddaş qurğularını yaxınlıqda qurğunu sındırmış ki, etdiyi oğurluq hadisəsinin videogörüntüləri polislərin əlinə düşməsin. Bundan sonra o mağazada olan ödəniş aparatını mağazanın qarşısınıa çıxarmışdır, lakin aparat ağır olduğundan apara bilməyib küçədə olan arabanı götürüb gəlib həmin ödəniş aparatını arabaya yükləyib oradan uzaqlaşıb. Təxminən bir km getdikdən sonra yolun kənarında avtomobil təmiri sexi görüb, sexin jalüzünü çıb oradan dəmir kəsici aləti (laqondanı) götürüb həmin ödəmə aparatını kəsərək içərisində olan təxminən 14 000 manat pulu götürmüşdür, ödəniş aparatını isə sexdən kənara aparıb tullamışdır. Hadisədən dərhal sonra piyada Lökbatan qəsəbəsinə gəlmiş, oradan isə taksi ilə 28 May metrosu tərəfə gedib əldə etdiyi puldan 11 000 manatını «tap.az» internet saytında mərc oyunlarında uduzmuşdur, sonradan Sumqayıt şəhərinə gedən yollarda olan restoranlarda xərcləmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində Lökbatan qəsəbəsində yaşayan tanışı Müşfiqin evinə gəlib, Müşfiq həmin vaxt evdə olub, bir neçə saatdan sonra Səbail rayon Polis idarəsindən gəlib ona Səbail rayon Polis idarəsinə aparmışlar. O həmçinin ifadəsində göstərmişdir ki, oğurladığı əşyaları gizlətdiyi yerləri tam dəqiq bilmədiyi üçün onların yerlərini dəqiq göstərə bilməz. Cinayət hadisələrini törədərkən istifadə etdiyi mismar çıxaran dəmir aləti təxminən 2024-cü ilin avqust ayının əvvəllərində «Sədərək» ticarət mərkəzindən 5 manata almışdır, həmin dəmir aləti və qara rəngli parçadan olan maskanı Badamdar qəsəbəsi ərazisində yerləşən səhralıqda, yolun kənarında olan kiçik şam ağacının yanında gizlətmişdir. Sadaladığı cinayət hadisələrini tək törətmişdir, bu barədə heç kimə məlumat verməmişdir və bu cinayətlərdən heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı formada təzyiq, zor göstərilməmişdir. Məhkəmənin 17 aprel 2025-ci il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, Badamdar qəsəbəsi, 3-cü massiv, 39-cu küçədə, fərdi həyət evində ailəsi ilə birlikdə yaşayır. İdarə etdiyi ağ rəngli VAZ-2107 markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilini 24 avqust 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı evin qarşısında saxlayıb evə getmişdir. Səhərisi gün, yəni 25 avqust 2024-cü il tarixdə, saat 09:00 radələrində avtomaşının qapılarının açıq olmasını və avtomobilin müxtəlif hissələrinin yerində olmadığını aşkar etmişdir. Avtomobilə baxış keçirən zaman 50 manat dəyərində bir ədəd maqnitofonun, dəyəri 80 manat olan avtomobili idarə etmək üçün nəzərdə tutulan sükanın, avtomobilin mühərrik hissəsində olan 170 manat dəyərində 01 ədəd 60 k/vat tutumlu akkumlyatorun, hər birinin dəyəri 10 manat olmaqla iki ədəd avtomobilin qabaq faralarının qabarit işıqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkao etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 320 manat maddi ziyan dəymişdir. Həmin oğurluq hadisəsini törətməkdə şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs2 halhazırda X3 Kaliforniya ştatının Los-Angeles şəhərində yaşamaqla orada “İT” mütəxəssisi kimi işləyir və onunla telefon əlaqəsi zamanı video konfrans əlaqə sistemi vasitəsi ilə dindirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 videokonfrans əlaqə sistemi vasitəsi ilə verdiyi ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, tam olaraq hadisənin tarixini xatırlmasada hadisə təxminən avqust ayında baş vermişdir. Həmin vaxtlarda tədbir olmuşdur. Velotrektdə yerləşən anbara gəlmiş və anbarın qapısının qıfılının qırıldığını və oradan ona məxsus əşyaların, o cümlədən dəyəri 7000 manat olan xüsusi yarış velospetinin oğurlandığını görmüşdür. Hadisə nəticəsində ona ümumilkdə 10050 manat dəyərində ziyan dəydiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən Azərbaycan Velosiped Federasiyasının rəsmi üzvü olaraq müxtəlif vəzifələrdə çalışmışdır. Təxminən 2 ay olar ki, Federasiyanın nəzdində fəaliyyət göstərən Bakı şəhəri Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən «Velopark»ın inzibati ərazisində əşyaları saxlamaq üçün nəzərdə tutulmuş 3 ofisi kirayəyə götürmüş və ofisin qarşısında açıq havada «Coze» adlı kinoteatr məkanını işlədir. Həmin saxlama məntəqəsində o işlədiyi yerə aid olan bəzi əşyaları saxlayırmış. 24 avqust 2024-cü il tarixdə, təxminən saat 23 radələrində ofislərin qapısını bağlayıb iş yoldaşları ilə birlikdə iş yerini tərk edib. 25 avqust 2024-cü il tarixdə, saat 17 radələrində iş yerinə gəldiyi zamanda ofisin qapılarınn açıq olduğunu, orada olan avadanlıqların yerdəyişməsini və digər avadanlıqların yerində olmadığını aşkar etdiyi zamanda dərhal bütün ofislərə baxış keçirərkən Azərbaycan Velosiped Federasiası tərəfindən ona təhkim edilmiş «Cube One 77 Pro 29» markalı, qara rəngli 7000 manat dəyərində velosipedin, tünd boz rəngli, dəyəri 700 manat olan səsgücləndirici avadanlıq, «XGİMİ Halo» markalı, tünd boz rəngli, dəyəri 1900 manat olan projektor, uzunluğu təxminən 20-25 metr olan, dəyəri 300 manat səs sistemi kabelləri və dəyəri 150 manat olan tünd göy rəngli qaynq aparatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 10050 manat maddi ziyan vurulmuşdur. Oğurluq hadisəsində şübhələndiyi şəxs yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 26 avqust 2024-cü il tarixdə, saat 21:00 radələrində özünə məxsus olan ağ rəngli «Hyundai Sonata» markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin yanında, boş yerdə saxlayıb yaşadığı evə getmişdir. 27 avqust 2024-cü il tarixdə, saat 09:00 radələrində avtomobilinə yaxınlaşıb avtomoböilin qapısını açan vaxt avtomobildə olan bütün əşya və sənədlərin avtomobilin oturacağının üstündə olduğunu aşkar etmişdir., başa düşmüş ki, naməlum şəxs avtomaşınından oğurluq edib və maşının saxlanc yerinə baxan zaman orada olan təxminən 900 manat pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir, həmçinin avtomobil iki oturacaq arasında olan qoltuqaltından «Denim» markalı ətirinin oğurlandığını aşkar etmişdir. Həmin ətirdən özü istifadə edibmiş, təxminən 100 manatlıq qalıbmış. Bunlardan əlavə pul kisəsindən 50 ABŞ dolları və 15 avro oğurlanıbmış. O tez DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Sonradan görmüş ki, naməlum şəxs maşının sol ön qapısının yuxarı hissəsini zədələyib və mühərrik örtüyünü açıb. Sadaladığı əşyalar oğurlansa da pul kisə\sində olan 50 manat pul, avtomobilin və özünün sənədləri, bank kartları qalmışdır. Oğurluq nəticəsində 1020 manat pulu və 100 manatlıq ətiri oğurlanaraq ona ümumilikdə 1120 manat maddi ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə bağlı şübhələndiyi şəxs yoxdur. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu və vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 39-cu küçədə fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 25 avqust 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxıb işə gedən zaman oğlu Mahirə 24 ölçülü, göy rəngli və təxminən 4 ay əvvəl «Sədərək» ticarət mərkəzindən 180 manata aldığı velosipedin evin qarşısında olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Əlavə olaraq bildirmiş ki, oğlu Mahir 24 avqust 2024-cü il tarixdə, saat təxminən 18 radələrində velosipedi evin girişində olan dəmir parçasına qıfılla bağlayıb evə gəlmiş və bir daha yerini dəyişməmişdir. Velosipedin oğurlanması nəticəsinda ona 180 manat maddi ziyan vurulub və həmin hadisəni törətməkdə şübhələndiyim şəxs yoxdur. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs tərəfinən ona vurulmuş ziyan ödənilməsədə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 İsgəndər oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Badamdar qəsəbəsi, 3-cü massiv, 19-cu küçə, ev 82 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 02:10 radələrində özünə məxsus «Kia Karnaval» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb yaşıdığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08-də yuxudan durub yaşadığı ünvanın qarşısında saxladığı avtomobilinin sağ ön qapısının şüşəsinin hər hansı bir üsulla aşağı çəkildiyini və avtomobildə olan qoltuqaltındakı içərisində sürücülük vəsiqəsi, 340 manat ekvivalentində 200 ABŞ dolları, bank kartları olan 50 manat dəyərində pul kisəsinin, sürücülük vəsiqəsinin və məişətdə istifadə edilən 10 manat dəyərində alət dəstinin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Həmin hadisəni törətməkdə şübhələndiyi şəxs yoxdur. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona vurulmuş ziyanın ödənmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Badamdar qəsəbəsi, 3-cü massiv, 19-cu küçə, ev 15 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 02:40 radələrində özünə məxsus «Renault Megane» markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb yaşıdığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08:30 radələrində yuxudan oyandıqda yaşadığı ünvanın qarşısında saxladığı avtomobilinin sağ yan şüşəsinin hər hansı bir üsulla aşağı çəkildiyini və avtomobildə olan 60 manat dəyərində videoregistratorun, 160 manat dəyərində usb kabelinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra hadisə barədə Səbail RPİ-nin 41-ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Həmin hadisəni törətməkdə şübhələndiyi şəxs yoxdur. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu və vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Badamdar qəsəbəsi, 3-cü massiv, 19-cu küçə ünvanında olan fərdi həyət evində tək yaşayır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 20:00 radələrində özünə məxsus idarə etdiyi qara rəngldi «Toyota Prius» markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşıdığı evin qarşısında saxlayıb evə getmişdir. 27 avqust 2024-cü il tarixdə, saat 06:00 radələrində yuxudan oyanıb yaşadığı evin qarşısında saxladıjı avtomobilinin sağ yan qıpısının şüşəsinin sındırılmasını və qoltuq altında olan saxlanc yerində olan 150 manat pulunun oğurlanmasını aşkar etmişdir. Elə həmin gün valideyinlərinə baş çəkmək üçün Cəlilabad rayonu Təzəkənd kəndinə getmişdir və 11 sentyabr 2024-cü il tarixdə Bakı şəhərinə qayıdıb baş vermiş hadisə barədə Səbail RPİnin 41-ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə ilə bağlı ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu və vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Badamdar qəsəbəsi 3-cü massiv, 18-ci küçə ünvanında fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində özünə məxsus idarə etdiyi «Hyundai Elantra» markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvanın qarşısında saxlayaraq evinə getmişdir 27 avqust 2024-cü il tarixdə, saat təxminən 07:25 radələrində saxladığı yerdə olan avtomobilinə yaxınlaşarkən avtomobilin sol qapısının şüşəsinin hər hansı bir üsulla aşağı endirildiyini və avtomobildəki gizli saxlanc yerində olan ona məxsus içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, 80 manat pul, bank kartları və dəyəri 320 manat olan pul kisəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin gün ailə vəziyyəti ilə əlaqədar rayona getdiyindən bu barədə şikayət edə bilməmişdir. 11 sentyabr 2024-cü il tarixdə Bakı şəhərinə qayıdaraq bu barədə Səbail RPİnin 41-ci PB-nə şikayət ərizəsi ilə müraxciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəymişdir. Həmin oğurluqla əlaqədar şübhələndiyi şəxs və ya şəxslər yoxdur. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs tərəfinən ona vurulmuş ziyan ödənilməsədə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2018-ci lin senyabr ayında hal-hazırda yaşadığı ünvan 11 ünvanda ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə yaşadığı evin küçəyə qapısı olan otağını mağaza edib orada işləməyə başlamışdır, mağazada əsasən ərzaq, meyvə və ev əşyalarının satışı ilə məşqul olurmuş. Həmin mağazanı özü və arvadı Səidə işlədirmişlər. Mağazanı hər gün saat 06:00-da açır və axşam saat 23:30-da bağlayırmış, mağazanı küçədən jalüzi aşağı endirib iki yerdən qıfıl ilə bağlayırmış, içərisindən isə mağazanın qapısını iki qıfılla bağlayıb mağazanın içərisindəki qapıdan evinə girirmiş. xx.xx.2024-cü il tarixdə mağazaya öz təşəbbüsü ilə "xxxx" MMC-yə məxsus 01687 nömrəli milliön brendi olan ödəniş aparağtı yerləşdirmişlər, bu aparatı mağazanın girişinə döşəməyə bərkidilməmiş qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 00:30-da mağazanı həmişəki qayda ilə bağlayıb evinə keçmişdir, saat təxminən 02:00 radələrində yatmışdır. xx.xx.2024cü il tarixdə, saat 06:15 radələrində evindən mağazaya olan qapıdan mağazaya keçmək istədikdə qapını aça bilməmişdir, dərhal küçəyə çıxmiış və görmüşki, mağazanın jalüzünün qıfılları sındırılıb, jalüz yarımçıq qaldırılıb, mağazanın qapısının qıfılları da sındırılıb. Mağazaya daxil olub baxış keçirmiş və baxış zamanı ona məlum olmuş ki, mağazada yerləşdirdikləri ödəniş aparatı, içərisində 800 manat pul olan kassa və kameraların yaddaş qurğusu oğurlanıb. Dərşal DİN-nin 102 xidmətinə və "xxxx" MMC-yə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları və "xxxx" MMC-nin nümayəndələri gəlmişlər. "xxxx" MMC-nin nümayəndələri bildirmişlər ki, oğurlanan ödəniş aparatında 13 625 manat pul olmuşdur. Mağazadan təxminən 20 metr aralıda mağazadan oğurlanmış kameranın yaddaş qurğusunu sındırılmış, içərisindən yaddaş diskinin çıxardılmış vəziyyətdə tapmışdır. Başa düşmüş ki, oğrunun məqsədi mağazanın içərisində və çölündə quraşdırılmış beş ədəd kameraların çəkidiyi video çəkilişi pozmaq məqsədi daşımışdır. Bir neçə dəqiqədən sonra isə Mais adlı tanışı küçəldərdə təmizlik işləri görən qadın yolun kənarında bir ədəd sındırılmış vəziyyətdə olan ödəniş aparatını tapdığını bildirib. Mais həmin qadınla onu telefon əlaqəsi ilə danışdırmışdır. Qadın Maisin dediklərini təsdiq etmişdir. O dərhal ödəniş aparatının tapıldığı yerə getmiş, həmin yer onun mağazasından təxminən bir km məsafədə imiş. Ödəniş aparatında pulun saxlanıldığı hissəsi sındırılmış vəziyyətdə imiş, aparıtın digər yerləri isə zədələnibmiş. Hadisə zamanı oğurlanmış əşyalara görə ona 800 manat və sındırılmış kameraya görə isə 500 manat maddi ziyan vurulmuşdur. Təsirləndirilən şəxs həmin ərazini tanımamaqla hadisə zamanı tək olmamış, ona başqa şəxslərdə köməklik etmişdir. Belə ki, mağazada yerləşən ödəniş terminalının bir nəfər tərəfindən sökülüb aparılmas qeyri mümkündür. Şəxsən özünün şübhələndiyi adamlar olmaqla bu barədə polisə məlumat versədə heç bir tədbir görülməmişdir. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu və vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və mülki iddiaçı qismində tanınmış və dindirilmiş Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2015-ci ildən "xxxx" MMC-də Təhlükəsizlik departamentinin təhlükəsizlik üzrə qrup rəhbəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsi, yeni massiv, ev 113 ünvanında yaşayan Zərərçəkmiş şəxs9, onun işlədiyi şirkətin zəng mərkəzinə zəng vuraraq həmin ünvanda yerləşən mağazanın daxilində quraşdırılmış, şirkətin şəxsi mülkiyyəti olan 01687 nömrəli ödəmə aparatının qarət olunması barədə məlumat vermişdir. Hadisə yerinə o gələrək hadisənin baş verməsinin şahidi olmuşdur. Aparatın yerləşdirildiyi mağazanın qapısının sındırılmış vəztiyyətdə olmasını, aparatın orada olmamasını və sonradan mağazadan kənarda sındırılmış vəziyyətdə olmasını görmüşdür. Aparatın 39 manat dəyərində təhlükəsizlik kəmərini, 150 manat dəyərində ekranın sensor şüşəsini, 520 manat dəyərində monitorunu, 112 manat dəyərində inkassasiya qapısını, 39 manat dəyərində «gerion» daxili kilidini, 1000 manat dəyərində əskinaz qəbuledicini zədələyərək yararsız vəziyyətə salmışdılar. Bundan sonra onun daxilində olan 210 manat dəyərində pul kassetini, içərisində olan 13,625 manat nəqd pulla birlikdə oğurlamışlar. Aparılan təmir üçün 250 manat vəsait istifadə edilmişdir, nəticədə şirkətə 15,945 manat məbləğbində maddi ziyan vurulmuşdur. Hadisə zamanı oğurlanmış aparatın daxilində olan 210 manat dəyərində pul kasetinin içərisində ki, 13,625 manat nəqd pulla birlikdə oğurlanmışdır, aparatın özü isə mağazanın kənarında tapılmışdır. Qalan 2110 manat pul isə aparatın təmiri və zədələnməsi nəticəsində vurulmuş maddi ziyanın hissəsidir. O əlavə olaraq öz ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanıda "xxxx" MMC-ə vurulmuş ümumi ziyanın 15,945 manat olduğu müəyyən edilmişdir. Lakin müstəntiq tərəfindən hansısa ona məlum olmayan səbəbdən ittiham aktında ümumi ziyan 13,835 manat kimi göstərilmişdir. Halhazırda vurulmuş ziyandan heç bir ödəniş edilmədiyini, verilmiş mülki iddanın təmin edilərək Təqsirləndirilən şəxs 15,945 manat məbləğində pulun tutularaq "xxxx" MMC-ə ödənilməsini və ona qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 12 sentyabr 2024cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri ünvan 7 ünvanıdır. Qeyd olunavanda yerləşən mağazanın jalüzisi və plastik qapısı sındırlmış vəziyyətdə, mağazanın içərisində quraşdılılmış “milliön” aparatının dağıdılmış yeri, hadisə yerindən kənarda isə mağazadan oğurlanmış “milliön” aparatı sındırılmış vəziyyətdə aşkar edildi. Hadisə yerinin fotoşəkilləri çəkilib bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən Azərbaycan Velosiped Federasiyasının nəzdində fəaliyyət göstərən «Velopark»ın inzibati binasıdır. Hadisə yerinin fotoşəkilləri çəkilib bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 27 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv, 20-ci küçədə olan fərdi yaşayış evinin qarşısında saxlanılmış ağ rəngli «Hyundai Sonata» markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomaşındır. Avtomaşının sol ön qapısının şüşəsinin yuxarı hissəsində dəmir alət salınıb sıxılmadan yaranan zədəsi var, şüşə qaldırma-endirmə hissəsi işləmir, avtomaşının oturacaqlarının üstündə, içərisində bank kartları, sürücülük və şəxsiyyət vəsiqəsi, 50 manat pul olan pul qabı və sair sənədlər vardır. Avtomaşının fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 39-cu küçədə yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmış ağ rəngli, bəzi yerlərinə yaşıl şpakilovka çəkilmiş “VAZ 2107” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Baxış zamanı avtomobilin qapılarının açıq olması, sükanın, maqnitofonun, akumlyatorun, qabaq faraların qabarit işıqlarının sökülərək oğurlanması aşkar edilmişdir. Avtomaşının fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 39-cu küçədə, fərdi yaşayış evinin qarşısıdır. Vət.Elman Bəyəliyev bildirmiş ki, həmin yerdə oğlunun saxladığı 24 ölçülü velosiped naməlum şəxs tərəfindən oğurlanmışdır. Hadisə yerinin fotoşəkili çəkilərək bu barədə tərtib edilmiş protouola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 27 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 19-cu küçədə olan ö/t-nin qarşısında saxlanılmış tünd boz metal rəngli «Kia Karnaval» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Baxış zamanı avtomobilin sağ yan qapısının şüşəsinin aşağı endirilməsi və avtomobilin iki oturacağın arasındakı qoltuqaltının açıq halda olması, orada olan əşyaların dağıdılması aşkar edilmişdir. Avtomobilə baxışda iştirak etmiş Zərərçəkmiş şəxs5 bildirmiş ki, avğomobilin qolutqaltında olan içərisində sürücülük vəsiqəsi, 200 ABŞ dolları pul, bank kartları olan pul kisəsi və 10 manat dəyərində alət dəsti oğurlanmışdır. Hadisə yerində olan avtomobilin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 27 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 19-cu küçədə olan fərdi yaşayış evinin qarşısında saxlanılmış tünd boz metal rəngli «Renault Meqane» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin sağ yan şüşəsi aşağı endirilmiş vəziyyətdədir. Əşyalar oturacaqların üstündə dağınıq haldadır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 bildirmiş ki, avtomobildə olan videoregistrator, usb kabeli naməlum şəxs tərəfindən oğurlanmışdır. Hadisə yerində olan avtomobilin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 11 sentyabr 2024cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 52-ci küçədə olan fərdi yaşayış evinin qarşısında saxlanılmış «Toyota Prius» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Baxış zamanı avtomobilin sağ yan şüşəsinin sındırılması aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs7 bildirmiş ki, avtomobilin qoltuqaltında olan ona məxsus 150 manat məbləğində pulu naməlum şəxs tərəfindən oğurlanmışdır. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 11 sentyabr 2024cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 18-ci küçədə olan fərdi yaşayış evinin qarşısında saxlanılmış «Hyundai Elantra» markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Baxış zamanı avtomobilin sol yan şüşəsinin aşağı endirilməsi aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs8 bildirmiş ki, avtomobilin gizlin saxlanc yerində olan və içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, 80 manat məbləğində pul və bank kartları olan pul kisəsi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 sentyabr 2024cü il tarixli “baxış və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə, onun oğurluqlar zamanı istifadə etdiyi əlcək, kəlbətini və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus və Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 39-cu küçədə olan fərdi həyət evinin qarşısında saxlanılan VAZ- 2107 markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı akkümlyatoru gizlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, yeni yurd küçəsində yerləşən, ailəsi ilə yaşadığı fərdi həyət evinə gəlinmiş və Təqsirləndirilən şəxs yaşadığı evin saxlanc yerində oğurladığı 01 ədəd akkumlyator, oğurluqlarda istifadə etdiyi 01 cüt əlcək və 01 ədəd kəlbətin olduğunu bildirib sadalanan həmin predmetləri təhqiqatçıya təqdim etmiş və təhqiqatçı tərəfindən həmin predmetlər istintaqa təqdim edilməsi üçün götürülmüşdür. Götürmə yeri və götürülən predmetlərin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, oğurluqlarda istifadə etdiyi mismar çıxaran dəmir alət və qara parçadan maskanı Badamdar qəsəbəsi ərazisində olan boş ərazidə tək şam ağacının yanında gizlətmişdir və həmin predmetləri istintaqa təqdim edə bilər. 14 sentyabr 2024-cü il tarixdə işin istintaqını aparan Səbail RPİ-nin İŞ-nin müstəntiqi Valeh Nəbiyev, Təqsirləndirilən şəxs iştirakı ilə, onun göstərdiyi ünvana gedib tək şam ağacının yanından sonuncunun basdırdığı yerdən götürüb təqdim etdiyi 01 ədəd dəmirdən mismar çıxaran aləti və 01 ədəd qara rəngli parçadan maskanı «təqdim olunan maddi sübutlara baxış keçirilməsi haqqında» protokol tərtib etməklə götürmüşdür. Təqdim olunan yerin və təqdim olunan predmetlərin fotoşəkilləri çəkilərək bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 26 avqust 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə 01 ədəd fotoşəkil və 11 ədəd videogörüntü vardır. Diskdə olan fotoşəkildə 01 ədəd sifətində maska, əlində dəmir parçası və belində kəlbətin olan kişi cinsindən olan şəxsin görüntüsü əks olunmuşdur. Təqdim edilən diskə köçürülmüş ilk videogörüntüdə sifətində maska, əlində dəmir alət və belində kəlbətin olan şəxsin bir mərtəbəli köhnə tikintiyə yaxınlaşması və tikintinin açıq pəncərəsindən baxması görüntülənir; 2-ci videogörüntüdə sifətində maska, əlində dəmir alət və belində kəlbətin olan şəxsin yük avtomobilinin yanından çıxması; 3 və 4-cü videogörüntülərdə sifətində maska, əlində dəmir alət və belində kəlbətin olan şəxsin qara rəngli avtomobilə yaxınlaşması və şüşəni sındırması; 5, 6, 7, 8 və 9-cu videogörüntülərdə sifətində maska, əlində dəmir alət və belində kəlbətin olan şəxsin qara rəngli «Land Cruiser» markalı avtomobilə yaxınlaşması, əlində olan dəmir parçası ilə həmin avtomobilin sağ yan şüşəsini sındırması, mındırdığı yerlən avtomobilə daxil olması, bir müddət həmin avtomolə baxış keçirməsi, daha sonra avtomobildən çıxıb oradan uzaqlaşaraq həmin ərazidə dayanmış VAZ-2107 markalı, ağ rəngli avtomobili qaçıraraq oradan uzaqlaşması; 10 və 11-ci videogörüntülərdə sifətində maska, əlində dəmir alət və belində kəlbətin olan şəxsin qara rəngli «Rəng Rover» markalı avtomobilin ilk olaraq sol yan şüşəsinə yaxınlaşması, sonra həmin yeri qeydə alan 02 ədəd videomüşahidə kamerasının baxış bucağını dəyişərək yuxarı qaldırması görüntülənir. Həmin disk təhqiqatçı tərəfindən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə keçirilmiş “dvd diskə baxış” protokolundan görünür ki, videogörüntülərdən biri 21 saniyə davam edir, digər videogörüntü 07 dəqiqə davam edir. Videogörüntülərdə Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən “Market” yazısı olan mağazanın yanında cəkildiyini və həmin vaxtı yaxınlıqdakı arabanı götürərək oğurladığı “Milliön” aparatını hadisə yerindən uzaqlaşdırdığını bildirmişdir. Qeyd olunan görüntülərin əks olunduğu iki ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 9/7612 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd istifadədə olmuş 12 V, 60 Ah, "Bars” markalı akkumlyator barədə Respublikada yerləşən internet saytlarında satış elanları olmadığından qiymətləndirmə mümkün olmadı. Həmin akkumlyatorun işlək olub olmamasının müəyyən edilməsi məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetina aid deyil. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işi üzrə istintaq prosesində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, yeni yurd küçəsində yerləşən, ailəsi ilə yaşadığı fərdi həyət evində gizlətdiyi, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus VAZ-2107 markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı 01 ədəd akkumlyator və oğurluqlarda istifadə etdiyi 01 cüt əlcək və 01 ədəd kəlbətin; -oğurluqlarda istifadə etdiyi və Badamdar qəsəbəsi ərazisində olan tək şam ağacının yanında gizlətdiyi 01 ədəd dəmirdən mismar çıxaran alət və 01 ədəd qara rəngli parçadan maska; -zərərçəkmiş şəxslərə məxsus avtomaşınlardan oğurluqlar edilməsi barədə videogörüntülərlə istintaqa təqdim edilmiş 01 ədəd disk, götürülmüş 01 ədəd akkumlyator və oğurluqlarda istifadə edilən 01 cüt əlcək və 01 ədəd kəlbətin, 01 ədəd dəmirdən mismar çıxaran alət və 01 ədəd qara rəngli parçadan maska, həmçinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisələrinin videogörüntüləri ilə olan 01 ədəd disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə, vaxtına və üzərində hadisənin izlərini saxladıqlarına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edir, bu səbəbdən həmin qeyd edilənlərin cinayət işi üzrə maddi sübut kimi əməhiyyəti vardır, ona görə də həmin 01 ədəd akkumlyator, 01 cüt əlcək, 01 ədəd kəlbətin, 01 ədəd dəmirdən mismar çıxaran alət, 01 ədəd qara rəngli parçadan maska və videogörüntülərilə olan 02 ədəd disklər ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 09 iyul 2014-cü il tarixdə doğulmuş X4, 03 iyul 2017-ci il tarixdə doğulmuş X2 və 04 sentyabr 2018-ci il tarixdə dioğulmuş X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhduldaşdırılması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1ci maddəsinə əsasən qəti olaraq 03 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 oktyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, Lerik Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünə əsasən CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmiş. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin təhlükəli residivini yaratmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə verdiyi mülki iddiadan aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar "xxxx" şirkətinə vurulmuş maddi ziyanın əvəzi olaraq 15 945 manat məbləğində pulun cavabadeh Təqsirləndirilən şəxs tutulması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsədə məhkəmə onun verdiyi ifadəni qeyri-səmimi və özünü müdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri tədqiq edilmiş sübutlarla və hadisə zamanı gizli kameralar vasitəsi ilə qeydə alınmış video görüntülərlə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8 ona qarşı bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Lerik Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmünə əsasən CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. O, qeyd olunan cinayət əməlini sınaq müddəti ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhükəli residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə əlaqədar faktiki olaraq 13 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış və Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Lerik Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmündən aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Lerik Rayon Məhkəməsinin 26 avqust 2023cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 avqust 2023cü il tarixdən hesablanmış, 17 aprel 2024-cü il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə məhkəmə zalından azad edilmişdir. Gördüyü kimi Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə bağlı 07 (yeddi) ay 23 (iyirmi üç) gün həbsdə olmuşdur. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə verilmiş mülki iddaya münasibətdə hesab edir ki, mülki iddia əsaslı olmaqla təmin edilməli və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurduğu zərərin əvəzi olaraq 15945 manat məbləğində maddi ziyan tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" şirkətinin xeyrinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Milliön” ödəmə terminal aparatının "xxxx" MMC-ə və bir ədəd “bars” markalı akumlyatorun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Səbail Rayon Polis İdarəsində saxlanılan oğurluqlarda istifadə edilmiş bir cüt əlcək, bir ədəd kəlbətin, bir ədəd mismar çıxaran dəmir ling və bir ədəd qara rəngli parça materialdan hazırlanmış maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 12 saata görə (12×6=72 manat) 72 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 18 saata görə (18×11=198 manat) 198 manat olmaqla ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlığın məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Lerik Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il sınaq müddəti müəyyən olunmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Lerik Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə tutulduğu və həbsdə qaldığı 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 10 (on) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Milliön” ödəmə terminal aparatının "xxxx" MMC-ə və bir ədəd “Bars” markalı akumlyatorun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Səbail Rayon Polis İdarəsində saxlanılan oğurluqlarda istifadə edilmiş bir cüt əlcək, bir ədəd kəlbətin, bir ədəd mismar çıxaran dəmir ling və bir ədəd qara rəngli parça materialdan hazırlanmış maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurduğu zərərin əvəzi olaraq cəmi 15945 (on beş min doqquz yüz qırx beş) manat məbləğində maddi ziyan tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" şirkətinin xeyrinə ödənilsin. Digər zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 12 saata görə (12×6=72 manat) 72 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 18 saata görə (18×11=198 manat) 198 manat olmaqla ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-67/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-67/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver