Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-68/2021 10.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Gürcüstanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ev 16-da qeydiyyatda olan və yaşayan, Bakı şəhər, Qaradağ Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 1 (002)-68 saylı Qərarına əsasən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş Təqsirləndirilən şəxs1 və 18 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, o vahid niyyətlə şəxsiyyəti istintaqa məlum olmayan “Sadiq” adlı şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi D.Bünyatzadə küçəsində yerləşən saxlanc yeri olan çörək sexindən gizli olaraq 15.08.2020-ci il tarixdə saat 12:20 radələrində 02 ədəd hər birinin dəyəri 150 manat olan giriş dəmir qapısını, 01 ədəd dəyəri 100 manat olan 1X2 m ölçülərində (giriş) dəmir qapını, 01 ədəd göy rəngli 70x60 sm ölçülü 100 manat dəyərində elektrik generatorunun yanacaq çənini, 20.08.2020-ci il tarixdə saat 14:30 radələrində 02 ədəd plastik materialından olan hər birinin dəyəri 220 manat dəyərində pəncərəni, 03 ədəd aliminium materialından hər birinin dəyəri 300 manat olan pəncərəni, 26.08.2020-ci il tarixdə saat 16:10 radələrində 1 ədəd dəyəri 150 manat olan divanı, 03 ədəd hər birinin dəyəri 150 manat plan plastik qapını, 03 ədəd hər birinin dəyəri 150 manat olan hər iki tərəfi açılan dəmir materialından olan qapını, 28.08.2020-ci il tarixdə saat 13:20 radələrində 03 ədəd hər birinin dəyəri 50 manat olan taxta materialından çarpayını, 2 ədəd hər birinin dəyəri 100 manat olan əl-üz yuyanı, 01 ədəd dəyəri 330 manat olan su sayğacını, 01 ədəd dəyəri 400 manat olan hamam dəstini və 30.08.2020-ci il tarixdə saat 15:00 radələrində hərəkətlərini davam etdirərək tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin saxlanc yerindən gizli olaraq 01 ədəd dəyəri 100 manat olan paslanmaz polad materialdan olan qazanı, 15 ədəd hər birinin dəyəri 10 manat olan taxta materialından ayaqaltını, 03 ədəd plastik materialdan olan hər birinin dəyəri 40 manat olan edən 70x155sm ölçülü lövhələri və 01 ədəd dəyəri 40 manat olan 2 hissəli (U formasında) 190x60x3sm ölçüləri olan dəmir materialından profili gizli olaraq talayıb zərərçəkmiş şəxsə 4380 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi D.Bünyatzadə küçəsində yerləşən saxlanc yeri olan çörək sexindən 30.08.2020-ci il tarixdə saat 15:00 radələrində 01 ədəd dəyəri 100 manat olan paslanmaz polad materialdan olan qazanı, 15 ədəd hər birinin dəyəri 10 manat olan taxta materialından ayaqaltını, 03 ədəd plastik materialdan olan hər birinin dəyəri 40 manat olan edən 70x155sm ölçülü lövhələri və 01 ədəd dəyəri 40 manat olan 2 hissəli (U formasında) 190x60x3sm ölçüləri olan dəmir materialından profili gizli olaraq talayıb zərərçəkmiş şəxsə 410 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fəhləlik edərək ailəsini dolandırmışdır. Son zamanlar fəhlə işi olmadığından o, Bakı şəhəri, Lökbatan qəsəbəsində dəmir yığmaqla məşğul olmağa başlamış və əldə etdiyi metalları məntəqəyə təhvil verdikdən sonra həmin pulun bir hissəsinə narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Onun səhəttində problemləri olduğundan 2020-ci ilin iyun ayında 21 gün Respublika Narkoloji Dispanserində müalicə olunmuşdur. O, müalicəsini tamamlayıb gəldikdən sonra yenə də narkotik vasitə olan heroin qəbul etməyə başlamış və narkotik vasitə olan heroini almaq üçün pul lazım olunduğundan həmin pulu metal yığmaqla çıxartmışdır. O, tanışı Sadiqlə metal yığdıqları zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən köhnə çörək sexinin yerləşdiyi binaya daxil olmuşlar və orada çoxlu metal qapılar və bir sıra əşyalar görmüşlər. Buna görə də onlar belə qərara gəlmişlər ki, oradakı əşyaları hissə hissə oğurlayıb aparsınlar. Buna görə də 15.08.2020-ci il tarixdə saat 12:20 radələrində tanışı Sadiqlə birlikdə həmin yerdən 01 ədəd 1X2 m ölçüsündə (giriş) dəmir qapısını və 01 ədəd göy rəngli elektrik generatorunun yanacaq çənini, 20.08.2020-ci il tarixdə saat 14:30 radələrində 01 ədəd plastik materialından olan pəncərəni, 26.08.2020-ci il tarixdə saat 16:10 radələrində 01 ədəd hər iki tərəfi açılan dəmir materialından olan qapını və 30.08.2020-ci il tarixdə saat 15:00 radələrində isə tanışı Ruslanla həmin yerdən 03 ədəd plastik materialdan olan lövhələri və 01 ədəd 2 hissəli dəmir materialından profili oğurlamışdır. Onlar oğurladıqları əşyaları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı yataqxananın həyətində olan Nizami adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışlar və orada o, Nizami adlı şəxsə həmin əşyaları qəsəbədən zibilliklərdən yığdıqlarını bildirib, həmin əşyaları ona satmışlar. O, hazırda oğurladıqları əşyaların satışından əldə etdikləri mələğləri xatırlamır. Ancaq onu bilir ki, oğurladıqları əşyalardan əldə etdikləri pulları öz aralarında yarı yarıya bölmüşlər. Həmçinin bildirir ki, o, ümumilikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən köhnə çörək sexindən dörd dəfə oğuluq etmiş, 28 avqust 2020-ci il tarixdə Sadiqlə birlikdə həmin yerə getməmiş və oradan həmin gün heçnə oğurlamamışlar. Hazırda ifadəsində göstərdiklərindən başqa həmin yerdən digər əşya və materiallar oğurlamamışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi 15.08.2020-ci il tarixdə saat 12:20 radələrində həmin yerdən 02 ədəd giriş dəmir qapısını, 01 ədəd dəmir qapını, 01 ədəd göy rəngli elektrik generatorunun yanacaq çənini, 20.08.2020-ci il tarixdə saat 14:30 radələrində 02 ədəd plastik materialından olan pəncərəni, 03 ədəd aliminium materialından pəncərəni, 26.08.2020-ci il tarixdə saat 16:10 radələrində 1 ədəd divanı, 03 ədəd plastik qapını, 03 ədəd hər iki tərəfi açılan dəmir materialından olan qapını, 28.08.2020-ci il tarixdə saat 13:20 radələrində 03 ədəd taxta materialından çarpayını, 2 ədəd əl-üz yuyanı, 01 ədəd su sayğacını, 01 ədəd hamam dəstini və 30.08.2020-ci il tarixdə saat 15:00 radələrində isə tanışı Ruslanla həmin yerdən 01 ədəd paslanmaz polad materialdan olan qazanı, 15 ədəd taxta materialından ayaqaltını, 03 ədəd plastik materialdan olan lövhələri və 01 ədəd 2 hissəli dəmir materialından profili oğurlaması ilə bağlı xüsusatları belə izah etmişdir ki, ibtidai istintaq dövründə belə bir ifadə verməmiş, həmin ifadələrin məzmununu müstəntiq ona oxutmadan vərəqə imza etdirmişdir. Son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini, himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə Qaradağ rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunaraq 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2020-ci ilin aprel ayında cəzanın sonu ilə azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra daimi iş tapa bilmədiyindən fəhləlik etməyə başlamışdır. Son zamanlar əvvəllər tanıdığı və münasibəti yaxşı olan Qəsəbə sakini Coşqunla birlikdə fəhləlik etmişdir və iş olmayan zamanlarda Coşqunla birlikdə qəsəbənin ərazisində metal yığaraq metal qəbulu məntəqələrinə təhvil verərək dolanmışdır. O, 30.08.2020-ci il tarixdə təxminən saat 15 radələrində Coşqunla birlikdə olan zaman Coşqun ona təklif etmişdir ki, “Qaradağ rayon məhkəməsinin yanında obyekt vardır, gedib oradan oğurluq etsinlər”. O, da pulu olmadığından Coşqunun təklifi ilə razılaşaraq onunla birlikdə onun göstərdiyi obyektin qarşısına gəlmişlər. Coşqunla birlikdə oradan 03 ədəd plastik materialdan olan lövhələri və 01 ədəd 2 hissəli dəmir materialından profili oğurlamışlar. Onlar oğurladıqları həmin əşyaları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı yataqxananın həyətində olan Nizami adlı şəxsin metal qəbulu məntəqəsinə təhvil vermişlər. Coşqun Nizami adlı şəxsdən 42 manat pul almış və onunlar həmin pulları aralarında bölərək hərəsinə 21 manat pul çatmışdır. Həmçinin bildirir ki, o, cəmi bir dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən köhnə çörək sexindən oğuluq etmişdir. Həmin gün oradan hazırda ifadəsində göstərdiklərindən başqa digər əşya və materiallar oğurlamamışlar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi 01 ədəd paslanmaz polad materialdan olan qazanı, 15 ədəd taxta materialından ayaqaltını, 03 ədəd plastik materialdan olan lövhələri və 01 ədəd 2 hissəli dəmir materialından profili oğurlaması ilə bağlı xüsusatları belə izah etmişdir ki, ibtidai istintaq dövründə belə bir ifadə verməmiş, həmin ifadələrin məzmununu müstəntiq ona oxutmadan vərəqə imza etdirmişdir. Son olaraq məhkəmədən əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən iki mərtəbəli, təmirli, qapı və pəncərələri yerində olan binanı icarəyə müqavilə əsasında götürərək orada yenidənqurma işləri aparıb, avadanlıqlar quraşdıraraq həmin binanı çörək sexi kimi fəaliyyətə başlamışdır. Həmin zaman orada olan bütün avadanlıqları yeni alıb gətirmiş və binanı təmir edən zaman orada olan qapı və pəncərələri yeniləmişdir. Həmin binanı bir müddət işlətdikdən sonra müəyyən maliyyə səbəblərindən sexin fəaliyyətini dayandırsa da, Lakin həmin binanı icarədə saxlamışdır. 29.08.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək olan müddət ərzində həmin binanın 03 ədəd hər birinin dəyəri 150 manat olan giriş dəmir qapısı, 150 manat dəyərində 01 ədəd elektrik generatorunun yanacaq çəni, 02 ədəd plastik materialından olan hər birinin dəyəri 220 manat dəyərində pəncərə, 03 ədəd aliminium materialından hər birinin dəyəri 300 manat olan pəncərə, 1 ədəd dəyəri 150 manat olan divan, 03 ədəd hər birinin dəyəri 150 manat plan plastik qapı, 03 ədəd hər birinin dəyəri 150 manat olan hər iki tərəfi açılan dəmir materialından olan qapı, 03 ədəd hər birinin dəyəri 50 manat taxta materialından çarpayı, 2 ədəd hər birinin dəyəri 100 manat olan əlüz yuyanı, 01 ədəd dəyəri 330 manat olan su sayğacı, 01 ədəd dəyəri 450 manat olan hamam dəsti, 01 ədəd dəyəri 150 manat olan paslanmaz polad materialdan olan qazan və 15 ədəd hər birinin dəyəri 10 manat olan taxta materialından ayaqaltının naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını müəyyən etmişdir. Ona oğurluq nəticəsində 4420 manat maddi ziyan dəymişdir. O, təsadüfən həmin sexin yaxınlığından keçəndə orada olan metal qəbulu məntəqəsində ona məxsus 01 ədəd elektrik generatorunun yanacaq çənini, 1 ədəd dəmir qapını, 1 ədəd qazanı və pəncərələri görmüş və həmin məntəqəni işlədən Nizami adlı şəxsdən həmin materialları kimin satdığını soruşmuşdur. Nizamidə “həmin materialları bu gün günorta saatlarında Almazın oğlundan aldığını” bildirmişdir. O, bundan sonra polisə bu barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu və onlara ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid öldüyü nəzərə alınaraq, onun məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. Şahid ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 Salı yataqxananın həyətində metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olur. 20.08.2020-ci il tarixdə təxminən saat 13 radələrində qəsəbədə yaşayan tanıdığı Almaz adlı şəxsin oğlu ona əl arabası ilə dəmir qapı gətirərək bildirmişdir ki, qapı qonşuları bu əşyaları vermişdir ki, istifadə edin, təhvil verib pul almaq üçün gətirdiyini bildirmişdir. O, da ondan həmin materialların oğurluq olub olmadığını soruşduqda onu tam əmin etmişdir ki, materialları qonşusu kamaz sürücüsü vermişdir. O, da həmin əşyaları tərəzidə çəkdikdən sonra 12 manat pul verərək qəbul etmişdir. 01.09.2020-ci il tarixdə təxminən saat 13 radələrində yenə də Almazın oğlu araba ilə yenə də dəmir materialından olan 1 ədəd göy rəngli çəni gətirərək 22 manata ona vermişdir. O, yenə də həmin çənin oğurluq olub-olmadığını soruşduqda bildirmişdir ki, çəni də həmin qonşusu vermişdir. Həmin materialların oğurluq olub olmaması barədə soruşduqda həmin Almazın oğlu ona bildirdi ki, qonşusu ona həmin materialları pay vermişdir. Ona əşyaları satmış şəxslərdən biri qəsəbədə Almazın oğlu Coşqun kimi tanıdığı şəxsmiş, Coşqunun yanında həmişə bir nəfər olmuşdur və o, həmin şəxsi tanımırmış. Həmin şəxslər yuxarıda göstərdiyindən əlavə ona 03 ədəd giriş dəmir qapısını, 02 ədəd plastik materialından olan pəncərəni, 03 ədəd aliminium materialından pəncərəni, 1 ədəd divanı, 03 ədəd plastik qapını, 03 ədəd hər iki tərəfi açılan dəmir materialından olan qapını, 03 ədəd taxta materialından çarpayını, 2 ədəd əl-üz yuyanı, 01 ədəd su sayğacını, 01 ədəd hamam dəstini, 01 ədəd paslanmaz polad materialdan olan qazanı, 15 ədəd taxta materialından ayaqaltını, plastik materialından 3 ədəd lövhələri və 1 ədəd 2 hissəli dəmir materialından profili satmışlar. O, həmin əşyaları Almazın oğlu Coşqun tərəfindən ona satdığı vaxtı dəqiq xatırlaya bilmirmiş. O, yuxarıda göstərdiyi əşyaların bir hissəsini tanımadığı şəxslərə satmış, bir hissəsini isə poladəritmə zavoduna təhvil vermişdir. Hal-hazırda olan əşyalar isə 01 ədəd giriş dəmir qapını, 01 ədəd elektrik generatorunun yanacaq çənini, plastik materialından 3 ədəd lövhələri və 1 ədəd 2 hissəli dəmir materialından profili təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 sentyabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki,iİş üzrə Şahid iş üzrə maddi sübut əhəmiyyət kəsb etdiyindən 1 ədəd göy rəngli 70x60 sm ölçülü (elektrik generatorunun yanacaq çəni), 1 ədəd 1x2 ölçülərində (giriş) dəmir qapı, 3 ədəd plastik materialdan olan 70x155 sm ölçülü lövhələr və 2 hissəli (U formasında) 190x60x3 sm ölçüləri dəmir materialdan olan profil protokolla götürülmüşdür.(i.v.17-21); Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( i.v. 28-29, 30) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçiilməsinə dair vəsatətin rədd edilməsi haqqında 03 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçildikdən sonra MSY-dən azad olunması qərara alınmışdır. (i.v.68-69); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 03.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v.70-71); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 26.11.2008-ci il təvəllüdlü Nicat, 28.11.2011-ci il təvəllüdlü Nuray adlı 2 azyaşlı övladı var.(i.v.73-74); 07.09.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, onlar birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən çörək sexindən birlikdə oğurluq etmişlər.(i.v.83-85); Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 91-92,93) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsin seçilməsi barədə vəsatət rədd edilmiş, Qaradağ RPİ-nin MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v.118-119); 20 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Şahid götürülmüş 1 ədəd göy rəngli 70x60 sm ölçülü (elektrik generatorunun yanacaq çəni), 1 ədəd 1x2 ölçülərində (giriş) dəmir qapı, 3 ədəd plastik materialdan olan 70x155 sm ölçülü lövhələr və 2 hissəli (U formasında) 190x60x3 sm ölçüləri dəmir materialdan olan profilə zərərçəkmiş şəxs X1 iştirakı ilə baxış keçirilmiş, X3 əşyaların ona məxsus olduğunu bildirmişdir.(i.v.122-124); 10 oktyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, o, verdiyi ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir.(i.v.133- 136); İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, o, verdiyi ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir.(i.v.141-142); Məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 noyabr 2020-ci il tarixli 9/4684 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti və ümumi dəyəri təxminən 360,00 manat müyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - 1 vahidinin qiyməti 100 manat olmaqla 1 ədəd göy rəngli 70x60 sm ölçülü (elektrik generatorunun yanacaq çəni) -100 manat, - 1 vahidinin qiyməti 100 manat olmaqla 1 ədəd 1x2 ölçülərində (giriş) dəmir qapı- 100 manat, - 1 vahidinin qiyməti 40 manat olmaqla 3 ədəd plastik materialdan olan 70x155 sm ölçülü lövhələr-120 manat, - 1 vahidinin qiyməti 40 manat olmaqla 2 hissəli (U formasında) 190x60x3 sm ölçüləri olan dəmir materialdan profil-40 manat.(i.v.147-148); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.09.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24.09.2019cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31.04.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 149); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.09.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (i.v. 150); Sübutların qiymətləndirilməsi və yeni ittihamın verilməsi barədə qərardan görünür ki, 03.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 elan olunmuş CM-nin 177.2.1 və 177.2.3-cü maddələrlə olan ittihama əlavə və dəyişikliklər edilməklə həmin maddələrlə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 elan olunmuş CM-nin 177.2.1 və 177.2.3-cü maddələrlə olan ittihama əlavə və dəyişikliklər edilməklə həmin maddələrlə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə Şahid götürülmüş 1 ədəd göy rəngli 70x60 sm ölçülü (elektrik generatorunun yanacaq çəni), 1 ədəd 1x2 ölçülərində (giriş) dəmir qapı, 3 ədəd plastik materialdan olan 70x155 sm ölçülü lövhələr və 2 hissəli (U formasında) 190x60x3 sm ölçüləri olan dəmir materialdan profil maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır.İş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, hadisə yerinə baxış protokolları və fotoşəkillər, digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs1 əldə edərək istifadə etdiyi narkotik maddə əldə olunmadığından barəsində həmin hissədə cinayət təqibi rədd edilmişdir. 01.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq etmədiyindən həmiin hissədə onların əməlləri üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v.151-158); 14.04.2021-ci il tarixli qərardan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan olunmaqla tutulması, tutulduqdan sonra saxlanması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 06.05.2021-ci ildə tutularaq Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ 168586 nömrəli ölüm haqqında şahədətnamədən görünür ki, Şahid 23 dekabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 289 nömrə ilə qeyd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların özlərinin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, habelə iş üzrə ölmüş Şahid məhkəmə baxışı zamanı tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli hesab edərək, Təqsirləndirilən şəxs1 ümumilikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən köhnə çörək sexindən dörd dəfə oğuluq etməsi, 28 avqust 2020-ci il tarixdə Sadiqlə birlikdə həmin yerə getməməsi və oradan həmin gün heçnə oğurlamaması, məhkəmədə ifadəsində göstərdiklərindən başqa həmin yerdən digər əşya və materiallar oğurlamaması, ibtidai istintaq zananı verdiyi ifadəsinin məzmununu müstəntiq ona oxutmadan vərəqə imza etdirməsi və R.Cəlullayevin 30 avqust 2020-ci il tarixdə məhkəmədə ifadəsində göstərdiklərindən başqa digər əşya və materiallar oğurlamaması, habelə ibtidai istintaq zananı verdiyi ifadəsinin məzmununu müstəntiq ona oxutmadan vərəqə imza etdirməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin və şahidin ifadəsi, üzləşdirmə protokolu, xüsusilə “Baxış keçirilməsi haqqında” 21 may 2018-ci il tarixli protokol və Baxış keçirilməsi haqqında” 20 sentyabr 2020-ci il tarixli protokolların məzmunu, 01 sentyabr 2020-ci il tarixli “götürmə haqqında” protokolun məzmunu, 10 oktyabr 2020-ci il tarixli “ifadənin yoxlanılaması haqqında” protokolun məzmunu əmtəəşünaslıq ekspertizasının 12 noyabr 2020-ci il tarixli 9/4684 saylı rəyi, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hazırkı cinayət işi üzrə ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsilərin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onların cəzasını yüngülləşdirilməsinə cəhd kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, iş üzrə ölmüş Şahid məhkəmə baxışı zamanı tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini və cinayət əmələrinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittiham edildilləri əməlin törədilməsi və baş vermiş cinayətdə təqsirləri sübuta yetirilmiş, habelə onların törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayət əməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il 1 №-li Qərarının 10, 11 və 27-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən, cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını (CM 59.1.4), törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2019cu il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını 30.04.2020-ci ildə çəkib qurtarsa da, lakin məhkumluğunun ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinə görə cəza təyini məsələsini müzakirə edərkən, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (Təqsirləndirilən şəxs2 əməlində residivin olması), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması, Təqsirləndirilən şəxs1 əməlində məsuliyyətini ağırlaşdıran halların olmaması), cəzanın fərdiləşdirilməsi prinsipi, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən onun əməlində cinayətlərin residivinin olması (CM-65.2.) nəzərə alınmalı, cəza təyin edərkən həmçinin onun ibtidai istintaq dövründə onun 07 sentyabr 2020-ci il tarixdən 09 sentyabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM-69.3), onun cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tutlma altında saxlandığı və həbsdə olduğu müddət nəzərə alınmalı (CPM-158.2.1., 158.6 ), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməl i(CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 06.05.2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Şahid götürülmüş 01 ədəd göy rəngli 70x60 sm ölçülü elektrik generatorunun yanacaq çəninin, 01 ədəd 1x2 ölçülərində (giriş) dəmir qapının, 03 ədəd plastik materialdan olan 70x155 sm ölçülü lövhələrin və 02 hissəli (U formasında) 190x60x3 sm ölçüləri olan dəmir materialdan profilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (atmış) saat vaxt sərf etmiş, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 70 (yetmiş) saat vaxt sərf etmiş, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt sərf etmiş, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt sərf etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkil X2 tərəfindən göstərilmiş 60 (altmış) iş saatı hüquqi yardıma görə 360 (üç yüz altmış) manat pul, vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkil X5 tərəfindən göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat pul, vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmədə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 sentyabr 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 07 sentyabr 2020-ci il tarixindən 09 sentyabr 2020-ci il tarixinədək şübhəli şəxs kimi saxlanıldığı 02(iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şahid götürülmüş 01 ədəd göy rəngli 70x60 sm ölçülü elektrik generatorunun yanacaq çənin, 01 ədəd 1x2 ölçülərində (giriş) dəmir qapısının, 03 ədəd plastik materialdan olan 70x155 sm ölçülü lövhələrin və 02 hissəli (U formasında) 190x60x3 sm ölçüləri olan dəmir materialdan profilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkil X2 tərəfindən göstərilmiş 60 (altmış) iş saatı hüquqi yardıma görə 360 (üç yüz altmış) manat pul, vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkil X5 tərəfindən göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat pul, vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmədə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabınaköçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) vaxtdan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-68/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-68/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver