Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-68/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, Qarabağ müharibəsi veteranı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X16 Təchizat və Satışı İdarəsinin Sabirabad X7 şəbəkə sahəsində sahə rəisinin enerji satış üzrə müavini işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Belə ki, o, 15 sentyabr 2021-ci ildə saat 18:45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 57-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru keçən piyadalar X3 və Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Azadə Babaverdiyevanın sağ bud və sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları, sinfizin travmatik aralanması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs sağ mil sümüyünün qapalı, yerdəyişən sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1074 (bir min yetmiş dörd) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «BC» kateqoriyalı, AC seriyalı, 817385 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqəylə etibarnamə əsasında "xxxx" MMC-də qeydiyyatda olan «Khazar SD» minik markalı, **-PY- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə həmin avtomobili kreditlə almış, hər ay pul ödəmişdir. O, 14 sentyabr 2021-ci il tarixdə həmin avtomobillə yaşadığı Şirvan şəhərindən Bakı şəhərinə gəlmiş, 15 sentyabr 2021-ci il tarixdə səhər saatlarında övladını əməliyyata aparıb axşama kimi xəstəxanada olmuş və həkimdə işini bitirib yenidən Şirvan şəhərinə qayıtmaq istəmişdir. O, ailəsi ilə birlikdə hazırlaşıb idarə etdiyi «Khazar SD» markalı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gəlib oradan Bakı- Qazax-Gürcüstan avtomobil yoluna çatıb Qazax şəhəri istiqamətində hərəkətə başlamış, hərəkətdə olarkən avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 3 nəfər sərnişin yəni, həyat yoldaşı, qızı və oğlu olmuşdur. O, avtomobili saatda təxminən 90-100 km/saat surətlə idarə edərək Bakı-Qazax yolu ilə xeyli getmiş və Səngəçal qəsəbəsini keçib Qobustan qəsəbəsi istiqamətində hərəkətinə davam etmişdir. Saat təxminən 18:45 radələrində Qobustan qəsəbəsinə çatıb avtomobili saatda təxminən 80 km/saat surətlə yolun soldan birinci hərəkət zolağı ilə davam edən zaman yolun sağdan birinci hərəkət zolağında Qazel markalı avtomobil surətini azaldaraq yolun sağ kənarına doğru istiqamətlənmiş, o, həmin avtomobilə fikir verməyib öz yoluna davam edib həmin avtomobilin yanından keçən zaman görmüşdür ki, iki nəfər qadın piyada adi qaçışla yolu sağdan sola doğru keçirlər. Onları görən kimi tormoz verib hadisədən yayınmaq istəsə də bunun heç bir xeyri olmamış və həmin piyada qadınlardan biri onun idarə etdiyi «Khazar SD» markalı avtomobilin qabaq sağ hissəsinə və sağ yan güzgüsünə dəyərək yerə yıxılmışdır. Hadisədən sonra o, avtomobili yolun sağ kənarında saxlamış və düşərək həmin piyadaya doğru qaçıb ona ilkin yardım göstərib təcili yardıma zəng vurmuşdur. Hadisə yerinə gələn təcili yardım həkimləri həmin piyada qadını xəstəxanaya aparmışlar, o, özü isə hadisə yerində qalıb hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisə zamanı özü və avtomobildə olan ailə üzvləri heç bir bədən xəsarəti almamışlar. O, öz ifadəsində daha sonra hadisədən sonra zərərçəkmiş şəxslərə maddi və mənəvi köməkliklər göstərdiyini, verilmiş mülki iddiaya dair isə heç bir sübut olmadığından mülki iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Son olaraq Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə saat 18:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 57-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən piyada X3 vurmuş, hadisə nəticəsində "xxxx" MMC-yə məxsus olan «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi barədə məlumat daxil olmuş və baxış keçirilərək 1074 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə "xxxx" MMC-nin direktorunun adından yazılmış məktubu təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödəndiyinə görə ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etsə də zərərçəkmiş şəxs və mülki iddiaçı X4 məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, şikayətçi olmaqla işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı X2 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs və mülki iddiaçı X5 göstərmişdir ki, 17 saylı şəhər birləşmiş xəstəxanasında xadiməçi işləməklə 15 sentyabr 2021-ci il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün evdən çıxaraq Qobustan qəsəbəsi Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən «Araz» marketə gedərkən yanında bacısı Gilas olmuşdur. O, bacısı ilə birlikdə avtobusla xeyli getdikdən sonra marketə çatmışlar, orada alış, veriş etdikdən sonra yenidən evə qayıtmaq üçün Bakı- Qazax avtomobil yolunun Qazax rayonu istiqamətində sağ kənarında dayanmış, yolu Bakı şəhəri istiqamətinə olan hissəsinə keçib avtobusa minmək istəyirmişlər. Onlar yolun hərəkət hissəsinə daxil olan zaman iki minik avtomobilinin gəldiyini görmüş, yolun sağ kənarından işlək hissəyə daxil olan zaman həmin minik avtomobillərindən biri yəni, Prado markalı minik avtomobili dayanaraq onlara yol verdiyini görmüş və hərəkətinə davam edərək bacısı ilə əl-ələ tutaraq yolu keçməyə davam etmişlər. O, Prado markalı minik avtomobilini keçib digər zolağa daxil olmuş, bu zaman həmin zolaqda hərəkətdə olan markasını bilmədiyi minik avtomobili surətlə gələrək onu vuraraq yerə yıxmış, bundan sonra o özündən gedərək gözlərini açanda xəstəxanada olduğunu görmüşdür. Hadisə zamanı o, ağır bədən xəsarətləri aldığını, sürücüyə qarşı şikayətçi olduğunu və dəymiş maddi ziyanın ödənilməsi üçün mülki iddiaçı qismində tanınmağını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etsə də zərərçəkmiş şəxs X10 məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs X15 göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə, yəni yol-nəqliyyat hadisəsi baş verən gün bacısı Azadə ilə birlikdə evdən çıxaraq Qobustan qəsəbəsi ərazisində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən «Araz» marketə getmişlər, orada alış-veriş etdikdən sonra yenidən evə qayıtmaq üçün Bakı-Qazax avtomobil yolunun Qazax rayonu istiqamətində sağ kənarında dayanaraq, yolu Bakı şəhəri istiqamətinə olan hissəsinə keçib avtobusa minmək istəyirmişlər. Onlar yolun hərəkət hissəsinə daxil olan zaman iki minik avtomobilinin gəldiyini görmüş, yolun sağ kənarından işlək hissəyə daxil olan zaman həmin minik avtomobillərindən biri, yəni “Prado” markalı minik avtomobili dayanaraq onlara yol verdiyini görmüş və hərəkətinə davam edərək bacısı ilə əl-ələ tutaraq yolu keçməyə davam etmişlər. Prado markalı minik avtomobilini keçib digər zolağa daxil olub, bu zaman həmin zolaqda hərəkətdə olan markasını bilmədiyi minik avtomobili surətlə gələrək bacısını və onu vurmuş, zərbədən bacısı Azadə xeyli uzaqda yerə yıxılaraq özündən getmişdir. O, dərhal bacısına köməklik edərək onu təcili yardıma qoyaraq xəstəxanaya aparmışdır. Hadisə zamanı qolunun sındığını və sürücüyə qarşı şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 Qaradağ rayon şöbəsinin 08 oktyabr 2021-ci il tarixli 720 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sağ mil sümüyünün qapalı, yerdəyişən sınığı bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Respublika Kliniki Xəstəxanasına müraciət etdiyi 15.09.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində törənə bilərdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 Qaradağ rayon şöbəsinin 14 oktyabr 2021-ci il tarixli 753 saylı rəyindən görünür ki, müayinə zamanı X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ bud və sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları, sinfizin travmatik aralanması bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Respublika Kliniki Xəstəxanasına müraciət etdiyi 15.09.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. Vət.A.Ş.Babaverdiyevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində törənə bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli 8/2374 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli 2/12896 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü saat 20:10 radələrində keçirilən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 20.09.2021-ci il tarixli 016-110926- 1221 nömrəli məktubdan məlum olur ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə 12.11.2020-ci il tarixdə (12.11.2030-cu il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı AC seriyalı 817385 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə, vətəndaş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. Cinayət işi üzrə «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İş materiallarında olan Azərişıq ASC-nin Şirvan RETSİ-nin rəisi tərəfindən 11.01.2022-ci il tarixdə verilmiş istehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Şirvan şəhər RİHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.01.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı-1970-ci il təvəllüdlü X6, qızı-1997-ci il təvəllüdlü X8 və oğlu-2007-ci il təvəllüdlü X11 ibarətdir. İş materiallarında olan 023375 nömrəli vəsiqənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X5 xəsarət alması və müalicə xərcləri üçün ona 5000 manat maddi ziyan dəydiyini bildirərək mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 may 2007-ci il tarixdə doğulmuş X13 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi ərizə ilə məhkəməyə müraciət edərək 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs oğlunun barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.1 və 1.16-cı bəndinin tətbiq edilməsinə etiraz etməyərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, amnistiya aktına əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli olduğundan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarının 1.1-ci bəndindən görünür ki, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarının 1.16-cı bəndindən görünür ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarının 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2-ci maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, yəni təqsirləndirilən şəxsin Qarabağ müharibəsi veteranı olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.1 və 1.16cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Verilmiş mülki iddiaya münasibətdə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxslərə izah edilməlidir ki, mülki mühakimə icraatı qaydasında onlara dəymiş maddi və ya mənəvi ziyanın ödənilməsini tələb etmək hüquqları vardır. Belə ki, zərərçəkmiş şəxs X5 mülki iddiaçı kimi tanınmasına dair ərizəsində hadisə nəticəsində xəsarət aldığını və müalicə xərcləri üçün ona 5000 manat məbləğində ziyan dəydiyini bildirsə də istər iş materiallarında istərsə də zərərçəkmiş şəxsin ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi hallar və onları təsdiq edən sübutlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbindən aydın olur ki, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində göstərilir k, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Khazar SD» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslərə izah edilsin ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlara vurulmuş maddi və mənəvi ziyanların ödənilməsi ilə bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-68/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-68/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver