Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-68/2023 24.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə Hacıqabul rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyatçılar küçəsi ev 31 A-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Bakı-Salyan magistral yolunun 55 km-də Qaradağ rayonu, Qobustan qəsəbəsi Salyan yolu küçəsi 8 nömrəli evin qarşında iş yoldaşı Zərərçəkmiş şəxs ilə növbəliliklə idarə etdikləri Yüzbaşov Pərviz Fərmail oğluna məxsus “Mercedes Sprinter 311 CDİ” YÜK markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində yaranmış nasazlığı aradan qaldırdıqdan sonra Zərərçəkmiş şəxs tapşırığına əsasən, mühərrik örtüyü açıq vəziyyətdə olan, dayanmış avtomobilin mühərrikini işə salarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yəni hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomobilin mühərrikini işə salmazdan əvvəl, avtomobilin duracaq tormoz sistemini qoşmalı, sürətlər qutusunun dəstəyini neytral vəziyyətə gətirməli, avtomobilin öz-özünə hərəkətini istisna edən, yəni avtomobilin irəliyə doğru hərəkət etməsinin qarşısını alan zəruri tədbirləri görməli və bundan sonra avtomobilin mühərrikini işə salmalı olduğu halda qanunun qeyd olunan tələblərinə əməl etməmiş, sükan arxasına əyləşmədən kənardan açarla mexaniki sürət qutusu ötürücüdə olan avtomobilin mühərrikini işə salarkən avtomobilin hərəkətə başlaması nəticəsində qarşıda olan piyada Zərərçəkmiş şəxs üzərinə çıxaraq ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan-baş beyin toxumasına, onun mədəciklərinə və qişalararı altına qansızma, başın sağ gicgah sümüyünün xətti sınığı, başın alın, sağ gicgah, sol kürək, sol bazu, sol said, sol diz, sol ayaq nahiyyələrinin sıyrıqlardan ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə yaxın dost olmuş və bir yerdə qeyd olunan avtomobil ilə mağazalara yük, yəni toyuq məmulatlarını daşıyıb çörək pulu qazanırmışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 03:00 radələrində Elcanın idarə etdiyi avtomobildə nasazlıq olduğundan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində hərəkət istiqaməti iki tərəfli olan Qobustan dairəsi tərəfdən 11-PB-si istiqamətində asfalt yolda dayanmışlar. Elcan avtomobilin qarşı tərəfində olmaqla mühərrik örtüyünü qaldırıb mühərrik ətrafında hava çəkən borunu nəzərdən keçirirmişdir. Elcan mühərrik ətrafında hava çəkən boruya «F1» adlı balonun qazını püskürtməli və həmin zaman digər şəxs avtomobili işə salmalı idi ki, mühərrik işə düşsün. Bu səbəbdəndə Elcan ona mühərriki işə salmasını xahiş etmişdir. O, da öz növbəsində mühərrik örtüyü açıq olan, qarşı istiqaməti görmədiyi avtomobilə əyləşmədən sağ əlini sükan tərəfdən pəncərədən içəri salıb açar ilə avtomobilin mühərrikini işə salarkən avtomobilin sürət qutusu ötrücüdə olduğundan avtomobil hərəkətə başlayaraq qarşıda olan görmədiyi Elcanı ehtiyatsızlıqdan vurub üzərinə çıxmışdır. Elcan ağır bədən xəsarəti alıb huşunu itirdiyi üçün onu avtomobilə yerləşdirmək istəsədə alımamışdır. Həmin zaman çox həyacanlı olduğundan nə edə biləcəyini bilməmişdir. Həmin zaman post patrul xidməti əməkdaşı ona yaxınlaşaraq hadisəni görmüş və dərhal hadisə yerinə təcili tibbi yardıma zəg etmişdir. Təcili tibbi yardım ilə Elcanı xəstəxanaya apararkən o, yolda vəfat etmişdir. İlk dəfədir cinayət hadisəsi törədir.Törətdiyi əməldən səmimi peşmandır. Vəfat edən şəxsin ailə üzvləri ilə barışıq əldə edilmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur.Oğlu Elcan Təqsirləndirilən şəxs ilə birlikdə yük avtomobili ilə toyuq məmulatlarını mağazalara paylamaqla çörək pulu qazanırmışlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məlumat vermişlər ki, oğlu Elcan həmin tarixdə səhərə yaxın yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində magistral yolda avtomobilin qəfil işə salınması nəticəsində avtobilin altında qalmış və vəfat etmişdir. Hadisə ilə əlaqədar heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin PPXB-nün, polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə patrul yoldaşı X4 qəsəbəsində ərazidə xidmətdə olan zaman Bakı-Salyan magistral yolun kənarında Mercedes Sprinter markalı avtomobili dayandığını, yolda qana bənzər izlər olduğunu, avtomobilin sağ yan tərəfində yerdə huşu özündə olmayan kişi cinsli şəxsin və ona yardım etmək istəyən daha bir cavan oğlan aşkar etmişlər. Dərhal 103 xidmətinə məlumat verib, hadisənin yol nəqliyyat zamanı piyadanın ölümünə səbəb olmasını və avtomobilin orada olan Murad adlı sürücüsünün vurduğunu müəyyən etmişlər. Eyni zamanda Qaradağ RPİ-nin 11-ci PB-nə hadisə barədə məlumat vermişlər. Az keçmiş hadisə yerinə təcili tibbi yardım gələrək huşsuz piyadanı maşına yerləşdirib xəstəxanaya getmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 73 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişalararı altına qansızma, başın sağ gicgah sümüyünün xətti sınığı, başın alın, sağ gicgah, sol kürək, sol bazu, sol said, sol diz, sol ayaq nahiyyələrinin sıyrıqlarıdır. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ gicgah sümüyünün xətti sınıq nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il saat 09:00-da) 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (AKT №3100/K, xx.xx.2022-ci il tarixli). İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3040 nömrəli rəyindən görünür ki, “Mercedes Sprinter markalı” ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2/27774 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdə DİN-nin BDYPİ Sumqayıt RQİTBŞ-si tərəfindən verilmiş «BC» kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2029-cu il tarixədək etibarlıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 016-119444-1222 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 047034 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur.. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir.. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-68/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-68/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver