Məhkəmə qərarları › İş №1(002)-68/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-68/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-68/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 03 fevral 2025-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən tərtib edilərək 06 fevral 2025-ci il tarixdə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Əlisəfa oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 noyabr 2023-cü il tarixdə saat 13:10-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən siqaret köşkünün qarşısında saxlanılaraq həmin tarixdə saat 14:00 dəqiqədə ünvan 1 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və vidioçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində qara rəngli şalvarın sağ yan cibindən bir ədəd salfet kağızına bükülmüş içərisindən 5 ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,261 qram, 0,244 qram, 0,305 qram, 0,293 qram və 0,575 qram ümumi təmiz çəkisi 1,678 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair yazılı vəsatət vermişdir. Vəsatətdə qeyd edilmişdir ki, Həmin cinayət işi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ RPİ İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanaraq istintaqı aparılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Əlisəfa oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində qeyd edilən tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixdə ittiham aktı Qaradağ rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Qaradağ rayon məhkəməsinə (hakim Teymur Qurbanov) göndərilmişdir. Təqsirləndirilən şəxs Əlisəfa oğluna CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 25 noyabr 2023-cü il tarixdə saat 13:10-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən siqaret köşkünün qarşısında saxlanılaraq həmin tarixdə saat 14:00 dəqiqədə ünvan 1 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş içərisindən 5 ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,261qram, 0,244 qram, 0,305 qram, 0,293 qram və 0,575 qram ümumi təmiz çəkisi 1,678 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfimdən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, cinayət işi materialları öyrənilərkən iş üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İş üzrə şahidlər Şahid1 və Şahid2 ittiham aktında əks olunmuş ifadələri cinayət işi materiallarında olan ifadələrdən fərqli olmaqla X3 adlı şəxsin saxlanılaraq polis şöbəsinə gətirilməsi və onun üzərindən narkotik vasitə marixuana aşkar edilməsi barədə Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayət hadisəsinə aid olmayan halları əks etdirir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli materialların məhkəmə ekspertizası rəyindən Təqsirləndirilən şəxs Əlisəfa oğlunda aşkar edilmiş və götürülmüş maddənin 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,678 qram çəkidə psixotrop maddə olan metamfetamin olduğu və Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı məlum olur İttiham aktında isə sübutlar qeyd edilərkən Təqsirləndirilən şəxs Əlisəfa oğlunda aşkar edilib götürülmüş maddənin 0,5,30 qram qurudulmuş marixuana olması barədə hazırki cinayət işinə aidiyəti olmayan xx.xx.2023-cü il tarixli məhkəmə bioloji ekspertizasının və Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması barədə xx.xx.2023-cü il tarixli Məhkəmə narkoloji ekspertizasının rəyləri göstərilmişdir. Cinayət işi materialları ilə təsdiqlənmədiyi halda ittiham aktında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin residivinin olduğu göstərilmişdir. Belə ki, iş materiallarında olan məhkumluq haqqında arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarxli hökmünə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən isə residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmçinin Bakı şəhər prokurorluğundan daxil olmuş məktubdan məlum olur ki, hazırki cinayət işi üzrə ittiham aktı naməlum şəraitdə imzalanaraq Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Sadalanan pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPMnin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin qeyd edilən maddələrində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır.Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Əlisəfa oğlu və onun qanuni nümayəndəsi Təqsirləndirilən şəxs Əlisəfa oğlu vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə ittiham aktının CPMnin 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 ittiham aktında əks olunmuş ifadələri cinayət işi materiallarında olan ifadələrdən fərqli olmaqla X3 adlı şəxsin saxlanılaraq polis şöbəsinə gətirilməsi və onun üzərindən narkotik vasitə marixuana aşkar edilməsi barədə Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayət hadisəsinə aid olmayan halları əks etdirir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli materialların məhkəmə ekspertizası rəyindən Təqsirləndirilən şəxs Əlisəfa oğlunda aşkar edilmiş və götürülmüş maddənin 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,678 qram çəkidə psixotrop maddə olan metamfetamin olduğu və Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı məlum olur.İttiham aktında isə sübutlar qeyd edilərkən Təqsirləndirilən şəxs Əlisəfa oğlunda aşkar edilib götürülmüş maddənin 0,5,30 qram qurudulmuş marixuana olması barədə hazırki cinayət işinə aidiyəti olmayan xx.xx.2023-cü il tarixli məhkəmə bioloji ekspertizasının və Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması barədə xx.xx.2023-cü il tarixli Məhkəmə narkoloji ekspertizasının rəyləri göstərilmişdir.Cinayət işi materialları ilə təsdiqlənmədiyi halda ittiham aktında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin residivinin olduğu göstərilmişdir. Belə ki, iş materiallarında olan məhkumluq haqqında arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2023cü il tarxli hökmünə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən isə residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. . Bundan başqa Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Sadalanan pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPMnin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin qeyd edilən maddələrində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 303, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Əlisəfa oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvəsində saxlanılsın.. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar