Məhkəmə qərarları › İş №1(002)-69/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-69/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-69/2023 17.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi fərdi yaşayış evində yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 1(101)-191/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3300 manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 7(007)-720/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş 10 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımış, habelə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə ümumi təmiz çəkisi 1,485 qram 06 bükümdə narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,751 qram 03 bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, həmin heroinin 05 bükümdə 1,333 qram hissəsini və metamfetaminin 02 bükümdə 0,458 qram olan hissəsini Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı CÇMdə cəza çəkən məhkum Şahid9 göndərmək üçün yoxlamadan gizlətməklə çatdırmaq məqsədilə sonuncuya sovqat qismində verilməsi üçün aldığı makaron dənələrinin içərisinə yerləşdirmiş və həmin sovqatı Şahid11 və Şahid12 vasitəsilə məhkum Şahid9 göndərərkən, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentenisiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində həmin sovqata cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda keçirilmiş baxış zamanı sellofan torbada makaron dənələrinin içərisinə yerləşdirilmiş 05 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,240 qram, 0,293 qram, 0,232 qram, 0,260 qram olmaqla ümumi təmiz çəkisi 1,333 qram narkotik vasitə olan heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,247 qram və 0,211 qram olmaqla ümumi təmiz çəkisi 0,458 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyündən bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd etmiş, bundan sonra Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-ci PB-nin əməkdaşları tərəfindən saat 15:50 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində saxlanılmış, Bakı şəhəri, Qaradağ RPİ-nin inzibati binasına gətirilərək həmin gün saat 16:50 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə əldə edib saxlayaraq daşıdığı ümumi təmiz çəkisi 1,485 qram heroinin 01 bükümdə ümumi təmiz çəkisi 0,152 qram hissəsi və 0,751 qram metamfetaminin isə 01 bükümdə ümumi təmiz çəkisi 0,293 qram hissəsi aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən, yəni narkotik vasitənin satışında deyil istifadəsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Masazır qəsəbəsindən tanıdığı, Vüsal və ya Ruslan kimi xatırladığı şəxs ona zəng vuraraq görüşmək istədiyini demişdir. Həmin şəxs onun yaşadığı məhəlləyə gəlmiş, o, qapıya çıxıb həmin şəxslə görüşdükdə onun əlində 3-4 sellofan torba olduğunu görmüşdür. Həmin şəxs şəxsiyyət vəsiqəsi olmadığı üçün əlindəki ərzaqları onun şəxsiyyət vəsiqəsi ilə cəzaçəkmə müəssisəsinə təhvil verməyi xahiş etmiş və yoldan taksi saxlamaq üçün getmişdir. Həmin şəxs cəzaçəkmə müəssisəsinə onları aparması üçün yoldan saxladığı gümüşü rəngində “Mercedes-Benz” markalı taksi ilə təxminən 20-25 dəqiqədən sonra geri gəlmişdir. O, köməklik göstərərək torbalari maşının baqajına qoymuş həmin şəxsə zəng gəlmiş və taksi sürücüsünə nəqliyyat vasitəsini “Şamaxinka” deyilən ərazi istiqamətinə idarə etməsini bildirmişdir. Onlar Şamaxinka” deyilən əraziyə çatdıqda orada torbalari və 20 manat məbləğində pulu dönərxanada işləyən şəxsə təhvil vermiş və Masazır qəsəbəsinə geri qayıtmışlar. O, yaşadığı evdə düşmüşdür, həmin şəxs taksi ilə yoluna dava etmişdir. Daha sonra 01 oktyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu polis idarəsinə dəvət etmişlər. Polis İdarəsində otaqların birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının dövlət hesabına müdafiəsi üçün dəvət edilmiş vəkil ona təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaqının aparılacağına dair xəbərdar edildikdə etiraz etməmişdir. Ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızında olan və 1 ədəd sellofan ptorbada olan bükümləri təqdim etmişdir. Həmin bükümlər açılarkən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində qəhvəyi rəngli, bərk şəkildə kütlə, şəffaf sellofan torbada olan bükümdə isə ağ rəngli kristallik maddə aşkar olunmuşdur. O, həmin maddələrin heroin adlanan narkotik vasitə və şüşə adlanan psixotrop maddə olduğunu, özünə məxsus olduğunu, 29 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa üzərindən özünə məxsus ***-***-**-** saylı mobil nömrəni işlətdiyi “Xiaomi” markalı mobil telefon, yaşadığı evin açarı və 59 manat pul və bir ədəd gümüşü rəngli boyunbağı aşkar edilmişdir. 59 manat pul və bir ədəd gümüşü rəngli boyunbağı özünə qaytarılmışdır. Üzərindən aşkar edilərək götürülmüş maddələr isə zərfə qoyularaq möhürlənmiş, tərtib edilmiş protokol özü və istintaq hərəkəti zamanı iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, o, cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə cəhd etməmiş, narkotik vasitənin satışı ilə ümumiyyətlə məşğul deyil, lakin uzun illərdir ki, narkotik vasitədən istifadə edir. O, Ruslan adlı tanışının şəxsiyyət vəsiqəsi olmadığı üçün ona köməklik göstərilməsi məqsədilə sellofan torbaların təhvil verilməsinə razılıq vermişdir. Həmçinin, məhkəmədən onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan videogörüntü və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi PX-in 8 saylı cəzaçəkmə müəssisəsində rejim nəzarət şöbəsində nəzarətçi işləyən Şahid2 ifadəsində göstərmişdir ki, o, 8 saylı cəzaçəkmə müəssisəsində xidmət aparır. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində cəzaçəkmə müəssisəsinin 1-ci rejim korpusunun 14 saylı kamerasında xüsusi rejimdə cəzaçəkən məhkum Şahid9 sovqat gətirmiş vətəndaş Şahid12 gətirdiyi sovqata nəzarət buraxılış məntəqəsində baxış keçirilərkən həmin sovqatda olan makaron dənələrinin içərisinə yerləşdirilmiş 07 ədəd ağ sellofona bükülmüş, spesifik iyə malik maddələr aşkar olunmuşdur. Həmin maddələr götürülüb qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə nazirliyi PX-in 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid1 və Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində “Şamaxinka” deyilən ərazidə nahar edərkən yaxınlıqda dönərçi işləyən Rasim onun taksi xidmətlərindən istifadə etməsi ilə bağlı müraciət etmişdir. Belə ki sonuncu ona təxminən 5-6 ədəd sellofan torbaları verərək, 8 saylı cəzaçəkmə müəssisəsinə aparmasını istəmişdir. Oraya çatdıqda ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlaması üçün ona həmin nömrəni təqdim etmiş, həmin şəxsin torbaların kimə veriləcəyini deyəcəyini bildirmiş və ona 20 manat yol pulu vermişdir. Oraya çatdıqda həmin nömrəyə zəng etmiş, bir nəfər şəxs ona həmin sovqatı Şahid9 çatdırmağı bildirmiş, o da həmin sovqatı 8 saylı cəzaçəkmə müəssisəsinə təhvil verərək məhkum Şahid9 çatacağını bildirmiş və oradan getmişdir. 8 saylı cəzaçəkmə müəssisəsində otaqların birində çantaya baxış keçirilərkən gətirdiyi sovqat çantasında sellofan torbada olan makaronların içərisində 7 ədəd bükümdə toz şəklində maddələr aşkar olunmuşdur. O, orada izahat verərək ifadəsində qeyd etdiyi xüsusatları bildirmişdir. Daha sonra həmin bükümlər möhürlənərək qablaşdırılmış və orada olan şəxslər imza etmişlər. Şahid12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, çantada narkotik vasitə olması barədə heç bir məlumatı olmamışdır. Belə ki o, Rasim adlı şəxsin müraciəti ilə əvvəllər də eyni cəzaçəkmə müəssisəsinə bağlama aparmış və heç bir problemlə qarşılaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olduğu müddətdə 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid9 qohumları tərəfindən göndərilmiş sovqatı dəfələrlə təhvil vermişdir. 28 sentyabr 2022-ci il tarixdə ona zəng edərək növbəti dəfə 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid9 üçün göndərilmiş sovqatın ona çatdırılmasını xahiş etmişlər. O, həmin vaxt taksi fəaliyyətini həyata keçirdiyi, “Şamaxinka” adlanan ərazidə olmadığı üçün sovqatın dönər satışı həyata keçirən obyektə təhvil verilməsini onlara bildirmişdir. Həmin vaxt o, şəxsi işləri səbəbindən sovqatı çatdıra bilməmiş, məhkum Şahid9 tanışı digər taksi sürücüsünə müraciət edərək sovqatın ona çatdırılmasını xahiş etmişdir. Şahid10 məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, Şahid9 göndərilən sovqat, bağlamalar isə özlərini ona sonuncunun qohumları kimi təqdim edən şəxslər tərəfindən verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2008-ci il tarixdən 8 saylı cəzaçəkmə müəssisəsində böyük mütəxəssis vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində cəzaçəkmə müəssisəsinin 1-ci rejim korpusunun 14 saylı kamerasında xüsusi rejimdə cəzaçəkən məhkum Şahid9 sovqat gətirmiş vətəndaş Şahid12 gətirdiyi sovqata nəzarət buraxılış məntəqəsində baxış keçirilərkən həmin sovqatda olan makaron dənələrinin içərisinə yerləşdirilmiş 07 ədəd ağ sellofona bükülmüş, spesifik iyə malik maddələr aşkar olunmuşdur. Həmin maddələr götürülüb qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə nazirliyi PX-in 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid9 ifadəsində göstərmişdir ki, Şahid11 təxminən 6-7 il əvvəl Rail adlı tanışı vasitəsilə tanımışdır. Cəzaçəkmə müəssisəsində mobil telefon istifadə etmək qadağan olduğundan o, 28 sentyabr 2022-ci il tarixdə Şahid11 zəng vurmamışdır. Rail adlı şəxslə 10 ilə yaxındır ki, tanışlığı var və o, dəfələrlə onun yanına sovqat gətirmişdir. Raillə telefon vasitəsilə əlaqə yaratmaq lazım olduqda yalnız cəzaçəkmə müəssisəsinin telefonu ilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır, 28 sentyabr 2022-ci il tarixdə isə Masallı rayonundan olan “Əliqan” adlı tanışı ona sovqat göndərəcəyi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Şahid9 təxminən 10 il əvvəl X8 vasitəsilə tanımışdır. 28 sentyabr 2022-ci il tarixdə 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid9 çatacaq bağlama təxminən 4-5 sellofan torbada onun işlədiyi obyektə “Mercedes Benz” markalı nəqliyyat vasitəsi ilə gəlmiş, biri sürücü olmaqla ümumilikdə 3 şəxs tərəfindən təhvil verilmişdir. Həmin şəxslərdən sürücü nəqliyyat vasitəsinin yanında gözləmiş, təqsirləndirilən şəxs və onunla birlikdə gəlmiş adını bilmədiyi digər şəxs ona tərəf yaxınlaşmışlar. O, həmin vaxt məşğul olduğu üçün onlara sellofan torbaları obyektin münasib yerində yerləşdirmələrini bildirmiş, həmin şəxslər isə bağlamanı cəzaçəkmə müəssisəsinə çatdıracaq taksi sürücüsü üçün nəzərdə tutulmuş 20 manat məbləğində pulu ona vermiş və oradan getmişlər. Həmin gün axşam taksi sürücüsü Şahid12 oğlu ona zəng edərək atasının cəzaçəkmə müəssisəsinə apardığı sovqat səbəbindən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şahid12 oğlu tərəfindən ona verilmiş məlumatdan sonra işlətdiyi obyektə təqdim olunmuş torbalarda qanunsuz əşya olması ona məlum olmuşdur. Həmçinin, Şahid11 işlətdiyi obyektin kameraları vasitəsilə qeydə alınmış görüntülərə polis əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində sellofan torbaları ona təhvil vermiş şəxslər müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkil Şahid8 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə saat 15:50-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid12 8 saylı CÇM-də cəza çəkən Şahid9 gətirdiyi sovqatdan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Şahid11 vermiş şəxslərdən biri olmaqda şübhəli hesab edilən Əliyev X3 rayonu, Masazır qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında saxlanılmış, Qaradağ RPİ-nə gətirilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda videoçəkiliş aparmaqla onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxladığı qeyri-qanuni əşya və ya maddənin təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisində 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş və 1 ədəd sellofanda olan bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükümlər açılarkən siqaretin gümüşü rəngli kağızında olan bükümdən içərisində qəhvəyi rəngli, bərk şəkildə kütlə, şəffaf sellofanda olan bükümdə isə ağ rəngli kristallik maddə aşkar olunmuşdur. Sonuncu həmin maddələrin narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfetamin” olduğunu və 29 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon, 1 ədəd açar və 59 manat pul və bir ədəd gümüşü rəngli boyunbağı aşkar edilmişdir. Aşkar edilmiş 59 manat pul və bir ədəd gümüşü rəngli boyunbağı şəxsin özünə qaytarılmış, bükümlərdə aşkar edilərək götürülmüş maddələr isə tərkibinin müəyyən edilməsi məqsədilə məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkil Şahid7 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, “Mercedes Benz” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. 28 sentyabr 2022-ci il tarixdə yaşadığı Masazır qəsəbəsində hərəkətdə olarkən təxminən 24-25 yaşlarında olan kişi onun nəqliyyat vasitəsini dayandırmaq üçün işarə vermiş, o, dayandıqdan sonra 8 saylı cəzaçəkmə müəssisəsinə bağlamanın çatdırılması müqabilində tələb edəcəyi ödənişlə maraqlanmışdır. O, həmin şəxsə 40 manata apara biləcəyini demiş və onlar razılaşmışlar. Həmin şəxs onun idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək əvvəlcə bağlamanı götürəcəkləri ünvana sürməsini, oradan isə cəzaçəkmə müəssisəsinə gedəcəklərini bildirmişdir. Birinci ünvana çatdıqda onun nəqliyyat vasitəsində gəlmiş sərnişin enərək ev tərəfə getmiş və həmin evdən təqsirləndirilən şəxslə bərabər hər birinin əlində təxminən 3-4 ədəd sellofan torba ilə maşına doğru gəlmişlər. Maşına əyləşdikdən sonra digər şəxs mobil telefon vasitəsilə danışdıqdan sonra, bağlamanı birbaşa cəzaçəkmə müəssisəsinə deyil, “Şamaxinka” adlanan ərazidə obyektə təhvil verəcəklərini demiş və qeyd olunan ünvana gediş-gəliş haqqı olaraq 25 manata razılaşmışlar. Qeyd olunan ünvana çatdıqdan sonra təqsirləndirilən şəxs və digər şəxs sellofan torbaları təhvil verdikdən sonra onları götürdüyü ünvana geri qaytarmış və oradan getmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 164-165-ci vərəqələrində olan 01 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 197-199-cu vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi barədə 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1, 234.2 və 29,317-1.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 201-202-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 229-231-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 4(002)-177/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddəti nəzərə alınmaqla 28 dekabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 26-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli, 6/5574 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı X5 üçün" dairəvi möhür əksləri olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qr., 0,240 qr., 0,293 qr., 0,232 qr., 0,260 qr., ümumi təmiz çəkisi 1,333 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,247 qr., 0,211 qr., ümumi təmiz çəkisi 0,458 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cildinin 25-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 40,91 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 188-189-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2022-ci il tarixli 6/5668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 8 saylı X5 üçün” dairəvi möhür əksləri olan bir ədəd zərfdə 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,233 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik maddə heroindir, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,358 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Üzərində “..Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,293 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,152 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik maddə heroindir. Kağız paketdəki və zərfdəki narkotik vasitə heroinlər kimyəvi komponentlər tərkiblərinə görə eynidirlər, kağız paketdəki və zərfdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponentlər tərkiblərinə görə eynidirlər. Heroin və metamfetamin “Azərbaycan Respublikasının ərasində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir, metamfetamin isə “Azərbaycan Respublikasının ərasində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cildinin 187-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 133-133A vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 22 oktyabr 2022-ci il tarixli, 6248 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı oı tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.3 və 315.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2006-cı il tarixli qərarına əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2006-cı il tarixli hökmü dəyişdirilərək onun üzərində 3000 manat məbləğində cərimə cəzası və 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 17 sentyabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. 13 mart 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3, 67.1 və 68.2-ci maddələrinə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş, Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarına əsasən onun cəza müddəti 05 il 06 aya endirilmiş, 08 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 3300 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 7(007)-720/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 17(on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 88-89-cu vərəqələrində olan 04 noyabr 2022-ci il tarixli maddi sübut qismində tanıma haqqında qərardan görünür ki, 28 sentyabr 2022-ci il tarixdə 8 saylı CÇM-də cəza çəkən məhkum Şahid9 göndərilmiş sovqatdan aşkar edilmiş 05 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,240 qram, 0,293 qram, 0,232 qram, 0,260 qram olmaqla ümumi təmiz çəkisi 1,333 qram narkotik vasitə olan heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,247 qram və 0,211 qram olmaqla ümumi təmiz çəkisi 0,458 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 bükümdə ümumi təmiz çəkisi 0,293 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinlərin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi - 1,133 qram və 0,102 qram, metamfetaminlərin isə 0,258 qram və 0,243 qram olan hissələri saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 105-ci vərəqəsində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 20 noyabr 2022-ci il məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2016-cı il tarixindən "ümumi xəstəlik" səbəbi ilə beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixindən "ümumi xəstəlik" səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik barədə qərar qəbul edilmişdir. Cinayət işinin 2-cildinin 150-164-cü (164A) vərəqələrində olan 26 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.2 və 29,317-1.1-ci maddələrinə tövsif edilməklə, cinayət işi Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 29,317-1.1-ci maddələrindən həmin Məcəllənin 234.2 və 29,317-1.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 29,317-1.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefon, mobil telefona baxış protokolu iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi istintaqa məlum olmayan mənbəni və "Ruslan" adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün material ayrılmışdır. Cinayət işinin 2-cildinin 166-167-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittham elan etmək haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı İstintaq Təcrixanasının Tibb-sanitar hissəsinin rəisi Rəşad Hüseynov tərəfindən ünvanlanmış 28 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, 2015-ci ildən İİV (insanın immun çatışmamazlığı virusu), virus hepatiti C və psoriaz xəstəliklərindən əziyyət çəkdiyini bildirmişdir. İlkin tibbi müayinənin nəticəsi olaraq ona "İİV ( insanın immun çatışmamazlığı cirusu), Xroniki virus hepatiti C. Yayılmış psoriaz" diaqnozları qoyulmuş və həkim nəzarətinə götürülmüşdür. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs İİV xəstəliyinin kəskinləşməsinin qarşısını almaq üçün Respublika QİÇS-lə mübarizə mərkəzinin həkim komisiyası tərəfindən təyin edilmiş ömürlük müalicə alır. Onun digər xəstəlikləri də həkim nəzarətindədir. Xroniki xəstəliklərinin kəskinləşməməsi üçün dəstəkləyici təyinatlar verilir. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunsuz əşyaların təqdim etməsi təklif edilmiş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş və sellofan paketə bükülmüş 02 ədəd bükümü təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, 29 sentyabr 2022-ci il tarixdə Masazır qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon, bir ədəd açar, 59 manat pul və bir ədəd gümüşü rəngli boyunbağı aşkar edilmişdir. Aşkar edilmiş 59 manat pul və bir ədəd gümüşü rəngli boyunbağı şəxsin özünə qaytarılmış, 02 ədəd büküm zərfdə qablaşdırılaraq möhürlənmiş və götürülmüş, “Xiaomi” markalı mobil telefon iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıması, habelə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürməyə cəhd etməsi cinayətlərini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2, 29,317-1.1-ci maddələri ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir, özünümüdafiə xarakteri və cəzadan yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında iştirak etmiş şahidlərin ifadələrindən də məlum olmuşdur ki, 8 saylı cəzaçəkmə müəssisəsinə çatdırılması nəzərdə tutulmuş sellofan torbalar məhz təqsirləndirilən şəxsin yaşadığı ünvandan götürülmüş və həmin bağlamanın təqdim edilməsi ilə bağlı bütün məqamlarda bilavasitə Təqsirləndirilən şəxs iştirak etmişdir. Bundan əlavə bağlamada olan narkotik vasitədən məlumatsız olduğunu bildirməsinə, tanışı “Ruslan” adlı şəxsə köməklik etmək məqsədilə həmin bağlamaların çatdırılmasında iştirak etdiyini qeyd etməsinə baxmayaraq, tanışı olan həmin naməlum şəxsin anket məlumatlarını həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə gizli saxlamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, Güclü təsir edən və zəhərli maddələrin qanunsuz maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyul 1997-ci il tarixli, 1 saylı qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin hazırlanması dedikdə hər hansı hərəkətlər nəticəsində narkotik vasitələrin istehlak üçün hazır vəziyyətə gətirilməsi, müvafiq icazə olmadan narkotik vasitənin qatılıq və onun narkotik təsir dərəcəsinin artırılması məqsədilə yenidən emal edilməsi və təmizlənməsi başa düşülməlidir. Belə ki, satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda - cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq iki il keçmədən yəni 28 sentyabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.2, 29,317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının CM-in 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 29,317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 1(101)-191/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 ay 17 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən və həmin hökmlə təyin edilmiş və ödənilməmiş 3300 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti cəza təyin edilməli, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 01 oktyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 22 oktyabr 2022-ci il tarixli, 6248 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd zərfdə 0,258 qram, 01 ədəd zərfdə 0,243 qram çəkidə psixotrop maddə olan metamfetamin, 01 ədəd zərfdə 1,133 qram və 01 ədəd zərfdə 0,102 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus "Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, cinayət işinin materiallarına əlavə edilmiş beş ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 121 (yüz iyirmi bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi xidmətə görə 288 (iki yüz səksən səkkiz) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 234.2-ci maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29, 317-1.1-ci maddələri ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 1(101)-191/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 ay 17 gün azadlıqdan məhrumetmə cəzası qismən və həmin hökmlə təyin edilmiş və ödənilməmiş 3300 manat cərimə cəzası tam hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə ona, qəti olaraq 06 il 09 ay müddətinə azadlıqdan məhrumetmə və 3300 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 3300 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd zərfdə 0,258 qram, 01 ədəd zərfdə 0,243 qram çəkidə psixotrop maddə olan metamfetamin, 01 ədəd zərfdə 1,133 qram və 01 ədəd zərfdə 0,102 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin, 05 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının xərci – 121, 91 (yüz iyirmi bir manat doxsan bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi xidmətə görə 288 (iki yüz səksən səkkiz) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar