Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-69/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 16 iyun 2023-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Savalan” restoranının yaxınlığında olan adsız kafedə ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə Zərərçəkmiş şəxs qolunda olan döymənin mənasını ona deməsini təkidlə tələb etdikdən sonra sonuncu ilə mübahisə edərək kafedən çölə çıxartmış və “Savalan” restoranının tinində sonuncunu qəsdən sifət nahiyyəsindən əli ilə iki dəfə vuraraq, başın ənsə nahiyyəsinin dərialtı hematomaları, sol gözaltı nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, döş qəfəsinin arxa səthinin, sağ baldır nahiyyələrinin qançırları, sağ bazu, sağ said və qarın nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlərə aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o 16 iyun 2023-cü il tarixdə saat 22 radələrində çay içmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafeyə dostu Murad və Azadla birlikdə getmişdir. O orada olan zaman onların stolunun yanında əvvəllər tanımadığı sonradan adını bildiyi Hikmət adlı şəxs əyləşib pivə içirmiş. Həmin vaxt Hikmət Azadla öz aralarında söhbət etməyə başlamışdır. Bu vaxt Hikmətlə Azad söhbət edən zaman Hikmət qarşı tərəfdə olan stolu düzəltmək üçün ayağa duranda ayağı stola ilişərək stolda olan çayniki yerə aşırtmışdır. Çaynik yerə düşən kimi sınmışdır. Hikmət yenidən yerində oturaraq pivə içə-içə Azadla söhbətini davam etdirmişdir. Bu zaman o Hikmətin əlindəki “tatuirovkanı” göstərərək onun mənasını soruşmuşdur. Bu zaman onların arasında mübahisə yaranmışdır. Hikmət onlara bildirmişdir ki, gəlin söbətimizi çöldə davam etdirəyin. Hikmətin sözündən sonra o, Murad və Azad kafenin çölünə çıxmışlar. Hikmət də onların arxası ilə kafedən çölə çıxmışdır. Bu zaman o Hikmətə bildirmişdir ki, gedəyin tinə. Buna görə də, onlar yaxınlıqda olan “Savalan” restoranının arxasına gəlmişlər. Orada o Hikmətlə söhbət edən zaman əli ilə onun sifət nahiyyəsindən vurmuş və Hikmət yerə yıxılmış sonra onun baş nahiyyəsindən bir neçə dəfə də zərbə vurmuşdur. Bu zaman Murad araya girərək onu sakitləşdirəndə o təkrar yerdə olan Hikmətin bədən nahiyyəsindən vurmuşdur. Bu zaman Azad da araya girərək onları sakitləşdirmişdir. Daha sonra o Murad və Azad birlikdə oradan uzaqlaşaraq yaşadığları evə getmişlər. Hikmətin bədən səthində olan xəsarətlərin hamısını o, yetirmişdir. Özü hadisə zamanı heç bir xəsarət almamışdır, buna görə də MTE-dən keçməkdən imtina etmişdir. O son olaraq törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o 16 iyun 2023-cü il tarixdə saat 22 radələrində pivə içmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafeyə getmişdir. O orada pivə içən zaman xalasıoğlu Orxan onun mobil nömrəsinə zəng edərək onlara getdiyini demişdir. O da Orxana kafedə olduğunu və onunla birlikdə getməsini demişdir. Bundan sonra Orxan onun yanına gəlmiş, onunla bir qədər oturaraq söhbət etmişdir. Bu zaman kafeyə onun qəsəbədən tanıdığı Azad adlı şəxs və onun yanında üç nəfər sonradan adlarını Murad, Rahil və Ataş kimi bildiyi tanımadığı şəxslər gəlmişlər və onunla Orxanın əyləşdiyi stolun yanındakı boş stolda əyləşmişlər. Bir qədər keçdikdən sonra Orxan işi olduğu üçün çıxıb getmiş, o tək oturaraq pivəsini içməyə və Azadla öz arasında söhbət etməyə davam etmişdir. Söhbət əsnasında Hikmət qarşı tərəfdə olan stolu düzəltmək üçün ayağa duranda ayağı stola ilişərək stolda olan çayniki yerə düşürtmüşdür. Çaynik yerə düşən kimi sınmışdır. O əyilərək çaynikin qırıntılarını yığışdıran zaman ofisantda gəlib ona kömək etmişdir. Bu zaman kafeni işlədən Ceyhun ona bildirmişdir ki, “eybi yoxdur”. O da həmin ofsianta çaynikin pulunu ödəyəcəyi demişdir. O çaynikin qırıntılarını ofisantla birlikdə yığışdırdıqdan sonra yenidən yerində əyləşərək pivə içə-içə Azadla söhbət etməyə başlamışdır. Bu zaman sonradan adını Rahil kimi bildiyi şəxs ona əlindəki “tatuirovkanı” göstərərək onun mənasını soruşmuşdur. O da Rahilə sən kimsən ki, bunun mənasını məndən soruşursan cavabını deyə vermişdir. Bu zaman Rahil ona uca səslə bildirmişdir ki, sən həmin tatirovkanın mənasını deməyə borclusan. Rahilin bu sözündən sonra onların arasında mübahisə yaranmışdır. Bu vaxt Hikmət başa düşmüşdür ki, orada Rahil və Murad onu vurmaq istəyirlər. Buna görə də, o onlara demişdir ki, gəlin söbətimizi çöldə davam etdirəyin. Onun sözündən sonra Azadla Ataş kafedə qalmış, Rahillə Murad çölə çıxmışlar. Hikmət də onların arxası ilə kafedən çölə çıxmışdır. Bu zaman Rahil ona bildirmişdir ki, gedəyin tinə. Buna görə də, onlar yaxınlıqda olan “Savalan” restoranının arxasına gəlmişlər. Orada o Rahillə söhbət edən zaman anidən Rahil onun sifət nahiyyəsindən əli ilə vurmuşdur. Bu zaman o zərbənin təsirindən yerə yıxılmışdır. Rahil ayağı və əli ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. O özünü yerdə qorumaq üçün əli ilə sifətini tutaraq qışqırmağa başlamışdır. Bu zaman Murad onları sakitləşdirmişdir. Murad, Azad və Ataş çölə çıxaraq onların yanına gəlmişlər və Rahili Murada kömək edərək ondan ayırmışlar və oradan uzaqlaşıb çıxıb getmişlər. O halsız vəziyyətdə güclə ayağa duraraq yola qədər gəlmiş və orada tanımadığı avtomaşına yaşadığı evin ünvanını bildirmişdir. Həmin şəxs onu evə gətirdikdən sonra atası X10 stansiyasına və polisə zəng edərək bu barədə məlumat vermişdir. Həmin zaman orada o, Rahil, Murad, Azad və Ataş olmuşlar, hadisə təxminən iyirmi dəqiqəyə yaxın müddətdə davam etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 22 radələrində pivə içmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafeyə tanışı Muradla birlikdə getmişdir. Orada tanışları Ataşla rastlaşmış və Ataş da onlarla birlikdə kafeyə daxil olaraq boş stolların birinin ətrafında əyləşmişlər. Onlar kafedə olan zaman Muradın yanına bir nəfər əvvəllər tanımadığı, lakin sonradan adını Rahil kimi bildiyi şəxs gələrək onlarla bir stolun ətrafında əyləşmiş və onlarla birlikdə pivə içməyə başlamışdır. O orada olan zaman onların stolun yanında əvvəllər tanımadığı sonradan adını bildiyi Hikmət adlı şəxs əyləşib pivə içirmiş. Onun Hikmətlə münasibətləri qəsəbədən normal olduğundan onunla qəsəbədə olan dəyişikliklər barədə söhbət etməyə başlamışlar. Onlar söhbət edən zaman Hikmət qarşı tərəfdə olan stolu düzəltmək üçün ayağa duranda ayağı stola ilişərək stolda olan çayniki yerə düşürtmüşdür. Çaynik yerə düşən kimi sınmış və Hikmət onun köməkliyi ilə çaynikin qırıntılarını yerdən yığmış və gəlib yenidən əyləşərək pivə içə-içə onunla söhbətini davam etdirmişdir. Bu zaman Rahil Hikmətin əlindəki tatirovkanı göstərərək onun mənasını soruşmuşdur. X5 tatirovkanın mənasının aidiyyatı olmadığını demişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Rahil, Hikmət və Murad kafenin çölünə çıxmış, bir neçə dəqiqədən sonra o da Ataşla birlikdə kafedən çölə çıxmış və yaxınlıqda olan “Savalan” restoranının arxasında Hikmət Rahil və Muradın səsinin gəldiyini eşidərək onlara yaxınlaşmışlar. Bu zaman Rahil Hikmətin sifət nahiyyəsindən əli ilə vurmuş, bundan sonra Rahil əli ilə Hikməti itələyərək yerə yıxmışdır. Bu zaman Murad onları sakitləşdirməyə çalışırmış. O da Ataşla birlikdə onların yanına çatmış və araya girərək onları sakitləşdirmişlər. Hikmət yerdən durduqdan sonra Rahilə qarşı söyüş söyərək oradan uzaqlaşmışdır. Bundan sonra o Muradla birlikdə evə gəlmişlər. Əlavə olaraq bildirmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 22 radələrində pivə içmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafedə olan zaman orada onlardan əlavə heç kim olmamışdır və bu dava təxminən 3-5 dəqiqə davam etmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində məcburi gətirmə barədə qərar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, onun məhkəməyə gətirilməsi təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı işə şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun adı Şahid2 olsa da, tanışlarının hamsı onu “Ataş” olaraq çağırır və tanıyır. Onun əsil adını isə rəsmi orqanlar bilir. O, Şahid1lə həm qəsəbədən, həmdə iş yerindən tanış olduğunu və onunla münasibətlərinin normal olduğunu bildirmişdir. 16 iyun 2023-cü il tarixdə saat 22 radələrində pivə alaraq aparıb evə içmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafeyə getmişdir. Orada tanışı Azadla rastlaşmış və Azadın yanında olan Muradla birlikdə kafeyə daxil olaraq boş stolların birinin ətrafında əyləşmişlər. Onlar kafedə olan zaman Muradın yanına bir nəfər əvvəllər tanımadığı, lakin sonradan adını Rahil kimi bildiyi şəxs gələrək onlarla bir stolun ətrafında əyləşmiş və onlarla birlikdə pivə içməyə başlamışdır. O orada sifariş verdiyi 2 ədəd 2 litrlik şüşə balonun pivə ilə dolmasını gözləyirmiş. Həmin vaxt o siqaret çəkmək üçün çölə çıxmış və geri qayıdanda həmin Azadın yanında olan Muradın yanına gəlmiş sonradan adını bildiyi Rahil adlı şəxs tanmadığı bir nəfərlə mübahisə etdiyini görmüşdür. O kafeyə daxil olduqda onlar çölə çıxmışlar. Bir neçə dəqiqədən sonra Ağabala da Azadla birlikdə kafedən çölə çıxmış və yaxınlıqda olan “Savalan” restoranının arxasında tanımadığı şəxs, Rahil və Muradın səsinin gəldiyini eşidərək onlara yaxınlaşmışlar. Bu zaman Rahil tanımadığı şəxsin sifət nahiyyəsindən əli ilə vurmuşdur. Bundan sonra Rahil əli ilə həmin şəxsi itələyərək yerə yıxmış, bu zaman Murad onları sakitləşdirməyə çalışırmış, o da Azadla birlikdə onların yanına çatmış və araya girərək onları sakitləşdirmişlər. Həmin şəxs yerdən durduqdan sonra Rahilə qarşı söyüş söyərək oradan uzaqlaşmışdır. Bundan sonra o kafeyə qayıdaraq pivə balonlarını götürərək evə getmişdir. Əlavə olaraq o ifadəsində bildirmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 22 radələrində pivə içmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafedə olan zaman orada onlardan əlavə heç kim olmamışdır və bu dava təxminən 3-5 dəqiqə davam etmişdir. Həmçinin hadisə yerində heç kimin əlində kəsici deşici alət və ya bıçaq görmədiyini ifadəsində bildirmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində məcburi gətirmə barədə qərar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, onun məhkəməyə gətirilməsi təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı işə şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1lə bir məhəllədə yaşadığından Azadla münasibətləri normaldır, o, Təqsirləndirilən şəxs qardaşı ilə dost olmuş və buna görə də Rahillə münasibətləri normaldır. 16 iyun 2023-cü il tarixdə onun ad günü olduğu üçün həmin gün saat 22 radələrində pivə içmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafeyə tanışı Azadla birlikdə getmişdir. Orada tanışları Ataşla raslaşmış və Ataş da onlarla kafeyə daxil olaraq boş stolların birinin ətrafında əyləşmişlər. Onlar kafedə olan zaman Rahil də gələrək onlarla bir stolun ətrafında əyləşmiş və onlarla birlikdə pivə içməyə başlamışdır. O, orada olan zaman onların stolun yanında əvvəllər tanımadığı sonradan adını bildiyi Hikmət adlı şəxs bir nəfərlə əyləşib pivə içirmiş. Hikmətin yanında olan şəxs kafeni tərk edərək getmişdir. Azad Hikmətlə söhbət etməyə başlamışdır. Onlar söhbət edən zaman Hikmət qarşı tərəfdə olan stolu düzəltmək üçün ayağa duranda ayağı stola ilişərək stolda olan çayniki yerə düşürtmüşdür. Çaynik yerə düşən kimi sınmış və Hikmət Azadın köməkliyi ilə çaynikin qırıntılarını yerən yığmış və gəlib yenidən əyləşərək pivə içə içə Azadla söhbətini davam etdirmişdir. Bu zaman Rahil Hikmətin əlindəki tatirovkanı göstərərək onun mənasını soruşmuşdur. X11 tatirovkanın mənasının ona aidiyyatı olmadığını demişdir. Bu zaman Hikmətlə Rahiln arasında mübahisə yaranmışdır. Hİkmət söhbət etmək üçün Rahili kafedən çölə dəvət etmişdir. Bu zaman Rahillə Hikmət kafenin çölünə çıxanda o, da Hikmətlə Rahilin dava etməmələri üçün yanlarında çölə çıxmışdır. Rahillə Hikmət “Savalan” restoranının arxasında söhbət edən zaman Rahil Hikmətin sifət nahiyyəsindən vurmuşdur. Hikmət yerə yıxılmış və Rahil Hikməti yerdə olduğu zaman baş nahiyyəsindən əli ilə vurmağa başlamışdır. O, dərhal araya keçrəək Rahili Hikmətin üzərindən qaldırmışdır. Bu zaman Rahil Hikməti ayağı ilə bədənindən vurmuşdur. Bu arada Azadla Ataşda gələrək ona köməklik etmişlər və onlar Hikmətlə Rahili sakitləşdirmişlər. Hikmət yerdən durduqdan sonra Rahilə qarşı söyüş söyərək oradan uzaqlaşmışdır. Bundan sonra mən Azadla birlikdə evə gəldik. O, Hikməti vurmamışdır. Baş vermiş hadisə yuxarıda göstərdiyi şəraitdə baş vermişdir. 16 iyun 2023-cü il tarixdə saat 22 radələrində pivə içmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yerləşən Ceyhun adlı şəxsin işlədiyi kafedə olan zaman orada bizdən əlavə heç kim olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 12 iyul 2023-cü il tarixli, 431 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnd məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-başın ənsə nahiyəsinin dərialtı hematomaları, sol gözaltı nahiyənin əzilmiş yarası, boyun, döş qəfəsinin arxa səthinin, sağ baldır nahiyələrinin qançırları, sağ bazu, sağ said və qarın nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X7 müraciət etdiyi 16 iyun 2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə başın ənsə nahiyəsinin dərialtı hematomaları, sol gözaltı nahiyənin əzilmiş yarası həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya, boyun, döş qəfəsinin arxa səthinin, sağ baldır nahiyələrinin qançırları, sağ bazu, sağ said və qarın nahiyələrinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini tərətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 15:10-da şübhəli şəxs kimi tutulmuş və daha sonra 27 oktyabr 2023-cü il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Prokurorluğuna vəsatət verilmişdir. Qaradağ rayon Prokurorluğunun 27 oktyabr 2023-cü il qərarı ilə vəsatət rədd edilərək təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Daha sonra Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində 27 oktyabr 2023-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, yuxarıda göstərilən bu hal, yəni təqsirləndirilən şəxsin hüquqlarının məhdudlaşdırıldığı vaxtlar ümumilikdə iki gün kimi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 31 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 186 (yüz səksən altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 186 (yüz səksən altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-69/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-69/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver