Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-69/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə Quba rayonu, Zərdabi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs xarici ölkədən 2015-ci il buraxılışlı «Hyundai» markalı «Elantra» modelli avtomobili 2024-cü ilin may ayının əvvəllərinə qədər gətirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2024-cü ilin fevral ayının axırlarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən "xxxx" ASC-nin filialının binasında 8.000 (səkkiz min) manat, daha sonra 2024-cü ilin mart ayının axırlarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri ünvan 2 ünvanda 3.000 (üç min) manat, təxminən bir həftə sonra eyni ünvanda 1.700 (bir min yeddi yüz) manat və sonuncu dəfə 2024-cü ilin may ayının əvvəllərində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi “Cənub Qapısı” yaşayış kompleksi ev 24 x saylı binanın həyətyanı sahəsində 500 (beş yüz) manat olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 13.200 (on üç min iki yüz) manat məbləğdə pulunu ələ keçirərək verdiyi vədinə əməl etməyib şəxsi ehtiyaclarına xərcləyib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapıları” yaşayış kompleksində kirayə yaşamışdır. X2 maşın gətirmək adı ilə ümumilikdə 13200 manat pul əldə etmişdir. Anası xərçəng xəstəsi olmuş, onun müalicəsi üçün məcbur qalıb bu əməli törətmişdir. Əldə etdiyi pulu anasının müalicəsi üçün xərcləmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Lökbatan qəsəbəsində yerləşən “Cənub Qapıları” yaşayış kompleksində Həsənlə qonşu olmuşlar və aralarında dostluq münasibətləri olmuşdur. Pulları Həsəndən dörd dəfəyə, yaşadıqları yaşayış kompleksində almışdır. Deyəsən Həsəndən birinci dəfə 8700 manat axırıncı dəfə isə 1700 manat pul almışdır. Maşın gətirmək barədə özünün heç bir təcrübəsi və məlumatı olmamış, Həsənə yalandan maşın gətirməyini deyərək onun pulunu mənimsəmişdir. Bu məsələdə ancaq Həsənlə ikisi olmuş başqa heç kəs ona kömək etməmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşiman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, vurulmuş ziyandan zərərçəkmiş şəxsə hissə-hissə olmaqla ümumilikdə 2300 manat ödəniş etdiyini, hal-hazırda heç bir maddi imkanının olmadığını, ziyanın qalan hissəsində hər ay hissə-hissə olmaqla ödənişlər edərək borcunu tez bir zamanda bağlayacağını, anasının onkoloji xəstə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafdiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında Rusiya Federasiyasından Azərbaycana gəlmiş, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən «Cənub Qapısı» adlı yaşayış kompleksində kirayə ev tutaraq, yaşamağa başlamışdır. Həmin ərəfələrdə də Zərərçəkmiş şəxs ilə kirayə yaşadığı «Cənub Qapısı» adlı yaşayış kompleksində tanış olmuş, söhbət vaxtı Zərərçəkmiş şəxs demişdir ki, özünə avtomobil almaq istəyir. O, Həsənə təklif etmişdir ki, xaricdən avtomobil gətirib satdığı üçün Həsən üçün də bir ədəd xarici markalı avtomobil gətirdirib satsın. Lakin onun belə bir imkanları olmamışdır. Həsən özü üçün “Hundai Elantra” avtomobili almaq istədiyini dedikdə, o, Həsənə Azərbaycan Respublikasına «Hundai Elantra» 2015 modelli avtomobili 17.000 manata gətirə biləcəyini demişdir. Həsən ilkin olaraq ona 8.000 manat pul verəcəyini, qalan 9.000 manatı isə avtomobil Azərbaycan Respublikasında olanda ödəyəcəyini demişdir. O, Həsənlə razılaşmış, sonra internet üzərindən xatırlamadığı elektron səhifədə satış elanı yerləşdirilmiş hansısa avtomobillərin şəkillərini və ban nömrəsini özü üçün bir yerə köçürüb Həsənə göstərmişdir ki, hansını istəsə, seçsin. Həsən ağ rəngli «Hundai Elantra» markalı seçmiş, o, Həsənə heç bir problem olmadığını deyib 8.000 manatı verməyini istəmiş və 2024-cü il fevral ayının axırlarında Həsən 4.700 ABŞ dolları vermək istəsə də, o, Həsənə demişdir ki, pulu ona manatla versin. Onlar birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi inzibati ərazisində yerləşən "xxxx" ASC-nin binasına getmişlər. Orada o özü, banka 4.700 ABŞ dolları məbləğdə pulu verib 8.000 manat məbləğdə pul götürmüş, Həsəni aldadaraq, avtomobil gələndən sonra 9000 manatı götürəcəyini demişdir. Həsən ondan avtomobilin nə vaxta Azərbaycana çatacağını soruşduqda, o, 03 ay sonra avtomobilin burada olacağını bildirmişdir. O, Həsəndən pulu aldıqdan təxminən 01 ay sonra, yəni 2024-cü il mart ayının axırlarında Həsənə zəng edərək, anasının xəstə olduğunu, pul lazım olduğunu, onsuz da avtomobil gəldikdən sonra pulu verəcəyini, indidən pulun üstündən hesablayacağını demişdir. Həsən onu yaşadığı evə dəvət etmiş və evində ona 3.000 manat pul vermişdir. O da, Həsənə «Sən mənə 11.000 manat verdin, yerdə qalan 6.000 manatı avtomobil gəldikdən sonra verərsən» demişdir. Bundan təxminən bir həftə sonra o, yenə Həsənə zəng edərək, anasının onkoloji xəstə olduğunu, onkoloji xəstəxanaya apardığını, dərman üçün 1.700 manat pul lazım olduğunu demiş, Həsən əvvəl pul vermək istəmədiyini bildirsə də, sonra onu yaşadığı evə çağırmış, o, Həsənin evinə gedib Həsəndən 1.700 manat pul götürmüşdür. Həsən onunla telefonla mütəmadi olaraq əlaqə saxlayıb avtomobilini soruşmuş, o, internet üzərindən götürdüyü müxtəlif avtomobil şəkillərini Həsənə göndərmiş, avtomobilin Gürcüstanda olduğunu deyib avtomobilin olduğu məkan bildirişini də «xəritə» proqramı ilə internet üzərindən götürüb göndərmişdir. 2024-cü il may ayının əvvəllərində onun pulu qurtardığı üçün Zərərçəkmiş şəxs zəng edərək, guya avtomobilini Gürcüstandan gətirən şəxslərə 500 manat pul vermək lazım olduğunu demiş və yaşadığı binanın həyətində Həsəndən 500 manat pul almış, həmçinin avtomobil üçün qalan 3.800 manat pulu hazırlamasını, bir həftəyə, yəni 2024-cü il may ayının ortasında avtomobilin Azərbaycanda olacağını, qalan pulu da ondan tam şəkildə götürəcəyini demişdir. O, Həsəndən aldığı pulları öz şəxsi ehtiyaclarına xərclədiyi və avtomobil gətirtmək niyyəti olmadığı üçün əvvəl Həsəni aldatmaq istəmiş, lakin Həsən dəfələrlə zəng etdiyi üçün o, xarici ölkələrdə yaşayan dostları ilə danışıb bir nəfər tanışının sifarişi ilə «Hundai Elantra» markalı avtomobil almaq istədiyini demişdir, lakin onun xaricdə yaşayan dostları bildirmişlər ki, avtomobil almaq istəyən şəxsdən pulu alıb özünə xərcləsin, oradan ona hədiyyə kimi bir ədəd avtomobil göndərərlər, pulunu almazlar, o da, həmin avtomobili pulunu aldığı şəxsə verər. O da, belə etdiyi üçün fikirləşmişdir ki, dostları tərəfindən ona hədiyyə avtomobil göndərilərsə, avtomobili Həsənə verər, lakin xarici ölkələrdə yaşayan dostları sonra ona «Hundai Elantra» markalı avtomobili göndərməmişlər, o da, məcbur olub Həsəndən aldığı pulu qaytara bilmədiyi üçün Həsəni aldadıb vaxt qazanmaq üçün avtomobilinin gah 2024-cü ilin may ayının ortalarında, gah ayın axırında gələcəyini, ayın axırı Həsən əlaqə saxlayanda 07 iyun 2024-cü il tarixdə çatacağını, həmin tarixdə əlaqə saxlayanda isə, iyunun axırı çatacağını demişdir. Sonra Həsənin dəfələrlə zəng edib onu narahat etdiyini gördüyü üçün həmin vaxtı istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsini dəyişmişdir. Bundan sonra Həsən onun atası Teyfuru tapıb atası ilə əlaqə saxlayaraq, onun aldığı 13.200 manat pulunu qaytarması üçün kömək etməsini xahiş etmiş, atası Teyfur da Həsəndən müəyyən vaxt istəsə də, pulunu qaytara bilməmişdir. Sonra da o, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs 13.200 manat məbləğdə pul vəsaitini təklikdə almış, həmin pulu aldığı vaxt onların yanında heç kim olmamışdır və o, əldə etdiyi pul vəsaiti şəxsi ehtiyaclarına xərcləmişdir. O, ifadəsində göstərdiyi xaricdə yaşayan dostlarının anket məlmatları və əlaqə telefon nömrələrini istintaqa verə bilməmiş, lakin xaricdə yaşayan dostları onun Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayəti törətməsi barədə nə əvvəlcədən, nə də sonradan məlumatlı olmamışlar, sadəcə xaricdən ona avtomobil hədiyyə göndərəcəklərini desələr də, bunun etməmişlər. Ona görə də, o, Zərərçəkmiş şəxs aldığı 13.200 manat məbləğdə pulu qaytara bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə yaşadığı “Cənub Qapısı” yaşayış kompleksində həyətdə qonşularla söhbət əsnasında tanış olmuş, Təqsirləndirilən şəxs ona “Cənub Qapısı” 24 J binasında şəxsi evinin olduğunu, orada yaşadığını bildirmiş, onun Vüsalla tanışlıqdan sonra aralarında səmimiyyət yaranmışdır. Vüsal söhbət əsnasında ona xaricdən avtomobil gətirib satdığını demiş, o da, Vüsala özü üçün “Hundai Elantra” avtomobili almaq istədiyini dedikdə, Vüsal Azərbaycan Respublikasına “Hundai Elantra” 2015 modelli avtomobili 17.000 (on yeddi min) manata gətirə biləcəyini demişdir. O, Vüsala ilkin olaraq 8000 manat verəcəyini, qalan 9000 manatı isə, avtomobilin Azərbaycan Respublikasında olan zaman ödəyəcəyini demişdir. Vüsal onunla razılaşmış, sonra avtomobilin şəkillərini və ban nömrəsini ona göstərib demişdir ki, seçsin, hansını istəsə, gətirtsin. O, ağ rəngli “Hundai Elantra” markalı avtomobili seçmiş, Vüsal ona heç bir problem olmadığını, 8000 manatı verməsini istəmişdir. O, 2024-cü il fevral ayının axırlarında Vüsala 4.700 (dörd min yeddi yüz) ABŞ dolları verəndə, Vüsal pulu manatla verməsini istəmiş, o, Vüsalla birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi inzibati ərazisində yerləşən "xxxx" ASC-nin binasına getmişdir. Orada Vüsal özü 4.700 ABŞ dolları məbləğdə pul vəsaitini verib 8.000 manat götürmüş, avtomobil gəldikdən sonra qalan 9.000 manat pulu da alacağını demişdir. O, avtomobilin nə vaxta Azərbaycana çatacağını soruşduqda, Vüsal 03 ay sonra avtomobilin burada olacağını bildirmişdir. O, Vüsala pul verdikdən təxminən 01 ay sonra, yəni 2024-cü il mart aymm axırları Vüsal ona zəng edərək, anasının xəstə olduğunu, pul lazım olduğunu, onsuz da avtomobil gəldikdən sonra pulu verəcəyini, indidən pulun üstündən getməsini demişdir. O, Vüsalı yaşadığı evə dəvət etmiş, evdə olanda Vüsala 3.000 (üç min) manat pul vermiş və Vüsal ona “Sən 11000 manat verdin, yerdə qalan 6000 manatı avtomobil gəldikdən sonra verərsən” - demişdir. Bundan təxminən bir həftə keçdikdən sonra Vüsal yenidən ona zəng edərək, anasının onkoloji xəstə olduğunu, Onkologiya Xəstəxanasına apardığını, dərman üçün 1.700 manat pul lazım olduğunu demiş, o, o qədər pulu olmadığını, avtomobil gəldikdən sonra qalan 6000 manat pulu verəcəyini demiş, Vüsal isə ona, onsuz da verdiyi pulu ona gətirtdirdiyi avtomobilin pulundan çıxdığını, avtomobilin gəlməsinə 02 ay qaldığını və o pulu verəcəyini demişdir. O, Vüsaldan harada olması ilə maraqlananda, Vüsal binanın həyətində olduğunu bildirmiş, o, Vüsaldan yaşadığı evə gəlməsini istəmişdir. Vüsal onun evinə qalxmış və ondan 1.700 (bir min yeddi yüz) manat pulu götürmüşdür. Vüsal onunla mütəmadi olaraq, telefonla əlaqə saxlayır, avtomobilin şəkillərini göndərmişdir, eləcə də, avtomobilin Gürcüstanda olduğunu, ona avtomobilin hazırda olduğu məkan bildirişini göndərmiş, onu özünə tam inandırmışdır. Vüsal 2024-cü il may ayının əvvəllərində ona zəng edərək, avtomobili Gürcüstandan gətirən şəxslərə 500 manat vermək lazım olduğunu demiş və o, yaşadığı binanın həyətində Vüsal ilə görüşərək, sonuncuya 500 (beş yüz) manat pul vermişdir. O, binanın həyətində Vüsalla söhbət edərkən, Vüsal ona avtomobil üçün qalan 3800 manat pulu hazırlamağı, bir həftəyə, yəni 2024-cü il may ayının ortası avtomobilin Azərbaycanda olacağını, qalan pulu tam şəkildə götürəcəyini demişdir. O, may ayının ortaları Vüsalla əlaqə saxlayanda, ona avtomobilin ayın axırına gələcəyini, ayın axırı əlaqə saxlayanda, 07 iyun 2024-cü il tarixdə avtomobilin Azərbaycana çatacağını, həmin tarixdə əlaqə saxlayanda isə, iyun ayının axırında çatacağını demişdir. Sonralar o, Vüsalın istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefonla dəfələrlə əlaqə saxlamaq istəsə də, Vüsal onun mobil telefon zənglərinə cavab verməmiş və o, bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək, 13.200 (on üç min iki yüz) manat məbləğdə pulunu ələ keçirmişdir. Bundan sonra o, Vüsalın atası Teyfurla da əlaqə saxlamış, baş verən hadisə barədə məlumat verib bu işdə ona kömək etməsini xahiş etmiş, Teyfur ondan polisə şikayət etməməyi xahiş etmiş və qısa zaman ərzində onun pulunu geri qaytaracaqlarına söz vermiş, buna baxmayaraq, onun pullarını qaytarmamışlar. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 13200 manat ziyan vurmuşdur. Məhkəmə gedişatı dövründə təqsirləndirilən şəxs vurulmuş ziyanı qısa müddətə ödəməyə söz versədə hər dəfə müxəlif bəhanələrlə onu aldatmış, çox saylı təziq və təkidlərdən sonra təqsirləndirilən şəxs tərəfindən məhkəmə gedişatı dövründə əvvəlcə 1000 manat, daha sonra 500 manat və daha sonra 800 manat olmaqla ümumilkdə 2300 manat ödəniş edilmişdir. O hal-hazırda vurulmuş ziyanın qalanını tələb etdiyini lakin təqsirləndirilən şəxsin anasının xərçəng xəstəsi olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 10 dekabr 2024-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş və onunla Təqsirləndirilən şəxs arasında «WhatsApp» sosial media üzərindən aparılmış mesajlaşların əks edildiyi 11 (on bir) ədəd «A4» formatlı vərəqədə çap olunmuş fotoşəkillər və 01 (bir) ədəd CD-R diski götürülmüş 11 ədəd vərəqədə əks olunmuş mesajlaşmalara baxış keçirilən zaman müəyyən edilmişdir ki, mesajlaşmalar Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında «WhatsApp» sosial media (platforma) üzərindən aparılmış mətnli mesajlaşlardır. Həmin mesajlaşmalarda “Vusal” adı ilə qeyd olunmuş şəxs tərəfindən “dedimki hel olur gelir mawinin”, “cixsin gomruyden icerdedi”, “gomruydedi deyi ..rnirlere yuklenmeden cixiblar gomruy metiralindadilar gozdemedediler”, “cixsin yola duwsun cekib atacam”, “...bugun axwam olmasa sabah saat 12 kiyekimi deqiq deyecem hansi gun hansi saat mawin bakida olacag vesalam” və “sene oyrenib deqiqde deyecem” - kimi mesaj mətnləri göndərilmişdir. Mesajlarda həmçinin iş üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs avtomobil və pul mövzusunda göndərilmiş mesaj mətnləri də əks olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 19 dekabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin disk ağ rənglidir, üzərinə çap hərflərlə “Bingo”, “CD-R 700MB/80 Min”, “2x-56X CD-Recordable ” və sair yazılar əks olunmuşdur. Diskin yaddaşına aşağıdakı adlarda 31 (otuz bir) ədəd fayl yerləşdirilmişdir: WhatsApp Audio 2024-09-14 at 13.17.37 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.37 (2) WhatsApp Audio 2024-09-14 at 13.17.37 WhatsApp Audio 2024-09-14 at 13.17.38 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.38 (2) WhatsApp Audio 2024-09-14 at 13.17.38 WhatsApp Audio 2024-09-14 at 13.17.39 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.39 WhatsApp Audio 2024-09-14 at 13.17.40 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.40 (2) WhatsApp Audio 2024-09-14 at 13.17.40 WhatsApp Audio 2024-09-14 at 13.17.41 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.41 (2) WhatsApp Audio 2024-09-14 at 13.17.41 WhatsApp Audio 2024-09-14 at 13.17.42 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.42 WhatsApp Audio 2024-09-14 at 13.17.43 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.43 WhatsApp Audio 2024-09-14 at 13.17.44 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.44 (2) WhatsApp Audio 2024-09-14 at 13.17.44 WhatsApp Audio 2024-09-14 at 13.17.45 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.45 (2) WhatsApp Audio 2024-09-14 at 13.17.45 WhatsApp Audio 2024-09-14 at 13.17.46 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.46 (2) WhatsApp Audio 2024-09-14 at 13.17.46 WhatsApp Audio 2024-09-14 at 13.17.47 WhatsApp Audio 2024-09-14 at 13.17.47 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.48 (1) WhatsApp Audio 2024-09-14 at 13.17.48 Həmin faylların hər biri səsli ismarıc (mesaj) mətnlərindən ibarətdir. Fayllarda kişi səsləri ilə müxtəlif mövzularda, əsasən də, avtomobil mövzusunda aparılmış danışıqlar əks olunmuşdur. Həmin səs yazılarında “Həsən” adı, “Kərbəlayi” ləqəbi səslənir, aralarında 6.000 manat pul qaldığı bildirilir, həmçinin avtomobilin Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə olması, sənədlərin hazır olduğu, avtomobilin ayın 6-da, ayın 7-də, ayın 8-də, ayın 13-14-də və iyunun 26-da Bakıya çatacağı, Qurban bayramı və Azərbaycanda Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq, gömrükdəki əməkdaşların işləmədiyi, izləmə videosu və sənədlərinin göndərildiyi, avtomobilin Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə konterner sırasını gözlədiyi, konteyner açıldıqda, maşınların “avtovoz”-a yükləniləcəyi və Bakı şəhərinə göndəriləcəyi, həftənin sonunda və ən geci bir həftəyə, gömrükdə yubandığı bildirilir. Fayllara (səs yazılarına) baxış keçirilərkən, cinayət işi üzrə əhəmiyyət kəsb edən digər heç bir məlumat aşkar olunmamışdır. Səs yazılarının əks olunduğu diskə baxış keçirilərkən, iştirak etmiş Təqsirləndirilən şəxs Tefyur oğlu şifahi olaraq bildirmişdir ki, səs yazılarında səsləndirilən kişi səslərindən biri onun səsidir, o, “Həsən” adı ilə müraciət edib Zərərçəkmiş şəxs səsli mesaj göndərmişdir, digər səs yazılarında eşidilən səslər onun Gürcüstan Respublikasındakı dostlarının səs yazılarıdır, səs yazılarını o, Zərərçəkmiş şəxs avtomobil gətirtmək üçün pul aldıqdan sonra Gürcüstan Respublikasında olan dostları ilə danışdığı və onlardan avtomobil göndərməyi istədiyi zaman həmin şəxslər tərəfindən ona göndərilmiş səs yazılarından ibarətdir, həmin səs yazılarını o, inandırmaq üçün Zərərçəkmiş şəxs yönləndirərək göndərmişdir. Sözügedən səs yazılarında onun Gürcüstan Respublikasında olan dostları Azərbaycana onun üçün avtomobil göndərəcəklərini bildirsələr də, sonradan vədlərinə əməl etməmişlər, bu səbəbdən, o, avtomobilini və ya pulunu tələb edən Zərərçəkmiş şəxs nə avtomobil vermiş, nə də alıb xərclədiyi pulunu geri qaytara bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli verilmiş ittiham daxilində tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən peşiman olmasını və vurulmuş ziyandan zərərçəkmiş şəxsə 2300 manat ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən zaman aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, qeyd olunan faktla əlaqədar 04 noyabr 2024-cü il tarixdə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş, 29 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış və 30 noyabr 2024-cü il tarixdə Qaradağ RPİ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qeyd olunan cinayət işi 27 fevral 2025-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq aparıldığını bildiyi üç ay müddətində vurulmuş ziyanla bağlı heç bir ödəniş etməmiş və buna hər hansı bir formada cəhd belə göstərməmişdir. Baxmayaraq ki, onun tərəfindən törədilmiş əməlin ictimai təhlükəliliyi bir başa vətəndaşa vurulmuş maddi ziyanla bağlı olmuş və təqsirləndirilən şəxs yaş və fiziki baxımdan kifayət qədər əmək qabiliyyətli olmuşdur. Bundan sonra cinayət işi Qaradağ Rayon Məhkəməsinin icraatında olduğu 27 fevral 2025-ci il tarixdən hökm çıxarıldığı 08 iyul 2025-ci il tarixədək olan 04 aydan artıq müddətdə vurulmuş 13200 manat ziyandan hissə-hissə olmaqla cəmi 2300 manat məbləğində ödənişin edilməsi onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini dərk etməməklə bu hadisəyə etinasız yanaşmasını bir daha göstərir. Ona görədə məhkəmə bu halı Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 29 noyabr 2024-cü il tarixdə saat 09:40-da şübhəli şəxs qismində tutulmuş və 30 noyabr 2024-cü il tarixdə saat 11:00-da təqsirləndirilən şəxs kimi dindirməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Vüqar Nəsibov tərəfindən Qaradağ Rayon Prokuroruna vəsatət verilmiş, prokuror tərəfindən 30 noyabr 2024-cü il tarixdə “vəsatətin müdafiə edilməsində imtina edilməsi haqqında” qərar qəbul edilərək vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Daha sonra 30 noyabr 2024-cü il tarixdə saat 14:05-də Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Vüqar Nəsibov tərəfindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat (45x6=270) məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 12 saata görə (12×6=72 manat) 72 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 18 saata görə (18×11=198 manat) 198 manat olmaqla ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş və Təqsirləndirilən şəxs ilə arasında “WhatsApp” sosialmedia (platforma) üzərindən aparılmış mesajlaşmaların əks edildiyi 11 (on bir) ədəd «A4» formatlı vərəqədə çap olunmuş fotoşəkillər və 01 (bir) ǝdəd CD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 08 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş və Təqsirləndirilən şəxs ilə arasında “WhatsApp” sosialmedia (platforma) üzərindən aparılmış mesajlaşmaların əks edildiyi 11 (on bir) ədəd «A4» formatlı vərəqədə çap olunmuş fotoşəkillər və 01 (bir) ǝdəd CD-R disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat (45x6=270) məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 12 saata görə (12×6=72 manat) 72 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 18 saata görə (18×11=198 manat) 198 manat olmaqla ümumilikdə 270 (iki yüz yetmiş) məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-69/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-69/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver