Məhkəmə qərarları › İş №1(002)-7/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-7/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-7/2022 13.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X4 tərəfindən başa çatdırılaraq, ittiham aktı 29 iyul 2021-ci il tarixdə tərtib edilərək təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri İlkin İsmayılova təqdim edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, təkrarən qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 1-ci massiv Vidadi küçəsində yerləşən yaşayış sahəsi olan 7 saylı fərdi tikiliyə açıq qapıdan qanunsuz daxil olaraq fərdi tikilinin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 600 manat dəyərində “Honor” markalı mobil telefon və 1 ədəd 400 manat dəyərində 4 qramlıq 585 əyyarında qadın qızıl üzüyü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 28 mart 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Vidadi küçəsində yerləşən yaşayış sahəsi olan 38 saylı fərdi tikiliyə qanunsuz hasardan aşmaq yolu ilə daxil olaraq fərdi tikilinin qonaq otağında döşəmənin üzərindəki Təqsirləndirilən şəxs məxsus hər birinin qiyməti 600 manat olan 2 ədəd “Redmi” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 1200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair yazılı vəsatət vermişdir. O öz vəsatətində göstərmişdir ki, həmin cinayət işi 16.04.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs1 Qaradağ RPİ-nin 11-ci PB-yə müraciət edərək naməlum şəxslər tərəfindən onun yaşadığı evə qanunsuz daxil olaraq oradan 03 ədəd ümumi dəyəri 1800 manat olan mobil telefonların oğurlanması ilə əlaqədar müraciəti və həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 1-ci massiv Vidadi küçəsində yerləşən yaşayış sahəsi olan 7 saylı fərdi tikiliyə açıq qapıdan qanunsuz daxil olaraq fərdi tikilinin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 600 manat dəyərində “Honor” markalı mobil telefon və 1 ədəd 400 manat dəyərində 4 qramlıq 585 əyyarında qadın qızıl üzüyü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 28 mart 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Vidadi küçəsində yerləşən yaşayış sahəsi olan 38 saylı fərdi tikiliyə qanunsuz hasardan aşmaq yolu ilə daxil olaraq fərdi tikilinin qonaq otağında döşəmə üzərindəki Təqsirləndirilən şəxs məxsus hər birinin qiyməti 600 manat olan ədəd “Redmi” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 1200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. 02 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 03 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmiş, 04 may 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 29.07.2021-ci il tarixdə iş üzrə ittiham aktı tərtib edilmiş və 30.07.2021ci il tarixdə baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. 12.10.2021-ci il tarixdə Qaradağ rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərərk 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28.10.2021-ci il tarixdə tərəfindən 12.10.2021-ci il tarixli Qaradağ rayon məhkəməsinin hökmündən cinayət qanunun norması düzgün tətbiq edilməməsi əsası ilə apelyasiya protesti verilmişdir. 07.12.2021-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin hazırlıq iclasının qərarına əsasən müəyyən edilmişdir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri İlkin İsmayılov tərəfindən iş üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilmədən baxılması üçün 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən Qaradağ rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı və 12.10.2021-ci il tarixli hökmü ləğv edilmiş, apellyasiya protestinə baxılmasına xitam verilmişdir. Cinayət işi Qaradağ rayon məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə göndərilmişdir. Cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, işin ibtidai istintaqını aparmış Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 29 iyul 2021-ci il tarixdə ittiham aktını tərtib edərək təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərmişdir. Lakin cinayət işinin materiallarına əlavə edilmiş ittiham aktından görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin ittiham aktı təsdiq edilmədən baxılması üçün 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bundan başqa, ittiham aktının nəticəvi hissəsindən görünür ki, ikinci epizod üzrə ittihamın mahiyyətində təqsirləndirilən şəxsin törətmiş olduğu oğurluq əməli nəticəsində “Zərərçəkmiş şəxs1 məxsus” göstərilməli olduğu halda “Təqsirləndirilən şəxs məxsus” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Eləcə də həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmçinin həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. CPM-nin 290.1-ci maddəsinə əsasən ittiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 292.1-ci maddəsinə əsasən ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir. Həmin Məcəllənin 303.3.5-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsi təsdiq edilmədikdə məhkəmə tərəfindən cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda məhkəmə tərəfindən cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bununla da Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. CPMnin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 84, 303.3.5 və 303.3.6-cı maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.5 və 303.3.6-cı maddələrinə əsasən xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora qaytarılmasını və Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin sabiq müstəntiqi, polis mayoru X4 barəsində barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verilmiş vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi X5 vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X3 ittiham aktını təsdiq etmədən cinayət işini 30 iyul 2021-ci il tarixli məktubla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmiş, cinayət işi 30 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi haqqında cinayət işi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun icraatına verilmişdir. Cinayət işinə hazırlıq iclasında baxılması hakim tərəfindən 12 avqust 2021-ci il tarixə təyin edilmiş, məhkəmənin həmin tarixli hazırlıq iclasının qərarı ilə Nazim Pulatov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmiş, iş üzrə məhkəmə istintaqı keçirilərək 12 oktyabr 2021-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Bundan sonra həmin hökmdən işdə iştirak etmiş dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli 1(103)-1993/2021 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə baxılmasına xitam verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı və 1(002)-310/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli hökmü ləğv edilərək cinayət işi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin İŞ-nin sabiq müstəntiqi X4 tərəfindən 29 iyul 20201-ci il tarixdə tərtib edilmiş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri İlkin İsmayılov tərəfindən təsdiq edilmədən 30 iyul 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ittiham aktı prokuror tərəfindən təsdiq edilmiş olsaydı belə, tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın ikinci epizodunda göstərilmişdir ki, 28 mart 2021-ci il tarixdə saat 03 radələrində onun özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Vidadi küçəsində yerləşən yaşayış sahəsi olan 38 saylı fərdi tikiliyə qanunsuz hasardan aşmaq yolu ilə daxil olaraq fərdi tikilinin qonaq otağında döşəmənin üzərindəki Təqsirləndirilən şəxs məxsus hər birinin qiyməti 600 manat olan 2 ədəd “Redmi” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 1.200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin ittihamın mahiyyətindən belə aydın olur ki, Təqsirləndirilən şəxs özünə məxsus olan 2 ədəd mobil telefonu gizli olaraq talamaqda Zərərçəkmiş şəxs1 1.200 manat dəyərində maddi ziyan vurmaqda təqsirləndirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi haqqında ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsini icra edən İlkin İsmayılov tərəfindən təsdiq edilməmiş, həmçinin iş materiallarında olan ittiham aktı müvafiq hissədə Azərbaycan Respublikası CPM-nin 289- cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.5-ci maddəsinin tələbindən aydın olur ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda ittihamın irəli sürülməsinin təsdiq edilməməsi cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan pozuntulara həm işin ibtidai istintaqını aparmış müstəntiq tərəfindən, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən yol verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hər iki şəxsin barəsində xüsusi qərar çıxarılmalıdır. Bundan başqa iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda həbsdə saxlanılır. Belə ki, iş materiallarından aydın olur ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə 16 iyul 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli 02 may 2021-ci il tarixdən hesablanmış, Qaradağ rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 ay, yəni 16 iyul 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək uzadılmış və Qaradağ rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məhkəmə seçilmiş qətimkan tədbirinin növünün əsaslılığını və müddəti barədə məsələni də həll etməlidir. Məhkəmə, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsin azadlıqda qalacağı təqdirdə istintaqdan və məhkəmədən qaçıb gizlənmək, istintaqın gedişinə mane olmaq, iş üzrə sübutları saxtalaşdırmaq və yenidən cinayət törətmək ehtimalı kifayət qədər yüksəkdir. Ona görə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və müddətinin uzadılmasını zəruri hesab edir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbirinin müddəti bitmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin 01 ay müddətinə uzadılması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 159.1-ci maddəsində göstərilir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 303 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 (bir) ay müddətinə, yəni 13 fevral 2022-ci il tarixədək uzadılsın. Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri X3 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar