Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-7/2023 13.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli (himayəsində iki azyaşlı uşağı olan), natamam ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Bağlar massivi ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə X6 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 25 avqust 2020-ci il tarixdə saat 16 radələrində Binədəqi rayonu, X43 küçəsindəki “Kəmalə Nərmin” restoranının yanında yerləşən avtoservisdə 3000 manat nağd pul, 29 avqust 2020-ci il tarixdə saat 13:13-də ünvan 3 ünvanındakı Elit marketdəki eManat terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 20 manat, 20 sentyabr 2020-ci il tarixdə saat 13:27-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 24 saat marketdəki eManat terminalından Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsinin balansına 20 manat, 20 sentyabr 2020-ci il tarixdə saat 19:05-də Hacıqabul rayonu Heydər Əliyev prospektində yerləşən Hacıqabul marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 40 manat, 14 oktyabr 2020-ci il tarixdə saat 21:24-də Hacıqabul rayonu, Bakı-Qazax yolunun 113-cü kilomertində yerləşən Qədirxum marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 120 manat, 29 oktyabr 2020-ci il tarixdə saat 13:32-də ünvan 4 ünvanındakı Elit marketdəki eManat ternimalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 120 manat, 30 oktyabr 2020-ci ildə saat 18:17-də Hacıqabul rayonu İsmət Qayıbov küçəsi 2-də yerləşən Anar marketdəki emanat terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 290 manat, 14 noyabr 2020-ci il tarixdə saat 17:33-də ünvan 4 ünvanındakı Elit marketdəki eManat ternimalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 85 manat, 15 noyabr 2020-ci il tarixdə saat 22:46-da Hacıqabul rayonu Heydər Əliyev prospektində yerləşən Hacıqabul marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 75 manat, 17 noyabr 2020-ci il tarixdə saat 23:34-də Hacıqabul rayonu Heydər Əliyev prospektində yerləşən Hacıqabul marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 15 manat, 28 noyabr 2020-ci il tarixdə 18:22-də Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsindəki Elit marketdəki eManat ternimalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 100 manat, 29 noyabr 2020-ci tarixdə saat 23:27-də Şirvan şəhəri Heydər Əliyev prospektidə yerləşən Şirvan marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 120 manat, 01 dekabr 2020-ci il tarixdə saat 14:20-də Şirvan rayonu Cırtdan aləmi marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 30 manat, 10 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsindəki dairədə 1000 manat nağd pulu, 12 dekabr 2020-ci ildə saat 13:55-də istinaqa məlum olmayan yerdə olarkən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına kartdan-karta 248 manat, 21 dekabr 2020-ci il tarixdə saat 10:46-da istinaqa məlum olmayan yerdə olarkən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına kartdan-karta 200 manat, 26 dekabr 2020-ci ildə saat 16:20-də ünvan 5 ünvanındakı Elit marketdəki eManat ternimalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 50 manat, 15 yanvar 2021-ci il tarixdə saat 17:10-da istinaqa məlum olmayan yerdə olarkən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına kartdan-karta 230 manat, 31 yanvar 2021-ci il tarixdə saat 14:40-da ünvan 6 ünvanındakı Elit marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 220 manat, 04 fevral 2021-ci il tarixdə saat 18:16-da Hacıqabul rayonu Heydər Əliyev prospektində yerləşən Hacıqabul marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 15 manat pul vəsaitlərinin köçürülməsini təmin etməklə ələ keçirdikdən sonra xx.xx.2021-ci il tarixdə heç bir səbəb olmadan əvvəlcədən avtomobili idarə etməsi üçün Müşviq Məlikliyə verdiyi etibarnaməni ləğv etdirməsi səbəbi ilə həmin avtomobilin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X74 şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsindən istifadə edib sonuncunun xəbəri olmadan cərimə meydançasından götürərək və qaytarılması ilə bağlı tələblərinə əhəmiyyət verməyərək vahid niyyətlə törədilən qəsdlə zərərçəkmiş şəxs X8 ümumilikdə 5998 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai Sonata” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 23 sentyabr 2020-ci ildə saat 17 radələrində ünvan 7 ünvanın qarşısında ilkin ödəniş kimi sonuncunun 1200 manat pulunu ələ keçirdikdən sonra səhəri gün, yəni 24 sentyabr 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs2 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs2 1200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai Accent” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin oktyabr ayının ilk günlərində saat 15 radələrində Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 1108 ünvanında yerləşən “Güvən” klinikasının qarşısında 4000 manat nağd pul, 08 oktyabr 2020-ci ildə saat 19:48-də Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 36 ünvanında yerləşən “Zərifə” marketdəki eManat terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 300 manatı, 31 oktyabr 2020-ci il tarixdə saat 19:24-də ünvan 10 ünvanındakı Elit marketdən Milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 300 manatı, 09 noyabr 2020-ci il tarixdə saat 19:13-də ünvan 11 ünvanındakı Elit marketdən Milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 300 manatı və 08 yanvar 2021-ci il tarixdə saat 19:31-də Bakı şəhəri Xətai rayonu Zığ yolu 5 ünvanında yerləşən “Bazarstore” marketdəki eManat terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 300 manat pul vəsaitlərinin köçürülməsini təmin etməklə ələ keçirdikdən sonra həmin nəqliyyat vasitəsinin sənədlərindəki problemi aradan qaldıracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs3 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 5200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai Sonata” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 28 oktyabr 2020-ci ildə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu X44 küçəsi 323 ünvanında yerləşən “Günəş” yanacaq doldurma məntəqəsinin içərisində ilkin ödəniş kimi sonuncunun 1400 manat pulunu ələ keçirdikdən 2 gün sonra, yəni 30 oktyabr 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsinə etibarnamə verəcəyini bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs4 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs4 1400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 11 yanvar 2021-ci ildə saat təxminən 12 radələrində Bakı şəhəri Xətai rayonu General Səməd bəy Mehmandarov küçəsi 80 nömrəli evin qarşısında ilkin ödəniş kimi sonuncunun 1700 manat, 12 yanvar 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Xətai rayonu General Səməd bəy Mehmandarov küçəsində yerləşən “Neapol dairəsində” 500 manat, 15 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi 39B ünvanındakı müəyyən olunmayan elektron ödəniş terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 500 manat pul vəsaitlərinin köçürülməsini təmin etməklə ələ keçirdikdən bir neçə gün sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirəcəyini bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs5 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 2700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətə aidiyyəti olmayan X3 vasitəsi ilə tanış olduğu X10 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "Hyundai Sonata" markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 19 yanvar 2021-ci ildə saat 16 radələrində ünvan 15 ünvanında yerləşən ofisdə ilkin ödəniş kimi sonuncunun 1000 manat pulunu, 23 yanvar 2021-ci il tarixdə saat 14:30da Bakı şəhəri Yasamal rayonu X44 küçəsi 34 ünvanında yerləşən “Grandmarket”-də milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 35 manat pul vəsaitlərinin köçürülməsini təmin etməklə ələ keçirdikdən sonra həmin nəqliyyat vasitəsinə etibarnamə verəcəyini bəhanə edərək avtomobili Rafiq Məmmədlidən alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə zərərçəkmiş şəxs X16 ümumilikdə 1035 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib sonuncunun etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı **-NN-*** dövlət nömrə nişanlı avtomobilində olunmuş texniki dəyişikliklərə görə yeni qeydiyyat şəhadətnaməsi düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 18 yanvar 2021-ci il tarixdə 17:42-də ünvan 17 ünvanında yerləşən Əkbər marketdəki eManat terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 200 manat, həmin tarixdə saat 17:44-də həmin ünvanda yerləşən eManat terminalından həmin hesaba 100 manat, 20 yanvar 2021-ci il tarixdə saat 12:39-da həmin ünvanda yerləşən marketdəki eManat terminalından həmin hesaba 300 manat pulun köçürülməsini təmin etməklə və 22 yanvar 2021-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri Binəqədi rayonu Xırdalan dairəsindən DİN-in BDYPİyə gedən yolun sağ tərəfində 500 manat olmaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 1100 manat pulunu vahid niyyətlə törədilən qəsdlə ələ keçirərərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətə aidiyyəti olmayan Şahid17 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs31 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 28 yanvar 2021-ci ildə saat 12 radələrində ünvan 18 ünvanında yerləşən 18 saylı notariat ofisinin qarşısında ilkin ödəniş kimi sonucunun 2000 manat pulunu ələ keçirmiş, nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs31 alıb müxtəlif bəhanələrlə avtomobili ona qaytarmayaraq Zərərçəkmiş şəxs31 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətə aidiyyəti olmayan Şahid17 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs8 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Scenic” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 01 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 19 ünvanında yerləşən “707” avtoservisin qarşısında ilkin ödəniş kimi sonuncunun 1700 manat pulunu ələ keçirdikdən sonra, nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs8 xoşuna gəlmədiyi üçün ələ keçirdiyi pulu ona qaytaracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs8 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs8 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətə aidiyyəti olmayan Şahid17 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs9 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 09 fevral 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci sahə Salyan yolu 3228-ci məhəllədə yerləşən Fəhlələr parkının qarşısında ilkin ödəniş kimi sonuncunun 1900 manat pulunu, 09 fevral 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən DİN-in Baş X74 İdarəsinin inzibati binasının həyətində 30 manat pulunu ələ keçirdikdən sonra 10 fevral 2021-ci il tarixdə həmin nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs9 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs9 ümumilikdə 1930 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai Sonata” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 15 fevral 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu X45 qəsəbəsi, Azadlıq prospekti ev 8 ünvanındakı yaşayış binasının qarşısında ilkin ödəniş kimi sonuncunun 2000 manat pulunu, 2021-ci ilin mart və aprel aylarında istintaqla yerləri və vaxtları müəyyən edilməyən tarixlərdə hər ay 550 manat olmaqla Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına ümumilikdə 1100 manat pulun köçürülməsini təmin etdikdən sonra nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs10 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs10 ümumilikdə 3100 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətə aidiyyəti olmayan Şahid17 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs11 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "Mersedes C200" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 20 fevral 2021-ci il tarixdə saat 14 radələrində ünvan 22 ünvanında yerləşən 18 saylı notarius ofisinin qarşısında ilkin ödəniş kimi sonuncunun 1000 manat nağd pulunu, həmin gün saat 16 radələrində Bakı şəhəri Nərimanov rayonu, X79 küçəsi 19B ünvanda yerləşən "X23” MMC-nin qarşısında 1000 manat nağd pulunu, həmin gün avtomobilin təkərlərinin yenisi ilə əvəz olunması üçün xərclədiyi 380 manat pulunu, 03 mart 2021-ci il tarixdə saat 18:39-da Bakı şəhəri Nərimanov rayonu, X79 küçəsi 19B ünvanda yerləşən “Jasmin” marketdəki emanat terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 450 manat, 30 mart 2021-ci il tarixdə saat 12:09-da Bakı şəhəri Nərimanov rayonu, X79 küçəsi 19B ünvanda yerləşən “Jasmin” marketdəki emanat terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 600 manat pulun köçürülməsini təmin etdikdən sonra, 05 aprel 2021-ci il tarixdə uşaqlarını həkimə aparacağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs11 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs11 ümumilikdə 3430 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətə aidiyyəti olmayan Şahid17 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs12 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Scenic” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 26 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yerləşən parkda sonuncunun 1200 manat pulunu ələ keçirmiş, səhərisi gün nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs12 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs12 1200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə cinayətə aidiyyəti olmayan Şahid17 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs13 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai Accent” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 05 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 163 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin içərisində ilkin ödəniş kimi sonuncunun 1900 manat pulunu ələ keçirmiş, nəqliyyat vasitəsini texniki baxışdan keçirəcəyini bəhanə edərək avtomobili 10 mart 2021-ci ildə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 163 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs13 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs13 1900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 13 mart 2021-ci ildə saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsi 172 nömrəli evin qarşısında ilkin ödəniş kimi sonuncunun 2400 manat pulunu, həmçinin həmin gün avtomobilin təkərlərini yenisi ilə əvəz edilməsi üçün xərclədiyi 270 manat pulu olmaqla ümumilikdə 2670 manat pulunu ələ keçirmiş, nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili 15 mart 2021-ci ildə ünvan 19 ünvanında yerləşən “707” avtoservisin qarşısında Velekh Ramazanovdan alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs14 2670 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai Accent” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 13 mart 2021-ci ildə saat 15 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 680 ünvanında yerləşən “707” avtoservisdə ilkin ödəniş kimi sonuncunun 2000 manat pulunu ələ keçirmiş, nəqliyyat vasitəsini rənglətdirəcəyini bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs16 alıb sonradan müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq Zərərçəkmiş şəxs16 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 14 mart 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov 680 ünvanında yerləşən «707» avtoservisdə ilkin ödəniş kimi sonuncunun 100 manat pulunu, 15 mart 2021-ci il tarixdə saat 11 radələrində həmin yerdə 900 manat pulunu, həmin gün saat 21 radələrində Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 111 ünvanında yerləşən Bakı nəqliyyat agentliyinin inzibati binasının qarşısında 1000 manat pulunu ələ keçirmiş, nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili həmin yerdə Zərərçəkmiş şəxs18 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs18 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs21 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “X46” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 16 mart 2021-ci il tarixdə saat 16 radələrində ünvan 19 ünvanında yerləşən “707” adlı avtoservisin qarşısında ilkin ödəniş kimi sonuncunun 1400 manatını və milli məzənnə ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını ələ keçirmiş, bir neçə gündən sonra nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili həmin yerdə Zərərçəkmiş şəxs21 alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs21 ümumilikdə 2420 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə X20 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “X46” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 02 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 28 ünvanında yerləşən Şəki restoranının qarşısında ilkin ödəniş kimi 500 manatını, 04 aprel 2021-ci il tarixdə saat 17 radələrində ünvan 30 ünvanında yerləşən Anar şadlıq sarayının yanında yerləşən avtomobil təmiri sexində 3000 manat pulunu ələ keçirmiş, bir neçə gündən sonra nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə 20 ünvanında yerləşən "Qızıl Boğaz" restoranının yanında Müşviq Orucovdan alıb müxtəlif bəhanələrlə avtomobili sonuncuya qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə zərərçəkmiş şəxs X25 ümumilikdə 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs25 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 08 aprel 2021-ci ilin saat 15 radələrində ünvan 15 ünvanında yerləşən ofisdə ilkin ödəniş kimi sonuncunun 2000 manat nağd pulunu, bundan sonra istintaqla yeri və vaxtı müəyyən edilməyən 1 ay ərzində Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 800 manat pulun köçürülməsini təmin etməklə ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs25 tanışı X17 həmin avtomobili idarə etməsi üçün etibarnamə verməməsi səbəbi ilə 07 may 2021-ci il tarixdə avtomobilin Bakı şəhəri X74 İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsindən istifadə edib sonuncunun xəbəri olmadan cərimə meydançasından götürərək və qaytarılması ilə bağlı tələblərinə əhəmiyyət verməyərək vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs25 ümumilikdə 2800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs27 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “X46” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 08 aprel 2021-ci il tarixdə saat 17 radələrində ünvan 32 ünvanında yerləşən ofisdə ilkin ödəniş kimi sonuncunun 2500 manat pulunu ələ keçirmiş, həmin günün səhərisi yəni, 09 aprel 2021-ci il tarixdə nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə 20 ünvanında Zərərçəkmiş şəxs27 alıb müxtəlif bəhanələrlə avtomobili ona qaytarmayaraq Zərərçəkmiş şəxs27 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 09 aprel 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 27 saylı yaşayış binasının qarşısında ilkin ödəniş kimi sonuncunun 2850 manat pulunu ələ keçirmiş, bir neçə gündən sonra nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs15 alıb müxtəlif bəhanələrlə avtomobili ona qaytarmayaraq Zərərçəkmiş şəxs15 2850 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "X39" markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 11 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 32 ünvanında yerləşən ofısdə ilkin ödəniş kimi sonuncunun 2920 manat pulunu ələ keçirmiş, bir neçə gündən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirəcəyini bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs17 alıb müxtəlif bəhanələrlə avtomobili ona qaytarmayaraq Zərərçəkmiş şəxs17 2920 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "X39" markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 16 aprel 2021-ci il tarixdə saat 22 radələrində ünvan 33 ünvanda yerləşən yaşayış binasının həyətində ilkin ödəniş kimi sonuncunun 5000 manat pulunu ələ keçirmiş, bir neçə gündən sonra nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə 20 ünvanında Zərərçəkmiş şəxs19 alıb müxtəlif bəhanələrlə avtomobili ona qaytarmayaraq Zərərçəkmiş şəxs19 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs20 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 18 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 34 ünvanında yerləşən ofisdə ilkin ödəniş kimi sonuncunun 2400 manat pulunu ələ keçirmiş, Zərərçəkmiş şəxs20 həmin avtomobili idarə etməsi üçün etibarnamə verməməsi səbəbi ilə 02 may 2021-ci il tarixdə avtomobilin Bakı şəhəri X74 İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsindən istifadə edib sonuncunun xəbəri olmadan cərimə meydançasından götürərək və qaytarılması ilə bağlı tələblərinə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs20 2400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs22 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Megane” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 23 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 34 ünvanında yerləşən ofisdə ilkin ödəniş kimi sonuncunun 2500 manat nağd pulunu, həmçinin 1 ay ərzində istintaqla müəyyən edilməyən vaxtda və yerdən Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 800 manat pulun köçürülməsini təmin etməklə ələ keçirdikdən sonra 30 may 2021-ci ildə saat 15 radələrində nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili ünvan 35 ünvanında yerləşən Şəki restoranının dairəsində Zərərçəkmiş şəxs22 alıb müxtəlif bəhanələrlə avtomobili ona qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs22 ümumilikdə 3300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs24 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "Renault Megane" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 23 aprel 2021-ci il tarixdə saat 19 radələrində ünvan 37 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərkəzi ofisinin qarşısında ilkin ödəniş kimi sonuncunun 3000 manat nağd pulunu, 24 aprel 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi 41 nömrəli evin qarşısında 400 manat nağd pulunu, 20 sentyabr 2021-ci il tarixdə saat 11:21-də ünvan 38 ünvanında yerləşən “Stop market” mağazasının daxilindəki "eManat" ödəniş terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 100 manat pulun köçürülməsini təmin etməklə ələ keçirib, nəqliyyat vasitəsini adına keçirəcəyini bəhanə edərək avtomobili Zərərçəkmiş şəxs24 alıb müxtəlif bəhanələrlə avtomobili ona qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs24 ümumilikdə 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs26 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "Renault Megane" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 10 may 2021-ci il tarixdə saat 12 radələrində ünvan 34 ünvanında yerləşən ofisdə ilkin ödəniş kimi sonuncunun 2000 manat pulunu, eləcə də avtomobilin təmiri üçün xərclədiyi 88 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs26 ümumilikdə 2088 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs28 etibarından sui-istifadə edib xahişi ilə avtomobil ustasının ondan götürəcəyi avtomobil ehtiyyat hissələrinin pulunu qısa müddətə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan 17 may 2021-ci il tarixdə saat 11 radələrində sonuncunun ünvan 39 ünvanında yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasından cinayətkar qəsdə aidiyyəti olmayan naməlum kişi cinsli avtomobil ustasının vasitəsi ilə “Renault Megane” markalı avtomobilə aid fərdi identifikasiya kodu olmayan 450 manat dəyərində sürətlər qutusu və 400 manat dəyərində sürətlər qutusunun ötürücü mexaniki diskisini ələ keçirərək Zərərçəkmiş şəxs28 ümumilikdə 850 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs29 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Hyundai Accent” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 19 may 2021-ci il tarixdə saat 14 radələrində ünvan 40 ünvanında yerləşən Qaradağ rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ilkin ödəniş kimi sonuncunun 100 manat pulunu, həmin gün saat 17 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospekti 61c ünvanında 3550 manat pulunu ələ keçirmiş, bundan bir gün sonra, yəni 20 may 2021-ci il tarixdə nəqliyyat vasitəsinə texniki pasport verməməsi səbəbindən avtomobili ünvan 43 ünvanında yerləşən 32 saylı notarius ofisinin qarşısında sonuncudan alıb müxtəlif bənahələrlə avtomobili ona qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs29 ümumilikdə 3650 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs22 dələduzluq yolu ilə pulunu ələ keçirdikdən sonra “Renault Megane” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasazlığını bəhanə edərək 30 may 2021-ci ildə saat 15 radələrində ünvan 44 ünvanında yerləşən “Şəki restoranının dairəsi” adlanan yerdə ona qaytarılmasını təmin edərək avtomobili idarə edib oradan uzaqlaşıb istintaqa məlum olmayan vaxtda və yerdə həmin avtomobilin salonunda arxa oturacağının üzərində olmuş Zərərçəkmiş şəxs22 məxsus 01 ədəd 100 manat qiymətində dəri gödəkcəni, 1 ədəd 50 manat dəyərində cins gödəkcəni, cins gödəkcənin sol iç cibində olan 01 ədəd 1500 manat dəyərində 750 əyyarlı, 10 qram çəkili, tək brilyant qaşlı nişan üzüyünü gizli olaraq talayaraq Zərərçəkmiş şəxs22 ümumilikdə 1650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs30 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan “Renault Meqane” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 31 may 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu X47 küçəsi 131A ünvanında yerləşən "Rabitə Kolleci" nin yataqxanasının qarşısında ilkin ödəniş kimi sonuncunun 1800 manat pulunu, həmçinin avtomobilin texniki hissələrinə xərclədiyi 700 manat pulu ələ keçirmiş, Zərərçəkmiş şəxs30 həmin avtomobili idarə etməsi üçün etibarnamə verməməsi səbəbi ilə 03 iyun 2021-ci il tarixdə avtomobilin Bakı şəhəri X74 İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsindən istifadə edib sonuncunun xəbəri olmadan cərimə meydançasından götürərək və qaytarılması ilə bağlı tələblərinə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs30 ümumilikdə 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs30 dələduzluq yolu ilə pulunu ələ keçirdikdən sonra “Renault Meqane” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili 03 iyun 2021-ci ildə saat 15 radələrində ünvan 47 ünvanında yerləşən cərimə meydançasından sonuncunun xəbəri olmadan idarə edib oradan uzaqlaşıb istintaqa məlum olmayan vaxtda və yerdə həmin avtomobilin salonundan Zərərçəkmiş şəxs30 məxsus 1 ədəd, istintaqla fərdi identifikasiya kodu müəyyən olmayan 150 manat dəyərində "İphone-5S" markalı mobil telefonu, 1 ədəd istintaqla fərdi identifikasiya kodu müəyyən olmayan 100 manat dəyərində "Nokia-6100" markalı mobil telefonu, həmçinin hər birinin 50 manat dəyəri olan ümumlikdə 200 manat dəyərində 2 ədəd gümüş kişi üzüyü və 2 ədəd gümüş kişi qolbaqlarıni gizli olaraq talayaraq Zərərçəkmiş şəxs30 ümumilikdə 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs34 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "X46" markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 18 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində ünvan 22 ünvanında yerləşən 18 saylı notarius ofisinin qarşısında ilkin ödəniş kimi sonuncunun 2500 manat pulunu ələ keçirmiş, avtomobil xoşuna gəlmədiyinə görə həmin yerdə avtomobili ona qaytarmış Zərərçəkmiş şəxs34 ələ keçirdiyi pulu qısa müddətə ona qaytaracağını deyərək müxtəlif bənahələrlə avtomobili ona qaytarmayaraq Zərərçəkmiş şəxs34 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs33 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "X46" markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 22 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs33 xalası oğlu Şahid15 Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev 3024 ünvanında yerləşən "Yeganə" şadlıq sarayının yanında Zərərçəkmiş şəxs33 məxsus 1000 manat nağd pulu, 23 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsindəki "Davud" marketdəki "MilliÖn" aparatından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 400 manat, 25 oktyabr 2021-ci il tarixdə saat 11:16-da ünvan 49 ünvanında yerləşən "Bravo" marketdəki "MilliÖn" ödəmə terminalından Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 50 manat pulun köçürülməsini təmin etməklə ələ keçirdikdən sonra, Zərərçəkmiş şəxs33 və Şahid15 həmin avtomobili idarə etmələri üçün etibarnamə verməməsi səbəbi ilə 25 oktyabr 2021-ci il tarixdə avtomobilin Şəmkir rayonu ərazisində X74 İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsindən istifadə edib sonuncunun xəbəri olmadan cərimə meydançasından götürərək və qaytarılması ilə bağlı tələblərinə əhəmiyyət verməyərək vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs33 ümumilikdə 1450 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs35 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "X46" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 30 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri ünvan 50 ünvanında yerləşən «Ləvəngi» restoranının qarşısında ilkin ödəniş kimi sonuncunun 6500 manat pulunu ələ keçirmiş, Zərərçəkmiş şəxs35 həmin avtomobili idarə etmək üçün etibarnamə verməməsi səbəbi ilə 07 noyabr 2021-ci il tarixdə avtomobilin Bakı şəhəri Xəzər rayonu ərazisində X74 İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsindən istifadə edib sonuncunun xəbəri olmadan cərimə meydançasından götürərək və qaytarılması ilə bağlı tələblərinə əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs35 6500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs32 etibardan sui-istifadə edib icarəyə verilməsi məqsədi ilə götürdüyü özünə məxsus olmayan "Renault Megane" markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması barədə yalan məlumat və avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 13 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Nərimanov rayonu Mirzəbala Əhmədzadə küçəsində ilkin ödəniş kimi sonuncunun 1750 manat pulunu, həmin gün saat 22 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində “Xəyalın dairəsi” deyilən yerdə hesabında 250 manat pul olan istintaqla müəyyən edilməyən plastik bank kartını ələ keçirmiş, 24 noyabr 2021-ci ildə saat 12 radələrində ailə üzvlərini harasa aparacağını bəhanə edərək avtomobili Bakı şəhəri Yasamal rayonu X75 küçəsində Zərərçəkmiş şəxs32 alıb müxtəlif bənahələrlə ona qaytarmayaraq vahid niyyətlə törədilən qəsdlə Zərərçəkmiş şəxs32 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə qismən təqsirli bilmiş, lakin CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs verdiyi yazılı ifadəsində bildirmişdir ki, ona ittiham verilmiş heç bir oğurluq cinayətini törətməmiş, oğurlanması ehtimal olunan malların heç biri avtomobillərdə olmamış və buna görə də oğurluq epizodlarının ittihamdan xaric edilməsini xahiş etmişdir. Bundan başqa zərərçəkmiş kimi tanınan Məlikli Müşviq müqavilədə göstərildiyi kimi 1500 AZN ilkin ödəniş edib və **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili 5 ay 11 gün istifadə etmişdir. Avtomobili geri vermə səbəbi kimi Müşviq göstərmişdir ki, onun bacısının yoldaşı Zərərçəkmiş şəxs3 da idarə etdiyi **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarması olmuşdur. Emilin onunla arasında yaranan narazılığa görə o da avtomobili geri vermişdir. Buna görə də o müqavilə üzrə 1500 AZN ödənişi geri qaytarmışdır. Qalan ödəniş avtomobildən istifadə etdiyi üçün ödədiyi icarə pullarına hesablanmışdır. Müşviq bundan başqa avtomobili tam yararsız hala salmış, avtomobil istismara yararsız vəziyyətə gəlmişdir. Müqavilə şərtlərinə uyğun olaraq ilkin depozit geri qaytarılmış, lakin icarə pulu geri ödənilmir. Ona görə də onun Müşviqə heç bir borcu qalmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs25la 08 aprel 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən ofisin qarşısında görüşərək özünə məxsus **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 2000 AZN ödənişdən sonra sonuncuya icarəyə vermişdir. Müqavilə şərtlərinə uyğun olaraq Elxan günlük 20 AZN icarə pulu ödəməli idi və avtomobili ondan başqa heç kim idarə edə bilməzdi. Elxan müqaviləni oxuduqdan sonra şərtləri qəbul edib imzalamış, ona onlayn etibarnamə verilmiş və avtomobil ona təhvil verilmişdir. Təqribən 2-3 dəfə avtomobil radara düşmüş və ona məlum olmuşdur ki, Elxan avtomobili başqa-başqa şəxslərə idarə etmək üçün vermişdir. Buna görə də o, Elxana xəbərdarlıq etmişdir. Avtomobili Elxana verdikdən təxminən bir ay sonra Sabunçu RPİ-nin DYPŞ-nın əməkdaşı tərəfindən avtomobil dayanacağa aparılmış və ona məlum olmuşdur ki, maşını Elxanın xalası oğlu Əkbər adlı şəxs idarə etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Elxan avtomobili başqa şəxslərə icarəyə verməklə məşğuldur. Müqavilə şərtinə görə belə olan halda müqavilə ləğv edilməli, depozit geri qaytarılmalı və avtomobil sahibinə təhvil verilməlidir. Bundan başqa Zərərçəkmiş şəxs10 adlı qadın ona məxsus **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. İcarəyə götürdüyü gündən Çinarə dəfələrlə avtomobillə qəza törətmiş və avtomobili təmir etdirməmişdir. Sərxoş halda avtomobili idarə etdiyi üçün avtomobil saxlanılmış və dayanacağa yerləşdirilmişdir. O, həmin avtomobili dayanacaqdan çıxardıb Çinarəyə geri vermişdir. Sonuncu dəfə Çinarə həmin avtomobil ilə qəza törətmiş və sərxoş olduğu üçün avtomobili qəza törətdiyi yerdə qoyub qaçmışdır. Bundan sonra o, DYPŞ əməkdaşları tərəfindən idarəyə dəvət olunanda bundan xəbər tutmuş və telefonla Çinarə ilə danışanda o bunu etiraf etmişdir. Çinarə bundan sonra maşını bərabər tanıdıqları Əmrah adlı ustanın yanına göndərmiş və maşını ona, yəni sahibinə təhvil verməsini xahiş etmişdir. O, bununla əlaqədar Çinarədən soruşanda Çinarə imkanı olmadığından maşını təmir etdirə bilməyəcəyini demişdir. Buna görə də o, maşını öz şəxsi hesabı ilə təmir etdirmişdir. Avtomobilin mühərriki yararsız hala düşdüyü üçün yeni mühərrik, ötürücü qutu və başqa xərclərlə birlikdə 5800 manat xərc çəkmiş və 1000 manat Çinarənin aylıq ödənişi qalmışdır. Toplam 6900 AZN ona ziyan dəymişdir. Çinarənin ilkin olaraq depozit ödədiyi pulu aylıq ödənişlərinə tutulmuşdur. Avtomobil təmir olunandan sonra o, Çinarəyə avtomobili təhvil götürməsini demiş, lakin Çinarə istəməmişdir. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs28 ifadəsində ondan “Şəkili” adlı şəxsin vasitəsilə 850 manat dəyərində ehtiyat hissəsi alındığını bildirmişdir, lakin o “Şəkili” adlı şəxsi tanımır və Eminlə aralarında belə bir alış-veriş də olmamışdır. Qalan otuz bir zərərçəkmiş şəxsin işi ilə bağlı haqlı olub-olmasa da dəymiş ziyan onun tərəfindən ödənilmiş və barışıq əldə edilmişdir. Məhkəmə iclasında X18 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, X18 ona ilkin ödəniş 1500 manat verib. Müqavilədə də bu hal qeyd olunub. «Hyundai Accent» markalı **-RR-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən təzə yığdırılmışdır. Müşviqə demişdir ki, maşın təzə yığıldığına görə uzaq yerə və ya rayona sürməsin, qısa bir müddət gözləsin. Amma Müşviq maşını idarə edərək rayona gedib və maşını yararsız hala salıb. Bakıya onun ustasına gətirib maşını vermiş, usta bildirmişdir ki, maşının içi yararsız hala düşüb və xərci 600 manatdır. Müşviqə demişdir ki, “pulu ver ustaya, məndə «Renault Megane» markalı maşın var, onu verim sənə.” Belə də razılaşmışlar. Bundan uzun bir müddət sonra Müşviqin qohumu Zərərçəkmiş şəxs3la onun mübahisəsi düşmüşdür. Müşviq də ona həmin vaxt zəng edib maşını qaytarmaq istədiyini demişdir. Müşviqdən o, maşını almışdır. Müşviqə də 1500 manat ödəmişdir, aylığa görə 500 manat çıxmışdır. Maşının öz qiyməti 8000 manat civarındadır. O, Müşviqə verdiyi etibarnaməni ləğv etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Samir ona 1000 manat pul verib, 200 manatda dəqiq xatırlamasa da faiz falan olub. Zərərçəkmiş şəxs2 maşını avtoyuma məntəqəsindən qurumamış götürüb gedib, 3 gün sonra qaytarıb. Ödədiyi məbləğ depozit idi. Ona borcu yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Emil müqaviləni imzalamışdır. Maşını Emilə verib çıxıb getmişdir. Onu dəfələrlə Emilgil görüşə çağırmışlar. Onun onlara bir manat belə verəcəyi yoxdur. Sonradan Emil pulu gecikdirməyə başlamışdır. Məhkəmə iclasında Garibov Zamir ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Zamirlə aralarında münasibət pozulduqdan sonra əvvəlcə ona 300 manat, daha sonra 400 manat pul vermişdir. Zamir ondan polis bölməsinə şikayət etdikdən sonra da əlavə 200 manat vermişdir. Sonrakı gün tutulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Kəyan ilk öncə gəlib maşını aparmışdır. Beş saat sonra zəng eləmişdir ki, maşın işləmir. Demişdir ki, bəlkə nəsə problemi var. Kəyan ona demişdir ki, “qoy baxım xəbər edəcəm.” Bibiheybət tərəfdə Kəyan maşına benzin vurub və ona zəng eləyib ki, maşın düzəldi. O da demişdir ki, çalış benzinsiz sürmə, benzin vur düzələcək. Bir neçə gün sonra Kəyan yenidən oan zəng eləmişdir ki, maşın yenə xodlanmır. O da demişdir ki, yəqin yenə benzin vurmamısan, vur düzələcək, Kəyan ona demişdir ki, artıq belə getmir. O da Kəyana bildirmişdir ki, “sənin yerinə də benzini mən vurum?.” Kəyan ona demişdir ki, maşının datçikini düzəltdirsin. O da demişdir ki, gətir düzəltdirim, Kəyan isə vaxtının olmadığını, evakuatorla götürməsini bildirmişdir. O da özü evakuator göndərmişdir. Bundan sonra maşına baxmağa başlamışlar. Görmüşlər ki, maşın o qədər benzinsiz sürülüb ki, benzin datçiki yanıb. O, Kəyana zəng eləmişdir ki, datçikin pulu 720 manat edir. Bu düzəlməlidir. O, Kəyanla görüşüb ona 800 manat vermişdir, Kəyan qol çəkmiş və qəbul etmişdir. Bundan sonra da bir dəfə 200 manat, daha sonralar isə 100 manat və 100 manatda ayrılıqda vermişdir. Onun Kəyana verəcəyi yoxdur. Sonradan onun barəsində Kəyan, Valeh və Elgün təzdən Nazirliyə gedərək şikayət etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Çinarə xanım Mehdiabad yolunda maşının qapılarını açıq qoyub qaçmışdır. Təqribən 15-20 gün keçmiş ona gecə saat on iki-bir radələrində zəng eləmişdir ki, maşını qaçırıblar. Tez durub restoranın qabağına gəlmişdir. Ona demişlər ki, yerdə bir qadın uzanıb bəlkə odur. Yaxınlaşıb görmüşdür ki, Çinarə yerdə uzanıb. Ayıltmağa çalışmışdır, Çinarə sərxoş vəziyyətdə olmuş və ayılmırmış. GPS-ə baxmışdır ki, maşın kənarda, yəni avtoyuma yerindədir. Həmin yerə yaxınlaşanda ona demişlər ki, “bayaq bir xanım maşını ora-bura vura-vura gətirdi bura qoydu ki, yuyarsız, sonra çıxdı getdi.” Gecə Çinarə özü də ayıldı. Səhər gəlmişdir ki, maşın xarabdı. Maşını Çinarəyə verməmişdir. Bir tanış zəng eləmişdir ki, maşını Çinarəyə qaytar. O da maşını yenidən Çinarəyə qaytarmışdır. Bundan bir müddət sonra Çinarə yenə maşını vurmuş və ona zəng edərək maşının qaynatdığını bildirmişdr. O da maşını belə sürməməsini və radiatorun dəyişməli olduğunu Çinarəyə bildirmişdir. Daha sonra yenə hadisə olanda Çinarə Mehdiabadda maşını qoyub qaçmışdır. Sonra ona demişdir ki, “istəmirəm maşınını 2000 manatda qalsın.” Bundan sonra o, həmin maşına 7800 manat xərc çəkərək düzəltdirmişdir. İstintaqa da sənəd vermişdir. Maşına 7800 manatlıq ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Elşad ilə müqavilə bağlanıb. Elşad həyat yoldaşının yanında ona 1000 manat verib, müqavilə bağlamışlar, etibarnaməsini vermişdir. Yoldan qayıdanda maşın birdən xarab olmuşdur. Özünün ustası varıydı, ora getmişlər, özü görmüşdür ki, 500 manat pul qoymuşdur. Maşını sürüb istifadə edib. Mübahisənin səbəbi o olmuşdur ki, Elşadın həyat yoldaşı maşını sənədsiz sürüb. Şəkilləri də var. Maşın onun özünə məxsusdur. Etibarnaməsiz sürmək olmaz. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, on günə yaxın sürdü, sonrasında atası zəng edib sərf eləmədiyini deyərək, geri qaytardıqlarını bildirmişdir. 20-ci PB-nin təhqiqatçısının yanında Hüseynə 1000 manat pul vermişdir. Maşını sürərək servisə Hüseyn gətirmiş, avtoyumaya verib getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, mülki qaydada qətnamə çıxıb, 1100 manat təmin edilib. Özü, atası və digər şəxslər gəlmiş, maşına baxmışlar, 200 manat beh vermişdir. Vüqar özü avtobusda işləyir. Maşını dostuyla birlikdə sürüb baxıblar. Vüqar sonradan ona 900 manat da vermişdir, 1100 manatla müqaviləni bağlamışlar. Maşını Vüqargil sürüb getmişlər. Dördbeş saat sonra ona zəng etmişdir ki, maşın işə düşmür. Demişdir ki, necə ola bilər ki, elə olsun. “Gözlə gəlib götürəcəm” demişdir. Ondan sonra o, həbs edilmişdir deyə maşını düzəldə bilməmişdir. O, azadlıqda olmamışdır. Ona 1100 manat verib. Onu da ödəyəcək. Məhkəmə iclasında Zərərçəkmiş şəxs25 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, maşını Elxan ondan götürərək 20 manata günlük başqalarına vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs27 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Sahil maşını bir müddət sürdükdən sonra qaytarmış və pulunu geri istəyərək başqa maşın götürmək istədiyini bildirmişdir. O da Sahilə pulunu hissə-hissə ödəmişdir, axırıncı 200 manat qalmışdır. Demişdir ki, “gəl görüşək verim,” Sahili həmin vaxt videoya da çəkmişdir ki, ona borcu qalmadığını sübut etsin. Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Elgünün qaynı ilə dalaşdığına görə maşın texniki baxışda olarkən gedib onu götürmüş və maşını qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Baba özü gətirib qaytarıb ki, həmin maşını sürə bilmir. O da satışa qoymuşdur. Həmin prosesdə o tutulmuşdur. Sonradan 2000 manat Babaya vermişdir. Demişdir ki, qalanını da dekabrda ödəyəcək. Onda da yenə tutulmuşdur, qalanını verə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs22 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən sonra taksi sifariş eləmişdir. Təsadüfən Rəşidlə rastlaşmışdır. Amma Rəşid ona deməmişdir ki, o, Rəşiddən nəsə götürmüşdür. O, Rəşidin heç bir əşyasını oğurlamamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs24 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, ona məxsus maşını Zərərçəkmiş şəxs19 götürəndən sonra öz adına keçirdiyi günün axşamı Vahidlə danışmış, ona vermiş, Vahid gəlib götürmüşdür. Bir müddət sonra Vahid demişdir ki, maşının altında nəsə problem var. O, Vahidə demişdir ki, “mən neyniyim maşın getmirsə.” Ondan əvvəldə bir dəfə bir ay əvvəlcədən Vahid gəlib başqa maşın götürmək istədi. Həmin maşına da baxıb yaxşı olduğunu deyib getmişdir. Bir ay sonra Baba gəlib maşını qaytardığı üçün Vahiddən aldığı 2000 manatıda elə Babaya vermişdir. Bundan sonra Vahidin atası bir ayın tamamına yaxın ona zəng edərək maşını qaytarmaq istədiklərini demişdir. O da razılaşmış, ilkin ödəniş 3000 manat olmuş, 600 manatda 20-25 gün sürməyinə çıxmış və yerdə qalan 2400 manatı gəlib götürməsini bildirmişdir. Vahid isə onun 3100 manat pul verməli olduğunu bildirmişdir. O isə buna etiraz etmişdir. Vahidgil sonradan onu məhkəməyə vermişlər. O da həmin ərəfədə tutulmuşdur. Maşın da 4-5 ay Vahidin qapısında qalmışdır. Həbsdən çıxana yaxın Vahid ona demişdir ki, “Tural mənə humanistlik eləsin yeni qrafik açsın.” O da demişdir ki, “onda maşını keçirim şirkət adına, şirkət balansında sənə qrafik açım.” Gəlmişlər birlikdə yol polisinə. Vahidgilin onun maşının 5 ay saxlamaqlarında məqsədi olmuşdur. Baxmışlar ki, maşının ban nömrəsində işləmə var. Maşın bir həftə polisdə qalmışdır. Bundan bir ay sonra 2200 manat dövlətə rüsum ödəyərək maşını çıxarmışdır. Maşının ban nömrəsində dəyişiklik edilməsi barədə ekspert rəy vermişdir. O, Zərərçəkmiş şəxs24 etibarnamə vermişdir və sonradan onu ləğv eləməmişdir. Zərərçəkmiş şəxs24 maşını aylarla özündə gizlədib, o, həbsdən çıxandan sonra maşını təqdim eləmişdir. O, Vahidə 2000 manat ödəmiş və 1000 manat borcu qalmışdır. Həmin pulu da ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs28 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, o, Emindən maşınla bağlı nisyə heç nə almamışdır. Həmin ehtiyat hissəsini guya Şəkili adlı şəxs vasitəsilə alması tam yalandır. Belə bir şəxsi tanımır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs29 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Həmid maşını özü gətirib qaytarıb, lakin sonradan tutulduğu üçün Həmidin pulunu qaytara bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs30 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, maşında gps var. Siqnal verdiyini görmüşdür. Bəxtiyara hardasan demiş, o bəhanələr gətirmişdir. Nizami metrosu tərəfə gəlməsini bildirmişdir. Maşın onun maşınıdır. Bəxtiyar aparıb maşını ondan icazəsiz sökdürmüşdür. Zərərçəkmiş şəxs30 maşına yaxşılaşdırma ilə bağlı hər hansı xərc çəkibsə onu sübut etməlidir. O, Bəxtiyara razılaşmaq üçün təklif vermişdir, lakin Bəxtiyar istəməmişdir. Bəxtiyara aid heç bir əşyanı oğurlamamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs31 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Ərşad gəlib baxıb maşını bəyənmişdir, o isə Ərşada demişdir ki, maşını indi verə bilməz. Ərşad atasıyla gəlib maşına baxmış və o Ərşada “mator təzə yığılıb sürməməyə çalışın” deyə bildirmişdir. Həyətlərində maşını təhvil vermişdir. Gecə görmüşdür ki, gps də işıq yanır, Ərşada zəng eləmişdir, Ərşad da ona bildirmişdir ki, maşını yoxlayırlar. Ona sürətli sürməməyini tapşırmışdır. Səhəri Ərşad zəng eləmişdir ki, maşın nəsə sürət yığmır, atasıyla 50-70 manatlıq xərc çəkib düzəltmişlər. Ərşadın atası ona demişdir ki, əsas maşının işləməyidir, pulu verməyinə gərək yoxdur. Texpasport onda olmuşdur. Maşını sığorta etdirmək üçün lazım olan xərci Ərşadın atası ödəyəcəyini demişdir. Səhərisi gün usta onu yığmışdır ki, maşının turbosu dağılıb qoyub bura deyirlər ki, Tural düzəldəcək. O, Ərşada zəng edərək niyə ustaya aparıb qoyduğunu soruşmuş, o da maşının sürət qutusunun xarab olduğunu bildirmişdir. O, Ərşadın atası ilə razılığa gələrək maşına çəkilən 1100 manat xərc çıxıldıqdan sonra 900 manatı ödəyəcəyini bildirmişdir. Lakin sonradan Ərşad onunla telefonda nalayiq şəkildə danışdığına görə mübahisələri düşmüş və pulu ödəməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs33 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, o, Orxanı tanımır. O, maşını Zahidə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs35 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Tərlanda olan maşının qiyməti 15000 manatdır. Razılaşmışlar ki, 24 ay 600 manatdan olmaq şərtilə aylıq ödəniş etsin. Maşının “kosmetik” xərcləri olmuşdur, 1000 manat ona çıxmışdır. Tərlan yalan danışır. Keçən məhkəmə iclaslarında bildirmişdir ki, 6-7 aya 600-700 manatdan guya razılaşıblar. Ona cəmi 2000 manat verib. Maşının yan hissəsində qəza izi varıydı. 3000 manat ilkin ödənişlə 36 aylıq qoymuşdur. Tərlan ona demişdir ki, “sən 1000 manatı keç, 2000 manat verək, maşını özümüz düzəltdirək.” Ona görə də Tərlan ona 2000 manat vermişdir. O, Tərlana demişdir ki, “maşını sürmə, etibarnamə verim sonra sürərsən”, lakin Tərlan hər gün maşını sürmüşdür. Yol polis əməkdaşları tərəfindən Tərlan ona görə saxlanıb ki, azyaşlı uşağı maşında qarşı tərəfdə əyləşdirib. Maşını cərimə meydançasından o çıxartdırmışdır. Zərərçəkmiş şəxs35 ona cəmi 2000 manat pul verib və bu barədə müqaviləyə də imza çəkib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Azər maşını yoxlatdırıb götürmüşdür. Maşında gps olmuşdur. Təhqiqatçının yanında Azərin pulunu özünə qaytarmışdır. O, öz ifadəsində daha sonra oğurluq etmədiyini, oğurluq epizodu ilə bağlı Zərərçəkmiş şəxs30 əşyalarını sonradan tapmasını bildirdiyinii, Zərərçəkmiş şəxs22 isə məhkəmə iclasında ifadəsində maşında olarkən əşyaların itdiyini bildirdiyini, lakin maşınlardan onun tərəfindən heç bir əşyanın oğurlamadığını, özünə belə əməli yaraşdırmadığını, oğurluq epizodları üzrə ona bəraət verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs son olaraq bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyanların ödənildiyini, onların hər biri ilə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, himayəsində iki azyaşlı uşağının olduğunu və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2020-ci ilin avqust ayında işsiz olduğu vaxtlarda avtomobil götürərək Bakı şəhərində ailəsini dolandırmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Həmin zaman o, tanışı olan Faiq adlı şəxsə ona avtomobil düzəltməsi üçün müraciət etmiş, lakin Faiq özündə avtomobil olmadığı üçün tanıdığı Təqsirləndirilən şəxs onun üçün müraciət edə biləcəyini demişdir. Tanışı Faiq tanıdığı Təqsirləndirilən şəxs ona kreditlə taksi fəaliyyəti ilə məşğul olmağı üçün avtomobil verməsini xahiş etmişdir. Bundan sonra o, Faiq adlı şəxslə Nəsimi rayonu ərazisində 4-cü mikrorayonda görüşmüş və söhbət edərkən Tural ona özündə olan «Hyundai Accent» markalı **-RR-*** dövlət nömrə nişanlı avtomobili göstərmişdir. Razılığa gəlmişlər ki, Turala 3000 manat pul ödəsin. Hər ay isə 500 manat olmaqla 24 ay ona 12.000 manat ödəsin. Avtomobil ona ümumi olaraq 15000 manata başa gəlməli imiş. Tural ilə razılaşmışlar. «Renault Megane» markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili olduğunu və həmin avtomobilə görə ilkin 3.000 (üç min) manat və hər ay 24 (iyirmi dörd) ay olmaqla ayda 500 (beş yüz) manat verəcəyini demişdir. O, çarəsiz vəziyyətdə olduğu üçün Təqsirləndirilən şəxsla razılaşmış və Turala 25 avqust 2020-ci il tarixdə saat 16 radələrində Binəqədi rayonu, X43 küçəsində «Kəmalə Nərmin» restoranının girişindəki avtoservisdə 3000 manat pul vermişdir. İlkin olaraq ona «Hyundai Accent» markalı avtomobil vermişdir. Həmin avtomobilin mühərrikində nasazlıq olduğu üçün razılaşmış və ona «Renault Megane» markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vermişdir. Bundan sonra o, xx.xx.2020-ci ildə saat 13:13-də Şirvan şəhəri, G.Şıxlınski küçəsin 1 ünvanındakı «Elit» marketdə e-manat terminalından Təqsirləndirilən şəxs ara nömrələri yadında qalmayan 4..................9151 Kapital bank kartına 20 manat, xx.xx.2020-ci ildə saat 13:27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi 24 saat marketdəki E-Manat terminalından Təqsirləndirilən şəxs məxsus olan ********** nömrəsinə 20 manat, həmin gün saat 19:05-də ünvan 52 ünvanındakı Elit marketdəki emanat terminalından Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 40 manat, xx.xx.2020-ci il tarixdə saat 21:24-də Bakı-Qazax yolunun 113-cü kilomertində yerləşən «Qədirxum» marketdəki milli-ön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 120 manat, xx.xx.2020-ci il tarixdə saat 13:32-də ünvan 52 ünvanındakı «Elit» marketdəki e-manat terminalından Təqsirləndirilən şəxs **********976893 Kapital Bank kartına 120 manat, xx.xx.2020-ci ildə saat 18:17-də Hacıqabul rayonu, İsmət Qayıbov küçəsi 2-də yerləşən «Asnar» marketdəki e-manat terminalından Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 290 manat, xx.xx.2020-ci il tarixdə saat 17:33-də ünvan 4 ünvanındakı «Elit» marketdəki e-manat terminalından Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 85 manat, xx.xx.2020-ci il tarixdə saat 22:46-da Hacıqabul şəhəri, Heydər Əliyev prospektində yerləşən «Hacıqabul» marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 75 manat, xx.xx.2020-ci il tarixdə saat 23:34-də Hacıqabul rayonu Heydər Əliyev prospektində yerləşən Hacıqabul marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 15 manat, xx.xx.2020-ci il tarixdə 18:22-də ünvan 4 ünvanındakı Elit marketdəki eManat terminalından Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 100 manat, xx.xx.2020-ci tarixdə saat 23:27-də Şirvan şəhəri Heydər Əliyev prospektidə yerləşən Şirvan marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartınadakı hesabına 120 manat, xx.xx.2020-ci il tarixdə saat 14:20-də Şirvan rayonu Cırtdan aləmi marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartınadakı hesabına 30 manat, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsindəki dairədə Turalla görüşdüm və orada Turala 1000 manat pul verdim. Daha sonra xx.xx.2020-ci ildə saat 13:55-də Turalın **********976893 Kapital bank kartına 248 manat, xx.xx.2020-ci il tarixdə saat 10:46-da Turalın **********976893 Kapital bank kartına 200 manat, xx.xx.2020-ci ildə saat 16:20-də ünvan 4 ünvanındakı Elit marketdəki eManat terminalından Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 50 manat, xx.xx.2021-ci il tarixdə saat 17:10-da Turalın **********976893 Kapital bank kartına 230 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanındakı Elit marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 220 manat, xx.xx.2021-ci il tarixdə isə Hacıqabul rayonu Heydər Əliyev prospektində yerləşən Hacıqabul marketdəki milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs **********976893 Kapital bank kartına 15 manat ödəməklə ümumi olaraq Təqsirləndirilən şəxs 5998 manat pul vermişdir. Lakin xx.xx.2021-ci il tarixdə Tural heç bir səbəb olmadan ona vermiş olduğu etibarnaməni onun xəbəri olmadan ləğv etdirmiş və nəticədə iki gündən sonra idarə etdiyi həmin avtomobil Bakı şəhərinin Nizami rayonu ərazisində X77 əməkdaşları tərəfindən etibarnamənin ləğv edilməsi əsası ilə onun əlindən alınmış və cərimə meydançasına yerləşdirilmişdir. O, dərhal Turalla əlaqə saxlamış və Tural məsələni həll edəcəyini demişdir. Anlaşılmazlıq olduğunu deyərək onu sakitləşdirmişdir. Təqsirləndirilən şəxs sonradan onun xəbəri olmadan gedib avtomobili cərimə meydançasından götürmüşdür. O, nə qədər çalışsa da avtomobili Turaldan ala bilməmişdir. Nəticədə Təqsirləndirilən şəxs ilkin olaraq ondan avtomobil üçün götürdüyü 3.000 (üç min) manatı pulu və altı ay ərzində Turala ödədiyi 3.000 manat əlavə pulu dələduzluqla ələ keçirmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq avtomobili qaytarmasını, eləcə də qaytarmayacağı təqdirdə verdiyi 5998 manat pulu qaytarmasını istəmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək nə avtomobili, nə də pulunu qaytamamışdır. Bununla da ona məxsus olan 5998 manat pulunu dələduzluqla ələ keçirmişdir. Tural ona demişdir ki, tanışı Faiqə guya 200 manat verib. Lakin sonradan Faiq demişdir ki, yalan danışmışdır. Əslində Faiqə heç nə verməmişdir. Tural onun vasitəsilə tanıdığı qaynı Emili də aldatmış və Emilin də 5200 manat pulunu ələ keçirmişdir. Sonra Tural ona pul qaytarmadığını gördükdə Turaldan qaynı ilə birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə şikayət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyandan 1500 manatını hissə-hissə qaytarmış, hazırda 4500 manatını qaytarmamışdır. Tural pulu qaytaracağına söz versə də hələ də qaytarmamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Turaldan şikayətçiydir. Həm ona, həm Emilə maşın vermişdir. «Hyundai Accent» markalı **-RR-*** dövlət nömrə nişanlı avtomobildə nasazlıq yaranmışdır, 1-2 gündən sonra xarab olmuşdur, ona görə maşını dəyişmişdir. Ona «Renault Megane» markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vermişdir. 6 ay istifadə eləmişdir. Taksi fəaliyyətilə məşğul olmuşdur. Nə qədər pul qazandığını bilməmişdir. Bankdan pul götürərək ilkin olaraq 3000 manat vermişdir. O, müqaviləni oxumamışdır. Tural ona 1500 manat ödəmişdir. O isə Turala 3000 manat pul vermişdir. Müqaviləni özü yazıb vermişdir. O, polis bölməsində görmüşdür ki, müqavilədə 1500 manat yazılıb. Onda olan müqaviləni o, istintaqda təqdim etmişdir. Ondakı müqavilədə pul məbləği yazılmayıb. Müqavilənin şərtlərini kim pozursa pulu o ödəməlidir. O rayondan gələndə etibarnaməsi olmamışdır. Ona demişlər ki, ərizə yaz, məhkəmə başlayana qədər də hamısını ödəyəcək. O, Turalın müdafiəçisi Ayazbəyin nömrəsini götürmüşdür. Uşağı xəstə olduğundan pula ehtiyacı olmuşdur. Vəkil ilə danışmış, o isə demişdir ki, Emillə birlikdə gəlib hər birinə 1500 manat ödəyəcək. Turalın ona 6000 manat borcu olmuşdur, 1500 manat ödəmişdir. Müqavilənin şərtini Tural pozmuşdur. Ondakı müqavilədə məbləğ yazılmayıb. O, istintaqda Faiqin şahid olduğunu demişdir. Amma şahid qismində cəlb edilməmişdir. Tural etibarnaməni ləğv edənə qədər cəriməsini də ödəmişdir. Asanpay-də baxmışdır ki, etibarnamə ləğv edilib. Turala zəng edərək etibarnamənin ləğv edildiyini bildirəndə Tural ona demişdir ki, “maşını icarəyə götürmüşdüm, həmin adamla problemim olub, sabah həll edəcəm.” Tural onun sabah Bakıya gəlməyini xahiş etmişdir. O da gəlmişdir. 28 May metrosu tərəfdə Turalla görüşmüşdür. O, Turala demişdir ki, “uşağım xəstədi həkimə pul verməliyəm.” Tural ona: “get Xəmsə restoranı tərəfdə kimsə var ona deyəcəm ondan pul götür,” o, yola çıxmışdır. Qısa müddət sonra yol polisinin əməkdaşı ona yaxınlaşmışdır. Etibarnaməsi olmadığını bildirmişdir. O, yenə də Turala zəng etmişdir. Tural ona “indi gecdir, sabah həll edərəm” desə də sonradan cərimə meydançasından maşını Tural ondan xəbərsiz özü götürmüşdür. Zərərçəkmiş şəxs X18 məhkəmənin elektron ünvanına yazılı ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ölkə xaricində olması səbəbilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Tap.Az saytında taksi fəaliyyəti ilə məşğul olmaq üçün sərfəli şərtlərlə avtomobil axtarmışdır. Həmin saytda "Hyundai Accent" markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verildiyini görmüşdür. İnternetdə olan nömrəyə zəng vurmuşdur. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olmasını bilmişdir. Turaldan avtomobilin qiyməti ilə maraqlanmış və avtomobili almaq istədiyini demişdir. O, Tural ilə 23 sentyabr 2020-ci ildə saat 17 radələrində ünvan 53 ünvanın qarşısında görüşmüşdür. Tural ona "Hyundai Accent" markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili deyil, “Hyundai Sonata” markalı avtomobili göstərmişdir. O, Turala bu avtomobili yox, Hyundai Accent markalı avtomobili almaq istədiyini dedikdə, Tural ona həmin avtomobilin satıldığını münasib qiymətə “Hyundai Sonata” markalı, **-TU-*** nömrəli avtomobili ona satacağını demişdir. O, Turalla həmin avtomobilə görə ilkin ödəniş kimi 1200 manat, aylıq isə 25 ay olmaqla 600 manat ödəməklə almağı razılaşmışdır. O, maşına oturub mühərriki işə salmış və idarə etməyə başlayanda maşının nazas olduğunu görmüşdür. Tural ona demişdir ki, avtomobilə görə ilkin 1200 manat ödənişi versin, səhəri günü isə, yəni xx.xx.2020-ci il tarixdə avtomobili ustaya aparıb problemi həll edəcəkdir. O da razılaşmış və həmin yerdə, yəni 23 sentyabr 2020-ci ildə saat 17 radələrində ünvan 53 ünvanın qarşısında Turala 1200 manat vermişdir. Tural isə ona bir gün ərzində onlayn etibarnamə verəcəyini demişdir. O, gözləmiş, lakin etibarnamədən xəbər çıxmamışdır. Turalla əlaqə saxlayanda Tural ona sistemdə problem olmasını və etibarnamənin həll olunacağını bildirmişdir. O, 24 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayonun dairəsi deyilən yerdə Turalla görüşmüşdür. Tural ona avtomobili verməyini xx.xx.2020-ci il tarixdə maşını ustaya aparıb texniki nasazlığı aradan qaldırandan sonra onunla görüşüb avtomobili ona qaytaracağını demişdir. O, Turala inanıb avtomobili həmin yerdə Turala vermişdir. xx.xx.2020-ci il tarixdə Turala zəng edib avtomobillə maraqlananda Tural maşının hələ düzəlmədiyini bir neçə gün ərzində düzələcəyini demişdir. O, Turala 3-5 gün zəng edib yenə avtomobillə maraqlananda Tural ona maşını satdığını, ondan pul almadığını demişdir. O, Turalın onu aldadaraq pulunu ələ keçirilməsini bildiyi üçün DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyandan 300 manatını qaytarmışdır. Hazırda Tural ondan dələduzluqla taladığı 1200 manatdan mənə 300 manat qaytarmışdır. Tural, qalan hissəni qısa müddətdə qaytaracağına dair söz versə də bu günə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Tural 300 manat qaytarıb, 900 manat ona borcu qalıb. Real məbləğ 1200 manatdan çox idi. O, maşına zərər vurmamışdır, axşam götürüb səhəri gün problemi olduğuna görə qaytarmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yeznəsi X18 2020-ci ilin avqust ayında işsiz olduğu vaxda avtomobil götürərək Bakı şəhərində ailəsini dolandırmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Həmin zaman yeznəsi tanışı olan Faiq adlı şəxsə ona avtomobil düzəltməsi üçün müraciət etmiş, lakin Faiq özündə avtomobil olmadığı üçün tanıdığı Təqsirləndirilən şəxs müraciət edə biləcəyini demişdir. Yeznəsi Müşviqin tanışı olan Faiq tanıdığı Təqsirləndirilən şəxs ona kreditlə taksi fəaliyyəti ilə məşğul olmağı üçün avtomobil verməsini xahış etmişdir. Bundan sonra Faiq adlı şəxslə Nəsimi rayonu ərazisində 4-cü MKR-da görüşmüş və söhbət edərkən Tural onda “Renault Megane” markalı avtomobili olduğunu və həmin avtomobilə görə ilkin 3.000 (üç min) manat və 24 (iyirmi dörd) ay olmaqla hər ay 500 (beş yüz) manat verəcəyini demişdir. X55 Rüstəmovla razılaşmış və Turala ilkin olaraq Renault Megane markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 3.000 manat pul vermişdir. Həmin zaman o, Müşviqə müraciət edərək dolanmaq məqsədi ilə onun üçün də avtomobil götürməsini xahış etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla görüşmüşdür. Turalın ona icarə vermək istədiyi avtomobil xoşuna gəlmişdir. Turala 2020-ci ilin oktyabr ayının ilk günlərində saat təxminən 15 radələrində Atatürk prospektində 1108 ünvanında yerləşən Güvən klinikasının qarşısında ilkin olaraq 4.000 (dörd min) manat verərək Turaldan «Hyundai Accent» markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobili götürmüşdür. Həmçinin xx.xx.2020-ci ildə saat 19:48-də Bakı şəhəri Xətai rayonu Zığ yolu 36 ünvanında yerləşən Zərifə marketdəki e-manat terminalından Təqsirləndirilən şəxs adına Kapital bank tərəfindən verilmiş **********976893 nömrəli bank kartına 300 manat, xx.xx.2020-ci il tarixdə saat 19:24-də ünvan 10 ünvanındakı Elit marketdən Milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs adına Kapital bank tərəfindən verilmiş **********976893 nömrəli bank kartına 300 manat, xx.xx.2020-ci il tarixdə saat 19:13-də ünvan 10 ünvanındakı Elit marketdən Milliön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs adına Kapital bank tərəfindən verilmiş **********976893 nömrəli bank kartına 300 manat, xx.xx.2021-ci il tarixdə saat 19:31-də Bakı şəhəri Xətai rayonu Zığ yolu 5 ünvanında yerləşən Bazarstore marketdəki eManat terminalından Təqsirləndirilən şəxs adına Kapital bank tərəfindən verilmiş **********976893 nömrəli bank kartına 300 manat olmaqla 1200 manat Turala pul ödəmişdir. Həmin qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Ümumi isə Turala 5200 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə Tural ona zəng edərək avtomobilin sənədlərində problem olduğunu və problemi aradan qaldırması üçün avtomobili verməyini istəmişdir. Həmin zaman o, Zığ yolunda «Nargilə» dairəsi yaxınlığında olmuşdur. Turala olduğu yerə gəlməsini istəmiş, Tural gələrək avtomobili götürmüş və axşam radələrində qaytaracağına söz vermişdir. Lakin Tural həmin günü avtomobili ona qaytarmamışdır. Bir müddət özündə qalmasının vacib olduğunu demişdir. xx.xx.2021-ci ildə ondan aylıq ödəniş etməyini tələb etmişdir. O, sonuncu 300 manatı ödəmişdir. Həmin vaxt avtomobil onda olmamışdır. Lakin Tural həyasızcasına ödəniş etməyini tələb etmiş, əks halda avtomobili qaytarmayacağını demişdir. Buna görə də o, ödəniş etmişdir. Sonradan isə heç bir səbəb olmadan ümumiyyətlə avtomobili qaytarmayacağını bildirmişdir. Nəticədə Təqsirləndirilən şəxs ilkin olaraq ondan avtomobil üçün götürdüyü 4.000 (dörd min) manat və dörd ay ərzində ona ödədiyi 1.200 (min iki yüz) manat pulu olmaqla cəmi 5.200 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etdiyini bilmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq avtomobili qaytarmasını, eləcə də qaytarmayacağı təqdirdə Turala verdiyi cəmi 5200 manat pulunu qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirək pulunu qaytarmaqdan yayındığı üçün Turaldan şikayət etmişdir. O, pulu Turala verəndə yeznəsi Müşviq yanında olmuşdur. Turala pulu verdiyi yeri indi tam dəqiq xatırlayır. Sonra Tural ona pul qaytarmadığını gördükdə ondan yeznəsi ilə birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə şikayət etmişlər. Sonradan bilmişdir ki, Tural onu kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyandan ona 1500 manatını hissə-hissə qaytarmışdır. Hazırda 3700 manat pulu qaytarmamışdır. Tural pulu qaytaracağına söz versədə hələ də qaytarmamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Tural 1500 manat qaytarıb, hal-hazırda 2500 manat qaytarmasını tələb edir. Tural hamısını yalan deyir. Heç biriylə razı deyildir. Müqavilə bağlanmamışdır. İstintaqda verilən müqaviləni o görməmişdir. İş materiallarındakı ərizədə yazılan sözləri o, yazmamışdır. Onun imzası deyil. İmzanı onun yerinə çəkiblər. O, pulu vaxtından əvvəl ödəyəndə Tural onu narahat etməmişdir. Pandemiya vaxtı olanda işdə olduğu vaxtda Tural ona zəng eləmişdir ki, “maşının sənədlərində problem var, açarı verərsən aparıb sənədləri düzəltdirim.” O da maşını istifadə eləmir deyə maşını ona vermişdir. Texniki baxışda və cərimədə problem olmamışdır. Onu postda polis saxlayıb, cərimə olduğunu demişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram və yazılı ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, DSX-də gizir kimi işləyir. Maaşı az olduğuna görə özünə kreditlə maşın almaq niyyətinə düşmüşdür. 2020-ci ilin oktyabr ayının sonlarında bu niyyətini həyata keçirmək məqsədi ilə internetdə saytları birində Təqsirləndirilən şəxs adlı şəxsin kreditə maşın satdığını görmüşdür. Tural ilə telefon əlaqəsi yaratmışdır. Tural ona kreditlə satmaq istədiyi maşının ilkin ödəniş və sonradan ödəniş şərtlərini demişdir. “Hyundai Sonata” markalı **-TU-*** dövlət nömrə nişanlı avtomobili olduğunu bildirmişdir. Həmin avtomobilin şəkillərini internet vasitəsi ilə ona atmışdır. Bir sözlə Tural ilə razılığa gəlmişlər ki, o, həmin avtomobilə görə Turala ilkin ödəniş kimi 1400 manat pul vesin, daha sonra isə 30 ay müddətində ayda 600 manat olmaqla ümumilikdə ona 19.400 manat pul ödəyəndən sonra avtomobil onun adına keçəcəkdir. O, maraqlanmışdır ki, həmin maşının dəyəri təxminən 15.000 manat civarındadır. Tural isə ona bunu kreditlə verir. Bir sözlə bu şərtin onun həmin vaxta olan vəziyyəti ilə uyğun olduğunu görmüş və Turalla telefonda razılaşmışdır. Bundan sonra 28 oktyabr 2020-ci ildə günorta saat 13 radələrində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Yasamal rayonu X44 küçəsi 323 ünvanında yerləşən Günəş yanacaq doldurma məntəqəsinin içərisində görüşmüşdür. Orada maşına bir daha baxmış, maşında müəyyən xırda kosmetik işlər istisna olmaqla normal olmuşdur. Qeyd etdiyi şərtlərlə Tural ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona maşını təhvil vermişdir. O, orada Turala 1400 manat pul vermişdir. O, tək olmuşdur. Orada heç kim olmamışdır. Tural onun sürücülük vəsiqəsinin şəklini çəkmiş və bildirmişdir ki, 5-10 dəqiqəyə ona elektron etibarnamə verəcəkdir. Hər ay o, Turala pulu ödədikdən sonra isə elektron etibarnamə yenilənəcəkdir. Bu razılıqdan sonra o, Turala inanmış və ayrılmışlar. 2 gün avtomobili idarə etmişdir. Elektron etibarnamənin olduğuna əmin olmuşdur. 2 gün sonra hər ehtimala qarşı bunu yoxlamaq üçün DYP patrul avtomobilinə yaxınlaşmış, yoxlamaqlarını xahiş etmişdir. Məlum olmuşdur ki, onun adına avtomobili idarə etmək üçün heç bir etibarnamə yoxdur. Avtomobilin əlavə cəriməsinin olduğunu da bilmişdir. O, dərhal Turala zəng vurdum. Tural nəsə yanlışlıq olduğunu demişdir. Bir neçə saata həll edəcəyinə söz vermişdir. Lakin yenə də etibarnamə verilməmişdir. O, bilmişdir ki, həmin avtomobil Masallı rayonundan olan Zərərçəkmiş şəxs6 adlı şəxsə məxsusdur. Bir sözlə telefonda danışmışlar ki, alış verişləri alınmır. Həmin gün axşam saatlarında o, Turala pul verdiyi yerin yaxınlığında Turalla görüşmüşdür. Maşını Turala vermişdir. Tural pulu digər yerə xərclədiyini demişdir. Bir neçə günə pulunu qaytaracağına söz vermişdir. O, hər ehtimala qarşı Turaldan 1400 manat verməyi barədə qəbz almışdır. Qəbzi istintaqa təhvil vermişdir. Bundan sonra Tural onu aldatmağa başlamışdır. Bundan sonra ölkədə olan pandemiya, işdə olan tələbkarlıq, müharibə şəraiti ilə bağlı bir neçə ay rayona ezam olunmuşdur. Turalla görüşüb Turaldan pulunu ala bilməmişdir. Gah görüşü alınmamış, gah da o, rayonda olmuşdur. Tural ilə görüşə bilməmişdir. Bu arada Tural bir neçə dəfə ona digər bir avtomobil də verməyi təklif etmişdir. Nəhayət o, Turaldan şikayət etmişdir. Şikayəti əsasında Binəqədi rayonunda cinayət işi başlanmışdır. O, yenə də işi ilə bağlı ora gəlib gedə bilməmişdir. Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanmağına baxmayaraq Tural bayırda gəzmişdir. Turala heç kim nəsə etməmişdir. Özü isə şikayətçilərlə artıq məsələləri həll etdiyini demiş, qısa zamanda onun da pulumu və ya digər bir avtomobil verəcəyini bildirmişdir. Turalın ona vurduğu maddi ziyan cəmi 1400 manatdır. Tural onun pulunu tam olaraq ona qaytarmışdır. Turala qarşı heç bir şikayəti yoxdur. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, Tural onun pulunu tam olaraq ödənilmişdir. O, Təqsirləndirilən şəxs qeyd etdiyi məbləğləri verərkən yanında heç kim olmamışdır. Onun Təqsirləndirilən şəxs borcu olmamışdır. Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 2021-ci ilin yanvar ayında özünə icarə avtomobil axtarmışdır. İnternetdə Turbo.az saytında «Renault Megane» markalı **-RJ-*** nömrəli avtomobilin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən icarəyə verildiyini görmüşdür. Həmin şəxslə telefon əlaqəsi yaratmışdır. Tural ilə danışıqdan sonra 11 yanvar 2021-ci ildə saat təxminən 12 radələrində həmin şəxslə ilk dəfə Bakı şəhəri, Xətai rayonu, General Səməd bəy Mehmandarov küçəsi 80 nömrəli evin qarşısında görüşmüşdür. Avtomobilə baxmış və avtomobil xoşuna gəlmiş, kreditlə almaq qərarına gəlmişdir. Tural bildirmişdir ki, ilkin ödəniş olaraq 2700 manat versin. 20 ay isə ayda 400 manat ödəmək şərti ilə Turala ödəniş edər. Ödənişi tam bitirdikdən sonra isə avtomobil ona veriləcəkdir. O, həmin şərtlərlə razılaşmışdır. Həmin yerdə Turala 1700 manat vermişdir. Tural onunla müqavilə bağlamışdır. Lakin müqaviləni ona verməmişdir. Tural ona elektron etibarnamə verəcəyinə dair söz vermişdir. Avtomobil ona qalmışdır. Həmin günün səhərisi saat 10 radələrində Turalla Neapol dairəsində görüşmüş və orada Turala 500 manat vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xətai rayonu X30 küçəsi 39B ünvanından Təqsirləndirilən şəxs ona verdiyi yadında qalmayan bank hesabına 500 manat pul göndərmişdir. Bununla da Turala cəmi 2700 manat pul vermişdir. Təxminən 15 gün sonra Tural dayanmadan mənə zəng vuraraq avtomobilin texniki baxışı üçün Biləcəri qəsəbəsində yerləşən 707 servisə ustanın yanına aparmağını bildirmişdir. O, bir nasazlıq olmadığını demişdir. Lakin Tural israrla ustaya getməli olduğunu demişdir. O, məcbur olmuş və xx.xx.2021-ci il tarixdə avtomobili Turalın dediyi yerə aparmışdır. Orada onu Turalın işçisi həm də xalası oğlu kimi təqdim edən Şahid17 Mail oğlu qarşılamışdır. Avtomobilin bir neçə saatlıq işi olduğunu demişdir. Avtomobili orada saxlamağını bildirmişdir. O, Turala zəng etmişdir. Tural da bunu təsdiq etmişdir. Ustanın əlində işinin çox olduğunu, bir müddət gözləməyin gərək olduğunu demişdir. O, həmin şəxslərə inanmış və avtomobili Turalın əlbir olduğu Əmraha təhvil verərək evinə getmişdir. Onlar hər ikisi onu aldatmışlar. Həmin gün nə qədər gözləsə də bir xəbər çıxmamışdır. Həmin günün səhərisi zəng vurmuşdur ki, Turala avtomobillə maraqlansın. Tural onu şərləməyə başlamışdır. Guya o, avtomobilin hansısa detalını dəyişmiş və sairə bu kimi sözlərlə onu şərləmişdir. Avtomobili ona qaytarmayacağını demişdir. O, artıq bunların dələduz olduqlarını anlamışdır. Buna görə şikayət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmışdır. Tural barəsində cinayət işi başlanmışdır. Tural Binəqədi RPİ-si tərəfindən tutulmuşdur. Həbsdən ilk dəfə buraxıldıqdan sonra hissə-hissə olaraq Tural və Bahar adlı sevgilisi ona cəmi 500 manat pul qaytarmışlar. Hazırda Turalın dələduzluqla ondan alaraq ələ keçirdiyi puldan ona 2.200 manat verəcəyi qalmışdır. Həmin pulu ona qısa müddətə verəcəyinə dair söz versə də bu dəfə də onu aldatmış və ona qarşı dələduzluq etmişdir. O, Turaldan şikayətçidir. Turalın sevgilisi Bahar Muradovanın da Tural ilə əlbir olduğunu güman etmir. Bunun yoxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X26 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 yanvar 2021-ci il tarixdə o, "Tap.az" saytında icarəyə verilən avtomobillərin olduğunu görmüşdür. Həmin saytda yerləşdirilmiş ********** mobil telefon nömrəsinə zəng etmiş və telefona cavab verən Faiq adlı şəxsin istifadəsində olan ********** mobil telefon nömrəsini verib Faiqlə əlaqə saxlamağını və Faiqin ona maşın təşkil edəcəyini demişdir. O, Faiqin mobil telefon nömrəsinə zəng edərək Faiqlə "Tərlan" şadlıq sarayının yanında görüşmüşdür. Həmin vaxt Faqi ona bir neçə maşın göstərmiş, lakin göstədiyi maşınlar onun xoşuna gəlməmişdir. Faiqlə söhbətdən sonra o, çıxıb evə getmişdir. Bundan bir neçə saat sonra Faiq istifadəsində olan mobil telefon nömrəsinə zəng edib ona maşın bazarına gəlməyini və maşın bazarında olan maşına baxmağı təklif etmişdir. Faiqin sözündən sonra o, maşın bazarına getmişdir. Bazarda olan zaman Faiq ona göstərmək istədiyi maşının alınmadığını bildirib başqa bir maşının olduğunu və həmin maşına gedib baxmağı təklif etmişdir. Bundan sonra Faiqin ofisinə getmişdir. Bir neçə saat sonra başqa bir şəxs Faiqin ofisinə qara rəngli 90TV190 dövlət nömrə nişanlı "Hunday Sonata" markalı maşın gətirmişdir. Söhbət zamanı həmin şəxs bildirmişdir ki, həmin maşını 24 aya olmaqla kreditə verir və razılaşdığı halda isə maşın ona qalmalı imiş. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Maşın xoşuna gəldiyindən o, həmin gün, həmin yerdə, yəni 19 yanvar 2021-ci il tarixdə saat 16 radələrində ünvan 15 ünvanında yerləşən «Qızılboğaz» restoranının yanındakı ofisdə Turalla razılaşmış və beh olaraq Turala 1000 manat ilkin ödəniş etmişdir. Tural ona etibarnamə vermək üçün Baş X77 İdarəsinə getməyi məsləhət gördüyü üçün o, maşınla BDYPİ-nə getmişlər. Həmin vaxt o, Turala ona notariusda etibarnamə verməsini deyəndə Tural onunla razılaşmamışdır. BDYPİ-nin qarşısında olan zaman Tural maşından düşüb getmiş, bir neçə dəqiqədən sonra Tural qayıtmış və demişdir ki, iş vaxtı başa çatıb. Daha sonra Turalla onun evinə getmişdir. Söhbət zamanı Tural işinin olduğunu və maşınsız alınmadığını deyib maşının bir neçə gün onda qalmasını və qaytaracağını deyib maşını sürüb çıxıb getmişdir. Turalın maşını gətirmədiyini görüb bir neçə gün dayanmadan Turalın istifadəsində olan ********** və ********** mobil telefon nömrələrinə zəng etmişdir. Turalın bəhanələr gətirdiyini görüb o, Faiqlə əlaqə saxlamış və Turalın maşını gətirmədiyini bildirdikdə Faiq ona demişdir ki, Turala zəng edib maşına görə ona etibarnamə verməsini məsləhət görmüşdür. xx.xx.2021-ci il tarixdə Turalla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini dedikdə Tural etibarnamə verməsi üçün özünün adına olan **********976893 nömrəli bank kartına 35 manat göndərməyini istəmişdir. O, xx.xx.2021-ci il tarixdə saat 14:30-da ünvan 57 ünvanında yerləşən «Grand» marketdə yerləşən milli-ön elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs adına Kapital bank tərəfindən verilmiş **********976893 nömrəli bank kartındakı hesasbına 35 manat pul köçürmüşdür. Lakin buna baxmayaraq Tural Həsənov nə maşını, nədə ki, maşına görə etibarnaməni ona verməmişdir. Bundan sonra o, Turalın onu aldatdığını görüb şikayət etmişdir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, ona hadisə nəticəsində 1035 manat maddi ziyan vurulmuşdur. O, avtomobili Tural Həsənovdan alan zaman aralarında yalançı müqavilə bağlamışdır. Bu cür müqavilə bağlamaqda Turalın məqsədi insanlarda inam formalaşdırmaqdır. Müqaviləni istintaqa təqdim etmişdir. Həmçinin Tural 35 manat göndərdiyi qəbzi istintaqa təqdim etmişdir. Tural həbsdən çıxandan sonra yanına gəlmiş, yalvarıb yaxarmışdır. Ona 200 manat pul vermiş, ərizəsini almışdır. Qalan pulu ödəyəcəyinə dair söz vermişdir. Lakin pulunu ödəməmişdir. Hazırda Turaldan şikayətçidir. Ona 835 manat pul verməlidir. Faiqin şəxsiyyətini bilmir. Yalnız adını bilir. Faiqin Turalla əlbir olduğuna inanmır. Faiq, sadəcə olaraq onu Turalla tanış etmişdir. O, şikayət etdikdən sonra isə Tural ona 200 manat qaytarmışdır. Qalan pulunu ödəyəcəyinə söz vermişdir. Lakin pulu verməmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, maşın bir saat belə onda olmamışdır. 1035 manat vermişdir, 200 manatını qaytarmışdır. Maşında qüsur olmuşdur. Zərərçəkmiş şəxs X26 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi şəkildə mebel ustası kimi fəaliyyət göstərir və düzəltdiyi əmlakların foto şəkillərini internetdə sosial şəbəkələrdə mobil telefon nömrəsiylə yerləşdirib, reklam etmişdir. 2021-ci ilin təxminən 16-17 yanvar tarixlərində onun nömrəsinə ***-***-**-** saylı nömrədən zəng edən özünü Tural adı ilə təqdim şəxs evinə çarpayı düzəltdirmək istədiyini bildirmiş və yol polisində işlədiyini bildirərək mebelin qiymətində endirim istəmişdir. O da güzəşt edəcəyini bildirmiş və hazır çarpayını Turalın hazırda yadında qalmayan evinə aparmışdır. Evdə olan zaman Tural ilə söhbət edərkən özünə məxsus olan Mercedes Benz markalı **-NN-*** dövlət nömrə nişanlı avtomobilində etdiyim tüninq işləri ilə bağlı avtomobilin texniki pasportunu dəyişməli olduğunu Turala bildirmişdir. Tural ona texniki pasportu yenisi ilə dəyişməkdə köməklik edəcəyini bildirərək bunun üçün ondan 1.100 (bir min yüz) manat pul istəmişdir. O, Turala inandığı üçün bununla razılaşmışdır. Tural çarpayıların pulunu ödəmiş və ayrılmışlar. O, sonradan Turala zəng vurmuş və dediyi işi görməsini xahiş etmişdir. Tural ona bank kartı göndərmiş və danışdığı pulu həmin kart hesabına göndərməsini demişdir. Tural xx.xx.2021-ci il tarixdə 17:42-də ünvan 58 ünvanında yerləşən Əkbər marketdəki eManat terminalından Təqsirləndirilən şəxs adına Kapital bank tərəfindən verilmiş **********976893 nömrəli bank kartına 100 manat, 1744-də həmin yerdə yenə həmin hesaba 200 manat, xx.xx.2021-ci il tarixdə saat 12:39-da yenə də həmin marketdən Turalın həmin hesabına 300 manat pul ödəmişdir. Sonra ondan sənədlərini istəmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində Turalla dostu Şahid9 yanında Binəqədi rayonu, Xırdalan dairəsindən BDYPİyə gedən yolun sağ tərəfində görüşərək 500 (beş yüz) manat pulu Turala vermişdir. Tural həmin günü ondan avtomobilinin sənədlərini alaraq günün sonunadək sənədlərinin hazır olacağını bildirmişdir. Günün sonuna yaxın o, Turaldan məlumat almaq üçün zəng edən zaman Tural, ona sənədlərin bu günə hazır edə bilmədiyini və sənədləri xx.xx.2021-ci ildə hazır edəcəyini demişdir. O, Turalın dediyi gün Tural ilə əlaqə saxladıqda Tural, yenə də sənədi düzəldə bilmədiyini ona bildirmiş və növbəti günü sənədləri düzəldəcəyini bildirmişdir. Tural sənədləri ona göndərdiyi tanımadığı bir nəfər şəxsin vasitəsilə çatdırmış və verdiyi pulu xx.xx.2021-ci il tarixdə ona qaytaracağını bildirmişdir. Sonra onun təkidləri nəticəsində ona 300 manat qaytarmışdır. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, ona məxsus avtomobilin texniki pasportunu yenisi ilə əvəz etməklə bağlı köməklik təklifini o, Tural ilə danışan zaman yol polisində işlədiyini bildirdiyi üçün o, Turalın həqiqətən də orada işlədiyini düşünərək ondan avtomobilimin sənədlərini düzəltməsini istəmişdir. Ona məxsus avtomobildə konstruksiya dəyişikliyi etdiyim üçün texniki pasportun dəyişməsi ehtiyacı yarandığından sənədlərin tez düzəlməsi üçün Turaldan köməklik istədim, Tural, da ona sənədləri düzəldəcəyini söz verərək bu iş üçün dövlət rüsümunun 1100 manat etdiyini deyərək həmin pulu istəmişdir. Ondan ümumilikdə 1100 (bir min yüz) manat pul alsa da heç bir sənəd düzəltməyərək onu aldatmışdır. O, Təqsirləndirilən şəxs yol polisi əməkdaşı olduğunu, yəni özü mənə şifahi olaraq YPX əməkdaşı işlədiyini bildirmişdir. Turalın xidməti vəsiqəsini görməmiş, yalnız Turalın ona pul qaytarmadığını gördükdə Turaldan Binəqədi RPİ-nin 6-cı PB-nə şikayət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyandan ona 300 manatını hissə-hissə qaytarmışdır. Hazırda 800 manatımı qaytarmamışdır. Tural pulu qaytaracağına söz versədə qaytarmamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona vurulan ziyanın qalan 800 manatını tələb edir. Əlbəəl 500 manat pul vermişdir. 600 manatdan 300-400 manat qaytarıb. 300 manat evində çarpayı düzəltdiyinə görə verib. Kimsə görməyib. Zərərçəkmiş şəxs Garibov Zamir məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin fevral ayında «Tap.Az» saytında icarəyə verilən avtomobillərin olduğunu görmüşdür. Həmin saytda yerləşdirilmiş Şahid17 Mail oğluna şəxsə zəng vurmuşdur. Əmrah onu Turalla birləşdirmişdir. ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefona cavab verən, özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Turalla 20-ci sahədə kafedə görüşmüşdür. 2021-ci ilin fevral ayının 9-da saat 12 radələrində Tural ona «Renault» markalı **-SS-*** dövlət nömrə nişanlı avtomobil gətirmişdir. O, həmin avtomobili bir qədər idarə etmiş və icarəyə götürmək qərarına gəlmişdir. 09 fevral 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Səbail rayonu Salyan yolu 3228-ci məhəllədə yerləşən Fəhlələr parkının qarşısında Turala 1900 manat pul vermişdir. Turaldan "Renault Megane" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Tural həmin avtomobilə görə 24 ay olmaqla aylıq 350 manat verməli olduğumu demişdir. O da Tural ilə razılaşmışdır. Qalan pulu tam ödədikdən sonra avtomobil ona qalacaqdır. Tural avtomobili onun adına qeydiyyata aldırmalı imiş. Tural ona avtomobili idarə etmək üçün 3 aylıq etibarnamə verəcəyini demiş və etibarnaməni almaq üçün ondan Baş X74 İdarəsinin binasının həyətindəki notariusun qarşısında 30 manat pul almışdır. Bu hadisə 09 fevral 2021-ci il tarixdə saat 14 radələrində baş vermişdir. Maşını götürüb sağollaşmışlar. Bir gün sonra avtomobilin nasaz olduğunu, işlək vəziyyətdə olarkən getdiyi yerdə mühərrikin söndüyünü görmüşdür. O, bu barədə zəng edib Turala demişdir. Tural ona bildirmişdir ki, avtomobilə yanacaq doldur düzələcəkdir. Lakin maşın işləməmişdir. Turala bu barədə deyəndə Tural ona bildirmişdir ki, avtomobili evakuator vasitəsilə dediyi avtoservisə göndərsin. Tural özü evakuator göndərmiş və Turalın göndərdiyi evakuator avtomobili ondan 10 fevral 2021-ci il tarixdə saat 15 radələrində Lökbatan qəsəbəsində "Xəyal" restoranının yanında götürüb getmişdir. Tural ona avtomobili Biləcəri qəsəbəsində düzəltdirəcəyini demişdir. O da Turalın dediyi kimi etmişdir. Mart ayının ortalarına kimi Təqsirləndirilən şəxs zəng edib avtomobillə maraqlanmışdır. Tural ona hər dəfə bir bəhanə gətirmişdir. Telefonlarıma cavab verməmiş və 1.930 manat pulunu ələ keçirmişdir. Avtomobili ona qaytarmamışdır. O da məcbur olub polisə ərizə ilə müraciət etmişdir. 1900 manatı 20-ci sahədə Turala verərkən dostu Anar İsmayılov yanında olmuşdur. O, ilkin müraciətində 1900 manat maddi ziyan vurulduğunu bildirmişdir. Sonradan isə ondan etibarnamə üçün aldığı 30 manatı da maddi ziyanıma əlavə etmişdir. Tural ondan 1930 manat pul almışdır. Ona vurulmuş maddi ziyanın məbləği 1930 manatdır. Tural onu şərləməyə başlamışdır ki, guya o, avtomobilin hansısa detalını dəyişmiş və sairə bu kimi sözlərlə onu şərləməyə başlamışdır. Avtomobili ona qaytarmayacağını demişdir. O, artıq Turalın dələduz olduğunu anlamışdır. Buna görə şikayət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmışdır. Turalın barəsində cinayət işi başlanmışdır. Tural Binəqədi RPİ-si tərəfindən tutulmuşdur. Həbsdən ilk dəfə buraxıldıqdan sonra hissə-hissə olaraq Tural və onun Bahar adlı sevgilisi ona 1000 manat pul qaytarmışdır. Hazırda Turalın dələduzluqla ondan ələ keçirdiyi puldan ona 930 manat verəcəyi vardır. Həmin pulu ona qısa müddətə verəcəyinə dair söz versə də bu dəfə də onu aldatmışdır. Ona qarşı dələduzluq etmişdir. Tural 2 dəfə həbsə alındıqdan sonra yenə də içəridən zənglər vuraraq onu və digər bir neçə zərərçəkmişi narahat etdiyinə görə bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, 2000 manat ziyan olmuşdur. Tural 1000 manat ödəyib və 1000 manat qalıb. Pulu nağd şəklində vermişdir. Heç bir gün maşını sürməmişdir. Səhəri günü Tural maşını ondan götürmüşdür. Dəfələrlə zəng eləmişdir. Tural ona maşına ziyan vurduğunu demişdir. Tural maşına GPS quraşdırmışdır. Hara gedirdi maşın, orda sönürmüş. Tural maşını götürüb bir daha gətirmədi. Maşını sürəndə xarab olurdu. Ona görə geri qaytarmışdır. Müqaviləni oxumamışdır. Müqavilə imzalamamışdır. Sonra Tural ona “maşına 800 manat ziyan vurmusan, onu qaytar maşını verim” demişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin fevral ayında özünə maşın almaq üçün tanışlarına müraciət etmişdir. Onlardan yadında qalmayan biri ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir ki, Tural pulunu hissə-hissə ödəməklə avtomobil satır. O, Turalla əlaqə saxlamışdır. O, Turaldan hansı avtomobil olması ilə maraqlanmışdır. Tural bir neçə avtomobili ona məsləhət görmüş, o isə Hyundai Sonata markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Tural ilə 2021-ci ilin fevral ayının 15-də axşam saatlarında yaşadığı ünvan 59 ünvanındakı məhəllədə görüşmüşdür. Tural maşını gətirmiş və o, həmin maşına görə həmin yerdə Turala ilkin ödəniş olaraq 2000 manat pul vermişdir. Razılıq belə olmuşdur ki, o, avtomobilə görə Təqsirləndirilən şəxs hər ay 550 manatdan olmaqla 24 ay pul ödəyəcəkdir. Beləliklə, 2021-ci ilin fevral ayından həmin ilin may ayına qədər müxtəlif tarixlərdə yadımda qalmayan yerlərdə Turala 1100 manat pul köçürmüşdür. Həmin məbləği Turalın ona verdiyi yadında qalmayan "KapitalBank" bank hesabına göndərmişdir. 2021-ci ilin mart ayının 2-də gecə saatlarında həmin avtomobillə Bakı şəhəri Xətai rayonu ərazisində qəza keçirmişdir. Avtomobildə idarəetməni itirmiş və avtomobil maneəyə çırpılaraq maddi ziyanla nəticələnmişdir. Həmin avtomobilə vurulmuş maddi ziyan tərəfindən qarşılanmış və avtomobili əvvəlki vəziyyətə gətirmişdir. Bu barədə Turala demişdir. Tural həmin avtomobilin onsuz da ona aid olduğunu demiş, pulunu ödəməyini tələb etmişdir. O, buna baxmayaraq Turala qeyd etdiyi kimi 2 ay 550 manatdan olmaqla 1100 manat pul göndərmişdir. 2021-ci ilin may ayının 1-də o, avtomobillə Mehdiabad qəsəbəsində hərəkətdə olarkən avtomobilin mühərriki qəflətən sönmüşdür. O, Turala zəng edib avtomobilin işə düşmədiyini demişdir. Tural ona bildirmişdir ki, maşını aparıb "Məmmədoğlular" servisə qoysun, gedib özü təmir etdirəcəkdir. O da Turalın dediyi kimi etmişdir. Avtomobili Biləcəri qəsəbəsinə gedən yolda olan "Məmmədoğlular" servissinə aparmışdır. Həmin gün, yəni 01 may 2021-ci il tarixdə usta ona zəng edib demişdir ki, Təqsirləndirilən şəxs gəlib maşını aparmışdır. O, nə qədər çalışsa da Turaldan avtomobili geriyə ala bilməmişdir. Tural bu hadisə nəticəsində ona ümumi olaraq 3.100 manat maddi ziyn vurmuşdur. Onun həmin avtomobillə qəza keçirsə də qəza nəticəsində vurulmuş maddi ziyanı özü tam olaraq aradan qaldırmışdır. Bu maddi ziyanın Turala heç bir aidiyyatı yoxdur. Turalın onu aldatması nəticəsində ona 3100 manat ziyan dəymişdir. Tural avtomobili idarə etmək üçün ona 3 aylıq etibamamə vermişdir. Avtomobili aldadaraq ondan aldıqdan sonra isə etibarnaməni ləğv etdirmişdir. O, öyrənmişdir ki, Tural onun kimi ayrı-ayrı şəxsləri də aldatmışdır. Buna görə də Turalan şikayət etmişdir. Lakin bir nəticəsi olmamışdır. Tural ona vurduğu maddi ziyandan ona heç bir vəsait qaytarmamışdır. Eşitmişdir ki, sonradan guya onun qəza keçirməyi nəticəsində maddi ziyan vurduğueu, buna görə avtomobili ondan aldığını dedmişdir. Bunlar ağ yalandır. O, Turala heç bir maddi ziyan vurmamışdır. Tural sadəcə bunu biləndən sonra bu vəziyyətdən istifadə etməyə çalışmışdır. Bir sözlə ayrı-ayrı bəhanələrlə Turala verdiyi 3100 manat pulunu geri qaytarmaq istəməmişdir. Buna görə Turaldan şikayət etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Turalın ona 3100 manat borcu var. 2000 manat əvvəldən vermiş, 550 manatda 2 dəfə ayrı-ayrı vaxtlarda vermişdir. Maşınla qəza etmişdir, artıqlamasıyla da xərcini çəkmişdir. Xərcin nə qədər olmasını dəqiq deyə bilmir. Maşından tüstü çıxırmış. Görüb qorxmuşdur. Turala zəng edib demişdir. Yol-nəqliyyat hadisəsi törətmişdir. Maşını vurmuş, amma ziyanı da özü ödəmişdir. Maşına 5000 manat pul xərcləmişdir. Maşının qarşısı tərəfdən vurmuşdur. 2-ci dəfə Turalın dediyi ustanın yanına aparmışdır. Maşın öz-özünə sönürmüş, evakuatorla aparmışdır. Öz ustası ilk dəfə düzəltmiş, sonra yenə yolda xarab olmuşdur. Çəkdiyi xərclərə dair qəbz, çek və s. yoxdur. Maşına su tökməmişdir. Su tökmədiyinə görə qaynadıb. O, aylıq ödənişini gecikdirməmişdir. Zərərçəkmiş şəxs10 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. ünvan 60 ünvanda yerləşən "X23 MMC"-də menecer işləyir. O, kreditə özünə avtomobil axtarmışdır. xx.xx.2021-ci il tarixdə Tap.az alqı-satqı saytında «Renault Megane» markalı avtomobili görüb bəyənmiş və qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Telefonu Əmrah adlı bir oğlan açaraq avtomobilin satıldığını və başqa avtomobilin olduğunu bildirmişdir. Həmin şəxs «Mercedes» markalı avtomobilin olduğunu bildirəndə o, Turala şəkillərini ona göndərməsini istədim. Şəkilləri ona vhatsap vasitəsi ilə atandan sonra avtomobilə baxmaq istədiyini deyəndə Tural sabah gəlib avtomobili göstərəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə «Ayna Sultanova» heykəlinin yaxınlığına Əmrah adlı şəxs gələrək onun yanında gələn Tural adlı şəxslə tanış etmişdir. Əmrah ona Turalın avtomobilin sahibi və polis əməkdaşı olduğunu bildirmişdir. O, yanında gələn tanışı Seymurla 2000-ci il buraxılışlı "Mersedes C200" markalı **-TE-*** dövlət nömrə nişanlı avtomaşına baxmışdır. Tural ilkin ödəniş üçün 2000 manat pul və 15 ay 450 manat ödəməklə avtomobili əldə edə biləcəyini demişdir. O da razılaşıb Turala əgər pulu tez ödəsə avtomobili ona neçəyə satacağını soruşmuşdur. Turalda pulu tez ödəyərsə 2.000 ödədikdən sonra 13 ay 450 manatdan ödəyəcəyini demişdir. 20 fevral 2021-ci il tarixdə saat 14 radələrində Tural, Əmrah və o, «Əhmədli» metrosunun yaxınlığında ünvan 61 ünvanında yerləşən 18 saylı notarius ofisinə getmişlər. Tural notariusda ona 6 aylıq sürmək üçün etibarnamə vermişdir. O, avtomobilin texniki pasportunu tələb edəndə Tural, ona xx.xx.2021-ci il tarixdə avtomobilin texniki pasportu və kredit müqaviləsini gətirib verəcəyini demişdir. Notariusun qarşısında 1.000 manat Turala və 300 manatda Əmraha avtomobili tapdığına görə pul vermişdir. Həmin gün saat 16 radələrində eyni məqsədlə ünvan 60 ünvanda yerləşən iş yerinin "X23 MMC"-nin qarşısına getmiş və qalan 1.000 manat pulu iş yerindən götürüb həmin yerdə Turala vermişdir. Avtomobildə bəzi nasazlıqlar olduğundan Tural avtomobili düzəldib ona verəcəyini demiş və birlikdə «Elit» ticarət mərkəzinin yanında avto servisə getmişlər. Avtomobili təmir edildikdən sonra Turalla sağollaşmış və avtomobili götürüb işə qayıtmışdır. Avtomobilin təkərləri yararsız olduğundan 380 manata maşına dörd ədəd təzə təkərlər almışdır. xx.xx.2021-ci il tarixdə o, Turala müqaviləni və texniki pasportu gətirməsini desə də Tural müxtəlif bəhanələr gətirərək sənədləri gətirib verməmişdir. xx.xx.2021-ci il tarixdə Tural ona zəng edərək aylıq 450 manatı tələb etmişdir. O, Təqsirləndirilən şəxs adına olan "KapitalBank"-a məxsus **********046384 nömrəli pul kartına 450 manat pulu "eManat" ödəmə aparatı vasitəsi ilə ödəmişdir. Həmin qəbzlər onda qalmamışdır. xx.xx.2021-ci il tarixdə o, Turala zəng edərək avtomobilin pullarını tam ödəməyini və Turalın avtomobili adına keçirməsini xahiş etmişdir. Tural Bakı şəhərində olmadığını xx.xx.2021-ci il tarixdə gələcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Tural ona zəng edərək 600 manat pul göndərməyini istəmişdir. O, həmin gün iş yerinin yaxınlığındakı 1-ci pul ödədiyi "Jasmin" marketdən "eManat" ödəmə aparatı vasitəsi ilə və Turalın **********976893 nömrəli kapital bank kartına 600 manat pul ödəmişdir. xx.xx.2021ci il tarixdə Tural ona zəng edərək idarə etdiyi avtomobili qəzaya uğradığını və ona satdığı avtomobili 3-4 saatlıq ailəsini Şamaxı rayonuna aparmaq üçün istəmişdir. O, əvvəl Turala vermək istəməsə də Tural balasının canına and içərək gətirib qaytaracağını deyəndə Turala inanmış avtomobili verəcəyini demişdir. Tural avtomobili gəlib ondan alıb getmişdir. Həmin vaxtdan sonra Tural müxtəlif bəhanələr gətirərək onu aldatmaqla avtomobili ona qaytarmamışdır. xx.xx.2021-ci il tarixdə ona sms vasitəsi ilə Turalın ona satdığı avtomobilin Bakı Qazax yolunda radara düşdüyü barədə məlumat gəlmişdir. xx.xx.2021-ci il tarixdə Turalın ona satdığı maşının Turbo.az saytında satışa qoyulduğunu görmüş və bu barədə şikayət etmişdir. O, Turala avtomobilə görə 2.300 bəri başdan ödəmiş, hər ay 450 manat olmaqla 13 ay 5850 manat pul verməli imiş ki, avtomobil ona qalsın. Lakin Tural onu aldatmış və avtomobili əlindən almışdır. O, Turalı məhkəməyə vermişdir. Binəqədi rayon Məhkəməsi tərəfindən Turalın 3.580 manat ona ödəməsi barədə qətnamə çıxmışdır. Qətnamə icraya yönəldilmişdir. Lakin bu günə kimi mənə heç bir ödəniş etməmişdir. Hesab etmişdir ki, Tural ona qarşı dələduzluq etmişdir. Buna görə də Turalın cəzalanmasını istəmişdir. Tural ona ümumi olaraq 2.300 manat ilk dəfə 1.050 manat sonradan kartına ödəyi pulu, bir də təkər aldığı 380 manat pul olmaqla cəmi 3.730 manat maddi ziyan vurmuşdur. Ona vurulmuş maddi ziyanı bu cür götürülməsini xahiş etmişdir. 380 manatı Turala verməmiş, həmin pula avtomobilə təkər almışdır. Ona dəymiş maddi ziyanın heç bir hissə ödənilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan pulları verərkən yanında iş yoldaşı Seymur Quliyev yanında olmuşdur. Əmrahın avtomobili tapmışdır. Əmrahın Tural ilə əlbir olmasını guman etmişdir. Bu hissəyə diqqət edilməsini xahiş etmişdir. Onun Təqsirləndirilən şəxs borcu olmamışdır. Turala verdiyi pulların hamısı ona məxsus olmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, mülki qaydada şikayət etmişdir. Ona 3730 manat ziyan dəymişdir. Ona heç nə qaytarılmamışdır. O, maşını icarə əsasında almışdır. Müqavilə bağlamamışdır. Etibarnamə 6 aylıq verilmişdir. Tural ona zəng eləmişdir ki, öz maşını ilə qəzaya düşüb yoldaşı ilə Şamaxıya gedir. Bir neçə saatlıq maşına ona lazımdır. Maşını bir tanışı gəlib götürmüşdür. Sonradan verməmişdir. O da baxmışdır ki, maşını Turbo.az-da yenidən satışa çıxarıb. Yoldaşının maşını sənədsiz sürdüyünü təsdiq edir, o yanında oturmuşdur. Qiyabi qətnamə çıxmışdır. 3350 manat pul olub. Sübuta yetməyən məbləğ 100 manatdır. Zərərçəkmiş şəxs11 məhkəməyə yazılı notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə bağlı heç bir şikayət və iddiasının olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs12 göstərmişdir ki, 2021-ci ilin fevral ayında maşın almaq məqsədi ilə dost tanışlarından lizinq şərti ilə satılan maşınlarla maraqlanmışdır. Dostu Şahid7 bu barədə xəbər tutduqdan sonra instaqram sosial şəbəkəsində təsədüfən tanımadığı «magerramoff_999» səifəsinin sahibi olan maşın alveri ilə məşğul olduğunu dediyi Əmrah adlı şəxsin səhifəsində «Reno Megane» markalı **-RJ- *** dövlət nömrə nişanlı avtomaşının lizinq şərti ilə satıldığını görüb həmin səifədə göstərilən ***-***-**-** mobil nömrəni ona göndərmişdir ki, o, həmin şəxslə əlaqə saxlayıb maşın barədə maraqlanmışdır. xx.xx.2021-ci il tarixdə o, qeyd olunan şəxslə danışıb gedib maşına baxmışdır. Maşını ona Əmrah gətirib göstərmiş və sonuncu əlavə etmişdir ki, maşının sahibi Tural adlı şəxsdir Əmrah sadəcə olaraq vasitəçidir. O, maşına baxıb bəyəndikdən sonra almaq qərarına gəlmiş və həmin yerdə Əmraha vasitəçilik etdiyinə görə 200 manat, Turala isə 1200 manat pul vermişdir. Belə ki, Turalla görüşmüşdür. Görüş zamanı o, Turalla danışıb razılığa gəlmişdir ki, Tural maşını lizinq şərti ilə ona satsın. Maşını təhvil almış 1 gün sürmüşdür. Aşkar etmişdir ki, maşının mühərriki nasazdır. Bunu müəyyən etdikdən sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb Tural ilə Binəqədi rayonu Qoşa yanacaq doldurma məntəqəsi deyilən yerin yanında Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində yerləşən parkda görüşmüşdür. 26 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yerləşən parkda Turala 1200 manat, Əmraha isə onları tanış etdiyinə görə 200 manat pul vermişdir. Həmin günün səhərisi nəqliyyat vasitəsində yaranmış nasazlığı aradan qaldıracağını bəhanə edərək avtomobili Təqsirləndirilən şəxs həmin yerdə ondan almış, müxtəlif bəhanələrlə avtomobili ona qaytarmamışdır. Bu hadisədən bir neçə gün keçdikdə mən Turalla əlaqə saxlamaq istədikdə sonuncu telefonlara cavab verməməyə başlamışdır. Hətta o, bu hadisədən sonra bir dəfə maşını təsədüfən Turalın özünün sürdüyünü görmüşdür. Lakin Tural maşını gətirib ona qaytarmaq istəməmişdir. Bir sözlə Turalla Əmrah əlbir olaraq onun 1400 manat pulunu ələ keçirmişlər. Müxtəlif bəhanələrlə onu aldatmışlar. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, o, 26 fevral 2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu Qoşa yanacaq doldurma məntəqəsi deyilən yerin yanında Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində yerləşən parkda Turala 1200 manat, Əmraha isə 200 manat vermişdir. Bu zaman dostu Rəşid də yanında olmuşdur. Sonradan görmüşdür ki, o, həmin şəxslər tərəfindən aldınılmışdır. O, Turaldan və Əmrahdan nə qədər pulunu tələb etsə də bir nəticə əldə etmədiyinə görə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyandan ona 800 manat qaytarmışdır. Əlavə 600 manatını da qaytaracağına dair söz versə də hələ də qaytarmamışdır. Əmrah və Turaldan hazırda şikayətçidir. Əmrah Turalla əlbirdir. Birdə Turalın bir sevgilisi vardır. Tural Bahar ilə yeyib içir, eyş işrət məclisləri təşkil etmişdir. Camaatı aldadaraq ələ keçirdiyi pulları Bahara xərcləmişdir. Baharda Turalla əlbir olmaqda şübhəlidir. Onun aldadılmağında Baharın rolu olmasa da Bahar Turalın dələduz olduğunu, əldə etdiyi pulların onun bunun pulu olduğunu, qanunsuz və əvəzsiz olaraq ələ keçrildiyini bilmiş, Turalla bir yerdə yeyib içir, eyş işrət məclisləri təşkil etmişlər. Buna görə də bu xüsusatları yoxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. xx.xx.2021-ci il tarixdə turbo.az saytında maşın elanlarına baxarkən, elanda yerləşdirilmiş "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödəniş 2500 manat olmaqla, 15 ay ərzində 600 manat pul ödənilməli olduğu görmüşdür. O, Tural adlı şəxsin elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq, görüşmək istədiyini Turala bildirmişdir. Həmin gün yəni 05 mart 2021-ci il tarixdə saat 16 radələrində o, atası Şahid1 özünə məxsus olan 2200 manat pul götürərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163 ünvanında yerləşən Lukoil yanacaq doldurma məntəqəsinin içərisinə getmişdir. Orada özünü ona Əmrah kimi təqdim edən şəxs gələrək, "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dostu Tural adlı şəxsə məxsus olduğunu, sadəcə olaraq onun avtomaşının satılması üçün müştəri taparaq, əlavə pul tutaraq qazanc əldə etdiyini bildirmişdir. Bundan sonra Tural adlı şəxs gəlmiş və həmin avtomobil üçün ilkin ödəniş kimi qabaqcadan 1.900 manat pul verməyini, 500 manat pulu isə dostu Əmrah adlı şəxsə verəcəyini ona bildirmişdir. Həmin zaman o, maddi imkanı aşağı olduğu üçün hörmət haqqı olaraq, 300 manat pul verəcəyini bildirmişdir. Bundan sonra aralarında razılaşmış və o, üzərimdə olan 1.900 manatı həmin yerdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra isə həmin gün saat 17 radələrində Əmraha guya avtomobili ona tapdığına görə “calaq haqqı” olaraq Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 139 ünvanında yerləşən 47 saylı tam orta məktəbin qarşısında 300 manat pul vermişdir. O, "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin şəxslərdən aldıqdan sonra 5 gün müddətində avtomobili idarə edərkən, texniki baxışın müddətinin başa çatması, həmçinin ödənilməmiş bir neçə cərimələrin olduğunu müəyyən etmişdir. Bundan sonra o, Tural adlı şəxslə atası Şahid1 ilə birlikdə görüşərək, avtomobilin texniki baxışın müddətinin başa çatdığını, həmçinin ödənilməmiş bir neçə cərimələrin olduğunu demişdir. Verdiyi pulun geri qaytarmasını tələb etmişdir. Bu zaman o, həmin avtomobili Turala təhvil vermiş və Tural ona 1600 manat pul verəcəyini deyərək, həmin məbləği yaxın günlərdə geri qaytaracağını bildirmişdir. Bundan sonra o, həmin şəxsin istifadəsində olan qeyd olunan mobil nömrələri ilə telefon əlaqəsi saxladıqda həmin şəxsin mobil nömrəmi bloka atdığını gördükdə, atası Şahid1 bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra isə toplanmış material Təqsirləndirilən şəxs dələduzluq etdiyi cinayət işinə birləşdirilmişdir. O, iş üzrə zərərçəkmiş kimi tanınmışdır. O, Turala 1900 manat, Əmraha isə 300 manat pul vermişdir. Bu müddət ərzində Tural ona cəmi 500 manat pul qaytarmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, 1700 manat tələb edir. Maşında problem olmuşdur. Maşını yoxlamadan almışdır. Müqavilə olmamışdır. Tural ona onlayn etibarnamə vermişdir. Maşın o, vəziyyətdə olmuşdur ki, rolu da vurulmuşdur. O, qüsuru olduğunu dedikdən sonra Tural maşını ondan almış və qaytarmamışdır. Zərərçəkmiş şəxs13 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs dair heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs14 (X4) məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin elektron ünvanına yazılı ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, onun azadlığa buraxılmasına etirazı olmadığını, ölkə xaricində olmasına görə məhkəmə iclasında iştirak edə bilmədiyini gösərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs14 göstərmişdir ki, 2021-ci ilin mart ayında özünə icarə avtomobil axtarmışdır. İnternetdə Turbo.az saytında «Renault Megane» markalı **-SL-*** nömrəli avtomobilin Təqsirləndirilən şəxs tərəfindən icarəyə verildiyini görmüşdür. Tural ilə əlaqə yaratmışdır. Tural ilə danışıqdan sonra 13 mart 2021-ci ildə saat təxminən 11 radələrində həmin şəxslə ilk dəfə Bakı şəhəri, Sabunçu rayonu Elşən Mehdiyev küçəsi 172 nömrəli evin qarşısında görüşmüşdür. Avtomobilə baxmış və xoşuna gəlmişdir. Yalnız təkərləri normal olmamışdır. Kreditlə almaq qərarına gəlmişdir. Tural bildirmişdir ki, ilkin ödəniş olaraq 2700 manat versin. 300 manatını ona verəcəkdir ki, təkər alsın. Təkərin pulunu da ilkin ödəniş kimi hesablayacaqdır. 18 ya isə ayda 600 manat ödəmək şərti ilə Turala ödəniş edəcəkdir. O, həmin şərtlərlə razılaşmışdır. Həmin yerdə Turala 2400 manat vermişdir. Tural onunla müqavilə bağlamış, lakin müqaviləni ona verməmişdir. Tural ona elektron etibarnamə verəcəyinə dair söz vermişdir. Avtomobil onda qalmışdır. Həmin günorta saat 13 radələrində 270 manat vermiş və qonşuluğunda yerləşən təkər satışı mağazasından 4 ədəd təkər almışdır. Bunu zəng vuraraq Turala demişdir. Bundan sonra avtomobili öz şəxsi işləri ilə idarə etməyə başlamışdır. 2 gündən sonra Tural ona zəng edərək avtomobilin texniki baxışı üçün Biləcəri qəsəbəsində yerləşən 707 servisə ustanın yanına aparmağını bildirmişdir. O, bir nasazlıq olmadığını demişdir. Lakin Tural israrla ustaya getməli olduğunu demişdir. O, məcbur olmuş və xx.xx.2021-ci il tarixdə avtomobili Turalın dediyi yerə aparmışdır. Orada avtomobilin bir neçə saatlıq işi olduğunu bilmişdir. Avtomobili orada saxlamağını bildirmişdir. O, Turala zəng etmiş, Tural da bunu təsdiq etmişdir. Ustanın əlində işinin çox olduğunu, bir müddət gözləməyin gərək olduğunu demişdir. O, həmin şəxslərə inanmış və avtomobili Turalın əlbir olduğu Əmraha təhvil verərək getmişdir. Onlar hər iksi onu aldatmışlar. Həmin gün nə qədər gözləsə də bir xəbər çıxmamışdır. Səhəri gün zəng etmişdir ki, Turala avtomobillə maraqlansın. Tural onu şərləmişdir ki, guya o, avtomobilin hansısa detalını dəyişmiş və sairə bu kimi sözlər demişdir. Avtomobili ona qaytarmayacağını demişdir. O, artıq onların dələduz olduqlarını anlamış və buna görə şikayət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmışdır. Tural barəsində cinayət işi başlanmışdır. Tural Binəqədi RPİ-si tərəfindən tutulmuşdur. Həbsdən ilk dəfə buraxıldıqdan sonra hissə-hissə olaraq Tural və Bahar adlı sevgilisi ona 1.950 manat pul qaytarmışlar. Hazırda Turalın dələduzluqla ondan ələ keçirdiyi puldan ona 720 manat verəcəyi vardır. Həmin pulu qısa müddətə verəcəyinə dair söz versə də bu dəfə də onu aldatmış və ona qarşı dələduzluq etmişdir. O, Turaldan şikayətçidir. Tural 2 dəfə həbsə alındıqdan sonra yenə də içəridən zənglər vuraraq onu və digər bir neçə zərərçəkmişi narahat etdiyinə görə bu barədə ərizə ilə müraciət etmişdir. Turalın sevgilisi Bahar Muradovanın da Tural ilə əlbir olduğunu güman etmiş və bunun yoxlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs16 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gələmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs16 göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. Bunun üçün internetdə Turbo.Az saytında icarəyə verilən avtomobillərin olduğunu görmüşdür. 13 mart 2021-ci il tarixdə elanın üzərindən Tural adlı şəxsin Hyundai Accent markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobili icarəyə verdiyini görmüşdür. Turalın telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmin gün günorta saatlarında Turalla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi "707" adlı avtoservisin yanında görüşmüş, avtomobilə baxmışdır. Avtomobildə bəzi rənglənməli olan yerlər istisna olmaqla digər hər şey xoşuna gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər polisdə işlədiyini, iş adamı olduğunu, Bakı şəhərində çoxlu avtomobili olduğunu, avtomobilləri icarəyə vermək işi ilə məşğul olduğunu demişdir. Bu sözləri və hərəkətləri ilə özü haqqında onda inam formalaşdırmışdır. Ondan həmin avtomobil üçün ilkin 2000 manat ödəniş istəmiş, aylıq 600 manat olmaqla 15 ay kredit şəklində ödəyəcəkdir. Pulu tam ödəyib bitirdikdən sonra isə avtomobil onun adına sənədləşdirəcək və mülkiyyətinə keçəcəkdir. Avtomobildə olan rənglənmə işlərini isə Tural görməli imiş. O, bu şərtlərlə razılaşmışdır. Həmin gün saat təxminən 15 radələrində avtoservisin içərisində Turala 2.000 manat pul vermişdir. Tural avtomobilin sahibinə, sonradan adını eşitdiyi Şahid5 adlı şəxs zəng vurmuş və ona online şəkildə sürmək üçün etibarnamə vermişlər. 2 gündən sonra Turalla danışdığı rənglənmə işləri üçün Turalla danışmışdır. Tural ona demişdir ki, «maşını gətir, özüm rənglətdirəcəm». O, Turala pul verdiyi həmin yerə getmiş və avtomobili Turala vermişdir. Həmin günün səhərisi avtomobili götürmək üçün avtoservisə yaxınlaşmışdır. Maşının servisdə olmadığını aşkar etmişdir. Turala zəng vuranda ona demişdir ki, «nə maşın?, sənin maşının var bəyəm?, get hara şikayət edirsən et». Bilmişdir ki, Tural onu aldatmış və ona qarşı dələduzluq etmişdir. Nə qədər Tural ilə əlaqə saxlasa da nəticə olmamışdır. O da məcbur olaraq bu barədə Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyanı ona tam olaraq ödəmişdir. O, 13 mart 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "707" adlı servisdə Təqsirləndirilən şəxs 2000 manat pulu mənə avtomobil verəcəyi adı ilə ilkin ödəniş kimi vermişdir. Yəni Tural dələduzluq edərək 2000 manat pulunu ələ keçirmişdir. Həmin pulu ona tam olaraq qaytarmışdır. Pulu Turala verdiyi zaman Tural ona yazı yazdırmışdır ki, avtomobil onun tərəfindən xarab edilərsə ödənişi edəcəkdir. Həmin əlyazmanı istintaqa təqdim etmişdir. Turala qarşı şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayından etibarən "BMC X56" MMC-də mexanik vəzifəsində işləyir. İş vaxtı saat 18:30-da başlayır və gecə saat 03:30-da bitir. 14 mart 2021-ci il tarixdə günorta saatlarında, özünə minik avtomobili almaq üçün iş yerimdə ünvanda kompüter vasitəsilə internet şəbəkəsində «www.turbo.az» saytında axtarış apararkən «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin kredit yolu ilə satışa çıxarılması barədə elana rast gəlmişdir. «Renault- Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı həmin avtomobili bəyəndiyi üçün avtomobilin mülkiyyətçisi kimi göstərilmiş Təqsirləndirilən şəxs 050 *** ** ** mobil telefon nömrəsinə zəng vurub özünü təqdim edərək tanışlıq verdikdən sonra sözügedən avtomobili kredit yolu ilə almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü «Renault- Megane» minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilin mülkiyyətçisi kimi təqdim edərək, avtomobili kreditlə 11.000 (on bir min) manata satdığını söyləyib ilkin ödəniş qismində 2.000 (iki min) manat, aylıq isə müntəzəm olaraq 600 (altı yüz) manat ödəniş tələb etdiyini bildirmişdir. O, razılaşaraq avtomobilə baxmaq istədiyini demişdir. Tural etiraz etməmiş və avtomobilə baxmaq üçün onu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə dəvət etmişdir. Həmin gün axşam saat 19 radələrində o, «Renault Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə baxmaq üçün iş yoldaşı Namiq Kərimovla birlikdə «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı həmin avtomobilə baxmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Biləcəri Baksol yolu üzərində olan, Binəqədi rayon polis idarəsinin 6 saylı polis bölməsinin Biləcəri qəsəbəsində yerləşən inzibati binasının yaxınlığındakı «707» avtoservis məntəqəsində Turalla görüşmüşdür. Tural «707» avtoservis məntəqəsində özünə məxsus «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili ona təqdim etmişdir. O, iş yoldaşı Namiq Kərimovla birlikdə avtomobili, o cümlədən avtomobilin salonunu və mühərrik hissəsini gözdən keçirmiş, həmçinin mühərriki işə salıb yoxlayaraq avtomobili bəyənmişdir. Tural söhbət əsnasında bir daha avtomobili kredit yolu ilə 11000 (on bir min) manata satdığını, ilkin ödəniş qismində 2000 (iki min) manat, aylıq isə müntəzəm olaraq 600 (altı yüz) manat ödəniş tələb etdiyini bildirmişdir. O, razılaşmış və öz təşəbbüsü ilə orada Turala 100 (bir yüz) manat pul vermişdir. Yerdə qalan 1900 (bir min doqquz yüz) manat məbləğində pulu isə növbəti gün həmin ünvanda ona verəcəyimi vəd etmişdir. Tural razılaşaraq notarial qaydada müvafıq etibarnamə və kredit müqaviləsi tərtib etmək lazım olduğunu söyləyib ondan şəxsiyyət və sürücülük vəsiqələrimin surətini istəmişdir. O da şəxsiyyət və sürücülük vəsiqələrimin surətini Turala vermişdir. Sonra sağollaşıb ayrılmışdır. Növbəti gün, yəni 15 mart 2021-ci il tarixdə səhər saat 11 radələrində təkcə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə Yəhya Hüseynov 680 ünvanında yerləşən «707» avtoservis məntəqəsinə gedib orada Turalla görüşmüşdür. Söhbət əsnasında Tural «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin forsunka sistemində cüzi nasazlıq olduğunu bildirmişdir. O, etiraz etməyib kredit müqaviləsi və etibarnaməni tələb etdikdə Tural növbəti gün hər iki sənədi hazır edib təqdim edəcəyini vəd etmişdir. Avtomobilin forsunka sistemində nasazlıq olduğu üçün o, Turala 900 (doqquz yüz) manat pul verərək, yerdə qalan 1000 (bir min) manatı isə avtomobili təmir etdirib tam saz vəziyyətdə təqdim etdikdən sonra ona verəcəyini bildirmişdir. Tural razılaşmış və həmin gün axşam saatlarında Bakı şəhəri, Ziya Bünyadov prospekti 111 ünvanında yerləşən Bakı nəqliyyat agentliyinin qarşısında görüşməyi qərara almışlar. Həmin gün saat 21 radələrində danışdığı kimi Turalla Bakı şəhəri, Ziya Bünyadov prospekti 111 ünvanında yerləşən Bakı nəqliyyat agentliyinin qarşısında görüşmüşdür. Tural idarə etdiyi «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı aavtomobili həmin yerə gətirmişdir. Tural avtomobili orada saxlayaraq avtomobilin açarlarını ona təqdim etmişdir. O da öz növbəsində orada Turala 1000 (bir min) manat pul vermişdir. Tural pulu sayıb qəbul edərək avtomobilin forsunkasını təmir etdirdiyini və avtomobilin tam saz vəziyyətdə olduğunu bildirmişdir. O, Turala inanıb avtomobilin açarlarını qəbul etmişdir. Sonra Tural tələsdiyini bildirib etibarnamə və kredit müqaviləsini tərtib etmək üçün növbəti gün görüşməyi təklif edərək çıxıb getmişdir. Tural getdikdən sonra o, avtomobilə əyləşib mühərriki işə salmışdır. Bu zaman mühərrikin işə düşmədiyini görüb Turala zəng vuraraq narazılığını bildirmişdir. Tural akkumlyatorun düzgün yerləşdirilmədiyi üçün mühərrikin işə düşmədiyini güman etdiyini söyləyib bir-iki saat sonra gəlib məsələni həll edəcəyini demişdir. Saat 23 radələrində Tural iş yerinə, yəni Bakı şəhəri, Ziya Bünyadov prospekti 111 ünvanında yerləşən Bakı nəqliyyat agentliyinin qarşısna gəlib onunla görüşərək mühərrikə baxmaq üçün avtomobilin açarlarını istəmişdir. O, etiraz etməyib avtomobilin açarlarını Turala vermişdir. Tural usta ilə görüşüb avtomobildə olan nasazlığı aradan qaldıracağını söyləyərək çıxıb getmişdir. O, işə qayıtmışdır. Gecə saat 02 radələrində bir neçə dəfə Turala zəng vursa da, Tural onun zənglərinə cavab verməmişdir. Narahat olub «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı nəqliyyat agentliyinin qarşısında olubolmamasını yoxlamaq üçün iş yerini tərk edib küçəyə çıxdıqda avtomobilin yerində olmadığını görmüşdür. Bundan sonra Turalın onu aldadaraq avtomobili gizlincə oradan apardığını başa düşmüşdür. Yenə də bir neçə dəfə Turala zəng vursa da, Tural cavab verməmişdir. 16 mart 2021-ci il tarixdə səhər saatlarında Turala növbəti dəfə zəng vurduqda Tural telefona cavab verərək avtomobili təmir üçün Yasamal rayonu ərazisində yerləşən «Reno» servisə təqdim etdiyini bildirib nasazlıq aradan qaldırıldıqdan sonra avtomobili ona təqdim edəcəyini vəd etmişdir. Lakin Tural onu aldadaraq hazıradək sözügedən «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili ona təqdim etməmiş, verdiyi 2000 (iki min) manat pulu da geri qaytarmayaraq ələ keçirmişdir. Bundan sonra o, dəfələrlə Turalla danışsa da bir nəticə əldə edə bilməmişdir. Buna görə şikayət etmişdir. Lakin yenə də bir nəticəsi olmamışdır. Sonradan isə eşitmişdir ki, Tural barəsində istintaq gedir. Onun kimi çoxlu sayda insanları aldatmış və pullarını ələ keçirmişdir. Buna görə də şikayət etmiş və müraciəti əsasında toplanmış material həmin cinayət işinə birləşdirilmişdir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin müqabilində Təqsirləndirilən şəxs verdiyiniz ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaitini aylıq əmək haqqım hesabına toplayıb yığmışdır. «Renault-Megane» minik markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin müqabilində Təqsirləndirilən şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaiti verməyinizi iş yoldaşlarım Namiq Kərimov və soyadını, habelə atasının adını bilmədiyi Alim təsdiq edə bilər. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona 2000 manat maddi ziyan dəymişdir. Heç maşını oturub sürməmişdir. Usta gəlməmiş, görmüşdür ki, maşını sürüb aparıb. Zərərçəkmiş şəxs18 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs21 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs21 göstərmişdir ki, 2021-ci ilin mart ayının əvvəllərində pulunu hissə-hissə ödəməklə kreditə avtomobil almaq istəmişdir. Buun üçün xeyli müddət idi ki, Turbo.Az saytında özünə icarəyə avtomobil axtarmışdır. Oradan Tural adlı şəxsin hazırda xatırlamadığı nömrəsinə zəng vurub danışmışdır. Bnunla ilk dəfə Bakı şəhəri, Babək prospektində maşın bazarı deyilən yerdə görüşmüşdür. O, elanda «Renault Megane» markalı avtomobil görsə də, Tural ona «Renault Scenic» markalı **-VX-*** dövlət nömrə nişanlı avtomobili təklif etmişdir. Tural demişdir ki, «2500 manat ilkin ödəniş edəcəksən. 2 variant var, 18 ay ayda 500 manat və ya 16 ay ayda 600 manat ödəyəcəksən, sonda isə avtomobil sənə məxsus olacaq». O, ayda 500 manat ödəmək şərti ilə olan təklifi qəbul etmişdir. Hesablamışdır ki, avtomobil ümumi olaraq ona 11500 manata başa gələcəkdir. Bu yaxşı bir təklif olmuşdur. Həmin avtomobilin demək olar ki, orta bazar qiyməti deyilən məbləğdən bir az ucuz olmuşdur. O, Turalla birlikdə «Scenic» markalı avtomobili 7-ci mikrorayon ərazisində olan tanışı ustaya aparmış yoxlatdırmışdır. Maşını bəyənmişdir. Tural ondan xahiş etmişdir ki, onu Biləcəri qəsəbəsində düşürsün. O, 16 mart 2021-ci il tarixdə saat 16 radələrində Biləcəri qəsəbəsinə aparmışdır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən “707” adlı avtoservisin qarşısında həmin avtomobilin içərisində Turala 1400 manat və 600 ABŞ dolları vermişdir. 600 ABŞ dolları həmin gününü məzənnəsinə görə 1020 manat etmiş. 20 manatı da Tural etibarnaməyə verəcəyini demişdir. Yəni o, orada Turala 2420 manat pul vermişdir. Tural ona hansısa sənədə imza etdirməmişdir. Sonradan bilmişdir ki, Tural o şikayət etdikdən sonra guya onun imza etdiyi müqavilənin surətini təqdim etmişdir ki, onunla aralarında müqavilə imzalamışdır. O, belə bir müqavilə imza etməmişdir. Sonradan bilmişdir ki, həmin müqavilədə guya onun Turala 1600 manat verdiyini yazmışdır. Bu kimi müqavilələr tərtib etməklə Tural öz dələduzluq əməlinə don geyindirməyə çalışmışdır. Bunların nəzərə alınmasını xahiş etmişdir. O, sadə etibarnamə verdiyini demişdir. Lakin bunu da dəqiq bilmir. Təxminən 2-3 gün sonra dayanmadan zəng vurmağa başlamışdır ki, «maşını gətir, farsunkaları yumalıyam». O da demişdir ki, farsunkalarda problem yoxdur. Elə təkidlə demişdir ki, «maşını gətir, farsunkaları yudurdum, birdən mühərrikdə nəsə problem yaranar, mühərrikə mən cavabdehəm». Turalın təkidlərinə görə avtomobili xx.xx.2021-ci il tarixdə Biləcəri qəsəbəsində olan 777 servisə aparmışdır. Maşını aparıb Turalın dediyi Əmrah adlı şəxsə təhvil vermişdir. Əmrah demişdir ki, maşının 4-5 saatlıq işi var. Lakin sonradan bilmişdir ki, Əmrah elə Turalla əlbirdir. Tural bu işlərin arxası ilə Əmrahı göndərir. O, avtomobili orada qoyduqdan sonra Tural da ora gəlmişdir. Tural ona demişdir ki, «get sabah gəlib avtomobilini götürərsən». Əmrahda Turalın dediklərini təsdiq etmişdir. O, Əmrahı usta kimi tanımışdır. Lakin sonradan bilmişdir ki, Əmrah usta deyilmiş. Turalla insanları birlikdə aldadırlar. Tural demişdir ki, «səni yaşadığın yerə apara bilərəm». Tural onu Əhmədli qəsəbəsinə aparmışdır. Həmin günün səhərisi servisə getmiş, servisə girəndə maşınını orada görməmişdir. Ustadan soruşmuşdur ki, «maşın haradadır?», usta demişdir ki, «sən dünən gedəndən 30 dəqiqə sonra Turalın xalası oğlu var, gəlib, maşını götürüb apardı». Orada bilmişdir ki, Əmrah özünü Turalın xalası oğlu kimi təqdim etmişdir. Əmrah usta deyildir. Onu bu cür aldatmışlar. O. bundan sonra Turala zəng vurmuşdur. Tural onun telefonunu açmamışdır. Araşdırma zamanı Tural polis bölməsində müqavilə təqdim etmiş, lakin o, heç bir müqaviləyə imza etməmişdir. Həmin müqavilə saxtadır. Heç bir sənədləşdirmə aparılmamışdır. Oradakı imzalar onun deyildir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində ona 2420 manat maddi ziyan dəymişdir. Tural ondan 2420 manat pul almış, maşını sürməyə etibarnamə vermişdir. Lakin, 2 gün sonra bəhanə ilə maşını ustaya qoydurub avtomobili götürmüşdür. O, şikayət etdikdən sonra isə Tural ona 1400 manat qaytarmışdır. Qalan pulunu ödəyəcəyinə söz vermişdir. Lakin pulunu verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X37 öz ifadəsində tərcüməçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin aprel ayında Turbo.Az saytında taksi fəaliyyəti ilə məşğul olmaq üçün sərfəli şərtlərlə avtomobil axtarmışdır. Turbo.Az saytında "Renault Megane" markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunun hissə-hissə ödənilməsi şərti ilə satıldığını görmüş, internetdə olan nömrəyə zəng vurmuşdur. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. 02 aprel 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ilə ünvan 28 ünvanında yerləşən Şəki restoranının qarşısında görüşmüşdür. Avtomobilə baxmışdır. Avtomobil xoşuna gəlmişdir. Belə razılaşmışlar ki, o, həmin avtomobilə görə Turala ümumi olaraq 14.000 manat pul verməliymiş. İlkin ödəniş kimi Turala 3500 manat pul versin, yerdə qalan pulu isə 24 ay olmaqla hər ay 500 manat ödəsin. Həmin yerdə Turala avtomobil üçün 500 manat pul vermişdir. Daha sonra isə 04 aprel 2021-ci il tarixdə saat 17 radələrində ünvan 30 ünvanında yerləşən Anar şadlıq sarayının yanında yerləşən avtomobil təmiri sexində Turalla görüşmüş və orada Turala 3000 manat pul vermiş və Tural ona elektron etibarnamə vermişdir. O, avtomobili götürəndən sonra idarə etməyə başlamış və təqribən 2-3 gün idarə etdikdən sonra mühərrik hissəsindən səs gəlmişdir. O, bu barədə Turala dedikdə Tural ona demişdir ki, avtomobili Nəsimi rayonu H.Seyidzadə 20 ünvanında yerləşən "Qızıl Boğaz" restoranının yanına gətirsin. O da tanışı Şamillə birlikdə avtomobili həmin ünvana aparmışdır. Tural maşını yoxlamış və həqiqətən səs gəlməsini demiş və ondan avtomobili götürüb bir neçə günə təmir etdirib qaytaracağını bildirmişdir. Lakin həmin gündən sonra o, dəfələrlə Turalla əlaqə saxlasa da, Turalı tapa bilməmişdir. Budan nə avtomobili nə də pulunu ala bilməmişdir. O, 500 manat behi və əlavə olaraq 3000 manat pulu Turala verərkən tanışı Şamil onun yanında olmuşdur. Tural avtomobilə dair onunla müqaviləni xx.xx.2021-ci il tarixdə tərtib etmişdir. O, Turalın mənə qarşı dələduzluq etdiyini bildikdən sonra şikayət etmişdir. Onu zərərçəkmiş şəxs kimi tanımışlar. Tural barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tural sonra həbsdən buraxılmışdır. Tural həmin vaxt ona 1700 manat pul qaytarmışdır. Yerdə qalan pulunu isə hissə-hissə ödəyəcəyini demişdir. Lakin yenə də söz verdiyi pulu ona qaytarmamışdır. Turaldan şikayətçidir. Hazırda Tural ona 1.800 manat verməlidir. Turalın onu aldatmasında, pulunun ələ keçirilməsində digər şəxsin iştirakı olmamışdır. Tanışı Şamil dindirilmişdir. İfadəsi ondan tərcüməçi və nümayəndəsinin iştirakı ilə alınmışdır. O, lal və kar olduğu üçün Şamil Turalla əlaqə saxlamağında, Tural ilə ünsiyyətdə olmağında ona kömək etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona ümumilikdə 3500 manat ziyan dəymişdir. Hazırda ödənilməyən 1800 manat pulu tələb edir. Zərərçəkmiş şəxs X37 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs25 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin aprel ayında «Turbo.az» saytında taksi fəaliyyəti ilə məşğul olmaq üçün sərfəli şərtlərlə avtomobil axtarmışdır. Turbo.Az saytında "Renault Megane" markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşdür. İnternetdə olan ********** və ********** nömrəyə zəng vurmuşdur. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olmasını bilmişdir. Turaldan avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural ona ilkin ödəniş olaraq 2.500 manat pul verməyini demişdir. O, Tural ilə ətraflı danışmaq üçün 2021-ci ilin aprel ayının 8-də saat 15 radələrində Turalla ünvan 15 ünvanında yerləşən «Qızılboğaz» restoranının yanındakı ofisdə görüşmüşdür. O, həmin yerə qardaşı Hacı, bacısı oğlu Elvinlə getmişdir. Razılaşmışdır ki, avtomobilə görə Turala 2000 manat pul versin, qalan məbləği isə 16 ay olmaqla 600 manatdan ödəməli imiş. Tural özü tərəfındən tərtib edilmiş müqaviləni ona vermiş o, həmin müqaviləni imzalamışdır. Müqavilə Turalda qalmışdır. Avtomobili idarə etmək üçün etibarnaməni isə təxminən 15 gündən sonra onlayn qaydada ona vermişdir. Həmin ərəfədə o, Turala avtomobili onun tanışım X11 da idarə edəcəyini demiş və Əkbərə də etibarnamə verməsini xahiş etmişdir. Tural onunla razılaşmışdır. Əkbərə də etibarnamə verəcəyini demişdir. Təxminən bir ay ərzində o, Turalın adına olan hazırda yadında qalmayan "Kapitalbank" kart hesabına avtomobilin pulundan 800 manat ödəmişdir. 07 may 2021-ci il tarixdə avtomobili tanışı X57 rayonu, Bakıxanov qəsəbəsi ərazisində idarə edərkən X77 İdarəsinin əməkdaşları tərəfındən saxlanılmış və etibamamə olmadığına görə cərimə meydanşasına qoyulmuşdur. O, bu məsələ ilə əlaqədar Turalın özü ilə əlaqə saxlamışdır. Tural bu məsələni həll edəcəyini desə də, avtomobil "Koroğlu" metrostansiyasının yanındakı cərimə meydançasından götürmüşdür. Həmin günü o, Əkbərlə cərimə meydançasına getmiş, orada dayanan işçi demişdir ki, Tural Həsənov gəlib avtomobili aparmışdır. O, Turala zəng edib avtomobilə görə 2000 manat verdiyini və əlavə olaraq 800 manat e-manat vasitəsilə pul göndərdiyini desə də, Tural yalandan demişdir ki, guya o, avtomobilin sükanını dəyişmiş, avtomobili əzmişdir. Bu kimi bəhanələr gətirmişdir. O, Turaldan avtomobili götürdüyü zaman digər şəxs, yəni Əkbər tərəfindən də idarə ediləcəyini demişdir. Bir sözlə, o, Turalın bu hərəkətlərindən sonra aldadıldığını bilmiş və öyrənmişdir ki, Tural "Renault Megane" markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan alıb Zərərçəkmiş şəxs26 adlı şəxsə satmışdır. O, tam əmin olmuşdur ki, Tural onu aldatmışdır. Buna görə də Zərərçəkmiş şəxs26 tapmış və Rövşənlə birlikdə Binəqədi RPİ-nə gəlib Turalın barəsində ərizə yazmışdır. Turalla onun arasında bağlanmış müqavilə onda yoxdur. Müqavilədə Tural nələri yazdığı ona məlum deyildir. Sonradan eşitmişdir ki, guya Tural və sonuncunun vəkili bildirmişdir ki, guya o, müqavilə şərtlərini pozmuşdur. Bunlar yalandır. O, Əkbərin avtomobili idarə edəcəyini bilirmişdir. Tural qəsdən etibarnamə verməmişdir ki, Əkbəri DYP əməkdaşları saxlasın və etibarnamə olmadığı üçün avtomobili cərimə meydançasına yerləşdirsin. Bunları Tural əvvəlcədən planlı şəkildə etmişdir. X77 İdarəsinin əməkdaşları avtomobili Əkbər İsayevdən alıb cərimə meydançasına aparanda müqavilə avtomobilin salonunda olmuşdur. Sonrasını isə bilmir. Tural ona bu hərəkəti ilə 2.800 manat maddi ziyan vurmuşdur. Əkbər İsayev və bacısı oğlu Elvin Süleymanov hazırda Türkiyədə işləyir. Onları dindirmək hazırda mümkün deyildir. Qardaşı Hacı isə dediklərini təsdiq edə bilər. Əkbər Turalı görməmiş, yalnız avtomobil idarə edərkən saxlanmışdır. Avtomobilin pulunu o vermişdir. Maddi ziyan ona vurulmuşdur. O, Əkbərə avtomobili ona görə vermişdir ki, onun gərəkli işlərini həmin avtomobillə Əkbər görsün. Ara vaxtlarda isə özü taksilik etmişdir. Bunun isə gündəlik pulunu ona verirdi. O, bu barədə Turaldan ilk dəfə avtomobili götürəndə Turala demişdim. Tural, bunları bilmişdir. Yəni o, avtomobili Turaldan həmin məqsəd üçün götürmüşdür. Onun özünün digər avtomobili vardır. Sadəcə işləri çox olduğundan onları çatdırmamışdır. Buna görə də həmin avtomobili götürmüşdür ki, Əkbər əlavə olaraq tapşırdığı işləri həmin avtomobillə görsün. Lakin qeyd etdiyim kimi Tural onu aldatmışdır. Avtomobili aldadaraq geri almışdır. Turalın hesabına ödəyi qəbzləri isə itirmişdir. Onların vaxtlarını və tarixlərini dəqiq deyə bilmir. Lakin bu hadisə 1 ay ərzində olmuşdur. Sonradan eşitmişdir ki, guya Tural onun müqavilə şərtlərini pozmağı ilə bağlı vəsatət qaldırmışdır. Bunu nəzərə almamağı xahiş etmişdir. Çünki Tural bu kimi bəhanələrlə öz etdiyi dələduzluq cinayətlərinə haqq qazandırmaq istəmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona ümumilikdə 2800 manat ziyan dəymişdir. Etibarnaməni Tural dərhal verməmiş, sonradan onlayn çəkib vermişdir. İsayev Əkbər onunla birlikdə Turalla görüşməyə getmişdir. Etibarnamə ona verilib. Onlar Əkbər ilə birlikdə olmuşlar deyə o da maşını sürmüşdür. Müqaviləni o, özü bağlamışdır. Tural özü razılıq vermişdir. Maşın onlarda 20-25 gün qalmışdır. Həmin maşınla Əkbər sürücülük etmişdir. Zərərçəkmiş şəxs25 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs27 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin aprel ayında Turbo.Az saytında taksi fəaliyyəti ilə məşğul olmaq üçün sərfəli şərtlərlə avtomobil axtarmışdır. Turbo.Az saytında "Renault Scenic" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşdür. İnternetdə olan nömrəyə zəng vurmuşdur. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Turaldan avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural ona ilkin ödəniş olaraq 2500 manat pul verməyini demişdir. Ətraflı danışmaq üçün 08 aprel 2021-ci il tarixdə saat 17 radələrində Turalla ünvan 71 ünvanında yerləşən çox mərtəbəli binanın altında yerləşən ofısdə görüşmüşdür. O, həmin yerə tək getmişdir. Razılaşmışlar ki, avtomobilə görə Turala 2500 manat pul versin, qalan məbləği isə 16 ay olmaqla 600 manatdan ödəsin. Orada avtomobilə baxmış, avtomobil xoşuna gəlmişdir. Şərtlər ona qane etmişdir. Razılaşmışlar. Tural özü tərəfındən tərtib edilmiş müqaviləni ona vermiş və o, həmin müqaviləni imzalamışdır. O, Turaldan avtomobili idarə etmək üçün etbarnamə istəmişdir. Tural ona onlayn qaydada etibarnamə verəcəyini demişdir. O, orada Turala 2500 manat pul vermişdir. O, avtomobili sürüb yaşadığı evə getmişdir. Səhəri gün Tural ona zəng edib avtomobilin təkərini, əl əyləcini və şüşə qaldıranı düzətməli olduğunu demiş və avtomobili 4-cü mikrorayonda Turala pul verdiyi yerə gətirməyini xahiş etmişdir. Həqiqətən də həmin hissələrin təmirə ehtiyac olmuşdur. Danışığa əsasən həmin hissələri Tural təmir etdirməli imiş. O, Turaldan eyni zamanda etibamaməni soruşanda Tural yenə də ona avtomobili idarə etmək üçün onlayn qaydada etibarnamə verəcəyini demişdir. Həmin gün günorta heç bir tərəddüd etmədən avtomobili təmir etmək üçün Turala vermişdir. Tural avtomobili ondan aldıqdan sonra Tural ilə axşamtərəfi əlaqə saxlamış və maşını soruşmuşdur. Tural müxtəlif bəhanələr gətirib avtomobili ona verməkdən imtina etmişdir. O, avtomobili tapmaq üçün Dərnəgül şossesində yerləşən avtotəmir məntəqələrinə getmiş, lakin maşını orada tapa bilməmişdir. Tural sonralar onun telefon zənglərinə cavab verməmişdir. O, buna görə aldandığını bilmiş və Turalın barəsində DİNin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Eyni zamanda Nəsimi RPİ-nin 19-cu PŞnə ərizə ilə müraciət etmişdir. Tural ondan avtomobil üçün 08 aprel 2021-ci ildə 2500 manat pul almış və növbəti günü 09 aprel 2021-ci il tarixdə maşını ondan almış guya təmir adı ilə apararaq geri qaytarmamışdır. 2500 manat pulunu onu aldadaraq ələ keçirmişdir. Turalın ona verdiyi müqavilə avtomobildə qalmışdır. Onun şikayəti əsasında toplanmış material Turalın barəsində başlanmış cinayət işinə birləşdirilmişdir. O, iş üzrə zərərçəkmiş kimi tanınmışdır. Tural sonradan ona 600 manat pul ödəmiş və söz vermişdir ki, qalan pulu qısa müddətdə yavaş-yavaş ödəyəcəkdir. Lakin yenə də sözünə əməl etməmiş və bu dəfə də onu aldatmışdır. Turaldan şikayətçidir. Tural ondan aldığı 2500 manat puldan ona 600 manat pul qaytarmışdır. Turaldan şikayətçi olmağının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona ümumilikdə 2500 manat ziyan dəymişdir. Tural 600 manatını qaytarmışdır. 1900 manat ödənilməmiş qalmışdır. Zərərçəkmiş şəxs27 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs15 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs15 göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. 09 aprel 2021-ci il tarixdə turbo.az saytında maşın elanlarına baxarkən, elanda yerləşdirilmiş "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödəniş 2850 manat olmaqla, 18 ay ərzində 500 manat pul ödənilməli olduğunu görmüşdür. O, Tural adlı şəxsin elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq, görüşmək istədiyini Turala bildirmişdir. Həmin gün yəni 09 aprel 2021-ci il tarixdə saat 16 radələrində o, X21 ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 27 saylı yaşayış binasının qarşısında görüşmüşdür. Avtomobilə baxmış, avtomobil xoşuna gəlmişdir. Turalın şərtləri ilə razılaşmışdır. Turala orada 2.850 manat pul vermişdir. Tural ona elektron etibarnamə vermişdir. Avtomobilin texniki pasportunu verəcəyini demişdir. Bir müddət avtomobili idarə etmişdir. Sonradan Turalın ona texniki pasportu vermədikdə Turaldan şübhələnmişdir. Sonradan öyrənmişdir ki, Tural ayrı-ayrı şəxslərə qarşı dələduzluq etmişdir. Tural hansısa bəhanə edərək avtomobili ondan geriyə almışdır. Buna görə o da Turaldan şikayət etmişdir. Tural ona 1.850 manat pul qaytarmışdır. O, Turaldan şikayətçi olmamışdır. Tural ona söz vermişdir ki, onun 1000 manatını da qısa müddətdə qaytaracaqdır. Lakin Tural pulunu geri qaytarmamışdır. Turaldan şikayətçidir. Tural onu aldadaraq 2.850 manat pul almışdır. Həmin puldan 1.850 manat pulunu qaytarmışdır. 1000 manatı isə bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə özünə icarə avtomobil axtarmışdır. İnternetdə Turbo.az saytında ilkin ödənişi 2900 manat olan "X39" markalı **- TY-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənərək həmin saytda yerləşdirilmiş ***-***-**- ** nömrəsinə zəng etmişdir. Özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə Nəsimi rayonundakı "Tərlan" şadlıq sarayının yanında görüşmüş və avtomobilə baxmışdır. Maşını bəyəndiyini bildirmişdir. Təqsirləndirilən şəxsla onun arasında müqavilə bağlayıb ilkin ödənişi 2900 manatı həmin gün saat 15 radələrində ünvan 15 ünvanında yerləşən Qızılboğaz restoranının yanındakı ofisdə Turala vermişdir. Onun arasında müqavilə bağlanmışdır. 20 ay olmaqla 600 manat ödədikdən sonra maşın onun olmalı imiş. Onlayn etibarnamə üçün əlavə olaraq Tural həmin yerdə ondan 20 manat almışdır. 15 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək avtomobili texniki baxışdan keçirmək lazım olduğunu demişdir. Həmin gün o, həkimdə olduğuna görə gələ bilməmişdir. Belə olduqda, Tural ona "avtomobili ver özüm texniki baxışdan keçirib gələcəm" demişdir. O da razılaşmış və avtomobili Yasamal rayonunda 2-ci Alatavada Turala vermişdir. Tural avtomobili iki saatdan sonra gətirib ona qaytaracağnı desə də, o, iki gün Turalı tapa bilməmişdir. Zəng edib Tural ilə danışanda ona bildirmişdir ki, guya o, avtomobili dörd gün ərzində idarə edib maşının sürət qutusunu xarab etmişdir. O da Turala bildirmişdir ki, “əgər avtomobil ondan olan müddət ərzində problem olubsa, gətir mənim yanımda təmir elətdir” buna görə neçə manat xərci varsa, özü ödəyər. Lakin Tural müxtəlif bəhanələr edib onunla görüşməkdən imtina etmişdir. Tural avtomobili ondan təmir etdirmək üçün aldıqdan iki gün sonra etibarnaməni də ləğv etdirmişdir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona "X39" markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verəcəyi adı ilə onu aldamış və 11 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 72 ünvanında yerləşən Qızılboğaz restoranının yanındakı ofisdə 2920 manat pulunu ələ keçirmişdir. Turala avtomobillə maraqlandığı zaman onu şərləməyə başlayanda Turalın dələduz olduğunu anlamışdır. Guya o, avtomobilin hansısa detalını dəyişdiyini və sairə bu kimi sözlərlə onu şərləməyə başlamışdır. Avtomobili ona qaytarmayacağını demişdir. O, artıq Turalın dələduz olduğunu anlamışdır. Buna görə şikayət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmışdır. Tural barəsində cinayət işi başlanmışdır. Tural Binəqədi RPİ-si tərəfindən tutulmışdır. Həbsdən ilk dəfə buraxıldıqdan sonra hissə-hissə olaraq Tural və Bahar adlı sevgilisi ona 1200 manat pul qaytarmışlar. Hazırda Turalın dələduzluqla ondan ələ keçirdiyi puldan ona 1720 manat verəcəyi vardır. Həmin pulu ona qısa müddətə verəcəyinə dair söz versə də bu dəfə də onu aldatmışdır. Ona qarşı dələduzluq etmişdir. O, Turaldan şikayətçidir. Tural ikinci dəfə həbsə alındıqdan sonra yenə də içəridən zənglər vuraraq onu və digər bir neçə zərərçəkmişi narahat etdiyinə görə bu barədə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan ümumilikdə 2920 manat olub, Tural 1200 manatını ödəyib. Maşın bir həftə onda olub. Texniki baxış adıyla Tural maşını götürmüş, gətirəcəm demiş, amma gətirməmişdir. Aralarında müqavilə olmuşdur. Zərərçəkmiş şəxs17 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. Bunun üçün internetdə Turbo.Az saytında icarəyə verilən avtomobillərin olduğunu görmüşdür. Həmin saytda yerləşdirilmiş ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs ona özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, həmin saytda olan "Renault Scenic" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural ona həmin avtomobilin qiymətinin ilkin olaraq 3 min manat olduğunu demişdir. O, Turalla 16 aprel 2021-ci ildə Turalın işlədiyi ünvan 73 ünvanında yerləşən ofısdə görüşmüşlər. Tural binanın həyətində saxlanmış «Renault Scenic» markalı avtomobili ona göstərmişdir. O, həmin avtomobili bəyənmişdir. Avtomobilin hər hansı bir texniki problemi olub-olmamasını soruşmuş, Tural ona hazırda heç bir probleminin olmadığını demişdir. Gələcəkdədə hər hansı bir problem olsa özü həll edəcəkdir. Danışığa əsasən o, avtomobilə görə 16 aprel 2021-ci il tarixdə saat 22 radələrində ilkin ödəniş olaraq 5.000 manat pulu yaşadığı ünvan 74 ünvanda yerləşən yaşayış binasının həyətində Turala vermişdir. Turala pulu verərkən oğlu Emil və qudası Şahid10 onun yanında olmuşlar. Danışığa əsasən o, 18 ay 450 manatdan Turala pul ödəməli imiş və pul tam ödəndikdən sonra avtomobil ona qalmalı imiş. O, avtomobili bir həftə sürəndən sonra avtomobilin mühərrik sistemində nasazlıq olduğunu hiss etmişdir. Bu barədə Turala məlumat vermişdir. Tural, əvəzində ona başqa avtomobil götürməyi təklif etmişdir. O, maşını aparıb Nəsimi rayonu, 4-cü mikrorayonda ofısin yanında Turala qaytarmışdır. Tural ona üç gündən sonra özünün deməsinə görə gömrükdə olan və tezliklə sənədləşmədən sonra gömrükdən çıxardıb başqa avtomobil verəcəyinə dair söz vermişdir. O, üç gün sonra Turala zəng etmiş, Tural ona rayonda olduğunu demişdir. Həftə sonu görüşüb avtomobili ona verəcəyini demişdir. Həftə sonu o, Turalla danışmışdır. Tural yenə də rayonda olduğunu bildirmiş və həftənin ortasında görüşəcəyini demişdir. Tural onu 2021-ci ilin iyun ayına kimi bu kimi yalanları ilə aldatmışdır. Sonradan isə telefon zənglərinə bir nəfər qadın cavab vermişdir. Sonra o, Turalın həbs olunduğunu öyrənmişdir. xx.xx.2021-ci il tarixdə ilk dəfə Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nə müraciət etmişdir. O, Turala cəmi 5000 manat pul vermişdir. Bu pulu Turala birdəfəyə vermişdir. Sonradan eşitmişdir ki, Tural onun kimi bir neçə insanı da aldatmışdır. Tural ilk dəfə həbsdə çıxanda ona 2000 manat pul ödəmişdir. Hazırda ona 3000 manat pul verməlidir. Bu məbləğdən ödəniş etməmişdir. Hazırda Turaldan şikayətçidir. O, Təqsirləndirilən şəxs qeyd etdiyi məbləğləri verərkən yanında oğlu Emil və qudası Əlihüseyn olmuşdur. Onun Turala hər-hansı bir borcu olmamışdır. Turala verdiyi pulların hamısı ona məxsus olmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, bir həftəyə yaxın maşını sürmüşdür. Tural 2000 manat qaytarmış, 3000 manat qalmışdır. O, özü maşını Turala qaytarmışdır. Bir həftə sürüb qaytarmışdır. İki dəfə maşında nasazlıq olmuşdur. Tural ona demişdir ki, başqa maşınlar var. Müqavilə bağlamışlar. Yolda sürməkdə problem yaranmışdır. Ustayla danışmışdır, fərqli hissələr alınmalı olduğunu ona demişdir. Turala zəng eləmişdir, Tural demişdir ki, “ver düzəldim qaytarım,” o isə demişdir ki, mümkünsə maşını dəyişək, Tural onunla razılaşmışdır. Etibarnamə vermişdir. Zərərçəkmiş şəxs19 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs20 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. Bunun üçün internetdə Turbo.Az saytında icarəyə verilən avtomobillərin olduğunu görmüşdür. 18 aprel 2021-ci ildə həmin saytda yerləşdirilmiş ***-***-**-**, ***-***-**-** nömrələrinə zəng etmişdir. Telefona cavab verən şəxs ona özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, həmin saytda olan "Renault Megane" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı, X7 məxsus olan avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural ona həmin avtomobilin qiymətinin ilkin olaraq 2400 manat olduğunu demişdir. O, həmin gün saat təxminən 15 radələrində Tural ilə ünvan 15 ünvanında yerləşən Qızılboğaz restoranının qarşısında görüşmüşdür. Tural həmin avtomobili ona göstərmişdir. Həmin avtomobil onun xoşuma gəlmişdir. İlkin ödəniş üçün Turala 2400 manat, hər ay isə 500 manat olmaqla 18 ay cəmi 6000 manat ödəməklə razılaşmışlar. Bunun üçün aralarında müqavilə bağlamışlar. O, həmin yerdə Turala 2400 manat pul vermişdir. Bundan sonra avtomobili götürüb getmişdir. Ona texniki pasport verməmişdir. Bildirmişdir ki, etibarnaməni elektron formada verəcəkdir. O, avtomobili idarə edib oradan uzaqlaşmışdır. Həmin gündən etibarən elə hesab etmişdir ki, Tural ona elektron formada etibarnamə vermişdir. 02 may 2021-ci il tarixdə Səbail rayonu Axundov adına parkın yaxınlığında Bakı şəhər DYPİ-nin YPX avtopatrulu onu saxlamışdır. Aydınlaşdırmışlar ki, avtomobilə dair etibarnaməsi yoxdur. Buna görə avtomobili duracağa yerləşdirdilər. O, bu barədə Turala zəng vurmuşdur. Tural rayonda olduğunu, qısa müddətdə məsələni həll edəcəyini demişdir. Tural 3 gün onu aldatmışdır. 3 gündən sonra duracağa getmişdir ki, avtomobili işə salsın, akummlyatoru yatmasın. Avtomobilin duracaqda olmadığını görmüşdür. Oradan ona bildirmişlər ki, duracağa yerləşdirilmiş gün Tural gəlib avtomobili aparmışdır. Həmin gündən sonra isə Tural onu müxtəlif bəhanələrlə aldatmağa davam etmişdir. Daha sonra isə telefonlarına cavab verməmişdir. O, məcburiyyət qarşısında qalmış və rayona öz evinə köçmüşdür. Bundan sonra isə eşitmişdir ki, Tural ondan başqa çoxlu sayda insanları aldatmış, eyni üsulla dələduzluq temişdir. O, rayonda olduğuna görə müraciət etməmişdir. Nəhayət 13 noyabr 2021-ci il tarixdə DİN-in elektron ünvanına elektron formada müraciət etmişdir. Bundan sonra isə Yasamal RPİ-nə ərizə ilə müraciət etmişdir. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, bir dəfə Tural ona 50 manat pul qaytarmışdır. Qalan pulu ona qaytarmamışdır. Hazırda Turaldan şikayətçidir. O, Təqsirləndirilən şəxs qeyd olunan pulu verərkən yanımda heç kim olmamışdır. Onun Təqsirləndirilən şəxs hər-hansı bir borcu olmamışdır. Turala verdiyi pulların hamısı ona məxsus olmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Turalın ona ümumilikdə 2400 manat borcu var. 50 manat qaytarıb. Şikayətçi deyil. Başqa ödəniş etməmişdir, lakin şikayətçi deyildir. Zərərçəkmiş şəxs20 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs22 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin aprel ayında Turbo.Az saytında taksi fəaliyyəti ilə məşğul olmaq üçün sərfəli şərtlərlə avtomobil axtarmışdır. 23 aprel 2021-ci il tarixdə o, turbo.az saytında "Renault Megane" markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşdür. İnternetdə olan nömrəyə zəng vurmuşdur. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olmasını bilmişdir. Turaldan avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural ona ilkin ödəniş olaraq 2500 manat pul verməyini qalan məbləği isə ayda 20 ay olmaqla 600 manatdan ödəməli olduğunu demişdir. O, 23 aprel 2021-ci il tarixdə saat 16 radələrində Turalla ünvan 15 ünvanında yerləşən Qızılboğaz restoranının yanındakı ofisdə görüşmüşdür. O, həmin yerdə Turala 2.500 manat pul vermişdir. Tural özü tərəfındən tərtib edilmiş müqaviləni və avtomobili idarə etmək üçün 3 aylıq etibarnaməni ona vermiş və o, avtomobili "Elit" ticarət mərkəzinin yanında yerləşən avtomobil servisinə yoxlatdırmağa getmişdir. Müqavilə onda qalmamışdır. Buna görə müqaviləni istintaqa təqdim edə bilməmişdir. Avtoservisdə maşının termostatında problem çıxmışdır. Tural maşını hələ sürməyini deyib bildirmişdir ki, həmin texniki nazaslığı özü təmir etdirəcəkdir. Üzərindən bir ay keçdikdən sonra, 1 ay ərzində Bakı şəhərinin müxtəlif yerlərindəki adları və yerləri yadımda qalmayan marketlərdən avtomobilin ilk ayının pulunu, yəni 800 manatı hissə-hissə Təqsirləndirilən şəxs ona verdiyi **********976893 Kapital bank kartındakı hesabına göndərmişdir. 2021-ci ilin may ayının 30-da Tural ona demişdir ki, maşını Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 18A ünvanında yerləşən Şəki restoranının dairəsi yaxınlığında yerləşən avtoservisə aparsın. O, Tural dediyi üçün saat 15 radələrində Şəkinin dairəsi deyilən yerə getmişdir. Turalla zəngləşmişdir. Tural taksi ilə həmin yerə gəlmişdir. Ondn avtomobili təhvil almışdır. Avtomobili Turala təmir etdirmək üçün verdiyi zaman avtomobilin salonunda arxa oturacağın üzərində bir ədəd özümə məxsus olan 100 manat qiymətində dəri gödəkçəsi, 1 ədəd 50 manat qiymətində cins gödəkçəsi, həmin gödəkçənin sol iç cibində isə 1500 manat qiymətində, 750 əyyarlı, 10 qram çəkili, tək brilyant qaşlı nişan üzüyü olmuşdur. O, avtomobili Turala təhvil verəndə həmin əmlaklarını oradan götürməmişdir. Lakin Tural ona demişdir ki, ustası bu yaxındadır. Avtomobili ona icarəyə verməsini ustanın bilməsini istəmir. Bu halda usta işi baha qiymətə görür. 1-2 saat oralarda çayxanada oturmağını xahiş etmiş və qısa zamanda gələcəyinə söz vermişdir. Avtomobil ondan alaraq getmişdir. O, Turala avtomobildə arxa oturacaqda əmlakı olduğunu deyə bilməmişdir. Bunu deməyə bir növ utanmışdır. Bir müddət gözlədikdən sonra Tural oa sabah saat 13 radələrində gəlib götürməyini demişdir. Səhəri gün tezdən Turala zəng edib maşınla maraqlananda Tural, ona saat 3-də, sonra isə saat 5-də, axırda işə axşam saat 7-də gəlməyinı demişdir. Bundan səhərisi gündə Tural onu müxtəlif bəhanələrlə aldatmışdır. Sonra isə telefon zənglərinə cavab verməmişdir. O, aldanıldığını və əmlakının oğurlandığını başa düşmüşdür. Buna görə də DİN-in 102 zəng mərkəzinə bu barədə məlumat vermiş və Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedib ərizə və izahat yazmışdır. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyandan 500 manatını qaytarmışdır. Hazırda Tural ondan ümumi olaraq taladığı 4.950 manatdan ona 500 manat qaytarmış, qalan hissəsini isə qısa müddətdə qaytaracağına dair söz versə də bu günə kimi heç bir ödəniş etməmişdir. Onun avtomobilində qızıl üzüyü və gödəkçələrinin olmasını ailə üzvləri də təsdiq edə bilər. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Turala 2300 manat əlbəəl vermiş, 200 manat da sonra kartına atmışdır, 600 manat da aylığın ödəmişdir. Maşınındakı əşyalarını Tural götürdüyünü görməmiş, amma maşınının faktiki içində qeyd edilən əşyaları qalmışdır. Bilməmişdir ki, maşını Tural qaytarmayacaq. O, deməmişdir ki, Tural oğurlayıb. Amma maşını Turala verəndə içində olmuşdur. Zərərçəkmiş şəxs22 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs dair heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də iddiasının olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs22 məhkəməyə digər bir notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə bağlı itmiş əşya ilə əlaqədar olaraq da heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də iddiasının olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs24 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. 23 aprel 2021-ci il tarixdə turbo.az saytında "Renault Megane" markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobilin kreditlə satıldığı elanını görmüşdür. Həmin elanda göstərilən ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Tural kimi təqdim etmişdir. Həmin şəxs ona bildirmişdir ki, avtomobilin ilkin ödənişi üçün 3000 manat, 18 ay isə hər ay 600 manat ödəməklə cəmi 13800 manat təşkil etmişdir. O cür avtomobillər nağd olaraq təxminən 10.000 manat civarında olmuşdur. Onu bu məbləğ qane etmiş, buna görə telefonda həmin şəxslə razılaşmışdır. Avtomobilə 4-cü mikrorayonda baxmış və bəyənmişdir. Sonra Təqsirləndirilən şəxs ilə 23 aprel 2021-ci il tarixdə saat təxminən 19 radələrində ünvan 37 ünvanında yerləşən Kapital bankın mərkəzi ofisinin qarşısındakı bankomatdan 3000 manat pul çıxarıb elə orada Turala vermişdir. Həmin gün Tural avtomobili ona vermişdir. Avtomobilə dair ona sadə etibarnamə vermişdir. Texniki pasport Turalda qal. Bundan 1 gün sonra Tural ona zəng vurmuşdur. Tural pul verməyini xahiş etmişdir. O, 24 aprel 2021-ci il tarixdə axşam saat 20 radələrində Turala avtomobilə görə verməli olduğu puldan yaşadığı evin qarşısında 400 manat pul vermişdir. Bundan bir neçə gün sonra avtomobildə çoxlu nasazlıqlar olduğunu görmüşdür. Bundan sonra isə Turalın çoxlu sayda insanları aldatdığını eşitmişdir. Bir sözlə Turalın normal insan olmadığını bilmiş və pulunu geri verməsini istəmişdir. Avtomobili ondan istəsə də Turala avtomobili verməmişdir. Avtomobili başqa yerdə saxlamışdır. Sonra isə Turalı Binəqədi rayon məhkəməsinə vermişdir. Binəqədi rayon məıhkəməsində işi getdiyi zaman Turalı Binəqədi rayon polis idarəsi tutmuşdur. Bundan sonra isə Tural vəkili vasitəsi ilə pulunu ödəyəcəyini demişdir. Binəqədi rayon məhkəməsində iş baxılmamış saxlamışlar. Həmin qətnamənin surətini təqdim edəcəyini bildirmişdir. Tural həbsdən buraxılmışdır. Tural onunla danışmışdır ki, avtomobili onun mülkiyyətinə keçirmək istəyir. O, Turaldan ya pulunu, ya da avtomobili adına keçiməsini, yerdə qalan pulunu ödəyəcəyini demişdir. Belə razılığa gəlmişdir ki, Tural avtomobili adına keçirsin və o, Turala nağd olaraq əlavə pul ödəsin. Turalla razılaşmışdır. 2021-ci ilin sentyabr ayının 15-də Turalla görüşmüş və birlikdə meyvəli bazarının yanındakı DİN-in BDYPİ-nin binasına getmişdir. O, avtomobili saxlamışdır. Oradan tanımadığ kimsə avtomobilə baxmış və ban nömrəsində guya problem olduğunu demişdir. Tural bu vəziyyətdə avtomobilin digər şəxsin mülkiyyətinə keçirilməsinin mümkün olmadığını demişdir. Tural, bir neçə dəfə binanın içərisinə gedib gəlmişdir. Kimləsə danışdığını, avtomobilin bir neçə gün orada qalmasının gərək olduğunu demişdir. O, yenə də Turala inanmış və avtomobili orada dayanacaqda saxlayıb evinə gəlmişdir. Turaldan zəng gözləmişdir. Həmin günün səhərisi xx.xx.2021-ci il tarixdə Tural ona zəng edərək avtomobilin onun adına sənədləşdirilməsi işləri üçün pul lazım olduğunu, 300 manat verməyini xahiş etmişdir. O, 300 manat yox, 100 manat verə biləcəyini demişdir. O, həmin gün saat 11:21-də Turalın adına olan kapital banka aid **********976893 olan kartına sonuncu olaraq 100 manat pulu Yasamal rayonu, F.İbrahimbəyov küçəsi ilə Zivərbəy Əhmədbəyov küçələrinin kəşişməsində Zivərbəy Əhmədbəyov küçəsi 40 ünvanında yerləşən “Stop market” mağazasının daxilindəki "emanat" ödəniş terminalından ödəniş etmişdir. Bundan sonra Tural ona zəng etməmişdir. Bir neçə gündən sonra həmin yerə getmiş və avtomobilin orada olmadığını görmüşdür. Bundan sonra isə Turalın onu aldatdığını bilmiş və bununla bağlı polisə şikayət etmişdir. Tural həmin avtomobilin qeydiyyat nömrəsini dəyişdirmişdir. Hazırda o, bildiyi qədər həmin avtomobilin nömrəsi **-CD-***-dır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Tural söz vermişdir ki, həbsdən çıxdıqdan sonra notarial qaydada maşını onun adına keçirəcək. Maşının üzərinə həbs qoyulmuşdur. Maşına da xərc qoymuşdur. Ona ümumilikdə 3500 manat ziyan dəymişdir. Təxminən 9-10 gün maşını sürmüşdür. Həyətində məhkəmə prosesi gedənə qədər maşın qalmışdır. Yol polis idarəsində BAN nömrəsində yüngül cızıq olmuşdur. Tural demişdir ki, həll edəcək. Süni şəkildə Tural onu orda saxlatdırmışdır. Ban nömrəsində problem olduğunu ona demişlər. Həyətdə baxan adi mühafizəçi şəxs olmuşdur. Səlahiyyətli şəxs olmamışdır. Demişlər ki, aydınlaşdıracaqlar. O, hadisələri eşidəndən sonra məhkəməyə ərizə vermişdir və daha sonra maşın üzərinə həbs qoyulmuşdur. Məhkəmə qaydasında maşın üzərinə həbs qoyulduğuna görə maşından istifadə etməmişdir. Maşın təqribən 6 aya yaxın onda qalmışdır. Zərərçəkmiş şəxs24 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs26 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi olaraq fiziki şəxs qismində taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin may ayının əvvəllərində özünə kreditlə avtomobil almaq qərarına gəlmişdir. Arvadının maaş kartı ilə bankdan 2900 manat kredit götürmüşdür. Oğlu ilə evdə internetdə elan edilmiş kreditə verilən avtomobillərlə maraqlanaraq avtomobillərə baxmışdır. Bu zaman elanlardan birində «Renault Megane» markalı avtomobili Təqsirləndirilən şəxs adlı şəxsin kreditlə birdəfəlik icarəyə verdiyi barədə elanı görmüşdür. Həmin şəxsin telefon nömrəsi ilə əlaqə saxlamışdır. Avtomobilə baxmaq və danışmaq istədiyini demişdir. Tural onunla səmimi danışmış və avtomobilə baxmağa dəvət etmişdir. O, 10 may 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində yerləşən dairənin yanında Turalla görüşmüş və həmin avtomobilə baxmışdır. Avtomobil xoşuna gəlmişdir. Tural onunla müqavilə bağlamışdır. Tural ilə o, həmin müqaviləyə imza etmişdir. O, Turaldan «Renault Megane» markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təhvil almışdır. Tural ona etibarnamə və şəhadətnamə verməmiş, etibarnaməni elektron formada veriləcəyini demişdir. Şəhadətnamə isə o, pulu tam ödəyib bitirdikdən sonra verəcəyini demişdir. Avtomobil ona ümumi olaraq 15.000 manata başa gələcəkdir. Həmin gün saat 12 radələrində elə orada Turala 2.000 manat pul vermişdir. Avtomobili götürüb getmişdir. Təxminən avtomobili 10 gün idarə etmişdir. Bir gün Qara Qarayev prospektində dayandığı yerdə Elxan adlı tanımadığı şəxs ona yaxınlaşmış və Turalın dələduz olduğunu ona demişdir. O, avtomobili idarə etməmişdir. Bilmişdir ki, Tural ona etibarnamə də verməmişdir. Sonra Turalla əlaqə saxlamış və pulunu qaytarmasını tələb etmişdir. Tural onu fırlatmağa başlamışdır. Buna görə də o, Binəqədi RPİ-nə müraciət etmişdir. Tural onun pulunu tam olaraq ödəmişdir. Turalın avtomobilini özünə qaytarmışdır. Turaldan şikayətçi deyil, Turalla onun arasında bağladığı müqaviləni çırıb atmış, Tural o cür müqavilə yazmaqla etdiyi dələduzluq əməllərinə haqq qazandırmağa çalışmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, maşını Tural ondan almayıb. Maşını polisə özü şəxsən vermişdir. Zərərçəkmiş şəxs26 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs28 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bir neçə ildir ki, ünvan 39 ünvanında yerləşən avtomobil ehtiyat hissələri satışı mağazasını icarə əsasında işlədir. Mağazada müxtəlif marka avtomobillərə dair ehtiyyat hissələrin satışını həyata keçirir. l6.05.2021-ci il tarixdə mağazaya bir nəfər müştəri daxil olmuşdur. Müştəri özünü polis əməkdaşı kimi təqdim etmişdir. Adının Tural olduğunu demişdir. Mağazadan 1.000 manatlıq avtomobil ehtiyyat hissələri almışdır. Onun əlaqə nömrələrini götürmüşdür. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində isə həmin şəxs telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq özünə məxsus Renault Megane markalı avtomobilinə ehtiyyat hissələrinin lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, göndərdiyi ustaya lazım olan ehtiyyat hissəsələrini versin, avtomobili təmirdən çıxdıqdan sonra ehtiyyat hissələrinin pulunu ona ödəyəcəkdir. O, Turalın polis işçisi olmağına inandığı üçün Turalın göndərdiyi tanımadığı kişi cinsli şəxsə fərdi identifikasiya kodu olmayan 450 manat dəyərində həmin avtomobilə aid sürətlər qutusu və 400 manat dəyərində sürətlər qutusunun ötürücü mexaniki diskini vermişdir. Həmin şəxsi tanımır. Həmin günü axşamı, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs avtomobilini ustadan götürərək ondan nisyə aldığı ehtiyyat hissələrinin pulunu ödəməmişdir. Bir müddət o, hər dəfə müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Ondan təxminən 10 gün sonra Turalla əlaqə saxlamış və Turaldan mağazadan nisiyə götürdüyü malların pulunu tələb etmişdir. Tural ona bildirmişdir ki, “sənə atmışam get nə istəyirsən elə, sənə pul qaytaran deyiləm”. Odur ki onun ehtibarından sui-istifadə etməklə özünə məxsus mağazadan 850 manat pul dəyərində avtomobil ehtiyyat hissəsini aparmış Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi və ona dəymiş maddi ziyanın ödənilməsi məqəsədi xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurmuş və Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Yenə də xahiş etmişdir ki, ona maddi ziyan vuraraq 850 manat dəyərində əmlakını dələduzluqla ələ keçirmiş Təqsirləndirilən şəxs cinayət məsuluyyətinə cəlb olunsun və ona vurduğu maddi ziyanın qaytarılsın. Təqsirləndirilən şəxs onu aldatdıqdan 1 gün əvvəl tanımışdır. Tural ona şifahi olaraq polisdə işlədiyini bildirmişdir. Ona hər hansı bir sənəd nümayış etdirməmişdir. Sadəcə elə sərbəst hərəkət etmişdir ki, o, Turalın polis əməkdaşı olduğuna inanmışdır. Sonradan bilmişdir ki, Tural əvvəllər polisdə işləmişdir. Dələduzdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan 850 manatdır. Tural ona zəng eləmişdir. Mator almışdır. Sonra gətirib 200 manat vermişdir ki, ərizəni geri götürsün. O Turala demişdir ki, ziyanı tam ödəsin, sonra götürər. Ustanı özü danışıb o, danışmamışdır. “Karobka” bir də “çaşka” satmışdır. Həmin vaxt onlarda qəbz olmayıb. Kassa olmamışdır. Turala həmin əşyaları bilavasitə verməmişdir. “Şəkili” adlı şəxs vasitəsilə vermişdir. Zərərçəkmiş şəxs28 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs29 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. 19 may 2021-ci il tarixdə o, internetdə kreditdə olan avtomobil axtararkən Hyunday Accent markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil cəmi 12500 manata satışa qoyulmuşdur. O, həmin elanda olan ***-***-**-** ***-***-**-** nömrələrinə zəng etmişdir. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Tural ona Yasamal DYPŞ-nin əməkdaşı olduğunu, avtomobilin özünə məxsus olduğunu bildirmişdir. İlkin ödəniş olaraq 3500 manat, qalanı 18 ay ərzində 500 manat ödəməklə ona satmağı təklif etmişdir. O, həmin şərtlə razılaşmış həmin günü saat 14 radələrində atasıf İxtiyarla və dostu Əvəzlə birikdə həmin şəxslə ünvan 77 ünvanında yerləşən Qaradağ rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüşdür. Həmin vaxt əyani olaraq avtomobilə baxmışdır. Maşında bəzi kosmetik işləri görülməli imiş və alın şüşəsi sınıq olmuşdur. Həmin vaxt avtomobili bəyənmiş Turalla avtomobilin ön alın şüşəsini dəyişəndən sonra alacağını bildirmişdir. Turala Lökbatanda 100 manat beh vermişdir. Tural avtomobili düzəltmək üçün Babək prospektinə gedəcəyini demiş və avtomobili idarə edərək getmişdir. Həmin gün saat təxminən 16 radələrində Tural avtomobilin hazır olduğunu demişdir. O, dostu Əvəzlə birlikdə Bakı şəhəri Xətai rayonu, Babək prospekti 61c ünvanında yerləşən maşın bazarı deyilən yerə getmişdir. Orada Turalın avtomobilin alın şüşəsini düzəltməsini görmüş və danışdığı kimi saat təxminən 17 radələrində həmin yerdə dostu Şahid11 yanında 3500 manat pul sayıb Əvəzə vermişdir. Əvəz də həmin pulu sayaraq Turala vermişdir. Tural ondan əlavə olaraq 50 manat pul alaraq demişdir ki, avtomobilin ayaqaltı rezinləri almışdır. Bununla da o, Turala 3650 manat pul vermiş olmuşdur. Tural avtomobili ona verib bildirmişdir ki, axşam Lökbatanda yaşayan qardaşının evinə gələndə maşının texniki qeydiyyat şəhadətnaməsini gətirəcəkdir. Bir də ona elektron etibarnamə verəcəkdir. Lakin o, Tural zəng etsə də telefonlarına cavab verməmişdir. Gecə saatlarında özü onu yığıb problemləri olduğunu və gələ bilmədiyini demişdir. Səhər tezdən o, Turalla əlaqə saxlamış avtomobilin texniki pasportunu istəmişdir. Tural isə ona bildirdi ki, şərtlərə görə texniki pasport verilmir. O da demişdir ki, belə olduğu halda, o, avtomobili qaytaracaqdır. Turalla Nəsimi rayonunda 32 saylı notariusun yanında görüşmüş və Tural avtomobili özü yoxlayaraq təhvil almışdır. Həmin vaxt o, Turalın əvvəllər polisdə işlədiyini indi isə mülki şəxs olduğunu bilmişdir. Halbu ki, Tural onunla ilk dəfə danışanda özünü ona Yasamal DYPŞ-nin əməkdaşı kimi təqdim etmişdir. Avtomobili təhvil alandan sonra danışdığı kimi o, Turala verdiyim 3650 manat pulu tələb etmişdir. Tural iki gün ərzində pulu tam şəkildə qaytaracağına söz vermişdir. O, Turala inanmış və getmişdir. Lakin bir gün sonra Turbo.Az saytında Turalın ona satmaq istədiyi «Hyundai Accent» markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa qoyulduğunu görmüşdür. Turalı yığıb pulunu nə vaxt qaytaracağını soruşmuşdur. Tural isə səhəri günü pulu verəcəyini demişdir. O, səhəri günü Turalı yığıb pulu soruşanda yenə də bəhanələr gətirmişdir. Tural demişdir ki, 25 may 2021-ci ildə pulunu qaytaracaqdır. O, Turaldan artıq şübhələnməyə başlamış və dostum Şahid11 Turala müştəri kimi zəng vurmuş və avtomobili almaq istədiyini demişdir. Turalla danışıb razılaşmışlar ki, onlar ünvan 79 ünvanında yerləşən 32 saylı notariusun qarşısında görüşsünlər. O, dostu Əvəzlə birlikdə həmin yerə getmişdir. Lakin avtomobili Tural yox, Turalın Faiq adlı digər məlumatlarını bilmədiyi tanışı gətirmişdir. O, Faiqə demişdir ki, Tural həmin avtomobili ona satmışdır. Faiq də Turalın indi gələcəyini demiş, bu anda Tural özü idarə etdiyi «Hyundai Tucson» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə ona yaxınlaşmışdır. Tural, Faiqin sürüb gətirdiyi «Hyundai Accent» markalı avtomobilin və özünün üzərinə benzin tökərək yandıracağını demişdir. Bunu gördükdə dostu Şahid11 102 xidmətinə məlumat vermişdir. Bu vaxt ərzində Tural «Hyundai Accent» markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb oradan uzaqlaşmışdır. Sonra qayıdıb öz avtomobilinə minib sürərək Faiqlə birgə oradan uzaqlaşmışlar. Polis əməkdaşları gəlib onu Əvəzlə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Orada olanları danışmış və izahat vermişdir. Turala cəmi 3650 manat pul vermişdir. Tural onu aldadaraq ona qarşı dələduzluq etmişdir. O, Turaldan şikayət etmişdir. Şikayəti əsasında toplanmış material Turalın ayrı-ayrı şəxslərə dələduzluq etməsi barədə cinayət işinə birləşdirilmişdir. O, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. O, Turala 100 manat ilk dəfə, sonradan 3550 manat olmaqla cəmi 3.650 manat pul vermişdir. Bu müddət ərzində Tural ona cəmi 500 manat pul qaytarmışdır. Ona 3150 manat pul verməlidir. Turala verdiyi pullar ona məxsusdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Tural ona 500 manat bir qaytarıb, 50 manat da sonra qaytarıb. Ona 550 manat dəqiq verilib. Qalan 2500 manatı tələb edir. Zərərçəkmiş şəxs29 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs dair heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs30 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. 31 may 2021-ci il tarixdə o, «Turbo.Az» saytında icarəyə verilən avtomobillərin olduğunu görmüşdür. Həmin saytda yerləşdirilmiş ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs ona özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, həmin saytda olan "Renault Meqane" **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural ona həmin avtomobilin qiymətinin ilkin olaraq 3 min manat olduğunu demişdir. O, Turalla görüşmək qərarına gəlmişdir. Əvvəlcə o, Turalın dediyi kimi "Elite" ticarət mərkəzinin yanındakı avtotəmir sexinə gəlmişdir. Orada almaq istədiyi avtomobilə baxmışdır. Həmin avtomobili bəyənmişdir. Turala demişdir ki, 3 min manat bahadır, 2 min manata gücü çatır. Tural onunla razılaşmışdır. Belə qərara gəlmişlər ki, o, Turala 1800 manat versin, qalan 200 manatı isə Tural maşının bəzi xərclərinə görə ona güzəşt etmişdir. Həmin 200 manata o, avtomobilin bəzi detallarını dəyişmişdir. Üzərində pul olmadığı üçün o, Turalla onun qeydiyyatda olduğu ünvan 80 ünvanında yerləşən "Rabitə Kolleci"nin yataqxanasına getmişdir. Həmin gün saat 15 radələrində o, atası Vaqifdən özünə məxsus olan 1800 manat pulu götürüb dediyi yerdə Turala vermişdir. Turalla onun arasında Turalın özü tərəfindən tərtib edilmiş müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə o, Turala "Renault Meqane" markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 20 ay müddətində hər ay 500 manat verməli imiş. Qeyd etdiyi məbləğ ödəndikdən sonra avtomobil onun adına rəsmiləşdirilməli imiş. Bundan başqa, Təqsirləndirilən şəxs ona onlayn qaydada avtomobili idarə etmək üçün etibarnamə verəcəyini desə də onu aldatmışdır. Həmin etibarnaməni verməmişdir. O, 31 may 2021-ci il tarixdə "Renault Meqane" markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili Turaldan götürəndən sonra Tural ilə əlaqə saxlayaraq avtomobilə görə etibarnamə istəmişdir. Turala izah etmişdir ki, taksi şirkətində işlədiyi üçün ona etibarnamə və avtomobilin texniki qeydiyyat şəhadətnaməsi lazımdır. Bu arada o, avtomobilin nasaz halda olan hissələrinin düzəldilməsi üçün 700 manat pul xərcləmişdir. Bu barədə Turala zəng vuraraq bildirmişdir. Lakin Tural ona avtomobilin texniki şəhadətnaməsini verməmişdir. Tural ona dediyi sənədləri verməyi üçün Nizami rayonu, "Neolit" şadlıq sarayının yanına gəlməyini demişdir. O da 03 iyun 2021-ci il tarixdə saat 13 radələrində avtomobillə "Neolit" şadlıq sarayının yanına getmişdir. Həmin əraziyə çatanda onu 343 çağırışlı DYPİ-nin patrul avtomobili saxlatmışdır. Ona avtomobili etibarnaməsiz idarə etməyini demişdir. O, həmin yol patrul xidməti inspektoruna avtomobilə etibarnamə almağa getdiyini dedikdə, inspektor ona bunu təsdiq edəcək bir nəfərlə danışmağını demişdir. O da Turala zəng edib maşını yol polisinin saxladığını demişdir. Tural ona dedi ki, qoy cərimə meydançasına aparsınlar özü çıxardacaqır. Avtomobili cərimə meydançasına aparmışlar. O, Turala zəng etmiş, Tural ona Nizami rayon məhkəməsinə gəlməyini demişdir. O, həmin ünvana getmişdir. Bir saatdan çox Turalı gözləsə də, Tural gəlməmişdir. Həmin günü Turalı tapa bilməmişdir. DİN-in 102 xidmətinə məlumat vermişdir. Növbəti günlərdə isə Tural onunla telefonda danışanda guya onun avtomobili idarə etdiyi iki gün ərzində maşını yararsız hala saldığını və buna görə də avtomobili ona qaytarmayacağını demişdir. O, Nizami rayonu ərazisindəki cərimə meydançasına getdikdə ona oradan demişlər ki, Təqsirləndirilən şəxs gəlib avtomobili aparmışdır. Avtomobili Tural apararkən avtomobilin saxlanc yerində olan ona məxsus içərisində nömrə olmayan işlənmiş vəziyyətdə, İmei kodu yadında qalmayan 150 manat dəyərində "İphone-5S" markalı mobil telefon və içərisində nömrəsi olmayan, imei kodu yadımda qalmayan 100 manat dəyərində "Nokia-6100" markalı telefon, həmçinin hər birinin 50 manat qiyməti olan 2 ədəd gümüş kişi üzüyü və 2 ədəd kişi gümüş qolbaqlar olmuşdur ki, onları Tural gizli olaraq talamışdır. Talama cinayəti 03 iyun 2021-ci il tarixdə saat təxminən 15 radələrində ünvan 47 ünvanında yerləşən cərimə meydançasında baş vermişdir. Belə ki, Tural avtomobili təxminən həmin saatlarda həmin cərimə meydançasından çıxarmışdır. Əmlakları da avtomobilin içərisində olmuşdur. Tural ümumi olaraq ona 1800 manat ilk dəfə Turala verdiyi pulu, 700 manat sonradan avtomobilin nazas hissələrinə görə xərclədiyi pulları və ümumi olaraq 450 manat dəyərində əmlaklarımı talaması nəticəsində ona ümumi olaraq 2.950 manat maddi ziyan vurmuşdur. O, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındıqdan sonra Tural həbsdən buraxıldıqda ona hissə-hissə olaraq Tural 500 manat pul qaytarmış, qalan 2450 manatı da qısa müddətdə qaytaracağına dair söz versədə heç bir pul qaytarmışdır. Turaldan şikayətçidir. Tural qeyd etdiyi kimi ona ümumi olaraq 2950 manat maddi ziyan vurmuşdur. Turalın 500 manatını qaytarmışdır. Yerdə qalan hissəsini ona ödəməmişdir. Turala verilən pul, avtomobilə xərclədiyi pul, həmçinin Turalın gizli olaraq taladığı əmlaklar ona məxsus olmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Turala 1800 manat əlbəəl vermişdir. Maşına 700 manatdan çox xərci çıxmışdır. Amma istintaqda 700 manat demişdir. 2000 manat tələb edir, 500 verilib. 1800 manat nağd vermişdir. Maşını özü istifadə üçün almışdır deyə içinə dəyişikliklər etmişdir. Ümumi 2950 manat ziyan dəyib, amma o, az demişdir. Maşının priborunda xətlər olmuş, onlar pozulmuşdur deyə təzəsini qoydurmuşdur. Ona 2900 manat civarında maddi ziyan dəyib, lakin o, həmin məbləği tam deməmiş və 450 manatı Turala keçmişdir. Əlavə xərc çəkdiyini də təqsirləndirilən şəxsdən tələb edir. Ondan maşını Tural götürəndən sonra bir saat ərzində satışa çıxarıb. O, maşının əlindən alınacağını bilməmişdir. Məhkəmə iclasında əlavə olaraq dindirilərkən bildirmişdir ki, o, dəfələrlə məhkəmə iclaslarına gəlib-gedirmiş. Sonradan qardaşının maşınını satmağa hazırlaşanda maşının içində sellofanın içində həmin əşyaların olduğunu görmüşlər. Bundan sonra o, bir neçə dəfə məhkəmə iclaslarına gəlsə də bu halla bağlı ondan bir şey soruşulmadığı üçün əşyaları tapdığını bildirməmişdir. Bir müddət sonra dələduzluq epizodu ilə bağlı barışıq əldə edəndə o, bu halı Turalın müdafiəçisinə bildirmişdir. Müdafiəçi də ona ərizə yazmağını məsləhət görmüşdür. İtən əşyaları təqribən 02 aydır ki, tapmışdır. Qardaşının maşınında baqajda təkər yeri var idi. Ordan tapmışdır. Telefon, gümüş üzük, təsbeh və bir neçə başqa əşyalar idi. Hamısını selofan torbanın içinə yığmışdır. Sənədlər də kaşlokunda olmuşdur. Turaldan maşını almamışdan torbanın içinə yığmışdır və Turalın maşının içinə qoymuşdur. Maşını ximçistka edəndə dostu götürüb qardaşının maşının içinə qoyub. Onun da bundan xəbəri olmayıb. O, elə bilirmiş ki, itib. Ximçistkadan sonra ustaya qoymuşdur, iki gün sonra götürmüşdür, yolda yol polisi onu saxlamışdır. Ardı da əvvəlki məhkəmə iclaslarında dediyi kimi olmuşdur. Barışıq əldə etməzdən qısa müddət əvvəl əşyaları tapmışdır. O, elə bir ərizə vermək lazım olduğunu bilməmişdir. Müdafiəçila əlaqə saxlamışdır. Müdafiəçi ona bildirmişdir ki, itən əşyaları tapmağı ilə bağlı da ərizə yazsın. O da barışığı Turalın onla danışıq üçün göndərdiyi xanım ilə razılaşmışdır. Həmin xanımda onunla notariusa getmişdir. Ərizənin formasını və məzmununu ona notariusda demişlər və o da yazmışdır. Qiymətləri müstəntiqin ittiham aktında yazdığı kimi yazmışdır. O, uzun yazmaq istəməmiş, buna görə də Turalın vəkili ona demişdir ki, hazır yazıb verəcəklər imza edərsən. O, bəraətin nə olduğunu bilmir. Oxuyanda xoşuna gəldiyindən imza etmişdir. Bəraəti Turalın həbsdən buraxılışı kimi başa düşmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs31 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin yanvar ayında işsiz olduğu vaxtlarda avtomobil götürərək Bakı şəhərində özünü dolandırmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Həmin zaman internetdə Turbo.az saytında avtomobil icarəyə verən şəxs kimi tanış olduğu sonradan tanıdığı Şahid17 Mail oğlu adlı şəxs onu dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Əmrah, Təqsirləndirilən şəxs ilə birlikdə onun iki min manatını dələduzluqla ələ keçirmişlər. Belə ki, 2021-ci ilin yanvar ayının 28-də saat 12 radələrində o, Turalla ünvan 82 ünvanında yerləşən 18 saylı notariat kontorunun qarşısında görüşmüşdür. Tural ona "Renault Meqane" markalı, **-RJ- *** avtomobili göstərmişdir. Bəri başdan 2000 manat, 12 ay ayda 600 manat pul ödəmək şərti ilə satmağı barədə razılığa gəlmişlər. Müqavilə bağlamışlar. O, Turaldan xahiş etmişdir ki, bu müqaviləni rəsmi olaraq notarial qaydada sənədləşdirsinlər. Lakin Tural ona bildirmişdir ki, VÖEN olmadığı üçün müqaviləni rəsmi kredit şəklində sənədləşdirə bilməz. Əlavə etmişdir ki, ondan kreditlə aldığı avtomobilin texniki saz olmasına cavabdehdir. Eyni zamanda növbəti aylarda müqavilə bağlayacağına söz vermişdir. Həmin gün Tural ona həmin notariusda etibarnamə vermişdir. Həmin gün saat 12 radələrində o, orada 2000 manat pul vermişdir. O, avtomobili Turaldan alıb sürdükdən bir gün sonra mühərrik yağ axıtmağa başlamışdır. O, bu barədə Turala zəng edib məlumat verdikdə, Tural avtomobili aparıb Binəqədi rayonunda 7-ci mikrorayonda yerləşən avtoservisə qoymağını demişdir. Maşını özünün ustadan alıb təmir etdirəcəyini demişdir. Sonra Turala zəng edib avtomobilin mühərrikinin düzəlməsi ilə maraqlananda Tural müxtəlif bəhanələr gətirmişdir. Buna baxmayaraq onu aldadıb avtomobili təmir etdirməmiş və geri qaytarmamışdır. Bununla da onlar onu aldadaraq onun 2000 manat pulunu ələ keçirmişlər. O, nə qədər çalışsa da avtomobili Turaldan ala bilməmişdir. Nəticədə Təqsirləndirilən şəxs ilkin olaraq ondan avtomobil üçün götürdüyü 2.000 (iki min) manatı pulunu ələ keçirmişdir. Sonra Turalın ona pul qaytarmadığını gördükdə Tural barəisndə Binəqədi RPİ-nə şikayət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış bu cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, maşını bir gün sürmüşdür. Bir neçə gün sonra şikayət eləmişdir. Əvvəlcə danışıqlar aparmışdır. Ona Tural demişdir ki, “maşınıma ziyan vurmusan.” Ona Tural demişdir ki, 1100 manat maşına xərc çəkmişdir. O da Turala demişdir ki, maşını gətir, demirsən 1100 manat xərc çəkmişəm, onu çıx ya da 900 manatımı qaytar. Atası danışıb. Maşında əvvəlcədən problem olmuşdur. O da problem istəmədiyindən 900 manata razılaşmışdır. Zərərçəkmiş şəxs31 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs dair heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs32 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən hadisədən 2 ay əvvələ kimi Babək prospektində yerləşən avtomobil bazarında satıcı işləmişdir. Son zamanlar kreditə avtomobil götürüb, hissə-hissə pulunu ödəmək və taksi fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Bunun üçün axtarışlar etmişdir. 2021-ci ilin noyabr ayının 13-də səhər saatlarında internetdə Turbo.az saytında əvvəllər tanımadığı ********** nömrəsini işlədən şəxslə danışmışdır. Adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Tural elanda tünd göy rəngli «Renault» markalı «Megane» modelli, **-DG-*** dövlət nömrə nişanlı avtomobili icarəyə vermək istədiyini bildirmişdir. Tural ilə telefonda belə razılşamışdır ki, o, ilkin ödəniş üçün Turala 2.000 manat, 24 ay isə hər ay 600 manat ödəməklə cəmi 16.400 manat ödədikdən sonra avtomobil ona qalacaqdır. Yəni mülkiyyətinə keçməli imiş. Bu şərtlər onu qane etmişdir. Çünki onun birdəfəlik bu qədər pul verib avtomobil almağa imkanı olmamışdır. O, Tural ilə danışmış, Tural avtomobilin Xırdalan şəhərində olduğunu demişdir. O, gedib avtomobilə baxmışdır. Avtomobil onu qane etmişdir. Həmin gün saat təxminən 17 radələrində o, yenidən Turalla zəngləşmiş və Bakı şəhəri, Nərimanov rayonu Mirzəbala Əhmədzadə küçəsində Nərimanov RPİ-nin inzibati binasının yan tərəfində Tural ilə ilk dəfə görüşmüşdür. O, həmin vaxt Turala 1.750 manat pul vermişdir. Tural həmin yerdə Renault markalı Megane modelli **-DG-*** dövlət nömrə nişanlı avtomobili ona vermişdir. Ona elektron etibarnamə vermişdir. Bundan sonra o, nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Həmin gün axşam saat təxminən 22 radələrində yenidən Tural ona zəng etmişdir. Lökbatan qəsəbəsində Xəyalın dairəsi deyilən yerdə görüşmüşdür. O, Turala içərisində 250 manat pul olan Beynalxalq Bankın tam kartını vermişdir. Bununla da o, Turala cəmi 2.000 manat pul vermiş olmuşdur. Bundan sonra müqavilədə 1500 manat yazdığını deyəndə Tural, narahat olmamağını, işləri ilə bağlı bu cür yazdığını demişdir. O, buna əhəmiyyət verməmiş, kart Turalda qalmışdır. Bundan sonra o, avtomobili idarə etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 10 radələrində Tural ona zəng vuraraq ailə üzvlərini harasa aparmaq üçün avtomobil gərək olduğunu bildirmişdir. Ondan 1-2 saatlıq avtomobili verməyini xahiş etmişdir. Həmin gün saat təxminən 12 radələrində Turalla zəngləşmiş və Bakı şəhəri, Yasamal rayonu X75 küçəsində yerləşən «Bakı mall» Ticarət mərkəzinin qarşısında görüşmüşdür. Tural onun tanımadığı 1 nəfər şəxslə ora gəlmişdir. O, avtomobili Turala vermişdir. Tural isə həmin şəxsə vermişdir ki, sürüb getsin. Tural isə ora gəldiyi başqa bir avtomobil ilə getmişdir. O, bu məsələdən bir az şübhələnsə də fikirləşmişdir ki, insandır bəlkə hansısa problemi var. Həmin gün axşama kimi Turaldan xəbər çıxmamışdır. Axşam Turala zəng vurmuşdur. Yaxın dostunun uşağının xəstə olduğunu, rayona getdiyini demişdir. Bir iki gün ona belə yalanlar danışmışdır. Sonra isə telefonlarına cavab verməmişdir. Artıq aldanıldığını dərk etdikdən sonra isə xx.xx.2021-ci il tarixdə DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Şikayəti 29-cu PŞnə yönləndirilmişdir. Bundan sonra isə şikayəti əsasında toplanmış material Tural barəsində olan cinayət işinə birləşdirilmişdir. Daha sonra bilmişdir ki, Tural onun kimi eyni üsulla bir çox insanları aldatmış və əmlaklarını ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Tural onunla gözdən pərdə asan yalançı müqavilə bağlamışdır. Əslində Tural ilə onun arasında icarə yox, birdəfəlik avtomobilin ona kreditlə satması barədə müqavilə bağlanmalı imiş. Tural, onu aldatmış, etibarından sui istifadə etmiş və onun 2.000 manat pulunu ələ keçirmişdir. O, ilkin müraciətində Turala nağd olaraq 1500 manat verdiyimi bildirsə də orada texniki səhvə yol vermişdir. Əslində o, ilkin olaraq ona 1750 manat, sonradan isə içərisində 250 manat pul olan kartını vermişdir. Tural kartıda olan 250 manat pulu bazarlığa xərcləmişdir. Yəni o, Turala cəmi 2000 manat pul vermişdir. Buna görə də ona vurulmuş maddi ziyanın vaxtı və yerini bu ifadəsinə əsaslanaraq götürülməsini xahiş etmişdir. Ona dəymiş maddi ziyanın hər hansı bir hissəsi ödənilməmişdir. O, Təqsirləndirilən şəxs qeyd etdiyi məbləğləri verərkən yanında heç kim olmamışdır. Onun Təqsirləndirilən şəxs borcu olmamışdır. Turala verdiyi pulların hamısı ona məxsus olmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona ümumilikdə 2000 manat ziyan dəymişdir. Maşını cərimə meydançasına saldırmışdır. Avtoxuliqanlıqla tutulmuşdur, ödəmiş və maşını çıxarmışdır. Zərərçəkmiş şəxs32 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, barışdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs33 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs dair şikayətindən imtina etdiyini və bunun nəzərə alınmasını xahiş ediyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs33 göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. xx.xx.2021ci il tarixdə axşam saatlarında xalası oğlu Şahid15 ilə birlikdə özümüzə avtomobil almaq üçün "turbo.az" internet saytında avtomobil axtarırdıq. Orada elanlardan birində "X46" markalı avtomobilin qiymətinin uyğun olduğunu görmüşdür. Həmin elanı "Əli" adı ilə yerləşdirmiş ***-***-**-** nömrəsinə zəng etmişdir. O, həmin şəxslə danışdıqda həmin şəxs göstərilən avtomaşını ilkin ödənişi 1.500 manat olmaqla və hər ay 600 manat pul ödəməklə əldə edə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə xalası oğlu Şahid15 yaşadığı Tovuz rayonundan Bakı şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə saat 16 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev 3024 ünvanında yerləşən "Yeganə" şadlıq sarayının yanında görüşmüşlər. Zahid orada avtomobilə baxmış və avtomobil xoşuna gəlmişdir. Sonra Zahid ona zəng etmiş və bildirmişdir ki, maşın yaxşı vəziyyətdədir, maşın xoşuna gəlmişdir. Avtomobili almaq olar. Bundan sonra o, saat 17:48-də xalası oğlu Şahid15 kart hesabına 1000 manat pul göndərmişdir. Şahid15 həmin yerdə pulu nağdlaşdıraraq saat 18 radələrində 1000 manat pulu Turala vermiş və avtomobili ondan götürdü. Tural qeyd edilən avtomobilin hər ikisi tərəfindən idarə ediləcəyinə dair elektron etibarnamə verəcəyini bildirmişdir. O, Turala inandığı üçün etibarnaməni yoxlamamışdır. Həmin gün axşam xalası oğlu Şahid15 avtomaşınla onun yaşadığı rayona gəlmiş və o, da avtomobili görmüşdür. xx.xx.2021-ci il tarixdə o, özü "X46" markalı, **-CD-*** dövlət nömrə nişanlı avotmaşınla Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olduğu zaman xx.xx.2021-ci il tarixdə saat 16 radələrində avtomaşını satan Tural adlı şəxsin xalası oğlu Şahid15 verdiyi **********182167 nömrəli kart hesabına 400 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsindəki "Davud" marketdə quraşdırılmış "MilliÖn" aparatı ilə həmin hesaba göndərmişdir. Pulu göndərdikdən sonra həmin terminalın təqdim etdiyi qəbzdə həmin kart hesabının Təqsirləndirilən şəxs məxsus olduğunu göndərmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o, müştəri yığaraq Tovuz rayonuna geri qayıtmışdır. xx.xx.2021-ci il tarixdə xalası oğlu Şahid15 yenidən avtomaşını götürərək Bakı şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə saat 11:16-da ünvan 83 ünvanında yerləşən "Bravo" marketdə quraşdırılmış "MilliÖn" ödəmə terminalı vasitəsilə həmin şəxsin verdiyi **********182167 nömrəli kart hesabına 50 manat pul köçürmüşdür. Bununla da o, Təqsirləndirilən şəxs 1450 manat pul vermiş olmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında xalası oğlu Şahid15 Tovuz rayonuna qayıdarkən Şəmkir rayonu ərazisində yerləşən DYP postunda avtomaşın saxlanılmış və etibarnaməsiz idarə edildiyi üçün cərimə meydançasına yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında xalası oğlu ona zəng edərək Turalın Şəmkir postuna gəldiyini, özünün ora gedib avtomobili götürəcəyini bildirmişdir. Xalası oğlu ora getdikdən sonra isə Tural gələrək avtomobili cərimə meydançasından götürdüyünü bilmişdir. Turalla telefonla danışanda isə Tural etibarnamə verərək avtomobili yenidən ona qaytaracağını bildirmişdir. Lakin sonra Tural zənglərə cavab verməmiş və aldanıldığını bildmişdir. Bundan sonra isə şikayət etmişdir. Tural onu aldadaraq ona məxsus 1450 manat pulu ələ keçirmişdir. Xalası oğlu zahid tərəfindən Turala verilmiş pullar da ona məxsusdur. Ona verilən suallar ətrafında cavab olaraq bildirmişdir ki, «X46» markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə dair Tural ona etibarnamə verəcəyinə dair söz versədə heç bir etibarnamə verməmişdir. O, xalası oğlu Şahid15 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs “X46" markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili almaq üçün Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev 3024 ünvanında yerləşən "Yeganə" şadlıq sarayının yanında 1000 manat, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Turalın Şahid15 verdiyi **********182167 nömrəli kart hesabına 400 manat, xx.xx.2021-ci il tarixdə saat 11:16-da ünvan 84 ünvanında yerləşən "Bravo" marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalından Turalın bank hesabına 50 manat pul göndərmişdir. Tural ona heç bir pul vəsaiti qaytarmamışdır. Turala verilən pullar ona məxsusdur. Zərərçəkmiş şəxs34 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs34 göstərmişdir ki,pulunu hissə-hissə ödəmək şərti ilə özünə avtomobil almaq qərarına gəldiyi üçün 18 oktyabr 2021-ci il tarixdə Turbo.az internet satış səhifəsində Renault Scenic markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəkilini görüb orada yerləşdirilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrədən birinə zəng edərək özünü Tural kimi təqdim edən şəxslə danışmışdır. Turalla avtomobilə yerində baxmaqla bağlı razılığa gəlmişdir. Həmin gün saat 12 radələrində Turalla ünvan 22 ünvanında yerləşən 18 saylı notarius ofisinin qarşısında görüşmüşdür. Tural həmin yerə **-CD-*** dövlət qeydiyyat nişanlı «Renault Scenic» markalı avtomobillə gəlmişdir. O, həmin yerdə avtomobilə baxmışdır. Avtomobil xoşuna gəlmişdir. O, avtomobilə baxıb bəyəndikdən sonra Turalla belə razılaşmışlar ki, Turala ilkin ödəniş kimi 2500 manat, hər ay isə 600 manat olmaqla, 22 aya 13200 manat, ümumilikdə 15700 manat pul versin. Pulu tam ödədikdən sonra isə avtomobil onun mülkiyyətinə keçəcəkdir. O, bu şərtlərlə razılaşmış, orada Turala ilkin ödəniş olaraq 2500 manat pul vermişdior. 13.200 manat pulu isə 22 ay ərzində aylıq 600 manat olmaqla ödəyəcəyi barədə razılaşmışdır. Tural ona demişdir ki, avtomobili idarə etmək üçün ona etibarnamə verəcəkdir. Tural avtomobilin açarlarını ona vermişdir. Tural ondan şəxsiyyət və sürücülük vəsiqəsini götürmüş və demişdir ki, onlayn etibarnamə verəcəkdir. Tural onunla müqavilə bağlamış, müqavilənin bir surətini ona verdi. Avtomobil onda qalmışdır. Bir müddətdən sonra Turaldan şübhələnmiş və yaxınları tərəfindən ehtiyatlı davranmağı barədə təlimat almışdır. Turala zəng vurmuşdur. Avtomobildən xoşuna gəlmədiyi və geri qaytarmaq istədiyini demişdir. Tural özünü mənə polis əməkdaşı kimi təqdim etmiş və yanına gələrək avtomobili ondan təhvil almışdır. Bir həftəyə pulunu ödəyəcəyinə dair söz vermişdir. Sənədlərimi qaytarmışdır. 1 həftədən sonra isə Turala zəng vuranda onu sözlə hədələmiş, “Get hara istəyirsən şikayət et” demişdir. Guya avtomobil onda qaldığı müddətdə hansısa hissəsini xarab etdiyini demişdir. Bir sözlə ayrı-ayrı bəhanələrlə Turala verdiyi 2.500 manat pulunu geri qaytarmaq istəməmişdir. Buna görə Turaldan şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs35 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özünə avtomobil almaq qərarına gəldiyi üçün təxminən 2021-ci ilin 30 oktyabr tarixdə Turbo.az internet satış səhifəsində **-CX-*** dövlət qeydiyyat nişanlı qara rəngli «Renault Scenic» markalı avtomobil şəkilini görüb orada yerləşdirilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrədən birinə zəng edərək özünü Tural kimi təqdim edən şəxslə danışmışdır. Turalla avtomobilə yerində baxmaqla bağlı razılığa gəlmişdir. Həmin gün saat 20 radələrində Turalla ünvan 85 ünvanında yerləşən «Ləvəngi» restorannın qarşısında görüşmüşdür. Tural həmin yerə **-CX-*** dövlət qeydiyyat nişanlı qara rəngli «Renault Scenic» markalı avtomobil ilə gəlmişdir. O, həmin yerə qardaşı Şahid2 və Eminin dostu X27 ilə birlikdə getmişdir. O, avtomobilə baxıb bəyəndikdən sonra Turalla belə razılaşmışdır ki, Turala ilkin ödəniş kimi 6.500 manat, hər ay isə 500 manat olmaqla, 7 aya 3500 manat, ümumilikdə 10.000 manat pul versin. Pulu tam ödədikdən sonra isə avtomobil onun mülkiyyətinə keçəcəkdir. O, bu şərtlərlə razılaşmış, orada Turala ilkin ödəniş olaraq 6.500 manat pul vermiş, 3.500 manat pulu isə 7 ay ərzində aylıq 500 manat olmaqla ödəyəcəyi barədə razılaşmışdır. Tural ona demişdir ki, avtomobili idarə etmək üçün ona etibarnamə verəcəkdir. Tural avtomobilin açarlarını ona vermişdir. Tural ondan şəxsiyyət və sürücülük vəsiqəsini götürmüş və ona demişdir ki, onlayn etibarnamə verəcəkdir. Təxminən iki gündən sonra o, Turala zəng etmiş və Tural ona demişdir ki, Babək prospektinə gəl orada aldığı şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsini qaytarsın. Babək prospektinə Tural ona verdiyi şəxsiyyət və sürücülük vəsiqələrini ona qaytarmış, sonra isə özü ilə gətirdiyi müqavilə sənədlərinə ona imza etdirmişdir. Müqavilə Turalda qalmışdır. Tural ona demişdir ki, onlayn vasitəsilə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 8 gündən sonra o, Turaldan aldığı avtomobili idarə edərkən Xəzər rayonu ərazisində X74 əməkdaşı tərəfındən saxlanılmışdır. Polis əməkdaşı avtomaşına yaxınlaşaraq ondan sənədlərini tələb etmiş, sonra özündə olan kompüterə baxmış və demişdir ki, bu avtomobili idarə etmək üçün onun heç bir etibarnaməsi yoxdur. O, polis əməkdaşına demişdir ki, «mənim idarə etdiyim avtomobilə dair etibarnaməm var». Yol polisi əməkdaşı ona demişdir ki, «sənin heç bir etibarnamən yoxdur» və buna görə də onun idarə etdiyi avtomobili Xəzər RPİ-nin DYPŞnin cərimə meydançasına aparmışdır. O, Turala zəng etmiş və demişdir ki, «sənin mənə satdığın avtomobilin sənədləri qaydasında olmadığı üçün avtomaşını cərimə meydançasına apardılar». Tural ona demişdir ki, «narahat olma 30 dəqiqəyə mən sənə zəng edəcəyəm». 30 dəqiqə müddətdən sonra Tural ona zəng etmiş və ondan üzr istəyərək demişdir ki, ofısdə işləyən qız vaxtında onlayn vasitəsilə etibarnamə verməmişdir. Sonra ona demişdir ki, hazırda Qəbələ rayonundadır, gələn kimi avtomaşını cərimə meydançasından çıxartdırıb ona verəcəkdir. Səhəri gün Turalın gəlmədiyini görüb Turala zəng etmiş, Tural yenə ona demişdir ki, «narahat olma rayonda biraz işlərim var gəlib məsələni həll edəcəyəm». Bir neçə gündən sonra Turala zəng etmiş və Tural ona dedi ki, «maşının pulunu sənə qaytaracağam». Həmin müddətdən bu vaxta qədər o, Turala dəfələrlə zəng etsə də Tural müxtəlif bəhanələr gətirərək onun 6.500 manat pulunu verməmişdir. Sonradan öyrənmişdir ki, Tural cərimə meydançasında olan avtomobili oradan götürmüşdür. Onun kimi çoxlu sayda insanları aldatmış və onlara qarşı dələduzluq etmişdir. O, şikayət etmişdir. Sonra isə Turalı həbs etmişlər. Ona Tural vurduğu maddi ziyandan hər hansı bir məbləğ qaytarmamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Tural tərəfindən heç bir ödəniş edilməyib. Maşın bir həftə onda olub. Nasazlıq olmayıb. O, sonradan görmüşdür ki, müqavilədə 600 manat yazılıb. Qardaşından pulu almışdır. Bank tərəfindən verilib. O, qardaşına öz maşınını sataraq ondan pulu almışdır. Müqaviləyə baxmadan imza çəkmişdir. Onlar razılaşmışlar ki, ilkin ödənişi etsin, qalanını 12 ay 500 manatdan ödəsin. Tural onun sənədlərini maşın üçün istəmişdir. Səhərisi gün görüşmüşlər. Tural müqaviləni ona təqdim eləmişdir. O, Turala demişdir ki, “atalarımız tanışdı, ayıbdır ehtiyac yoxdu müqaviləyə.” Tural isə bildirmişdir ki, bu olmalıdır. Daha sonra bildirmişdir ki, adına etibarnaməni artıq verib. O da inanmış və maraqlanmamışdır. Bir həftə keçmişdir. Xəzər rayonu ərazisində yol polisi onu saxlamışdır. Bildirmişlər ki, o, maşını sənədsiz sürür. O da demişdir ki, adına onlayn etibarnamə var. Bununla bağlı Turala zəng eləmişdir, lakin Tural telefonu açmamışdır. Maşını cərimə meydançasına aparmışlar. Bundan sonra yenə ona zəng eləmişdir, Tural ona demişdir ki, Qəbələdədir, gələndə həll edəcək. Qayıdandan sonra bir ay onu ləngitmişdir, sonra isə heç nə qaytarmamışdır. Zərərçəkmiş şəxs35 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2019-cu ildən "Çənlibel" daş karxanasında mühafizəçi vəzifəsində çalışır. Şikayət etməmişdən təxminən 5-6 ay əvvəl onun idarə etdiyi "Renault" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüşdür. O, həmin avtomobili elə vəziyyətdə 2400 manata satmış və özünə başqa işlənmiş bir avtomobil almaq qərarma gəlmişdir. Bu məqsədlə o, Turbo.az saytından 2-ci əl avtomobili almaq üçün elanlara baxmışdır. xx.xx.2021-ci il tarixdə o, adının sonradan Şahid17 Mail oğlu olduğunu bildiyi şəxsə məxsus ***-***-**-** mobil telefon nömrəsini görmüş və həmin şəxs "Megane" markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satış üçün yerləşdirmişdir. O, həmin şəxslə əlaqə saxlamış və Turaldan avtomobil haqqında məlumat əldə etməyə çalışmışdır. Tural bildirmişdir ki, ilkin ödəniş 2200 manat, 20 aya 400 manat ödəniş etsə avtomobili ala bilər. Sonda avtomobil ona qalacaqdır. Lakin avtomobilin turbo deyilən hissəsi tüstü vermişdir. O, həmin avtomobilin nasaz olması səbəbindən həmin avtomobili istəməmişdir. Bundan sonra Tural ona "Renault Scennic" markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili məsləhət görmüş və həmin avtomobilin şəkillərini Whatsapp tətbiqi vasitəsi ilə ona göndərmişdir. Həmin şəxs bildirmişdir ki, "bu da ilkin ödəniş 2200 manat, 20 aya 400 manat ödəniş olacaq, sonda avtomobil ondaqalacaqdır. O, avtomobilin şəkillərinə baxmış və xoşuna gəldiyinə görə Turala bildirmişdirki, "görüşək, maşma baxım". O, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Biləcəri Baksol yolu üzərində olan 707 Servis adlı Avtoservisin qarşısında Tural ilə görüşmüşdür. Həmin vaxt sonradan Əmrah olduğunu bildiyi şəxs özünü Ceyhun kimi təqdim etmişdir. Yanında isə Təqsirləndirilən şəxs olmuşdur. Ceyhun bildirdi ki, "mən Turalın işçisiyəm". Tural da bunu təsdiqləmişdir. O, "Renault" markalı avtomobilə baxmış, özü yoxladım, daha sonra isə bildirmişdir ki, "maşını Elite deyilən yerin yaxınlığında ustaya göstərək". Tural da cavab verdi ki, "mənim işçimlə maşını apar yoxlat gəl, mənim ora getməyimə ehtiyac yoxdur". O da Ceyhunla birlikdə "Renault" markalı avtomobili idarə edərək Nərimanov rayonu ərazisində yerləşən və Elite deyilən yerin yaxınlığında yerləşən avtoservisdə işləyən maşın ustalarından birinə yaxınlaşmış, Ceyhun orada mənə bildirmişdir ki, "mən burdakı ustalarla mübahisə etmişəm, mən sənin yanında dayanmayım". Həmin vaxt Ceyhun yanında dayanmadığından, həm də tıxac olduğundan maşını yoxlatdırmamış və Ceyhuna bildirmişdir ki, "gəl gedək, maşın onsuz da normal işləyir, istəmirəm, burda yalandan yubanaq". Ceyhun da razılaşmış və birlikdə «707» servisə qaymışlar. Həmin vaxt orada Tural və adını bilmədiyi bir nəfər şəxs dayanmışdır. Tural soruşmuşdur ki, "yoxlatdırdız maşını?". O da cavab verdim ki, "ustada yer olmadığından yoxlatdırmadım, Sizin sözünüzə inanıram". Tural da cavab vermişdir ki, "narahat olma, maşında nəsə problem olsa mən cavabdehəm". O da razılaşmış və orada maşının qiymətinin endirilməsi ilə bağlı aralarında sövdələşmə olmuşdur. Həmin vaxt orada Ceyhunun iştirakı ilə maşının ilkin ödənişinin 1700 manata qədər, daha sonra isə Turalın əlavə olaraq 50 manat endirim etməsi, ümumilikdə 1650 manat ilkin ödənişlə bağlı razılıq əldə etmişlər. Lakin Tural bildirmişdir ki, "35 manat etibarnamə üçün pul verəcəksən". O da razılaşmış və 707 Servisin qarşısında Turala 1700 manat pul vermişdir. Həmin vaxt pul verəndə Ceyhun kimi təqdim edən Əmrah olmamışdır, lakin Turalın yanında adını bilmədiyi, tanımadığı işçisi dayanmışdır. Sonradan pulu verdikdən sonra Ceyhun yəni Əmrah yanımıza gəlmişdir. Həmin vaxt Tural bildirmişdir ki, "maşını yudurt, özün də kafedə əyləş, mən də Respublika DYPB-nə gedib gəlirəm, məni orda tanıyırlar, tez etibarnamə alıb gəlirəm". Həmin vaxt o, sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini Turala vermişdir. Bundan sonra Tural çıxıb getmiş, o da orada gözləmişdir. Həmin vaxt maşının baqaj hissəsindən Ceyhun maşının arxası qırıq faranı götürmüş və bildirmişdir ki, "bu bizə lazım olacaq". Təxminən 40 dəqiqə sonra Tural qayıdıb gəlmişdir. Tural ona şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsini geri qaytaranda o, Turaldan etibarnaməni də istəmişdir. Tural cavab vermişdir ki, "etibarnamə online veriləcək". O, narazılıq etmiş, Tural bildirmişdir ki, "burada içəridə yerləşən kafedə əyləşək, çay içək, 1-2 saata etibarnamə hazır olacaq". O da Tural ilə birlikdə kafedə çay içmiş və Turala bildirdim ki, "texpasportu ver, etibarnamə də hazır olar, mən çıxıb gedim". Tural da cavab vermişdir ki, "yox, texpasport verilməyəcək, maşının pulu tam olaraq ödəniş olunduqdan sonra, yəni 20 aydan sonra veriləcək". O, cavab verdim ki, "mən sənədsiz maşın sürə bilmərəm". Tural demişdir ki, "yolda polis saxlasa mənə deyərsən mən həll edəcəm". O da həmin şəxsdən 1700 manat pulunu geri istəyəndə Tural bildirmişdir ki, "mən sənə pul verməyəcəm, get nə bilirsən et". O, Turaldan şikayət edəcəyini bildirərək kafeni tərk etmişdir. Həmin vaxt Ceyhun pilləkənlərlə aşağı düşərək ona yaxınlaşmış və bildirmişdir ki, "mən sənə bu 200 manatı verirəm, məni bu işlərə qatma". O da Ceyhundan 200 manatını götürmüş və Binəqədi RPİ-nin 6-cı PB-nə getmişdir. Yolda Tural ona yaxınlaşmış və bir müddət sonra texpasportu verəcəyini bildirsə də, o, bununla razılaşmamış və 1700 manat pulumu geri tələb tələb etmək üçün bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan bilmişdir ki, Tural onun kimi çoxlu sayda insanları aldatmış və dələduzluq etmişdir. Sonradan şikayəti Tural barəsində başlanmış cinayət işinə əlavə olunmuşdur. O, iş üzrə zərərçəkmiş kimi tanınaraq dindirilmişdir. Tural barəsində həbs seçilmişdir. Sonradan növbəti məhkəmə prosesində maddi ziyanları ödəməsi şərti ilə Turalı azad etmişlər. Tural ona vurduğu maddi ziyandan ona 700 manat qaytarmışdır. 1000 manatı qaytarmasına söz versədə hələ də qaytarmamışdır. Turaldan şikayətçidir. Əmraha maşını tapdığı üçün 200 manat vermişdir. 200 manatımı da orada ona qaytarmışdır. Sonradan polisə şikayətindən sonra bilmişdir ki, Ceyhun əslində Əmrahdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Tural 700 manatı qaytarıb, 1000 manat hələ də qalıb. Zərərçəkmiş şəxs8 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs35 onun qardaşıdır. Tərlan avtomobil almaq qərarına gəldiyi üçün 2021-ci ilin 30 oktyabr tarixdə Turbo.az internet satış səhifəsində **-CX-*** dövlət qeydiyyat nişanlı qara rəngli «Renault Scenic» markalı avtomobil şəkilini görüb orada yerləşdirilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrədən birinə zəng edərək özünü Tural kimi təqdim edən şəxslə danışmışdır. Turalla avtomobilə yerində baxmaqla bağlı razılığa gəlmişlər. Həmin gün saat 20 radələrində Turalla ünvan 85 ünvanında yerləşən «Ləvəngi» restorannın qarşısında görüşmüşlər. Tural həmin yerə **-CX-*** dövlət qeydiyyat nişanlı qara rəngli «Renault Scenic» markalı avtomobil ilə gəlmişdir. O isə ora qardaşı Zərərçəkmiş şəxs35 və öz dostu X27 ilə birlikdə getmişdir. Birlikdə avtomobilə baxıb bəyəndikdən sonra Tərlanla Turalla belə razılaşmışlar ki, Tərlan Turala ilkin ödəniş kimi 6500 manat, hər ay isə 500 manat olmaqla, 7 aya 3500 manat, ümumilikdə 10000 manat pul versin. Pulu tam ödədikdən sonra isə avtomobil Tərlanın mülkiyyətinə keçəcəkdir. Tərlan bu şərtlərlə razılaşmışdır. X65 ilkin ödəniş olaraq 6500 manat pul vermiş, 3500 manat pulu isə 7 ay ərzində aylıq 500 manat olmaqla ödəyəcəyi barədə razılaşmışlar. Tural Tərlana avtomobili idarə etmək üçün etibarnamə verəcəyinə dair söz vermişdir. Biz avtomobili Turaldan almış və oradan getmişdir. Tural Tərlanın şəxsiyyət və sürücülük vəsiqəsini götürmüş və onlayn etibarnamə verəcəyini demişdir. Bir neçə gündən sonra isə bilmişdir ki, Tural qardaşı Tərlanı aldatmış, etibarnamə verməmiş, Tərlan avtomobili etibarnaməsiz idarə etdiyinə görə Ypx əməkdaşları tərəfindən saxlanılmış və avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Tural isə cərimə meydançasından avtomobili götürmüş və qardaşını aldadaraq 6500 manat pulunu ələ keçirmişdir. Həmin müddətdən bu vaxta qədər o, Turala dəfələrlə zəng etsəkdə Tural müxtəlif bəhanələr gətirərək onları aldatmış, qardaşının 6500 manat pulunu qaytarmadiışdır. Sonradan öyrənmişdir ki, Tural qardaşı kimi çoxlu sayda insanları aldatmış və onlara qarşı dələduzluq etmişdir. Tərlan şikayət etmiş və müraciəti əsasında toplanmış material Tural barəsində istintaq edilən bu cinayət işinə birləşdirilmişdir. Sonra isə Turalı həbs etdilər. Tural qardaşına vurduğu maddi ziyandan hər hansı bir məbləğ qaytarmamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, Nicat və Tərlan ilə birlikdə olmuşlar. Qardaşı Tərlan demişdir ki, öz maşınını satır. İlk əvvəl həmin maşını o, alacaqmış, O, Turalla razılaşmamış, amma Tərlanın maşından xoşu gəlmişdir. Sonradan Tərlan öz maşınını ona vermiş, o da Tərlana pulu vermiş və sonra Tərlan da Turaldan həmin pul ilə maşını almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Mustafcan oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs25 onun ortancıl qardaşıdır. 2021-ci ilin aprel ayında Elxan, Turbo.Az saytında taksi fəaliyyəti ilə məşğul olmaq üçün sərfəli şərtlərlə avtomobil axtarmışdır. Turbo.Az saytında "Renault Megane" markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını görmüş, internetdə olan ********** və ********** nömrəsinə zəng vuraraq görüş təyin edilmişdir. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olmuşdur. Bunları qardaşı onunla bölüşmüşdür. O da bu hadisələrdən hali olmuşdur. Turaldan avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural, Elxana ilkin ödəniş olaraq 2500 manat pul verməyini demişdir. Ətraflı danışmaq üçün 2021-ci ilin aprel ayının 8-də saat 15 radələrində Turalla ünvan 15 ünvanında yerləşən Qızılboğaz restoranının yanındakı ofisdə görüşmüşlər. O, həmin yerə qardaşı Elxan, bacısı oğlu Elvinlə getmişdir. Razılaşmışlar ki, Elxan avtomobilə görə Turala 2000 manat pul versin. Qalan məbləği isə 16 ay olmaqla 600 manatdan ödəməli imiş. Tural özü tərəfındən tərtib edilmiş müqaviləni Elxana vermiş, Elxan həmin müqaviləni imzalamışdır. Müqavilə Turalda qalmışdır. Avtomobili idarə etmək üçün etibarnaməni isə təxminən 15 gündən sonra onlayn qaydada verəcəyini demişdir. X70 avtomobili onun tanışı X28 adlı şəxsin də idarə edəcəyini demiş və Əkbərə də etibarnamə verməsini xahiş etmişdir. Tural razılaşmış və etibarnamə verəcəyini demişdir. Elxan orada onun iştirakı ilə Turala 2000 manat pul vermişdir. Bundan sonra o, avtomobili almış və evə getmişdir. Bundan sonra eşitmişdir ki, Elxan 1 ay ərzində Turalın adına olan "Kapitalbank" kart hesabına avtomobilin pulundan 800 manat ödəniş etmişdir. 07 may 2021-ci il tarixdə avtomobili X57 rayonu, Bakıxanov qəsəbəsi ərazisində idarə edərkən X77 İdarəsinin əməkdaşları tərəfındən saxlanılmış və etibarnamə olmadığına görə cərimə meydançasına qoyulmuşdur. Elxan bu məsələ ilə əlaqədar Turalın özü ilə əlaqə saxlamış, Tural bu məsələni həll edəcəyini söz versə də avtomobil "Koroğlu" metrostansiyasının yanındakı cərimə meydançasından götürmüşdür. Həmin günü Elxan Əkbərlə cərimə meydançasına getmiş və görmüşlər ki, Tural avtomobili aparmışdır. Turala dəfələrlə zəng vuraraq avtomobilə görə 2000 manat və əlavə olaraq 800 manat emanat vasitəsilə pul göndərdiyini desə də, Tural hər dəfə ayrı-ayrı bəhanələr gətirərək nə Elxanın pulunu nə də ki, onun avtomobilini qaytarmamışdır. Yalandan demişdir ki, guya avtomobilin sükanını dəyişmiş, avtomobili əzmiş və ya başqa bu kimi bəhanələr etmişdir. Sonradan bilmişdir ki, Tural həmin avtomobili digər şəxsə satmışdır. Elxan bundan sonra şikayət etmişdir. Bu günə kimi Tural 2.800 manat pulundan heç bir pulu qaytarmamışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ondan başqa dayısıoğlu Amil də danışıqlarda olmuşdur. Əkbər o, danışıqda olanda yanlarında olmamışdır. Əkbərə maşını qardaşı vermişdir. Turalla qardaşı əvvəlki günlərdə görüşəndə Əkbərdə orda olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O, ünvan 86 ünvanında yerləşən 707 servisdə mühərrik ustası kimi işləyir. Təqsirləndirilən şəxs həmin servisdə işlədiyi vaxtlarda tanımışdır. Tural 2020-ci ilin sonlarından 2021-ci ilin payız aylarına kimi ona dəfələrlə müxtəlif avtomobillə müraciət etmiş, avtomobillərini düzəltmiş və əvəzində xidmət haqqı almışdır. Arada bir Tural onun pulunu verməyəndə aralarında söz-söhbət olsa da Tural ilə onun arasında ciddi bir söz-söhbət olmamışdır. ***- ***-**-** nömrəsi ona məxsusdur. Həmin nömrəni o işlədir. Onun Turalla heç bir əlbirliyi olmamışdır. Tural onun yanına özünə məxsusu olduğunu dediyi avtomobillərini gətirmiş və ya kimləsə göndərmişdir. O, həmin avtomobilləri təmir etmişdir. Tural və ya göndərdiyi şəxslər gəlib avtomobili oradan götürmüşlər. Turalın kimlərisə aldatdığını, onlara qarşı dələduzluq etdiyini sonradan eşitmişdir. 2021-ci ilin payız aylarında Tural tutulandan sonra isə Turalın dələduz olduğunu bilmişdir. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tapşırığı ilə 17 may 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs28 ünvan 39 ünvanında yerləşən avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğu mağazasından “Renault Megane” markalı avtomobilə aid fərdi identifikasiya kodu olmayan 450 manat dəyərində sürətlər qutusu və 400 manat dəyərində sürətlər qutusunun ötürücü mexaniki diskisini pulunu həmin gün ödəniləcəyini bildirməklə götürməsində iştirak etməmişdir. Ümumiyyətlə o, heç bir vaxt hansısa müştərinin ehtiyat hissəsinin alınması üçün getməmişdir. O, həmin şəxsi tanımır. Heç bir zaman belə bir insandan Turalın sözü ilə hansısa əmlak almamışdır. X9 tanıyır. Bir müddət Turalla birlikdə gəlib getmişdir. Lakin Turalla əlbir olub olmadığını bilmədiyini, sonuncunu maşın alverçisi kimi tanıdığını qeyd etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs10 maşınını o, düzəltmişdir. O, ilk dəfə Zərərçəkmiş şəxs10 məhləsində gedib maşını düzəltmişdir. İkinci dəfə isə Mehdiabad qəsəbəsində maşına baxmağa getmişdir. Çinarə maşını su tökmədən sürmüşdür. 1000-1200 manatlıq maşının düzəlmə xərci olmuşdur. Çinarə ona demişdir ki, maşını istəmir, Tural özü maşının götürsün. O, Turala zəng eləmişdir ki, “Çinarə deyir ki, gəl sən özün maşınını götür.” O, ikinci dəfə gedəndə maşının radiatoru qızdırmışdır, açıb maşına baxmışdır ki, su tökülməyib. Su töküb görmüşdür ki, düzəlmir. Evakuator çağırmışdır və maşını düzəltmək üçün aparmışdır. Çinarə onda demişdir ki, maşını artıq istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin fevral ayının sonlarında məlumatı olmuşdur ki, dostu İmran icarəyə avtomobil axtarır. O, instaqram sosial şəbəkəsində təsədüf səhifələrə baxdıqda orada Əmrah adlı şəxsin istifadəsində olan səhifədə icarəyə maşın verilməsi elanını görmüş və səhifəni skrin edərək İmrana göndərmişdir. Bir müddət sonra İmran ona demişdir ki, həmin şəxslə əlaqə saxlayaraq maşını almağa razılaşmış və maşına baxaraq avtombildən xoşu gəlmişdir. Avtomobili Əmrah gətirib göstərmiş, avtomobil 1 gün İmranda qalmışdır. xx.xx.2021-ci il tareixdə günorta saatlarında o, İmranla Binəqədi rayonu Qoşa yanacaq doldurma məntəqəsi deyilən yerin yanında Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində yerləşən parka getmişdir. Tural Əmrahla ora gəlmişlər. Görüşdə avtomobilin mühərrikdə yaranan problemləri İmran ona dedi. Tural bildirmişdir ki, prokurorluq orqanında işləyən qardaşı Rüstəmov Hüseyinin tanış mühərrik ustası var bu problemi 1200 manata həll edəcəkdir. İmran Turala inanmış və həmin yerdə onun şahidliyi ilə Turala 1200 manat, Əmraha isə 200 manat pul vermişdir. Avtomobili isə Turalın göstərişi ilə Əmraha vermişdir. Danışıq belə olmuşdur ki, 1-2 günə avtomobildə olan nasazlıq Tural tərəfindən xərci çəkilərək aradan qaldırılacaq və sonradan İmran ayda pul ödəyərək həmin avtomobili alacaqdır. Bu hadisədən bir neçə gün keçdikdə o, İmran Turalla əlaqə saxlamış, sonuncu telefonlara cavab verməməyə başlamışdır. Bundan sonra İmran Turalın qardaşı ilə maraqlandıqda müəyyən etmişdir ki, sonuncu həqiqətəndə prokurorluq orqanlarında işləyir, lakin Turalla heç bir əlaqəsi yoxdur. Tural qardaşının adından istifadə etmişdir. Bir sözlə Turalla Əmrah əlbir olaraq İmranın 1400 manat pulunu ələ keçirmişlər. Müxtəlif bəhanələrlə İmranı aldatmışlar. İmran pulları Turalla Əmraha 27 fevral 2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu Qoşa yanacaq doldurma məntəqəsi deyilən yerin yanında Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində yerləşən parkda vermişdir. X31 800 manat qaytarmışlar. 600 manatını isə bu günə kimi qaytarmamışlar. Turalla Əmrah əlbir olmuşlar. Əmrah qurbanları tapıb Turalın yanına gətirmiş, Tural yaxşı danışıqları ilə şəxsi aldatmışdır. Əldə etdikləri pulları isə birlikdə xərcləmişlər. Şəxs şikayət etmək istəyəndə həmin şəxsi şərləyirlər. Hədə qorxu dolu sözlər demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs19 qudasıdır. Qudası kredit yolu ilə avtomobil almaq istəmişdir. Bunun üçün internetdə Turbo.Az saytında icarəyə verilən avtomobillərin olduğunu görmüş, həmin saytda yerləşdirilmiş ***- ***-**-** nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Qudası həmin saytda olan "Renault Scenic" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural həmin avtomobilin qiymətinin ilkin olaraq 3000 manat olduğunu demiş, Turalla 16 aprel 2021-ci ildə Turalın işlədiyi ünvan 32 ünvanında yerləşən ofısdə görüşmüşlər. Tural binanın həyətində saxlanmış Renault Scenic markalı avtomobili Babaya göstərmiş, qudası həmin avtomobili bəyənmişdir. Avtomobilin hər hansı bir texniki problemi olub-olmamasını soruşmuş, Tural hazırda heç bir problemi olmadığını, gələcəkdədə hər hansı bir problem olsa özü həll edəcəyini demişdir. Aralarında olan danışığa əsasən qudası avtomobilə görə 16 aprel 2021-ci il tarixdə saat 22 radələrində ilkin ödəniş olaraq 5000 manat pulu yaşadıqları ünvan 74 ünvanda yerləşən yaşayış binasının həyətində vermişdir. Bu zaman o və oğlu Emil onların yanında olmuşdur. Danışığa əsasən qudası 18 ay 450 manatdan Turala pul ödəməli imiş və pul tam ödəndikdən sonra avtomobil ona qalmalı imiş. Baba avtomobili bir həftə sürəndən sonra avtomobilin mühərrik sistemində nasazlıq olduğunu hiss etmiş, bu barədə Turala məlumat vermiş, Tural, əvəzində Babaya başqa avtomobil götürməyi təklif etmişdir. Baba maşını aparıb Nəsimi rayonu, 4-cü mikrorayonda ofısin yanında Turala qaytarmış, Tural üç gündən sonra özünün deməsinə görə gömrükdə olan və tezliklə sənədləşmədən sonra gömrükdən çıxardıb başqa avtomobil verəcəyinə dair söz vermişdir. Üç gün sonra Baba Turala zəng etmiş, Tural rayonda olduğunu demiş, həftə sonu görüşüb avtomobili verəcəyini bildirmişdir. Həftə sonu Turalla danışmış, sonuncu, yenə də rayonda olduğunu bildirmiş, həftənin ortasında görüşəcəklərini demişdir. Tural qudası Babanı 2021ci ilin iyun ayına kimi bu kimi yalanlarla aldatmışdır. Sonradan isə telefon zənglərinə bir nəfər qadın cavab vermiş və Turalın həbs olunduğunu öyrənmişdir. xx.xx.2021-ci il tarixdə ilk dəfə Binəqədi rayon polis idarəsinin 5-ci PB-nə müraciət etmişdir. Turala cəmi 5000 manat pul vermişdir. Sonradan eşitmişlər ki, Tural bir neçə insanı da aldatmışdır. Tural həbsdən buraxıldıqdan sonra qudasına 2000 manat pul qaytarmışdır. 3000 manat isə daha sonra qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs19 atasıdır. Atası kredit yolu ilə avtomobil almaq istəmişdir. Bunun üçün internetdə Turbo.Az saytında icarəyə verilən avtomobillərin olduğunu görmüş, həmin saytda yerləşdirilmiş ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Atası həmin saytda olan "Renault Scenic" markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti ilə maraqlanmışdır. Tural həmin avtomobilin qiymətinin ilkin olaraq 3 min manat olduğunu demiş, Turalla 16 aprel 2021-ci ildə onun işlədiyi ünvan 32 ünvanında yerləşən ofısdə görüşmüşlər. Tural binanın həyətində saxlanmış Renault Scenic markalı avtomobili atasına göstərmiş, atası həmin avtomobili bəyənmişdir. Avtomobilin hər hansı bir texniki problemi olub-olmamasını soruşmuş, Tural hazırda heç bir problemi olmadığını, gələcəkdədə hər hansı bir problem olsa özü həll edəcəyini demişdir. Aralarında olan danışığa əsasən atası avtomobilə görə 16 aprel 2021ci il tarixdə saat 22 radələrində ilkin ödəniş olaraq 5000 manat pulu yaşadığı ünvan 33 ünvanda yerləşən yaşayış binasının həyətində Turala vermişdir. Bu zaman o, və qudası Əlihüseyn yanımızda olmuşdur. Danışığa əsasən atası 18 ay 450 manatdan Turala pul ödəməli imiş və pul tam ödəndikdən sonra avtomobil ona qalmalı imiş. Atası avtomobili bir həftə sürəndən sonra avtomobilin mühərrik sistemində nasazlıq olduğunu hiss etmiş, bu barədə Turala məlumat vermiş, Tural, əvəzində atasına başqa avtomobil götürməyi təklif etmişdir. Atası maşını aparıb Nəsimi rayonu, 4-cü mikrorayonda ofisin yanında Turala qaytarmış, Tural üç gündən sonra özünün deməsinə görə gömrükdə olan və tezliklə sənədləşmədən sonra gömrükdən çıxardıb başqa avtomobil verəcəyinə dair söz vermişdir. Üç gün sonra atası Turala zəng etmiş, Tural rayonda olduğunu demiş, həftə sonu görüşüb avtomobili verəcəyini demişdir. Həftə sonu Turalla danışmış, Tural, yenə də rayonda olduğunu bildirmiş, həftənin ortasında görüşəcəklərini demişdir. Tural atasını 2021-ci ilin iyun ayına kimi bu kimi yalanlarla aldatmışdır. Sonradan isə telefon zənglərinə bir nəfər qadın cavab vermiş və Turalın həbs olunduğunu öyrənmişdir. xx.xx.2021-ci il tarixdə ilk dəfə Binəqədi rayon polis idarəsinin 5-ci PB-nə müraciət etmişdir. Turala onun atasına cəmi 5000 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Tural atasıyla bəarbər bir neçə insanı da aldatmışdır. Tural həbsdən buraxıldıqdan sonra atasına 2000 manat pul qaytarmışdır. 3000 manat isə bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zamir Gəribov onun dostudur. Zamirlə arada birlikdə işləyir. 2021-ci ilin yanvar ayının təxminən 15-16 tarixləridə Zamirlə söhbət əsnasında bildirmişdir ki, evinə çarpayı apardığı və tanış olduğu YPX işləyən Təqsirləndirilən şəxs adlı şəxs onun tüning olunmuş avtomobilinin sənədlərini BDYPİ-də düzəltdirəcək və yeni texniki pasport verəcəkdir. Bunun üçün Zamirdən 1100 manat pul istəmişdir. Zamirin avtomobilində olan konstruksiya dəyişikliyi Zamirə əlavə problemlər yaratmışdır. Buna görə də bu sənədi almaq istəmişdir. Sonradan bilmişdir ki, Zamir Turalla razılşamış, bank kartı göndərmiş, danışdıqları pulu kart hesabına göndərməsini demişdir. Zamir xx.xx.2021-ci il tarixdə 17:42-də ünvan 58 ünvanında yerləşən Əkbər marketdəki eManat terminalından Təqsirləndirilən şəxs adına Kapital bank tərəfindən verilmiş **********976893 nömrəli bank kartına 100 manat, 17:44-də həmin yerdə yenə həmin hesaba 200 manat, xx.xx.2021-ci il tarixdə saat 12:39-da yenə də həmin marketdən Turalin həmin hesabına 300 manat pul ödəmişdir. Sonra Zamirdən sənədlərini istəmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində Zamir Turalla onun şahidliyi ilə Binəqədi rayonu, Xırdalan dairəsindən BDYPİ-yə gedən yolun sağ tərəfində görüşdülər. X71 500 (beş yüz) manat pul vermişdir. Tural həmin günü Zamirin avtomobilimin sənədlərini alaraq günün sonunadək sənədlərimin hazır olacağını bildirmişdir. Günün sonuna yaxın Turaldan məlumat almaq üçün zəng etmiş, ona sənədlərin bu günə hazır edə bilmədiyini və sənədləri xx.xx.2021-ci ildə hazır edəcəyini demişdir. Bir sözlə bu cür sözlər verərək məsələni bir müddət uzatmış və sonradan Zamirin sənədini qaytararaq dələduzluq etmişdir. X50 300 manat qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs33 xalası oğludur. Orxan kredit yolu ilə avtomobil almaq istəmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o, Orxanla birlikdə avtomobil almaq üçün "turbo.az" internet saytında avtomobil axtarmışdır. Orada elanlardan birində "X46" markalı avtomobilin qiymətinin uyğun olduğunu görmüşdür. Həmin elanı "Əli" adı ilə yerləşdirmiş ***-***-**-** nömrəsinə zəng etmişlər. Orxan həmin şəxslə danışdıqda həmin şəxs göstərilən avtomaşını ilkin ödənişi 1500 manat olmaqla və hər ay 600 manat pul ödəməklə əldə edə biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, Bakı şəhərinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev 3024 ünvanında yerləşən "Yeganə" şadlıq sarayının yanında görüşmüşlər. Orada avtomobilə baxmışlar. Avtomobil xoşuna gəlmişdir. Sonra Orxana zəng etmiş və bildirmişdir ki, maşın yaxşı vəziyyətdədir, maşın xoşuna gəlmiş, almaq olar. Həmin vaxt Orxan ona 1.000 manat pul göndərmişdir. O, həmin pulu orada yerləşən yadımda qalmayan bankomatdan nağdlaşdırmış və saat 18 radələrində Turala vermişdir. Turaldan avtomobili götürmüşdür. Tural qeyd edilən avtomobilin hər ikisi tərəfindən idarə ediləcəyinə dair elektron etibarnamə verəcəyini bildirmişdir. O, Turala inanmış etibarnaməni yoxlamamışdır. Həmin gün axşam o, avtomaşınla yaşadığı rayona getmişdir. Orxan da avtomobili görmüşdür. Orxan da avtomobili bəyənmişdir. xx.xx.2021-ci il tarixdə Orxan "X46" markalı, **-CD-*** dövlət nömrə nişanlı avotmaşınla Bakı şəhərinə getmişdir. Orxan Bakı şəhərində olduğu zaman xx.xx.2021-ci il tarixdə saat 16 radələrində avtomaşını satan Tural adlı şəxsin ona verdiyi **********182167 nömrəli kart hesabına 400 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsindəki "Davud" marketdə quraşdırılmış "MilliÖn" aparatı ilə həmin hesaba göndərmişdir. Pulu göndərdikdən sonra həmin terminalın təqdim etdiyi qəbzdə həmin kart hesabının Təqsirləndirilən şəxs göndərmişlər. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Orxan taksi kimi həmin avtomobillə müştəri yığaraq Tovuz rayonuna geri qayıtmışdır. xx.xx.2021-ci il tarixdə o, yenidən avtomaşını götürərək Bakı şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə saat 11:16-da ünvan 84 ünvanında yerləşən "Bravo" marketdə quraşdırılmış "MilliÖn" ödəmə terminalı vasitəsilə Turalın ona verdiyi hesaba 50 manat pul köçürmüşdür. Bununla da o, Təqsirləndirilən şəxs 1450 manat pul vermiş olmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o, Tovuz rayonuna qayıdarkən Şəmkir rayonu ərazisində yerləşən DYP postunda avtomaşın saxlamışlar. Avtomobili etibarnaməsiz idarə edildiyi üçün cərimə meydançasına yerləşdirmişlər. O, elə bilmişdir ki, avtomobilə etibarnamə verilmişdir. O, Turala zəng vurub bu barədə məlumat vermişdir. Tural məsələni həll edəcəyini demişdir. Anlaşılmazlıq olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Turalla zəngləşmiş və məlum olmuşdur ki, Tural Şəmkir postuna gəlmişdir. Tural özünün bu işi həll edəcəyini demişdir. O, rayondan çıxmış və həmin posta getmişdir. Ora çatdıqda məlum olmuşdur ki, Tural avtomobili götürərək getmişdir. Turalla telefonla danışanda Tural etibarnamə verərək avtomobili yenidən qaytaracağını bildirmişdir. Lakin sonra Tural zənglərə cavab verməmiş və aldanıldıqlarını bilmişlər. Bundan sonra isə şikayət etmişlər. Tural onları aldadaraq xalası oğlu Orxana məxsus 1450 manat pulu ələ keçirmişdir. Onun tərəfindən Turala verilmiş pullar Orxana məxsusdur. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, «X46» markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə dair Təqsirləndirilən şəxs onlara etibarnamə verəcəyinə dair söz versədə onlara heç bir etibarnamə verməmişdir. Təqsirləndirilən şəxs Turala verdiyi 1050 manat pulun xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs “X46" markalı, **- CD-*** dövlət nömrə nişanlı avtomobili almaq üçün Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev 3024 ünvanında yerləşən "Yeganə" şadlıq sarayının yanında 1000 manat, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Turalın ona verdiyi **********182167 nömrəli kart hesabına 400 manatı Orxan göndərmişdir. xx.xx.2021-ci il tarixdə saat 11:16da ünvan 84 ünvanında yerləşən "Bravo" marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalından Turalın bank hesabına 50 manat pul mən göndərmişəm. Tural bizə heç bir pul vəsaiti qaytarmamışdır. Turala verilən pullar Orxana məxsusdur. Turaldan şikayətçidirlər. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 göstərmişdir ki, Zərərçəkmiş şəxs29 onun oğludur. Oğlu Həmid kredit yolu ilə avtomobil almaq istəmişdir. 19 may 2021-ci il tarixdə Həmid internetdə kreditdə olan avtomobil axtararkən «Hyundai Accent» markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil cəmi 12.500 manata satışa qoyulduğunu görmüş, həmin elanda olan ***-***-**-** ***-***-**-** nömrələrinə zəng etmişdir. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Tural Yasamal DYPŞ-nin əməkdaşı olduğunu, avtomobilin özünə məxsus olduğunu bildirmişdir. İlkin ödəniş olaraq 3500 manat, qalanı 18 ay ərzində 500 manat ödəməklə avtomobili Həmidə satmağı təklif etmişdir. Həmid həmin şərtlə razılaşmış və həmin günü saat 14 radələrində o və dostu Əvəzlə birikdə həmin şəxslə ünvan 77 ünvanında yerləşən Qaradağ rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüşlər. Avtomobilə baxmışlar. Maşında bəzi kosmetik işləri görülməli imiş və alın şüşəsi sınıq olmuşdur. Həmin vaxt avtomobili bəyənmiş və Turala avtomobilin ön alın şüşəsini dəyişəndən sonra alacağqlarını bildirmişlər. X35 100 manat beh vermişdir. Tural avtomobili düzəltmək üçün Babək prospektinə gedəcəyini demiş və avtomobili idarə edərək getmişdir. Həmin gün saat təxminən 16 radələrində Tural avtomobilin hazır olduğunu demişdir. Həmid dostu Əvəzlə birlikdə Bakı şəhəri Xətai rayonu, Babək prospekti 61c ünvanında yerləşən maşın bazarı deyilən yerə getmişlər. Orada Turalın avtomobilin alın şüşəsini düzəltməsini görmüş və danışdıqları kimi saat təxminən 17 radələrində həmin yerdə dostu Şahid11 yanında 3500 manat pul sayıb Əvəzə vermiş, Əvəz də həmin pulu sayaraq Turala vermişdir. Tural Həmiddən əlavə olaraq 50 manat pul alaraq avtomobilin ayaqaltı rezinləri dəyişdiyini demişdir. Bununla da oğlu Həmid Turala 3650 manat pul vermişdir. Tural avtomobili ona verib axşam Lökbatanda yaşayan qardaşının evinə gələndə maşının texniki qeydiyyat şəhadətnaməsini gətirəcəyini həm də elektron etibarnamə verəcəyini demişdir. Lakin Həmid həmin gün Turala zəng etsə də, Tural telefonlarına cavab verməmişdir. Gecə saatlarında özü Həmidi yığıb problemləriolduğunu və gələ bilmədiyini demişdir. Səhər tezdən Həmid Turalla əlaqə saxlamış avtomobilin texniki pasportunu istəmişdir. Tural isə bildirmişdir ki, şərtlərə görə texniki pasport verilmir. Bu halda avtomobili geriyə qaytarmağı razılaşmışlar. Turalla Nəsimi rayonunda 32 saylı notariusun yanında görüşmüşlər. Tural avtomobili özü yoxlayaraq təhvil almışdır. Həmin vaxt Həmid Turalın əvvəllər polisdə işlədiyini indi isə mülki şəxs olduğunu bilmişdir. Halbuki, Tural onunla ilk dəfə danışanda özünü Yasamal DYPŞ-nin əməkdaşı kimi təqdim etmişdir. Avtomobili təhvil alandan sonra Həmid ondan Turala verdiyi 3650 manat pulu tələb etmişdir. Tural, iki gün ərzində pulu tam şəkildə qaytaracağına söz vermişdir. Həmid Turala inanmış və avtomobili Turala verərək evə qayıtmışdır. Lakin bir gün sonra Turbo.Az saytında Turalın satmaq istədiyi Hyundai Accent markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa qoyulduğunu görmüş, Turalı yığıb pulunu nə vaxt qaytaracağını soruşmuş, Tural isə səhəri günü pulu verəcəyini demişdir. Həmid səhəri günü Turalı yığıb pulu soruşanda yenə də bəhanələr gətirmiş və 25 may 2021-ci ildə pulu qaytaracağını demişdir. Həmid Turaldan artıq şübhələnməyə başlamış və dostu Şahid11 Turala müştəri kimi zəng vurmuş, avtomobili almaq istədiyini demişdir. Turalla danışıb razılaşmışlar ki, onlar ünvan 79 ünvanında yerləşən 32 saylı notariusun qarşısında görüşsünlər. Həmid dostu Əvəzlə birlikdə həmin yerə getmişlər. Lakin avtomobili Tural yox, onun Faiq adlı digər məlumatlarını bilmədiyi tanışı gətirmişdir. X66 həmin avtomobili oğluna satdığını deyəndə həmin şəxsin Turala zəngi ilə Turalın özü idarə etdiyi Hyundai Tucson markalı, dövlət nömrə nişanını xatırlamadığım avtomobil ilə ora yaxınlaşmış, Faiqin sürüb gətirdiyi Hyundai Accent markalı avtomobilin və özünün üzərinə benzin tökərək yandıracağını demiş, bunu gördükdə Şahid11 102 xidmətinə məlumat vermişdir. Bu vaxt ərzində isə X59 markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb oradan uzaqlaşmış, sonra isə qayıdıb öz avtomobilinə minib sürərək Faiqlə birgə oradan uzaqlaşmışlar. Polis əməkdaşları gəlib X60 RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Orada onlar olanları danışmış və izahat vermişlər. Həmid Turala cəmi 3650 manat pul vermişdir. Tural, oğlu Həmidi aldadaraq dələduzluq etmişdir. Turaldan şikayət etmişlər. Oğlunun şikayəti əsasında toplanmış material Turalın ayrı-ayrı şəxslərə dələduzluq etməsi barədə cinayət işinə birləşdirilmişdir. Həmid iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Turala 100 manat ilk dəfə, sonradan 3550 manat olmaqla cəmi 3650 manat pul vermişdir. Bu müddət ərzində Tural oğluna cəmi 500 manat pul qaytarmışdır. Həmidə 3150 manat pul verməli olduğu halda hələ də pulu qaytarmamışdır. Rauf adlı şəxsi tanımır. Raufun Turalla əlbir olduğuna inanmır. X67 verdiyi pullar Həmidə məxsusdur. Turaldan şikayətçidirlər. Şahid12 qızına məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid12 qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri rəsmi əridir. Turalı 2020-ci ilin təxminən fevral ayından tanıyır. Turalın 2020-ci ilin sonlarından 2021-ci ilin sonlarına kimi ayrı-ayrı şəxsləri aldadaraq dələduzluq etdiyini Tural həbs olunduqdan sonra bilmiş və məlumatlı olmuşdur. O, Turalın dələduzluq etdiyi şəxsləri tanımır. Onların heç biri ilə kantaktı olmamışdır. Turalın ayrı-ayrı şəxsləri aldatmasında, dələduzluq etməsində onun heç bir iştirakı olmamışdır. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs17, X18, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs8 bəzilərinin adlarını bəlkə də Turaldan eşitsə də onların heç biri ilə şəxsən tanışlığı yoxdur. Onun «tik-tok» internet sosial şəbəkəsində “tural_bahar_tural” adlı səhifəsi vardır. Orada bir neçə paylaşımlar etmişdir. Hesab etmişdir həmin şəxslər məhz həmin görüntülərlə bağlı onun barəsində bu cür ifadələr vermişlər. Oradakı paylaşımlarda Turalla bir neçə günün görütüləri vardır. Bu görüntülərin Turalın əldə etdiyi pullarla heç bir bağlılığı yoxdur. Turalın əldə etdiyi pullardan onun heç xəbəri belə olmamışdır. O, bunların hamısını Tural həbsdə olduğu zaman bilmişdir. Turalın hansısa şəxslə telefonda problemli danışdığını bildiyim zaman Tural həmin şəxsin guya avtomobilini xarab etdiyini və ya hansısa problemlə bağlı avtomobili həmin şəxsdən aldığını demişdir. O, Turala inanmış, elə hesab etmişdir ki, Tural haqlıdır. Turalla tanış olduğum müddətdə bir neçə dəfə ona hədiyyələr almışdır. Həmin hədiyyələrin, retoranlarda hesablardan belə təxmini qiyməti maksimum 3.000 manat etmişdir. Lakin həmin pulların haradan aldığını bilməmişdir. O, Turalın dələduzluq etdiyini sonradan bilmişdir. Tural özünü ona iş adamı kimi təqdim etmişdir. Onun «Hyundai Tucson» markalı, 99-RK 601 dövlət nömrə nişanlı avtomobili vardır. Bundan başqa mülkiyyətində digər əmlakı yoxdur. Həmin avtomobili o, 2020-ci ilin təxminən may ayında özüm öz vəsaiti hesabına almışdır. Turalın həmin avtomobilin alınmasında heç bir rolu yoxdur. Turalla heç bir əlbirliyi yoxdur. Şahid17 tanıyır. Əmrah ilə Tural bir zamanlar birlikdə işləmişlər. Sonradan ona məlum olmayan səbəblərdən onlar ayrılmışlar. Onların əlbir olduqlarını və hansısa şəxsi aldatmaq istəməkləri barədə danışıqları və hərəkətlərinin şahidi olmamışdır. Əmrah maşın almaq istəyən şəxsləri tapması, Turalla onları tanış etməsi. Tural həmin şəxslərə icarəyə avtomobil verməsi barədə məlumatı vardır. Həmin şəxslərin aldanıldığını isə sonradan bilmişdir. Şahid13 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini göstərmişdir Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid13 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə əvvəllər tanımadığı yalnız internetdə elanda tanış olduğu Təqsirləndirilən şəxs adlı şəxsdən Hyundai markalı, Sonata modelli **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili 8500 manata almışdır. Həmin avtomobili öz adına sənədləşdirmiş və həmin avtomobilə **- EB-*** dövlət nömrə nişanı vermişlər. Həmin vaxtdan etibarən avtomobil mülkiyyətində istifadə edilməkdədir. Bu yaxın günlərdə isə ona SMS gəlmişdir ki, avtomobilin üzərində məhdudiyyət vardır. Maraqlanmışdır ki, həmin məhdiyyət polis tərəfindən qoyulmuşdur. Onun Təqsirləndirilən şəxs ilə bundan başqa münasibəti olmamışdır. Turalın dələduz olduğunu isə sonradan bilmişdir. O, almamışdan əvvəl isə avtomobilin kimin mülkiyyətində olduğunu xatırlamır. Onun avtomobilinin üzərindən məhduliyyətin götürülməsini xahiş etmişdir. Şahid17 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid17 göstərmişdir ki,subaydır, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilsə də məhkumluğu olmamışdır. Təxminən 2019-cu ilin sonlarından 2021-ci ilin təxminən aprel ayına kimi fərdi olaraq avtomobil alış verişi ilə məşğul olmuşdur. Təxminən 2020-ci ilin sonlarında ona özünü daxili işlər orqanlarında işləmiş, avtomobili icarə verən iş adamı kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tural ilə tanışlığımızdan sonra Tural avtomobil ticarəti ilə məşğul olduğunu bildirmişdir. Tural ona təklif etmişdir ki, onun bu sahədə təcrübəsi var, bu işdə Turala kömək etsin. Belə ki, Turalın icarəyə vermək istədiyini avtomobilləri ona məxsus olan internet saytlarında paylaşsın, müraciət etmiş şəxsləri Turala yönəltsin. Tural həmin şəxslərə pulunu hissə-hissə ödəməklə özünə məxsus olan avtomobilləri bazar qiymətindən daha baha qiymətə təklif edərək icarəyə versin. Buradan gəlir əldə etsin. O, həm həmin insanlardan xidmət haqqını alsın. Həm də Tural hər avtomobil üçün müştəri ilə danışığından asılı olaraq ona 100-300 manat arası pul versin. Bu şərt onu qane etmişdir. O, Turalla şifahi olaraq bu cür razılığa gəlmişlər. Təxminən 2021-ci ilin əvvəllərindən həmin ilin mart ayına kimi olan müddət ərzində O, Turala yadımda qaldığı qədər təxmini 8-9 nəfər müştəri vermişdir. Həmin şəxslər internetdə Turalın şəkillərini və məlumatlarını ona göndərdiyi avtomobillərə görə ona telefonla müraciət etmişlər. O, həmin şəxslərə Turalın qeyd edilən avtomobilin icarəyə verilərək bəri başdan nə qədər hissə-hissə nə qədər ödəmələrini izah etmişdir. Həmçinin ona nə qədər vermələrini demişdir. Telefonla onlarla razılığa gəldikdən sonra şəhərin uyğun yerinmdə görüş təşkil etmişdir. Şəxs avtomobilə baxır, həmçinin Turalla görüşmüşdür. Turalın şərtləri həmin şəxsi qane etdikdən sonra Tural həmin şəxslərlə müqavilə bağlamış və onlara avtomobili təhvil vermişdir. O, həmin müştəridən 200-300 manat, eləcə də Turaldan təxminən 100-200 manat alıb, öz işləri ilə məşğul olmuşdur. Onun kimi bir neçə şəxs də Turalla bu cür işləmişdir. Onlardan biri də X12 olmuşdur. Faiq də onun kimi Turala müştəri vermiş və bunun müqabilində öz xidmət haqqını almışdır. Təxminən 2021-ci ilin fevral ayının sonlarında Turalla hansısa bir müştəri arasında mübahisə baş vermişdir. Müştəri ona zəng vuraraq Turalın onu aldatdığını, nə pulunu, nə də ki, avtomobilini qaytarmadığını demişdir. Bir neçə müştəri bu barədə ona deyəndən sonra o, Turala bu barədə dedim. Tural onların birnin guya maşını xarab etdiyini, digərinin müqavilənin şərtlərini pozduğunu deyərək öz hərəkətlərinə haqq qazandırmış, ona qarışmamağı demişdir. O, həmin şəxslərə Turalla əlqə saxlamağı məsləhət görmüşdür. 2021-ci ilin təxminən mart aprel aylarında isə onu polis bölməsinə dəvət etmişlər və izahatını vermişdir. Orada tam əmim olmuşdur ki, Tural dələduzluqla məşğuldur, haqsız yerə cammatın maşının əllərindən alır. O, həmin gündən sonra Turalal heç bir əlaqəsi olmamışdır. Hətta Turaldan şikayət edən indi yadında qalmayan bir neçə şəxslə görüşmüşdür. Onlara cibindən bir az pullar vermişdir ki, şikayət etməsinlər. Onun vasitəsilə Turalı tanışmışlar. Onlardan bir neçəsi onu başa düşmüş və ondan aldıqları indi yadında qalmayan az bir pula qane olmuş və şikayət etməmişlər. O, bu barədə də Turala deyəndə Tural yenə də öz hərəkətlərinə haqq qazandırmaq istəmişdir və görmüşdür ki, Tural pul verən deyildir. Bundan sonra isə Turalla heç bir əlaqəsi olmamışdır. O, Turalın kimisə aldatmaq niyyətini ilə kiməsə avtomobil verməsini bilməmiş. Onunla əvvəlcədən belə bir razılığıa gəlməmişlər. Turalla 2021-ci ilin təxminən mart-aprel aylarında onu polis bölməsinə dəvət edib izahatını alandan sonra heç bir əlaqəsi olmamışdır. Sonradan eşitmişdir ki, Tural tutulmuşdur. Onun Turalla heç bir əlbirliyi olmamışdır. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs8 “Renault Scenic” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılaraq 01 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 19 ünvanında yerləşən “707” avtoservisin qarşısında sonuncunun 1700 manat pulunu ələ keçirilməsində, Zərərçəkmiş şəxs9 “Renault Megane” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunu hissə-hissə ödəmək şərti ilə satılaraq 09 fevral 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci sahə Salyan yolu 3228-ci məhəllədə yerləşən Fəhlələr parkının qarşısında sonuncunun 1900 manat pulunu, bundan sonra həmin gün saat 14 radələrində eyni məqsədlə İpək Yolu küçəsində yerləşən DİN-in Baş X74 İdarəsinin inzibati binasının həyətində 30 manat pulunu ələ keçirilməsində, Zərərçəkmiş şəxs11 "Mersedes C200" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunu hissə-hissə ödəmək şərti ilə satılaraq 20 fevral 2021-ci il tarixdə saat 14 radələrində ünvan 22 ünvanında yerləşən 18 saylı notarius ofisinin qarşısında 1300 manat pulunu, həmin gün saat 16 radələrində eyni məqsədlə Bakı şəhəri Nərimanov rayonu, X79 küçəsi 19B ünvanda yerləşən "X23” MMC-nin qarşısında 1000 manat pulunu, 03 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs **********046384 nömrəli “Kapitalbank” hesabına köçürdüyü 450 manat pulunun və 30 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs **********976893 nömrəli “Kapitalbank” hesabına köçürdüyü 600 manat pulunun ələ keçirilməsində, Zərərçəkmiş şəxs12 “Renault Scenic” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunu hissə-hissə ödəmək şərti ilə satılaraq, 27 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yerləşən parkda sonuncunun 1400 manat pulunun ələ keçirilməsində, Zərərçəkmiş şəxs13 “Hyundai Accent” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunu hissə-hissə ödəmək şərti ilə satılaraq, 05 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 163 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin içərisində 1900 manatını, bundan sonra isə həmin gün saat 17 radələrində eyni məqsədlə Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 139 ünvanında yerləşən 47 saylı tam orta məktəbin qarşısında 300 manat pulunu ələ keçirilməsində, Zərərçəkmiş şəxs14ə “Renault Megane” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunu hissə-hissə ödəmək şərti ilə satılaraq, 13 mart 2021-ci ildə saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsi 172 nömrəli evin qarşısında 2670 manat pulunu ələ keçirilməsində və 17 may 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs28 ünvan 39 ünvanında yerləşən avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğu mağazasından “Renault Megane” markalı avtomobilə aid fərdi identifikasiya kodu olmayan 450 manat dəyərində sürətlər qutusu və 400 manat dəyərində sürətlər qutusunun ötürücü mexaniki diskisini ələ keçirilməsində hansı rolunun olması, həmin şəxsləri tanıması, bu hadisələr nəticəsində nə qədər pul əldə etməsi, həmin şəxslərin aldanılacağını əvvəlcədən bilməsi barədə suala cavab olaraq göstərmişdir ki, o, həmin şəxslərdən Zərərçəkmiş şəxs28 istisna olmaqla digərlərini tanıyır. Həmin şəxslərin Turalla tanış olmasında rolun olmuşdur. Lakin pullarını ələ keçirilməsində onun rolu olmamışdır. Onları Turralla tanış etmişdır. Onları tanış etdiyi üçün hərəsindən 100-200 manat pul almışdır. Zərərçəkmiş şəxs8 aldığı 200 manatı yerindəcə Azərə qaytarmışdır. Digərlərindən isə 100-200 manat pullar almışdır. Hüseyindən 300 manat almışdır. Hüseynə görə Tural ona pul verməmşdir. O, həmin pulları, yəni onlardan tanış etməyi ilə, icarəyə avtomobil tapdığına görə aldığı pulları həmin şəxslərə geri qaytarmağa hazır oldutunu göstərmişdir. Lakin o, Turalın həmin şəxsləri aldatmaq niyyətində olduğunu bilməmiş, əvvəldən Tural ilə heç bir razılığa gəlməmişdir. Zərərçəkmiş şəxs28 isə ümumiyyətlə tanımır. Həmin hadisədə o, iştirtak etməmişdir. Bəlkə başqa bir Əmrah var ustadır, Əmrah olmuşdur. Turalın heç kimlə əlbirliyi ola bilməz. Tural heç kimə pul verən insan deyildir. Ona hər avtomobilə görə 100-200 manat verməklə razılaşmışdlar. O, həmin pulu Turaldan zorla almışdır. Yəni tural heç kimə pul verən insan deyildir. Buna görə Turalın kimləsə əlbir olduğuna inanmır. O, qorxduğu üçün istintaqdan yayınmışdır. X29 tanıyır. Ümi dələduzluqla məşğul olduğuna görə indi hansısa CÇM-də cəza çəkir. X13 tanımır. Yadına gəlir ki, Ümid belə bir şəxsi aldatmış, ümumi olaraq 650 manat pulunu ələ keçirmişdir. Vahidin Turalın bank kartına göndərdiyi 150 manat pulu Turalın xahişinə görə o, çıxarmış və Turala vermişdir. Turalda həmin pulu Ümidə vermişdir. Bu hadisədə nə Turalın nə də onun bir marağı olmamışdır. Adamı Ümid tapmış, telefonda onu mühərrik alacağına dair yalan söz verərək aldatmış, Vahidin 650 manat pulunu ələ keçirmişdir. Bunu da o, sonradan Ümid tutulandan sonra eşitmişdir. Əvvəl Ümidi tanısa da belə bir münasibəti olmamışdır. ********** saylı nömrə onun, **********, **********, ********** və ********** saylı mobil nömrələr Turalın istifadəsində olmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid17 əlavə ifadəsində göstərmişdir ki, əvvəl istintaqa verdiyim ifadəmi təsdiq etmişdir. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, onun gərək olan müddətdə mobil telefon nömrəsindən məlumatlarınız istintaq zərurəti ilə bağlı əldə edilmiş, onun istifasində olan **********50 nömrəli mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 15:17:07 **********83 nömrədən “Telefonu acmamaqla hec yaxsi hereket elemirsiz, meni bloka atmaqla hec duzgun elemirsiz, 1 ci gun sizden 3 yere sikayet edecem. Mehkeme ekspetizasina, edliye nazirliyine ve bas prokrorluqa, ses yazmanizda mende varki siz menden pul almisiz, 300 manat size, 200 manatda ecemide gorusub verdiyi adama hemen adaminda mende ses yqzmasi var” mətnli SMS yazısı bağlı bildirmişdir ki, həmin şəxsin adı səhv etmirsə Muradov Emildir. Emil ilə onun arasında maşın alış-verişi olmuşdur. O, yenə də orada vasitəçi olmuşdur. Avtomobildə nəsə problem yaranmış, qısa zamanda bu məsləni həll etmişlər. Həmin şəxs şikayət etməmişdir. Bu şəxsin Turala aidiyyatı olmamışdır. Nəsə problem yaranmış, Emil ilə görüşmüş, səsələni həll etmişlər, Emil sonra əlaqəsi olmamışdır. ********** nömrəsindən ona “Tural sabah saat 12 kimi 1200 catdirmasa onun baresinde resimi iwimi gorecem bilecek ki deleduzluq etmek ne demekdir” mətnli SMS yazılması ilə bağlı bildirmişdir ki, həmin nömrə Zərərçəkmiş şəxs12 məxsusdur. İmran ona sms yazmışdır. O, İmranı Turalla tanış etdiyinə görə ona yazmışdır. O, nə qədər çalışsa da, Tural İmranın pulunu ödəməmişdir. Həmin sözlərini Turala çatdırmağı üçün İmran ona sms yazmış, o da İmranın ismarıcını Turala çatdırmış, İmranın şikayət edəcəyini turala demişdir. Lakin göründüyü kimi bu alınmamış və İmran şikayət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 21:53:56-da **********92 nömrəsindən “X80 X2 X36 X83 Olacax Masini Bazari X52 X81 X32 X68 Vermisam Servizde, X73 X5 X24 X82 X76 X41 X78” mətnli SMM ilə bağlı vgöstərmişdir ki, bu şəxs zərərçəkmişlərdən Zərərçəkmiş şəxs14dir, sonuncu Turala zəng vurmuş, Tural telefonu açmamış, buna görə ona bu cür SMS yazmışdır. O da bunları Turala demiş, o, artıq Valekhin zənglərindən bezmişdir. Turalın Valekhi aldatmasını bilmişdir. Bundan sonra o, Turalla demək olar ki, münasibətlərini tamam olaraq bitirmişdir. Bundan sonra onu polis bölməsinə çağırmışlar, orada Turalın dələduz olduğunu bilmiş və bundan sonra Turalla heç bir əlaqəsi olmamışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs13 onun oğludur. Oğlu Hüseyn kredit yolu ilə avtomobil almaq istəmişdir. xx.xx.2021-ci il tarixdə turbo.az saytında maşın elanlarına baxarkən, elanda yerləşdirilmiş "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödəniş 2500 manat olmaqla, 15 ay ərzində 600 manat pul ödənilməli olduğu görmüş, Tural adlı şəxsin elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq, görüşmək istədiyini Turala bildirmişdir. Həmin gün yəni 05 mart 2021-ci il tarixdə saat 16 radələrində Hüseyn ondan özünə məxsus olan 2200 manat pul götürərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 163 ünvanında yerləşən Lukoil yanacaq doldurma məntəqəsinin içərisinə getmişdir. Orada özünü ona Əmrah kimi təqdim etmiş şəxslə görüşmüş, Əmrah "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dostu Turala məxsus olduğunu, sadəcə olaraq onun avtomaşının satılması üçün müştəri taparaq, əlavə pul tutaraq qazanc əldə etdiyini bildirmişdir. Bundan sonra Tural adlı şəxs gəlmiş, həmin avtomobil üçün ilkin ödəniş kimi qabaqcadan 1900 manat pul verməyini, 500 manat pulu isə dostu Əmraha verəcəyini Hüseynə demişdir. Həmin zaman Hüseyn maddi imkanı aşağı olduğu üçün hörmət haqqı olaraq 300 manat pul verəcəyimi onlara bildirmiş, bununla razılaşmışlar. Bundan sonra Hüseyn üzərində olan 1900 manatı həmin yerdə Təqsirləndirilən şəxs vermiş, bundan sonra isə həmin gün saat 17 radələrində Əmraha guya avtomobili tapdığına görə «calaq» haqqı olaraq Nərimanov rayonu, Azadlıq prospekti 139 ünvanında yerləşən 47 saylı tam orta məktəbin qarşısında 300 manat pul vermişdir. Hüseyn "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin şəxslərdən aldıqdan sonra 5 gün müddətində avtomobili idarə edərkən, texniki baxışın müddətinin başa çatması, həmçinin ödənilməmiş bir neçə cərimələrin olduğunu müəyyən etmişdir. Bundan sonra o, Turalla telefonla danışmış və bu kimi işlərin olduğunu demişdir. Turalla görüşmüşlər. Avtomobilin texniki baxışın müddətinin başa çatdığını, həmçinin ödənilməmiş bir neçə cərimələrin olduğunu demişlər. Verdiyi pulun geri qaytarmasını tələb etmişlər. Bu zaman həmin avtomobili Turala təhvil vermiş və Tural söz vermişdir ki, 1600 manat pulu qısa müddətə yerdə qalan pulu isə ən uzağı 10 günə çatdıracaqdır. Bundan sonra isə Hüseyn həmin şəxsin istifadəsində olan qeyd olunan mobil nömrələri ilə telefon əlaqəsi saxladıqda həmin şəxsin mobil nömrələri bloka atdığını görmüşdür. Buna görə də şikayət etmişlər. Bundan sonra isə toplanmış material Təqsirləndirilən şəxs dələduzluq etdiyi cinayət işinə birləşdirilmişdir. Hüseyn iş üzrə zərərçəkmiş kimi tanınmışdır. Tural Əmrahla əlbir olaraq oğlumu aldatmışlar. Onlar əlbirdilər. Hüseyn Turala 1900 manat, Əmraha isə 300 manat pul vermişdir. Bu müddət ərzində Tural oğluna cəmi 500 manat pul qaytarmışdır. Onlardan şikayətçidirlər. X42 verdiyi pullar oğluna məxsus pullardır. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5 göstərmişdir ki, 2021-ci ili yanvar ayında ona məxsus olan **-RR-*** dövlət nömrə nişanlı, Hyundai Accent markalı avtomobilimi təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs bəri başından 2000, ayda isə 900 manat ödəməsi şərti ilə icarayə vermişdir. Danışıq belə olmuşdur ki, Tural cəmi 14000 mənə pul ödədikdən sonra avtomobil Turala məxsus olacaqdır. Tural ona iş adamı olduğunu, ondan aldığı avtomobili ayrı-ayrı şəxslərə icarəyə verəcəyini demişdir. O, razılaşmış və həmin avtomobili Turala vermişdir. Tural isə bəri başdan ona 2000 manat pul ödəmişdir. Hər ay müəyyən gecikmələr olsada pulunu bu günə tam olaraq ödəmişdir. Hazırda həbsdədir. Avtomobil faktiki olaraq onun mülkiyyətində olmasına baxmayaraq faktiki olaraq Turala məxsusdur. Onun pulunu tam olaraq ödəmişdir. 2021-ci ilin mart ayının 14-də Tural ona zəng vuraraq Zərərçəkmiş şəxs16 elektron etibarnamə verməyini xahiş etdi. Pulunu da vermişdir. O, həmin şəxsə elektron etibarnamə vermişdir. Tural ona etibarnaməni ləğv etdirmək və ya digər şəxsə vermək gərək olduğunu deyəndə o, bunu etmişdir. Çünki əvvəldən danışığı bu cür olmuşdur. İndi isə Tural ilə aralarında heç bir problemləri yoxdur. Avtomobil onda deyil. Tural kiməsə icarəyə vermişdir. Həmin şəxslərlə problemi yoxdur. Onun pulu tam olaraq ödənilmişdir. Turalın ona məxsus olan avtomobili digər şəxslərə verərək onlara qarışı hər hansı bir dələduzluq etməsini o, sonradan eşitmişdir. Bununla bağlı onun heç bir məlumatı olmamışdır. Şahid11 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid11 göstərmişdir ki, Zərərçəkmiş şəxs29 onun dostudur. Həmid kredit yolu ilə avtomobil almaq istəmişdir. 19 may 2021-ci il tarixdə Həmid internetdə kreditdə olan avtomobil axtararkən Hyundai Accent markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil cəmi 12500 manata satışa qoyulduğunu görmüş, həmin elanda olan ***-***-**-** ***-***-**-** nömrələrinə zəng etmişdir. Telefona cavab verən şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. X61 DYPŞ-nin əməkdaşı olduğunu, avtomobilin özünə məxsus olduğunu bildirmişdir. İlkin ödəniş olaraq 3500 manat, qalanı 18 ay ərzində 500 manat ödəməklə avtomobili Həmidə satmağı təklif etmişdir. Həmid həmin şərtlə razılaşmış və həmin günü saat 14 radələrində o, atası İxtiyarla birikdə Tural ilə ünvan 77 ünvanında yerləşən Qaradağ rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüşdür. Avtomobilə baxmışlar. Maşında bəzi kosmetik işləri görülməli imiş və alın şüşəsi sınıq olmuşdur. Həmin vaxt avtomobili bəyənmişlər. Turala avtomobilin ön alın şüşəsini dəyişəndən sonra alacağını bildirmişdir. X35 100 manat beh vermişdir. Tural avtomobili düzəltmək üçün Babək prospektinə gedəcəyini demiş və avtomobili idarə edərək getmişdir. Həmin gün saat təxminən 16 radələrində Tural avtomobilin hazır olduğunu demişdir. Həmid onunla birlikdə Bakı şəhəri Xətai rayonu, Babək prospekti 61c ünvanında yerləşən maşın bazarı deyilən yerə getmişdir. Orada Turalın avtomobilin alın şüşəsini düzəltməsini görmüşlər. Danışdıqları kimi saat təxminən 17 radələrində həmin yerdə Həmid 3500 manat pul sayıb ona vermişdir. O da həmin pulu sayaraq Turala vermişdir. Tural Həmiddən əlavə olaraq 50 manat pul alaraq avtomobilin ayaqaltı rezinləri dəyişdiyini demişdir. Bununla da dostu Həmid onun şahidlyi ilə Turala 3650 manat pul vermişdir. Tural avtomobili verib axşam Lökbatanda yaşayan qardaşının evinə gələndə maşının texniki qeydiyyat şəhadətnaməsini gətirəcəyini həm də elektron etibarnamə verəcəyini demişdir. Lakin Həmid həmin gün Turala zəng etsə də, telefonlarına cavab verməmişdir. Gecə saatlarında özü Həmidi yığıb problemləri olduğunu və gələ bilmədiyini demişdir. Səhər tezdən Həmid Turalla əlaqə saxlamış avtomobilin texniki pasportunu istəmişdir. Tural isə bildirmişdir ki, şərtlərə görə texniki pasport verilmir. Bu halda avtomobili geriyə qaytarmağı razılaşmışlar. Turalla Nəsimi rayonunda 32 saylı notariusun yanında görüşmüşlər. Tural avtomobili özü yoxlayaraq təhvil almışdır. Həmin vaxt Həmid Turalın əvvəllər polisdə işlədiyini indi isə mülki şəxs olduğunu bilmişdir. Halbuki, Tural ilk dəfə danışanda özünü Yasamal DYPŞ-nin əməkdaşı kimi təqdim etmişdir. Avtomobili təhvil alandan sonra Həmid ondan Turala verdiyi 3.650 manat pulu tələb etmişdir. Tural iki gün ərzində pulu tam şəkildə qaytaracağına söz vermişdir. Həmid Turala inanmış və avtomobili Turala verərək evə qayıtmışdır. Lakin bir gün sonra Turbo.Az saytında Turalın satmaq istədiyi Hyundai Accent markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışa qoyulduğunu görmüş, Turalı yığıb pulunu nə vaxt qaytaracağını soruşmuş, Tural isə səhəri günü pulu verəcəyini demişdir. Həmid səhəri günü Turalı yığıb pulu soruşanda yenə də bəhanələr gətirmiş və 25 may 2021-ci ildə pulu qaytaracağını demişdir. Həmid Turaldan artıq şübhələnməyə başlamışdır. O, müştəri kimi Turala zəng vurmuşdur. Avtomobili almaq istədiyini demişdir. Turalla danışıb razılaşmışdır ki, ünvan 89 ünvanında yerləşən 32 saylı notariusun qarşısında görüşsünlər. Həmidlə birlikdə həmin yerə getmiş, lakin avtomobili Tural yox, sonuncunun Faiq adlı digər məlumatlarını bilmədiyi tanışı gətirmişdir. O, Faiqə Turalın həmin avtomobili Həmidə satdığını deyəndə həmin şəxsin Turala zəngi ilə Tural bir neçə dəqiqədən sonra Hyundai Tucson markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobillə ora yaxınlaşdı. Faiqin sürüb gətirdiyi Hyundai Accent markalı avtomobilin və özünün üzərinə benzin tökərək yandıracağını demişdir. Mən bu vəziyyəti görəndə Turalın onları şərləyəcəyindən ehtiyat edib DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bu vaxt ərzində isə X59 markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb oradan uzaqlaşmışdır. Sonra isə qayıdıb öz avtomobilinə minib sürərək Faiqlə birgə oradan uzaqlaşmışlar. Polis əməkdaşları gəlib Həmidlə onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Orada danışmış və izahat vermişlər. Həmid Turala cəmi 3650 manat pul vermişdir. Tural Həmidi aldadaraq dələduzluq etmişdir. Həmid Turaldan şikayət etdi. Həmidin şikayəti əsasında toplanmış material Turalın ayrı-ayrı şəxslərə dələduzluq etməsi barədə başlanmış cinayət işinə birləşdirilmişdir. Həmid iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmid Turala 100 manat ilk dəfə, sonradan 3550 manat olmaqla cəmi 3650 manat pul vermişdir. Bu müddət ərzində Tural Həmidə cəmi 500 manat pul qaytarmışdır. Həmidə 3150 manat pul verməli olduğu halda hələ də pulu qaytarmamışdır. Rauf adlı şəxsi tanımır. Sonuncunun Turalla əlbir olduğuna inanmır. Görünmüşdür ki, Rauf Turalın oyununa düşmüşdür. Həmin şəxsin əlamətləri yadında qalmamışdır. Adının Rauf olduğunu bilir. Həmin şəxs özünü bu cür təqdim etmişdir. Digər məlumatları yoxdur. X62 verdiyi pullar Həmidə məxsusdur. Həmid Turaldan şikayətçidir. Şahid14 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid14 göstərmişdir ki, bir neçə müddətdir ki, işləri qaydasında getmədiyi üçün motor gücü zəif olan avtomobil almaq qərarına gəlmiş və bu məqsədlə 12 may 2021-ci il tarixdə turbo.az saytında verilmiş elanlara nəzər yetirdikdə Renault Megane markalı 2008-ci il istehsalı olan avtomobilin Təqsirləndirilən şəxs tərəfindən icarəyə verildiyini öyrənmişdir. Avtomobil barədə verilmiş elan diqqətimi cəlb etmişdir. Belə ki, avtomobilin kreditlə satıldığı və ilkin ödəniş kimi 3.000 manat, daha sonra 20 aylıq ödəniş şərtləri ilə verilməsini görmüşdür. Bundan sonra elanda verilmiş mobil nömrə ilə əlaqə saxlayıb həmin şəxslə Bakı şəhəri Sabunçu rayonu Zabrat yolunda görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs elanda verilmiş avtomobilin satıldığını, həmin ilə aid eyni markalı digər avtomobilin olduğunu bildirmiş və həmin yerdə dediyi Renault Megane markalı avtomobili **-RJ-*** dövlət nömrə nişanlı avtomobili ona göstərmişdir. Bundan sonra avtomobilin texniki vəziyyətini yoxlamaq üçün həmin günü Binəqədi rayonu Binəqədi şossesində yerləşən "İmran avtoservis"ə gətirmişlər. Ustalar tərəfindən avtomobili texniki vəziyyəti yoxlanılmış, heç bir problemi olmadığı üçün o, servisin içərisində Turala 3.000 manat pul vermişdir. Tural pulu aldıqdan sonra servisin həyətində özü ilə gətirdiyi müqaviləni hər ikisi imzalamış və avtomobilin ona icarəyə verilməsi haqqında müqaviləni təqdim edərək 24 ay ərzində ayda 360 manat olmaq şərtilə ödəniş edəcəyini bildirmişdir. O, Turaldan avtomobilin texniki şəhadətnaməsini istədikdə Tural avtomobilin sənədinin öz avtomobilində qaldığını və Sabunçu rayonuna gedərək ona verə biləcəyini desə də sonradan servisin həyətindən taksiyə əyləşib çıxıb getmişdir. Turalın getməsindən sonra o, Turala zəng ebib sənədi istədikdə Tural işi çıxdığı üçün təcili getməli olduğunu və texniki şəhadətnaməni verəcəyini desədə şikayət etdiyi vaxta kimi ona verməmişdir. Onun şikayət etdiyini biləndə isə avtomobilin texniki pasportunu ona vermişdir. O, həmin vaxtdan etibarən Turalın ona verdiyi hesaba ayda 360 manat pul ödəyir. Avtomobil hazırda onun istifadəsindədir. Tural ona heç bir maddi ziyan vurmamışdır. Şikayət etdiyi vaxt həm sənədi ona verməmiş, həmdə etibarnamənin vaxtı çatmışdır. Etibarnamə verməmişdir. Sonradan isə bunları etmişdir. Turaldan heç bir şikayəti, tələbi yoxdur. Şahid16 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid11 göstərmişdir ki, kredit yolu ilə avtomobil almaq istəmişdir. 13 mart 2021-ci il tarixdə turbo.az saytında maşın elanlarına baxarkən, elanda yerləşdirilmiş "Hyundai Accent" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin ödəniş 1800 manat olmaqla, 24 ay ərzində 400 manat pul ödənilməli olduğunu görmüşdür. O, Tural adlı şəxsin elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq, görüşmək istədiyini Turala bildirmişdir. Həmin gün yəni 13 mart 2021-ci il tarixdə saat 17 radələrində o, Təqsirləndirilən şəxs ilə ünvan 90 ünvanında yerləşən 38 saylı poçt şöbəsinin qarşısında görüşmüşdür. Orada həmin avtomobilə baxmışdır. Avtomobil xoşuna gəlmişdir. Turalın şərtləri ilə razılaşmışdır. Həmin yerdə Turala 1.800 manat pul vermişdir. Tural ona elektron etibarnamə vermişdir. Avtomobilin texniki pasportunu verəcəyini demişdir. Özünün polisdə işlədiyini polis onu saxlasa dərhal zəng etməyini demişdir. İki gün avtomobili idarə etmişdir. 15 mart 2021-ci il tarixdə Tural ona zəng edərək avtomobilin texniki sazlığını yoxlamaq üçün avtomobili Bakı şəhəri Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yerləşən 707 servisə gətirməyini istəmişdir. O, həmin gün axşam saatlarında Turalın istəyinə uyğun olaraq avtomobili həmin servisə gətirmişdir. Tural telefonda açarlarını orada ustaya verməyini, avtomobil 3-4 saata götürməyini demişdir. O, avtomobili Turalın dediyi yerə aparmış və avtoservisin daxilində saxlamış və açarları ustaya vermişdir. Həmin günün axşam saatlarında Tural sabah gəlməyini istəmişdir. O, səhəri gün ora gedəndə Turalın həmin avtomobili oradan götürdüyünü bilmişdir. Sonradan öyrənmişdir ki, Tural ayrı-ayrı şəxslərə qarşı dələduzluq etmişdir. Tural bildiyi kimi bəhanə edərək avtomobili ondan geri almışdır. Buna görə o da Turaldan şikayət etmişdir. Turaldan şikayət etdikdən sonra isə Tural onun pulunu tam olaraq ona qaytarmışdır. Heç bir şikayəti yoxdur. İş üzrə zərərçəkmiş kimi tanınmaq istəmir. Tural onu aldadaraq aldığı 1800 manat pulu tam olaraq ona qaytarmışdır. İş materiallarından görünür ki, cinayət işi üzrə yaranmış zərurətlə bağlı Təqsirləndirilən şəxs məxsus olan **********976893, **********182167, **********046384 və 4..................9151 nömrəli "xxxx" hesablarına 01 yanvar 2020-ci ildən 09 dekabr 2021-ci ilədək olan müddəti əhatə edən məlumatlar əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş qohumluq haqqında məlumatdan görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X14 və xx.xx.2013-cü il tarixdə doğulmuş X15 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 3350 manat məbləğində pul, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat bank xidmət haqqının əvəzinin alınaraq Zərərçəkmiş şəxs11 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 1100 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs18 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubundan aydın olur ki, X4 xx.xx.2022-ci il tarixdən ölkədən çıxış etmişdir. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs oğurluq epizodlarına dair ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, eləcə də Zərərçəkmiş şəxs30 məhkəmə istintaqında dəfələrlə iştirak etməsinə baxmayaraq, barışıq əldə etdikdən sonrakı vaxtlarda məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək əşyalarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmadığını, həmin əşyaları sonradan tapdığını bildirsə də məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq kimi, zərərçəkmiş şəxsin ifadəsini isə barışıq əldə etdikdən sonra təqsirləndirilən şəxsə kömək məqsədilə etdiyi qeyri-səmimi hərəkət kimi qiymətləndirir. Bundan başqa məhkəmə araşdırması zamanı istər təqsirləndirilən şəxs, istərsə də onun müdafiəçisi bəzi zərərçəkmiş şəxslərə münasibətdə dələduzluq niyyətinin olmamasını, bəzi zərərçəkmiş şəxslərdə olan avtomobillərin onların özlərinin təşəbbüsü ilə müxtəlif səbəblərdən təqsirləndirilən şəxsə qaytarılmasını və ya təqsirləndirilən şəxs tərəfindən götürülməsini bildirərək bu epizodların cinayət tərkibi yaratmadığı üçün ittihamdan xaric edilməsini xahiş etmişlər. Məhkəmə bu məsələyə münasibətdə hesab edir ki, gətirilən arqumentlər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə istər bağladığı müqavilələrin şərtləri və məzmunu, istərsə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə apardığı danışıq və davranış tərzi bir daha təqsirləndirilən şəxsin hər hansı bir qanuni hüquqi nəticələr yaratmaq niyyətinin olmadığını, eləcə də zərərçəkmiş şəxslərlə yalnız görünüş üçün uydurulmuş və əhəmiyyətsiz olan müqavilələr bağlamaqla özünün qanunazidd əməllərini pərdələmək niyyətinin olduğunu göstərir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini qismən etiraf etməklə zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 08 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 08 sentyabr 2021-ci il tarixdə “həbs” qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra 09 dekabr 2021-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə qaldığı 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Bağlar massivində yerləşən fərdi yaşayış evini hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-7/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-7/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver