Məhkəmə qərarları › İş №1(002)-7/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-7/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-7/2024 20.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, həbs edilməmişdən əvvəl Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 3-cü ərazisinin Şirniyyat adlanan sahənin 16-cı sırasının 2-ci korpusunda yerləşən 57, 59 nömrəli mağazasında ticarətlə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını yandırıb zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Belə ki, o, 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində əmlakının yanğın nəticəsində məhv olaraq maddi zərərə uğraması təəssüratını yaradaraq digər sahibkarlara olan borc öhdəliklərindən yayınmaq məqsədilə özünün ticarətlə məşğul olduğu, atası X11 tərəfindən 05 aprel 2022-ci il tarixli 281/1 nömrəli icarə müqaviləsi əsasında Sədərək Firmasından icarəyə götürülmüş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Firmasına məxsus Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 3-cü ərazisinin “Şirniyyat” adlanan sahənin 16-cı sıra, 2-ci korpusunda yerləşən 72 kvadratmetrdən ibarət 57,59 nömrəli mağazanın orta hissəsinin döşəməsində salfet kağızını alışqanla alovlandırdıqdan sonra üzərinə sintetik materialdan hazırlanmış yorğanı ataraq istifadəsindəki mağazanı qəsdən yandırmaqla yanğının həmin mağazaya bitişik digər mağazalara keçərək özgə əmlaklarını məhv edəcəyi təhlükəsini görərək şüurlu surətdə buna yol verməklə Zərərçəkmiş şəxs13 ticarətlə məşğul olduğu içərisində qabqacaq olan Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 3-cü ərazisinin “Şirniyyat” adlanan sahənin 15-ci sıra, 2-ci korpusda yerləşən 36 kvadratmetr ölçüdə 68 nömrəli mağazanı, Zərərçəkmiş şəxs11 ticarətlə məşğul olduğu içərisində cehizlik qablar və bəzək əşyaları olan 15-ci sıra, 2-ci korpusda yerləşən 36 kvadratmetr ölçüdə 66 nömrəli mağazanı, Zərərçəkmiş şəxs5 ticarətlə məşğul olduğu içərisində qab-qacaq olan 15-ci sıra, 2-ci korpusda yerləşən 36 kvadratmetr ölçüdə 64 nömrəli mağazanı, Zərərçəkmiş şəxs2 ticarətlə məşğul olduğu içərisində qab-qacaq olan 15-ci sıra, 2-ci korpusda yerləşən 48 kvadratmetr ölçüdə 62 nömrəli mağazanı, Zərərçəkmiş şəxs8 ticarətlə məşğul olduğu içərisində çilçıraqlar olan 15-ci sıra, 2-ci korpusda yerləşən 72 kvadratmetr ölçüdə 58,60 nömrəli mağazanı, Zərərçəkmiş şəxs14 ticarətlə məşğul olduğu içərisində elektrik məişət avadanlıqları olan 15-ci sıra, 2-ci korpusda yerləşən 36 kvadratmetr ölçüdə 56 nömrəli mağazanı, Zərərçəkmiş şəxs7 ticarətlə məşğul olduğu içərisində otel və restoran üçün nəzərdə tutulan əşyalar olan 15-ci sıra, 2-ci korpusda yerləşən 120 kvadratmetr ölçüdə 50,52 nömrəli mağazanı, Zərərçəkmiş şəxs6 ticarətlə məşğul olduğu içərisində qab-qacaq olan 15-ci sıra, 2-ci korpusda yerləşən 36 kvadratmetr ölçüdə 48 nömrəli mağazanı və 16cı sıra, 2-ci korpusda yerləşən 36 kvadratmetr ölçüdə 47 nömrəli mağazanı, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs15 ticarətlə məşğul olduqları içərisində qab-qacaq və çilçıraqlar olan 15-ci sıra, 2-ci korpusda yerləşən 84 kvadratmetr ölçüdə 44,46 nömrəli mağazanı, Zərərçəkmiş şəxs16 ticarətlə məşğul olduğu içərisində qabqacaq olan Sədərək TM-nin üçüncü ərazisinin “Şirniyyat” adlanan sahənin 16-cı sıra, 2-ci korpusunda yerləşən 36 kvadratmetr ölçüdə 45 nömrəli mağazanı, Zərərçəkmiş şəxs1 ticarətlə məşğul olduğu içərisində mətbəx əşyaları, xırdavat və ədviyyat malları olan 16-cı sıra, 2-ci korpusda yerləşən 60 kvadratmetr ölçüdə 49 nömrəli mağazanı, Zərərçəkmiş şəxs10 ticarətlə məşğul olduğu içərisində qab-qacaq və məişət avadanlıqları olan 16-cı sıra, 2-ci korpusda yerləşən 60 kvadratmetr ölçüdə 51 nömrəli mağazanı, Zərərçəkmiş şəxs18 ticarətlə məşğul olduğu içərisində qab-qacaq olan 16-cı sıra, 2-ci korpusda yerləşən 72 kvadratmetr ölçüdə 53-55 nömrəli mağazanı və 15-ci sıra, 2-ci korpusda yerləşən 36 kvadratmetr ölçüdə 54 nömrəli mağazanı, Zərərçəkmiş şəxs9 ticarətlə məşğul olduğu içərisində qab-qacaq olan 16-cı sıra, 2-ci korpusda yerləşən 48 kvadratmetr ölçüdə olan 61 nömrəli mağazanı, Zərərçəkmiş şəxs20 ticarətlə məşğul olduğu içərisində qabqacaq olan 16-cı sıra, 2-ci korpusda yerləşən 100 kvadratmetr ölçüdə olan 63,65,67 nömrəli mağazaları, Zərərçəkmiş şəxs22 ticarətlə məşğul olduğu içərisində qab-qacaq və termoslar olan Sədərək TM-nin üçüncü ərazisinin “Şirniyyat” adlanan sahənin sıra 15B, 2ci korpusda yerləşən 15 kvadratmetr ölçüdə 168 nömrəli mağazanı, Zərərçəkmiş şəxs4 ticarətlə məşğul olduğu içərisində qab-qacaq olan Sədərək TM-nin üçüncü ərazisinin “Şirniyyat” adlanan sahənin sıra 15B, 2-ci korpusda yerləşən 30 kvadratmetr ölçüdə olan 170 nömrəli mağazanı, Zərərçəkmiş şəxs10 Xurşud oğlunun ticarətlə məşğul olduğu içərisində çəkələklər olan sıra 15B, 2-ci korpusda yerləşən 30 kvadratmetr ölçüdə olan 172,174 nömrəli mağazanı, X3 ticarətlə məşğul olduğu içərisində qab-qacaq olan sıra 15B, 2-ci korpusda yerləşən 30 kvadratmetr ölçüdə olan 176 nömrəli mağazanı, Zərərçəkmiş şəxs12 ticarətlə məşğul olduğu içərisində süni gül və güldanlar olan sıra 15B, 2-ci korpusda yerləşən 15 kvadratmetr ölçüdə olan 178 nömrəli mağazanı qəsdən yandırmaqla zərərçəkmiş ayrı-ayrı şəxslərə, yəni Zərərçəkmiş şəxs13 49868,50 manat, Zərərçəkmiş şəxs11 45529,00 manat, Zərərçəkmiş şəxs5 144117,40 manat, Zərərçəkmiş şəxs2 69860,00 manat, Zərərçəkmiş şəxs8 91114,00 manat, Zərərçəkmiş şəxs14 52975,00 manat, Zərərçəkmiş şəxs7 201700,00 manat, Zərərçəkmiş şəxs6 156222,5 manat, Zərərçəkmiş şəxs19 35264,00 manat, Zərərçəkmiş şəxs3 9573,00 manat, Zərərçəkmiş şəxs15 28580,00 manat, Zərərçəkmiş şəxs16 64930,00 manat, Zərərçəkmiş şəxs1 77546,00 manat, Zərərçəkmiş şəxs10 75373,25 manat, Zərərçəkmiş şəxs18 82869,00 manat, Zərərçəkmiş şəxs9 102758,00 manat, Zərərçəkmiş şəxs20 284179,60 manat, Zərərçəkmiş şəxs22 81523,00 manat, Zərərçəkmiş şəxs4 51020,00 manat, Zərərçəkmiş şəxs21 15440,00 manat, Rövşən Baxışzadəyə 53050,00 manat, Zərərçəkmiş şəxs12 39075,00 manat, zərərçəkmiş hüqüqi şəxs “Sədərək Firması”na 168763.00 manat məbləğində, yəni zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla özgənin əmlakını yandırma üsulu ilə qəsdən əmlakı məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, atası ilə bərabər icarə müqaviləsi əsasında istifadə etdikləri mağazada 146800 manat dəyərində özlərinə məxsus, 28000 manat dəyərində isə nisyə mallar olmuşdur. Sədərək TM-də ticarətlə məşğul olan bir çox mağaza malların ödənişini hissə-hissə ödəmək şərtilə fəaliyyət göstərməkdədir. xx.xx.2022-ci il tarixdə atası X9 əməliyyat olunduğuna görə onların mağazası 4-5 gün bağlı qalmışdır. 08 yanvar 2023-cü il tarixdə Sədərək TM-nə gəlmiş, mağazanı açmış və daha sonra bağlayaraq getmişdir. O, evə çatana yaxın atası zəng edərək Sədərək TM-də yanğın baş verdiyini bildirdiyindən dərhal ora qayıtmış, çatdıqda polis əməkdaşları və mühafizəçilər olduğunu görmüşdür. Həmin şəxslər heç kimə Sədərək TM-nin mağazalar olan hissəsinə daxil olmağa icazə verməmişlər. Zərərçəkmiş şəxslər də ifadələrində bildirmişlər ki, həmin vaxt Sədərək TM-nin anbarında su olmamışdır. Bundan sonra onu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə çağırılmışdır. O, qardaşları: Namiq, Ərşad və bacısının ilə ora getmişdir. Əvvəcə o, qardaşı Namiqlə müstəntiqin xidməti otağına daxil olsa da sonradan qardaşını həmin otaqdan çıxarmışlar. Qardaşı çıxdıqdan 10-15 dəqiqə sonra 3 şəxs onun və müstəntiqin olduğu otağa gəlmiş, ona təzyiq göstərərək sənədlərə qol çəkməsini tələb etmişlər. O, hadisə barədə məhkəmədə verdiyi formada qardaşı hələ onun yanında olarkən müstəntiqə ifadə vermişdir. Həmin 3 şəxs özlərini prokuror, müstəntiq və digəri vəkil kimi təqdim etmiş, ona təzyiq göstərmişlər. Qardaşı dəfələrlə müraciət etsə də onun yuxarı gəlməsinə icazə verilməmişdir. Daha sonra onun olduğu otağı dəyişmişlər, içməyə su belə verməmişlər. Bundan sonra ona təqdim olunmuş sənədləri imzalaması ondan tələb olunmuş, həmin sənədləri oxumaq istəyərkən, sənədləri ona təqdim olunmuş formada imzalayacağı halda ona köməklik göstəriləcəyi bildirildiyindən o, həmin sənədləri imzalamışdır. Həmin şəxslər ona bildirmişlər ki, təqdim olunmuş sənədləri imzaladıqdan sonra o, sərbəst buraxılacaq, imzalamadığı təqdirdə isə təqsirləndirilən şəxs qismində cəlb ediləcək. O, da həmin vaxt sərbəst buraxıldıqdan sonra vəkil ilə müqavilə bağlayacağını, üzləşdiyi problemin həllində ona köməklik göstəriləcəyini fikirləşmiş və sənədləri imzalamışdır, lakin sərbəst buraxılmamış, oradan Nərimanov RPİ-nin MSY-nə keçirilmiş, qardaşı Namiq və Ərşad ağlayaraq onun yanına gəlmişlər. O da həmin vaxt qardaşı Namiqə bildirmişdir ki, o, otaqdan çıxarıldıqdan sonra oxumadığı sənədləri imzalamağa məcbur edilmişdir. Bundan sonra qapalı məhkəmə iclasında ona həbs qətimkan tədbiri seçilmiş və onu Bakı İstintaq Təcridxanasına aparmışlar. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, onun yanğından məlumatı olmamışdır. Yanğın barədə məlumat onun atasına telefon vasitəsilə verilmişdir. Həmin yanğın 2 mağazanın ortasında çöl tərəfdən başlamışdır. Onlara məxsus mağazada 146800 manat dəyərində tekstil malları olmuş, həmin malların hamısı yanmış, yanğın zamanı onlara mağazaya daxil olmağa icazə verilmədiyindən malları çıxara bilməmişlər. O, savadı az olduğundan ona təqdim olunmuş sənədləri imzalayaraq, sərbəst buraxılacağını fikirləşmişdir. Onun hadisədən qabaq 28000 manat borcu olmuş, qalan bütün mallar isə özünə məxsus olmuşdur. Həmin borc isə Anar və Şahmalı adlı şəxslərdən nisyə götürülmüş mallarla bağlı olmuşdur. Onun başqa borcu olmamışdır. O, həmçinin Sədərək TM-nin bütün mağazalarında gün ərzində işıq lampalarının söndürülmədiyini, eynu gündə bir neçə dəfə elektrik enerjisinin kəsilib-verildiyini, hadisə günü mağazadan çıxarkən elektrik enerjisini söndürüb-söndürmədiyini xatırlamadığını, yanğının ilkin olaraq 2 mağazanın ortası hissəsindən başlandığını düşündüyünü, bütün bazarı əhatə etmiş yanğın hadisəsi ilə bağlı hansı səbəbdən məhz onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı məlumatının olmadığını, mağazanın icarəsi ilə bağlı aylıq ödənişləri vaxtı-vaxtında həyata keçirdiyini, bazar rəhbərliyi ilə heç bir probleminin olmadığını, Azərbaycan Respublikası FHN-də olarkən fiziki təzyiqə deyil, mənəvi təsirə məruz qaldığı üçün ondan tələb edildiyi formada ifadə verməklə iradəsinə zidd olaraq sənədləri imzaladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsi, zərərçəkmiş şəxslər və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında tədqiq edilmiş səs yazısı, videogörüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 05 aprel 2022-ci il tarixdən Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin “Şirniyyat” adlanan sahəsində yerləşən 57,59 nömrəli dükanda cehizlik (tekstil) mallarının satışı ilə məşğul olur. Həmin dükan Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə məxsusdur. Dükanı 05 aprel 2022-ci il tarixli 281/1 nömrəli icarə müqaviləsi əsasında atası X11 icarəyə götürmüş, hazırda atası xəstə olduğu üçün dükanı o, idarə edir. Dükan elektrik enerjisi ilə təchiz edilmiş, elektrik xətləri dükanın tavan hissəsi ilə çəkilərək ticarət mərkəzinin ümumi elektrik xətlərinə qoşulmuşdur. Dükanda elektrik uzadıcısı olmuşdur. Həmin uzadıcını arxa divarda yerləşən elektrik yuvasına qoşmuş, uzadıcını istifadə edərkən isə dükanın orta hissəsində olan divanın yaxınlığında qoyurmuş. Uzadıcıdan yalnız telefonu enerji ilə təmin etmək məqsədilə ilə istifadə etmişdir. Tavan hissədə 25 ədəd, dükanın çöl hissəsində isə 3 ədəd, ümumilikdə 28 ədəd elektrik lampası olmuşdur. Dükanda elektrik qızdırıcı soba və digər elektrik avadanlıqları olmamışdır. Dükanda 2 ədəd qoruyucu elektrik avtomatı olmuşdur. 2022-ci ilin aprel ayında dükanı icarə müqaviləsi əsasında istifadəyə götürdükdən sonra onun elektrik xətləri yenidən çəkilmişdir. Həmin avtomatlar dükanın girişindən daxil olduqda sağ divarda yerləşdirilmişdir. Hər gün işə gələndə həmin avtomatları yandırırmış, dükanı bağlayıb gedərkən isə avtomatları söndürürmüş. Dükanı hər gün saat 08-09 radələrində açırmış və saat 17-18 radələrində bağlayırmış, dükanın satıcısı kimi özü işləmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə gələrək istifadə etdiyi 57,59 nömrəli dükanı açmış, elektrik avtomatlarını yandırmış və malları dükanın qarşısına düzərək işə başlamışdır. Saat 18 radələrində dükanın qarşısında olan malları içəri yığaraq dükanı bağlayıb, elektik avtomatları söndürmüş və dükandan çıxmamışdan təqribən 3-4 dəqiqə əvvəl 2 ədəd salfetka kağızını alışqanla yandırmış, dükanın döşəməsinə qoymuş və yanan salfetka kağızının üzərinə sintetik materialdan olan yorğanı atmışdır. Yorğan alışmış və artıq alov bütün yorğana yayıldıqdan sonra o, dükanın qapısını bağlayıb evə getmişdir. Təqribən 30-35 dəqiqədən sonra evə gedərkən yolda ona bir neçə nömrədən zəng olunaraq istifadəsində olan 57,59 nömrəli dükanının yandığını bildirmişlər. O, dərhal ticarət mərkəzinə qayıtmış, lakin dükana yaxınlaşa bilməmişdir. Çatdıqda artıq alov onun dükanından qonşuluqda yerləşən bir neçə dükana, daha sonra isə alov ətrafda olan çox sayda dükanlara yayılmışdır. Yanğın nəticəsində onun dükanı və yaxınlıqda yerləşən digər çoxsaylı dükanlar içərisindəki əşyalarla birlikdə yanaraq məhv olmuşlar. Dükanında 146800 manat məbləğində mal olmuşdur. Yanğın nəticəsində bütün malları yanaraq məhv olmuşdur. Əlavə olaraq bildirmişdir ki, ticarətlə məşğul olduğu müddət ərzində ayrı-ayrı sahibkarlardan nisyə mal almış və həmin malların pulunu sahibkarlara qaytara bilmədiyindən, həmin şəxslər ondan pullarını tələb etmiş, lakin ticarət zəif olduğu üçün o, vaxtında borclarını qaytara bilmiəmişdir. Dükan yandığı təqdirdə borclu olduğu sahibkarların ona güzəşt edəcəklərini, yanğın hadisəsi onun tərəfindən törədilməsi barədə məlumat yayılmadığı təqdirdə hadisənin bədbəxt hadisə kimi qiymətləndiriləcəyini fikirləşmişdir. Bu məqsədlə o, dükanı və dükanında olan malları qəsdən yandırmışdır. O, istifadəsində olan dükanda yanğını törədərkən heç bir tez alışan mayedən və yaxud neft məhsullarından istifadə etməmişdir. Yalnız salfet kağızını yandırıb alışdırdıqdan sonra üzərinə sintetik yorğanı atmışdır. O, istifadəsində olan dükanı qəsdən yandırarkən elə düşünürmüş ki, yalnız onun dükanı içərisindəki əşyalarla birlikdə yanacaq, alov digər dükanlara keçməyəcək. Həmçinin dükanının digər dükanlarla arasında kərpicdən divar olduğunu düşünərək güman edirmiş ki, yanğın digər dükanlara keçməyəcək. O, istifadəsində olan dükanı yandıracağı barədə heç kimə əvvəlcədən deməmiş, ümumiyyətlə bu barədə heç kimlə danışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən hazırkı vaxtadək Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, sıra 15B, 170 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin dükanda olan mallar ona məxsus olmaqla İran və Çin istehsalı olan qab-qacaqların satışı ilə məşğul olur. Mağaza və orda olan mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində mağazanı bağlayaraq Zərərçəkmiş şəxs23 ticarət mərkəzini tərk etmişdir. Təxminən saat 20 radələrində qonşu dükanda sahibkarlıq fəalliyəti məşğul olan tanışı istifadəsində olan mobil telefonuna zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda, 16cı sırada yerləşən mağazaların birində yanğın baş verdiyini, alovun 16-cı sırada yerləşən mağazalara və 15-cı sırada yerləşən digər mağazalara getdikcə yayıldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə qayıtmış, bu zaman mağazasına yaxınlaşdıqda görmüşdür ki, mağazasında olan mallar yanmış, bəziləri mallar isə hisin və qaralmanın təsirinə məruz qalmış, eləcə də yanğının söndürülməsi zamanı istifadə olunmuş suyun təsirindən yararsız vəziyyətə düşmüşlər. O, hadisə yerinə çatdıqda yanğınsöndürənlər yanğının söndürülməsi işlərini davam etdirirmişlər. Bir müddət sonra yanğın söndürülmüş, ticarət mərkəzində olan bir çox mağazalar yanğndan zərər görmüşlər. Hadisə vaxtı onun istifadəsinə verilmiş 170 nömrəli mağazada olan 70000 manat dəyərində malların təxminən 51020 manat olan hissəsinə ziyan dəymişdir. Sonradan ticarət mərkəzində olan müzakirələrdən yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsin baş verdiyini öyrənmişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara yayılmışdır. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 öz ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən hazırkı vaxtadək Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, sıra 15B, 172,174 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İcarə müqaviləsi əsasında onun istifadəsinə verilmiş mağazada ayaqqabıların satışı ilə məşğul olur. Mağazada satılan İran və Çin istehsalı mallar ona məxsus olmuş, lakin sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində mağazanı bağlayaraq Zərərçəkmiş şəxs23 ticarət mərkəzini tərk etmişdir. Təxminən saat 19 radələrində qonşu dükanda sahibkarlıq fəalliyyəti ilə məşğul olan tanışı ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2ci korpusunda, 16-cı sırada yerləşən mağazaların birində yanğın hadisəsi baş verdiyini, alovun 16-cı sırada yerləşən mağazalara və 15-cı sırada yerləşən digər mağazalara getdikcə yayıldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə qayıtmış, bu zaman mağazasına yaxınlaşdıqda görmüşdür ki, mağazası yanğının təsirinə, mağazada olan bəzi mallar isə hisin və qaralmanın təsirinə məruz qalmış, eləcə də yanğının söndürülməsi zamanı istifadə olunmuş suyun təsirindən yararsız vəziyyətə düşmüşlər. O, hadisə yerinə çatdıqda yanğınsöndürənlər yanğının söndürülməsi işlərini davam etdirirmişlər. Bir müddət sonra yanğın söndürülsə də mağazada olan mallar yararsız vəziyyətə düşmüşlər. Hadisə vaxtı onun istifadə etdiyi 172 nömrəli mağazada 20000 manat dəyərində malları olmuşdur. Lakin, yanğın hadisəsi nəticəsində həmin malların 15440 manat dəyərində olan hissəsinə ziyan dəymişdir. Bəzi malları isə yanğından sonra istifadəyə yararlı vəziyyətdə çıxara bilmişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində sahibkarlar arasında gedən söz-söhbətdən yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində fəaliyyət göstərən Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqnda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara yayılmışdır. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 öz ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 56 nömrəli mağazada elektronika mallarının satışı ilə məşğul olmaqla sahibkarlıq fəaliyyəti göstərir. İcarə müqaviləsi əsasında istifadə etdiyi mağazada satışı ilə məşğul olduğu Çin və Türkiyə istehsalı mallar ona məxsus olmuş, lakin həmin mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində mağazanı bağlayaraq Zərərçəkmiş şəxs23 ticarət mərkəzini tərk etmişdir. Təxminən saat 19 radələrində qonşu dükanda sahibkarlıq fəalliyəti məşğul olan tanışı ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda, 16-cı sırada yerləşən mağazaların birində yanğın baş verdiyini, alovun 16-cı sırada yerləşən mağazalara və 15-cı sırada yerləşən digər mağazalara getdikcə yayıldığını bildirmişdir. O,Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə qayıtmış, bu zaman mağazasına yaxınlaşdıqda görmüşdür ki, mağazası yanğının təsirinə məruz qalmış və içəridə olan mallar yararsız vəziyyətə düşmüşlər. O, hadisə yerinə çatdıqda yanğınsöndürənlər yanğının söndürülməsi işlərini davam etdirirmişlər. Bir müddət sonra yanğın söndürülmüş və müxtəlif təyinatlı mağazalar, o cümlədən onun istifadəsində olan mağaza yanğının təsirinə məruz qalmışlar. Onun istifadəsində olan 56 nömrəli mağazada 53000 manat dəyərində mallar yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşmüş və ona ümumilikdə 53000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində gedən söz-söhbətdən yanğın hadisəsinin Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyi barədə məlumatlanmışdır. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara yayılmışdır. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 öz ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən hazırkı vaxtadək Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, sıra 15B, 178 nömrəli mağazada süni gül və güldan satışı həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qeyd etdiyi 178 nömrəli dükan Ramiz adlı şəxsə məxsusdur, lakin 2014-cü ildən o, həmin dükanı icarəyə götürmüş, lakin mağazada olan Çin və İran istehsalı mallar ona məxsusdur və sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə evdə olduğu zaman tanışları ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda yerləşən 16 və 15-ci sıralarda yanğın baş verdiyini, yanğının həmin sıralarda olan bütün mağazalara keçdiyini bildirmişdir. O, dərhal Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə gəlmiş, hadisə yerinə çatdıqda yanğınsöndürənlər demək olar ki, yanğını söndürmüşlər, lakin hər yer tüstü içində olmuşdur. O, mağazasına yaxınlaşdıqda yanğından mağazada olan bütün malların yararsız vəziyyətə düşdüyünü görmüşdür. Yanğın nəticəsində ona ümumilikdə 39100 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində gedən sözsöhbətdən yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57, 59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara yayılmışdır. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən hazırkı vaxtadək Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada 48 nömrəli, 16-cı sırada yerləşən 47 nömrəli mağazalarda qab-qacaq satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qeyd etdiyi 47 və 48 nömrəli dükanlarda olan Rusiya, Türkiyə, Çin və İran istehsalı mallar ona məxsus olmuş, lakin nə istifadəsində olan mağaza, nə də satdığı mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 19 radələrində evdə olduğu zaman tanışları ona zəng edərək "Sədərək" ticarət mərkəzinin 2-ci korpusunda yerləşən 16 və 15-ci sıralarda yanğın baş verdiyini, nəticədə həmin sıralarda olan bütün mağazalara keçdiyini bildirmişlər. O, həmin günü hadisə yerinə gələ bilməmişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə "Sədərək" ticarət mərkəzinə gəlmişdir. Bu zaman ona məxsus 15-ci sırada 48 nömrəli, 16-cı sırada yerləşən 47 nömrəli mağazaların içərisindəki mallarla birlikdə yanğının təsirinə məruz qaldığını görmüşdür. Yanğın nəticəsində mağazada olan mallar tamamilə yanmış, və ona ümumilikdə 178,314 manat maddi ziyan dəymişdir. Eşitdiyinə görə yanğın hadisəsi "Sədərək" ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57, 59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş vermişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara keçmişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15B sırada yerləşən, 176 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin dükanda qab-qacaq satışı ilə məşğul olurmuş. Qeyd etdiyi 176 nömrəli dükan Fuad adlı şəxsə məxsusdur, lakin 2009-ci ildən o, həmin dükanı icarəyə götürərək işlədir. Mağazada satılan mallar Türkiyə, Çin və İran istehsalı olmuş, lakin sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 19 radələrində evdə olduğu zaman tanışları ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda yerləşən 16 və 15-ci sıralarda yanğın baş verdiyini, nəticədə həmin sıralarda olan bütün mağazalara keçdiyini bildirmişlər. O, dərhal Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə gəlmişdir. O, hadisə yerinə çatdıqda yanğın davam edirmiş. Yanğınsöndürənlər tərəfindən yanğın söndürüldükdən sonra o, mağazasına yaxınlaşdıqda mağazada olan bütün malların yanaraq məhv olduğunu görmüşdür. Yanğın nəticəsində ona ümumilikdə 60,550 manat maddi ziyan dəymişdir. Eşitdiyinə görə yanğın hadisəsi Zərərçəkmiş şəxs23 ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57, 59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş vermişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara yayılmışdır. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən ticarətlə məşğul olduğu sıra 15B, 2-ci korpus, 176 nömrəli mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 53050,00 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 53050,00 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 öz ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 16-cı sırada yerləşən 45 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin mağazanı icarəyə götürərək, qab-qacaq satışı ilə məşğul olur. Mağazada satılan mallar Türkiyə, Çin və İran istehsalı olmuş, lakin sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 19 radələrində evdə olduğu zaman tanışları ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda yerləşən 16 və 15-ci sıralarda yanğın baş verdiyini, nəticədə həmin sıralarında olan bütün mağazalara keçdiyini bildirmişlər. O, dərhal Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə gəlmiş, hadisə yerinə çatdıqda yanğın davam edirmiş. Yanğınsöndürənlər tərəfindən yanğın söndürüldükdən sonra o, mağazasına yaxınlaşdıqda orada olan təxminən 100,000 manat dəyərində malların əsas hissəsinin yandığını görmüşdür. Yanğın nəticəsində ona ümumilikdə 64,930 manat maddi ziyan dəymişdir. Eşitdiyinə görə yanğın hadisəsi Zərərçəkmiş şəxs23 ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57, 59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş vermişdir. Yanğın sonuncuya məxsus mağazadan başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara keçmişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, 2017-ci ildən hazırkı vaxtadək Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 16-ci sırada yerləşən 49 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin dükanda mətbəx əşyaları, xırdavat, ədviyyat malları satışı ilə məşğul olur. Qeyd etdiyi 49 nömrəli dükanı icarə müqaviləsi əsasında istifadə edir. Mağazada satılan mallar Azərbaycan, Çin, İran və Türkiyə istehsalı olmuş, lakin sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində mağazanı bağlayaraq çıxmış, yolda olarkən bazarda işləyən tanışlar zəng edərək bazarın 16-cı sırasında yanğın başladığını bildirmişlər. O da dərhal bazara qayıtmışdır. Bazara gəldikdə yanğının 2-ci korpus 16-cı sırada başladığını və yaxınlıqda olan digər mağazalara, həmçinin 15-ci sırada yerləşən ona məxsus 49 nömrəli mağazaya keçdiyini görmüşdür. O, mağazaya yaxınlaşdıqda görmüşdür ki, mağaza içərisində əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır. O, hadisə yerinə çatdıqda yanğınsöndürənlər yanğını söndürülməyə nail olsalar da ətraf tüstü olmuşdur. Hadisə vaxtı ona məxsus mağazada olan 80000 manat dəyərində mallar tamamilə yanmış və yararsız vəziyyətə düşmüşdür. Beləliklə yanğın nəticəsində ona ümumilikdə 80.000 manat maddi ziyan dəymişdir. Sonradan, ticarət mərkəzində gen söhbətlərdən ola məlum olmuşdur ki, yanğın hadisəsi Zərərçəkmiş şəxs23 ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş vermişdir. Yanğın sonuncunun istifadəsində olan mağazadan başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara keçmişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən ticarətlə məşğul olduğu sıra 16, 2-ci korpus, 49 nömrəli mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 77546,00 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 77546,00 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 62 nömrəli mağazada qab-qacaq və məişət avadanlıqlarının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin mağazanı o, icarə müqaviləsi əsasında işlətmiş, orada olan mallar isə İran və Çin istehsalı olmuş lakin sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində mağazanı bağlayaraq Zərərçəkmiş şəxs23 ticarət mərkəzini tərk etmişdir. Təxminən saat 19 radələrində qonşu dükanda sahibkarlıq fəaliyyəti məşğul olan tanışı ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda, 16-cı sırada yerləşən mağazaların birində yanğın baş verdiyini, alovun 16-cı sırada yerləşən mağazalara və 15cı sırada yerləşən digər mağazalara getdikcə yayıldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə qayıtmış, mağazasına yaxınlaşdıqda mağazada olan malların yanğının, hisin və yanğının söndürülməsində istifadə olunun suyun təsirindən tamamilə yararsız vəziyyətə düşdüyünü görmüşdür. Yanğın hadisəsi nəticəsində ona ümumilikdə 65000 manat maddi ziyan dəymişdir. O, Zərərçəkmiş şəxs23 ticarət mərkəzində gedən söhbətlərdən yanğın hadisəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın sonuncunun istifadəsində olan mağazadan başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara keçmişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən ticarətlə məşğul olduğu sıra 15, 2-ci korpus, 62 nömrəli mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 69860,00 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 69860,00 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 68 nömrəli mağazada qab-qacaq satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin mağazanı o, icarə müqaviləsi əsasında istifadə edir. Mağazada satılan Rusiya istehsalı mallar özünə məxsus olmuş, lakin sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə evdə olduğu zaman tanışları ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda yerləşən 16 və 15-ci sıralarda yanğın baş verdiyini, yanğının həmin sıralarda olan bütün mağazalara keçdiyini bildirmişlər. O, dərhal Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə gəlmişdir. O, hadisə yerinə çatdıqda yanğınsöndürənlər yanğının söndürülməsinə nail olsalar da, hər yer tüstü içində olmuşdur. O, mağazasına yaxınlaşdıqda orada olan təxminən 50000 manat dəyərində malların tamamilə yanaraq məhv olduğunu görmüşdür. Yanğın nəticəsində ona ümumilikdə 50000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində gedən söhbətlərdən ona məlum olmuşdur ki, yanğın hadisəsi həmin ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57, 59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş vermişdir. Yanğın sonuncunun istifadəsində olan mağazadan başlayaraq əvvəlcə qonşuluqnda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara keçmişdir. O, öz ifadəsində son olaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını, lakin ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 öz ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən hazırki vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 66 nömrəli mağazada cehizlik qablar, şüşə materialdan olan bəzək əşyalarının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Mağazanı icarə müqaviləsi əsasında istifadə etddiyini, orada satılan malların Çin və Türkiyə istehsalı olduğunu, malları sığortalamadığını bildirmişdir. 08 yanvar 2023cü il tarixdə saat 17 radələrində mağazanı bağalayaraq çıxmış, saat 19 radələrində bazarda işləyən tanışı ona zəng edərək bazarın 16-cı sırasında yanğın başladığını bildirmişdir. O dərhal bazara qayıtmış, çatdıqda yanğının 2-ci korpus 16-cı sırada başladığını və yaxınlıqda olan digər mağazalara, həmçinin 15-ci sırada yerləşən ona məxsus 66 nömrəli mağazaya keçdiyini görmüşdür. O, mağazasına yaxınlaşdıqda orada olan malların tamamilə yandığını görmüşdür. Yanğın nəticəsində ona ümumilikdə 40.000 manat maddi ziyan dəymişdir. Sonradan yanğın hadisəsinin Zərərçəkmiş şəxs23 ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara keçmişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 öz ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən hazırki vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 16-ci sırada yerləşən 51 nömrəli mağazada qab-qacaq və məişət avadanlıqlarının satışı ilə məşğul olur. Qeyd etdiyi 51 nömrəli dükan ona məxsusdur. Həmin mağazada olan mallar Çin, İran və Türkiyə istehsalı olmuş və sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində istifadəsində olan mağazasını bağlayaraq Zərərçəkmiş şəxs23 ticarət mərkəzini tərk etmişdir. Saat 18 radələrində qonşu dükanda sahibkarlıq fəaliyyəti məşğul olan tanışı ons zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda, 16-cı sırada yerləşən mağazaların birində yanğın baş verdiyini, alovun getdikcə yayıldığını, eləcə də onun istifadəsində olan 51 nömrəli mağazaya keçdiyini bildirmişdir. O, yenidən Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə qayıtmış, mağazasına yaxınlaşdıqda orada olan bütün əşyaların yanaraq məhv olduğunu görmüşdür. Həmin vaxt onun mağazasında 75000 manat dəyərində mallar olduğundan ona ümumilikdə 75000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində danışılan söhbətlərdən yanğın hadisəsini onunla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın sonuncunun istifadəsində olan mağazadan başlayaraq əvvəlcə qonşuluğunda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara yayılmışdır. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 öz ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən hazırki vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 50,52 nömrəli mağazada otel və restoran üçün nəzərdə tutulmuş məişət avadanlıqlarının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Mağazada satılan mallar Çin və Türkiyə istehsalı müxtəlif çeşitli məişət əşyaları idi. Mağaza və orda olan mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 18:30-da bazarda işləyən tanışı ona zəng edərək bazarın 16-cı sırasında yanğın başladığını bildirmiş, o da dərhal bazara gəlmişdir. Bir müddət sonra yanğın söndürülsə də, ticarət mərkəzi tüstü içində olmuşdur. Hadisə vaxtı ona məxsus mağazada olan bütün mallar yanaraq yararsız vəziyyətə düşmüş, nəticədə ona ümumilikdə 196.700 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində danışılan söhbətlərdən yanğın hadisəsinin onunla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın sonuncuya məxsus mağazadan başlayaraq əvvəlcə qonşuluğunda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara keçmişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən ticarətlə məşğul olduğu sıra 15, 2-ci korpus, 50,52 nömrəli mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 201700,00 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 201700,00 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 öz ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən hazırki vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 16-ci sırada yerləşən 61 nömrəli mağazada qab-qacaq və məişət avadanlıqlarının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazanı o, icarə müqaviləsi əsasında istifadə etdiyini, mağazada satılan malların Çexiya, Türkiyə və Çin istehsalı olmaqla onun məxsus olduğunu, lakin onları sığortalamadığını bildirmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində istifadəsində olan mağazasını bağlayaraq Zərərçəkmiş şəxs23 ticarət mərkəzini tərk etmişdir. Mağazanı tərk etdikdən təxminən 1 saat yarım sonra saat 19 radələrində qonşu dükanda sahibkarlıq fəalliyəti məşğul olan tanışı ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda, 16-cı sırada yerləşən mağazaların birində yanğın baş verdiyini, alovun 16-cı sırada yerləşən mağazalara və 15-cı sırada yerləşən digər mağazalara getdikdə yayıldığını, eləcə də onun istifadəsində olan 61 nömrəli mağazaya keçdiyini bildirmişdir. O, yenidən Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə qayıtmış, bu zaman mağazasına yaxınlaşdıqda görmüşdür ki, mağaza içərisində əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır.Baş vermiş yanğın hadisəsi nəticəsinndə ona ümumilikdə 135000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində danışılan söhbətlərdən yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyi ona məlum olmuşdur. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluğunda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara yayılmışdır. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən ticarətlə məşğul olduğu sıra 16, 2-ci korpus, 61 nömrəli mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 102758,0 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 102758,0 manat maddi ziyan dəymişdir. İfadəsinə əlavə olaraq zərərçəkmiş şəxslərdən aylıq ödənişlərlə bağlı Sədərək Firması tərəfindən təxminən bir ilə yaxın müddət möhlət verildiyini bildirmişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 64 nömrəli mağazada qab-qacaq satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin mağazanı o, icarə müqaviləsi əsasında istifadə edir. Mağazada satılan Çin, Rus və Çexiya istehsalı mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 19 radələrində evdə olduğu zaman tanışları ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda yerləşən 16 və 15-ci sıralarda yanğın baş verdiyini, yanğının həmin sıralarda olan bütün mağazalara keçdiyini bildirmişlər. O, dərhal Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə gəlmiş, hadisə yerinə çatdıqda yanğının yanğınsöndürənlər tərəfindən söndürülməsinə nail olunsa da ətraf tüstü omuşdur. Yanğın nəticəsində mağazada olan mallar tamamilə yanmış, heç bir hissəsini yanğından xilas edə bilməmişdir. Belə ki, ona ümumilikdə cəmi 120,000- 130,000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində danışılanlardan yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər müxtəlif təyinatlı mağazalara keçmişdir. O, öz ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Sədərək Firması tərəfindən zərərçəkmiş şəxslərin istifadəsində olan mağazalaın bərpa olunmasında köməklik göstərilmiş və onlara dəymiş zərər nəzərə alınaraq aylıq ödənişlərlə bağlı təxminən bir il ərzində möhlət verilmişdir. İfadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 44 nömrəli mağazada qab-qacaq, stəkan və.s məişət avadanlıqlarının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İcarə müqaviləsi əsasında işlədiyi mağazada Çin və Türkiyə istehsalı olan mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 15 radələrində o, mağazadan getmiş, lakin onun mağazasına bitişik olan 46 nömrəli mağazanı istifadə edən Şəmsəddin adlı şəxs mağazada qamışdır. Axşam saatlarında internetdən Zərərçəkmiş şəxs23 ticarət mərkəzində yanğın baş verdiyini öyrənmiş, sonra bazarda işləyən tanışlara zəng edərək yanğının 15-16-cı sıralarda baş verdiyini bilmişdir. Növbəti gün bazara gəldikdə yanğının 2-ci korpus 16-cı sırada başladığını və yaxınlıqda olan digər mağazalara, həmçinin 15-ci sırada yerləşən istifadəsində olan 44 nömrəli mağazaya keçməsi barədə məlumat almışdır. Mağazaya yaxınlaşdıqda oranın və mağazada olan malların tamamilə yanaraq məhv olduğunu görmüş, nəticədə ona ümumilikdə 70000 manat maddi ziyan dəymişdir Zərərçəkmiş şəxs23 ticarət mərkəzində danışılan söhbətlərdən yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş vermişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara yayılmışdır. O, öz ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, yanğın nəticəsində zərərçəkmiş şəxslərin istifadəsində olan mağazaların təmir edilməsində Sədərək Firması tərəfindən köməklik göstərilmiş, həmçinin aylıq icarə ödənişləri ilə bağlı təxminən bir il müddətinə möhlət verilmişdir. İfadəsində son olaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını, lakin ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən hazırkı vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırasında yerləşən 58,60 nömrəli mağazada çılçıraq mallarının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İcarə müqaviləsi əsasında istifadə etdiyi mağazada Çin və Türkiyə istehsalı mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində olmuş, saat 19 radələrində qonşu dükanda sahibkarlıq fəaliyyəti məşğul olan tanışı ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpusunda, 16-cı sırada yerləşən mağazaların birində yanğın baş verdiyini, alovun 16-cı sırada yerləşən mağazalara və 15-cı sırada yerləşən digər mağazalara keçdiyini bildirmişdir. O, 1 gün sonra Zərərçəkmiş şəxs23 ticarət mərkəzinə gəlmiş, mağazasına yaxınlaşdıqda oranın həqiqətən yanğının təsirinə məruz qaldığını, içəridə olan malların tamamilə yararsız vəziyyətə düşdüyünü görmüşdür. Yanğın nəticəsində özünün hesablamasına görə ona ümumilikdə 170000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində gedən söz-söhbətdən onlarla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın onun mağazasından başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə yaxınlıqda olan digər mağazalara yayılmışdır. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən ticarətlə məşğul olduğu sıra 15, 2-ci korpus, 58,60 nömrəli mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 91114,00 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 91114,00 manat maddi ziyan dəymişdir. O, məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən hazırki vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 44,46 nömrəli mağazada şüşə qabların satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin mağazada olan mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 20 radələrində tanışları ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzində 15-16 cı sırada yanğın baş verdiyini bildirmişlər. Növbəti gün bazara gəldikdə istifadəsində olan mağazaya yaxınlaşmış, mağazanın içərisində olan əşyalarla birlikdə yanğının təsirinə məruz qaldığını görmüşdür. Hadisə nəticəsində onun hesablamasına görə 25.000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində danışılanlardan yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Yanğın sonuncunun istifadəsində olan mağazadan başlayaraq əvvəlcə qonşuluqda yerləşən, sonra isə digər mağazalara keçmişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən ticarətlə məşğul olduğu sıra 15, 2-ci korpus, 44,46 nömrəli mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 9573,00 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 9573,00 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən hazırki vaxtadək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 2-ci korpus, 15-ci sırada yerləşən 44, 46 nömrəli mağazada çilçıraq mallarının satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 44 nömrəli mağaza onun özünə məxsus olsa da 46 nömrəli mağazanı icarə müqaviləsi əsasında istifadə edir. Mağazada satılan Çin istehsalı mallar sığortalanmamışdır. O, 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində mağazadan getmişdir. Tanışları ona zəng edərək Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin 15-16 cı sıralarında yanğın baş verdiyini bildirmişlər. Növbəti gün o, bazara gəlmiş, istifadəsində olan mağazanın yanğının təsirinə məruz qaldığını, Hadisə vaxtı mağazada olan mallarn tamamilə yanması nəticəsində onun hesablaması ilə 20000 manat maddi ziyan dəydiyini ehtimal etsə də məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyi ilə ona məxsus mağazada məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 28580,00 manat müəyyən edilmişdir. O, yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində “fəaliyyət göstərən Təqsirləndirilən şəxs istifadəsində olan 57,59 nömrəli mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini ticarət bazarında gedən söz-söhbət nəticəsində eşitmişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1679 saylı rəyində göstərilən mağazasında məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiymətinin 2023-cü ilin yanvar ayına 28580,00 manat müəyyən edilməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar ona 28580,00 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 öz ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin, 3-cü zona, Şirniyyat adlanan ərazisinin 16-ci sırasının 2-ci korpusunda yerləşən 63,65 və 67 nömrəli mağazalarında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin mağazada o, mətbəx əşyaları və xırdavat mallarının satışı ilə məşğul olur. Mağazada satılan mallar Çin və İran istehsalı olmuş, lakin sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində o, mağazanı bağalayaraq çıxıb evinə getmişdir. Həmin gün təxminən saat 19 radələrində yaşdığı evdə olarkən bazarda işləyən tanışları ona zəng edərək bazarın 16-cı sırasında yanğın başladığını bildirmişlər. O da dərhal bazara qayıtmış, hər tərəfin tüstüyə büründüyünü görmüş, yanğın güclü olduğu üçün mağazasına keçə bilməmişdir. Yanğın söndürülənə qədər ticarət mərkəzində gözləmişdir. xx.xx.2023-cü il tarixdə bazara gəldikdə mağazalarının və orada olan əşyaların tamamilə məhv olduğunu görmüşdür. Yanğın nəticəsində ona ümumilikdə 284179,6 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs23 ticarət mərkəzində danışılanlardan yanğın hadisəsinin Təqsirləndirilən şəxs istifadəsində olan 57 və 59 nömrəli mağazanı qəsdən yandırması barədə xəbərlər eşitmişdir. O, məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayından Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin, 3-cü zona, Şirniyyat adlanan ərazisinin 16-ci sırasının 2-ci korpusunda yerləşən 53, 55, 15-ci sıranın 54-cü mağazalarını Sədərək TM-nin rəhbərliyindən icarəyə götürüb qab-qacaq satışı ilə məşğul olur. Mağazada satılan Çin və Türkiyə istehsalı olan mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə təxminən saat 18:40 radələrində yaşadığı evdə olarkən bazarda işləyən tanışları ona zəng edərək bazarın 16-cı sırasında yanğın başladığını bildirmişlər. O, dərhal bazara qayıtmış, hər tərəfin tüstüyə büründüyünü görmüşdür. Lakin, yanğın güclü olduğundan mağazasına yaxın gedə bilməmişdir. Yanğın söndürülənə qədər ticarət mərkəzində gözləmişdir. xx.xx.2023-cü il tarixdə bazara gəldikdə istifadəsində olan mağazaların əşyalarla birlikdə yanğının təsirinə məruz qaldığını görmüşdür. Yanğın nəticəsində mağazada olan malları tamamilə yandığından ona təxminən 80.000 manat dəyərində zərər dəymişdir. O, yanğın hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini Zərərçəkmiş şəxs23 ticarət mərkəzində eşitmişdir. O, məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs22 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs22 göstərmişdir ki, o, bir neçə ildir ki, Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin, 3-cü zona, Şirniyyat adlanan ərazisinin sıra 15 B, 2-ci korpusunda yerləşən 168 saylı mağazasını Sədərək TM-nin rəhbərliyindən icarəyə götürmüş, həmin mağazada qab-qacaq və termos satışı ilə məşğul olmuşdur. Mağazada satılan Çin istehsalı mallar sığortalanmamışdır. 08 yanvar 2023-cü il tarixdə səhər saat 09 radələrində mağazaya gəlmiş və həmin gün təxminən saat 18 radələrində mağazanı bağalayaraq evinə getmişdir. Həmin gün təxminən saat 19 radələrində yaşdığı evdə olarkən bazarda işləyən tanışları ona zəng edərək bazarın 16-cı sırasında yanğın başlandığını bildirmişlər. O da dərhal bazara qayıtmış, hər tərəfin tüstüyə büründüyünü görmüşdür. Lakin, yanğın güclü olduğundan mağazasına yaxınlaşa bilməmişdir. Yanğın söndürülənə qədər ticarət mərkəzində gözləmişdir. xx.xx.2023-cü il tarixdə bazara gəldikdə istifadəsində olan mağazanın mallarla birlikdə tamamilə yağına məruz qaldığını görmüşdür. Yanğın hadisəsi nəticəsində ona 81523 manat dəyərində zərər dəymişdir. Ticarət mərkəzində gedən söz-söhbətdən yanğın hadisəsinin onlarla eyni ticarət mərkəzində ticarətlə məşğul olan Əfqan adlı şəxsin istifadəsində olan mağazanı qəsdən yandırması nəticəsində baş verdiyini öyrənmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə öz ifadəsində göstərmişdir ki, o, 2011-ci il tarixdən X15 şöbəsinin rəisi vəzifəsində işləyir. Sədərək Firmasına məxsus olan Sədərək TM-i Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir. xx.xx.2023-cü il tarixdə Sədərək ticarət mərkəzinin üçüncü ərazisində, “Şirniyyat” adlanan sahənin 15 və 16-cı sıralarında yanğın hadisəsi baş vermişdir. Müəyyən olunmuşdur ki, baş vermiş yanğın hadisəsini Sədərək ticarət mərkəzinin 16-cı sıra, 2-ci korpus 57-59 nömrəli mağazada ticarətlə məşğul olan Təqsirləndirilən şəxs törətmişdir. O, bildirir ki, Sədərək TM-nin 15 və 16 sıralarında ümumilikdə 1144 kv metr ərazidə yerləşən mağazalar yanmışdır. Həmin sırada yerləşən bir neçə mağazada yanğın olmasa da, yanğın zamanı yaranmış tüstünün təsirindən, eləcə də, yanğının söndürülməsində istifadə olunan suyun təsirindən həmin mağaza sahiblərinin mallarının bir hissəsi yararsız vəziyyətə düşdüyündən onlara da maddi ziyan dəymişdir. Beləliklə, Sədərək TM-nin üçüncü ərazisində, “Şirniyyat” adlanan sahənin 15-ci sırasının 2-ci korpusunda yerləşən 36 kv metr ölçüdə 68 nömrəli, 36 kv metr ölçüdə 66 nömrəli, 36 kv metr ölçüdə 64 nömrəli, 48 kv metr ölçüdə 62 nömrəli, 72 kv metr ölçüdə 58-60 nömrəli, 36 kv metr ölçüdə 56 nömrəli, 120 kv metr ölçüdə 50-52 nömrəli, 36 kv metr ölçüdə 48 nömrəli, 84 kv metr ölçüdə 44-46 nömrəli mağazalar, Sədərək TM-nin üçüncü ərazisində, “Şirniyyat” adlanan sahənin 16-ci sırasının 2-ci korpusunda 36 kv metr ölçüdə 45 nömrəli, 36 kv metr ölçüdə 47 nömrəli, 60 kv metr ölçüdə 49 nömrəli, 60 kv metr ölçüdə 51 nömrəli, 72 kv metr ölçüdə 53-55 nömrəli, 36 kv metr ölçüdə 54 nömrəli, 72 kv metr ölçüdə 57-59 nömrəli, 48 kv metr ölçüdə 61 nömrəli, 100 kv metr ölçüdə 63-65-67 nömrəli mağzalar, Sədərək TM-nin üçüncü ərazisində, “Şirniyyat” adlanan sahənin 15B sırasının 2-ci korpusunda yerləşən 15 kv metr ölçüdə 168 nömrəli, 30 kv metr ölçüdə 170 nömrəli, 30 kv metr ölçüdə 172-174 nömrəli, 30 kv metr ölçüdə 176 nömrəli, 15 kv metr ölçüdə 178 nömrəli mağazalar tamamilə yanmış və içərisindəki mallar da məhv olmuşdur. Yanaraq məhv olmuş mağazalar yenidən tikilmişdir. Beləliklə, ümumilikdə 1144 kv. metr ölçüdə mağazaların sıfırdan olaraq inşa edilməsi üçün 798670,10 manat sərf edilməsi barədə smeta hazırlanmış, yəni baş vermiş yanğın ilə bağlı Sədərək Firmasına 798670,10 manat ziyan dəymişdir. Sədərək TM-nin üçüncü ərazisində, “Şirniyyat” adlanan sahənin 15 və 16cı sıralarında yerləşən mağazalar bağlandıqdan sonra içərisində olan malların sayına firma cavabdeh deyil, lakin mağazaların çöl tərəfdən mühafizəsi 24 saat ərzində video kamera ilə nəzarətdə olur, X16 Mühafizə MMC-nin mühafiəçiləri tərəfindən qorunur. Yanğın təhlükəsizliyi Azərbaycan Respublikasının Yanğından Mühafizə haqqında Qanunun tələblərinə müvafiq olaraq FHN-nin müəyyən etdiyi qaydada çəkilmiş yüksək təzyiqli su xətləri və hər mağazada yerləşdirilmiş yanğın söndürmə balonları vasitəsilə, eyni zamanda Sədərək Firmasının nəzdində fəaliyyət göstərən yanğınsöndürmə dəstəsi tərəfindən təmin edilir. Yanğın hadisəsi yanvar ayında baş verdiyindən havanın şaxtalı olması səbəbindən həmin vaxt ticarət mərkəzinin xüsusi anbarında yanğın söndürülməsi məqsədilə saxlanılan su boşaldılmışdır. O, məhkəmə tikinti ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1613 saylı rəyində göstərilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək firmasına məxsus Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin üçünücü ərazisində “Şirniyyat” adlanan sahənin 15-16-cı sırlarında tikinti işləri üzrə dəymiş maddi ziyanın 168763.00 manata təşkil etməsi ilə razıdır. Belə olan halda baş vermiş yanğın ilə əlaqədar Sədərək Firmasına tikinti üzrə 168763.00 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq Sədərək Firmasına dəymiş ziyanın ödənilməsini tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bəhlul oğlu öz ifadəsində göstərmişdir ki, o, 2010-cu ilin iyun ayının 13-dən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində mühafizə xidmətində işə başlamışdır. 2018-ci il may ayının 1-dən isə ticarət mərkəzinin Təmizlik İdarəsinin 3-cü ərazisi üzrə növbə rəisi vəzifəsində işləyir. Növbə rəisi olduğu 3-cü ərazi daha çox şirniyyat bazarı kimi tanınır. Növbə rəsi olaraq işi günün sonunda ticarət mərkəzinin ərazisinin təmizlənməsi işlərinə nəzarət etməkdən ibarətdir. Həmin təmizlik işlərinin aparılmasında ona 25 xadimə təhkim olunub. Onun iş saatı 15 radələrindən etibarən başlayır. O, xx.xx.2023-cü il saat 16 radələrində xadimələrə nəzarət etmək üçün əraziyə çıxmış və sıraları gəzərək yoxlama işlərinə başlamışdır. Saat 18 radələrində 16 sıranın, “Səma” kafesinə tərəf olan çıxışına yaxınlaşdıqda, həmin sırada təmizlik işlərini aparan Şahid2 ilə rastlaşmış, sonuncu ona topladığı karton tullantılarını atıb geri qayıtdığını bildirmişdir. Həmin vaxt Şahid2 ona yanğın nəticəsində yaranan qoxu his etdiyini bildirdikdə, o da eyni qoxunu hiss etmiş və qoxunun yayıldığı tərəfə doğru hərəkət etməyə başlamışdır. 16-cı sırada olan cehizlik (tekstil) malları satışının həyata keçirildiyi mağazaya yaxınlaşdıqda yanğın nəticəsində yaranan qoxunun həmin mağazadan ətrafa yayıldığını, mağazaya yaxınlaşıb qapının şüşə hissəsindən içəriyə baxdıqda mağazanın içəri hissəsinin tüstüyə büründüyünü, mağazanın mərkəzinə yaxın hissədə döşəmə üzərində yorğan və yastıqların yandığını görmüşdür. O, yanğını söndürmək üçün mağazanın qapısının şüşəsini təpiklə vuraraq sındırmaq istəmiş, lakin şüşə sınmadan mağazanın qapısı cəftə hissəsindən qoparaq içəri aşmışdır. O, dərhal mağazanın yaxınlığında ticarət mərkəzində yanğın hadisələrinin söndürülməsi məqsədilə nəzərdə tutulmuş su şlanqı vasitəsilə yanğını söndürməyə çalışmışdır. Lakin, mağazanı bürümüş tüstünün çox olması səbəbindən orada dayanmaq mümkün olmamış, o, çölə çıxaraq kömək çağırmışdır. Qısa zaman ərzində ticarət mərkəzinin yanğınsöndürənləri, daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gələrək yanğını söndürməyə başlamışlar, bir müddət sonra yanğını söndürmüşlər. O, yanğını 16-cı sıranın “Səma” kafesi tərəfindən olan girişindən daxil olduqda, həmin sırada olan cehizlik (tekstil) malları satışı mağazasında aşkar etmişdir. Həmin vaxt orada ondan və Şahid2 başqa heç kim olmamış və mağazanın qapısı bağlı olmuşdur. Həmin vaxt qonşu mağazalarda, eləcə də tüstülənmə baş vermiş mağazanın tavan hissəsində hər hansı bir yanğın olmamışdır. O, yanğının mağazanın mərkəzinə yaxın sahədə döşəmə üzərində olduğunu görmüşdür. Onun eşitdiyinə görə yanğın hadisəsi Təqsirləndirilən şəxs mağazasını qəsdən yandırması nəticəsində baş vermişdir. O, bildirir ki, yanğın nəticəsində yaranan qoxu hiss etdikdə 16-cı sırada yerləşən 57,59 saylı mağazaya yaxınlaşmış, mağazanın mərkəz hissəsində yanğın baş verdiyini görmüş, əvvəlcə təpik vurub mağazanın şüşə materialdan olan qapısını sındırmaq istəyəndə qapı içəri doğru aşmış, daha sonra isə yaxınlıqdakı yanğın kəmərini həmin mağazaya tərəf çəkib mağazaya su vurmağa başlamışdır. O, əvvəlcə mağazanın içəri hissəsinə su vurmuş, daha sonra mağazanın dam hissəsindən tüstü çıxdığını görmüş, yanğına həmin hissədən müdaxilə etmək məqsədilə əlində saxladığı şlanqı mağazanın dam hissəsinə yönləndirmişdir. Lakin, sonradan yanğın güclənmiş, yanğının qarşısını almaq mümkün olmamış, yanğın digər mağazalara keçmiş, bir müddət sonra yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür. O, yanğın hadisəsni görən kimi, dərhal sırada yanğın barədə qışqırmış, daha sonra Sədərək TM-nin rəhbərliyinə bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinin Təmizlik İdarəsinin 3-cü ərazisində xadimə işləyir. Xadimə işlədiyi 3-cü ərazi daha çox şirniyyat bazarı adı ilə tanınır, orada 21 sıra var və ona 16-cı sıranın təmizlik işlərinə baxmaq həvalə edilmişdir. Onun işi günün sonunda ticarət mərkəzi bağlandıqdan sonra başladığı üçün adətən saat 16-17 radələrində orada olur. O, xx.xx.2023-cü il tarixdə saat 17:30-da işə başlamışdır. Həmin gün o, tullantıların toplandığı yerə tullantıları apararkən 16-cı sırada olan “Səma” kafesi tərəfdən çıxışa doğru hərəkət etdikdə sol tərəfdə, sıranın sonuna yaxın olan cehizlik (tekstil) malların satışı mağazasının açıq olduğunu və mağazanın işıqlarının yandığını görmüşdür. Həmin vaxt mağazanın qarşısında orta boylu, kök bədən quruluşa malik, üzü seyrək tüklü, əynində gödəkçə, başında isə papaq olan 30- 35 yaşlarında kişi dayanmışdır. O, həmin şəxsin yanından keçərək tullantıların toplandığı yerə getmiş və oradan geri qayıdarkən 16-cı sıranın girişində növbə rəisi Şahid1 Bəhlul oğlu ilə rastlaşmışdır. Onunla salamlaşıb söhbətə başlayan zaman yanğın nəticəsində yaranan qoxu hiss etmişlər. Həmin qoxunun yayıldığı tərəfə hərəkət etmişlər. 16 sırada olan cehizlik (tekstil) mallarının satışının həyata keçirildiyi mağazanın tüstüyə büründüyünü aşkar etmişlər. Lakin, həmin vaxt mağaza bağlı olmuş, mağazanın qapısı şüşə materialdan olduğundan içəri baxdıqda mağazanın mərkəzinə yaxın hissədə döşəmə üzərində yorğan və yastıqların yandığını görmüşlər. Elməddin yanğını söndürmək üçün mağazanın şüşə materialdan olan qapısını təpiklə vuraraq sındırmaq istəmiş, lakin qapı cəftəsindən çıxaraq içəri aşmışdır. Daha sonra Şahid1 mağazadan az aralıda olan yanğın şlanqını çəkmiş, mağazaya doğru su vuraraq yanğını söndürməyə başlamışdır. O, isə dərhal kömək çağırmaq üçün ucadan qışqırmışdır. Qısa zaman ərzində ticarət mərkəzinin yanğınsöndürənləri və bir qədər sonra Fövqəladə Hallar Nazirlinin yanğınsöndürənləri gələrək yanğını söndürmüşlər. Onlar yanğını 16-cı sıranın “Səma” kafesi tərəfindən olan girişindən daxil olduqda, həmin sırada olan cehizlik (tekstil) malları satışı mağazasında aşkar etmişlər. Həmin vaxt orada ondan və Şahid1 başqa heç kim olmamış, mağazanın qapısı bağlı olmuşdur. O, mağazanın şüşə materialdan olan qapısından içəri baxdıqda mağazanın orta hissəsində, yerdə yorğan və digər tekstil malların yandığını görmüşdür. Eşitdiyinə görə mağazanı Təqsirləndirilən şəxs özü qəsdən yandırmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, o, hadisə olan xx.xx.2023-cü il tarixdə işdə olmuş, yanğınla bağlı ona məlumat vermişlər və o, Sədərək ticarət mərkəzinə getmişdir. Yanğın zamanı nə ona nə də orada olan qardaşı Əfqan və digər şəxslərə yanğının bir o qədər də güclü olmamasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mağazalarına keçmələrinə icazə verməmişlər. Fövqəladə Hallar Nazirliyinin baş müstəntiqi Ramal Allahverdiyev böyük qardaşı X13 Abdullayevin şəxsiyyət vəsiqəsini istəmiş, onlar da sənədi apararkən növbəti gün birlikdə getmişlər. Təqsirləndirilən şəxs qardaşı N.S.Abdullayevlə birlikdə müstəntiqin xidməti otağına qalxmış, lakin sonuncu qardaşı N.S.Abdullayevin Təqsirləndirilən şəxslə bərabər onun yanında olması idarə rəisi tərəfindən nöqsan kimi qiymətləndiriləcəyini bildirərək N.S.Abdullayevi həmin otaqda çıxarmışdır. Təxminən 2-3 saat keçəndən sonra müstəntiq təkrar N.S.Abdullayevi öz xidməti otağına çağırdıqda Təqsirləndirilən şəxs halının yaxşı olmadığını görmüş və sonuncu ona müstəntiq və onun xidməti otağında olan tanımadığı bir neçə şəxsin təzyiqlərinə məruz qalaraq ilkin izahatının dəyişdirildiyini demişdir. Təqsirləndirilən şəxs nazirliyə çağırıldığı gün dəfələrlə ayrı-ayrılıqda zəng etməklərinə baxmayaraq, müstəntiq onların zənglərini cavablandırmamışdır. Sonra isə Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-nə aparılmış, onlar ora getdiklərində sonuncunun vəziyyətinin yaxşı olmadığını görmüşlər. Əlavə olaraq, ona ünvanlanmış sualları cavablandırarkən əvvəllər də Sədərək ticarət bazarında yanğın hadisələrinin baş verdiyini qeyd etmişdir. Həmçinin, o, Təqsirləndirilən şəxs onunla eyni evdə yaşadığını, onun heç kimə borclu olmadığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla yaxın qohumluq münasibətləri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmişdir. Onların mallarında qalıq olmadığını, qalmış malların başqaları ilə əvəz edilməsinin və ya geri qaytarılmasının, satılmadığı halda digərləri ilə əvəz edilməsinin mümkün olduğunu qeyd etmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqəsində olan diskdən və xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, 01 vǝ 02 adlı iki video fayl vardır. Diskdə olan 01 adlı video faylda olan görüntülər 1 dəqiqə 6 saniyə, 02 adlı video faylda olan video görüntü isə 1 dəqiqə 33 saniyədir. Video görüntüyə əsasən müəyyən edilir ki, hər iki görüntü müşahidə kamerasının monitorundan video çəkiliş edilərək qeydə alınmışdır. Video görüntünü qeydə alan bir qadın və bir kişinin səslərinə əsasən müəyyən edilir ki, görüntülər xx.xx.2023-cü il tarixdə Sədərək Ticarət Mərkəzinin 16-cı sırasında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınıb. 01 adlı video faylda olan görüntü əynində gödəkçə və şalvar olan orta boylu, kök, yəni dolu bədən quruluşa malik cinsi kişi olan bir nəfər şəxsin mağaza qarşısında sağ əlində telefonu qulağına tutaraq danışması ilə başlayır. Daha sonra həmin şəxs telefonu aşağı salır, ardınca sol əlində olan siqareti bir dəfə çəkərək yerə atır və sol ayağı ilə həmin yerin üzərinə basır. Bundan sonra həmin şəxs qarşısında durduğu mağazaya lövhəyə bənzər bir əşyanı salaraq içəri daxil olur. Həmin şəxs mağazaya daxil olduqdan az sonra mağazanın işıqları sönür, həmin şəxs mağazadan çıxaraq qapısını bağlayır, yerdə olan ağ rəngli bağlamanı götürərək əks tərəfə doğru hərəkət edir və müşahidə kamerasının görüntüsündən itir. Video gürüntünü qeydə alan şəxslərin səs yazısına əsasən müəyyən edilir ki, həmin şəxs xx.xx.2023-cü il tarixdə saat 18:12-də mağazaya mallarını yığır və saat 18:15-də isə mağazadan çıxaraq qapını bağlayıb gedir. Saat 18:18-də isə biri qadın, digəri isə kişi olan iki nəfər şəxs mağazada yanğın olmasını aşkar edir. 02 adlı video faylda olan görüntüyə əsasən isə müəyyən edilir ki, həmin şəxs mağazanın qapısını bağlayıb getdikdən sonra yanğını aşkar edən şəxslərdən biri mağazanın şüşə qapısını sındırır və sındırılmış qapı hissədən mağazanın içərisindən ticarət mərkəzinin ümumi istifadədə olan hissəsinə doğru tüstü yayılır. Süşə qapını sındırdıqdan sonra həmin şəxs yanğını söndürməyə cəhd edir, lakin, həmin vaxt qeydə alınmış video görüntü başa çatır. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X14 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs21 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 88-ci vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 106-cı vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 140-cı vərəqəsində olan 10 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:00-da tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 142-ci vərəqəsində olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 161-ci vərəqəsində olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 172-ci vərəqəsində olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 11-12-ci vərəqələrində olan 12 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 38-40-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 41-ci vərəqəsində olan 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 53-cü vərəqəsində olan 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 71-ci vərəqəsində olan 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 84-cü vərəqəsində olan 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 99-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video faylda olan görüntü 25 saniyədir. Video görüntüyə əsasən müəyyən edilir ki, görüntü mobil telefon vasitəsilə çəkilərək qeydə alınmışdır. Video görüntünü qeydə alan bir qadın və bir kişinin səslərinə əsasən müəyyən edilir ki, 08 yanvar 2023-cü il tarixdə yanğın hadisəsinin baş verdiyi vaxtda həmin yanğınsöndürənlərə məlumat verilir və həmin vaxtda Təqsirləndirilən şəxs şəxslər tərəfindən hadisə barədə istifadəsində olan 57/59 nömrəli dükandan tüstü çıxır. Həmin vaxt tüstü yalnız qeyd olunan dükandan çıxır, digər sahə və dükanlarda yanğın və tüstülənmə yoxdur. Cinayət işinin 2-ci cildinin 105-ci vərəqəsində olan 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 115-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Bəhlul oğluna və Şahid2 "Sədərək" ticarət mərkəzi tərəfindən cinayət işinin istintaq materiallarına əlavə edilməsi üçün təqdim edilmiş CD diskdə olan 1 dəqiqə 06 saniyyədən ibarət video görüntünü təqdim edilmiş, Şahid2 həmin video görüntüyə baxdıqdan sonra bildirmişdir ki, video görüntü 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində "Sədərək" ticarət mərkəzində baş vermiş yanğın zamanı 16-cı sırada quraşdırılmış müşahidə kamerası ilə çəkilmişdir. Video görüntüdə dükanı bağlayıb gedən, əynində gödəkçə və şalvar, başında papaq olan, orta boylu, kök, yəni dolu bədən quruluşa malik olan şəxs "Sədərək" ticarət mərkəzində "Şirniyyat” adlanan sahənin 16-cı sırasında yerləşən 57,59 nömrəli dükanda ticarətlə məşğul olan Təqsirləndirilən şəxsdur, qaçan qadın özüdür, təpiklə dükanın şüşəsini qıraraq yanğını söndürməyə çalışan şəxs Şahid1 Bəhlul oğludur və ilkin olaraq tüstünün çıxdığı, sonradan isə yanğının başladığı dükan Təqsirləndirilən şəxs istifadəsində olmuş 57,59 nömrəli dükandır. Şahid1 da video görüntüyə baxdıqdan sonra bildirdi ki, video görüntü 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində "Sədərək" ticarət mərkəzində baş vermiş yanğın zamanı 16-cı sırada olan müşahidə kamerası ilə çəkilmişdir. Həmin video görüntüdə dükanı bağlayıb gedən, əynində gökdəkçə və şalvar, başında papaq olan, orta boylu, kök, yəni dolu bədən quruluşa malik olan şəxs "Sədərək" ticarət mərkəzində "Şirniyyat" adlanan sahənin 16-cı sırasında yerləşən 57,59 nömrəli dükanda ticarətlə məşğul olan Təqsirləndirilən şəxsdur, qaçan xanım Şahid2dır, təpiklə dükanın şüşəsini qıraraq yanğını söndürməyə çalışan şəxs özüdür və videoda ilkin olaraq tüstünün çıxdığı, sonradan isə yanğının başladığı dükan Təqsirləndirilən şəxs istifadəsində olmuş 57,59 nömrəli dükandır. Cinayət işinin 2-ci cildinin 116-cı vərəqəsində olan 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 127-ci vərəqəsində olan 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 137-ci vərəqəsində olan 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 149-cu vərəqəsində olan 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 159-cu vərəqəsində olan 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs19 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 172-ci vərəqəsində olan 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 182-ci vərəqəsində olan 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 192-ci vərəqəsində olan 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 247-249-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/48 nömrəli rəyində göstərilmişdir ki: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin “Şirniyyat” adlanan ərazinin 2-ci korpusunda yerləşən mağazalarda yaranmış yanğın izlərinin nizbi xarakterinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi 57-59 nömrəli mağazanın daxilində döşəmə səviyyəsində olmuş və yanğın yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində inkişaf edərək digər mağazalara genişlənmişdir. İş materiallarında olan məlumatları, nümunə olaraq götürülüb təqdim edilmiş elektrik naqillərinin tədqiqatı zamanı üzərlərində qəza /qısa qapanma və s./ hallarına xarakterik əlamətlərin aşkar edilmədiyini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu və avadanlıqların qalıqlarının aşkar olunmadığını nəzərə aldıqda, yanğın kənardan düşmüş alışdırma mənbəyinin təsirindən baş vermişdir. Yanğın kənardan düşmüş alışdırma mənbəyinin təsirindən baş verdiyindən üçüncü sualı üzrə tədqiqat aparılmadı. Cinayət işinin 2-ci cildinin 246-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 105 (yüz beş) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 2-3-cü vərəqələrində olan 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs20 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 3-cü cildinin 114-115-ci vərəqələrində olan 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs18 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 3-cü cildinin 126-127-ci vərəqələrində olan 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Sədərək Firması ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs, Nümayəndə isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 3-cü cildinin 139-cu vərəqəsində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 3-cü cildinin 141-142-ci vərəqələrində olan 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs22 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 3-cü cildinin 207-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, 01 ədəd diskdə olan 25 saniyədən ibarət video görüntünü təqdim edilmiş, Şahid1 təqdim edilən video görüntüyə baxdıqdan sonra həmin video görüntü 08 yanvar 2023-cü il tarixdə saat 18 radələrində "Sədərək" ticarət mərkəzinin 3-cü zona, 2-ci korpus, 16-c1 sırasında baş vermiş yanğının video görüntüsü olduğunu, həmin videogörüntünün vətəndaşlar tərəfindən çəkildiyini, video görüntüdə su kəməri ilə mağazaya su vuran şəxsin özü olduğunu bildirmişdir. Cinayət işinin 3-cü cildinin 222-223-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay uzadılmışdır. Cinayət işinin 3-cü cildinin 224-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan, iş materiallarında olan və məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında tədqiq edilmiş DVD diskdə olan səs yazısından müəyyən edilir ki, həmin diskə 03 dəqiqə 53 saniyəlik səs yazısı qeydə alınmışdır. Həmin səs yazısında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi X5 Əfqan Səməd oğlu ilə baş vermiş yanğın barədə sorğu-sual edir. Müstəntiq R.Allahverdiyev Təqsirləndirilən şəxs hadisə barədə qısa məlumat verməsini, törədilmiş hadisə ilə bağlı nə düşünüb nə fikirləşməsini soruşur. Təqsirləndirilən şəxs bildirir ki, çoxlu borcum olduğuna görə sıxılırdım, hər gün fikirli olurdum, gecə saat 2 də 3-də. Daha sonra Ramal Allahverdiyev Təqsirləndirilən şəxs suallar ünvanlayır: birdən birə ağlına gəldi? salfeti almışdın? yoxsa. Təqsirləndirilən şəxs deyir ki, birdən birə ağlıma batdı, salfet dükanda idi, çox götür qoy etdim. Dedim ki, bu qədər borcu nə təhər qaytaracam, hamıya borcluyam. Neçə aydır iş yoxdur, işimiz təmiz dayanmışdı, gündə bir dənə mal satırdım. Ramal Allahverdiyev isə Təqsirləndirilən şəxs deyir ki, oraları bildim, necə yandırdın, necə söndürdün? Təqsirləndirilən şəxs də deyir ki, salfeti yandırdım, sonra sintepon yorğanı salfetin üzərinə qoydum, sonra nə qədər elədim ki, söndürəm, lakin söndürə bilmədim, qorxudan çıxdım. Ramal Allahverdiyev isə deyir ki, fikirləşdin ki, dükan yanar borclu olduğun şəxslər mənə güzəşt edərlər hə? Təqsirləndirilən şəxs də deyir ki, heç kimə, yanımdakı insalara istəməzdim ki, ziyan dǝysin, kim istəyər ki? Ramal Allahverdiyev isə ona deyir ki, ağlamaq lazım deyil, su iç özünə gəl, sən Təqsirləndirilən şəxssan da düzdümü? Təqsirləndirilən şəxs deyir ki, hə. Ramal Allahverdiyev isə deyir ki, bir dənə 1, iki dənə l? Təqsirləndirilən şəxs deyir ki, iki dənə. Ramal Allahverdiyev isə deyir ki, inşallah yaxşı olar. Cinayət işinin 3-cü cildinin 227-228-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1613 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək firmasına məxsus Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin üçüncü ərazisində “Şirniyyat” adlanan sahənin 15-16-cı sıralarında tikinti üzrə dəymiş maddi ziyan 168763.00 manat təşkil edir. Cinayət işinin 3-cü cildinin 226-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 234-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/252 nömrəli rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıqlar qismində təqdim edilmiş yanmış və yarı yanmış döşəmə hissələrinin üzərində tezalışan neft məhsullarınına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər yoxdur. Cinayət işinin 3-cü cildinin 233-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 6-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1679 nömrəli rəyində göstərilmişdir ki; ekspertiza tədqiqatına təqdim edilən məlumatlarda göstərilən məhv olmuş əşyaların zədələnməmişdən əvvəlki orta bazar qiyməti 2023-cü ilin yanvar ayına nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:

1. Zərərçəkmiş şəxs10 sıra 16, korpus 2, mağaza 51 – 75373,25 manat,

2. Zərərçəkmiş şəxs20 korpus 2, sıra 16 mağaza 63,65 ,67 - 284179,60 manat.

3. C. Bayramov sıra 16, korpus 2 mağaza 49 – 77546,00 manat,

4. Zərərçəkmiş şəxs9 sıra 16, korpus 2. mağaza 61 - 102758,00 manat,

5. Zərərçəkmiş şəxs15 sıra 15, korpus 2, mağaza 44-46 – 28580,00 manat,

6. Zərərçəkmiş şəxs4 sıra 15 B, korpus 2, mağaza 170 – 51020,00 manat,

7. Zərərçəkmiş şəxs18 sıra 15, mağaza 54, sıra 16 mağaza 53,55 – 82869,00 manat,

8. Zərərçəkmiş şəxs2 Sıra 15, korpus 2, mağaza 62 – 69860,00 manat,

9. Zərərçəkmiş şəxs19 sıra 15 korpus 2 mağaza 44 – 35264,00 manat,

10. Zərərçəkmiş şəxs16 2-ci korpus sıra 16. mağaza 45– 64930,00 manat,

11. Zərərçəkmiş şəxs12 sıra15-16, korpus 2, mağaza 178 – 39075,00 manat,

12. Zərərçəkmiş şəxs13 sıra 15, korpus 2. mağaza 68 – 49868,50 manat,

13. Zərərçəkmiş şəxs7 sıra 15. korpus 2, mağaza 50,52 – 201700,00 manat,

14. Zərərçəkmiş şəxs14 sıra 15, korpus 2, mağaza 56 – 52975,00 manat,

15. R. Həmidov sıra 15, korpus 2. mağaza 64. – 144117,40 manat,

16. R.Baxışzadə sıra 15B, korpus 2 mağaza 176 - 53050,00 manat,

17. Zərərçəkmiş şəxs6 sıra 16, mağaza 47 – 68587,00 manat,

18. Zərərçəkmiş şəxs6 sıra 16, magaza 48 korpus 2 – 87635,50 manat,

19. Zərərçəkmiş şəxs3 sıra 15. korpus 2, mağaza 44-46 - 9573,00 manat,

20. S.Qasımov sıra 15, korpus 2, mağaza 42 – 4250,00 manat,

21. Zərərçəkmiş şəxs22 sıra 15B, korpus 2, mağaza 168 – 81523,00 manat,

22. Zərərçəkmiş şəxs21 sıra 15-16, korpus 2, mağaza 172 - 15440,00 manat,

23. Zərərçəkmiş şəxs11 sıra 15, Mağaza 66 - 45529,00 manat,

24. Zülfüqarov Əhmədağa sıra 15, korpus 2, mağaza 40 – 1710,00 manat,

25. Zərərçəkmiş şəxs8 sıra 15, korpus 2, mağaza 58-60 - 91114,00 manat. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Məlumatlarda göstərilən bəzi mallar barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 4-cü cildinin 5-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 75-77-ci səhifələrində olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 xx.xx.2023-cü il tarixli 793 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissədə qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosianal vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları nəzərə alınmaqla, öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Cinayət işinin 4-cü cildinin 100-138-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X8 və X2 iş üzrə zərərçəkmiş şəxs statuslarına xitam verilmişdir. Cinayət işinin 4-cü cildinin 140-142-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi ifadələri özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi dindirilərkən hadisəni özünün törətdiyini qeyd etmişdir. Bundan əlavə məhkəmə iclasında Zərərçəkmiş şəxs23 ticarət mərkəzinin müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin görüntüdə, mağazanın qapısını 08 yanvar 2023-cü il tarixdə saat 18:15-də bağlayıb gedən şəxsin özü olduğunu, əlində olan torbada isə özünəməxsus əşyanı götürdüyünü etiraf etmişdir. Həmin görüntüdən görünür ki, Təqsirləndirilən şəxs mağazanın qapısını bağlayıb getdikdən 3 dəqiqə sonra yəni saat 18:18-də ticarət mərkəzinin əməkdaşdaşları, cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslər yanğın baş verdiyini müəyyən etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs yanğının haradan başlanması barədə hər-hansı fikrinin olub-olmamasına dair məhkəmə iclasında ünvanlanmış sualı cavablandırarkən onun istifadəsində olan və qonşu mağazanın orta hissəsinin dam örtüyü tərəfindən başlanması ilə bağlı səsləndirdiyi cavabla əlaqədar, məhkəmə qeyd edir ki, şahid qismində məhkəmə iclasında dindirilmiş hər iki şəxs ifadələrində təqsirləndirilən şəxsin istifadəsində olan mağazanın döşəmə hissəsində olan yorğan və digər tekstil əşyaların yandığını gördüklərini qeyd etmişlər. Bu səbəbdən məhkəmə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ehtimal edərək səsləndirdiyi cavabı baş vermiş hadisənin digər tərəfə istiqamətləndirməklə ona yönəlmiş şübhələrdən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadə ilə məhkəmə istintaqı dövründə verdiyi ifadələr arasında mövcud olan ziddiyyətlərin səbəbi barədə ünvanlanmış sualı cavablandırarkən ona ibtidai istintaq dövründə təzyiq olunduğunu bildirsə də, həmin təzyiqin məhz hansı formada və nələrdən ibarət olmasına dair hər hansı əsaslı fakt təqdim etməmişdir. İbtidai istintaq dövründə fiziki təzyiqə məruz qalmadığını və döyülmədiyini məhkəmə iclasında sərbəst şəkildə qeyd etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə bağlı məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1679 nömrəli ilə müəyyən edilmiş məbləğlər əsas götürülməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla törədilməsi və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olması zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, DVD disklərdəki məlumatlar və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs22 ilə barışmaqla həmin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 390 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. İş materiallarında olan 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 390 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar