Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-7/2025 03.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Naxçıvan MR-də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 1 azyaşlı uşağı olan), ali təhsilli, ekspeditor fəaliyyətilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şahbuz rayonu, Kolanı ərazi dairəsi, Kolanı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktorunun verdiyi etibarnamədən istifadə edərək cinayətdən xəbərsiz Şahid3 sifarişi əsasında Türkiyə Respublikasında fəaliyyət göstərən “X6 Sanayi ve Ticaret A.Ş” şirkətindən 46512 ədəd ‘’Oriflowers’’ markalı, 82224 ədəd “Rexcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantlar sifariş verərək həmin malları ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına “DAF” markalı, **-BR-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edib Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “İpək yolu” gömrük postunda 13 aprel 2023-cü il tarixli, İHR**********027 nömrəli invoys əsasında 19 aprel 2023-cü il tarixli, **********1884 nömrəli gömrük bəyannaməsi ilə qəsdən 108000 ədəd ‘’Oriflowers’’ markalı fərdi təyinatlı dezodorant kimi göstərməklə yük müşayiət sənədlərində və qeyd edilən bəyannamədə göstərilməmiş, 1 ədədinin faktiki bazar qiyməti 1,70 manat olmaqla, 139780,80 manat dəyərində 82224 ədəd “Rexcool’’ markalı və 1 ədədinin faktiki bazar qiyməti 1,80 manat olmaqla, 10886,40 manat dəyərində 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantlardan ibarət ümumilikdə xeyli miqdarda – 150667,20 manat dəyərində malların sənədlərdən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə düzgün bəyan edilməyib qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və 27 aprel 2023cü il tarixdə “İpək yolu” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd edilən fərdi təyinatlı dezodorantlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2022-ci ildən "xxxx" MMC-də etibarnamə əsasında şirkətin adına daxil olmuş yüklərin gömrük rəsmiləşdirilməsi ilə üzrə ekspeditor vəzifəsində işləyir. 2023-cü ildə tarixini xatırlamadığı vaxt Şahid3 ona sayını bildirmədən “Oriflovers”, “Recxcool’’ və “Rexolif” markalı dezodorant sifariş vermiş, o da bu sifarişi "xxxx" MMC-nin adından “Uzman Kozmetik Sanayi ve Ticaret A.Ş” şirkətinin nümayəndəsi Murada bildirmişdir. Yük müşayiət sənədlərində “Fresh room bambu ortam kokusu” yükünün adı dəqiq göstərilsə də, göndərilən dezodorantların adı marka olaraq dəqiq yazılmamış, sadəcə onun dezodorant olduğu qeyd edilib sayının 108000 ədəd olduğu göstərilmiş, buna görə də broker bəyannaməni tərtib etməmişdən əvvəl invoysda belə bir problem olduğunu dedikdə o, ixracatçı şirkətinin nümayəndəsi Murad adlı şəxslə əlaqə yaradaraq göndərilən dezodorantların markasını dəqiqləşdirərkən sonuncu göndərilən məhsulların “Oriflowers” markalı dezodorantlar olduğunu bildirmişdir. Onun sifariş etdiyi 3 fərqli markalı malların isə növbəti dəfə göndəriləcəyini bildirmişdir. O da bu səbəbdən bəyannaməni tərtib edən şəxsə göndərilən dezodorantların adını “Oriflowers” kimi qeyd etməsini söyləmişdir. Mal rəsmiləşdirildikdən sonra inspektor yükə yoxlama keçirəcəyini bildirmiş və həmin mala 27 aprel 2023-cü il tarixdə özünün də iştirakı ilə keçirilən yoxlama zamanı 2-ci mal mövqeyində bəyan edilmiş “Fresh room bambu ortam kokusu” markalı mala dair hər hansı nöqsan aşkar edilməmişdir. Lakin “Oriflowers’’ markalı fərdi təyinatlı dezodorantın sayının bəyannamədə göstəriləndən 61488 ədəd az, yəni faktiki olaraq 46512 ədəd təşkil etdiyi, həmçinin malların arasında bəyannamədə və invoysda ümumiyyətlə göstərilməyən 82224 ədəd “Recxcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi təyinatlı dezodorantların olduğu müəyyən edilmişdir. O, məhkəmə iclaslarında suallara cavab olaraq bildirmişdir ki, həmin malların fərqli adlarda olmasından məlumatı olmamış, həmçinin ekspertiza rəyi əsasında dezodrantlara müəyyən edilmiş qiymətlərlə razılaşmasa da rəydən şikayət etməmişdir. Təqsirləndirilən şəxs son olaraq mülki iddia məbləğinin yarısını, yəni 13250,0 manat hissəsini Dövlət Gömrük Komitəsinə ödəniş etdiyini, lakin bu ödənişin mülki iddia və ittihamı qəbul etməklə əlaqələndirilməməsini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən mülki iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış 82224 ədəd “Rexcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantların gömrük rəsmiləşdirilməsi üçün tələb olunan 26456.64 manatdan 13250 manat ödənildiyini nəzərə alaraq, mülki iddianın 13206,64 manat həcmində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postunda gömrük xidməti polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunun baş inspektoru vəzifəsində xidmət edir. Xidməti vəzifəsi buraxılışa verilən yüklərin fiziki olaraq yoxlanılmasından ibarətdir. "xxxx" MMC-nin adına Türkiyə Respublikasında fəaliyyət göstərən “Uzman Kozmetik Sanayi ve Ticaret A.Ş” şirkətidən daxil olmuş yük dair 19 aprel 2023-cü il tarixli, **********1884 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklərə tərəfindən 27 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs və iki hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş və “Oriflowers” markalı fərdi təyinatlı dezodorantların sayının bəyannamədə göstəriləndən 61488 ədəd az, yəni faktiki olaraq 46512 ədəd təşkil etdiyi, həmçinin malların arasında bəyannamədə və invoysda ümumiyyətlə göstərilməyən 82224 ədəd “Rexcool” markalı və 6048 ədəd “Rexolif” markalı fərdi dezodorantların olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016-cı ildən "xxxx" MMC-nin direktor vəzifəsində işləyir. MMC-də ekspeditor işləyən Təqsirləndirilən şəxs etibarnamə əsasında şirkəti Bakı Baş Gömrük İdarəsində təmsil etməklə daxil olmuş yüklərin, yük müşayiət sənədlərinin təhvil alınmasını, göndərilməsini və yüklərlə bağlı digər əməliyyatları, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma işlərini həyata keçirir. "xxxx" MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “Uzman Kozmetik Sanayi ve Ticaret A.Ş” şirkəti arasında olan müqaviləyə əsasən "xxxx" MMC-nin adına Türkiyə Respublikasından X1 idarə etdiyi “DAF” markalı, 99BR424 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, 99ZA692 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsində 13 aprel 2023-cü il tarixli, İHR**********027 nömrəli invoys və eyni tarixli CMR əsasında daxil olan yük Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda 19 aprel 2023-cü il tarixli, **********1884 nömrəli gömrük bəyannaməsi ilə 1-ci mal mövqeyində 1710 qutuda qablaşdırılmış, 1 ədədinin invoys dəyəri 0,3 ABŞ dolları olmaqla, cəmi invoys dəyəri 32400 ABŞ dolları təşkil edən 108000 ədəd “Oriflowers” markalı fərdi təyinatlı dezodorant, 2-ci mal mövqeyində isə 200 qutuda qablaşdırılmış 7200 ədəd “Fresh room” markalı otaq təravətləndirici kimi bəyan edilmiş və həmin mala 27 aprel 2023-cü il tarixdə keçirilən yoxlama zamanı 2-ci mal mövqeyində bəyan edilmiş “Fresh room bambu ortam kokusu” markalı mala dair hər hansı nöqsan aşkar edilməmiş, bununla yanaşı ‘’Oriflowers’’ markalı fərdi təyinatlı dezodorantın sayının bəyannamədə göstəriləndən 61488 ədəd az, yəni faktiki olaraq 46512 ədəd təşkil etdiyi, həmçinin malların arasında bəyannamədə və invoysda ümumiyyətlə göstərilməyən 82224 ədəd “Recxcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi təyinatlı dezodorantların olduğu müəyyən edilmişdir. Sonuncu sifariş Şahid3 tərəfindən Təqsirləndirilən şəxs verilmiş, sifarişlə bağlı danışıqlar onların özlərinin arasında aparılmış, bu sifarişin qəbul edilib ixracatçıya çatdırılmasında, eləcə də yükün Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsinin aparılmasında hər hansı formada iştirak etməmişdir. O, mallarda uyğunsuzluq olduğunu da sonradan öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “İpək Yolu” gömrük terminalında olduğu zaman gömrük əməkdaşı yaxınlaşaraq 99BR424/99ZA692 nömrə nişanlı yük avtomaşınında olan yüklərə gömrük baxışı həyata keçirəcəyini bildirmiş və onun hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o da razılaşmışdır. Həmin vaxt orada ondan başqa digər bir hal şahidi və yükü idxal edən şirkətin tanımadığı nümayəndəsi də iştirak etmişdir. Gömrük əməkdaşı yük avtomaşınına vizual baxış keçirmiş, iştirakları ilə gömrük təminatını çıxararaq yük avtomaşınını açmış yük avtomaşınından mallar boşaldıqdan sonra həmin malları yoxlamağa başlamışdır. Qeyd edilən mallara baxış keçirilərkən mal sahibinin nümayəndəsi də iştirak etmişlər. Həmin dezodorantlar sayılanda 82224 ədəd “Recxcool”, 46512 ədəd “Oriflowers” və 6048 ədəd “Rexolif” nişanlı fərdi təyinatlı dezodorant aşkar edilmiş, protokol tərtib edilmiş, həmin nəqliyyat vasitəsində aşkar edilən mallar siyahıya alınaraq protokolda qeyd edilmiş, həmin protokola imza etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəyə əsasən malların orta bazar dəyəri 225086,40 manat hesablanaraq təqdim edilmişdir. Həmin orta bazar qiymətini gömrük dəyərinə çevirmək üçün ilk olaraq 225086,40 manat məbləği18% əlavə dəyər vergisinə bölünür və əlavə dəyər vergisi müəyyən edilir, alınan rəqəmdən 20% rentabellik çıxılır. Nazirlər Kabinetinin qərarına əsasən fiziki şəxsin rentabelliyini hesablamaq birbaşa mümkün olmadıqda 20 % rentabelliklə hesablanır. Ödənilmiş gömrük bəyənnaməsində də göstərilir ki, 400 manat və 10 manat yığımlar çıxılmış, həmçinin xidmət haqqı olaraq 60 manat və 10.80 manat, ümumilikdə 70.80 manat çıxılıb və 158478,52 manat məbləğ qalmışdır. 158478,52 manatdan 15% idxal rüsumu çıxılmış və ümumi 1-ci malın gömrük dəyəri 137807,40 manat olmuşdur. 1-ci malın gömrük dəyəri bəyənnamədə 64260 manat göstərilmişdir. Ona görə də 137807,40 manatdan 64260 manat çıxılmış və 73548 manat əlavə gömrük dəyəri yaranmışdır. 73548 manat əlavə gömrük dəyərindən 15 faiz idxal rüsumu tutularaq 11032,2 manat müəyyən edilmiş, ümumi ödəniləcək əlavə dəyər vergisi gömrük dəyəri+15 faiz idxal rüsumundan 18 % əlavə dəyər vergisi tutulmuş və 15224,44 manat olmuşdur. (əlavə dəyər vergisi) ümumilikdə idxal və əlavə dəyər vergiləri, Nazirlər Kabinetinin 118 nömrəli qərarına uyğun olaraq gömrük dəyəri 50000-100000 manat arası olanda əlavə 200 manat gömrük yığımı əlavə olunur və 26456,64 manat əlavə ödəniləcək məbləğ yaranır. Yuxarıda qeyd olunmuş əsaslarla mülki iddianın məbləği 11032,2+15224,44 manat=26256,64+200= 26456,64 manat müəyyən edilmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, qardaşı Mübariz Rəsulovla birlikdə fiziki şəxs qismində fərdi sahibkar kimi “Sədərək Ticarət Mərkəzi”ndə 4-cü sırada, 199 nömrəli mağazada kosmetik vasitələrin topdan və pərakəndə satışı ilə məşğuldur. Fərdi sahibkar kimi VÖEN qardaşının adına qeydiyyatdadır, hazırda VÖEN-i xatırlamır. 2023-cü ilin təxminən martaprel aylarında dəqiq xatırlamadığı tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən "xxxx" MMC-nin əməkdaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib satış üçün “Recxcool’’ və ‘’Rexolif” markalı fərdi təyinatlı dezodorantların lazım olduğunu, mal nə qədər çox olsa o qədər yaxşı olacağını, həmin malların yaxşı, çoxsaylı və tez bir zamanda satıldığını söyləmiş, ona dəqiq say bildirməmişdir. Bundan bir müddət sonra yenidən Əsədlə danışaraq sifariş verdiyi malları hansı səbəbdən gətirmədiyini soruşmuş, o isə bir neçə günə malları gətirib verəcəyini söyləmişdir. Sonrakı günlərdə aralarında bu məzmunda bir neçə danışıq olmuş, hər danışıqda o, müxtəlif bəhanələrlə malı bir neçə günə çatdıracağını demiş, sonradan "xxxx" MMC tərəfindən idxal olunmuş mallar gömrük orqanı tərəfindən yoxlanılarkən malların düzgün bəyan edilmədiyi və bununla bağlı araşdırma təyin edildiyi bəli olmuşdur. Onların konkret hansı markada mallar idxal etməsini, düzgün bəyan etməmə əməllərinin nədən ibarət olmasını bilməmişdir. Malların hansı səbəbdən gömrük orqanına düzgün bəyan edilməməsini bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. "xxxx" MMC ilə ixracatçı arasında aparılan danışıqlarda hər hansı formada iştirak etməmiş, eyni zamanda sifarişi qeyd etdiyi şəkildə Əsədə vermiş, "xxxx" MMC-nin direktoru Rahili tanımamış, heç vaxt görməmişdir. Həmin şirkətdən yalnız Təqsirləndirilən şəxs tanımış, həm bu malların sifarişini, həm də ümumiyyətlə digər vaxtlarda etdiyi sifarişləri həmişə Təqsirləndirilən şəxs vermiş, aldığı mallara dair pulları həmişə nağd şəkildə Təqsirləndirilən şəxs ödəmiş, qeyd etdiyi sifarişə dair mallar təhvil verilmədiyindən onlara dair hər hansı ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ‘’Oriflowers’’ markalı dezodorant sifariş verməmiş,. “Uzman Kozmetik Sanayi ve Ticaret A.Ş” şirkətindən heç kimi tanımır, bu barədə həmin şirkətlə danışıqları Təqsirləndirilən şəxs aparmışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 6-7-ci vərəqələrində olan Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunun baş inspektoru, Şahid1 tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına **-BR-***/**- ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********1884 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə “İpək yolu” gömrük postunun 2-ci anbarında gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı 1-ci mal mövqeyində 1710 qutu 108000 ədəd “Oriflowers” markalı fərdi təyinatlı dezodorantlar qeyd edilsə də, 46512 ədəd “Oriflowers” nişanlı, 82224 ədəd “Recxcool” nişanlı və 6048 ədəd “Rexolif” nişanlı fərdi təyinatlı dezodorant aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsində olan **********1884 nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş İHR**********027 nömrəli invoysdan görünür ki, dezodorantların sayı və invoys dəyəri təhrif edilərək marka göstərilmədən 108000 ədəd, hər bir malın dəyəri isə 0,3 ABŞ dolları olmaqla ümumilikdə 34560 ABŞ dolları invoys dəyərindəki mallar kimi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 23-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Bakı Baş Gömrük İdarəsində "xxxx" MMC-nin ünvanına daxil olan yüklərin və müşayiət edilən yük və sənədlərin təhvil alınması, göndərilməsi və digər yük əməliyyatlarının aparılması, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablama işləri X4 etibar edilmişdir. Cinayət işinin 1-ci cildinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/3452 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda dezodorantların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar topdan satış qiyməti təxminən 249048,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri cədvəldə göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 100 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 66-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 9/4306 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Recxcool” yazıları olan dezodorantın 1 ədədinin qiyməti 1,70 manat olmaqla 82224 ədədinin qiyməti 139780,80 manat, üzərində “Rexolif” yazıları olan dezodorantın 1 ədədinin qiyməti 1,80 manat olmaqla 6048 ədədinin qiyməti 10886,40 manat, üzərində orifolvers yazıları olan dezodorantın 1 ədədinin qiyməti 1,60 manat olmaqla 61488 ədədinin qiyməti 98380,80 manat müəyyən edilmişdir. Beləliklə 82224 ədəd “Recxcool” və 6048 ədəd “Rexolif” markalı dezodorantların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiymətinin 150667,20 manat olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 100 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 185-ci vərəqəsində olan Bakı Baş Gömrük İdarəsinin 3- 33/1-030578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/3452 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən “Oriflowers” markalı fərdi dezodorantın 1 ədədinin faktiki bazar qiyməti 1,60 manat “Recxcool” markalı fərdi dezodorantın 1 ədədinin faktiki bazar qiyməti 1,70 manat və “Rexolif” markalı fərdi dezodorantın 1 ədədinin faktiki bazar qiyməti 1,80 manat olduğu halda "xxxx" MMC tərəfindən 11032,20 manat idxal gönrük rüsumu, 15224,44 manat ələvə dəyər vergisi, 200 manat gömrük yığımları olmaqla, ümumilikdə 26456,64 manat əlavə ödəniləcək gömrük ödənişləri yaranmışdır. Cinayət işinin 1-ci cildinin 202-ci vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statisik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 252-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 191-194-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 mart 2024-cü il tarixli, 5/164 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Motorola” markalı “moto g72” modelli “**********60578” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyətdədir. Təqdim edilmiş “Motorola” markalı “moto g72” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, və s.) məlumatlar müəyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Resport-Hesabat) hesabat “Ekspertiza 5-164” adlı qovluqda üç ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “Motorola” markalı “moto g72” modelli mobil smartfonun tam yaddaşının bütün sahələri üzrə hər hansı bir (telefon kitabçası, SMS mesajlar, daxil olunan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “İnstagram” “Facebook” sosial şəbəkəsində, “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və s. məlumatların pozulub-pozulmaması üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqdim edilmiş “Motorola” markalı “moto g72” modelli mobil smartfonun yaddaşında “+**********75” abonent nömrəsi və “esedesedli078” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında 62 (altmış iki) ədəd abonent nömrəsi ilə aparılmış məlumat mübadiləsi müəyən olunsa da, rəyin “tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Mobil smartfon yaddaşından əldə edilmiş məlumatlara dair informasiya (tarix, zaman, faylın adı, formatı və s.) hesabatda öz əksini tapmışdır. Cinayət işinin 2-ci cildinin 190-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə komputer-texniki ekspertizasının xərci 100 manat təşkil edir. Cinayət işinin 2-ci cildinin 197-203-cü vərəqələrində olan ekspert rəyinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 3 aprel 2024-cü il tarixli protokoldan görünür ki, “Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə adı “Murat Türkiye” kimi qeyd edilmiş +90-***-***-**-** nömrəli, Türkiyəyə məxsus operatora aid mobil nömrəsini istifadə edən şəxslə xx.xx.2023-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək iş üçün əhəmiyyət kəsb edəcək yazışmaların olması müəyyən edilmiş, həmin yazışmaların məzmunu yazılmaqla 5 ədəd şəkil çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 219-cu vərəqəsində olan 5 aprel 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, 82224 ədəd “Rexcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantlar maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılmaları üçün Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda saxlanılmaları nəzərə alınmışdır. Cinayət işinin 2-ci cildinin 233-234-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:00) Cinayət işinin 2-ci cildinin 260-261-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 269-270-ci vərəqələrində olan mülki iddia haqqında ərizədən görünür ki, maddi ziyanın məbləği 26456,64 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 271-272-ci vərəqələrində olan 6 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 279-280-ci vərəqələrində olan 6 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2024cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, **********1884 nömrəli gömrük bəyənnaməsi xx.xx.2023-cü il tarixində təqdim olunmuş, xx.xx.2023-cü il tarixində bəyənnamə təsdiqlənmiş və həmin tarixdə bəyənnamədə qeyd edilmiş məbləğ (25204,89 AZN, gömrük rüsumları-10373,40, gömrük yığımları-410,00 14315,29-ƏDV, elektron xidmət haqqı-90,00, elektron xidmət haqqı ƏDV-16,20) X5 vasitəsilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsi hesabına 11.033,00 manat və 2217,00 manat, yəni ümumilikdə 13250 manat pul ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatından görünür ki, təqsirləndirilən şəxsin övladı X3 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi münasibətdə bildirir ki, özünümüdafiə xarakterli olmaqla məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, Şahid3 adlı müştərinin sifariş etmək istədiyi mallar barədə məlumatı bilavasitə Təqsirləndirilən şəxs verməsi sonuncunun məhkəmə istintaqı dövründə ifadəsi ilə müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs ondan məhz hansı malların tələb edildiyini bildiyi halda idxal olunmuş məhsulları bəyannamədə başqa adla göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1 və 44.1-ci maddələrinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cərimə cəzası isə müstəqil icra olunmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Mülki iddia ilə bağlı müzakirə edərək məhkəmə hesab edir ki, 26456.64 manat mülki iddiadan 13250 manat ödənildiyini nəzərə alaraq, 13206,64 manat məbləğində təmin edilməli və Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsilə dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübutlar Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda saxlanılan - 82224 ədəd “Rexcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantlar gömrük rəsmiləşdirməsi aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmetinin 40%-i miqdarında, yəni 60267 manat məbləğində cərimə edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia 13206,64 manat məbləğində təmin edilsin, Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsilə dövlət büdcəsinə ödənilsin. 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda saxlanılan - 82224 ədəd “Rexcool’’ markalı və 6048 ədəd ‘’Rexolif” markalı fərdi dezodorantlar gömrük rəsmiləşdirməsi aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-7/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-7/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver