Məhkəmə qərarları › İş №1(002)-70/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-70/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-70/2021 27.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olan, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivi nömrəsiz ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış, habelə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 03.10.2020-ci il tarixdə saat 15:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Bakı-Salyan yolunun 45-ci kilometrliyində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə binasına gətirilmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən 1 ədəd siqaret sellofanı bükümündə təmiz çəkisi -1,779 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra həmin gün saat 18:10-da onun idarə etdiyi “Mercedes Benz” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə aparılarkən avtomobilin qabaq sərnişin oturacağının üstündə saxladığı qəhvəyi rəngli əl çantasının içərisindən 13 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,237 qram; 1,925 qram; 4,170 qram; 1,698 qram; 1,769 qram; 4,582 qram; 6,860 qram; 1,739 qram; 4,225 qram; 4,481 qram; 1,988 qram; 4,584 qram; 4,302 qram, ümumi təmiz çəkisi - 46,56 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmin əl çantasının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,261 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar usulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 manatlıq əzginas aşkar edilərək götürülmüş, bundan sonra həmin avtomobilin yük saxlanc yerinə baxış keçirilən zaman orada sellofan torbanın içərisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ələdə edib daşımaqla 1 (bir) ədəd zavod usulu ilə istehsal edilmiş 113180 saylı, 16 kalibrli TOZ-B modelli, patronluğunun uzunluğu 70 mm olan xarici çaxmaqlı, yivsiz (hamar) qoşalüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar usulla kəsilmiş, qundağı ilə dəstək formasında uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən, istifadəyə yaralı ov tüfənginin kəsiyi, 2 (iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamar) lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən istifadəyə yararlı patronlarını qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələr olan marixuana və heroin istifadəçisidir. 03 oktyabr 2020-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Mercedes Benz” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçərkən Bakı-Salyan yolunun kənarında yol patrul xidmətinin əməkdaşı tərəfindən idarə etdiyi avtomobil yolun kənarında saxlanılması üçün işarə verilib saxlatdırılmışdır. Həmin yol patrul xidmətinin əməkdaşı sənədlərini yoxlayarkən həmin vaxt iki nəfər mülki şəxs ona yaxınlaşaraq xidməti vəsiqlərini təqdim edib ondan İlhamiz olub-olmadığını soruşmuşlar. O da həmin şəxlərə İlhamiz olduğunu söyləmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirdikdən sonra onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci PB-də xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah edilmiş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüquqları da izah edilməklə məlumat verilmişdir. Üzərinə şəxsi axtarış və götürülmə keçirilərkən, könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, habelə də şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl video çəkilişdən istifadə olunacağı barədə qabaqcadan ona məlumat verilmişdir. Eləcə də şəxsi axtarış və götürülmə keçirilərkən müdafiəçinin iştirakı təmin edilmişdir. O, axtarış zamanı əyinində olan tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən 1 ədəd şəfaf sellofan büküm, 1 ədəd avtomobilinin açarı və 1 ədəd cib dəsmalını çıxarıb təqdim etmişdir. Bundan sonra həmin idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu və özünə məxsus sürücülük vəsiqəsini çıxarıb təqdim etmişdir. Cib dəsmalı və avtomobilinin açarı özünə qaytarılmış, digər əşyaları əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə marixuana olduğunu, öz istifadəsi üçün təxminən 4 ay bundan öncə həyətindəki kolluqda əkdiyini və sonra yığdığını, habelə bitkidən əldə etdiyini bildirmişdir. Belə ki, üzərində aşkar edilmiş maddə özünə məxsus olmuşdur. O, 5 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir, indiyədək narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm açılmış, sellafon bükümün içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin aşkar edilmiş kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan başqa idarə etmiş olduğu “Mercedes Benz“ minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilində də qanunla qadağan olunmuş əşya olduğu soruşulmuş, o da həmin avtomobilində qanunla qadağan olunmuş əşya olduğunu səmimi etiraf etmişdir. Bundan sonra Qaradağ RPİ-nin 38-ci PB-nin avtomobil dayanacağında saxlanılmış avtomobilinə yaxınlaşmışlar. Həmin vaxt avtomobilində saxladığı qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, avtomobilinin qabaq sol qapısını açaraq sağ tərəfdəki oturacağın üzərində 1 ədəd qəhvəyi rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantasına polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı əl çantasının içərisindən 13 ədəd kibrit qutusu, 1 ədəd sellofan büküm, 2 ədəd qələm və 1 ədəd yumrulanmış halda pul əsginası aşkar edilmişdir. İlk növbədə sellofan bükümə baxış keçirilmiş və içərisində olan maddənin qəhvəyi rəngli narkotik tərkibli maddə hesab olunan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra kibrit qutularının hər birinə baxış keçirilmişdir. Baxış zamanı həmin kibrit qutularının içərisində tünd yaşıl rəngli qurudulmuş halda narkotik maddə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. O, narkotik vasitə aludəçisi olduğu üçün bir neçə ay əvvəl yaşadığı evin həyətində iki ədəd çətənə bitkisi əkmiş və ona qulluq edərək böyütmüşdür. Həmin bitkilər böyüdükdən sonra onların yarpaqlarını qurutmuş və həmin yarpaqlardan narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. Əldə etdiyi qurudulmuş marixuananı özü istifadə etməsi üçün 13 ədəd kibrit qutularına doldurmuşdur. 03.10.2020-ci il tarixdə qeydiyyatda olduğu Ağcəbədi rayonuna gedərkən həmin 13 ədəd kibrit qutularında olan marixuananı və təxminən 1 ay qabaq Neftçilər metrostansiyası yaxınlığında əldə etdiyi heroini yol boyu istifadə etməsi üçün öz əl çantasına qoymuşdur. Həmçinin narkotik vasitə heroindən istifadə etdiyi üçün həmin 1 ədəd 1 manatlıq pul əsginasını buraraq boru vəziyyətinə salmış və burnundan iyləmə yolu ilə istifadə etmişdir. Ondan aşkar edilmiş 13 ədəd kibrit qutuları, həmin sellofan bükümdə olan maddə və 1 ədəd yumrulanmış halda olan 1 ədəd 1 manatlıq pul əsginası qablaşdırılmış, habelə onlar tərəfindən imzalanmışdır. Ona məxsus olan qəhvəyi rəngli çantanın içərisində başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin sellofan torba da qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni satan şəxsin şəxsiyyəti barədə dəqiq hər hansı bir məlumatı yoxdur, eləcə də həmin şəxsin əlamətlərini yaxşı xatırlamamışdır. Bundan sonra avtomobilinin digər hissələrinə baxış keçirilmişdir. Avtomobilinin arxa yük saxlanc yerinə baxış keçirilən zaman oradan içərisində iki ədəd qırmızı rəngli patron, 1 ədəd ön hissəsi kəsilmiş qəhvəyi rəngli qoşa lülə ov tüfəngi və 1 ədəd qara rəngli pnevmatik tapançaya bənzər əşya olan sellofan torba aşkar edilmişdir. Avtomobilinin arxa yük yerindən aşkar edilmiş tüfəngdən istifadə etməmiş, həmin tüfəng babasından miras kimi qalmış, yaşadığı kəndə aparmaq üçün avtomobilinin arxa yük yerində saxlamışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsini icra edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə əməliyyat qrupu təşkil edilərək, qrupa rəhbərliyi DİNnin BNMİ-nin xüsusi mühüm işlər üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 etmişdir. 03.10.2020-cu il tarixdə saat 15:30-da BNMİ-nin xüsusi mühüm işlər əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı-Salyan yolunun 45-ci kilometrliyində saxlanılmış, həmin şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib, onun şəxsiyyəti müəyyənləşdirilmişdir. Həmin şəxs özünü təqdim edərək xx.xx.1979-cu ildə Ağcəbədi rayonu Hüsülü kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək 38-ci PBnə dəvət olunmuşdu. 38-ci PB-də xidməti otaqların birində üzərinə baxış keçirilməzdən əvvəll şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdir. Polis bölməsində xidməti otaqlardan birində dəvət olunmuş vəkilin iştirakı ilə ona üzərinə baxış keçirilməsi və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi qadağan olunan maddə olduğunu bildirərək əynində olan tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm, 1 ədəd avtomobil açarı və 1 ədəd cib dəsmalını çıxararaq təqdim etmişdir. Bundan sonra həmin idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu və özünə məxsus sürücülük vəsiqəsini çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa üzərində heç bir əşya və ya predmet olmadığını bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və sürücülük vəsiqəsi əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs cib dəsmalı və avtomobil açarı özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidən istifadə olunmşdur. Həmin aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərf DİN-nin “Zərflər üçün 7 saylı möhürü ilə” möhürlənərək, iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin narkotik vasitə marixuana olduğunu, öz istifadəsi üçün həyətində təxminən 4 ay bundan əvvəl əkdiyini və üzərində aşkar edilmiş maddəni də həyətində becərdiyi bitkidən əldə etdiyini, özünün 5 ilə yaxındır ki, narkotik vasitələrin istifadəçisi olduğunu, indiyə qədər narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman onunla birlikdə gətirilmiş “Mercedes” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilində də qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. Daha sonra birlikdə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin avtomobil dayanacağında saxlanılmış avtomobilinə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs avtomobilində saxladığı maddəni təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, həmin avtomobilin qabaq sol qapısını açaraq qabaq sağ tərəfdəki oturacağın üzərindən 1 ədəd qəhvəyi rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantasının içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisindən 13 (on üç) ədəd kibrit qutusu, 1 (bir) ədəd sellofan büküm, 2 (iki) ədəd qələm və 1 (bir) ədəd yumrulanmış halda 1 manatlıq pul əsginası aşkar edilmişdir. İlk növbədə sellofan bükümə baxış keçirilmiş və içərisində olan maddənin qəhvəyi rəngli narkotik tərkibli maddə hesab olunan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra kibrit qutularının hər birinə baxış keçirilmişdir. Baxış zamanı həmin kibrit qutularının içərisində tünd yaşıl rəngli qurudulmuş halda narkotik maddə olan marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin kibrit qutularının hər biri elektron tərəzi ilə çəkilmişdir. Daha sonra kibrit qutuları hər biri zərfə daxil edildikdən sonra möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 1 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli kütlə və 1 ədəd yumrulanmış halda olan 1 ədəd 1 manatlıq pul əsginası zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Qəhvəyi rəngli əl çantasının içərisində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmişdir. Avtomobilin qabaq və arxa oturacaqlarının üzərində və qabaqda yerləşən saxlanc yerinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilin arxa yük saxlanc yerinə baxış keçirilən zaman oradan içərisində iki ədəd qırmızı rəngli patron, 1 ədəd ön hissəsi kəsilmiş qəhvəyi rəngli qoşa lülə ov tüfəngi və 1 ədəd qara rəngli pnevmatik tapançaya bənzər əşya olan sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba da qablaşdırılaraq iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildə olan qəhvəyi rəngli əl çantasının içərisindəki 13 ədəd kibrit qutusunun içərisində olan maddənin narkotik maddə olan marixuana olduğunu və onu öz istifadəsi üçün 4 ay bundan öncə həyətində əkdiyini və sonra yığdığını bildirmişdir. Həmin torbanın içərisindəki sellofan bükümdə olan maddənin də də narkotik maddə olan heroin olduğunu və onu da öz istifadəsi üçün Bakı şəhərində yerləşən Neftçilər metrosunun yaxınlığında təxminən 1 ay bundan öncə aldığını qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs avtomobilinin arxa yük yerindən aşkar edilmiş ov tüfəngini yaşadığı kəndə aparmaq üçün saxladığını və həmin tüfəngin ona babasından qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zamanı ona ona qarşı heç bir zor tətbiq edilməmiş, şərəfə və ləyaqətinə toxunan hər hansı davranışa məruz qalmamışdır. Baxış video çəkiliş ilə aparılmışdır. Aparılan videoçəkilişlər 02 ( iki ) ədəd DVD diskə yazılaraq protokollara əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22, 23) Şəxsi axtarış və götürmə aparılması haqqında 03 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış keçirilərkən o, üzərində qanunla gəzdirilməsi qadağan olunan maddə olduğunu bildirərək əynində olan tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm, 1 ədəd avtomobil açarı və 1 ədəd cib dəsmalını çıxararaq təqdim etmişdir. Bundan sonra həmin idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu və özünə məxsus sürücülük vəsiqəsini çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzarə əhəmiyyət kəsb edəcək heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və sürücülük vəsiqəsi əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 2 (iki) qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf “DİN-in zərflər üçün 7 saylı möhürü ilə” möhürlənərək iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin narkotik vasitə marixuana olduğunu, öz istifadəsi üçün həyətində təxminən 4 ay bundan öncə əkdiyini və üzərində aşkar edilmiş maddəni də həyətində becərdiyi bitkidən əldə etdiyini, özünün 5 ilə yaxındır ki, narkotik vasitələrin istifadəçisi olduğunu, indiyə qədər narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünə məxsus olan və saxlanılan zaman onunla birlikdə gətirilmiş “Mercedes” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilində də qanunla qadağan olunmuş əşya olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. (i.v. 32-33) Baxış keçirilməsi və götürmə aparılması haqqında 03 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mercedes” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin qabaq sol qapısını açaraq qabaq sağ tərəfdəki oturacağın üzərindən 1 ədəd qəhvəyi rəngli çantanı təqdim etmişdir. Həmin əl çantası ondan götürüldükdən sonra içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisindən 13 (on üç) ədəd kibrit qutusu, 1 (bir) ədəd sellofan büküm, 2(iki) ədəd qələm və 1(bir) ədəd yumrulanmış halda 1 manatlıq pul əsginası aşkar edilmişdir. İlk növbədə sellofan bükümə baxış keçirilmiş və içərisində olan maddənin qəhvəyi rəngli narkotik tərkibli maddə hesab olunan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra kibrit qutularının hər birinə baxış keçirilmişdir. Baxış zamanı həmin kibrit qutularının içərisində tünd yaşıl rəngli qurudulmuş halda narkotik maddə olan marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra həmin kibrit qutularının hər biri elektron tərəzi ilə çəkilmişdir. Kibrit qutularından birincisinin çəkisinin 9,8 qram, ikincisinin çəkisinin 4,9 qram, üçüncüsünün çəkisinin 7,1 qram, dördüncüsünün çəkisinin 7,1 qram, beşincisinin çəkisinin 7,2 qram, altıncısının çəkisinin 7,1 qram, yeddincisinin çəkisinin 7,5 qram, səkkizincisinin çəkisinin 7,4 qram, doqqzuncusunun çəkisinin 4,7 qram, onuncusunun çəkisinin 4,8 qram, on birincisinin çəkisinin 4,8 qram, on ikincisinin çəkisinin 4,7 qram və on üçüncüsünün çəkisinin isə 7,4 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutuları hər biri zərfə daxil edildikdən sonra möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 1 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli kütlə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 2,1 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə olan maddə və 1 ədəd yumrulanmış halda olan 1 ədəd 1 manatlıq pul əsginası zərfə qoyularaq qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Qəhvəyi rəngli çantanın içərisində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilin qabaq və arxa oturacaqlarının üzərində və qabaqda yerləşən saxlanc yerinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Avtomobilin arxa yük saxlanc yerinə baxış keçirilən zaman oradan içərisində iki ədəd qırmızı rəngli patron, 1 ədəd ön hissəsi kəsilmiş qəhvəyi rəngli qoşa lülə ov tüfəngi və 1 ədəd qara rəngli pnevmatik tapançaya bənzər əşya olan sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba da qablaşdırılaraq iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildə olan qəhvəyi rəngli çantanın içərisindəki 13 ədəd kibrit qutusunun içərisində olan maddənin narkotik maddə olan marixuana olduğunu və onu öz istifadəsi üçün öz 4 ay bundan öncə həyətində əkdiyini və sonra yığıdığını bildirmişdir. Həmin torbanın içərisindəki sellofan bükümdə olan maddənində də narkotik maddə olan heroin olduğunu və onu da öz istifadəsi üçün Bakı şəhərində yerləşən Neftçilər metrosunun yaxınlığında öz istifadəsi üçün təxminən 1 ay bundan öncə aldığını qeyd etmişdir. (i.v. 36-38) Təqsirləndirilən şəxs avtomobilində baxış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2020-ci il tarixli 7/690 saylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazıları və imzalar olan kağız paketdə 1 (bir) ədəd siqaret sellofanı bükümündə təmiz çəkisi - 1,779 qram bitki mənşəlli kütlə, tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi maşından aşkar edilmiş maddə“ yazıları və imzalar olan kağız paketdə 13 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,237 qram; 1,925 qram; 4,170 qram; 1, 698 qram; 1,769 qram; 4,582 qram; 6,860 qram; 1,739 qram; 4,225 qram; 4,481 qram; 1,988 qram; 4,584 qram; 4,302 qram, ümumi təmiz çəkisi - 46,56 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Həmin rəyin qeyd hissəsindən görünür ki, marixuanaların ümumi təmiz çəkisi – 48,339 qram (1-14 saylı obyekt), tədqiqata sərf edildi – 0,28 qram (hər obyektdən 0,02 qram), qalıq 48,059 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat, qırx altı qəpik) manatdır. (i.v.47-50) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2020-ci il tarixli 6/2058 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.. .Təqsirləndirilən şəxs ...” sözləri olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 2,261 qram qəhvəyi rəngli toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd 1 manatlıq əsginasın səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 2,261 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 2,211 qram təşkil etmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat, səksən iki qəpik) manatdır. (i.v.52- 57) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.02.2004-cü il təvəllüdlü Aytən və 01.07.2006-cı il təvəllüdlü İlkin adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. (i.v. 63-64) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20/502R saylı, 05 oktyabr 2020-ci il tarixli ekspert rəyindən və fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 113180 saylı silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOX-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezidir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli öv silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 02 ədəd 16X70 kalibrli ov patronlardan 01 ədədi eksperimentl atəş zamanı istifadə olundu. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş tapança formasında olan əşya plastik qırmalarla yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. DİN KTİ-nin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə-gilizlərin qeydiyyatı aparıldığından 5-ci suala cavab verilməmişdir. (i.v. 73-80) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 05 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi Raqib Rəhimovun 05.10.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v. 112-113) Qətimkan tədbiri seçilməsi barədə 05 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 114-116) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 08 oktyabr 2020-ci il tarixli 2805 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.126-127) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2020-ci il tarixli 3/1256 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “113180” №-li, yivsiz (hamar) qoşalüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəşə yararlıdır. 2.Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamar) lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən patrondur, istifadəyə yararlıdır. 3.Tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, yaylı porşenli iş prinsipinə malik olan, plastmas kürəciklər atan yaylı mexanizmli oyuncaq tapançadır - odlu, qaz və pnevmatik silah hesab edilmir, sazdır, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir. (i.v. 138-141) Sübutların qiymətləndirilməsi haqqında 15 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi - 1,779 qram bitki mənşəlli kütlə, tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, kağız paketdə 13 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,237 qram; 1,925 qram; 4,170 qram; 1,698 qram; 1,769 qram; 4,582 qram; 6,860 qram; 1,739 qram; 4,225 qram; 4,481 qram; 1,988 qram; 4,584 qram; 4,302 qram, ümumi təmiz çəkisi - 46,56 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalar, bir ədəd bükümdə təmiz çəkisi 2,261 qram qəhvəyi rəngli toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd səthində narkotik vasitə heroinə məxsus məxsus izlər olan 1 manatlıq əsginas maddi sübut kimi tanınmış, kompleks məhkəmə-kimyəvi və bioloji ekspertiza keçirildikdən sonrakı qalıq qalmış çəkiləri - 48,059 qram narkotik vasitə narkotik vasitə qurudulmuş marixuanalar, eləcə də qəhvəyi rəngli toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, tədqiqatdan sonrakı qalıq qalmış 2,221 qram narkotik vasitə heroin, bir ədəd səthində narkotik vasitə heroinə məxsus izləri olan 1 manatlıq əsginas saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd silah 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronun uzunluğu 77 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “113180” saylı, yivsiz (hamar) qoşalüləli odlu ov tüfəngi, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən atəşə yararlı tüfəng kəsiyi maddi sübut kimi tanınaraq Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, yaylı-porşenli iş prinsipinə malik olan, plastmas kürəciklər atan yaylı mexanizimli oyuncaq tapança odlu silah olmadığına görə ittihama daxil edilməmiş və sahibinə qaytarılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.3 və 237.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 131-141) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qram heroin isə külli miqdar hesab olunur. Həmin siyahının 12-ci qrafasına a bəndinə əsasən təmiz halda qurudulmuş - 5 qram marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, 1 ədəd silah - 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronun uzunluğu 77 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “113180” saylı, yivsiz (hamar) qoşalüləli odlu ov tüfəngi, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən atəşə yararlı tüfəng kəsiyi cinayətin predmeti olduğundan dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzalar təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2), onun ibtidai istintaq dövründə 03 oktyabr 2020-ci il tarixdən 05 oktyabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələrin qalığı və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 manatlıq əsginas məhv edilməli, (CPM-132), iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 1 ədəd silah - 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronun uzunluğu 77 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “113180” saylı, yivsiz (hamar) qoşalüləli odlu ov tüfəngi, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən atəşə yararlı tüfəng kəsiyi dövlət nəfinə müsadirə edilməli və təhvil verilməli (CPM- 346.1.19) iş üzrə ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (CM- 93.1.2) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 35 (otuz beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 300 (üç yüz) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2020-ci il taixdən 05 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqatının dəyəri – 212,28 (iki yüz on iki manat, iyirmi səkkiz qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitələrin qalığı – 48,059 qram narkotik - qurudulmuş marixuanalar, 2,221 qram heroin, bir ədəd səthində narkotik vasitə heroinə məxsus izləri olan 1 manatlıq əsginas hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 1 ədəd silah - 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronun uzunluğu 77 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş “113180” saylı, yivsiz (hamar) qoşalüləli odlu ov tüfəngi, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən atəşə yararlı tüfəng kəsiyi dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 300 (üç yüz) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar