Məhkəmə qərarları › İş №1(002)-70/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-70/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-70/2023 24.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası Murmansk vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində, müxtəlif vaxtlarda, kassa üzrə kiçik mütəxxəsis vəzifəsində işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Sədərək” Ticarət Mərkəzinin “Elit” Ticarət Mərkəzi, sıra 1-də yerləşən "xxxx" MMC-nin iş otağında, iş yoldaşı Şahid1 iş otağında olmamasından istifadə edərək sonuncunun iş masasının örtülü siyiriməsini açıb, saxlanc yeri hesab edilən həmin siyirməyə qanunsuz daxil olub, orada saxlanılan "xxxx" MMC-yə məxsus ümumilikdə 6010 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə xeyli miqdarda ziyan vurmaqla oğuruq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayından “NBA Technologies” İnternational” MMC-də kiçik mütəxəssis kimi işə başlamışdır. İşə başlayan zaman ona Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, Sədərək ticarət mərkəzində, kassa aparatlarını və terminalları təmir edərək servis xidməti göstərilməsi bildirilmişdir.O, Nəbi adlı əməkdaşla birlikdə eyni otaqda işləmişlər.Nəbi kassaya nəzarət edirmiş və Nəbi MMC-yə daxil olan gəlirləri qarışısında olan stolun siyirməsinə qoyurmuş və o, pulların yerini bilirmiş. 2022-ci ilin iyul ayında maddi sıxıntıları olduğu üçün həmin kassadan oğurluq etmək qərarına gəlmişdir. O, 2022-ci ilin təxminən iyul ayının 10 dan 25dək olan müdddətdə 5 dəfəyə ayrı-ayrı vaxtlarda ümumilikdə 6000 manat pulu götürərək şəxsi xərcləri üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə ofisdən ona zəng olunaraq ofisə dəvət olunmuş, orada onun ofisdən etdiyi oğurluq hadisəsinin video görüntüyə lentə alındığı, o da həmin oğurluq hadisəsini törətdiyini səmimi etiraf etmişdir.xx.xx.2022-ci il tarixdə pulun 2900 manatını, digər qismini isə xx.xx.2022-ci il tarixdə tam olaraq şirkətə ödəmişdir.Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində gösərmişdir ki, "xxxx" MMC-də hüquq departamentinin müdiri vəzifəsində çalışır. "xxxx" MMC-də kiçik mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs cari ilin iyul ayının müxtəlif vaxtlarında 6010 manat pul oğurlayaraq şirkətə ümumilikdə 6010 zərər vurduğunu bildirmişdir Təqsirləndirilən şəxs həmin zərəri şirkətə geri qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC dəymiş ziyanın ödənildiyini və MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir maddi tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də 2019-cu il tarixdən çalışır. Hazırda həmin şirkətdə Bakı şəhəri, Qaradağ rayonunda Sədərək və Binə bazarları üzrə nəzarət vergi kassalarının satışı ilə məşğuldur. Həmçinin 2022-ci ilin may ayında baş ofis tərəfindən Murad adlı şəxsin kassa aparatlarının quraşdırılması məqsədi ilə onun yanına təyin edilmişdir. Ona kassaların təmirini həmçinin servisini öyrətmiş, onunla bir müddət çalışmış Təqsirləndirilən şəxs heç bir narazılığı olmamışdır. xx.xx.2022-ci il tarixdə işlədiyi "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək T/M-də olan ofisə daxil olmuş masanın sivirtməsini açdıqda pulun bir hissəsinin olmadığını müəyyən etmişdir. Həmin vaxtı Muradın orada olduğunu, ondan siyirmədən pul götürübgötürməməsi barədə soruşmuş Murad ona oradan pul götürmədiyini bildirmişdir. Daha sonra Muraddan and içməsini tələb etmiş, o bu barədə şirkətə məlumat vermiş, Murad həmin pulu hissə-hissə götürdüyünü etiraf etmişdir. xx.xx.2022-ci il tarixdə Microsoft Excel proqramı vasitəsilə qrafikləşdirdiyi ayrı-ayrı şəxslərdən əldə etdiyi vəsaitlərin siyahısını götürərək Murad ilə birlikdə şirkətin əməkdaşı Şahid2 və Şahid3 yanına getmişdir. Orada hesablama zamanı, Murad ayrı-ayrı vaxtlarda şirkətdən 6010 manat pul oğurlamasını bildirmişdir. Bu barədə o şirkətdə izahat verərək etdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də işləyir. Çalışdığı "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin operatorudur. Həmin şirkət kassa aparatlarının, post terminalların, bankomatların satışı, quraşdırılması və texniki xidmət göstərilməsindən ibarətdir. Həmçinin şirkət 2020-ci il tarixdən Sədərək ticarət mərkəzində müqavilə əsasında ofis icarəyə götürərək Sədərək və Binə ticarət mərkəzlərində vergi kassa aparatlarının quraşdırılması ilə məşğuldur. Həmin ofis üzrə satış mütəxxəsisi Şahid1dur. lkin olaraq ödənişləri fərqli qaydada, nağd şəkildə əldə edib şirkətin ofisində saxlayır ayın və ya həftənin sonunda həmin pulları şirkətə gətirərək ilk olaraq şirkətin qeydiyyat departamentinin baş mütəxxəsisi Şahid2 ilə daha sonra isə onunla hesab qeydiyyat aparır həmin vəsaitləri Şahid1 ona təhvil verir. Şahid3 Şahid2 əldə olunan pul vəsaitlərini müştərinin adından Emanat və Milli-ön vasitəsilə şirkətin balansına köçürürlər.2022-ci ilin iyul ayında Şahid1 ona zəng vurmuş Təqsirləndirilən şəxs Sədərək ticarət mərkəzində yerləşən ofisdən Nəbiyə məxsus iş masasının siyirməsindən şirkətə məxsus 6010 manat pulu oğurladığını ona bildirmişdir. Şahid3 hər ikisini yanına çağırmış, Murad törətdiyi əməli səmimi etiraf etmiş, həmçinin onun oradan oğurluq etməsi faktı ofisin görüntü kamerasına da əks olunmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də e-kassa satış və qeydiyyat departamentinin qeydiyyat şöbəsində baş mütəxxəsis vəzifəsində çalışır. Şirkətdə vəzifəsi daxil olan e-kassa satışının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin portalında qeydiyyata alnmasından ibarətdir. Həmçinin satış nümayəndələrinin bəzilərindən əldə olunan vəsaiti köçürmə yolu ilə yalnız Binə və Sədərək ticarət mərkəzindən daxil olunan vəsait nağd şəkildə aparılır. Sədərək Ticarət mərkəzində şirkətin ofisi fəaliyyət göstərir. Həmin ofis üzrə satış mütəxxəsisi Şahid1 vergi nəzarəti kassalarının quraşdırılması müqabilində həm nağd həmdə kredit yolu satdığı kassaların müqabilində əldə olunan vəsaiti, toplayaraq həftə və ya ay sonunda siyahı üzrə ona təqdim edir. O, həmin vəsaitləri siyahı üzrə baş satış direktoru Şahid3 təqdim edir. 2022-ci ilin iyul ayında Nəbi ona zəng vurmuş ofisdə oğurluq hadisəsi baş verdiyini və satışdan əldə olunan məbləğin hesablanması məqsədilə portaldan qeydiyyatı icra olunan şəxslərin siyahısını çıxarmağı xahiş etmişdir.O, həmin siyahını ona təqdim etmiş, təqdim etdiyi siyahıda hər bir şəxsin ödədiyi məbləğ qeyd olunmuşdur. Həmin vaxtı şirkətdə baş vermiş oğurluq hadisəsi zamanı Nəbinin iş masasında olan vəsaitdən 6010 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Həmin vəsaitin oradan Murad adlı əməkdaş tərəfindən oğurladığını bilmişdir. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir şəxsin açıq ağac rəngində olan masanın siyirməsinə açaraq oradan nə isə götürdüyü və ağ kağıza altına qoyaraq masada uzaqlaşdığı müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini əməli etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, gəncliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar