Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-70/2024 17.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi 1, inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanına yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 19:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin və Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət edilmiş və orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan diz cibindən 01 ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş təmiz çəkisi 0,178 qram qəhvəyi rəngli maddə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Mobil telefonunda sosial şəbəkəsi vasitəsi ilə bir nəfər tanımadığı şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət edən zaman ona narkotik vasitə satdığını bildirmişdir. O həmin şəxsə narkotik vasitə qəbul etdiyini demiş və həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs ona bildirmişdir ki, bir büküm narkotik vasitə heroini (kolanı) 10 manata satır. O həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs ona kart hesabı göndərniş və bildirmişdir ki, “bu karta 10 manat pul yüklə, mən sənə narkotik vasitənin yerini deyəcəm gedib götürərsən”. Bundan sonra o həmin şəxsin yadında qalmayan bank hesab nömrəsinə 10 manat pul yükləmişdir. 17 oktyabr 2023-cü il tarixdə onlayn qaydada həmin şəxslə yenidən sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, pulu bank hesab nömrəsinə yüklədiyini bildirmişdir. Həmin şəxs də bildirnişdir ki, Lökbatan qəsəbəsi, 28 may küçəsində “OBA” marketin yaxınlığnda olan ağacın dibində, 1 büküm narkotik vasitə qoymuşdur. O da verilən ünvana getmiş, 1 büküm narkotik vasitəni götürətək əynində olan cins şalvarının sol yan diz cibinə qoymuşdur. 17 oktyabr 2023-cü il tarixdə saat 19:00 radələrində həmin ərazidə olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PŞ-nin və NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyi soruşduqda o polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğumu bildirmiş və onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gəlməyini bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gəlmişdir. Polis İdarəsində şifahi sorğu zamanı üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğunu soruşmuşlar və o da üzərində narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra ona hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilmiş və təhqiqatçı tərəfindən müdafiəçi Bəybala Cəbrayılov ona təqdim edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarmış, masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində açıq qəhvəyi rəngli, iysiz, toz şəklində kütlə aşkar edilmişdir. O həmin maddəni 17 oktyabr 2023-cü il tarixdə tanımadığı şəxsdən 10 manata aldığını, narkotik vasitə olduğunu bldirmişdir. Ödənişi onlayn qaydada etmişdir. Həmin narkotik vasitəni “OBA” marketin yaxınlığında olan ağacların dibindən götürmüşdür. Bundan başqa üzərindən bir ədəd yarmçıq siqaret, qəhvəyi rəngli pul kisəsinin içərisində iki ədəd “Bakı kart” və iş vəsiqəsinin aşkar edilmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, Polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon, Polis İdarəsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. O, son olaraq əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-də xidmətdə olan zaman əməliyyat malumatı almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Anar adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o əməliyyat qrupu ilə birlikdə Löökbatan qəsəbəsinə getmişdir. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Anar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Oba” marketin yaxınlığındadır. Onlar göstərilən əraziyə gəlmişlər və Anar həqiqətən də orada olduğunu görmüşlər. Onlar 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 19:10 radələrində Anara yaxınlaşıb özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Qaradağ RPİ-nin KTQ inspektor kriminalisti Samir Məmmədli tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan diz cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkın içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu soruşulduqda o, həmin 1 ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 oktyabr 2023-cü il tarixdə onlayn qaydada pul köçürərək tanımadığı şəxsdən 10 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd yarımçıq siqaret aşkar edilmişdir. Əlavə axtarış zamanı əynindəki yaşıl rəngli gödəkçənin sağ yan cibindən içərisində iki ədəd “Bakı kart” və bir ədəd iş vəsiqəsi olan qəhvəyi rəngli pul kisəsi aşkar edildi və iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkən içərisindən içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar edilmiş və yarımçıq siqaretlə birlikdə tərəflərindən qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-də xidmətdə olan zaman əməliyyat malumatı almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Anar adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o əməliyyat qrupu ilə birlikdə Lökbatan qəsəbəsinə getmişdir. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Anar adlı şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Oba” marketin yaxınlığındadır. Onlar göstərilən əraziyə gəlmişlər və Anarın həqiqətən də orada olduğunu görmüşlər. Onlar 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 19:10 radələrində Anara yaxınlaşıb özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Qaradağ RPİ-nin KTQ inspektor kriminalisti Samir Məmmədli tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan diz cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu soruşulduqda o, həmin 1 ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 oktyabr 2023-cü il tarixdə onlayn qaydada pul köçürərək tanımadığı şəxsdən 10 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd yarımçıq siqaret aşkar edilmişdir. Əlavə axtarış zamanı əynindəki yaşıl rəngli gödəkçənin sağ yan cibindən içərisində iki ədəd “Bakı kart” və bir ədəd iş vəsiqəsi olan qəhvəyi rəngli pul kisəsi aşkar edildi və iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkən içərisindən içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar edilmiş və yarımçıq siqaretlə birlikdə tərəflərindən qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5508 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,178 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,178 qram, tədqiqata sərf edildi– 0,100 qram, qalıq - 0,078 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1447 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sübutlar” yazılar və imzalar olan zərfdə üzərində “Sobranıe” yazısı olan 1 ədəd yarı hissəsi çəkilmiş siqaretin tərkibində təmiz çəkisi-0,08 qram olan bitki mənşəli kütlə tütündür. Onun tərkibində narkotik vasitə hissəcikləri yoxdur. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 02 noyabr 2023-cü il tarixli, 7189 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra təmiz çəkisi 0,078 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və 10 saylı vəkil bürosunun vəkili X3 və polis əməkdaşları Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qaradğ RPİ-nin NMB- nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Qaradağ RPİ-nin KTQ-nin inspektor kriminalsti, polis kapitanı Samir Məmmədlinin iştirakı ilə əynində olan göy rəngli şalvarın sol yan diz cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masarının üzərinə qoyur, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkın içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu soruşulduqda o, həmin 1 ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, xx.xx.2023-cü il tarixdə onlayn qaydada pul köçürərək tanımadığı şəxsdən 10 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd yarımçıq siqaret aşkar edildi. Əlavə axtarış zamanı əynindəki yaşıl rəngli gödəkçənin sağ yan cibindən içərisində iki ədəd "Bakı kart" və bir ədəd iş vəsiqəsi olan qəhvəyi rəngli pul kisəsi aşkar edildi və iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsə geri qaytarıldı. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılarkən içərisindən içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə və yarımçıq siqaret aşkar edilərək götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırıldı və möhürləndi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 26 sentyabr 2009-cu il tarixdə doğulmuş X7 və 02 fevral 2013-cü il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs kimi tutulmuş və 19 oktyabr 2023-cü il tarixdə, saat 13:20-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi Azər Həsənov tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.078 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.078 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 saata görə 270 (iki yüz yetmiş manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-70/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-70/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver