Məhkəmə qərarları › İş №1(002)-70/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-70/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-70/2025 10.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Yataqxana 20 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, MKİS-nin həyətində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 oktyabr 2024-cü il tarixdə saat 12:20-də Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən «Mədəniyyət Evi»-nin yanında özünü şübhəli apardığına görə ərazidə xidmət aparan Bakı şəhəri Qaradağ RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, həmin tarixdə saat 12:50-də ünvan 3 ünvanda yerləşən Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd «Winston» markalı siqaret qutusunun içərisində şəffaf sellofan bükümdə tünd yaşıl rəngli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 5,768 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü evdən çıxıb “mədəniyyət evi” kimi tanınan binanın qarşısına çatanda polislər onu narkotik vasitəni daşımasına görə şübhəli şəxs kimi saxlamışlar. Onun narkotik vasitə daşıdığından şübhələnərək bölməyə aparıb üzərinə baxış keçirilmiş və narokotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı heç bir formada fiziki və psixi zor tətbiq edilməmişdir. Həmin narkotik vasitəni yerdən tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. O, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmədiyini, məcburi müalicəyə ehtiyacının olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olaraq gündəlik maddi ehtiyaclarını qarşılayır və bir neçə aydır ki, «nəşə kimi» tanıdığı narkotik vasitə istifadə edir. Heç bir fiziki, ruhi-psixi və ya xroniki xəstəliklərdən əziyyət çəkmir, məhkum olunmamışdır, heç vaxt ailəli olmamış və himayəsində övladı yoxdur. Təqsirləndirilən şəxs mahiyyəti üzrə bildirmişdir ki, 27 oktyabr 2024-cü il arixdə axşam saatlarında Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən Peşə məktəbinin yaxınlığında piyada gəzişən vaxtı orada kimsəsiz bir yerdə, kolların dibində bir ədəd «Winston» markalı siqaret qutusunu görmüş, bu onda maraq oyatdığı üçün həmin siqaret qutusunu götürüb açmış və içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu görmüşdür. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olandan sonra həmin siqaret qutusunu əynində olan cins şalvarının cibinə qoymuşdur ki, boş vaxtı olduğu müddətdə özü istifadə etsin. Həmin narkotik vasitəni bir neçə gün gündəlik geyindiyi göy rəngli cins şalvarının sağ yan cibində saxlayıb gəzdirməyə başlamış, lakin istifadə etmək üçün vaxt ayıra bilməmişdir. O, saxlanıldığı gün, yəni 30 oktyabr 2024-cü il tarixdə günorta saat təxminən 12:20 radələrində şəxsi işləri ilə bağlı olaraq, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Mədəniyyət Evi”-nin yanında olarkən, ətrafda iki nəfər xüsusi polis geyim formasında olan şəxslərin piyada gəzdiklərini görüb onların diqqətini cəlb etmədən, oradan uzaqlaşmağa çalışdığı vaxt polis əməkdaşları ona yaxınlaşıb adını və soyadını soruşmuşdurlar. O, polis əməkdaşlarından yayınmağa çalışdıqda, polis əkədaşları ona “Dur!” - nişanını verdikləri üçün o, olduğu yerdə dayanmış və polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini xahiş etmişdirlər. O, üzərində sənədinin olmadığını dediyi üçün polis əməkdaşları onu Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə getməyə dəvət etmişdirlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə könüllü olaraq, Qaradağ RPİ-nin 38-ci Polis Şöbəsinə getmiş, yolda olan zaman o, polis əməkdaşlarına narkotik vasitə aludəçisi olduğunu etiraf etmişdir. O, 38-ci Polis Bölməsində olarkən hüquqlarını müdafiə etməsi üçün ona pulsuz müdafiəçi seçmək hüququnun olduğunu bildirmişlər və etiraz etməyərək, müdafiəçi ilə təmin edildikdən sonra polis bölməsində təhqiqatçı tərəfindən xidməti otaqda narkotik vasitələrin əldə edilməsi, istifadəsi və daşınmasında şübhəli şəxs qismində tutulmağı barədə qərarla tanış edilmiş, hüquqları və vəzifələri ona izah olunmuş və bundan sonra videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi izah edilmişdir. O, buna etiraz etmədikdən sonra təhqiqatçının xidməti otağında vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman təhqiqatçı ona üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə marixuananın doldurulduğu sellofan büküm olan «Winston» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən həmin siqaret qutusu açılmış və içərisində tünd yaşıl rəngli ot kütləsi olduğu aşkar edilmişdir. Təhqiqatçı tərəfindən ondan həmin ot kütləsinin nə olması, haradan nə məqsədlə əldə etdiyi barədə şifahi sorğu-sual edilmiş, o isə, həmin ot kütləsinin «nəşə» kimi tanıdığı narkotik vasitə marixuana olduğunu, onu bir neçə gün əvvəl Qızıldaş qəsəbəsində yerləşən peşə məktəbinin yanında kolların dibindən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitə üçün pul ödəmədiyini və özünün də arada-bir narkotik vasitə istifadə etdiyini bildirmişdir. Sonra onun üzərindən aşkar edilən «Winston» markalı siqaret qutusu içərisindəki şəffaf sellofanda olan ot şəklində «nəşə» kimi tanıdığı narkotik vasitə 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən heç bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunanın məhkəmə ekspertizasına göndəriləcəyi izah olunmuş, o və digər iştirakçılarla birlikdə protokola imza edilmişdir. O, verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı heç bir formada fiziki və psixi zor tətbiq edilməmişdir. O, narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, narkotik vasitəni kiməsə satmaq və ya pay vermək məqsədi olmamışdır, onun üzərində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmamışdır. Onun heç bir psixi xəstəliyi yoxdur, heç bir tibb müəssisəsində müalicə almamış və qeydiyyatda olmamışdır. Şahid Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumat verilsədə o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Proses iştirakçılarını razılığı ilə Şahid ifadəsi elan olunmuş kimi qəbul edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 30 oktyabr 2024-cü il tarixdə saat 12:20 radələrində postçu yoldaşları Namiq Daşdəmirov və Şöhrət Hacımahmudlu ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 10 saylı avtopatrul marşrutunda xidmət aparan zaman Qızıldaş Qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb onu kənardan müşahidə etmişlər. Bu zaman həmin şəxsin qeyri-adekvat hərəkətlər etməsinin və xarici görünüşündən narkotik vasitələrin aludəçisinə xas əlamətlər olduğunun şahidi olmuşlar. Bundan sonra həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra onun şəxsiyyətini müəyyənləşdirmək məqsədilə ondan üzərində hər hansı sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs onlara üzərində şəxsiyyətinin təsdiq edəcək heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi şəxsiyyətini müəyyən etmək məqsədilə Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməmişdir. Həmin şəxs PB-nə gedərkən söhbət zamanı bildirmişdir ki, narkotik vasitə aludəçisidir. Həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PB-nə raportla təhvil verən zaman müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti yerinə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, 38-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 7/1801 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza......: yazıları və imzalar olan 1 (bir) ədəd ağ rəngli kağız zərfdə 1 (bir) ədəd üzərində “Winston” yazılan siqaret qutusunda olan şəffaf sellofanda təmiz çəkisi 5,768 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi: 5,768 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 5,718 qram. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 14 noyabr 2024-cü il tarixli, 7270 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyada alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07 yanvar 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5,718 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd DVD-R formatlı disk ağ rəngli boyalı, üzərində “Bingo” yazısı olan diskdə bir ədəd fayl yerləşir. Həmin fayl “İMG_2053” adlı, 88.7 MB yaddaşı olan “.MOV” formatlı videofayldır. Videofayl 0:07:24 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda 02 nəfər mülki geyimli və 03 nəfər xüsusi polis geyimində 05 nəfər kişi əks olunur, 01 nəfər kişi cinsindən olan videoçəkilişi həyata keçirən şəxsin səsi eşidilir. Həmin kişilərdən biri özünü Qaradağ RPİ-nin 38-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Elşad Mirzəyev olaraq təqdim edir, sonra digər şəxslər Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri X3 və X5 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunu çıxararaq, masanın üzərinə qoyur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda, içərisində şəffaf sellofan bükümə doldurulmuş tünd yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər ot kütləsinin olduğu müəyyən edilir. X9 tərəfindən sorğu-sual edilən şübhəli şəxs Təqsirləndirilən şəxs, təqdim etdiyi siqaret qutusunun içərisində olan şəffaf selloan bükümün içərisində “nəşə” kimi adlandırdığı narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən Peşə məktəbinin yanında kolluqdan tapdığını, özünün arada narkotik vasitə marixuana istifadə etdiyi bildirir. Bundan sonra X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman fiziki və ya psixi zora məruz qalıb-qalmaması barədə soruşulur və şübhəli şəxs Təqsirləndirilən şəxs sualı cavablandıraraq, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir formada fiziki və ya psixi zora məruz qalmadığını bildirir. Sonra PPXB-nün əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilir, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. X9 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, içərisində şəffaf sellofan bükümə doldurulmuş tünd yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər ot kütləsinin olan bir ədəd “Winston” markalı siqaret qutusu bir ədəd boş zərfə qoyularaq qablaşdırılır və DİN-in 47 saylı möhürü ilə möhürlənir, zərflərin üzərində bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Videogörüntü həmin anda başa çatır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən olan bir ədəd DVD (disk) iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməlini tərətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, narkotik vasitənin növünü və miqdarını, təqsirləndirilən şəxsin hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 oktyabr 2024-cü il tarixdə, saat 13:10-da tutulmuş, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə saat 10:35-də dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Prokuroruna vəsatət verilmiş, vəsatət təmin edilməmiş və Qaradağ rayon Prokurorunun 01 noyabr 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsində imtina edilmiş və təqsirləndirilən şəxs Qəribov X6 RPİ-nin MSY-dən azad edilmişdir. Daha sonra Qaradağ rayon RPİ-nin İŞ-nin mütəntiqi Vüqar Nəsibov tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 5.718 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, MKİS-nin həyətində yerləşən yaşadığı mənzili hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 5.718 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 saata görə 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar